Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-50/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X21 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, 53 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qohumu X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx xxxxxx 2018-ci il tarixdə, saat 15 radələrində ünvan 1 saylı ünvandan 100 metr solda yerləşən boş torpaq sahəsində Zərərçəkmiş şəxs özünə məxsus saxladığı bir ədəd 2.6 sm uzunluğunda, 2.2 sm enində olan dəmir əsaslı ərintidən hazırlanmış vaqonu 156 saylı Evakuasiya Xidmətindən çağırdığı evakuator sürücüsünə özünə məxsus olduğunu bildirib evakuatora yükləyərək gizli yolla talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs 1.500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bağlar massivində 12 sot torpaq sahəsi olmuş, həmin torpaq sahəsini bir neçə ildir istifadə etmir və orada əvvəldən özünə məxsus dəmir vaqon saxlayır. 2018-ci ilin ilin avqust ayında pula ehtiyacı olduğu üçün həmin dəmir vaqonu satmaq qərarına gəlmişdir. Xalası oğlu Elnurla görüşüb ona Hövsan qəsəbəsi ərazisində yerləşən Yelkən bağçılıq cəmiyyətinin ərazisində yerləşən torpaq sahəsində özünə məxsus dəmir vaqonun olduğunu, pul lazım olduğu üçün dəmir vaqonu satmaq istədiyini bildirib sonncudan ona köməklik etməsini xahiş etmişdir. xx xxxxxx 2018-ci il tarixdə Elnurla birlikdə dəmir vaqonun olduğu torpaq sahəsinə getmişlər, ora çatdıqda ətrafda heç kim olmamış, özünə məxsus vaqonun torpaq sahəsində deyil, kənarda olduğunu görmüşdür. 156 saylı Evakuasiya Xidmətinə zəng edib qeyd etdiyi ünvana evakuator sifariş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra 156 saylı Evakuasiya Xidmətindən evakuator gəlmiş, sürücüyə vaqonu göstərib həmin vaqonun özünə məxsus olduğunu, onu metal qəbulu sexinə aparmaq lazim olduğunu demişdir. Bundan sonra sürücüsü vaqonu evakuatora yükləmişdir. Bu zaman əvvəllər tanıdığı Hilal adlı şəxs onların yanına gəlib bildirmişdir ki, “vaqon mənimdir tez yerinə düşürün”. Hilala yalan danışdığını, vaqonun ona (Təqsirləndirilən şəxs) məxsus olduğunu demiş, lakin Hilal bir daha “vaqon sənin deyil, mənimdir yerinə qoy” demiş və bundan sonra Elnurla birlikdə çıxıb getmişdir. Onlar getdikdən sonra evakuatorun sürücüsünü heç bir problem olmayacağına, Hilalın yalan danışdığına, vaqonun sonuncuya məxsus olmamasına əmin edib vaqonu Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsində olan metal qəbulu məntəqəsinə aparmışdır. Metal qəbul məntəqəsində də vaqonun özünə məxsus olduğunu bildirib onu 218 manata satmış, həmin puldan evakuatorun sürücüsünə xidmət haqqı qismində 50 manat vermişdir. Vaqonu qeyd etdiyi məntəqəyə satarkən xalası oğlu Elnura zəng edərək sonuncunu da həmin yerə çağırmış, orada bir daha Elnura bildirmişdir ki, “Hilal yalan danışır, vaqon onun deyil, mənimdir”. Vaqonu satdıqdan sonra yolla gələrkən satışdan əldə etdiyi pula Elnura və özünə siqaret almış, habelə Elnura olan 35 manat borcunu qaytarmışdır. Zərərçəkmiş şəxs barəsində göstərdikləri ilə razı deyil, satdığı vaqonu oğurlamamış, həmin vaqon özünə məxsus olmuşdur. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən X13 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində 12.000 kv metr torpaq sahəsi əvvəllər atası Muxtara məxsus olmuşdur. Torpaq sahəsi atası Muxtara mərhum atasından, yəni babası Abdullayev X10 qalmışdır. Həmin torpaq sahəsində əvvəllər atası və babası bostançılıqla məşğul olmuş, babası vəfat etdikdən sonra torpaq sahəsini atası əkib-becərmişdir. Atasının səhhətində problemlər yarandıqdan sonra isə torpaq sahəsindən özü istifadə etməyə başlamışdır. 2007-ci il tarixdə əvvəllər qardaşı Oqtayın Hövsan qəsəbəsində yaşadığı evin həyətində olmuş dəmir vaqonu 2.000 manata alıb onu əmisi oğlu Rahimin, digər qardaşı Bilalın və bacısı oğlu Tələtin köməkliyi ilə Tofıq adlı şəxsə məxsus kranla qeyd etdiyi torpaq sahəsinə aparmış, yaxınlığında yaşayan İlham adlı şəxsdən boş vaxtlarında vaqona baxmasını xahiş etmiş, həmçinin özü də mütamadi olaraq torpaq sahəsinə gedib vaqona baxmışdır. Habelə tanışı Cəlil adlı şəxsə vaqonda bir neçə dəfə qaynaq işləri gördürməklə onu təmir etdirmişdir. xx xxxxxx 2018-ci il tarixdə, axşam saat 18:40 radələrində əmisi oğlu Rahimlə birlikdə həmin torpaq sahəsinə baxmağa getmiş, ora çatdıqda ona məxsus vaqonun evakuatora yükləndiyini, Elnur və Seymur adlı şəxslərin evakuatorun yanında olduqlarını görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, evakuatoru Seymur çağırmış və Elnurla birlikdə vaqonu evakuatora yükləmişdir. Onlardan vaqonu evakuatordan düşürüb yerinə qoymalarını tələb etdikdə Elnur, Hətəm adlı şəxsin tapşırığı ilə vaqonu evakuatora yüklədiklərini, sonuncunun vaqonun ona məxsus olduğunu, onlardan vaqonu satmalarını xahiş etdiyini bildirmişdir. Elnur və Seymura vaqonun da, torpaq sahəsinin də özünə məxsus olduğunu deyib vaqonu yerinə qoyub çıxıb getmələrini tələb etmişdir. Elnur bunu eşitdikdən sonra vaqonu yerinə qoyacağını və çıxıb gedəcəyini demişdir. Bu zaman evakuatorun sürücüsü vaqonun ağır olduğunu deyib yerə düşürəcəyi təqdirdə sınmaq ehtimalının olması barədə xəbərdarlıq etmişdir. Belə olan halda Rahim və Elnurla birlikdə kran tapmaq üçün Hövsan qəsəbəsinin mərkəzinə gəlmişlər, Elnur kran tapıb gətirəcəyini bildirib çıxıb getmişdir. Təxminən 2-3 saat keçdikdən sonra Rahimlə birlikdə yenidən torpaq sahəsinə gəlmiş və ora gəldikdə vaqonun artıq yerində olmadığını aşkar etmişdir. Bundan sonra dərhal Azərbaycan Respublikası Daxili İişlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra isə Elnura zəng edib vaqonun harada olduğunu soruşmuş, Elnur da heç bir məlumatının olmadığını, vaqonun yerində, özü isə evində olduğunu demişdir. Rahimlə birlikdə Elnuru yaşadığı evdən götürüb vaqonun olduğu torpaq sahəsinə gətirmişlər, ora çatdıqda Elnur da vaqonun yerində olmadığını görüb Seymurla telefonla danışdıqdan sonra sonuncunun vaqonu metal qəbulu sexinə təhvil verdiyini demişdir. Bundan sonra hər üçü birlikdə oradan çıxıb getmişlər. Təxminən iki saat keçdikdən sonra Rahimlə görüşüb Dədəqorqud qəsəbəsində olan metal qəbulu məntəqəsinə getmiş və ora çatdıqda vaqonun orada olduğunu görmüşdür. Həmin məntəqənin mühafizəçisi onları içəri buraxmadığı üçün zəng edib hüquq mühafizə orqanlarına məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə qeyd etdiyi məntəqəyə daxil olmuş, vaqona baxdıqda həmin vaqonun ona məxsus olduğundan əmin olmuşdur. Təxminən 10 gün keçdikdən sonra vaqonu qardaşı Bilalın, əmisi oğlu Rahimin və yeznəsi Rahim Kərəmovun köməkliyi ilə götürüb əvvəl saxladığı yerə aparmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışalmadığını, ondan şikayətçi olduğunu bildirdi və sonuncuya ağır həddə cəza təyin edilməsini xahiş etdi. Şahid qismində dindirilmiş Şahid5 məhkəmədə Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş X11 göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə Hövsan qəsəbəsindən Bahar qəsəbəsinə dəmir vaqonu daşınması üçün xidmət etdiyi 156 saylı Evakuasiya Xidmətinin mərkəzi ofisindən sifariş daxil olmuş, həmin sifariş əsasında Hövsan qəsəbəsində “ABU” petrolun yanından sifarişçi və yanında olan bir nəfəri sonradan adlarının Seymur və Elnur olduğunu bildiyi iki nəfəri idarə etdiyi evakuatorla götürüb, sonuncuların göstərişinə əsasən dənizkənarına gəlmişdir. Orada dəmir dəmir vaqonu evakuatora yüklədikdən sonra əraziyə qara “Mercedes” markalı avtomobillə iki nəfər gəlmiş, həmin maşından düşən, sonradan adının Hilal olduğunu bildiyi şəxs “kanteyner mənimdir, hara aparırsan, qoy yerinə demiş, Seymur isə konteyner mənimdir” deyə cavab vermişdir. Bu zaman Elnur onların söhbətinə müdaxilə edərək, “Hilal deyirsə onundur qoy yerinə” demişdir. Bundan əlavə Şahid6 ifadəsində göstərdi ki, o, həmin vaxt dəmir vaqonun yerə endirilərkən sınma ehtimalı olduğundan kran lazım olduğunu bildirdiyinə görə Hilal, yanında gələn şəxs və Elnur maşına oturaraq kran tapmaq üçün getmişlər. Təxminən 10 dəqiqə sonra Seymurun telefonuna zəng gəlmiş və Seymur telefonla danışdıqdan sonra bildirmişdir ki, “Hilalla danışdım, həll elədim, konteyner mənimdir, narahat olma, problem olmayacaq, mən buna cavabdehəm”. Bundan sonra Seymurun göstərişi ilə evakuatoru metal qəbulu məntəqəsinə sürmüş, dəmir vaqonu orada düşürdüb Seymurun gözləmişdir. Seymur dəmir vaqonu satdıqdan sonra ona 50 manat pul vermiş və o, idarə etdiyi maşını (evakuatoru) sürüb oradan getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Hövsan qəsəbəsində yaşayır və Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən, Nazim adlı şəxsə məxsus metal qəbulu məntəqəsində mühafizəçi işləmişdir. xx xxxxxx 2018-ci il tarixdə işdə olduğu zaman, onunla bir qəsəbədə yaşayan əvvəldən tanıdığı Seymur və Elnur adlı şəxslər metal qəbulu məntəqəsinə gələrək, evakuatorla gətirdikləri dəmir vaqonu satmışlar. Həmin vaqonu satdıqdan sonra onunla görüşüb getmişlər. Həmin gecə saat 23 radələrində Hövsan qəsəbə sakini Hilal, Rahimlə birlikdə onun işlədiyi yerə gəlib, ona məxsus dəmir vaqonun metal qəbulu məntəqəsinin ərazisində olduğunu bildirərək, içəri keçməyə icazə istəmişlər, o isə sonunculara məntəqənin ərasizinə daxil olmağa icazə verməmişdi. Təxminən 01 saatdan sonra Hilalın polis əməkdaşları ilə birlikdə gəldiklərini görüb müdriyyətin razılığı ilə onları əraziyə buraxmış və Hilal dəmir vaqonun ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 10 ildir qaynaqçılıqla məşğul olur, müxtəlif evlərdə qaynaq işləri görəmklə ailəsini dolandırır. Təxminən 4 il bundan əvvəl dayısı Hilal zəng edib qardaşının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən həyət evində olan özünə məxsus bir ədəd dəmir vaqonda bəzi qaynaq işləri görməsini ondan xahiş etmişdir. Xatırlamadığı tarixdə Hilalla görüşüb vaqonun olduğu ünvana getmiş, orada iki gün ərzində vaqonun ön hissəsinə iki metr uzunluğunda, bir metr enində bir ədəd qapı düzəltmiş, sonra isə həmin qapını vaqonun ön hissəsinə yerləşdirmişdir. Həmçinin vaqonun yan tərəfinə dəmirdən örtük kəsmişdir. Bundan bir neçə ay sonra isə Hilala kömək edib Tofiq adlı şəxsin kran avtomobili ilə həmin vaqonu Dənizkənarı küçəsində yerləşən torpaq sahəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 30 ilə yaxındır tanıyır, sonuncu ilə münasibətləri normaldır. Yaşadığı evin yaxınlığında balıq vətəgəsi olmuş, həmin vətəgənin arxasında isə Hilala məxsus boş torpaq sahəsi var. Xatırlamadığı tarixdə yaşadığı evin həyətyanı sahəsində olduğu zaman Hilal, tandığı Tofiq adlı şəxsin kranı ilə bir ədəd dəmir vaqon gətirmiş, həmin vaxt Hilala kömək edərək dəmir vaqonu sonuncunun boş torpaq sahəsinə qoymuşlar. Hilal ondan imkan daxilində dəmir vaqona nəzarət etməsini xahiş etmişdir. Seymur adlı şəxsin xx xxxxxx 2018-ci il tarixdə Hilala məxsus dəmir vaqonu oğurlayıb satması barədə heç bir məlumatı olmamışdır. Şahid1 xx xxxxx 2019-cu il tarixdə məhkəmə iclasında verdiyi və hazırki məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, bir müddətdir Bakı şəhəri Suraxanı rayonu, Dədəqorqud qəsəbəsində metal qəbulu məntəqəsini icarəyə götürmüş, məntəqədə iki nəfər işçisi olmuş və həmin yerdə müxtəlif şəxslərdən aldığı metalı sonradan “X27” zavoduna satmaqla məşğul olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə, saat 18 radələrində əvvəllər tanıdığı Seymur adlı şəxs bir ədəd dəmir vaqonu evakuatorla gətirib həmin vaqonun özünə məxsus olduğunu, onu satmaq istədiyini bildirmişdir. Dəmir vaqona baxdıqdan sonra onu 218 manat ödəyərək Seymurdan almışdır. Həmin günü gecə radələrində yaşadığı evdə olduğu zaman zəng edib özünü Hilal kimi təqdim edən şəxs telefonda ona “sənin Seymurdan aldığın vaqon mənə məxsusdur və onu oğurlayıb sənə satıbdır” demişdir. Sonradan həmin vaqonu Hilal adlı şəxsə qaytarmışdır. O, qeyd edilən vaqonun oğurluq olduğunu bilməmişdir. Şahid2 xx xxx 2019-cu il tarixdə məhkəmə iclasında verdiyi və hazırki məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 15 il “Bahar Enerji” şirkətində qaynaqçı işləmişdir. Təxminən 6 il bundan əvvəl uzun müddətdir tanıdığı Zərərçəkmiş şəxs ona zəng edib qardaşının yaşadığı Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən həyət evində olan özünə məxsus bir ədəd dəmir vaqonda bəzi qaynaq işləri görməsini xahiş etmişdir. Xatırlamadığı tarixdə Hilalla görüşüb vaqonun olduğu ünvana getmiş, orada Hilalın istəyi ilə vaqonun qapısını və döşəməsində olan listi kəsib çıxartmışdır. Habelə vaqonun yan tərəfində havalanma və pəncərə quraşdırılması üçün yer açmışdır. Şahid7 xx xxxxxx 2019-cu il tarixdə məhkəmə iclasında verdiyi və hazırki məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 20 ilə yaxındır “ZİL-133QƏ” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı kranı var. Təxminən 03 il bundan əvvəl yaşadığı evdə olduğu zaman 25 ildir tanıdığı Zərərçəkmiş şəxs ona zəng edib bir ədəd özünə məxsus dəmir vaqonu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən Dənizkənarında yerləşən torpaq sahəsinə aparmaq istədiyini, kran lazım olduğunu bildirib ona köməklik etməsini xahiş etmişdir. Buna görə də qeyd etdiyi ünvanda özünə məxsus kranla dəmir vaqonun yük avtomobilinə yükləmiş, daha sonra onu Hilala məxsus Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən boş torpaq sahəsinə qoymuşdur. Həmin vaxt əvvəllər tanıdığı İlham adlı şəxs də onlara kömək etmişdir. Şahid4 xx xxxxxx 2019-cu il tarixdə məhkəmə iclasında verdiyi və hazırki məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, X6 mərhum atası Qulunun əmisi, Seymur isə atasının uzaq qohumudur. Atası Qulu 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində özünü asaraq intihar etmişdir. X19 heç vaxt münasibəti olmamış və sonuncuya vaqon verməmişdir. Elnur atasının yanında işləmiş, atasının Hilalla münasibətləri həmişə normal olmuş, atasının heç vaxt vaqonu və ya torpaq sahəsi olmamış, Seymurun dedikləri tamamilə yalandır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X17 əvvəlcə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağlarında torpaq sahəsini, daha sonra Bakı şəhəri Suraxanı rayonu ərazisindəki dəmir qəbulu məntəqəsini göstərərək həmin sahədə olmuş dəmir vaqonu Elnur adlı vasitəçi ilə birlikdə evakuatora yükləyərək dəmir qəbulu məntəqəsinə təhvil verdiyini bildirmişdir. İş materialarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 23753 nömrəli rəyindən görünür ki, iş materiallarında olan məlumata əsasən uzunluğu 2.6 sm, eni 2.2 sm olan dəmir əsaslı ərintidən hazırlanmış bir ədəd vaqonun 2018-ci ilin avqust ayına qiyməti 1.500 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 2201.08 nömrəli arxiv arayışından görünür ki, 1886-ci ilə dair Hövsan kəndinin kameral siyahısında X26 – 30 yaş, onun qardaşı X29 – 26 yaş qeyd olunub. Onun Hövsan kəndində 192 kv. Sajina (1 kv. sajina = 4.550 kv.m) bərabər olan torpaq sahəsi olmuşdur. İş materialalrında olan ərizə-anketdən görünür ki, X2 və X7 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən X13 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin Cənub hissəsi ərazisində 12.000 kv.metr torpaq sahəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, ev 8-də qeydiyyatda olan 1925-ci il təvəllüdlü olan qonşuları Abdullayev X12 atası mərhum Abdullayev X14 istifadəsində olmasının, həmin ərazidəki torpaq sahəsinin kolxoz tərəfindən mərhum Abdullayev X18 verildiyinin, həmin sahədə mərhum Abdullayev X14 1937-ci illərdə bağçılıq-bostançılıqla məşğul olduğunun, sonralar həmin torpaq sahələri kənd sakinlərinin əlindən alındığının, mərhumun oğlu Abdullayev X12 Böyük vətən müharibəsində iştirak etdiyinin, 1944-cü il tarixdə bir ayağını itirdikdən sonra 1-ci qrup əlil kimi vətənə döndüyünün, həmin ildən torpaq sahələrində abadlıq işləri apardıqdan sonra öz ailə üzvləri ilə birlikdə bağçılıq və bostançılıqla məşğul olduğunun, Abdullayev X12 hal hazırda sağ olduğunun, səhhəti ilə əlaqədar olaraq həmin torpaq sahəsindən özü yox oğlu, Zərərçəkmiş şəxs istifadə etdiyinin, həmin torpaq sahəsinin mərhumun istifadəsində olduğunun və həmin sahədən nəvəsi Zərərçəkmiş şəxs indiyə qədər istifadə etdiyinin doğruluğunu təsdiq etmişlər. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə ünvan 2 saylı ünvandan 100 metr solda yerləşən boş torpaq sahəsində bir ədəd dəmir vaqonu 156 saylı Evakuasiya Xidmətindən çağırdığı evakuatorun sürücüsünə özünə məxsus olduğunu bildirərək evakuatora yüklədiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən X13 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində yerləşən 12.000 kv metr torpaq sahəsindən onun bir ədəd dəmir vaqonununu Təqsirləndirilən şəxs, X6 ilə birlikdə xx xxxxxx 2018-ci il tarixdə oğurladıqlarını Təqsirləndirilən şəxs üzünə deyərək, ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid2 2012-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Oqtayın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən evində bir ədəd dəmir vaqonda müəyyən qaynaq işləri gördüyünü Təqsirləndirilən şəxs üzünə deyərək, ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Şahid2 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid5 2015-ci il tarixdə əmisi oğlu Zərərçəkmiş şəxs qardaşı Oqtayın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən evində saxladığı bir ədəd dəmir vaqonu bir neçə nəfər şəxsin köməkliyi ilə kran vasitəsilə Hilalın xahişi əsasında X13 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində yerləşən 12.000 kv metr torpaq sahəsinə apardıqlarını Təqsirləndirilən şəxs üzünə deyərək, ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Şahid5 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X9 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı şahid X9 2015-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Oqtayın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən evində saxladığı bir ədəd dəmir vaqonu bir neçə nəfər şəxsin köməkliyi ilə özünə məxsus kran avtomobili ilə X13 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində yerləşən 12.000 kv metr torpaq sahəsinə apardıqlarını Təqsirləndirilən şəxs üzünə deyərək, ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə X4 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid3 2014-cü il tarixdə ünvan 3 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs məxsus bir ədəd dəmir vaqonda müəyyən qaynaq işləri gördüyünü, sonradan isə həmin dəmir vaqonu bir neçə nəfər şəxsin köməkliyi ilə kran vasitəsilə Hilalın xahişi əsasında X13 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində yerləşən 12.000 kv metr torpaq sahəsinə apardıqlarını Təqsirləndirilən şəxs üzünə deyərək, ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Şahid3 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı atası mərhum Qulu Quliyevin heç vaxt dəmir vaqonunun olmadığını, atasının Seymurla da münasibətinin olmadığını və sonuncuya dəmir vaqon vermədiyini Təqsirləndirilən şəxs üzünə deyərək, ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Şahid4 göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid9 Əhməddiyyə oğlu ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmədindirmə istintaq hərəkətləri zamanı Şahid9 Əhməddiyyə oğlu, Təqsirləndirilən şəxs X6 ilə birlikdə həmin dəmir vaqonu onun mühafizəçi işlədiyi metal qəbulu məntəqəsinə satdıqlarını Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X11 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı X11, Təqsirləndirilən şəxs X6 ilə birlikdə dəmir vaqonu evakuatora yüklədiklərini, sonradan adının Hilal olduğunu bildiyi şəxsin gəlib “kanteyner mənimdir, hara aparırsan, qoy yerinə” dediyini, Seymurun isə “konteyner mənimdir” bildirdiyini, bu zaman Elnur adlı şəxsin müdaxilə edərək, “Hilal deyirsə onundur qoy yerinə” dediyini, həmin vaxt dəmir vaqonun yerə endirilərkən sınma ehtimalı olduğundan kran lazım olduğunu bildirdiyinə görə Hilal adlı şəxsin, yanında gələn şəxsin və Elnur adlı şəxsin kran tapmaq üçün getdiklərini, təxminən 10 dəqiqə sonra Seymurun telefonuna zəng gəldiyini və Seymur telefonla danışdıqdan sonra ona, “Hilalla danışdım, həll elədim, konteyner mənimdir, narahat olma, problem olmayacaq, mən buna cavabdehəm” dediyini, bundan sonra Seymurun deməsinə əsasən evakuatoru metal qəbulu məntəqəsinə sürüb dəmir vaqonu orada düşürdərək Seymurun gəlməsini gözlədiyini, dəmir vaqonu satdıqdan sonra Seymurun ona 50 manat pul verdiyini Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə X3 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə iş üzrə dinidirlmiş şahidlərin ifadələrində 2.6 sm uzunluğunda, 2.2 sm enində olan dəmir əsaslı ərintidən hazırlanmış vaqonun Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmələrini, habelə işdə olan digər sübutlardan həmin dəmir vaqonun məhz Zərərçəkmiş şəxs, 1886-ci ilə dair Hövsan kəndinin kameral siyahısında adları qeyd edilmiş babasının və atasının, hazırda isə Zərərçəkmiş şəxs istifadəsində olan ünvan 1 saylı ünvandan 100 metr solda yerləşən boş torpaq sahəsində olduğunu nəzərə alaraq hesab edir ki, qeyd edilən torpaq sahəsindən evakuatora yükləyərək metal qəbulu sexinə aparıb satdığı sözügedən vaqonun Zərərçəkmiş şəxs deyil ona (Təqsirləndirilən şəxs) məxsus olması barədə sonuncunun ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət təqibi üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv yoxlanılmış sübutların məcmusu məhkəməyə, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə, yəni hazırki iş üzrə cinayətin obyekti olmuş dəmir vaqonun məhz Zərərçəkmiş şəxs məxsus olması qənaətinə gəlməyə imkan verir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2018-ci il tarixli məlumatından və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd dəmir vaqonun Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, ümumilikdə isə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd dəmir vaqonun ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat, ümumilikdə isə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-50/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-50/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver