Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-505/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, onun nümayəndəsi və vəkili Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Ekologiya və X6 “Qızılağac Milli Qoruğunda” sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu, X10 küçəsi, nömrəsiz fərdi ev ünvanda qeydiyyat olmaqla həmin ünvanda yaşayan, 07 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ayıq vəziyyətdə, yol vərəqəsi ilə idarə etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus olan «UAZ- 23632155-01» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbsi istiqamətindən Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətində, «Mida» yaşayış sahəsinin daxilində 50 km/saat sürətlə hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və həmin vəziyyətdə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Qanunun həmin maddəsinin tələblərini pozduğu üçün diqqətini daim dəyişən yol şəraitindən yayındırdığından idarəetməni itirib qarşı hərəkət zolağına çıxdığından avtomobilinin qabaq tərəfi ilə əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes Benz E190» markalı, 99-0S-316 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi arasında toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan sürücüsü Zərərçəkmiş şəxs4 sağ mil sümüyünün distal ucunun kortikal sümük qatının qopma xarakterli sınığı, sağ əlin və sağ saidin hematoması və boyun nahiyəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxs2 burun sümüyünün yerdəyişən sınığı, hər iki dodağın şişkinliyi, iç səthinin qansızması və səthi əzilmiş yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs1 sağ orbitanın divarının yerdəyişmiş sınıqları, sağ almacıq sümüyünün divarlarının yerdəyişmiş sınıqları, sağ gicgah sümüyünün almacıq çıxıntısının yerdəyişmiş sınığı, çənə sümüyünün sağ yarısının cisminin və tac çıxıntısının, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ göz ətrafı yumuşaq toxumalarının hematoması və həmin gözün ağlı qişasına qansızma, sağ almacıq nahiyəsinin şişkinlik və qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs3 sağ diz qapağının qəlpəli sınığı, sol V qabırğanın yerdəyişməyən sınığı və alın nahiyəsinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almalarına və «Mercedes Benz E190» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2.800 (iki min səkkiz yüz) manat ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Avtomobil parkında sürücü işləyir. Hadisədən təxminən 4 ay əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılığac Miili parkı”na məxsus “UAZ 23632155-01” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona həvalə edilmiş və həmin avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində “UAZ 23632155-01” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində “Mida” yaşayış kompleksi daxilində 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman öskürərək anidən gözü qaralmış və idarəetməni itirmişdir. Buna görə də qarşı hərəkət zolağına keçmişdir. Həmin vaxtı idarə etdiyi “UAZ 23632155-01” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə əks istiqamətdən hərəkətdə olan “Mercedes Benz E190” markalı avtomobilin qabaq tərəfi arasında toqquşma baş vermişdir. Toqquşma nəticəsində “Mercedes Benz E190” markalı avtomobilin sürücüsü, və avtomobildə olan sərnişinlər xəsarət almışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, buna görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, “BC” dərəcəli sürücüdür. Şəxsi istifadəsində “Mersedes-Benz E190” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 03 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Mersedes-benz E190” markalı avtomobiliylə Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni tikilən “MİDA” yaşayış binaları kompleksinin yaxınlığında qəzaya düşmüşdür. Hadisə zamanı qaranlıq düşmüşdür, avtomobillər işıqları yandırılmış vəziyyətdə hərəkət edirdilər. Hadisə zamanı avtomobilində üç nəfər sərnişin olmuşdur - qabaq sağ oturacaqda arvadı Zərərçəkmiş şəxs3, arxa oturacaqlarda bacısı Zərərçəkmiş şəxs1 və onun qızı Zeynəb oturmuşdular. Hadisə yerində düz, hamar asfalt yol ilə saatda 50-60 kilometr sürətlə yolun özünə aid hissəsi ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobili saz vəziyyətdə, özü sağlam olmuşdur, yolda avtomobillərin nəzərəçarpacaq sıxlığı olmuşdur. Qarşıdan əks istiqamətdə gələn «UAZ» markalı avtomobili yolda görmüşdür, bu avtomobilin hərəkətində heç bir qeyri-normallıq, hərəkət üçün təhlükə yarada bilən hal görünməmişdir, sürəti təxminən onun avtomobilinin sürətinə bərabər olarmış. «UAZ» markalı avtomobil ilə aralarında məsafə 18-20 metrə qədər azalanda onun üçün gözlənilmədən həmin avtomobil yolun ortasını ayıran ağ qırıq xətləri kəsərək onun üstünə gəlmişdir. Təhlükəni görmüşdür, amma məsafə o qədər az olmuşdur ki, sürətini azaltmadan üstünə gələn «UAZ» ilə toqquşmamaq üçün nə isə etməyə macal tapmamış maşınları onun hərəkət yolunda qabaq-qabağa toqquşmuşlar. Toqquşma zamanı əvvəlcə avtomobillərinin qabaq tərəflərinin sol hissələri bir-birinə dəymiş və əzilmişlər, özləri də xəsarətlər almışlar. Artıq qəzadan sonra kimliyini bildiyi «UAZ» markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs o vəziyyətdə birdən-birə yoluna çıxmasının səbəbini bilməmişdir, amma özü etiraf etmişdir ki, qəza vaxtı yuxulu olduğuna görə ani olaraq mürgüləmiş və avtomobilin idarəsinə nəzarəti itirmiş, bu səbəbdən avtomobil öz yolundan çıxmışdır. Hazırda yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərər ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 və onun vəkili Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs4 ifadəsindən göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 Məmmədovna ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində əri Elimxan Nəbyevin idarə etdiyi «Mercedes Benz E190» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətinə 50-60 km/saat sürətlə hərəkət edikləri zaman əks istiqamətdən hərəkətdə olan «UAZ» markalı avtoTiobil anidən onların hərəkət etdiyi hərəkət zolağına keçmiş, «UAZ» markalı avtomobillə əri Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes Benz E190» markalı **-OS-*** dövlət qeyc iyyat nişanlı avtomobillərin qabaq tərəfləri arasında toqquşma baş vermişdir. Avtomobillərin toqquşması nəticəsində bədəni avtomobilin salonunun bərk hissələrinə dəydiyindən sağ diz qapağının qəlpəli sınığı, V qabırğasının yerdəyişməyən sınığı və alın nahiyəsinin sıyrığı kimi az ağır bədən xəsarətləri almışdır. Hadisə zamanı əri Zərərçəkmiş şəxs4 və avtomobildə olan qohumları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. «Mercedes Benz E190» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil cidına qeydiyyatda olsa da həmin avtomobili faktiki olaraq əri Zərərçəkmiş şəxs4 aldığına görə avtomobilin mülkiyətçisi Zərərçəkmiş şəxs4dir və avtomobilin əzilməsinə görə maddi ziyan Zərərçəkmiş şəxs4 dəymişdir. Hazırda yolnəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərər ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində qardaşı Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes Benz E190» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətinə həRəkətdə olarkən MİDA yaşayış kompleksindən keçərkən əks istiqamətdən hərəkətdə olan «UAZ» markalı avtomobil anidən onların hərəkət zolağına keçmiş, Avtomobillərin qabaq hissələri arasında toqquşma baş vermişdir. Hadisə zamanı avtomobillərin toqquşması nəticəsində sağ orbitanın divarının yerdəyişmiş sınıqları, sağ almacıq sümüyünün divarlarının yerdəyişmiş sınıqları, sağ gicgah sümüyünün almacıq çıxıntısının yerdəyişmiş sınığı, çənə sümüyünün sağ yarısının cisminin və tac çıxıntısının, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı yumuşaq toxumalarının hematoması və həmin gözün ağlı qişasına qansızma, sağ almacıq nahiyəsinin şişkinlik və qançırı kimi sağlamlığa az ağır zərər vuran xəsarət almışdır. X7, qardaşının arvadı Zərərçəkmiş şəxs3 və qızı Zərərçəkmiş şəxs2 da müxtəlif xəsarətlər alaraq xəstəxanaya müraciət etmişlər. Hazırda yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərər ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dayısı Elmixan Nəbiyevin idarə etdiyi «Mercedes Benz E190» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətində «Mida» yaşayış sahəsinin içərisindən keçərək hərəkətdə olarkən qarşı tərəfdən hərəkətdə olan «UAZ» markalı avtomobil anidən onların hərəkət zolağına keçmiş, «UAZ» markalı avtomobillə dayısı Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes Benz E190» markalı **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissələri arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra sifəti avtomobilin bərk hissələrinə dəyərək ciddi xəsarət almışdır. Hadisədən sonra «Uaz» markalı avtonrobilin sürücüsü də onlara yaxınlaşmış, xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. Hazırda özünü gümrah hiss edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə, Suraxanı rayonu, Hövsan-Zığ younun «Mida» yaşayış kompleksindən keçən hissəsində baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «UAZ-23632155-01» markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Zığ istiqamətində «Mida» yaşayış kompleksi daxilində hərəkətdə olan zaman qarşı hərəkət zolağına çıxaraq əks hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi «Mercedes Benz E190» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisənin baş verdiyi yerdə yol asfaltbeton örtüklü olub quru və düz olmuşdur. Yol örtüyünün eni 8 metr, hərəkət zolağının say 2, hərəkət zolağının eni 4 metrdir. Hərəkət hissəsinin hər iki tərəfində səki vardır. Yol işıqlandırılmır və nizamlanmır. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 2/30854 və 2/30855 nömrəli aktdan görünür ki, sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 hadisə vaxtı ayıq vəziyyətdə olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1380 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədən səthində sağ orbitanın divarının yerdəyişmiş sınıqları, sağ almacıq sümüyünün divarlarının yerdəyişmiş sınıqları, sağ gicgah sümüyünün almacıq çıxıntısının yerdəyişmiş sınığı, çənə sümüyünün sağ yarısının cisminin və tac çıxıntısının, sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ göz ətrafı yumuşaq toxumalarının hematoması və həmin gözün ağlı qişasına qansızma, sağ almacıq nahiyəsinin şişkinlik və qançırı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1377 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədən səthində sağ mil sümüyünün distal ucunun kortikal sümük qatının qopma xarakterli sınığı, sağ əlin və sağ saidin hematoması və boyun nahiyəsinin qançırı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağ amlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1379 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədən səthində burun sümüyünün yerdəyişən sınığı, hər iki dodağın şişkinliyi, iç səthinin qansızması və səthi cızılmış yaraları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulıpasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi Suraxanı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1381 nömrəli ekspert rəyindən görünür ki, «müayinə zamanı Zərərçəkmiş şəxs3 bədən səthincə sağ diz qapağının qəlpəli sınığı, sol V qabırğanın yerdəyişməyən sınığı və alın nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbət olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/819 nömrəli məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, «UAZ» markalı, **-JG-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Mercedes Benz E190» markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiqlənmiş 11 sentyabr 2023-cü il tarixli ərizələrindən görünür ki, X5 tərəfindən onlara dəymiş zərər ödənildiyindən sonuncuya qarşı şikayətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-505/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-505/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver