Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-5/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1999-cu ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Təzəbəy Hamamı” restoranında ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, 06-08 noyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 08 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən X6 istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 (ədəd) bükümdə təmiz çəkisi, 3,010 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 06 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayon RPİ-in 32-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Elit” kafesinin yaxınlığında saxlanılaraq, Suraxanı RPİ-in 32-ci PB-nə gətirilmiş, poils bölməsində xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəncli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,010 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, narkotik vasitələrdən istifadə edir. Dəqiq tarix yadında deyil, öz istifadəsi üçün tanımadığı şəxsdən alıb özündə saxladığı maddələri “Xımı” kimi tanıyır, yəni kimyəvi (ximikat) maddələr olduğu üçün elə də bilir. xx.xx.2021-ci il tarixində səhər saat 10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi ilə piyada hərəkət edən zaman “Elit” kafesinin qarşısında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin qanunsuz olaraq saxlanılmasında şübhəli olduğunu bildirib 32-ci PB-nə dəvət etmişlər. Həmin zaman etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayon Pİ-nin 32-ci PB-nə getmişdir. Suraxanı RPİ-nin 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuş, eyni zamanda olduğu təqdirdə könüllü olaraq təqdim etməyi bildirilmişdir. Bundan sonra əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm açılmış, içərisindən 3 ədəd kağız bükümlər aşkar olunmuşdur. Eyni zamanda kağız bükümlər də, açılarkən iki ədəd kağız bükümlərin içərisindən yaşıl rəngli kütlə, bir ədəd kağız bükümün içərisindən isə qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin bükümlər polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, narkotik vasitəni istifadə etmək məqsədilə əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni və iki digər bükümlərdəki kütləni dəqiq tarix yadında deyil, konkret olaraq hazırda xatırlamadığı bir yerdə təsadüfən rastlaşdığı tanımadığı bir nəfər şəxsdən özü istifadə etmək üçün almışdır. Lakin, konkret neçəyə aldığını xatırlamır. Məhkəmə baxış iclasının 25 may 2022-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlu özünü təqsirli bilməyərək, bildirmişdir ki, anasının telefonun itməsi ilə bağlı Suraxanı RPİ-in 32-ci PB-də şikayət ərizəsi var idi. Suraxanı RPİ-in 32-ci PB-in polis əməkdaşları telefonu tapmadığından anası tez-tez 102 xidmətinə zəng edərək bu barədə məlumat verirdi. 05 noyabr 2021-ci il tarixdə saat 5-6 radələrində “Şir” heykəlinin yanında taksidə oturub xalası oğlunu gözləyirdi. Bu zaman polis əməkdaşları yaxınlaşaraq onu və taksi sürücüsünü saxlayaraq polis bölməsinə gətirdilər. Taksi sürücüsü bir gecə onunla birlikdə polis bölməsində keçirtdi və səhər atası gələrək onu apardı. Polis bölməsində olan zaman ona təzyiq göstərərək, onların ona vermək istədiyi narkotik maddənin götürülməsini və üzərinə baxış keçirilən zaman təqdim edilməsini bildirdilər. Saxlanılan zaman onun üzərində üç büküm ot olub və başqa hər hansı narkotik vasitə olmamışdır. 06 noyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirildi və sonra vəkili Müdafiəçi1 gəldi. O vəkili Müdafiəçi1 üzərinə hər hansı narkotik vasitə olmamasını və polis əməkdaşlarının təsiri ilə onların təqdim etdiyi narkotik vasitə ilə razılaşdığını bildirdi. Daha sonra Suraxanı rayon idarəsinə gətirdilər. Həmçinin bildirmişdir ki, polis əməkdaşları telefonun tapılmadığını bildirdi və şikayəti götürmək üçün anasına hədə qorxu gəlmişdilər. Polis əməkdaşları tərəfindən 05 noyabr 2021-ci il tarixdə saxlanılması ilə bağlı vəkili Müdafiəçi1a polis bölməsinə gələn zaman məlumat vermişdir. Polis əməkdaşları ona qarşı təzyiq göstəriblər. Saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmayıb, üzərindən aşkar olunan narkotik vasitəyə razılıq vermiş, lakin polis əməkdaşları üzərində aşkar olunan otun bir bükümünü heroin adlanan narkotik vasitə ilə dəyişdilər. İbtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri: İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edilməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyn göstərişi əsasında onun və 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İ.Musayev küçəsində “Elit” kafesinin yaxınlığında piyada hərəkət edən əvvəlcədən alınmış təlimatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmış, məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərində qoymuşdur. Həmin büküm açıldıqda içərisindən üç ədəd kağız bükümlər aşkar olunmuş, həmin kağız bükümlər də açılarkən bır ədəd bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli addə, iki ədəd bükümlərin içərisindən isə yaşıl rəngli kütlə aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər zərfə qoyularaq möhürlənmiş, keçirilmiş şəxsi axtarışla bağlı videoçəkiliş aparılaraq otokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində indirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər: Əlavə Şahid3 məhkəmə iclasında göstərmişdir ki, o, Təqsirləndirilən şəxsı saxlanılan zamanı görmüş. Onu 32-ci Polis Bölməsinin əməkdaşları saxlamışdır. Həmin gün Tural ona zəng elədi ki, “Venesiya” şadlıq sarayının yanına getməlidir və onlar birlikdə həmin yerə getdilər. Onu və Təqsirləndirilən şəxs 5 yabr 2022-ci il tarixdə 6-7 nəfər saxlamışdır. Ozünü ayın 6-sı, yən səhəri gün buraxdılar. Gecə orada qaldılar, səhər buraxdılar. Ona bölmədə dedilər ki, onun üzərindən narkotik çıxıb, O, əvvəldən Turalda narkotik olduğunu bilmirdi. Ayın tarixi ona görə dəqiq yadında qalıb ki, həmin vaxt tutulduğu vaxtdı. Tural qapını açıb maşından düşmək istəyəndə onu tutdular. Ona Tural döyüldyünü danışmışdır. Onun yanında Turalın iki dəfə dili qatlanmışdır. Həkimi çağırmadılar. Özləri kömək edib dilini çıxartdılar. Özü 32-ci Polis Bölməsinin yaxınlığında yaşayır. Tutulanda yanında mobil telefonu olub, ***-***-**-** saylı mobil nömrədir. İbtidai istintaq zamanı toplanmış materiallar: “Şübhəli şəxsin dindirilməsi haqqında” protokoluna əsasən Suraxanı RPİ-in İŞ-in müstəntiqi, poils kapitanı X10 tərəfindən X1 dindirilməsi, müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, dindirilmə yeri Suraxanı RPİ-in İstintaq şöbəsi göstərilməklə, 06 noyabr 2021-ci il tarixdə, saat 18:15-də başlanmış, saat 19:00-da qurtarmışdır. “Diskə baxış keçirilməsi haqqında” protokola əsasən şəxsi axtarışa dair videogörüntünü özündə əks edən 1 ədəd diskə baxılması şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, diskə baxış yerinin də Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İnzibati binası göstərilməklə, 06 noyabr 2021-ci il tarixdə saat 17:50-də başlanmış, saat 18:10-da qurtarmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoluna əsasən Suraxanı RPİ-in İŞ-in müstəntiqi, poils kapitanı X10 tərəfindən X1 dindirilməsi xx.xx.2021-ci il tarixdə, saat 09.10-da başlanmış, saat 09.40-da qurtarmışdır. Həmçinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar 08 noyabr 2021-ci il tarixdə, saat 09:00-da Təqsirləndirilən şəxs təqdim edilmişdir. (cinayət işinin 1-cildinin 65ci səh) “Narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekpertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” 06 noyabr 2021-ci il tarixli akta əsasən ümumi olaraq 0,589 qram maddə kütlə 06 noyabr 2021-ci il tarixdə saat 13:00 qəbul edilmişdir, saat 16:00-da qaytarılmışdır. Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokollarında şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən imzalanmasının vaxtı qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışa dair protokolda qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd - sellofana bükülmüş 03 ədəd kağız bükümlər, həmçinin həmin üç ədəd kağız bükümlərdən iki ədəd bükümlərin hər birinin içərisindən yaşıl rəngli kütlə, bir ədəd bükümün içərisindən–qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur”. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2021-ci il tarixli 6/4931 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər in №196” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” və s. sözləri, ad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,010 qram maddə kütləsi tar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-bioloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli 7/1149 saylı rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,293 qram, 0,296 qram, ümumi çəkisi 0,589 qram olan bitki mənşəli kütlələr, narkotik vasitələrə aid deyil. Təqdim olunmuş bitki mənşəli kütlələr narkotik vasitələrə aid olmadığı üçün onlarla müqayisəli tədqiqat aparılmadı. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli 5012 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarına əsasən (sədrlik edən hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi ilə) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X10 tərəfindən verilmiş vəsatətin təmin edilməməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Həmin qərarda Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş ifadəsində bildirmişdir ki, epilepsiya xəstəsidir və ağrılarını azaltmaq üçün arada şalfe adlanan tibbi mənşəli otdan istifadə edir. Lakin ittihamda qeyd olunan heroin ona məxsus olmamışdır. Belə ki , o, 05 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və növbəti gün videoçəkiliş olmuşdur. Videoçəkiliş zamanı da o, şalfenin ona məxsus olmasını bildirmiş, heroini isə inkar etmişdir. O, şalfeni spirtin içinə qoyaraq eləcə istifadə edir. Faktın düzgünlüyü ekspertiza keçirilən zaman da öz təsdiqini tapacaqdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını və məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin dedikləri həqiqətə uyğundur. Belə ki, Tural yalnız şalfe adlanan otdan istifadə edir ki, həmişə otlar da onun ağrılarını azaltmaq üçündür və narkotik tərkibli deyil. “Dünən gecə Turalın vəziyyəti pisləşmiş və polis əməkdaşları güclə özünə gətirmişlər”. Suraxanı rayon Məhkəməsinin hakimi Anar İbrahimovun 10 noyabr 2021-ci il tarixli qərarına əsasən Suraxanı RPİ-in 32-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilməsinə dair materialı nəzərdə keçirərək, müəyən edilmişdir ki, Suraxanı RPİ-in 32-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı 48 saat ərzində deyil, 4 gün sonra məhkəməyə göndərilmişdir. Həmin mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olması halı cinayət işinin 106-cı səhifəsində olan Suraxanı RPİ-in İŞ-in müstəntiqi, polis kapitanı Cavid İskəndərov tərəfindən tərtib edilmiş “Arayış”a əsasən o, Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətlərənin edilməsi üçün özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə İŞ-də dəvət etmək məqsədi ilə zəng etsə də, qeyd edilən nömrəsi ilə əlaqə saxlamasını qeyd etmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSll-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı qəbul edilmiş qərarlar: Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 vəsatətinə əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 01 oktyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli üzrə anten əhatə dairəsi barədə məlumatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-in 13 mart 2023-cü il tarixli, AZF/LGL-2298/23 məktubuna əlavə edilmiş izahlı məlumatlara əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun istifadəsində olan mobil nömrəsinə dair sorğulanan tarixləri əhatə edən dövr ərzində olan məlumatlarda Təqsirləndirilən şəxs Əlizamin oğluna məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin 05 noyabr 2023-cü il tarixdə, saat 16.40-da Qaraçuxur qəsəbəsi,Y.Eyvazov küçəsi ilə Şərq yaşayış sahəsi, 10-cu döngənin kəsişməsindəki qaraj, 16:49-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,70, saat 17:05-də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany ünvanı göstərilir. Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2023-cü il taixli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilməklə, şahidlər Şahid1 isifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin, Şahid2 istifadəsində oluş ***-***-**-** telefon nömrəsinin 05 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci ilədək tarixlərini əhatə edən və vəkil Müdafiəçi1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 06 noyabr 2021-ci ilədək tarixdə saat 10:00-dan 18:00-dək əhatə edən dövrə ərzində həmin nömrələrə daxil olan və çıxın zənglər, həmin zəngləri edən abonetlərin şəxsi məlumatları və həmin abonentlərin anten məlumatları təqdim edilməsi qərara alınmışdır. Şahid1 isifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin anten məlumatları 06 noyabr 2021-ci il tarixdə, saat 09:42-də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany, saat 10:00-da Ahmedli-HSP/Bakışəhəri, Babək prospekti 111a məhəllə, 2376”/Surakhany/(40.39881/4996716). Həmin anten məlumatları 10:00:22-qədər göstərir, sonra 10:02:17-də Neapol/Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Neapol 555 avtoservis”/Khatai/, həmin anten məlumatları saat 10:02:58-yə qədər göstərir, saat 10:05də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanı göstərir. Şahid2 istifadəsində ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 06 noyabr 2021ci il tarixdə, saat 10:01-də ünvan 6ny (anten göstərici MOC, danışıq vaxtı15 saniyə təşkil edir), saat 10.01:41-də yenə həmin ünvanı, yəni ünvan 6ny (anten göstərici MOC, danışıq vaxtı 14 saniyə təşkil edir), saat 10:02 –də həmin ünvanı göstərir (anten göstərici MOC, danışıq vaxtı 71 saniyə təşkil edir), saat 10:04-də həmin ünvanı (anten göstərici MOC, danışıq vaxtı 19 saniyətəşkil edir), saat 10:05-də də həmin ünvanı ünvan 7niyə) və 10:06da həmin ünvanda 90 saniyə ərzində danışıq aparır. Məhkəmə istintaqı zamanı toplanmış materiallar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən 13 mart 2024-cü il tarixli, 3-13-44/2-3536/2024 saylı məktubuna əsasən heç bir səbəb bildirilmədən Suraxanı RPİ 32-ci PB-yə aparılmış oğlu Təqsirləndirilən şəxs barəsində məlumat almaq məqsədilə həmin polis bölməsinə müraciət edərkən adını bilmədiyi polis əməkdaşının onu silahla hədələməsinə dair vətəndaş Sədaqət Mustafayevanın xx.xx.2021-ci il tarixdə DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə daxil olmuş müraciəti əsasında Bakı Şəhər BPl-də xidməti yoxlama aparılmışdır. Bakı şəhər Polis İdarəsinin məktubuna əsasən məhkəmənin sorğusuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs Suraxanı RPİ 32-ci PBnin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli kimi saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülməklə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq toplanmış material Suraxanı RPl-nin İstintaq şöbəsinə göndərilmişdir. Qeyd olunan tarixdə Suraxanı RPİ 32-ci PB-də olarkən məsul növbətçi Şəhriyar İsayev tərəfindən silahla hədələnməsi, eləcə də oğlu Təqsirləndirilən şəxs döyülməsi barədə vətəndaş Sədaqət Mustafayevanın göstərdiyi xüsusatlar aparılmış xidməti yoxlama nəticəsində təsdiqlənməsə də, onunla ünsiyyətdə nəzakətsizliyə yol verdiyinə görə həmin əməkdaş intizam tənbehinə layiq bilinmiş, lakin DİN-in müvafiq əmri ilə tutduğu vəzifədən azad edilməsi nəzərə alınaraq kifayətlənilmiş, müraciətinə baxılmasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli məktubla ona cavab verilmişdir. Bakı Şəhər BPl-də aparılan xidməti yoxlama prosesində vətəndaş X7 izahatında xx.xx.2021-ci il tarixdə oğlu Turalın Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılması ona məlum olduqdan sonra həmin PB-yə getdiyini, həyəcanlı olduğu üçün növbətçi hissədə işləyən adını bilmədiyi polis əməkdaşı ilə yüksəs səslə danışdığını, sonuncunun öz xidməti silahını ona uzadıb “al götür, mənə at, bura sənin üçün Yevlax deyil” sözlərini dediyini, sonra onu PB-dən çıxartdıqlarını və oğlunun narkotik vasitədən istifadə etməkdə təqsirləndirildiyinə görə Suraxanı RPl-yə aparılacağının ona bildirilməsini, həmin məsələ ilə əlaqədar məhkəmə olsa da, Turalın həbs edilmədiyini və evdə olduğunu, hazırda İstintaq şöbəsində araşdırmanın davam etdiyini, oğlunun heç vaxt narkotik vasitədən istifadə etmədiyini, cari ilin sentyabr ayında mobil telefonunun oğurlanması ilə əlaqədar Suraxanı RPİ 32-ci PB-də araşdırma aparılsa da, heç bir nəticəsinin olmamasından narazılıq etdiyinə görə oğluna şər atıldığını bildirmişdir. Xidməti yoxlama zərurəti ilə əlaqədar Suraxanı RPİ 32-ci PB-nin sabiq məsul növbətçisi, polis mayoru X11 ilə telefon əlaqəsi saxlanılaraq izahatı alınması üçün Baş İdarəyə dəvət edilərkən sonuncu DİN-in müvafiq əmri ilə tutduğu vəzifədən azad edildiyini və hazırda sərəncamda olduğunu, səhhətinə problemlər olduğuna görə gəlib izahat verə bilməyəcəyini bildirmiş, şifahi sorğu zamanı vətəndaş Sədaqət Mustafayeva PB-yə gələrkən xidmətdə olduğunu, sonuncuya xidməti silahını uzatması, eləcə də onu silahla hədələməsi barədə göstərilənlərin həqiqətəuyğun olmadığını, lakin həmin qadının həddindən artıq səs-küy salması səbəbindən onun üstünə qışqırıb sakit dayanmasını dediyini bildirmişdir. Suraxanı RPİ 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X15 izahatında vətəndaş Sədaqət Mustafayevanın mobil telefonunun oğurlanması barədə müraciətilə əlaqədar Sabunçu RPİ 13-cü PB-də toplanmış materialın Suraxanı RPİ 32-ci PB-yə daxil olaraq icrasının əvvəlcə təhqiqatçı Elnur İsgəndərova həvalə edildiyini, sonuncu xidmət yerini dəyişdiyi üçün sonradan həmin materialın onun icraatına daxil olduğunu, xx.xx.2021-ci il tarixdə toplanmış materialı Suraxanı RPl-nin İstintaq şöbəsinə göndərdiyini və hazırda həmin şöbədə araşdırma aparıldığını, vətəndaş Sədaqət Mustafayeva hər dəfə müxtəlif bəhanələrlə izahat verməyə gəlməkdən yayındığına görə material üzrə müddət pozuntusuna yol verməklə İstintaq şöbəsinə göndərdiyini, şikayətçiyə qarşı qanunsuz hərəkətlərə yol vermədiyini bildirmişdir. Beləliklə, aparılmış xidməti yoxlama nəticəsində Suraxanı RPİ 32-ci PB-nin adını bilmədiyi əməkdaşı tərəfindən silahla hədələnməsi barədə vətəndaş Sədaqət Mustafayevanın müraciətində göstərdiyi xüsusatlar təsdiqlənməsə də, polis mayoru Şəhriyar İsayevin onunla ünsiyyətdə olarkən nəzakətsizliyə yol verməsi, mobil telefonunun oğurlanmasına dair Sədaqət Mustafayevanın müraciəti ilə əlaqədar toplanmış materialın müddət pozuntusuna yol verilməklə Suraxanı RPl-nin İstintaq şöbəsinə göndərilməsi və hazırda müstəntiq Çərkəz Pənahov tərəfindən araşdırma aparılması, oğlu Təqsirləndirilən şəxs haqqında CM-in 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə istintaqın davam etdirilməsi müəyyən edilmişdir.Göstərilənlərə əsasən, təklif edilmişdir: Suraxanı RPİ 32-ci PB-nin əməkdaşı tərəfindən silahla hədələnməsi barədə vətəndaş Sədaqət Mustafayevanın müraciətində göstərdiyi xüsusatlar aparılmış xidməti yoxlama nəticəsində təsdiqlənməsə də, onunla ünsiyyətdə olarkən nəzakətsizliyə yol verdiyinə görə intizam tənbehinə layiq olan Suraxanı RPİ 32-ci PB-nin sabiq məsul növbətçisi, polis mayoru X3 DİN-in xx.xx.2021-ci il tarixli, Ə726-001-21 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilməsi nəzərə alınması, Cinayət-prosessual qanunvericiliyin və DİN-in 2011-560 nömrəli əmrinin tələblərini pozaraq vətəndaş Sədaqət Mustafayevanın mobil telefonunun oğurlanmasına dair müraciəti üzrə süründürməçiliyə yol verib qanunla nəzərdə tutulmuş müddət ərzində qərar qəbul olunmasını təmin etmədiyinə görə intizam tənbehinə layiq olan Suraxanı RPİ 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X12 tutduğu vəzifədə xx.xx.2021-ci il tarixdən xidmət aparması nəzərə alınaraq ciddi xəbərdar olunsun, gələcəkdə analoji nöqsanlara yol verəcəyi təqdirdə barəsində intizam tənbehi tədbirinin görüləcəyi nəzərinə çatdırılması, mobil telefonunun oğurlanmasına dair vətəndaş Sədaqət Mustafayevanın müraciəti ilə əlaqədar toplanmış materialla Suraxanı RPl-nin İstintaq şöbəsində hazırda araşdırma aparılması, eləcə də oğlu Təqsirləndirilən şəxs haqqında CM-in 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə istintaqın davam etdirilməsi nəzərə alınması, xidməti araşdırmanın nəticəsi Bakı Şəhər BPl-nin rəhbərliyinə məruzə olunsun, bu barədə DİN NHlX-ə və müraciət müəllifinə məlumat verilməklə toplanmış material Tll-nin dəftərxanasında işə alınması təklif edilmişdir. Həmin materiala əlavə edilmiş, X7 tərəfindən Bakı şəhər Baş Polis İdarəsində verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, “Mənə verilən suallara cavab olaraq göstərə bilərəm ki, yuxarıda qeyd olunan ünvanda yaşayıram. Qeyd edim ki, cari ilin sentyabr ayında mənə məxsus mobil telefonum oğurlanmışdı və bununla əlaqədar Suraxanı RPİ 32-ci PB-də araşdırma aparılsa da, heç bir nəticəsi olmamış və mənə müraciətimə dair cavab verilməmişdir. Mən bununla əlaqədar bir neçə dəfə DİN-in 102 xidmətinə zəng edib şikayətimi bildirmişəm. xx.xx.2021-ci il tarixdə, saat 14.00 radələrində mənə məlum oldu ki, oğlum Təqsirləndirilən şəxs bir gün əvvəl, ayın 5-i saat 18.00 radələrində Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılıb. Mən həmin bölməyə getdim və növbətçi hissədə işləyən adını bilmədiyim polis əməkdaşı ilə rastlaşdım. Bir qədər həyəcanlı olduğum üçün yüksək səslə danışırdım, bu zaman həmin polis əməkdaşı öz xidməti silahını mənə uzadıb “al götür, mənə at, bura sənin üçün Yevlax deyil” sözlərini dedi. Sonra məni bölmənin binasından çölə çıxartdılar, həm də məlumat verdilər ki, oğlum Suraxanı RPİ-yə aparılacaq, həmçinin məlum oldu ki, oğlumu narkotik vasitədən istifadə etməkdə təqsirləndirirlər. Hazırda həmin idarənin İstintaq şöbəsində araşdırma davam edir. Oğlumun işi ilə bağlı təxminən bir həftə əwəl məhkəmə olub, lakin oğlum həbs olunmayıb, evdədir. Bildirmək istəyirəm ki, mənim oğlum heç vaxt narkotik vasitədən istifadə etməyib, ona görə də mənə elə gəlir ki, mən telefonumun oğurluğu ilə əlaqədar çoxsaylı şikayətlər etdiyimə görə məndən acıq çıxmaq üçün oğlumu şərləyib tutmaq istəyirlər. Həmçinin onu 32-ci PB-də döyüblər ki, narkotik vasitədən istifadə etməsini boynuna alsın, lakin onu hansı polis əməkdaşının döydüyünü bilmirəm. Hazırda şikayət və tələbim ondan ibarətdir ki, oğlum Təqsirləndirilən şəxs heç bir səbəb olmadan tutduqlarına, onu polis bölməsində döydüklərinə görə aidiyyəti əməkdaşların barəsində lazımi tədbir görülsün. Eləcə də mənə tapançasını uzadıb onu vurmağımı bildirən növbətçi də cəzalandırılsın. İzahat mənim sözlərimlə yazılmışdır, ucadan oxundu, doğrudur, imzamla təsdiq edirəm.” Suraxanı Rayon Polis İdarəsinin 01 aprel 2024-cü il tarixli məktuba əsasən qeydiyyat jurnalına əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin MSY-nə 06 noyabr 2021-ci il tarxində daxil olduqdan sonra 06 noyabr, 07 noyabr, 08 noyabr 2021-ci il tarixlərdə hər hansı şəxs onun yanına gəlməmişdir. Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixində saat 11:33-də Suraxanı Rayon Məhkəməsinə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar verilmiş təqdimata baxılması üçün etap edilmişdir. (həmin məktuba həmçinin də MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyat kitabından çıxarış da əlavə edilmişdir). Hüquqi məsələlər və məhkəmənin təhlili: Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaq zamanı tədqiq edilmiş əlavə sübutların məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, məhkəmə baxışına təqdim edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 3,010 qram olan heroin əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Əlizamin oğlu heroin olan narkotik vasitənin daşınmasında, özündə saxlamasında özünü təqsirli bilməməsinə dair ifadə verilməsindən və bununla əlaqədar cinayət işinin materialları ilkin tədqiq edildikdən sonra ibtidai istintaqın nəticəsi olan ittiham aktında Təqsirləndirilən şəxslə bağlı göstərilən halların həqiqiliyinə, buna dair prosessual sənədlərin mötəbərliyinə dair məhkəmədə əsaslı şübhələr yaranmış və ibtidai istintaq zamanı bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. Yuxarıda qeyd edilən yenidən araşdırmanın əsas səbəbi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 (ədəd) bükümdə təmiz çəkisi, 3,010 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımasında özünün təqsirli bilməməsi ilə əlaqədar olan ifadəsidir. Belə ki, ifadəsində anasının telefonunun itməsi ilə əlaqədar Suraxanı RPİ-in 32-ci PB-də şikayət ərizəsinin olduğunu, Suraxanı RPİ-in 32-ci PB-in polis əməkdaşları telefonu tapmadığından anası tez-tez 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, 05 noyabr 2022-ci il tarixdə saat 17:00-18:00 radələrində “Şir” heykəlinin yanında taksidə oturub xalası oğlunu gözlədiyini, bu zaman polis əməkdaşları yaxınlaşaraq onun və taksi sürücüsünü saxlayaraq, polis bölməsinə gətirdiyini, taksi sürücüsü bir gecə onunla birlikdə polis bölməsində qaldığını və səhər atası gələrək onu (taksi sürücüssünü) apardığını, bu müddət ərzində polis əməkdaşları ona təzyiq göstərərək, onların Təqsirləndirilən şəxs vermək istədiyi narkotik maddəni götürməyini və üzərinə baxış keçirilən zaman təqdim etməyini bildirdiklərini, polis əməkdaşları tərəfindən o döyülüb, işgəncə verilməsi nəticəsində üzərində yalnız “xımı” adlandırılan, öz istifadəsi üçün daşınan ot tərkibli vasitənin olduğu halda, 3 bükümlərdən birinin heroin olduğuna və ona məxsus olduğuna dair ifadəyə və protokola imza atdığını, əslində 3 bükümdən hər birinin “xımı” olduğunu, bunu videoçəkilişdə də dediyini, ittiham aktında qeyd olunan pollis əməkdaşlarından biri Şahid2 saxanılmasında iştirak etmədiyini, yalnız ayın 6-sında keçirilmiş şəxsi axatırışın videoçəkilişində iştirak etdiyini, saxlanılma vaxtını 05 noyabr 2021-ci il tarixdə saat 17-18:00-da deyil, yalnız 06 noyabr 2022-ci il tarixdə, saat 10:00-da rəsmləşdirdiyini, 2 gün İVEYS-də saxlanılarkən onun yanına müdafiəçi gəlmədiyini, o, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, heç bir təqsirinin olmadığını həmin ifadənin barəsində həbs seçilərkən məhkəmə iclasında dediyini, cinayət işi üzrə məhkəmənin ilk baxış iclasında, və məhkəmə istintaqının bütün proseslərində dediyini bildirmişdir. “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digə sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunnu motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrini digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmçinin cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs həmin ifadəsinin həqiqiliyini yoxlamaq məqsədilə aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ifadəsində göstərdiyi hallar cinayət işi üzrə tərtib edilmiş prosessual sənədlər arasında ciddi uyğunsuzluğunun mövcudluğu ilə müəyyən edilir. Həmin uyğunsuzluğun müəyyən edilməsi üçün məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılaraq ilk olaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə ibtidai istintaq zamanı aparılmış araşdırmanı və ona dair prosessual sənədləri yoxlayaraq ilk olaraq Təqsirləndirilən şəxs Əlzamin oğlunun ifadəsində göstərdiyi şübhəli şəxs qismində tutulması tarixinə və vaxtına dair məlumatın həqiqiliyini və cinayət-prosessual qanunvericiliyi nəzər-nöqtəyindən həmin anı rəsmiləşdirən prosessual sənədlərin mötəbərliyini və düzgünlüyünü təhlilini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Əlzamin oğlunun ifadəsində göstərdiyi ən əsas yoxlanılmalı hallar – 05 noyabr 2022-ci il tarixdə saat 17:00-18:00 radələrində “Şir” heykəlinin yanında taksidə oturub xalası oğlunu gözlədiyini zaman polis əməkdaşlarının yaxınlaşması, onun və taksi sürücüsünü saxlayaraq, polis bölməsinə gətirdiyini, Təqsirləndirilən şəxs və taksi sürücüsünün bir gecə polis bölməsində qaldıqlarını, bu müddət ərzində polis əməkdaşlarının ona təzyiq göstərək, döyüb, işgəncə verilməsi nəticəsində üzərində yalnız “xımı” adlandırılan, öz istifadəsi üçün daşınan ot tərkibli vasitənin olduğu halda döyüldükdən 3 bükümlərdən birinin heroin olduğuna və ona məxsus olduğuna dair ifadəyə və protokola imza atdığını, əslində 3 bükümdən hər birinin “xımı” olduğunu, saxlanılma vaxtını 05 noyabr 2021-ci il tarixdə saat 17-18:00-da deyil, yalnız 06 noyabr 2022-ci il tarixdə, saat 10:00-da rəsmləşdirdirilməsidir. Belə ki, ittiham aktına əsasən “Şübhəli şəxsin tutulması haqqında” qərarda və protokolda Təqsirləndirilən şəxs Əlzamin oğlunun saxlanılma vaxtı 06 noyabr 2022-ci il tarixdə, saat 10:00-da qeyd edilmiş, Təqsirləndirilən şəxs Əlzamin oğlu isə ifadəsində şübhəli şəxs qismində saxlanıldığı vaxtı 05 noyabr 2022-ci il tarixdə, saat 17:00-18:00 radələrində bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Əlzamin oğlu bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ***-***-**-** saylı mobil telefonu olmuşdur. Həmin mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olması halı cinayət işinin 106-cı səhifəsində olan Suraxanı RPİ-in İŞ-in müstəntiqi, polis kapitanı Cavid İskəndərov tərəfindən tərtib edilmiş “Arayış”da qeyd edilmişdir. Belə ki, həmin arayışa əsasən o, Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətlərinin edilməsi üçün özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə İŞ-də dəvət etmək məqsədi ilə zəng etməklə, həmin nömrə ilə əlaqə saxlamasını qeyd etmişdir. Bundan əlavə həmin mobil nömrə ittiham aktına əlavə edilmiş siyahıda da təqsirləndirilən şəxsin istifadəsində olması qeyd edilməklə onunla telefon əlaqəsi üçün qeyd edilmişdir. Təqsirləndirilən şəxs Əlzamin oğlunun tutulma vaxtı ilə iddia olunan ziddiyyətin yoxlanılması üçün məhkəmə müdafiəçi tərəfindən verilmiş vəsatəti təmin etməklə, ilk olaraq Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Əlizamin oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin 01 oktyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırda anten əhatə dairəsi barədə məlumatların əldə edilməsi üçün müvafiq qərarlar qəbul edərək icra olunması üçün "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-in 13 mart 2023-cü il tarixli, AZF/LGL-2298/23 saylı məktubuna əlavə edilmiş izahlı məlumata əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə dair sorğulanan tarixləri əhatə edən dövr ərzində olan məlumatlarda Təqsirləndirilən şəxs Əlizamin oğluna məxsus ***-***-**-** saylı mobil nömrənin sonuncu anten dairəsinin koordinatları 05 noyabr 2022-ci il tarixdə, saat 16.40-da Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi ilə Şərq yaşayış sahəsi, 10-cu döngənin kəsişməsindəki qaraj, saat 16:49-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,70, saat 17:05-də isə Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany ünvanı göstərilir. Yalnız 06 noyabr 2022-ci il tarixdə saat 22:35-də SMSMT göstəricisi ilə SMS-in daxil olması göstərilir, həmin sms məlumatın anten göstəricisi də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany göstərir. Mobil operatorun təqdim etdiyi açıqlamalara əsasən həmin vaxtdan sonra həmin nömrə aktiv deyil və sonrakı bütün müddət ərzində də söndürülmüş vəziyyətdədir. Mübahisəsi olan bu dəlillər isə Təqsirləndirilən şəxs Əlzamin oğlunun ***-***-**-** saylı mobil nömrə ilə özünün istifadəsində olmuş həmin mobil telefonu ilə bağlı məhkəmədə bildirdiyi xüsusatları təsdiq edir. Təqsirləndirilən şəxs Əlzamin oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair sonuncu anten dairəsinin koordinatları 05 noyabr 2022-ci il tarixdə, saat 16.40-da Qaraçuxur qəsəbəsi,Y.Eyvazov küçəsi ilə Şərq yaşayış sahəsi, 10-cu döngənin kəsişməsindəki qaraj, 16:49-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,70, saat 17:05-də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany ünvanı göstərilməsi ilə əlaqədar müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasına mütəxəssis qismində "xxxx" MMC-in nümayəndəsi X23 dəvət edilmiş və o, öz ifadəsində bildirmişdir ki, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, cihazın keyfiyyət göstəricilərindən, siqnala əngəl törədən hər hansı bir maneə (döncə, dağ, bina v s) təsirlərdən mobil telefonun yaxınlıqdakı digər şanlardan istifadəsi mümkündür. Lakin, nəzərə alınmalıdır ki, belə bir halın baş verməsi ehtimal xarakterlidir. Yəni, mobil telefonun yaxınlıqdakı digər şanlar qoşulması "xxxx" MMC tərəfindən istisna edilmir. "xxxx" MMC-in 25 dekabr 2023-cü il tarixli, AZF/LGL-16562/23 saylı məktuba əsasən hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 300 m-32 km. qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkamınndadır. Zəngin tipi sütünunda (qeyd olunan usage_start/usage_stop/usage_in ) internet istifadələridir (start- başlama, stop-bitmə, intinterval). MOC - sorğu edilən nömrənin çıxış zəngləri, MTC - sorğu edilən nömrənin daxil olan zəngləri, SMSMT və SMSMO zənglərin SMS-lərlə bağlı abreviaturalardır. İnternet istifadələri zaman istifadənin başlama və bitmə müddətinə uyğun olaraq texniki səbəblərdən real zəng zamanı abunəçinin olduğu əhatə dairəsində fərqli anten məlumatları göstərilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlərə diqqət edilməsi xahiş edilərək, bildirilmişdir ki, zəngin detallaşma hissəsində aşkarlanan ünvan (UVVK2487A,UBBK2487 Sami Petrol,”Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/ (40.390xx/xx.96708) BBK2487 adlı sahənin yerləşdiyi ünvandır. Həmin ünvan Xətai və Suraxanı rayonunun kəsişmə sərhədini əhatə edir. Həmçinin, məhkəmə, "xxxx" MMC-in 13 mart 2023-cü il tarixli, AZF/LGL-2298/23 saylı məktubu ilə müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “SMSMT, MTC” qeyd olunan sətirləri əsas götürür. Bundan əlavə, qeyd olunmaldır ki, Təqsirləndirilən şəxs Əlzamin oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair sonuncu anten dairəsinin koordinatları kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,70 göstərilən ünvan Suraxını RPİ-n 32-ci PB-in yerləşdiyi ünvana kifayət qədər yaxınlıqdadır. Bakı şəhərində ünvanlaşmanın kifayət qədər sıx olduğu ərazidir. Belə olan halda, təqsirləndirilən şəxsin göstərdiyi kimi 05 noyabr 2022-ci il tarixdə saat 17 radələrində anten məlumatlarının ətrafdakı digər çoxlu saydakı yaşayış və qeyri-yaşayış binalarının deyil, hansısa ehtimal xarakterli texniki səbəbdən yanlışlıqla məhz Suraxanı RPİ-in 32-ci PB-in inzibati binasının yerləşdiyi ünvana yaxın bir ünvanın göstərilməsi inandırıcı və ağlabatan deyildir. Bundan başqa, məhkəmə, ittihama əsasən Təqsirləndirilən şəxs Əlzamin oğlunun ünvan 13 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilməsində iştirak etmiş polis əməkdaşları olan Şahid1, Şahid2 ifadələrini tədqiq edərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı bildirdilər ki, Təqsirləndirilən şəxs Əlzamin oğlu saxladığı zaman tək olub, saxlanılma vaxtı da 06 noyabr 2022-ci il tarixdə baş vermişdir, saxlanılma vaxtı barədə ümumiyyətlə məlumat vermiyiblər. Həmçinin Təqsirləndirilən şəxs Əlzamin oğlu və Şahid2 ilə çarpaz dindirmədə təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 ona qarşı zor tətbiq etmiş, və ümumiyyətlə saxlanılmasında iştirak etməmiş, yalnız 06 noyabr 2022-ci il tarixdə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətində və ona dair videoçəkilişdə iştirak etmişdir. Ümumiyyətlə, qeyd edilməlidir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs Əlzamin oğluna yaxınlaşaraq onu polis bölməsinə aparılmasında və üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etmiş polis əməkdaşları sərbəst ifadələrində iş üzrə qısa və ümumi xarakterli məlumat verməklə kifayətlənmiş, hansı xarakterli əməliyyat məlumatın daxil edilməsi, məlumatın nə vaxt daxil olması məhkəmə iclasında ittiham və müdafiə tərəfinin suallarına isə tutulma vaxtının yadında olmaması səbəbindən cavab verməkdən yayınmışlar. Hətta, məhkəmə iclasında dindirilmiş şahidlər sübutetmə predmetinə daxil olan əsas hallarla bağlı məhkəməyə dəqiq və mötəbər məlumatlar verə bilməmişlər. Şahidlərin Şahid2, Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edilib-edilməməsi ilə əlaqədar məlumatın yoxlanılması məqsədilə Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilməklə, şahidlər Şahid1 isifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin, Şahid2 istifadəsində oluş ***-***-**-** telefon nömrəsinin 05 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci ilədək tarixlərini əhatə edən və vəkil Müdafiəçi1 istifadəsində olmuş ***-***- **-** və ***-***-**-** telefon nömrələrinin 06 noyabr 2021-ci ilədək tarixdə saat 10:00-dan 18:00-dək əhatə edən dövrə ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların əldə edilməsi üçün müvafiq qərarlar qəbul edərək icra olunması üçün “Azercell” və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-in BKS/LGL-10995/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tədqiqatın nəticələrinə əsasən Şahid1 isifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin anten məlumatları 06 noyabr 2021-ci il tarixdə, saat 09:42-də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany, saat 10:00-da Ahmedli-HSP/Bakışəhəri, Babək prospekti 111a məhəllə, 2376”/Surakhany/(40.39881/4996716). Həmin anten məlumatları 10:00:22-qədər göstərir, sonra 10:02:17-də Neapol/Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 8 ünvanı, Neapol 555 avtoservis”/Khatai/, həmin anten məlumatları saat 10:02:58-yə qədər göstərir, saat 10:05-də Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanı göstərir. "xxxx" MMC-in BKC/LGL-10995/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “MOC, MTC, SMSMT, SMSMO” qeyd olunan sətirləri əsas götürür. Bundan əlavə Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il taixli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilməklə, Şahid2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 05 noyabr 2021-ci il tarixdən 06 noyabr 2021-ci ilədək tarixlərini əhatə edən və vəkil Müdafiəçi1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələrinin 06 noyabrdan 08 noyabr 2021-ci ilədək əhatə edən dövrə ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, sms məlumatları qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırda anten əhatə dairəsi barədə məlumatların əldə edilməsi üçün müvafiq qərarlar qəbul edərək icra olunması üçün "xxxx", “Azercell” və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-in BKC/LGL-1494/23 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş tədqiqatın nəticələrinə əsasən Şahid2 istifadəsində ***-***-**-** saylı mobil nömrənin anten məlumatları 06 noyabr 2021-ci il tarixdə, saat 10:01-də ünvan 6ny (anten göstərici MOC, danışıq vaxtı15 saniyə təşkil edir), saat 10.01:41-də yenə həmin ünvanı, yəni ünvan 6ny (anten göstərici MOC, danışıq vaxtı 14 saniyə təşkil edir), saat 10:02 –də həmin ünvanı göstərir (anten göstərici MOC, danışıq vaxtı 71 saniyə təşkil edir), saat 10:04-də həmin ünvanı (anten göstərici MOC, danışıq vaxtı 19 saniyətəşkil edir), saat 10:05-də də həmin ünvanı ünvan 7niyə) və 10:06-da həmin ünvanda 90 saniyə ərzində danışıq aparır. Bu hal isə özü-özlüyündə Təqsirləndirilən şəxs Əlzamin oğlunun 06 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində saxlanılmasına dair ittihamda göstərilən hallarla ziddiyyət təşkil edir və Şahid2 ifadəsinin həqiqiliyinə olan şübhələr yaradır. "xxxx" MMC-in BKC/LGL-1494/23 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş tədqiqatın nəticələrinə əsasən vəkil Müdafiəçi1 istifadəsində olan ********** saylı mobil nömrənin anten dairə məlumatlarında 06 noyabr 2021-ci il tarixdə, saat 09:52:22-də Bakı şəhəri, Xətai, Mehmandarov küçəsi,Nepol 555 avtoservis,Khatai, (40.3869,49.96959) rayonu göstərilir. "xxxx" MMC-in BKC/LGL-1494/23 saylı, xx.xx.2024-cü il tarixli məktubuna müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “MOC, MTC, SMSMT, SMSMO” qeyd olunan sətirləri əsas götürür. Məhkəmə, "xxxx" MMC-in 13 mart 2023-cü il tarixli, AZF/LGL-2298/23 saylı saylı məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Təqsirləndirilən şəxs Əlzamin oğlunun istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatlarını, "xxxx" MMC-in BKC/LGL-10995/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Şahid1 istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatlarını, "xxxx" MMC-in BKC/LGL-1494/23 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Şahid2 istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatlarını sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatların sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir. Bundan əlavə Təqsirləndirilən şəxs anasının telefonunun itməsi ilə əlaqədar Suraxanı RPİ-in 32-ci PB-də şikayət ərizəsinin olduğunu, Suraxanı RPİ-in 32-ci PB-in polis əməkdaşları telefonu tapmadığından anası tez-tez 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, onun sırf bu səbəbə görə polis əməkdaşları tərəfindən “yüklənməsi”, bundan əlavə Təqsirləndirilən şəxs tutulduqdan sonra anasının onun axtarılması, bununla əlaqədar “102” xidmətinə müraciət edilməsi, özü müraciətində Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə tutulmasına dair təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinin yoxlanılması üçün məhkəmə tərəfindən Bakı şəhər Polis İdarəsinə sorğu ünvanlanmış, Bakı şəhər Polis İdarəsinin məktubuna əsasən müəyyən edilmişdir ki, Suraxanı RPİ 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X15 izahatında vətəndaş Sədaqət Mustafayevanın mobil telefonunun oğurlanması barədə müraciətilə əlaqədar Sabunçu RPİ 13-cü PB-də toplanmış materialın Suraxanı RPİ 32-ci PB-yə daxil olaraq icrasının əvvəlcə təhqiqatçı Elnur İsgəndərova həvalə edilmiş, sonuncu xidmət yerini dəyişdiyi üçün sonradan həmin materialın onun icraatına daxil olmuş, xx.xx.2021-ci il tarixdə toplanmış materialı Suraxanı RPl-nin İstintaq şöbəsinə göndərmiş və hazırda həmin şöbədə araşdırma aparılmış, mobil telefonunun oğurlanmasına dair Sədaqət Mustafayevanın müraciəti ilə əlaqədar toplanmış materialın müddət pozuntusuna yol verilməklə Suraxanı RPl-nin İstintaq şöbəsinə göndərilmiş və hazırda müstəntiq Çərkəz Pənahov tərəfindən araşdırma aparılmış, onunla ünsiyyətdə olarkən nəzakətsizliyə yol verdiyinə görə intizam tənbehinə layiq olan Suraxanı RPİ 32-ci PB-nin sabiq məsul növbətçisi, polis mayoru X3 DİN-in xx.xx.2021-ci il tarixli, Ə726-001-21 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş, Cinayət-prosessual qanunvericiliyin və DİN-in 2011-560 nömrəli əmrinin tələblərini pozaraq vətəndaş Sədaqət Mustafayevanın mobil telefonunun oğurlanmasına dair müraciəti üzrə süründürməçiliyə yol verib qanunla nəzərdə tutulmuş müddət ərzində qərar qəbul olunmasını təmin etmədiyinə görə intizam tənbehinə layiq olan Suraxanı RPİ 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı X12 tutduğu vəzifədə xx.xx.2021-ci il tarixdən xidmət aparması nəzərə alınaraq ciddi xəbərdar olunmuşdur. Həmçinin materiala əlavə edilmiş X7 tərəfindən Bakı şəhər Baş Polis İdarəsində verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, “xx.xx.2021-ci il tarixdə, saat 14.00 radələrində mənə məlum oldu ki, oğlum Təqsirləndirilən şəxs bir gün əvvəl, ayın 5-i saat 18.00 radələrində Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılıb. Mən həmin bölməyə getdim və növbətçi hissədə işləyən adını bilmədiyim polis əməkdaşı ilə rastlaşdım. Bir qədər həyəcanlı olduğum üçün yüksək səslə danışırdım, bu zaman həmin polis əməkdaşı öz xidməti silahını mənə uzadıb “al götür, mənə at, bura sənin üçün Yevlax deyil” sözlərini dedi. Sonra məni bölmənin binasından çölə çıxartdılar, həm də məlumat verdilər ki, oğlum Suraxanı RPİ-yə aparılacaq, həmçinin məlum oldu ki, oğlumu narkotik vasitədən istifadə etməkdə təqsirləndirirlər. Hazırda həmin idarənin İstintaq şöbəsində araşdırma davam edir. Oğlumun işi ilə bağlı təxminən bir həftə əvvəl məhkəmə olub, lakin oğlum həbs olunmayıb, evdədir. mənim oğlum heç vaxt narkotik vasitədən istifadə etməyib, ona görə də mənə elə gəlir ki, mən telefonumun oğurluğu ilə əlaqədar çoxsaylı şikayətlər etdiyimə görə məndən acıq çıxmaq üçün oğlumu şərləyib tutmaq istəyirlər. Həmçinin onu 32-ci PB-də döyüblər ki, narkotik vasitədən istifadə etməsini boynuna alsın, lakin onu hansı polis əməkdaşının döydüyünü bilmir”. Təqsirləndirilən şəxs Əlzamin oğlunun istifadəsində olan mobil nomrə üzrə alınmış anten məlumatlarını, iş üzrə dindirilmiş şahidlərin ifadələrini və istifadəsində olan anten məlumutlarını, Təqsirləndirilən şəxs ifadəsində göstərimiş anasının telefonun oğurlanması ilə əlaqədar və 05 noyabr 2002-ci il tarixdə tutulması ilə əlaqədar polis orqanlarına olan müraciətlərin mövcud olduğunu və ifadənin həmin hissəsinin təsdiq edilməsini nəzərə alaraq, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının vaxtı və yeri barədə məlumatın yoxlanılmasına dair əlavə Şahid3 dindirmişdir. Əlavə şahid qismində dinirilmiş Şahid3 məhkəmə iclasında göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılma vaxtının şahidi olmuşdur. Belə ki, 05 noyabr 2022-ci il tarixdə Tural ona zəng elədi ki, “Venesiya” şadlıq sarayının yanına getməlidir və onlar birlikdə həmin yerə getdilər. Tural qapını açıb maşından düşmək istəyəndə onu tutdular. Onu və Təqsirləndirilən şəxs 2022-ci ilin noyabrın 5-i, 32-ci Polis Bölməsinin əməkdaşları olaraq 6-7 nəfər saxlamışdır. Ozünü ayın 6-sı, yəni səhəri gün buraxdılar. Gecə orada qaldılar, səhər buraxdılar. Bölmədə dedilər ki, Turalın üzərindən narkotik çıxıb. O, əvvəldən Turalın narkotik vasitələrdən istifadə etdiyini görməmişdi. Ayın tarixi ona görə dəqiq yadında qalıb ki, həmin vaxt onun özünün tutulduğu vaxtıdır. Tural ona döyüldyünü danışmışdır. Onun yanında Turalın iki dəfə dili qatlanmışdır. Həkimi çağırmadılar. Özləri kömək edib dilini çıxartdılar. Özü 32-ci Polis Bölməsinin yaxınlığında yaşayır. Tutulanda yanında mobil telefonu olub, ***-***-**-** saylı mobil nömrədir. Bundan əlavə məhkəmə, şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrini və əlavə Şahid3 ifadəsinin yoxlanılması üçün Şahid3 Suraxanı RPİ-in 32-ci PB-nə hansı tarixdə və vaxtda gətirilməsi ilə bağlı məlumatın əldə edilməsi ilə bağlı Suraxanı RPİ-in 32 Polis Bölməsinə sorğu ünvanlamış, həmin sorğuya olan cavabda Şahid3 Suraxanı RPİ-in 32-ci PB-nə gətirilməsi qeyd olunsa da, tarixi 06 noyabr 2022-ci il tarixdə saat 12:45-də göstərilmişdir. Həmin məlumatın yoxlanılması üçün məhkəmə tərəfindən təqsirləndirilən şəxsin və əlavə şahidin Suraxanı RPİ-in 32-ci PB-nə gətirilməsi vaxtı ilə əlaqədar Polis Bölməsindən məlumat və gətirilmiş şəxslərin qeydiyyatına dair jurnalın və ya çıxarışların təqdim edilməsini tələb edilmiş, təqdim edilmiş qeydiyyat jurnalından olan çıxarışlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Əlzamin oğlu 06 noyabr 2022-ci il tarixdə, saat 10:10-da gətirilmiş, Təqsirləndirilən şəxs gətirilməsi “550” nömrə ilə qeyd edilmiş, gətirilməsi polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən icra edilmişdir. Şahid3 isə 06 noyabr 2022-ci il tarixdə, saat 12:45-də gətirilmiş, gətirilməsi B.Bayramov və Şahid1 tərəfindən icra edilmişdir. Həmin qeyd “552” nömrə ilə qeyd edilmişdir. Qeyd olunan jurnala və ona dair çıxarışlara nəzər salarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin jurnalda həmçinin “551” nömrəsi ilə qeyd edilmiş digər şəxsin gətirilməsi qeyd edilmiş, həmin şəxsin gətirilməsi vaxtı isə 06 noyabr 2022-ci il tarixdə, saat 10:05-də göstərilmiş, gətirilməsi icra edən şəxslər “B.Bayramov və Şahid1” kimi qeyd edilmişdir. Göstərilən qeydələrə əsasən həmin şəxsin gətirilməsi Təqsirləndirilən şəxs Əlzamin oğlundan daha əvvəl, yəni saat 10:05-də qeyd olunmasına baxmayaraq, jurnalda sıra nömrə üzrə Təqsirləndirilən şəxs sonra qeyd edilmiş, və ona Təqsirləndirilən şəxs (“550” nömrə ilə qeyd edilmiş) sonrakı, yəni “551” sıra nömrəsi verilmişdir. Bundan əlavə, həmin çıxarışlardan görünür ki, 06 noyabr 2022-ci il tarixdə, saat 10:10-da gətirilməsi qeydə alınmış Təqsirləndirilən şəxs Əlzamin oğlunun saxlanılmasında Şahid1 və Şahid2 iştirakı qeyd edilmiş, sonrakı “551” nömrə ilə qeyd edilmiş, gətirilməsi 06 noyabr 2022-ci il tarixdə, saat 10:05-də qeydə alınmış şəxsin gətirilməsində iştirak edən polis əməkdaşı olaraq yenə də Şahid1 qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal – polis əməkdaşı Şahid1 tərəfindən, arasında cəmi 5 dəqiqə fərq olmaqla, hər iki şəxsin – Təqsirləndirilən şəxs və “551” nömrə ilə qeyd edilmiş digər şəxsin ayrı-ayrılıqda saxlanılmasında iştirak edilməsi, polis bölməsinə gətirilməsi, bu barədə raportun yazılması, və digər prosessual hərəkətlərinin həyata keçirilməsi və prosessual sənədlərin tərtib edilməsi qeyri-mümkün olmaqla, və başqa hər hansı prosesuual sənədlərdə öz izahını tapmamaqla, özü özlüyündə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs gətirilməsi vaxtını rəsmiləşdirən bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolu və qərarı etibarsız olduğuna dair qənaətə gəlmək imkan verir. Belə olan halda, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə bağlı yuxarıda təhlil edilən sübutlar da nəzərə alındıqda şahid qismində dindirilmiş polis əməkdaşlarının cinayət işinin sübutetmə predmetinə daxil olan halları ilə (xüsusilə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və yeri ilə) bağlı verdikləri ifadələrin verilmiş ittihamla ziddiyyət təşkil etməsi, ümumiyyətlə, bir çox halda iş üzrə əhəmiyyət kəsb edən hallarla ittiham və müdafiə tərəfinin suallarına cavab verə bilməmələri ittihamda göstərilən halların həqiqətdə baş vermədiyi qənaətinə gəlməyə, Təqsirləndirilən şəxs Əlzamin oğlunun həqiqətən xx.xx.2022-ci il tarixdə saat 10:00-da radələrində Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən “Elit” kafesinin yaxınlığında olmasını, onun məhz həmin polis əməkdaşları tərəfindən həmin şəraitdə saxlanıldığı xüsusatlarını təkzib etməyə imkan verir. Başqa sözlə, şahid ifadələrindəki qeyri-müəyyənliklər, ziddiyyətlər, onların suallara cavab verməkdən yayınmaları, məhkəmə tərəfindən alınmış anten məlumatlarının göstəriciləri onların həqiqətən təqsirləndiriləni göstərilən şəraitdə və vaxtda saxladıqları inamını doğurmur və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyi qənaətinə gəlməyə imkan verir. Şübhəli şəxsin tutulması haqqında protokoluna əsasən Suraxanı RPİ-nin 32-ci PB-nin TBnin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən Təqsirləndirilən şəxs Əlzamin oğlu 06 noyabr 2022-ci il tarixdə saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokolun tərtib edilməsi 10:50-dən saat 10:55-dən baş vermişdir. 06 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Əlzamin oğlunun üzərində şəxsi axtarış keçirilməsi haqqında protokola əsasən həmin istintaq hərəkətinin başlanması 06 noyabr 2022-ci il tarixdə saat 11:15-da başlanmış, 11:27-dək aparılmışdır. Məhkəmə istintaqı zamanı tərəflərlə birlikdə şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videogörüntüyə baxış keçirərkən, müəyyən etmişdir ki, 1) protokola əsasən həmin istintaq hərəkətinin 12 dəqiqə ərzində aparılmasına baxmayaraq, protokola əlavə edilmiş videogörüntünü daşıyan diskdə olan videogörüntü 2 fayldan ibarətdir, 1 faylda olan videogörüntünün vaxtı 03 dəqiqə 23 saniyədir, 2-ci faylda olan videogörüntünün vaxtı 3 dəqiqə 26 saniyə təşkil edir. 2) Təqsirləndirilən şəxs Əlzamin oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini aparan təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi məlumatları yoxlayandan sonra, bildirir ki, “Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində qeyd olunan prosessual hüquqları Sizə izah edilmişdir”. Qeyd olunmalıdır ki, təhqiqatçı videogörüntüdə qeyd olunan prosessual hüquqları sadalamamış, yalnız bu cümlənin söyləməsi ilə kifayətlənir, şəxsi axtarış başlayaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hələ üzərində olan qanunsuz əşyaların olub-olmaması ilə əlaqədar sual verilmədən, Təqsirləndirilən şəxs artıq əlini şalvarın sağ cibinə atır, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququ, müdafiəçinin yardımından istifadə edilməsi hüququ izah edilməmiş, təhqiqatçı tərəfindən “müdafiəçinin iştirakı olmadan şəxsin axtarışın keçirilməsinə etiraz etmirsiz?” sual verərək, sanki təqsirləndirilən şəxsi müdafiəçidən imtina etmək üçün fakt qarşısında qoymuş, 3) Təqsirləndirilən şəxs Əlzamin oğluna üzərində hər hansı qanunsuz əşya varsa təqdim edilməsi sualına, Təqsirləndirilən şəxs 1 sellofan bükümü təqdim edərək, həmin bükümün içərisində 3 büküm təqdim edilmiş, Təqsirləndirilən şəxs hər üç bükümün təhqiqatçı tərəfindən 2 bükümünün içərisi açılmış, həmin bükümlərin içi ot tərkibli vasitə olduğu açıq aydın videogörüntüdə görsənir, üçüncü bükümün içərisi isə təhqiqatçı tərəfindən tam açılmamış, bükümün içi həqiqətən qəhvəyi rəngi və yaxud ot tərkibli olması ümumiyyətlə göstərilməmişdir. Lakin şəxsi axtarış və götürmə haqqında protokolda, həmin istintaq hərəkətinə dair videoğörüntünün özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokolda qeyd edilir ki, həmin 3-cü büküm açılaraq içində qəhvəyi rəngli maddi müəyyən edimişdir. Həmçinin də Təqsirləndirilən şəxs özü videogörüntüdə bildirir ki, hər 3 bükümdə “xımı” adlandırılan ot tərkibli vasitədir, öz istifadəsi üçün gəzdirir. 4) Bundan əlavə videogörüntüdə açıq-aydın görsənir ki, bükümlərin ekspertiza üçün qoyulmuş zərfin üstü qabaqcadan yazılmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən yalnız imzalanmış, sanki təhqiqatçı qabaqcadan bilirdi ki, Təqsirləndirilən şəxs Əlzamin oğlunun üzərindən şəxsi axtarış və götürmə zamanı narkotik vasitələri aşkar ediləcəkdir. Bütün qeyd edilənlər məhkəməyə o nəticəyə gəlmək imkan verir ki, ümumiyyətlə şəxsi axtarış və götürmə istintaq hərəkəti qabaqcadan təhqiqatçı tərəfindən planlaşdırılmış və səhnələşdirilmiş şəkildə keçirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" MMC-in 13 mart 2023-cü il tarixli, AZF/LGL-2298/23 saylı saylı məktubuna əsasən Təqsirləndirilən şəxs Əlzamin oğlunun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin anten dairəsi Təqsirləndirilən şəxs Əlizamin oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair sorğulanan tarixləri əhatə edən dövr ərzində olan məlumatlarda Təqsirləndirilən şəxs Əlizamin oğluna məxsus ***-***-**-** saylı mobil nömrənin sonuncu anten dairəsinin koordinatları 05 noyabr 2022-ci il tarixdə, saat 16.40-da Qaraçuxur qəsəbəsi,Y.Eyvazov küçəsi ilə Şərq yaşayış sahəsi, 10-cu döngənin kəsişməsindəki qaraj, saat 16:49-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,70, saat 17:05-də isə Sami Petrol/Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 33”/Surakhany ünvanı göstərilir. Yalnız 06 noyabr 2022-ci il tarixdə saat 22:35-də SMSMT göstəricisi ilə SMS daxil olur. Mobil operatorun təqdim etdiyi açıqlamalara əsasən həmin vaxtdan sonra həmin nömrə aktiv deyil və sonrakı bütün müddət ərzində də söndürülmüş vəziyyətdədir. Həmin zəngin anten dairəsi ünvan 19 ünvanı (Bakı şəhəri Suraxanı Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasının antenna dairəsini əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs Əlzamin oğlunun ifadəsində göstərilən xüsusatının doğruluğunu təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 232.2-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həm də 233.5-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Məhkəmə, nəinki müdafiəçidən imtina etməmiş, ümumiyyətlə müdafiə hüququ təmin edilməmiş Təqsirləndirilən şəxs Əlzamin oğlunun adından imzalamadığı şəxsi axtarış və götürmə aparılması haqqında protokola daxil edilmiş ifadəsinə, habelə digər ilkin ifadələrinə sübut kimi istinad edilməsinin istisna edildiyi qənaətinə gələrkən həm də cinayət-prosessual qanunvericiliyin göstərilən tələblərini nəzərə alır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, 05 noyabr 2022-ci il tarixdə saat 17:00-18:00 aralığında Təqsirləndirilən şəxs Əlzamin oğlu tutularaq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmış, faktiki olaraq 05 noyabr 2022-ci il saat 17:00-dan etibarən həmin bölmədə qanunsuz olaraq saxlanılmış (nəzərə almaq lazımdır ki, saat 17:00 təqsirləndirilənin Polis Bölməsində saxlanılmasının anten əsasında müəyyən edilə bilən başlanğıcını ifadə edir) həmin tarixdə saat 11:15-də müdafiəçinin iştirakı ilə barəsində “Tutma protokolu” tərtib edilmiş, saat 11:27-də üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin qeyd edilən pozuntular istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hər hanası mötəbər sübutlarla təkzib edilməmiş, və yaxud ibtidai istintaqı zamanı və yaxud məhkəmə istintaq zamanı ağlabatan formada izah olunmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Əlzamin oğluna xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində saxlanılması və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 21 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, əlavə şahid qismində dindirilmiş Şahid3, "xxxx" MMC-nin nümayəndəsi X23, "xxxx" MMC-in 13 mart 2023-cü il tarixli, AZF/LGL-2298/23 saylı saylı məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Təqsirləndirilən şəxs Əlzamin oğlunun istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatlarını, "xxxx" MMC-in BKC/LGL-10995/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Şahid1 istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatlarını, "xxxx" MMC-in BKC/LGL-1494/23 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə əks olunan Şahid2 istifadəsində olan mobil telefon nömrəsi üzrə anten məlumatlarını əks etdirən 1 ədəd CD disk, məhkəmə istintaqı zamanı alınmış digər sənədləri ilə həmin xüsusat təkzib olunmuşdur. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 12- ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər. Həm də bu qərarda digər xüsusatlarla yanaşı haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı, müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar, adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması öz əksini tapmalıdır. Amma cinayət işinin materiallarında olan 06 noyabr 2021-ci il tarixli qərar həmin tələblərə bütövlükdə cavab vermir. Qərarda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həm də 445-ci maddəsinə istinad edilsə də «qərara verdim» hissəsində Təqsirləndirilən şəxs haqqında məhz hansı qanunla nəzərdə tutulmuş əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyi göstərilməmişdir. Cinayət-Prosessual Məcəllənin 445.1-ci maddəsində məhkəmənin qərarı olmadan keçirilən əməliyat tədbirləri konkret sadalanmışdır. Cinayət-Prosessual Məcəllənin 445.2-ci maddəsinin tələbinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, qərarda Təqsirləndirilən şəxs haqqında Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 10-cu maddəsinin 4-cü bəndinin müddəaların çərçivəsində olan məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini göstərilməmiş, bununla da Cinayət- Prosessual Məcəllənin tələblərinin pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə, Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Suraxanı rayon Məhkəməsinin hakimi Anar İbrahimovun 10 noyabr 2021-ci il tarixli qərarına əsasən Suraxanı RPİ-in 32-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilməsinə dair materialı nəzərdə keçirərək, müəyyən edilmişdir ki, Suraxanı RPİ-in 32-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı 48 saat ərzində deyil, 4 gün sonra məhkəməyə göndərilmişdir. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında xeyli vaxtın (daha dəqiq 16 saatdan az olmayaraq) keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin narkotik vasitənin onun cibinə “qoyulmasının” və yaxud bükümlərini birinin əvəzləşdirilməsinin mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Həmçinin, Şahid2 ilə təqsirləndirilən şəxs arasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs da bildirmişdir ki, “ mənə qarşı zor tətbiq eliyib, Babək müəllimin otağında”, “məni saxlamayıb”, “yalnız polis bölməsini otağında görmüşəm”, videoçəkilişdən qabaq sellofan bükümü ona verilib bu sözlərdən sonra saxlamalı olduğunu, və iş üzrə şahid qismində qeyd edilmiş şəxslərin (polis əməkdaşlarının) yalnız videoçəkilişdə gördüyü, saxlanılmasında iştirak etmədiklərini bildirmişdir. Yuxarıda sadalanan məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011 -ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM- nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Şübhəli şəxsin tutulması prosessual məcburiyyət tədbririnin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilməsi və rəsmiləşdirilməsi, bununla bağlı bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolun, şübhəli şəxsin tutulması haqqında qərarın, şübhəli şəxsin qismində dindirilməsi haqqında protokolun və digər prosessual sənədlərin mötəbər olması, o cümlədən həqiqətə uyğun, düzgün və cinayət prosessual qanunu baxımından qanuni və əsaslı tərtib edilməsi – ibtidai istintaqın təməlinin ən əhəmiyyətli sütunlarından biridir. Şübhəli şəxsin tutulması cinayət prosessual qanunvericiliyinin müdddəalarına uyğun olaraq həyata keçirilməsini, o cümlədən rəsmiləşdirilməsinin əhəmiyyəti təkcə ibtidai istintaqının qanuni və əsaslı keçirilmiş hesab edilməsi üçün mühum əhəmiyyət daşımır, həmçinin də ən əsas, ayrılmaz, konstitusion insan və və vətəndaşı hüquqlarına - azadlıq hüququna riayət edilməsi ilə əlaqədardır. Belə ki, həmin hüquq istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər milli və beynəlxalq normativ aktları ilə absolyut hesab olunur və həmin hüquqa dair məhdudiyyət qanunvericı tərəfindər yalnız müstəsna hallarda, onlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin movcud olması ilə bağlı tutulma qismində nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şübhəli şəxs qismində tutularkən şəxsin azadlığı faktiki olaraq məhdulaşdırıldığından həmin prosessual məcburiyyət tədbirinin rəsmiləşdirilməsi anın (vaxtın) dəqiq göstərilməməsi – gizlədərək, saxtalaşdırılması – şəxsin azadlıq hüququnun kobudcasına pozulmasına və digər ağır nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündən “tapılmış” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, yalnız “xımı” adlandırdığı ot tərkbili vasitənin olduğunu (həmin vasitənin narkotik vasitə olmaması barədə bioloji ekspertizasının rəyi mövcuddur) sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs Əlzamin oğlunun barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının" mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş) Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə və vaxtda deyil, 16 saatdan da artıq müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, şübhəli şəxs qismində tutulmasının vaxtı barədə qeydiyyat jurnalından çıxarışlar polis əməkdaşları tərəfindən təqdim olunsa belə, həmin qeydiyyatda kobud prosessual pozuntulara yol verilmiş və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutulduğu yerdə və ya ən azından Polis Bölməsinə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (16 saatdan artıq bir müddət, nəzərə alınmalıdır ki, bu müddət təqsirləndirilən şəxsin polis bölməsində saxlanılmasının müəyyən edilə bilən dövrünü ifadə edir, şübhəsiz o, saxlanılaraq polis bölməsinə gətirilməsi vaxtı da diqqətə alınmaqla bundan da artıq müddət polisin faktiki nəzarətində idi) müddət keçmiş, yəni Təqsirləndirilən şəxs Əlzamin oğlunun saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmaqla şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs Əlzamin oğlu müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşlar. Bundan əlavə, şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız hesab edir. Həmçinin şəxsi axtarış və götürmə zamanı yol verilmiş prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şəxsi axtarış və götürmə aparmasına və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, axtarış və götürmə barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Bundan əlavə, məhkəmə istintaqı zamanı həm şəxsi axtarış və götürmə aparılması barədə protokola, həm də aparılmış videoçəkilişin görüntülərini əks etdirən 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Pİ-nin 32-ci PB-in təhqiqatçı polis mayoru Məmməd Əliyev, tərəfindən yol verilmiş yuxarıda sadalanan prosessual pozuntularla yanaşı, həmçinin də şübhəli şəxsin təqdim etdiyi 3 ədəd bükümü götürdükdən sonra müvafiq şərait olmasına baxmayaraq həmin bükümlərin çəkisini müəyyən etmir. Narkotik vasitənin çəkisi protokolda da öz əksini tapmamışdır. Halbuki, Cinayət-Prosessual Məcəllənin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi götürülmüş predmetin çəkisinin müvafiq istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsini, həmçinin axtarış və götürmə videoçəkilişlə aparıldığı halda həmin çəkinin qeydə alınması yolu ilə obyektivliyi təmin etməklə əldə edilmiş sübutların hər cür şübhədən kənar qalmasını təmin etməyə yönəlmişdir. Lakin, istintaq orqanı tərəfindən qeyd edilən prosessual normanın tələblərinin pozulması, hazırki ittihamın əsası olan və kifayət qədər şübhəli olan “maddi sübut”-un mötəbərliyini bir qədər də şübhə altına almışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahid ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, şahid ifadələrindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahid ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu göstərilənlərdən əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid2, Şahid1 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, Polis Bölməsinə gətirilməsi, “baxış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid2, Şahid1 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs onun 05 noyabr 2021-ci il tarixdə saat 17-18:00 radələrində polis bölməsinə aparıldığını, saxlanıldıqdan sonra şəxsən heç bir ifadə vermədiyini, həmin gün bölmədə saxlanıldıqdan sonra ona polis əməkdaşları tərəfindən döyuldüyünə görə təqdim olunan bütün sənədlərə imza etdiyini, ifadələrini də təhqiqatçının, müstəntiqin özü yazdığını, ona ifadələrinə və başqa sənədlərə imza etdirdiklərini bildirmişdir. İfadəsində guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə saat 17:00-dan, yəni 16 saatdan artıq bir müddətdə polisin tam nəzarətinə keçərək tutulması və idarədə müəyyən müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut – narkotik vasitə heroin təşkil etmişdir. Eyni zamanda iş materiallarından və məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasən müəyyən edilmiş hallarından o da görünür ki, tutulma və axtarış zamanı təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əlzamin oğluna şübhəli şəxs qismində saxlanılmasından sonra polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülməsi ehtimal olunan halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Belə ki, “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir (Mahiyyət etibarı ilə işgəncə aktı təşkil edən cinayətlə bağlı cinayət təqibi, məhkumluq və cəzalandırma üçün iddia müddətinin tətbiqi ilə bağlı məsləhət rəyi [BP], §§ 61-62, 2022). Pis rəftarın konkret formasının işgəncə kimi təsnif edilib-edilməməsi barədə qərar qəbul edərkən Məhkəmə (Avropa İnsani Hüquqları Məhkəməsi) 3-cü maddədə əks olunan, həmin anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasındakı fərqi nəzərə almalıdır. Konvensiya bu fərq vasitəsilə çox ağır və qəddar iztirablara səbəb olan qəsdən törədilmiş qeyri-insani rəftarı xüsusilə vurğulamaq niyyətində idi; eyni təsnifat Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyası”nın 1ci maddəsində də öz əksini tapıb (X2rşı, 1978, § 167, Selmouni Fransaya qarşı [BP], 1999-cu il, § 96 və İlaşcu və başqaları Moldova və Rusiyaya qarşı [BP], 2004, § 426). Rəftarın şiddətindən əlavə, işgəncə anlayışı “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya”da qəbul edildiyi kimi qəsd elementini də nəzərdə tutur. Bu da, inter alia, məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədi ilə qəsdən şiddətli ağrı və ya əzab verməyi ehtiva edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 97; Salman Türkiyəyə qarşı [BP], 2000, § 114; X26rşı, 2014, § 508 və Petrosyan Azərbaycana qarşı, 2021, § 68). Nəzərə alsaq ki, Konvensiya müasir dövrün şəraiti nəzərə alınmaqla şərh edilməli olan canlı alətdir, əvvəllər “işgəncə” yerinə “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi təsnif edilmiş bəzi əməllər gələcəkdə başqa cür təsnif edilə bilər. Məhkəmə hesab edir ki, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində getdikcə yüksələn standartlar müvafiq olaraq, demokratik cəmiyyətlərin fundamental dəyərlərinin pozulmasının qiymətləndirməsində, labüd olaraq, daha böyük qətiyyət tələb edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 101). Məhkəmə 3-cü maddənin təfsirində rəhbər tutmalıdır ki, insanların müdafiəsi aləti kimi Konvensiyanın obyekti və məqsədi oradakı təminatların konkret və effektiv olması istiqamətində müddəaların şərhini və tətbiqini tələb edir. Təminat verilən hüquq və azadlıqların istənilən təfsiri demokratik cəmiyyətin ideya və dəyərlərini qorumaq və təşviq etmək məqsədi daşıyan alət kimi Konvensiyanın ümumi ruhuna uyğun olmalıdır (X4rşı, 1989, § 87). Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi insan ləyaqətinə hörmətlə sıx bağlı olan sivilizasiyanın dəyəridir (Bouyid Belçikaya qarşı [BP], 2015, § 81). Sözügedən qadağa mütləq xarakter daşıyır, 15-ci maddənin 2-ci bəndinə əsasən, müvafiq şəxsin davranışından asılı olmayaraq hətta millətin həyatına təhlükə yaradan fövqəladə vəziyyət və ya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə və ya miqrantların və sığınacaq axtaran şəxslərin axını kimi ən çətin şəraitlərdə belə ondan kənara çıxmağa yol verilmir (A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], 2009, § 126; Mokanu və başqaları Rumıniyaya qarşı [BP], 2014, § 315; El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [BP], 2012, § 195 və Z.A. və başqaları Rusiyaya qarşı [BP], 2009, §§ 187-188) və ya onun törətdiyi iddia edilən cinayətin xarakteri (X14rşı [BP], 2006, § 116 və Qafgen Almaniyaya qarşı [BP], 2010, § 87). 3-cü maddə əsasən qadağan olunmuş rəftar formalarının dövlət agentləri və ya dövlət orqanları tərəfindən qəsdən törədildiyi hallarda tətbiq edilir. Bu, ümumi mənada, dövlətlərin öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməsi üçün neqativ öhdəliyin qoyulması kimi təsvir edilə bilər (Hristozov və başqaları Bolqarıstana qarşı, 2012, § 111). Konvensiyanın 3-cü maddəsində göstərilən qadağa bütün pis rəftar hallarını əhatə etmir (Savran Danimarkaya qarşı [BP], 2021, § 122). Məhkəmənin məhkəmə təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır (Muršić Xorvatiyaya qarşı [BP], 2016, § 97). 6. Minimum şiddət həddinə çatıb-çatmamağı müəyyən edərkən Məhkəmə digər amilləri, xüsusən də aşağıdakıları nəzərə ala bilər: a) rəftarın məqsədi və onun arxasında dayanan niyyət və ya motiv (lakin qurbanı alçaltmaq və ya təhqir etmək niyyətinin olmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkar edilməsini birmənalı olaraq istisna etmir); b) pis rəftarın tətbiq olunduğu kontekst, məsələn artan gərginlik və emosionallıq şəraiti və c) qurbanın həssas vəziyyətdə olubolmaması (Xlaifiya və başqaları İtaliyaya qarşı [BP], 2016, § 160). Məhkəmə şəxsin, xüsusilə də fərdi şəxslər tərəfindən minimum şiddət səviyyəsinə çatan pis rəftara məruz qalıb-qalmadığını qiymətləndirərkən, əhəmiyyətli təsiri ola biləcək hər bir amili nəzərə alır. Bütün bu amillər qurbanın məruz qaldığı rəftarın qəsdən törədilmiş əməlin nəticəsi olduğunu güman etməyə imkan verir. Bu səbəbdən təsadüf və ya ehtiyatsızlıqdan törədilmiş bədbəxt hadisə nəticəsində şəxsdə yaranan bədən xəsarəti və fiziki və ya psixi iztirablar, 3-cü maddə kontekstində şəxsin “məruz qaldığı” “rəftar”ın nəticəsi hesab edilə bilməz (Nicolae Virgiliu Tănase Rumıniyaya qarşı [BP], 2019, §§ 121 və 123). 8. Bununla belə, şəxs azadlıqdan məhrum edildikdə və ya ümumi olaraq, hüquq-mühafizə orqanı əməkdaşları ilə üzləşdikdə, hüquq-mühafizə orqanı əməkdaşlarının həmin şəxsə qarşı insan ləyaqətini alçaldan istənilən hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (Bouyid Belçikaya qarşı [BP], 2015, §§ 100-101). Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən vurğulayır ki, sırf bu hallarda rəftarın “işgəncə” olduğu qənaətinə gəlib: ərizəçi polis nəzarətində olarkən dövlət agentləri onu etiraf almaq üçün tamamilə soyunduraraq, qolları arxada bağlanmış vəziyyətdə havada asılı saxlayıb (“Fələstin asqısı”) (Aksoy Türkiyəyə qarşı, 1996, § 64); ▪ ərizəçi həbsdə olarkən zorlanıb və bir sıra digər fiziki və psixoloji pis rəftara məruz qalıb (Aydın Türkiyəyə qarşı, 1997, §§ 83-87, həmçinin bax Maslova və Nalbandov Rusiyaya qarşı, 2008, § 108, burada ərizəçi dəfələrlə zorlanıb, habelə dindirmə zamanı bir sıra fiziki zorakılıq Konvensiyanın 3-cü maddəsi üzrə Təlimat – İşgəncənin qadağan edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi 8/43 Son yenilənmə: xx.xx.2023 aktlarına məruz qalıb, Zontul Yunanıstana qarşı, 2012, § 92,); ▪ ərizəçilər həbsdə olarkən etiraf almaq üçün bir neçə gün yuxudan məhrum edilib, “Fələstin asqısı” və “falakka”ya məruz qalıblar, üstlərinə su püskürdülüb və döyülüblər (Batı və başqaları Türkiyəyə qarşı, 2004, § 110 və §§ 122-124); ▪ aclıq edən ərizəçi tibbi zərurət olmadan əl qandallarından istifadə edilərək “ağız genəldən” və qida borusuna daxil edilmiş xüsusi rezin boru vasitəsilə, müqavimət göstərdiyi halda güc tətbiq etməklə zorla qidalandırılıb (Nevmerjitski Ukraynaya qarşı, 2005, § 98); ▪ ərizəçi məlumat əldə etmək və ya cəzalandırılmaq, yaxud da qorxudulmaq üçün zəmində saxlandığı müddətdə “fövqəladə verilmə” (ingiliscə bax: ‘extraordinary rendering’ - “şəxslərin normal hüquqi sistemdən kənar saxlanılması və dindirilməsi məqsədilə bir yurisdiksiyadan və ya dövlətdən işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın törədilməsinə dair real təhlükə olan digər ölkə və ya yurisdiksiyaya məhkəmədən kənar qaydada köçürülməsi”) çərçivəsində hər hansı tibbi göstəriş olmadan əlləri qandallanmaq, başına torba keçirilmək, zorla soyundurulmaq, məcburi süpozitor qəbul etdirilmək kimi kompleks və əvvəlcədən düşünülmüş tədbirlərə məruz qalıb (El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, [BP], 2012, § 205) ▪ polis əməkdaşları tərəfindən şiddətli döyülmələr ərizəçilərin qohumunun ölümü ilə nəticələnib (Satıbalova və başqaları Rusiyaya qarşı, 2020, § 76; həmçinin bax: Lutsenko və Verbiski Ukraynaya qarşı, 2021, §§ 79-80, burada cənab Verbiski Maydan etirazları kontekstində polis tərəfindən işə götürülən qeyri-dövlət agentləri tərəfindən döyülərək öldürülüb). Digər tərəfdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs ilk andan və davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsi polisin onun üstünə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 147.3-cü maddəsinə əsasən şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 147.5-ci maddəsinə əsasən tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: 147.5.1 protokolun tərtib edildiyi yer, tarix və vaxt; 147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; 147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt; 147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; 147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. 147.6-cı maddəsinə əsasən tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. 232.2-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. 232.2-1-ci maddəsinə əsasən hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 232.2-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. 232.4-cü maddəsinə əsasən şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. 232.5-ci maddəsinə əsasən müstəntiq dindirməyə şübhəli şəxsə şübhə barəsində və onun mülahizələrinə görə iş üçün əhəmiyyətli ola bilən bütün digər hallar barədə ifadə vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmalıdır. 233.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. 233.5-1-ci maddəsinə əsasən hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 233.5-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. 233.9-cu maddəsinə əsasən dindirmənin başlanmasından əvvəl müstəntiq təqsirləndirilən şəxsə onun müdafiəçinin köməyindən istifadə etmək və ifadə verməkdən imtina etmək hüququnu izah edir. 233.10-cu maddəsinə əsasən dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır. 233.11-ci maddəsinə əsasən dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz. Müstəntiq təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə və özünün mülahizələrinə görə cinayət işi üçün əhəmiyyətli olan digər hallar üzrə ifadələr verməyi təklif edir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış və Təqsirləndirilən şəxs imza etdirilmişdir. Sonradan material istintaq aidiyyəti üzə göndərildikdən sonra Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “təqsirləndirilən şəxs qismində dindirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış şəkildə ona imza etdirilmişdir. Artıq təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxılarkən Təqsirləndirilən şəxs təqdimata münasibət bildirməklə, məhkəmə iclasında verilmiş ifadəsində bildirmişdir ki, epilepsiya xəstəsidir və ağrılarını azaltmaq üçün arada şalfe adlanan tibbi mənşəli otdan istifadə edir. Lakin ittihamda qeyd olunan heroin ona məxsus olmamışdır. Belə ki , o, 05 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və növbəti gün videoçəkiliş olmuşdur. Videoçəkiliş zamanı da o, şalfenin ona məxsus olmasını bildirmiş, heroini isə inkar etmişdir. O, şalfeni spirtin içinə qoyaraq eləcə istifadə edir. Faktın düzgünlüyü ekspertiza keçirilən zaman da öz təsdiqini tapacağını bildirmişdir. Polis əməkdaşları tərəfindən döydüklərini bildirmiş, həmin ifadələrin ona fiziki işgəncə, o cümlədən döyülmə nəticəsində xəsarətlər yetirməklə, fiziki təzyiq altına verilməsi və fiziki təzyiq altında imzalanması haqqında bildirmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs şübhəli şəxs dindirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol kobud prosessual pozuntularla tərtib edilmiş, həmin istintaq hərəkətləri aparılarkən təqsirləndirilən şəxs T. Mustafayevin müdafiə hüququ pozulmuş, müdafiəçinin iştirakı ümumiyyətlə təmin edilməmişdir. Belə ki, məhkəmə istintaq zamanı alınmış Suraxanı Rayon polis İdarəsinin MSY-dən olan cavaba əsasən X8 MSY-nə 06 noyabr 2021-ci il tarixdə, saat 13:30-da gətirilmiş və yalnız 08 noyabr 2021-ci il tarixdə həbs qətimkan tədbirini seçilməsinə dair təqdimata baxılması üçün Suraxanı Rayon Məhkəməsinə etap edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Əlzamin oğlunun şübhəli şəxs qismində dindirilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi, T. Mustafayevin etiraf edici ifadələri əks etdirən protokolların tərtib edilməsi cinayət işin materiallarına əsasən 06 noyabr 13:30 sonra 08 noyabr 2021-ci il tarixə, saat 11:33 qədər həyata keçirilmişdir. Belə ki, “Şübhəli şəxsin dindirilməsi haqqında” protokoluna əsasən Suraxanı RPİ-in İŞ-in müstəntiqi, poils kapitanı X10 tərəfindən Təqsirləndirilən şəxs dindirilməsi, müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, dindirilmə yeri Suraxanı RPİ-in İstintaq şöbəsi (müvəqqəti saxlanılma yeri deyil) göstərilməklə, 06 noyabr 2021-ci il tarixdə, saat 18:15-də başlanmış, saat 19:00-da qurtarmışdır. Bunda əlavə “Diskə baxış keçirilməsi haqqında” protokola əsasən şəxsi axtarışa dair videogörüntünü özündə əks edən 1 ədəd diskə baxılması şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, diskə baxış yerinin də Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İnzibati binası göstərilməklə, 06 noyabr 2021-ci il tarixdə saat 17:50-də başlanmış, saat 18:10-da qurtarmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoluna əsasən Suraxanı RPİ-in İŞ-in müstəntiqi, poils kapitanı X10 tərəfindən X1 dindirilməsi xx.xx.2021-ci il tarixdə, saat 09.10-da başlanmış, saat 09.40-da qurtarmışdır. Həmçinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar 08 noyabr 2021-ci il tarixdə, saat 09:00-da Təqsirləndirilən şəxs təqdim edilmişdir. (cinayət işinin 1-cildinin 65-ci səh) “Narkotik vasitələri, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekpertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” 06 noyabr 2021-ci il tarixli akta əsasən ümumi olaraq 0,589 qram maddə kütlə 06 noyabr 2021-ci il tarixdə saat 13:00 qəbul edilmişdir, saat 16:00-da qaytarılmışdır. Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokollarında şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən imzalanmasının vaxtı qeyd edilməmişdir. Məhkəmənin sorğusuna əsasən MSY-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs MSY-in saxlanıldığı müddət ərzində 06 noyabr, 07 noyabr 08 noyabr 2021-ci il tarixlərdə təqsirləndirilən şəxsi yanına hər hansı şəxs, o cümlədən müdafiəçi, təqhqiqatçı və digər prosessual şəxslər gəlməmişlər. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs özünün Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinməsinə istinad etmiş, onun istintaqın sonrakı gedişatında, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən verdiyi ifadələrinə diqqət yetirməməklə, həmçinin qəbul olunan sonrakı prosessual qərarlarında və protokollarında ümumiyyətlə qiymət verməmiş və hansı səbəbdən onun sırf ilkin ifadəsinə istinad etdiyini əsaslandırmamışdır. Cinayət işin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıldığı zamanı verilmiş ifadəsindən sonra müstəntiq həmin ifadəsini nəzərə almadan iş üzrə təqsirləndirilən şəxsi yenidən dindirərkən, əvvəlki ifadəsini yenidən sözbəsöz təkrarlayaraq, protokolda əks etdirir və araşdırma zamanı dindirilmiş şahidlər polis əməkdaşları Şahid2, Şahid1 ilə üzləşdirmə aparmamış, həmin ifadəsini yoxlamamışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə sadalanan həmin ifadələrin hər birinin digəri uyğun olmamaqla ziddiyyət təşkil etdiyini, müstəntiq tərəfindən həmin ifadələrdəki xüsusatların dəqiqləşdirilməsi üçün təqsirləndirilən şəxsə heç bir sualın verilməməsi, məhkəməyə təqdim edilmiş prosessual sənədlərin formal tərtib olunmasını nəzərə alaraq təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətə məhkəmə nəzarəti qaydasında baxılan zaman verilmiş ifadəsini, Suraxanı Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı verilmiş ifadəsini və məhkəmə istintaqı zamanı verilmiş ifadəni inandırcı və real hesab edir. Eyni ilə polis əməkdaşları Şahid2, Şahid1 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrin də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, növbəti olaraq, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2021-ci il tarixli 6/4931 saylı rəyinə və ambulator məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli 5012 saylı rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq heroin olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5ci maddəsində Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır. 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. 4-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. 6-cı maddəsinə əsasən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. 7-cı maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Qeyd edilənlər əsasında məhkəmə, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2021-ci il tarixli 6/4931 saylı rəyinə və ambulator məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2021ci il tarixli 5012 saylı rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalarhüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2- ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3- cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin X22 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı", “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM- nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki. iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1- ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1 ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli, ibtidai istintaqı aparan İbtidai istinaqı aparan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X10, Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı polis mayoru X16, Suraxanı RPİ-nin 32-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis baş serjantı Şahid2, Suraxanı RPİ-nin 32-ci PB-də CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 barəsində xüsusi qərar çıxarılmalı və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan marixuananın aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 2,960 qram narkotik vasitə olan heroin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Bakı şəhər Suraxanı rayon prokurorluğuna məlumat göndərilməlidir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan marixuananın qanuni dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 2,960 qram narkotik vasitə olan heroin və 0,549 qram bitki mənşəli kütlə isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı RPİ-də saxlanılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 176,36 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. İbtidai istinaqı aparan Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X10, Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı polis mayoru X16, Suraxanı RPİnin 32-ci PB-də CA üzrə əməliyyat müvəkili, polis baş serjantı Şahid2, Suraxanı RPİ-nin 32-ci PB-də CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 2,960 qram narkotik vasitə olan heroin və 0,549 qram bitki mənşəli kütlə araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 176,36 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-5/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-5/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver