Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-508/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində yaşayan, 19 may 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş, 28 may 2025-ci il tarixdə tutulmuş, 29 may 2025-ci il tarixli qərarla Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, 25 avqust barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 10 may 2025-ci il tarixdə, saat 18 radələrində ünvan 3 ünvanında yerləşən istirahət parkında “Tumurcuq” adlı kafedə müştəri qismində çay içib istirahət edərkən kafedə kassir işləyən Şahid1 yaxınlaşıb internetin “Wi-fi” şifrəsini yazıb ona verməsini xahiş etməsi, sonuncunun isə onun xahişini rədd etməsi səbəbindən kafenin arxa tərəfinə keçərək kənar şəxslərin olmadığı yerdə aralarındakı anlaşılmazlığa aydınlıq gətirmək istəyərkən həmin kafedə qəlyançı işləyən Zərərçəkmiş şəxs onların mübahisəsinə müdaxilə edərək iş yoldaşı Məmmədi müdafiə etməsi, Təqsirləndirilən şəxs isə tənbeh etməsi səbəbindən aralarında əlbəyaxa olmaqları ilə nəticələnən şəxsi münaqişə zamanı üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən vurub ona sağ əlin baş barmağı nahiyəsində çapıq toxuması səthinin kəsilmiş yarası, hər iki bud və sağ baldır nahiyələrinin çapıq toxumalarının deşilmiş-kəsilmiş və kəsilmiş yaraları kimi ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 may 2025-ci il tarixdə, saat 18 radələrində Hövsan qəsəbəsi, Hövsan parkının içərisində yerləşən “Tumurcuq” adlanan kafeyə çay içməyə getmiş və kafenin bayır hissəsində olan stullardan birində əyləşib çay sifariş etmişdir. Həmin vaxt mobil telefonu vasitəsi ilə internetə daxil olmaq istəmişdir. Lakin həmin vaxt telefonunda internet olmadığı üçün kafenin bayır hissəsində olan kassaya yaxınlaşıb orada olan adının sonradan Məmməd olduğunu bildiyi şəxsdən “Wi-fi” parolunu istəmişdir. Həmin Məmməd adlı şəxs onun yaxınlaşmağından bir qədər acıqlanmış və ona kənarlaşmağını bildirmişdir. O, isə Məmmədi narahat etmək istəmədiyini və “Wi-fi” kodunu öyrənmək istədiyini demişdir. Bu vaxt aralarında sözlə mübahisə yaranmış və onlar kafenin arxasına heç kimin olmadığı yerə keçmişlər. Məmmədlə bir qədər danışmış və aralarında olan mübahisəyə son qoymuşlar. Məmməddən uzaqlaşıb əyləşdiyi masaya yaxınlaşmaq istəyərkən həmin kafedə qəlyançı işləyən Seymur adlı şəxs kafenin arxasına gəlmişdir. Məmmədlə barışıb ayrılmaq istəsə də, Seymur heç bir səbəb olmadığı halda söhbətlərinə müdaxilə edib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Seymur onu yumruq və təpiklə vurmağa başlamışdır. O, özünü müdafiə etmək istəsə də, Seymur fiziki cəhətdən üstün olduğu üçün gücünün yetmədiyini görmüşdür. Seymur onu davamlı olaraq yumruq və təpiklə vurduğundan üzərində olan işlədiyi şərab evində istifadə etmək üçün daim cibində daşıdığı açılıb-bağlanan balaca cib bıçağını çıxarıb sağa-sola hərəkət etdirərək özünü Seymurdan müdafiə etməyə çalışmışdır. Seymur həmin vaxt ona təpik atırdı. O, bıçağı sağasola hərəkət etdirdikdə bıçaq Seymurun hər iki ayağına dəymişdir. Seymurun yerə yıxıldığını gördükdə oradan kənarlaşmış və həmin kafeni tərk edib getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Tumurcuq” kafesinə hadisə olan gün ilk dəfə getmişdir. Həmin kafe iş yerinə yaxındır, kafeyə işdən çıxıb getmiş, ona görə bıçaq üzərində olmuş, bıçağı haraya atdığını xatırlamır. Mübahisə zamanı zərərçəkmiş şəxsin ayağından bıçaqla xəsarət yetirmişdir. Hadisə zamanı özü də xəsarət almışdır. Zərərçəkmiş şəxsi və Şahid1 əvvəllər tanımamışdır. Hadisə zamanı səs-küyə heç kim gəlməmişdir. Hadisədən sonra oradan kənarlaşmış, hadisə yerindən onu kimin kənarlaşdırdığını dəqiq bilmir, ola bilər ki, başqa tanımadığı şəxs onu oradan kənarlaşdırmışdır. Sonda isə özünü tam təqsirli bilməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini və ona qarşı şikayət və ya tələbin olmamasını nəzərə alaraq barəsində aparılan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs 26 noyabr 2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, buna görə də cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Tumurcuq” kafesində qəlyançı işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 10 may 2025-ci il tarixdə, saat 18 radələrində başı işə qarışıq olduğu vaxt görmüşdür ki, bir nəfər müştəri, yəni Təqsirləndirilən şəxs kafedə kassir işləyən Məmmədə yaxınlaşıb nəsə demiş və Məmmədlə birlikdə kafenin arxa tərəfinə getmişlər. O, da iş yoldaşını tək buraxmamaq üçün Məmməd və Mehracın arxasınca getmişdir. Onlardan nə üçün mübahisə etdiklərini maraqlandıqda Məmməd demişdir ki, Mehrac ondan internetin kodunu soruşmuş, kodu desə də, Mehrac yazıb verməsini tələb etmiş, buna görə də, aralarında narazılıq yaranmışdır. O, da üzünü Mehraca tutub düzgün hərəkət etmədiyini demişdir. Mehrac isə onunla razılaşmamış və Məmmədin kobud cavab verdiyini deyərək özünü haqlı saymışdır. Həmin vaxt Mehracla sözləri çəp gəldiyinə görə aralarında mübahisə baş vermişdir. Mübahisələri daha da qızışdığından bir-birlərinə əl-qol atmağa başlamışlar və ani bir vəziyyətdə əlbəyaxa olub dalaşmışlar. Həmin vaxt özü də bilmədən görmüşdür ki, Mehrac əlində bıçaqla hər iki ayaq baldır nahiyəsindən vurub xəsarət yetirmişdir. Mehrac onu bıçaqla vurmasını bilərək çəkilib bir kənarda dayanmış və üstünə gəlməmişdir. Məmməd tez onu hadisə yerindən götürüb yaxınlıqdakı Təcili yardım stansiyasına aparmış, orada ona ilkin tibbi yardım göstərildikdən sonra isə Təcili yardım maşını ilə 3 saylı şəhər Klinik xəstəxanasına çatdırılmışdır. Xəstəxanada hər iki ayağında cərrahi əməliyyat olunmuş və kəsilmiş əzələləri tikildikdən sonra 3-4 gün palata rejimində qalıb müalicəsinin başa çatmasını gözləmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və heç bir şikayəti yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı o, təqsirləndirilən şəxsə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs bıçaqla ayağına xəsarət yetirdikdən sonra ona təkrar xəsarət yetirə bilərmiş, lakin dayanmış, daha çox xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə Şahid1 mühabisə etdiyi yerin videogörüntülərinə baxmamışdır. Zərərçəkmiş şəxs 24 noyabr 2025-ci il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Tumurcuq” kafesində kassir işləyir. Zərərçəkmiş şəxs da həmin kafedə onunla birlikdə işləyir və qəlyançıdır. 10 may 2025-ci il tarixdə, saat 18 radələrində kassada olduğu zaman adını Mehrac kimi bildiyi, lakin əvvəllər ədavəti və düşmənçiliyi olmayan müştəri ona yaxınlaşıb “Wi-fi” parolunu istəmiş, o da sözlə parolu Mehraca demişdir. Bu zaman Mehrac telefonu ona tərəf uzadıb parolu telefona yazmağını istəmiş, o isə əlində işi olduğundan parolu bir daha təkrar etmiş və Mehracdan özünün yazmasını istəmişdir. Lakin Mehrac bundan əsəbləşmiş və aralarında söz mübahisəsi yaranmışdır. O, da kafedə olan şəxslərin narahat olmaması üçün Mehracla kafenin arxasına keçmişdir ki, mübahisələrini heç kim görməsin. Onlar kafenin arxasına keçdikləri zaman kafedə qəlyançı işləyən Zərərçəkmiş şəxs da yanlarına gəlmişdir. Seymur nə üçün mübahisə etdiklərini soruşduqda vəziyyəti izah edib, Mehracın “Wi-fi” parolunu telefonuna yazmadığına görə mübahisə yaratdığını demişdir. Seymur da aranı sakitləşdirmək məqsədi ilə üzünü Mehraca tutub düzgün etmədiyini demiş, lakin Mehrac Seymurla razılaşmayaraq onun kobud cavab verdiyini deyərək özünü haqlı saymışdır. Həmin vaxt Mehracla Seymurun sözləri çəp gəldiyinə görə aralarında sözlə mübahisə başlamışdır. Mübahisə daha da qızışdığından Seymurla Mehrac bir-birilərinə əl-qol atmışlar və ani bir vəziyyətdə əlbəyaxa olub dalaşmağa başlamışlar. Seymurla Mehracın dava-dalaşı qısa vaxt ərzində olmuş və bir-birlərindən ayrılmışlar. Seymurla Mehrac ayrılan zaman Mehrac Seymuru bıçaqla vurduğunu demiş və üstünə gəlməyib kənarda dayanmışdır. O, da Seymura yaxınlaşıb hər iki ayaq-baldır nahiyəsindən qan axdığını görüb hadisə yerindən götürüb yaxınlıqdakı Təcili tibbi yardım şöbəsinə aparmışdır. Təcili tibbi yardım şöbəsində Seymura ilkin tibbi yardım göstərildikdən sonra Təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya aparmışlar və xəstəxanada Seymuru əməliyyat etmişlər. Təxminən 3-4 gün sonra Seymur xəstəxanadan çıxmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə yerinə biraz səs-küy olduğuna görə gəlmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə necə xəsarətləri yetirməsi dəqiq yadında deyil, lakin bıçaqla xəsarət yetirdiyini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Tumurcuq” kafesində aşpaz işləyir. Zərərçəkmiş şəxs da “Tumurcuq” kafesində qəlyançı işləyir. 10 may 2025-ci il tarixdə, saat 18 radələrində işdə olduqları zaman kafenin çöl tərəfində kassir işləyən Məmmədin bir nəfər cavan oğlan ilə nə isə danışdıqdan sonra kassadan durub həmin oğlanla birlikdə kafenin arxa tərəfinə keçdiyini, həmin vaxt işdə olan Zərərçəkmiş şəxs da kafedən çıxıb onların arxasınca getdiyini görmüşdür. Kassir işləyən Məmmədlə kafenin arxasına keçdiyi oğlanın arasında diqqət çəkən mübahisə olmadığına görə onların kafenin arxasına keçməsi kənardan bir o qədər hiss olunmamışdır. Buna görə də, o və kafenin digər işçiləri adi qaydada işlərini görüb müştərilərə xidmət göstərmişlər. Təxminən 4-5 dəqiqədən sonra Məmməd onlara xəbər vermişdir ki, kafenin arxasında aralarında yaranmış mübahisə zamanı sonradan adını Mehrac olduğunu bildiyi həmin cavan oğlan bıçaqla vurub Seymurun ayağından xəsarət yetirmişdir. O, da kafedən çıxıb arxa tərəfə keçdikdə Seymurun kafenin divarına söykənmiş vəziyyətdə hər iki ayağının bud nahiyəsindən kəsilmiş xəsarətlər almasını, yaralarından qan gəldiyini görmüşdür. Mehrac adlı oğlan isə orada deyildi, Seymuru vuran kimi qaçıb getmişdir. Onlar vaxt itirmədən Seymuru yaxınlıqdakı Təcili tibbi yardım məntəqəsinə çatdırmışlar. Daha doğrusu, o, kafeyə qayıtmış, Məmməd isə Seymuru Təcili tibbi yardıma aparmışdır. Sonra Məmməd də işə qayıtmış, çünki kassanı çox boş saxlamaq olmazdı. Məmməd demişdir ki, Təcili yardım Seymuru 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Həmin gün kafedə işləyən uşaqlardan biri Seymuru əvəz etmişdir. Təxminən bir həftədən sonra Seymur özü də işə qayıtmış, Seymurun vəziyyəti yaxşı idi və söhbət zamanı Seymur onu vurub xəsarət yetirən Mehrac adlı oğlan ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerinə gələndə artıq zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında olan mübahisə bitmişdi, həmin vaxt müştərilərdən bəziləri orada olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsini görməmiş, Zərərçəkmiş şəxs ayağından xəsarət almışdır. O, hadisə yerinə səs-küy olduğu üçün getmiş, həmin vaxt təqsirlənirilən şəxsi dostu hadisə yerindən aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 13 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Nizami Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) 10 may 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən istirahət parkında yerləşən “Tumurcuq” kafesinin arxa hissəsində baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, restoran ümumi zaldan və mətbəxdən ibarətdir. Restoranın küçəyə açılan tərəfi şüşəli zaldır. Restoranın həyətində insanların oturması üçün masalar qoyulmuşdur. Kafenin arxasına keçən zaman orada insanların olmadığı və gediş-gəliş üçün istifadə edilmədiyi, həmçinin kafenin arxasında müşahidə kameralarının olmadığı müşahidə edilmişdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, hadisə vaxtı yanlarında Zərərçəkmiş şəxs Əli oğlu və Təqsirləndirilən şəxs başqa heç kim olmamış, hadisə qısa müddət ərzində təsadüfən baş vermişdir. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut müəyyən edilməmişdir. (iş.v. 5) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin rəisi Şəhriyar Şəmşirliyə ünvanlanmış 13 may 2025-ci il tarixli ərizədən görünür ki, 10 may 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan parkında üzdən tanıdığı Mehrac adlı şəxs aralarında yaranmış mübahisə zamanı onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Buna görə də, Mehrac adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v.8) Suraxanı RPİ-nin İŞ-nin 14 may 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 19 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Həsənov X4 rayonu, Hövsan qəsəbəsində olan Hövsan parkı ərazisində yerləşən “Tumurcuq” kafesində qəlyançı işləyir və hadisəni törədən Mehrac adlı şəxs 19 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Hadisə Hövsan parkı ərazisində yerləşən “Tumurcuq” kafesinin arxasında olmuş və ərazidə müşahidə kameralarının olması müəyyən edilməmişdir. Hadisə vaxtı “Tumurcuq” kafesində işləyən Şahid1 hadisənin şahidi olmuş və ətrafda qeyd olunan şəxslərdən başqa kənar şahid olmamışdır. (iş.v. 11-12, 16) 29 may 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 22) Suraxanı RPİ-nin İŞ-nin 30 may 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 02 avqust 2025-ci il tarixli cavab məktubundan görünür ki, Həsənov X4 rayonu, Hövsan qəsəbəsində olan Hövsan parkı ərazisində yerləşən “Tumurcuq” kafesində qəlyançı işləyir, Təqsirləndirilən şəxs isə qeyd olunan kafenin daimi müştərisidir. Əvvəllər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı düşmənçilik və ya ədavət olmamış, onlar polis orqanlarına və ya digər hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Mübahisə və dava tərəflərin təsadüfi mübahisəsi nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan davadalaş Hövsan parkı ərazisində yerləşən “Tumurcuq” kafesinin arxasında olmuş, kafenin qarşısında hər hansı səs-küy qeydə alınmamış, hadisə yerində yalnız Zərərçəkmiş şəxs, Seymurla bir kafedə kassir işləyən Şahid1 və hadisəni törədən Təqsirləndirilən şəxs olmuş, mübahisə və hadisə qısa müddətli olmuş və hadisə baş verən ərazidə kənar şəxslər olmamışdır. Keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bıçağı müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. (iş.v. 53-54, 64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5” X7 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 11 avqust 2025-ci il tarixli, 583 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ əlin baş barmağı nahiyəsində çapıq toxuması səthi kəsilmiş dəri yara yeri, hər iki bud və sağ baldır nahiyələrində çapıq toxumaları isə deşilmiş-kəsilmiş və kəsilmiş yara yerləri olub deşici-kəsici və ya kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan 10 may 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən ola bilsin bıçaqla (bıçaqlarla) yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (iş.v. 69-71) 08 avqust 2025-ci il tarixli “hadisə yerinə baxış və ifadəsinin yerində yoxlanılması haqqında” istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən istirahət parkında yerləşən “Tumurcuq” kafesinə gələrək hadisənin baş verdiyi şərait barədə məlumat vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, restoran ümumi zaldan və mətbəxdən ibarətdir. Restoranın küçəyə açılan tərəfi şüşəli zaldır. Restoranın həyətində insanların oturması üçün masalar qoyulmuşdur. Kafenin arxasında müşahidə kameralarının olmadığı aşkar edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Tumurcuq” kafesində qəlyançı işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 10 may 2025-ci il tarixdə, saat 18 radələrində başı işə qarışıq olduğu vaxt görmüşdür ki, bir nəfər müştəri, yəni Təqsirləndirilən şəxs kassir işləyən Məmmədə yaxınlaşıb nəsə demiş və Məmmədlə birlikdə kafenin arxa tərəfinə getmişlər. O, da iş yoldaşını tək buraxmamaq üçün Məmməd və Mehracın arxasınca getmişdir. Onlardan nə üçün mübahisə etdiklərini maraqlandıqda Məmməd demişdir ki, Mehrac ondan internetin kodunu soruşmuş, kodu desə də Mehrac yazıb verməsini tələb etmiş, buna görə də aralarında narazılıq yaranmışdır. O, da üzünü Mehraca tutub düzgün hərəkət etmədiyini demişdir. Mehrac isə onunla razılaşmamış və Məmmədin kobud cavab verdiyini deyərək özünü haqlı saymışdır. Həmin vaxt Mehracla sözləri çəp gəldiyinə görə aralarında mübahisə baş vermişdir. Mübahisələri daha da qızışdığından bir-birilərinə əl-qol atmağa başlamışlar və ani bir vəziyyətdə əlbəyaxa olub dalaşmışlar. Həmin vaxt özü də bilmədən bir də görmüşdür ki, Mehrac Əlində bıçaqla hər iki ayaq baldır nahiyəsindən vurub xəsarət yetirmişdir. Bundan sonra ondan aralanıb getmişdir. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. (iş.v. 72-77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”X7 tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxxxx 1998-ci il təvəllüdlü, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kolxoz küçəsi, ev 31 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada 06 avqust 2018 - 04 sentyabr 2018-ci il tarixdə müalicədə, 06 may 2024 – 23 may 2024-cü il tarixdə Gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müayinədə olmuşdur. (iş.v. 81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 22 avqust 2025-ci il tarixli, 2779 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu aşkar olunur. Bunu amnestik məlumatlar, tibbi sənədlər (1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması) və müayinənin nəticələri sübut etmişdir. Beləliklə, istintaq materiallarının və təqdim olunmuş tibbi sənədlərin təhlili nəticəsində belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs baş verən hadisə dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən “Yüngül dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu” xəstəliyi onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs yüngül dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş.v. 83-86) 23 avqust 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmiş və ona CM-nin qeyd olunan maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (iş.v. 88-93) 15 may 2025-ci il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məcburi qaydada gətirilməsi haqqında qərar qəbul edilmişdir. 19 may 2025-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən Suraxanı RPİ-nin İstintaq Şöbəsinə ünvanlanan 28 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin MSYnə təhvil verilmişdir. 29 may 2025-ci il tarixli qərardan görünür ki, Zeynallı X3 RPİ-nin Müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. 25 avqust 2025-ci il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 13, 17, 21, 51, 95-96, 107-108) Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs həqiqətən ünvan 7 ünvanında qeydiyyatsız yaşayır. (iş.v. 112) Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1998-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (iş.v. 113) 28 avqust 2025-ci il tarixli, “cinayət prosesi iştirakçısının vəsatətinə baxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulub xəsarət almasına görə müalicəsinə çəkdiyi xərcləri tələb etməsi vəsatət kimi qiymətləndirilmiş və mülki xarakterli olduğundan bu barədə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. (iş.v. 122) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluqla bağlı tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 63) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsində sadalanan maddələr üzrə məhkumluğunun olması və barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, məhkəmə tibbi və psixiatrik ekspertizası rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aid edilir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 8 iş saatı üçün 88 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344-348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 08 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 88 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ**********0000002944, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-508/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-508/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver