Məhkəmə qərarları › İş №1(010)-506/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-506/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-506/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1999-cu ildə Gədəbəy rayonu, İsalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Vətən müharibəsi iştirakçısı, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş, Gədəbəy rayonu, İsalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyun 2024-cü il tarixli qərarla, Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, 20 avqust 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 12 iyun 2024-cü il tarixdə, saat 21:40 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” minik markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesində, Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətində sağ zolaqda saatda 80-90 kilometr/saat sürətlə hərəkətdə olarkən “Mida” yaşayış kompleksinin yaxınlığında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qəza işıq siqnalını yandırmış vəziyyətdə yolun hərəkət hissəsinin sağ kənarında dayanmış Şahid3 idarə etdiyi “İveco” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz ara məsafəsi saxlamalı, həmin avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin etməklə keçib getməli olduğu halda, mövcud şəraitdə həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsinin sağ kənarında, dayanmış “İveco” markalı **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X5 qucağında saxladığı 10 iyul 2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyin əzilməsi, başın alın sümüyünün xətti sınığı və təpə sümüklərinin qəlpəli sınıqları, başın alın, təpə və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən, ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq kəllə tağı sümüklərinin xətti və qəlpəli sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi səbəbindən 13 iyun 2024-cü il tarixdə, saat 02:30-da ünvan 2 ünvanında yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 5 ilə yaxındır ki, avtomobil idarə edir. Bundan əvvəl heç vaxt avtoqəza hadisəsi törətməmişdir. Əvvəl hərbi qulluqçu olmaqla, Qarabağın azad edilməsi uğrunda döyüşlərin iştirakçısıdır. Belə ki, Kəlbəcər rayonunun, Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad edilməsinə görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilmişdir. İdarə etdiyi “Toyota Prius” markalı, **- LH-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı olan Eldəniz adlı şəxsə məxsusdur. Avtomobili Eldənizdən gündəlik icarə əsasında alıb idarə etmişdir. Hadisə baş verən gün, yəni 12 iyun 2024-cü il tarixdə, daha əvvəldən tanıdığı Aişə adlı qadın ona zəng edərək yaşadığı Hövsan qəsəbəsindən onu götürüb ilkin olaraq onu Bilgəh qəsəbəsinə dənizə aparmasını istəmişdir. Həmin vaxt onların yanında Aişə adlı qadının rəfiqəsi də olmuşdur. Onlar dənizdə çimdikdən sonra, Aişənin bacısının evinə yollanmışlar. Bacısının evi Babək prospektində olduğundan Aişə övladını onlardan götürmüş və onlar, yenidən Hövsan qəsəbəsi istiqamətində geri qayıtmışlar. O, idarə etdiyi “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin günü, təxminən saat 21:40 radələrində “beton yolu” adlanan yol ilə sağ hərəkət zolağı ilə hərəkət edən zaman bir anlıq fikri yayınmış və anidən qarşısında “İveco” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görə bilməmiş və həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Daha sonra, idarə etdiyi avtomobili yol kənarında saxlamış və X20 xidmətinə müraciət etmişdir. X20 avtomobili gəldikdən sonra isə xəstəxanaya getmişdir. Hadisə baş verən zaman özü spirtli içki qəbul etməmiş və ayıq olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aişə Qarayevanı taksi fəaliyyəti ilə məşğul olduğu müddətdə müştəri kimi tanımışdır. Hadisə vaxtı avtomobildə Aişə, körpəsi Nihad və Aişənin rəfiqəsi olmuşdur. Aişə ön oturacaqda əyləşmiş, Nihad isə onun qucağında olmuşdur. Hadisə vaxtı yolun sağ hissəsi ilə, saatda 80-90 km/saat sürətlə hərəkət etmişdir. Nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmamış və “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmçinin uzun müddətdir ki, avtomobil idarə etmiş və bundan əvvəl heç vaxt avtoqəza hadisəsi törətməmişdir. Hadisə vaxtı avtomobildə olan Aişə Qarayeva yüngül xəsarət almış, özü, avtomoibldə arxa oturacaqda oturmuş Şahid1 və dəydiyi avtomobilin sürücüsü xəsarət almamışdır. Həmin gün spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Sonda isə əməlindən çox peşman olmasını, vətən uğrunda döyüşlərdə iştirak edərək medallara sahib olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül və ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 10 iyul 2022-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun övladı olmuşdur. Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, tanışdırlar. 12 iyun 2024-cü il tarixdə, Şahindən rəfiqəsi Vüsalə ilə onu yaşadıqları evdən götürüb dəniz kənarına aparmasını xahiş etmişdir. Təxminən saat 15:00 radələrində yaşadıqları evdən çıxaraq Bilgəh qəsəbəsində dəniz kənarına yollanmışlar. Həmin vaxtı oğlu Zərərçəkmiş şəxs bacısı Aysuya əmanət etmiş, daha sonra dənizə yollanmışdır. Dənizdə olan rəfiqəsi Vüsalə və tanışı olan Şahinlə birlikdə bir neçə saat istirahət etdikdən sonra, axşam saatlarında geri qayıtmışlar. İlkin olaraq bacısının evinə yollanmış və oradan oğlu Nihadı götürüb Zığ qəsəbəsi istiqamətindən “beton yolla” Hövsan qəsəbəsi, Mida yaşayış kompleksi istiqamətində evinə getmək üçün hərəkətə başlamışlar. Mida yaşayış kompleksinə çatmaqlarına az qalmış sürücü Təqsirləndirilən şəxs başı maqnitofona qarışmış və qarşılarında yolun kənarında anidən dayanmış maşını görməmişdir. O, həmin vaxtı qorxaraq qışqırmış və bu zaman Şahin tez idarəetməni sola çəksə də, avtomaşının ona tərəf olan hissəsi, yəni sağ ön hissəsi yolun kənarında dayanmış “İveco” markalı avtomobilin sol arxa hissəsindən dəymişdir. Onlar bir neçə metr gedib maşını saxlamışlar. Həmin vaxtı övladı Zərərçəkmiş şəxs qucağında əyləşmiş, özü isə sağ qolundan xəsarət almışdır. Oğlu Nihadın da, baş nahiyəsindən qan gəldiyini görmüşdür. Bundan sonra, yolda hərəkətdə olan avtomobillərdən biri saxlamış və onlar həmin avtomobil ilə birlikdə xəstəxanaya yollanmışlar. Oğlu Nihadı başqa xəstəxanaya, onu isə Sabunçu Rayon Xəstəxanasına aparmışlar. Sonradan isə gecə saatlarında övladının ölməsi barədə məlumatı ona bildirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs zəng edərək onu taksi kimi çağırmışdır. Zəng etdikdən təxminən 1 saat sonra Şahin gəlmişdir. Avtomobildə o, rəfiqəsi Vüsalə, oğlu Nihad və Şahin olmuşdur. Sürücü Şahin avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. Yolun hansı hissəsi ilə hərəkət etmələrini dəqiq xatırlamır. Qoruyucu kəmərdən istifadə etməmiş və hadisə zamanı özü sağ qolundan xəsarət almışdır. Fikri övladına qarışdığı üçün özü də qarşıda yolun sağ zolağında avtomobilin dayanmasını qabaqcadan görə bilməmiş, yalnız avtomobilə məsafə az qalan zaman görmüş və qışqırmışdır. Qeyd olunan hadisə ilə bağlı Təqsirləndirilən şəxslə barışmışdır. Bundan əlavə qeyd etdi ki, həmin gün spirtli içki qəbul etməmişdir. Sonda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə istintaqı zamanı 23 noyabr 2024-cü il tarixli yazılı ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında məhkəmənin öz təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş mərhum zərərçəkmiş şəxsin atası X11 ifadəsi zamanı bildirmişdir ki, Aişə Qarayeva ilə rəsmi evlənmiş, birgə nikahlarından Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. 1 ildən artıq müddətdir ki, Aişə Qarayeva ilə ayrı yaşayırlar. Özü Salyan rayonunda yaşamışdır. Hazırda boşanma ilə bağlı Goranboy Rayon Məhkəməsinin icraatında işləri vardır. 12 iyun 2024-cü il tarixdə, Bakı şəhərində olmuşdur. Həmin gün axşam saatlarında Aişənin bacısı Aysu ona zəng edərək, avtomobil qəzasının baş verdiyini və Aişə ilə Nihadın avtomobildə xəsarət aldığını, xəstəxanada olduqlarını bildirmişdir. O, Xırdalan ərazisində olmuş, gecə saat 4 radələrində Respublika Neyrocərrahiyyə Xəstəxanasına getmiş, o gedəndə isə artıq oğlunun vəfat etdiyini öyrənmişdir. Aişə isə xəsarət aldığı üçün başqa xəstəxanada olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Aişə Qarayevanın tanınmasına etirazı yoxdur. Həmçinin təqsirləndirilən şəxsə qarşı da şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “Toyota Prius” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili Təqsirləndirilən şəxs vermişdir ki, idarə etsin və taksi fəaliyyəti ilə məşğul olsun. 12 iyun 2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək yolnəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. O, da özünə bir şey olubolmamasını maraqlandıqda, Şahin, özü salamat olsa da, maşında xəsarət alanların olması barədə məlumat vermişdir. Bundan sonra o, Şahinin yanına yollanmışdır. Hal-hazırda “Toyota Prius” markalı avtomobil özündədir və dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona dəymiş ziyan ödənildiyi üçün də heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Aişə Qarayevanı uzun müddətdir ki, tanıyır. 12 iyun 2024-cü il tarixdə Aişə Qarayeva ilə əlaqə saxlayaraq dənizə gedib istirahət etmək qərarına gəlmişlər. O, Aişə Qarayevanın yaşadığı Mida 1 yaşayış kompleksinə gəlmişdir. Bundan sonra, Aişə oğlu Nihadı aparıb Babək prospektində yaşayan bacısının evinə qoymuş, onlar isə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bilgəh qəsəbəsinə dənizə yollanmışlar. Orada bir neçə saat qaldıqdan sonra geriyə, evə qayıtmaq qərarına gəlmişlər. Onlar ilkin olaraq Aişənin oğlunu bacısı evindən götürmüş və Aişənin yaşadığı evə, yəni Mida 1 yaşayış kompleksi istiqamətində Zığ dairəsindən üzü Mida 1 kompleksi istiqamətində “Beton yol” adlanan yol ilə hərəkətə davam etmişlər. Həmin vaxt Aişə öndə, övladı Nihad isə qucağında oturmuşdur. Özü bir qədər spirtli içki qəbul etdiyinə görə halı yaxşı olmamış və o, arxada pəncərəyə başını söykəyib oturmuşdur. Anidən Aişənin qışqırmasını eşitmiş və Şahin avtomobili sol tərəfə çəkmişdir. Maşının sağ hissəsi yol kənarında dayanmış avtomobilə dəymiş, o özünü itirmiş və ayılan zaman Aişə, Şahin və Nihadın olmadığını görmüşdür. Ətrafdakılardan maraqlanan zaman isə o bilmişdir ki, Aişə, Şahin və Nihad xəstəxanaya yollanmışlar. Polis əməkdaşları gəldikdən sonra isə yaşadığı evə yollanmışdır. Sonradan ön sərnişin oturacağında oturmuş Aişənin qucağında olan oğlu Nihadın xəstəxanada ölməsini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “İveco” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ilə yemək artıqlarını yığaraq heyvanlarına verir. 12 iyun 2024-cü il tarixdə, axşam saatlarında Zığ dairəsindən yaşadığı Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman qəfildən idarə etdiyi “İveco” markalı avtomobilin arxa sol təkəri partlamışdır. Hövsan ərazisində “Mida” yaşayış kompleksinə çatmasına az qalmış idarə etdiyi avtomobili yolun kənarına çəkmiş və qəza işıqlarını yandırmışdır. Bundan sonra, maşından enmiş və telefonu əlinə alıb usta axtarmağa başlamışdır. Maşını saxlayıb arxa hissəyə keçəndə qarşıdan “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini və onun istiqamətində hərəkət etdiyini görmüşdür. Dəfələrlə qışqırıb bağırsa da, maşının sürücüsü onu eşitməmiş və o, “Toyota Prius” markalı avtomobilin onun üzərinə gəldiyini görüb tez maşının yanından qaçmışdır. Bu zaman “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ona məxsus “İveco” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəymiş və bir neçə metr gedib dayanmışdır. O, dərhal həmin maşının yanına gedib maşında əyləşən sərnişinlərə köməklik etmiş və DİN-in 102 xidməti zəng mərkəzinə özü müraciət etmişdir. Sonra isə yaralıların olduğunu görüb yoldan maşın saxlatdırıb onları maşına əyləşdirərək xəstəxanaya yollamışdır. Daha sonra isə hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraqa bildirmişdir ki, hadisə vaxtı hava dumanlı olmamış, axşam vaxtı olduğundan qaranlıq olmuş, lakin ətraf maşın və şəhər lampalarının işıqları ilə aydınlıq olmuşdur. Yol 3 zolaqlı olmuşdur. Uşağın xəsarət aldığını dəqiq görmüş, digərlərinin vəziyyətini isə tam bilməmişdir. TTY-yə zəng etməsə də, yoldan keçən maşınlardan kömək istəmiş və saxlatdırmışdır. Bundan əlavə məhkəmə iclasında ərizə təqdim edərək avtomobilə dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı hər-hansı şikayəti olmadığını bildirmişdir. Avtomobilin artıq öz hesablarına düzəldiyini və hazırda sığorta şirkətindən pul alacağı üçün şikayətçi olmadığını bildirdi. Şahid3 tərəfindən 25 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs oğluna qarşı avtomobilinə dəymiş ziyanla bağlı hər-hansı tələb və ya şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 13 iyun 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X12 tərəfindən Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 13 iyun 2024-cü il tarixli, MK-2-5669 saylı raportdan görünür ki, Respublika Neyrocərrahiyyə Xəstəxanası, t/b Rüstəmzadə 13 iyun 2024 tarixdə, saat 04:40-da məlumat verərək, Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölməsi, 1992-ci il təvəllüdlü Şahid1 isə başın səthi travması xəsarəti alması barədə bildirmişdir. (iş.v. 6) 12 iyun 2024-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəridir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 12 metr, hərəkət zolağının sayı 3, hərəkət hissəsinin eni isə 39 metrdir. Yol şəhər elektrik işıqları ilə işıqlandırılmışdır. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir. “İveco” markalı avtomobilin arxa sol təkəri partladığına görə, yolun sağ kənarında dayanmış halda, “Prius” markalı avtomobil isə Mida 1 istiqamətində hərəkətdə olmuşdur. Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil, yol kənarında təkəri partlamış halda dayanmış “İveco” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə sol arxa hissəsindən dəydikdən 3-4 metr irəlidə yolda saxlamışdır. “İveco” markalı avtomobilə məxsus 2 ədəd tormoz izi mövcuddur. “İveco” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkəri partladığından yol kənarında dayanmışdır. Hadisə yerinin fotoşəkilləri və sxemi protokola əlavə edilmişdir. (iş.v. 7-16) 12 iyun 2024-cü il tarixli, 1/5222 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid3 alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq vəziyyətdə olmuşdur. (iş.v. 18) 13 iyun 2024-cü il tarixli, 2/31908 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq vəziyyətdə olmuşdur. (iş.v. 19) İş materiallarına əlavə edilmiş 11 oktyabr 2023-cü il tarixli etibarnamədən görünür ki, “Toyota Prius”(HİBRİD) minik markalı, buraxılış ili 2007-ci il olan, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil 11 ay 27 gün müddətə, yəni 07 oktyabr 2024-cü il tarixədək qüvvədə olmaqla, mülkiyyətçi X8 nümayəndəsi Şahid2 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir. (iş.v. 25) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci ildə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs SX ******* nömrəli “dövlət mükafatları və döş nişanları ilə təltif edilməsi” haqqında, “həqiqi hərbi xidmət keçməsi” haqqında və “müharibə dövründə hərbi xidmət keçməsi” haqqında sənədlərinin surətləri də iş materiallarına əlavə edilmişdir. (iş.v. 26-33) 13 iyun 2024-cü il tarixli, “ifadənin hadisə yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmasından ötrü sonuncunun göstərməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə, yəni Hövsan-Hava Limanı şossesinə “Beton yol” adlanan yerə gəlinmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanması məqsədi ilə ona təklif olunmuşdur ki, ifadəsində göstərdiyi, törətmiş olduğu yol-nəqliyyat hadlisəsi yerini əyani şəkildə göstərsin. Bundan sonra, Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 iyun 2024-ci il tarixdə, saat 21:00 radələrində “Beton yol” adlanan Hava Limanı şossesi ilə Hövsan qəsəbəsi, Mida yaşayış kompleksi istiqamətində saatda 80-90 kilometr sürətlə hərəkətdə olarkən yolun sağ hissəsində təkəri patlayıb dayanmış şəkildə olan “İveco” markalı avtomobilin arxa sol hissəsindən özünün idarə etdiyi avtomobilin qabaq sağ tərəfi arasında toqquşma baş vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs göstərməsinə əsasən müəyyən edilmişdir ki, hadisə onun hərəkəti istiqamətində yolun sağ tərəfindən sola doğru 2,7 metrliyində baş vermişdir. Hadisə baş verən yerdə yolun ümumi eni 12 metrdir, yol 3 zolaqlıdır, hər hərəkət zolağı 3,9 metr enindədir. Hadisə yerində hərəkət zolağını ayıran xətt nişanı var. İfadənin hadisə yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 34) İş materiallarından görünür ki, 20 iyun 2024-cü il tarixdə sifarişçi X9 ilə icraçı "xxxx" MMC arasında AV-XM 120/0624 saylı müqavilə bağlanmışdır. Müqavilənin məzmununda göstərilmişdir ki, sifarişçi göstərilən şərtlərə uyğun olaraq sıradan çıxmış maşınların konstruktiv təmirini və digər avadanlıqların yığılmasını icraçıya göndərməyi öz öhdəsinə götürür. Sifarişçi təmir olunacaq maşınların və avadanlıqların icraçıya çatdırılmasını öz öhdəsinə götürür. İcraçı təmir üçün lazım olan materialları almağı öz üzərinə götürür. İcraçı maşınların təmiri və yığımını həyata keçirib texniki şərtlərə uyğun olaraq sifarişçiyə təhvil verməyi öz üzərinə götürür. (iş.v. 73-76) "xxxx" MMC-nin 20 iyun 2024-cü il tarixli, AV-XM 120/0624 saylı xidmət müqaviləsinə 01 saylı əlavə razılaşma protokolundan görünür ki, bir tərəfdən bundan sonra sifarişçi adlandırılacaq Şahid3 şəxsində və digər tərəfdən bundan sonra, “icraçı” adlandırılacaq "xxxx" MMC, direktor X13 şəxsində 15 avqust 2023-cü il tarixli, AV-XM 120/0624 saylı xidmət müqaviləsinə uyğun sifariş olunmuş xidmətin qiyməti barədə razılığa gələrək bu əlavəni imzalamışlar. “İveco” markalı (NVQŞ BB539931) **-HM-*** d.q.nişanlı avtomobilin kuzovunda və arxa qapağında olan razılığa əsasən təmiri üçün lazım olan materiallar və xərclər cədvəl şəklində tərtib edilmiş və yekunda 1180 AZN məbləğ təşkil etmişdir. (iş.v. 77-78) İş materiallarına əlavə edilmiş 20 iyun 2024-cü il tarixli, ********* saylı arayışdan görünür ki, 12 iyun 2024-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Totoya Prius markalı, **-LH-*** d.q.nişanlı nişanlı avtomobillə eyni istiqamətdə yolun sağ kənarında dayanmış vəziyyətdə olan Şahid3 məxsus “İVECO” markalı, **-HM-*** d.q.nişanlı avtomobillə toqquşmuşdur. Toquşma nəticəsində Şahid3 məxsus “İVECO” markalı avtomobil yararsız hala düşmüşdür. Hal-hazırda baş vermiş hadisə ilə bağlı olaraq Suraxanı RPİ-nin istintaq şöbəsində araşdırma aparılır. Odur ki, “İVECO” markalı, **-HM- *** d.q.nişanlı avtomobil ilə heç bir istintaq hərəkəti keçirilmədiyinə görə, Şahid3 sərəncamına verilir. (iş.v. 80) Suraxanı RPİ-nin İŞ-nin sorğusuna cavab olaraq Suraxanı RPİ-nin DYPŞ tərəfindən ünvanlanmış cavab məktubundan görünür ki, xx xxxx 1999-cu il təvəllüdlü, Gədəbəy rayonu, İsalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus 01 oktyabr 2021-ci il tarixdən 01 oktyabr 2031-ci ilədək qüvvədə olan BA026081 saylı sürücülük vəsiqəsi və xx xxxxxx 2002-ci il təvəllüdlü, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olan Şahid3 məxsus olan 30 may 2023-cü il tarixdən 30 may 2033-cü il tarixədək qüvvədə olan BC900467 saylı sürücülük vəsiqəsi mövcuddur. Onların sürücülük hüququ məhdudlaşdırılmamışdır. (iş.v. 82; 103) X7 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanan 22 iyun 2024-cü il tarixli ərizədən görünür ki, 12 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs xəsarət almış və aldığı xəsarətlərdən Neyrocərrahiyyə xəstəxanasında vəfat etmişdir. Odur ki, həmin fakt üzrə istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. (iş.v. 84) 22 iyun 2024-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə X7 hadisə nəticəsində ölmüş oğlu Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 85) X7 tərəfindən 27 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, 12 iyun 2024-cü il tarixdə, Bakı şəhəri, Hövsan qəsəbəsi, ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlu Zərərçəkmiş şəxs vəfat etməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (iş.v. 100) X11 tərəfindən 27 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs onun oğludur. 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı oğlunun ölümü ilə bağlı olaraq Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. (iş.v. 102) İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, istehsal tarixi 2007-ci il olan, 26 iyun 2023-cü il tarixdə qeyddiyyata alınmış **-LH-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, xetçbek tipli, JTDKB20U587715781 ban nömrəli “Toyota Prius” (hibrid) minik markalı avtomobil X10 məxsusdur. (iş.v. 108) Şahid2 tərəfindən 10 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, 12 iyun 2024-cü il tarixdə, Hövsan qəsəbəsi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə ilə ona məxsusdur. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomobilinə cüzi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (iş.v. 109) 17 avqust 2024-cü il tarixli, 000083 nömrəli X14 Qaiməsindən görünür ki, mal göndərən "xxxx" MMC ilə mal alan Şahid3 arasında “İveco” markalı (NVQŞBB539931), **- HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzovunda və arxa qapağında olan nasazlığın əsaslı təmiri üçün AV-XM120/0624 nömrəli müqavilə bağlanmışdır. (iş.v. 110) 17 avqust 2024-cü il tarixdə, "xxxx" MMC-nin 14 avqust 2023-cü il tarixli, AV-PY 14/08 nömrəli müqaviləyə əsasən 82 nömrəli Aktdan görünür ki, Şahid3 (Azərbaycan vətəndaşı Ş/V AZE AA*******)" sifarişinə əsasən; “İveco” markalı (NVQŞ BB539931) **-HM-*** d.n.nişanlı avtomobilin kuzovunda və arxa qapağında olan nasazlıq araşdırılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, kənar təsir nəticəsində kuzovun sol arxa tini və arxa qapağın sol tərəfi əzilmiş, boltlar sınmış, arxa sol fənərlər sınmış, arxa hidravlik silindir sıradan çıxmışdır. Avtomobilin yuxarıda qeyd olunan nasazlıqları aradan qaldırılaraq, qarşı tərəfə tam hazır vəziyyətdə təhvil verilir. Görülən işlər, sərf olunan material və xərclər akta əlavədə verilir. 17 avqust 2024-cü il tarixli 82 nömrəli Akta əlavədən görünür ki, “İveco” markalı (NVQŞ BB539931) **-HM-*** d.n.nişanlı avtomobilin kuzovunda və arxa qapağında olan nasazlığın təmiri nəticəsində sərf olunan materiallar və xərclər cədvəl formasında tərtib edilmiş və yekunda, 1180 manat təşkil etmişdir. (iş.v. 111-112) 17 avqust 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Şahid3 ona məxsus İveco” markalı **-HM-*** d.n.nişanlı avtomobilin təmiri üçün "xxxx" şirkətinə ödəməli olduğu 1180 manat olan məbləğin borc olaraq saxlanmasını, yəni 02 ay müddətə ödəyəcəyini öz üzərinə götürmüşdür. (iş.v. 113) 11 iyul 2024-cü il tarixli, 62 saylı məhkəmə tibbi ekspertizasının meyitin ekspertizası rəyinin nəticəvi hissəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, başın alın sümüyünün xətti sınığı və təpə sümüklərinin qəlpəli sınıqları, başın alın, təpə və ənsə nahiyəsinin əzilmiş cırılmış yarası. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya daxil olmasından (12 iyun 2024cü il, saat 22:40) az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də, qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla yol kənarında dayanmış avtomaşının toqquşması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı sümüklərinin xətti və qəlpəli sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi olmuşdur. Ölüm xəstəxanada 13 iyun 2024-cü il tarixdə, saat 02:30-da baş vermişdir. (iş.v. 114-118) 13 avqust 2024-cü il tarixli, 624 saylı məhkəmə tibbi ekspertizasının canlı şəxsin ekspertizasının nəticəvi hissəsindən görünür ki, A.S.Qarayevanın bədən səthində göstərilən xəsarətlər aşkar edilmişdir: sağ bazunun kəsilmiş və əzilmiş-cırılmış çoxsaylı yaraları. Qeyd edilən kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 12 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (iş.v. 119-120) 26 iyul 2024-cü il tarixli 8/1890 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İveco” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə ziddiyyət təşkil etməməsini də nəzərə almaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki texniki imkanı olmuşdur. (iş.v. 121-124) 20 avqust 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və daimi yaşayış yerinin olması nəzərə alınaraq, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Yol-nəqliyyyat hadisəsi zamanı X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aldığından cinayət işi üzrə Aişə Qarayevanın zərərçəkmiş şəxs qismində tanınması zərurətinin aradan qalxması və cinayət işi üzrə Şahid1 heç bir xəsarət almaması üçün onun zərərçəkmiş şəxs qismində tanınması zərurətinin aradan qalxması nəzərə alınmışdır. Mərhum Zərərçəkmiş şəxs valideynlərinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmaması məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Şahid2 "Toyota Prius" markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığı üçün həmin avtomobilin istifadəçisi və faktiki sahibi kimi tanınması, Şahid2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin əzilməsi ilə bağlı heç bir şikayəti və tələbinin olmaması nəzərə alınmışdır. (iş.v. 125-131) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, həmin vaxtdan da, hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 15 iyun 2024-cü il tarixli qərarla, Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. 20 avqust 2024-cü il tarixli qərarla, saat 11:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 56, 77, 133-134, 150) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X23 tərəfindən Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanmış 07 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx xxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində ayıq olması müəyyən olunmuşdur. X11 tərəfindən 23 oktyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam məbləğdə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışlar və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. X6 tərəfindən 23 oktyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışlar və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Şahid3 tərəfindən 25 noyabr 2024-cü il tarixldə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs oğluna qarşı avtomobilinə dəymiş ziyanla bağlı hər-hansı tələb və ya şikayəti yoxdur. Azərbaycan Respublikasl Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçılarının vəzifələri sırasına həmçinin yol hərəkəti Qaydalarına riayət etmək, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilmək və yerinə yetirmək, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq daxildir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən qabaq oturacaqda əyləşmiş sərnişin Aişə Qarayevanın təhlükəsizlik kəməri taxmamasına, eləcə də qucağında 2022-ci il təvəllüdlü azyaşlını əyləşdirməsinə laqeyd yanaşmış, diqqətini yoldan ayırmamalı olduğu halda şahid Aişə Qarayevanın ifadəsində qeyd etdiyi kimi sürücü avtomobili idarə edərkən maqnitofona diqqətini ayırdığı üçün fikri yol hərəkətindən kənarlaşmış və nəticdə hərəkət etdiyi sürətlə qarşıda sağ zolaqda dayanmış vəziyyətdə olan İveco markalı ** HM *** nömrəli avtomobilə arxa tərəfdən çırpılmışdır. Həmin vaxt yol işıqlandırılmış olmuş, hava qaranalıq olsa da dumanlı olmamış, həmçinin İveco markalı avtomobilin qəza işıqları yanılı vəziyyətdə olmuş, asfalt üzərində Toyota Prius markalı avtomobilə aid tormoz izləri aşkar edilməmiş, bu da özlüyündə həmin avtomobilin gəldiyi sürətlə qarşıda sağ zolaqda hərəkətsiz vəziyyətdə dayanmış avtomobilə dəyməsinə səbəb olmuşdur. Sürücü Təqsirləndirilən şəxs fikrini yol hərəkətindən ayırmasaydı rahat şəkildə qarşıda İveco markalı avtomobilin dayanmasını görə bilərdi və tormoz vasitəsilə və ya manevr etməklə maneədən yan keçə bilərdi. Həmçinin sürücü Təqsirləndirilən şəxs Aişə Qarayevanın körpə uşağı ilə birlikdə arxa oturacaqda əyləşməsini və təhlükəsizlik kəmərində istifadə etməsini təmin etmiş olsaydı hazırki hadisə bu cür nəticələnməyə bilərdi. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs hərəkəti ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcud olması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 327.8-ci maddəsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib etmək Azərbaycan Respublikası DİN-nin vəzifəli şəxslərinə, həmin işlərə baxılması isə İXM-nin 43-cü maddəsinə əsasən rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Konstitusiyanın 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.Hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem)prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində də qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263- 1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi Plenum Qərarında CM-nin maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olduqda müddəası qeyd edilmiş, lakin şəxsin hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti alması ilə bağlı müddəa qeyd edilməmiş, yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilməsi ilə nəticələndikdə məsuliyyət məsələsi X3 327.8-ci maddəsində öz əksini tapmışdır. Buna görə də təqsirləndirilən şəxsin barəsində CM-nin 263.2-ci maddəsi ilə bir şəxsin ölümünə səbəb olmasına görə ittihamın verilməsi eyni əməllə digər şəxsin yüngül dərəcəli bədən xəsarəti almasına görə təqsirli şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri və meyitin məhkəmə tibbi ekspertizasının rəyi, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v.81) Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, əməlindən səmimi peşman olması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və ona cinayət nəticəsində dəymiş ziyanın tam şəkildə ödənilməsi, Vətən müharibəsi iştirakçısı, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, 29 dekabr 2020ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmazdı. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Göründüyü kimi cəzaçəkmə müəssisələri sırasında həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsi də yer alır. Məhkəmə tərəfindən şəxs şərti olaraq cəzadan tamamilə azad edilmir, həmçinin ona cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilmir. CM-nin 56.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 43-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsinin müəyyən edilməsi ona müəyyən məhrumiyyətlərin yaradılmasına, hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalı, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 yüngül bədən xəsarəti vurulması hissəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün hökmün surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin X25 şöbəsinə göndərilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 yüngül bədən xəsarəti vurulması hissəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün hökmün surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin X25 şöbəsinə göndərilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirənin və mülki iddianın olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar