Məhkəmə qərarları › İş №1(010)-50/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-50/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-50/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Rzayeva Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəmilik Komissiyasının nümayəndəsi X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2006-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altma vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə satıcı kimi işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən "Qazi market" mağazasından 2022-ci ilin iyul ayının ikinci yarısından 2022-ci ilin avqust ayının ortalarınadək olan müddət ərzində müxtəlif vaxtlarda ümumi dəyəri 28 manat olan 1.80 qramlıq 2 ədəd Supersun markalı yağları, ümumi dəyəri 20 manat olan 2 ədəd “Supersun Bala” markalı yağları, ümumi dəyəri 23 manat 40 qəpik olan 3 ədəd “Ana Bala” markalı yağları, ümumi dəyəri 25 manat olan 2 ədəd “Final” markalı qarğıdalı yağlarını, ümumi dəyəri 23 manat olan 2 ədəd “Final” markalı semiçka yağlarını, ümumi dəyəri 18 manat olan 1 litirlik 3 ədəd “Final” markalı qarğıdalı yağlarını, ümumi dəyəri 10 manat olan 1 litirlik 2 ədəd “Final” markalı semiçka yağlarını, 1 ədəd 6 manat 80 qəpik dəyərində “Möcüzə” markalı qarğıdalı yağını, ümumi dəyəri 11 manat 60 qəpik olan 2 ədəd “Möcüzə” markalı semiçka yağlarını, ümumi dəyəri 7 manat 20 qəpik olan 0.5 litirlik 3 ədəd semiçka yağlarını, ümumi dəyəri 5 manat 60 qəpik olan 4 ədəd ketçupları, ümumi dəyəri 4 manat 20 qəpik olan 3 ədəd acılı ketçupları, ümumi dəyəri 5 manat 80 qəpik olan 2 ədəd Süfrə markalı ketçupları, ümumi dəyəri 8 manat 70 qəpik olan 3 ədəd mayonezləri, ümumi dəyəri 4 manat 40 qəpik olan 4 ədəd sos çili, ümumi dəyəri 2 manat 80 qəpik olan 2 ədəd nar şarabım, ümumi dəyəri 4 manat 20 qəpik olan 2 ədəd 100 qramlıq “Akbar” markalı çayları, ümumi dəyəri 4 manat 20 qəpik olan 2 qutu “Akbar” markalı paket çayı, 1 ədəd 2 manat dəyərində “Azərçay” markalı çayı, ümumi dəyəri 4 manat olan 2 qutu “Azərçay” markalı paket çayı, ümumi dəyəri 4 manat olan 2 ədəd 100 qramlıq Berqa markalı çayı, 1 ədəd 5 manat dəyərində 250 qramlıq “Berqa” markalı çayı, ümumi dəyəri 12 manat olan 4 ədəd malakoları, 1 ədəd 3 manat 90 qəpik dəyərində mayonezi, ümumi dəyəri 7 manat 20 qəpik olan 3 paket qəndi, ümumi dəyəri 4 manat 80 qəpik olan 3 paket pesoqları, ümumi dəyəri 5 manat 40 qəpik olan 3 paket qəndi, ümumi dəyəri 1 manat 40 qəpik olan 2 ədəd duzları, ümumi dəyəri 5 manat 70 qəpik olan 3 ədəd “Ankara” markalı makaronları, ümumi dəyəri 2 manat 40 qəpik olan 2 ədəd sodanı, ümumi dəyəri 60 manat olan müxtəlif çeşidli kolbasaları, 1 ədəd 1 manat 70 qəpik dəyərində suxarini, ümumi dəyəri 12 manat 50 qəpik olan 5 paket toyuq pətənəyini, ümumi dəyəri 10 manat olan 4 paket toyuq ciyərini, ümumi dəyəri 32 manat 50 qəpik olan 5 paket toyuq sinə ətini, ümumi dəyəri 14 manat olan 2 ədəd “Supersun” markalı yağları, 1 ədəd 5 manat 50 qəpik dəyərində “Supersun” markalı yağı, ümumi dəyəri 9 manat 60 qəpik olan 2 ədəd banka düyüləri, ümumi dəyəri 11 manat olan 2 ədəd banka düyüləri, ümumi dəyəri 6 manat olan 5 ədəd “Bizon” markalı energetik içkilərini, ümumi dəyəri 10 manat olan 10 ədəd “Bizon” markalı energetik içkilərini, ümumi dəyəri 11 manat 20 qəpik olan 7 ədəd Go markalı içkini, ümumi dəyəri 100 manat olan danışıq kartlarını, ümumi dəyəri 500 manat olan müxtəlif çeşidli siqaretləri, ümumi dəyəri 2 manat 10 qəpik olan 7 ədəd kofeni, ümumi dəyəri 5 manat olan 10 paket fısdıqları, ümumi dəyəri 6 manat 40 qəpik olan Jaquar markalı içkiləri, ümumi dəyəri 6 manat olan 10 paket semiçkanı, ümumi dəyəri 11 manat 40 qəpik olan 6 ədəd “Coca- Cola” markalı içkiləri, ümumi dəyəri 5 manat 70 qəpik olan 3 ədəd “Pepsi” markalı içkiləri, ümumi dəyəri 60 manat olan 20 ədəd qadın qolbaqlarını, ümumi dəyəri 50 manat olan 10 ədəd qadın sırğalarını, ümumi dəyəri 40 manat olan 20 ədəd qramla olan ətirləri, ümumi dəyəri 22 manat 50 qəpik olan 15 ədəd corabları, ümumi dəyəri 6 manat 90 qəpik olan 33 ədəd Unleri, ümumi dəyəri 3 manat 60 qəpik olan 2 ədəd Unleri, ümumi dəyəri 12 manat olan 20 ədəd saat batarekalarmı, ümumi dəyəri 10 manat olan 20 ədəd uşaq pamperslərini, ümumi dəyəri 16 manat olan 2 ədəd elektrik uzadıcısım, ümumi dəyəri 12 manat olan 2 ədəd elektrik uzadıcısım, ümumi dəyəri 2 manat 60 qəpik olan 2 ədəd “Maxma” markalı şpilkanı, ümumi dəyəri 4 manat 50 qəpik olann 3 ədəd plastmast şpilkanı, ümumi dəyəri 43 manat 30 qəpik olan 12 ədəd müxtəlif növ saç şampunlarım, ümumi dəyəri 6 manat olan 2 ədəd Net yuyucu tozunu, ümumi dəyəri 7 manat 20 qəpik olan 4 ədəd “Niko” markalı qab şampunu, ümumi dəyəri 6 manat olan 3 ədəd “Natura” markalı meyvə şirələrini, ümumi dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Möcüzə” markalı paçka yağları, ümumi dəyəri 34 manat olan 20 ədəd pletka şaqalatları, ümumi dəyəri 18 manat olan 10 ədəd böyük snikersi, ümumi dəyəri 10 manat 40 qəpik olan balaca snikersləri, ümumi dəyəri 6 manat 50 qəpik olan 5 ədəd balaca tvikistləri, ümumi dəyəri 12 manat 60 qəpik olan böyük tvikistləri, ümumi dəyəri 7 manat 20 qəpik olan 4 ədəd “Baunti” şokaladları, ümumi dəyəri 9 manat 60 qəpik olan 2 ədəd yağları, ümumi dəyəri 22 manat 40 qəpik olan 8 ədəd “Ariel” yuyucu tozlarını, ümumi dəyəri 26 manat olan 10 ədəd “Ariel” yuyucu tozlarını, ümumi dəyəri 14 manat olan 7 ədəd paraşokları, ümumi dəyəri 20 manat 80 qəpik -olan 8 ədəd paraşokları, ümumi dəyəri 50 manat olan 5 ədəd gelləri, ümumi dəyəri 22 manat 40 qəpik olan 250 qramlıq “Berqa” markalı çayları, ümumi dəyəri 14 manat olan 7 ədəd “Əfsanə” markalı pivələri, ümumi dəyəri 45 manat olan 10 ədəd Teksun markalı yağları, ümumi dəyəri 54 manat olan 2 ədəd qab naborlarım, ümumi dəyəri 13 manat olan 2 ədəd stəkanları, 1 ədəd 14 manat dəyərində çayniki, ümumi dəyəri 7 manat olan 20 ədəd pampersləri, ümumi dəyəri 135 manat olan müxtəlif növ şokaladları, ümumi dəyəri 97 manat 50 qəpik olan müxtəlif növ konfetləri, ümumi dəyəri 15 manat olan 10 ədəd paçka ruleti, ümumi dəyəri 27 manat olan 6 ədəd şokaladları, ümumi dəyəri 19 manat 50 qəpik olan 3 ədəd “Ariel” yuyucu tozlarını, ümumi dəyəri 15 manat 60 qəpik olan 6 ədəd südləri, ümumi dəyəri 5 manat 60 qəpik olan 8 ədəd yoğurtları, ümumi dəyəri 23 manat olan meyvə şirələrini, ümumi dəyəri 10 manat 50 qəpik olan 7 ədəd jilet lezvaları, ümumi dəyəri 8 manat olan 8 ədəd jilet lezvaları, ümumi dəyəri 7 manat 80 qəpik olan 6 ədəd “Sirab” markalı suları, ümumi dəyəri 7 manat olan 7 ədəd Sirab markalı suları, ümumi dəyəri 2 manat 25 qəpik olan 15 ədəd “Qalina Blanka” markalı blyonları, ümumi dəyəri 12 manat 50 qəpik olan 5 ədəd solfetkaları, ümumi dəyəri 7 manat 20 qəpik olan qadın üçün kalqotkaları, ümumi dəyəri 12 manat olan 8 ədəd peçenyaları, ümumi dəyəri 7 manat 80 qəpik olan 6 ədəd banka “Coca-Cola” markalı içkiləri, ümumi dəyəri 10 manat 80 qəpik olan 8 ədəd banka Pepsi markalı içkiləri, ümumi dəyəri 6 manat 50 qəpik olan 5 ədəd banka “Fanta” markalı içkilər olmaqla, ümumi dəyəri 2.249 manat 85 qəpik olan qeyd olunmuş məhsullarını və kassadan 2.422 manat 15 qəpik nağd pulları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.672 manat maddi ziyan vurulmaqla oğurluq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, atası Şahid1 ilə anası X5 rəsmi olaraq ayrılmışlar. Valideynləri ayrıldıqdan sonra qardaşları anasında, bacısı və özü isə məhkəmənin qərarı ilə atası ilə qalmışdır. Bir müddət keçdikdən sonra anası Asudə təklif etmişdir ki, özü və bacısı da gedib onunla birlikdə yaşasınlar. Bundan sonra atasından icazə alıb anasının yaşadığı evə gedib anası və qardaşları ilə birlikdə yaşamağa başlamışdır. Dəqiq tarix yadında deyil, 2022-ci ilin iyul ayında pula ehtiyacı olduğu üçün işləyib pul qazanmaq məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "Qazi market" mağazasına getmişdir. Belə ki, eşitmişdir ki, həmin mağazanın müdiri satıcı axtarır. Mağazaya daxil olub mağazanı işlədən sonradan adını bildiyi Rakif adlı şəxsə bildirmişdir ki, maddi vəziyyətləri çox ağırdır, işə ehtiyacı var. Rakif də ondan ailə vəziyyətini və yaşını soruşduqda ona 20 yaşı olmasını, subay olduğunu, iki qardaşı və bir bacısı ilə birlikdə anası ilə yaşadığını, maddi cəhətdən də çox ağır vəziyyətdə olduğunu bildirmişdir. Rakif ondan şəxsiyyətini təsdiq edən sənədi istədikdə ona şəxsiyyət vəsiqəsini itirdiyimi, 20 gün sonra “ASAN” xidmət mərkəzindən yenisini götürəcəyini demişdir. Rakif də ona inanaraq mağazada satıcı kimi onu işə götürmüşdür. Təxminən iki həftə həmin mağazada işlədikdən sonra pula ehtiyacı olduğundan sonuncudan maaşından pul istəmiş, Rakif də ona 100 manat aylıq maaşından pul vermişdir. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Daha, sonra evdə ərzaq məhsulları olmadığını görüb mağazadan bir qədər ərzaq məhsulları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 26 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində qeyd olunan mağazada satıcı kimi işdə olan zaman hazırda yadında qalmayan müxtəlif növ ərzaq məhsullarını iki ədəd böyük sellofan torbalara yığmış, sonra bibisi oğlu İdrisə zəng vurub bildirmişdir ki, aylıq maaşının əvəzində işlədiyi mağazadan müdirin icazəsi ilə ərzaq məhsulları almışdır, həmin məhsulları anası ilə birlikdə yaşadığı evə aparmaq lazımdır. Bir neçə dəqiqə sonra İdris gəlmiş, sellofan torbalarda olan ərzaq məhsullarını İdrisin avtomobilinin yedəyinə qoymuşdur. Təxminən 20 dəqiqə sonra Rakif gəldikdə onunla sağollaşıb İdrisin avtomobilinə əyləşib anası ilə birlikdə yaşadığı evə getmişdir. Həmin ərzaq məhsullarını az-az yaşadığı evdə özü istifadə etmiş, həmçinin azyaşlı bacısı və qardaşlarına da vermişdir. Lakin, onlara oğurluq barədə heç nə deməmişdir. Sonra bir müddət mağazadan heç nə oğurlamamışdır. Təxminən 2022-ci ilin avqust ayıninin ortalarında fikirləşmişdir ki, atasının yanına getsin və onunla birlikdə qalsın. Atası da bibisi oğlu İdrisgildə yaşayırdı. Mağazada 4 ədəd böyük sellofan torbalaya müxtəlif növ ərzaq məhsulları yığmış, əvvəlki kimi həmin ərzaq məhsullarını da mağazada satış kimi kompyuterə vurmamışdır. Sonra bibisi oğlu İdrisə zəng vurub bildirmişdir ki, mağazadan maaşının əvəzində müdirin icazəsi ilə ərzaq məhsulları almışdır, bu gündən atası ilə birlikdə qalacaqdır, ona görə də, gəlib həmin ərzaq məhsullarını yaşadıqları evə aparsın. Təxminən 2-3 saatdan sonra İdris həyat yoldaşı və bir azyaşlı oğlu ilə birlikdə mağazaya gəlmiş, həmin zaman İdris mağazadan pulunu ödəyərək, pomidor, siqaret və “Bizon” içkisi almışdır. Həmin məhsulları kompyuterə vurmuşdur. Sonra 4 ədəd sellofan torbaları İdrisin idarə etdiyi VAZ- 2107 markalı avtomobilin yedəyinə qoymuş, daha sonra Rakif gəldikdə onunla sağollaşıb getmişdir. Sonradan Rakif onun mağazasından oğurluq etdiyini bildiyi üçün barəsində şikayət etmişdir. Sonuncu dəfə İdrisgilə apardığı ərzaq məhsullarını İdris və ailə üzvləri oğurluq olmasını bildiyi üçün İdris aparıb Rakifə qaytarmışdır. Həmin mağazadan yalnız iki dəfə oğurluq etmişdir. Birinci dəfə oğurluq etdikdən sonra yenə də, həmin mağazadan oğurluq etmək fikri olmuşdur. Həmin oğurladığı ərzaq məhsullarının ümumi dəyəri təxminən 600- 700 manat olardı. Başqa heç bir vaxt həmin mağazadan oğurluq etməmişdir. Qeyd olunan mağazadan oğurluq etməkdə ona İdris və ya hər hansı bir şəxs köməklik göstərməmişdir. Oğurluğu tək özü etmişdir, oğurladığı ərzaq məhsullarını da İdrisgilə aparan zaman guya mağazadan müdirin icazəsi ilə aylıq maaşının əvəzində aldığını bildirmişdir. Həmçinin ona oğurluq etmək üçün hər hansı bir şəxs tərəfindən təkid, zorakılıq edilməmişdir. Öz qərarı ilə oğurluq etməyi qərarlaşdırıb etmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, yazılanlar qədər ziyan vurmamış, o, 360 manat məbləğində əmək haqqı almış, həmin maaşdan 100 manat verilib, qalan 260 manatın əvəzinə 4 sellofan ərzaq götürmüş, lakin pul götürməmişdir Məcburiyyət qarşısında satıcı işləmiş, yəni anasının təkidi və hədəsi ilə satıcı işləmiş, atasının yanına getmək istəsə də anası ona hədə-qorxu gələrək getməməsini bildirmişdir. Həmin hadisə ilə bağlı da maaşını tam ala bilmədiyindən, bibi oğlusuna zəng edərək, ondan həmin ərzaq malları aparmasını xahiş etmiş, ümumilikdə 4 sellofan götürmüş, 2 dəfə olaraq və ayrı ayrılıqda 2 sellofan aparmışdır. İlk dəfə aparılan sellofanı anası ilə yaşadığı ünvana, ikinci sellofanı isə bibisinin yaşadığı ünvana aparmışdır. Atası da elə bibisinin yaşadığı ünvanda yaşayır. Atası ilə anası rəsmi qaydada boşanmışlar. O, ümumiyyətlə işləmək istəməmiş, oxumaq istəmişdir. Evdə də həmin malları görən zaman atasına maaşının əvəzinə götürmüş olduğunu bildirmişdir. Həmin ərzaq mallarına toyuq, ciyər, soyuq içkilər, cips, un, düyü kimi ərzaq malları olmuşdur. Götürdüyü malları da oğurluq məqsədi olmadan maaşının əvəzinə götürmüşdür. İşə daxil olan zaman onun 16 yaşı tamam olmuş, bu barədə də həmin müəsisəyə məlumat vermiş, ona vergi tərəfindən yoxlanılan zaman hər hansı bir sual verilərkən, “əmisinin yeri olduğunu və 5 dəqiqəlik nəzarət etdiyini” demələrini bildirmişlər. Məhkəmə iclaslarına da gəlməməsinin səbəbinin anasının ona icazə vermədiyini, anasının ona “narahat olma səni tutmazlar” deyə bildirməsinə görə məhkəmə iclaslarına gəlməmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu və məhkəmədən onu bağışlamasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs növbəti dəfə ifadə verərək keçən məhkəmə iclasında vermiş olduğu ifadəni təsdiq etdiyini, həqiqətən bu əməli törətdiyini, lakin ona bibisinin oğu və onun yoldaşı tərəfindən həmin cinayətin törədilməsinə məcbur edildiyiyini, bundan başqa atasının da ona “narahat olma, az cəza alacaqsan” kimi sözlərdən istifadə edərək təzyiq etdiyini bildirmişdir. Həmçinin bibisinin oğlu və onun yoldaşının 4 dəfə mağazaya gəldiklərini, bibisinin oğlu İdrisin oğurluq olduğunu bildiyini, kamera görüntülərinin silməsini İdrisin istəmiş olduğunu, İdrisə ayrı-ayrılıqda 25 manat, 35 manat və 50 manat məbləğində pulları kassadan verdiyini bildirmiş, İdrisin yoldaşı Sənubər tərəfindən ona telefon vasitəsi ilə ona məhsul gətirdiyini istəmiş, İdrisin anası da həmin malların oğurluq olduğunu bilmiş bundan əlavə həmin pulları birlikdə salona və kluba getmək üçün istəmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs növbəti dəfə ifadəsində şahid qismində dindirilmiş Şahid2 ilə üzləşdirərkən həmin əməlləri özü tərəfindən törədilməsini, lakin salona Sənubər ilə birlikdə getdiyini və bunun üçün 30-35 manat götürdüyünü və həmçinin də Sənubərlə birlikdə kluba getdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, S.Korşun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən "Qazi market" mağazasını icarə əsasında işlədir. Həmin mağazada əsasən ərzaq məhsullarının satışı ilə məşğul olur.Təxminən 2022-ci ilin iyul ayının ortalarında əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya yaxınlaşaraq, maddi vəziyyətləri çox pis olduğundan mağazada satıcı kimi işləmək istədiyini bildirmiş, ondan şəxsiyyət vəsiqəsini istədikdə sonuncu şəxsiyyət vəsiqəsini itirdiyini, təxminən 20 gün sonra ASAN xidmət mərkəzindən götürüb ona verəcəyini bildirmişdir. Həmin zaman Günaydan ailə vəziyyəti barədə maraqlandıqda Günay maddi cəhətdən çox ağır vəziyyətdə anası ilə birlikdə yaşadığını, subay olduğunu və 20 yaşı olduğunu demişdir. Təqdim edəcəyi videogörüntülərdən də göründüyü kimi Günay fiziki cəhətdən yetkilik yaşma çatmış şəxs kimi görünürdü. Günay maddi cəhətdən çox ağır vəziyyətdə yaşadığını bildirdiyi üçün ona yazığı gəldiyindən mağazada satıcı kimi işə götürə biləcəyini bildirmişdir. Günay işə başladıqdan təxminən 4-5 gün sonra mağazada olan məhsullarda azalmalar olmasını hiss etmiş və bu barədə Günaya bildirmişdir. Sonradan mağazaya müştəri kimi gəlib-gedən üzdən tanıdığı şəxslərdən eşitmişdir ki, Günay müxtəlif vaxtlarda mağazadan sellofan torbalarda məhsulları götürüb aparır. Bundan sonra Günaydan oğurluq etməsi ilə bağlı şübhələnmiş və mağazada olan video görüntülərə baxdıqda görmüşdür ki, Günay həqiqətən mağazada olan müxtəlif çeşidli məhsulları mağazada kompyuter sisteminə vurmadan sellofan torbalara yığıb kənara qoyur. Lakin, həmin sellofan torbaları mağazada görməmişdir. Mağazaya gələn müştərilərin aldıqları məhsulları isə kompyuter sisteminə daxil edir. Artıq Günayın mağazadan oğurluq etməsindən əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra isə Suraxanı RPİ- nin 31-ci PB-nə gedib ərizə ilə müraciət etmişdir. Qeyd etdiyim kimi Təqsirləndirilən şəxs mağazadan 2022-ci ilin iyul ayının ikinci yarısından 2022-ci ilin avqust ayının ortalarmadək olan müddət ərzində müxtəlif vaxtlarda ümumi dəyəri 28 manat olan 1.80 qramlıq 2 ədəd Supersun markalı yağları, ümumi dəyəri 20 manat olan 2 ədəd Supersun Bala markalı yağları, ümumi dəyəri 23 manat 40 qəpik olan 3 ədəd Ana Bala markalı yağları, ümumi dəyəri 25 manat olan 2 ədəd Final markalı qarğıdalı yağlarını, ümumi dəyəri 23 manat olan 2 ədəd Final markalı semiçka yağlarını, ümumi dəyəri 18 manat olan 1 litirlik 3 ədəd Final markalı qarğıdalı yağlarını, ümumi dəyəri 10 manat olan 1 litirlik 2 ədəd Final markalı semiçka yağlarını, 1 ədəd 6 manat 80 qəpik dəyərində Möcüzə markalı qarğıdalı yağını, ümumi dəyəri 11 manat 60 qəpik olan 2 ədəd Möcüzə markalı semiçka yağlarını, ümumi dəyəri 7 manat 20 qəpik olan 0.5 litirlik 3 ədəd semiçka yağlarını, ümumi dəyəri 5 manat 60 qəpik olan 4 ədəd ketçupları, ümumi dəyəri 4 manat 20 qəpik olan 3 ədəd acılı ketçupları, ümumi dəyəri 5 manat 80 qəpik olan 2 ədəd Süfrə markalı ketçupları, ümumi dəyəri 8 manat 70 qəpik olan 3 ədəd mayonezləri, ümumi dəyəri 4 manat 40 qəpik olan 4 ədəd sos çili, ümumi dəyəri 2 manat 80 qəpik olan 2 ədəd nar şarabım, ümumi dəyəri 4 manat 20 qəpik olan 2 ədəd 100 qramlıq Akbar markalı çayları, ümumi dəyəri 4 manat 20 qəpik olan 2 qutu Akbar markalı paket çayı, 1 ədəd 2 manat dəyərində Azərçay markalı çayı, ümumi dəyəri 4 manat olan 2 qutu Azərçay markalı paket çayı, ümumi dəyəri 4 manat olan 2 ədəd 100 qramlıq Berqa markalı çayı, 1 ədəd 5 manat dəyərində 250 qramlıq Berqa markalı çayı, ümumi dəyəri 12 manat olan 4 ədəd malakoları, 1 ədəd 3 manat 90 qəpik dəyərində mayonezi, ümumi dəyəri 7 manat 20 qəpik olan 3 paket qəndi, ümumi dəyəri 4 manat 80 qəpik olan 3 paket pesoqları, ümumi dəyəri 5 manat 40 qəpik olan 3 paket qəndi, ümumi dəyəri 1 manat 40 qəpik olan 2 ədəd duzları, ümumi dəyəri 5 manat 70 qəpik olan 3 ədəd Ankara markalı makaronları, ümumi dəyəri 2 manat 40 qəpik olan 2 ədəd sodanı, ümumi dəyəri 60 manat olan müxtəlif çeşidli kolbasaları, 1 ədəd 1 manat 70 qəpik dəyərində suxarini, ümumi dəyəri 12 manat 50 qəpik olan 5 paket toyuq pətənəyini, ümumi dəyəri 10 manat olan 4 paket toyuq ciyərini, ümumi dəyəri 32 manat 50 qəpik olan 5 paket toyuq sinə ətini, ümumi dəyəri 14 manat olan 2 ədəd Supersun markalı yağları, 1 ədəd 5 manat 50 qəpik dəyərində Supersun markalı yağı, ümumi dəyəri 9 manat 60 qəpik olan 2 ədəd banka düyüləri, ümumi dəyəri 11 manat olan 2 ədəd banka düyüləri, ümumi dəyəri 6 manat olan 5 ədəd Bizon markalı energetik içkilərini, ümumi dəyəri 10 manat olan 10 ədəd Bizon markalı energetik içkilərini, ümumi dəyəri 11 manat 20 qəpik olan 7 ədəd Go markalı içkini, ümumi dəyəri 100 manat olan danışıq kartlarını, ümumi dəyəri 500 manat olan müxtəlif çeşidli siqaretləri, ümumi dəyəri 2 manat 10 qəpik olan 7 ədəd kofeni, ümumi dəyəri 5 manat olan 10 paket fısdıqları, ümumi dəyəri 6 manat 40 qəpik olan Jaquar markalı içkiləri, ümumi dəyəri 6 manat olan 10 paket semiçkanı, ümumi dəyəri 11 manat 40 qəpik olan 6 ədəd Coca- Cola markalı içkiləri, ümumi dəyəri 5 manat 70 qəpik olan 3 ədəd Pepsi markalı içkiləri, ümumi dəyəri 60 manat olan 20 ədəd qadın qolbaqlarını, ümumi dəyəri 50 manat olan 10 ədəd qadın sırğalarını, ümumi dəyəri 40 manat olan 20 ədəd qramla olan ətirləri, ümumi dəyəri 22 manat 50 qəpik olan 15 ədəd corabları, ümumi dəyəri 6 manat 90 qəpik olan 33 ədəd Unleri, ümumi dəyəri 3 manat 60 qəpik olan 2 ədəd Unleri, ümumi dəyəri 12 manat olan 20 ədəd saat batarekalarım, ümumi dəyəri 10 manat olan 20 ədəd uşaq pamperslərini, ümumi dəyəri 16 manat olan 2 ədəd elektrik uzadıcısım, ümumi dəyəri 12 manat olan 2 ədəd elektrik uzadıcısım, ümumi dəyəri 2 manat 60 qəpik olan 2 ədəd Maxma markalı şpilkanı, ümumi dəyəri 4 manat 50 qəpik olann 3 ədəd plastmast şpilkanı, ümumi dəyəri 43 manat 30 qəpik olan 12 ədəd müxtəlif növ saç şampunlarmı, ümumi dəyəri 6 manat olan 2 ədəd Net yuyucu tozunu, ümumi dəyəri 7 manat 20 qəpik olan 4 ədəd Niko markalı qab şampunu, ümumi dəyəri 6 manat olan 3 ədəd Natura markalı meyvə şirələrini, ümumi dəyəri 10 manat 50 qəpik olan 7 ədəd Möcüzə markalı paçka yağları, ümumi dəyəri 34 manat olan 20 ədəd pletka şaqalatları, ümumi dəyəri 18 manat olan 10 ədəd böyük snikersi, ümumi dəyəri 10 manat 40 qəpik olan balaca snikersləri, ümumi dəyəri 6 manat 50 qəpik olan 5 ədəd balaca tvikistləri, ümumi dəyəri 12 manat 60 qəpik olan böyük tvikistləri, ümumi dəyəri 7 manat 20 qəpik olan 4 ədəd Baunti şokaladları, ümumi dəyəri 9 manat 60 qəpik olan 2 ədəd yağları, ümumi dəyəri 22 manat 40 qəpik olan 8 ədəd Ariel yuyucu tozlarını, ümumi dəyəri 26 manat olan 10 ədəd Ariel yuyucu tozlarını, ümumi dəyəri 14 manat olan 7 ədəd paraşokları, ümumi dəyəri 20 manat 80 qəpik olan 8 ədəd paraşokları, ümumi dəyəri 50 manat olan 5 ədəd gelləri, ümumi dəyəri 22 manat 40 qəpik olan 250 qramlıq Berqa markalı çayları, ümumi dəyəri 14 manat olan 7 ədəd Əfsanə markalı pivələri, ümumi dəyəri 45 manat olan 10 ədəd Teksun markalı yağları, ümumi dəyəri 54 manat olan 2 ədəd qab naborlarını, ümumi dəyəri 13 manat olan 2 ədəd stəkanları, 1 ədəd 14 manat dəyərində çayniki, ümumi dəyəri 7 manat olan 20 ədəd pampersləri, ümumi dəyəri 135 manat olan müxtəlif növ şokaladları, ümumi dəyəri 97 manat 50 qəpik olan müxtəlif növ konfetləri, ümumi dəyəri 15 manat olan 10 ədəd paçka ruleti, ümumi dəyəri 27 manat olan 6 ədəd şokaladları, ümumi dəyəri 19 manat 50 qəpik olan 3 ədəd Ariel yuyucu tozlarım, ümumi dəyəri 15 manat 60 qəpik olan 6 ədəd südləri, ümumi dəyəri 5 manat 60 qəpik olan 8 ədəd yoğurtları, ümumi dəyəri 23 manat olan meyvə şirələrini, ümumi dəyəri 10 manat 50 qəpik olan 7 ədəd jilet lezvaları, ümumi dəyəri 8 manat olan 8 ədəd jilet lezvaları, ümumi dəyəri 7 manat 80 qəpik olan 6 ədəd Sirab markalı suları, ümumi dəyəri 7 manat olan 7 ədəd Sirab markalı suları, ümumi dəyəri 2 manat 25 qəpik olan 15 ədəd Qalina Blanka markalı blyonları, ümumi dəyəri 12 manat 50 qəpik olan 5 ədəd solfetkaları, ümumi dəyəri 7 manat 20 qəpik olan qadın üçün kalqotkaları, ümumi dəyəri 12 manat olan 8 ədəd peçenyaları, ümumi dəyəri 7 manat 80 qəpik olan 6 ədəd banka Coca-Cola markalı içkiləri, ümumi dəyəri 10 manat 80 qəpik olan 8 ədəd banka Pepsi markalı içkiləri, ümumi dəyəri 6 manat 50 qəpik olan 5 ədəd banka Fanta markalı içkilər olmaqla, ümumi dəyəri 2.249 manat 85 qəpik olan qeyd olunmuş məhsullarını və kassadan 2.422 manat 15 qəpik nağd pulları oğurlamışdır. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 4.672 manat dəyərində maddi ziyan vurulmuşdur. Hadisədən sonra xx.xx.2022-ci il tarixdə oğurlanmış məhsulların siyahısını, ayrı-ayrılıqda və ümumi dəyərlərini, həmçinin oğurlanmış nağd pulu 2 ədəd vərəqdə qeyd edərək təqdim etmişdir. Lakin, həmin təqdim etdiyi 2 ədəd vərəqdə olan oğurlanmış məhsulların siyahısında qeyd olunmuş məhsulların hesablamalarında texniki səhv olduğundan, ona məxsus mağazadan oğurlanmış məhsulların və nağd pulun hazırki ifadəsində yuxarıda qeyd etdiyi məhsullar və nağd pul olmasını, həmçinin həmin məhsulların qeyd etdiyi dəyərlərini nəzərə alınmasını xahiş etmişdir. Həmçinin sonradan Günayın qohumu İdris adlı şəxs ona 443 manat dəyərində ərzaq məhsulları gətirib verib demişdir ki, Günay həmin ərzaq məhsullarını onun mağazasından oğurlayıbdır, ona isə həmin məhsulları guya aylıq maaşının əvəzində mağazadan götürdüyünü bildirmişdir. Həmin ərzaq məhsullarını mağazaya qoyub satışa çıxarıb satmışdır. İdrisin konkret hansı ərzaq məhsullarını gətirməsini xatırlamır. Mağazada qeydə alınan video müşahidə kameralarında olan video görüntülər bir neçə gün ərzində silindiyi üçün Günayın əvvəlki oğurluq hadisələrini qeydə almış video görüntüləri təqdim edə bilməmişdir. Həmçinin sonuncu video görüntülərdə Günayın yanında bir nəfər oğlan, bir nəfər qadın və bir azyaşlı uşaq olmasını gördüyü üçün onun həmin şəxslərlə bir qrup şəxs halında mağazadan oğurluq etmələrini güman edib ilkin müraciətlərində və izahatında oğurluğun qeyd olunan şəxslərlə bir qrup şəxs halında edilməsini güman etdiyini bildirmişdim. Lakin, həmin şəxslər video görüntülərdə mağazadan aldıqları məhsulları Günay mağazada olan kompyuterə qeydə almaqla satış etmişdir. Sonda o, ona dəymiş ziyanın 700 manat miqdarında olan hissəsini Təqsirləndirilən şəxs anası tərəfindən ödənildiyini, təqsirləndirilın şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi statusuna xitam verilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Qızı Günay xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşma çatmayan şəxsdir. Bir müddətdir ki, həyat yoldaşı X4 rəsmi olaraq ayrılmışdır. Asudə ilə ayrıldıqdan sonra qızı Günay hərdən onunla, hərdən də anası ilə birlikdə yaşamışdır. Qızı Günay anası Asudənin evində yaşadığı müddət ərzində 2022-ci ilin iyul ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "Qazi market" mağazasına satıcı kimi işə düzəldiyini bilmişdir. 17 avqust 2022-ci il tarixdə eşitmişdir ki, qeyd olunan mağazanı işlədən Rakif adlı şəxs qızı barəsində onun mağazadan oğurluq etməsilə bağlı şikayət etmişdir. Günayın oğurluq etməsinə inanmadığı üçün həmin zaman DİN-nin 102 xidmətinə zəng vurub mağazanın sahibi tərəfindən qızının oğurluqla şərlənməsi barədə məlumat vermişdir. Sonradan qızı Günayla söhbət zamanı sonuncu bildirmişdir ki, həmin mağazada satıcı kimi işlədiyi müddət ərzində yəni, xx.xx.2022-ci il tarixdə mağazadan iki ədəd böyük sellofanlarda və 2022-ci ilin avqust ayının ortalarında 4 ədəd sellofan torbalarda müxtəlif növ ərzaq məhsulları oğurlamışdır. Lakin, özünün əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Həmçinin Günayın oğurladığı ərzaq məhsullarını konkret olaraq hara aparması barədə də heç bir məlumatı yoxdur. Özü bacısı oğlu Şahid3 evində yaşayır. Günay sonuncu dəfə mağazadan götürdüyü 4 ədəd sellofan torbalarda olan ərzaq məhsullarını yaşadıqları evə gətirmişdir. Bacısı oğlu İdrisə isə bildirmişdir ki, guya həmin ərzaq məhsullarını mağazadan maaşının əvəzində müdirin icazəsi ilə götürmüşdür. Həmin ərzaq məhsullarını bacısı oğlu İdris mağazanın sahibi Rakif adlı şəxsə aparıb qaytarmışdır. Başqa heç bir zaman Günay yaşadıqları evə ərzaq məhsulları gətirməmişdir. Məhkəmədə şahid qismində dindrilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı qızıdır. Dayısı İqbal həyat yoldaşı Asudədən ayrılmışdır və onlarla birlikdə yaşayır. Dayısı İqbalın qızları və oğlanları isə anaları Asudə ilə birlikdə yaşayırlar. Günay 2022-ci ilin iyul ayından avqust ayının ortalarınadək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "Qazi market" mağazasında satıcı işləmişdir. Həmin vaxtlar özü də icarəyə götürdüyü VAZ-2107 markalı **-LB-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Dəqiq tarix yadında deyil, bir dəfə Günay ona zəng vurub bildirmişdir ki, işlədiyi mağazadan aylıq maaşının müqabilində müdirinin icazəsi ilə ərzaq məhsulları almışdır, həmin ərzaq məhsullarını yaşadığı anasıgilə aparmaq lazımdır. Özü də ona inanıb etiraz etməmişdir. Bundan sonra həmin mağazaya getmiş, Günay mağazada tək olmuşdur, sonuncu iki ədəd böyük sellofan torbalarda olan ərzaq məhsullarını avtomobilinə qoymuşdur. Mağazanın müdiri Rakif adlı şəxs gəldikdən sonra Günay sağollaşıb avtomobilə əyləşmiş və onu yaşadığı evə aparmışdır. Günay həmin zaman ərzaq məhsullarını da yaşadığı evə aparmışdır. Bundan bir müddət sonra yəni, 2022- ci ilin avqust ayının ortalarında yenə də Günay ona zəng vurub artıq atası ilə birlikdə onların evin qalacağını, mağazada maaşının müqabilində ərzaq məhsulları aldığını, onu və ərzaq məhsullarını yaşadığı evə aparmaq lazım olduğunu bildirdikdə ona inanıb etiraz etməmişdir. Yenə də yuxarıda qeyd etdiyi avtomobillə mağazaya getmiş, həmin zaman həyat yoldaşı və azyaşlı oğlu da avtomobildə idilər. Günay mağazada tək idi və 4 ədəd böyük sellofan torbalarda olan ərzaq məhsullarını avtomobilinə qoymuşdur. Mağazadan özü üçün pulunu ödəməklə pomidor, siqaret və su almışdır. Sonra Rakif gəldikdə Günay sağollaşıb avtomobilə əyləşmiş, onu yaşadığı evə gətirmişdir. Bir iki gün sonra bilmişdir ki, Rakif Günaydan mağazadan oğurluq etməsilə bağlı şikayət edibdir. Bundan sonra həmin ərzaq məhsullarının oğurluq olduğunu bilib aparıb mağazada Rakifə qaytarmışdır. Rakif də həmin məhsulları hesablamış və 443 manat olmasını bildirmişdir. Günayın həmin mağazadan oğurluq etməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Günay qeyd etdiyi kimi cəmi iki dəfə ona zəng vurub mağazadan ərzaq məhsulları aldığını bildirmiş və birinci dəfə iki ədəd sellofan torbalarda, ikinci dəfə isə 4 ədəd sellofan torbalarda onun mağazadan maaşının əvəzində aldığını bildiyi ərzaq məhsullarını aparmışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatətinə əsasən ikinci dəfə dindirilərkən eyni ifadə verərək, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatətinə əsasən ikinci dəfə dindirilərkən eyni ifadə verərək, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan edilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma qızıdır. Həyat yoldaşı İqbaldan boşandıqdan sonra iki oğlu və Günay da daxil olmaqla iki qızı ilə birlikdə yaşamışdır. 2022-ci ilin iyul ayında Günay bildirmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "Qazi market" mağazasına satıcı kimi işə düzəlmişdir. Belə ki, maddi vəziyyətləri çox aşağı olduğu üçün ən azından öz şəxsi ehtiyaclarını qarşılamaq üçün işləmək istədiyini demişdir. Günay təxminən 2022-ci ilin avqust ayının ortalarmadək həmin mağazada satıcı kimi işə gedib gəlmişdir. Sonradan eşitmişdir ki, Günayın müdiri Rakif adlı şəxs Günayın mağazadan oğurluq etməsi barədə şikayət etmişdir. Günayın həmin mağazadan hər hansı bir ərzaq məhsulları və ya nağd pul oğurlaması barədə heç bir məlumatı yoxdur. Günayın yaşadıqları evə ərzaq məhsulları gətirməsini görməmişdir. Eyni zamanda Günay ona işlədiyi müddət ərzində hər hansı bir məbləğdə pul və ya ərzaq məhsulları verməmişdir. Bundan başqa heç bir vaxt Günaya həmin mağazadan ərzaq məhsulları və ya pul gətirməsilə bağlı hər hansı bir təzyiq, məcbur etmə halları tətbiq etməmişdir. Günay öz istəyi ilə həmin mağazaya gedib özü işə düzəldikdən sonra ona bu barədə məlumat vermişdir. Cinayət işinin 7-15-ci vərəqlərində olan baxış keçirilməsi haqqında 17 avqust 2022cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Qazi market” adlı mağazadan baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Hadisə ilə bağlı fotoşəkillər çəkilərək, protokola əlavə edilmişdir. Cinayət işinin 34-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsininin tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin aparılması üçün atası Şahid1 onun qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. Cinayət işinin 84-86-cı vərəqlərində olan 12 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 106-108-ci vərəqlərində olan 12 yanvar 2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 111-ci vərəqində olan “diskə baxış keçirilməsi barədə” 12 yanvar 2023cü il tarixli protokoldan görünür ki, baxış zamanı çəkilişin Zərərçəkmiş şəxs işlətdiyi mağazada aparıldığı, Təqsirləndirilən şəxs mağazada satıcı kimi işlədiyi zaman mağazada olan ərzaq məhsullarını bir neçə ədəd sellofan torbalara yığıb kənara qoyması, lakin hər hansı bir qeydiyyat aparmaması və mağazada olan satış üçün kompyuterə vurmaması, hərdən mağazaya gələn müştərilərə məhsullar satıb kompyuterə vurması, qohumu Şahid3, sonuncunun həyat yoldaşı Şahid2 və azyaşlı oğlunun mağazaya gəlməsi, Şahid3 mağazadan alış veriş etməsi və həmin məhsulların,Təqsirləndirilən şəxs tərəfindən kompyuterə vurulması, Təqsirləndirilən şəxsnm əvvəlcədən mağazanın içərisində sellofan torbalara yığdığı ərzaq məhsullarını Şahid3 mağazadan götürüb avtomobilinə aparması və diskdə olan video görüntülərin bir günə aid olması, lakin video görüntülərdə hər hansı bir tarix olmaması görünür. Cinayət işinin 127-132-ci vərəqlərində olan 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biri-birinin üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin 72-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Suraxanı rayon polis idarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altma vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi vəsatətinə əsasən Şahid1 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində statusuna xitam verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyanın 700 manat miqdarında olan hissəsini Təqsirləndirilən şəxs anası tərəfindən ödənildiyini, təqsirləndirilın şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməklə yanaşı, hadisənin digər iştirakçıları mövcudluğu barədə ziddiyətli ifadələri hərhansı mötəbər sübuta əsaslanmamış və məsuliyyətdən yayınmaq məqsədi daşımışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olduğunu və vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbirinin seçilməsi qərara alınmış, Suraxanı Rayon Polis İdarəsi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Suraxanı rayon polis idarəsinin MSY-nə təhvil verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altma vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 01 gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxsə, ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 320 (üç yüz iyirmi) saat müddətinə ictimai işlər növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 01 gün müddət azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatına bərabər olmaq hesabı ilə ona təyin edilmiş ictimai işlər növündə cəzasından çıxılsın və ona qəti olaraq, 312 (üç yüz on iki) saat müddətinə ictimai işlər növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altma vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar