Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-509/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1999-cu ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olan, 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, 17 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 113/2023 nömrəli iş üzrə 11 mart 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 10 mart 2023-cü ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-244/2023 nömrəli iş üzrə 09 iyun 2023cü il tarixli qərarı ilə həbs növündə qətimkan tədbirinin müddəti 30 iyun 2023-cü il tarixədək uzadılmış) Təqsirləndirilən şəxs1. Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, 17 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 29 avqust 2023-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 08 yanvar 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evin qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2104” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, o, 08 yanvar 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evin qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2104” minik markalı, ** SJ *** dövlət qeydiyyıt nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtdıqdan sonra həmin avtomobilin arxa yük yerində olan Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 50 manat olmaqla, cəmi 100 manat dəyərində iki ədəd “Bosch” markalı drel, qiyməti 200 manat olan bir ədəd “Bosch” markalı yerqazan aparat, qiyməti 100 manat olan bir ədəd laqonda, qiyməti 50 manat olan bir ədəd dəmir kəsən mişarı gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxsə cəmi 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 08 yanvar 2023-cü il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının həyətində dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2023-il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 3 ünvanın qarşısından sonuncuya məxsus 1500 manat dəyərində “Tufan 50 S” markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 mart 2023-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanın qarşısından sonuncuya məxsus 1100 manat dəyərində “Tufan 50 M” markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 08 yanvar 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evin qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2104” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtmışdır. Bundan başqa, o, 08 yanvar 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evin qarşısında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2104” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtdıqdan sonra həmin avtomobilin arxa yük yerində olan Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 50 manat olmaqla, cəmi 100 manat dəyərində iki ədəd “Bosch” markalı drel, qiyməti 200 manat olan bir ədəd “Bosch” markalı yerqazan aparat, qiyməti 100 manat olan bir ədəd laqonda və qiyməti 50 manat olan bir ədəd dəmir kəsən mişarı gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxsə cəmi 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 08 yanvar 2023-cü il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının həyətində dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırtmışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1,177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evdə kirayədə yaşayır. 08 yanvar 2023-cü il tarixdə təxminən saat 01 radələrində Fuad ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüşlər. Zabrat qəsəbəsi ərazisində gəzmişlər, hava şaxtalı olmuş, hər ikisidi kirayədə yaşadıqları evin pulunu verə bilmədikləri üçün kirayədə yaşadıqları evə gedə bilməmişlər. Kirayədə yaşadıqları evə getsələr ev sahibi gələn də onsuzda onları evdən çıxardacağını fikirləşmişlər. Harada qalacaqları barədə söhbət etmişlər. Bundan sonra Zabrat qəsəbəsi ərazisindən bir avtomobil qaçırıb və səhərə qədər sürməklərinə qərara gəlmişlər. Həmin gün təxminən saat 03 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi ərazisində gəzişərkən, nömrəsiz fərdi evin qarşısında tanımadıqları şəxsə məxsus ağ rəngli, “VAZ 2104” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin avtomobilə yaxınlaşaraq əvvəlcə qapılarının bağlı olub-olmamasını yoxlamışlar. Avtomobilin arxa sağ qapısı açıq olmuş, qapını açdıqdan sonra o, sükan arxasına əyləşmiş, Fuad isə qabaq sağ oturacağa əyləşdikdən sonra o, avtomobilin mühərrikini işə salmaq üçün nəzərdə tutulan açar yerini söküb avtomobilin mühərrikini işə salmaqla hərəkətə gətirib Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətinə tərəf idarə etməyə başlamışdır. Bir qədər avtomobillə gəzdikdən sonra, Pirşağı qəsəbəsi ərazisində avtomobilin yanacağı qurtarmış və dayanmışdır. Bundan sonra başqa bir avtomobilin yanacağını götürüb idarə etdikləri “VAZ 2104” minik markalı avtomobilə boşaldıb yenidən sürməkləri qərara gəlmişlər. Təxminən saat 05 radələrində Fuad ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “Gilavar” sanatoriyasının həyətinə tərəf getmişlər, orada dayanmış vəziyyətlə olan, “VAZ 2106” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq əvvəlcə qapılarının bağlı olub-olmamasını yoxlamışlar. Avtomobilin qabaq sağ qapısı açıq olmuş, qabını açdıqdan sonra Fuad sükan arxasına əyləşmiş, o, isə qabaq sağ oturacağa əyləşdikdən sonra Fuad avtomobilin mühərrikini işə salmaq üçün nəzərdə tutulan açar yerini söküb avtomobilin mühərrikini işə salmaqla hərəkətə gətirib Sabunçu rayonu, Pirşağı qəsəbəsi itiqamətində hərəkət etməyə başlamışdır. Lakin həmin avtomobilin yanacağının da az olduğunu görüb öz aralarında yarım saat avtomobili sürdükdən sonra götürdükləri yerə qoyacaqlarına dair razılığa gəlmişlər. Təxminən 40 dəqiqədən sonra o, avtomobildən düşmüş, Fuad isə avtomobili hərəkətə gətirib götürdükləri yerə aparmışdır. O, avtomobildən düşdüyü yerdə dayanıb Fuadı gözləyirmiş, uzaqdan Fuad yanında üç nəfər şəxslə ona tərəf gəldiklərini görmüşdür. Həmin vaxt elə başa düşdü ki, Fuadın yanında olan şəxslər polis əməkdaşlarıdırlar, buna görə də qaçıb getmişdir. Bir neçə gündən sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları onu saxlamışlar və o, hadisəni tam təfərüatı ilə polis əməkdaşlarına danışmışdır. Əlavə olaraq o qeyd edir ki, o, “VAZ 2104” minik markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobildən iki ədəd “Bosch” markah dreli, bir ədəd “Bosch” markalı yer qazan aparatı, ədəd laqondanı və bir ədəd dəmir kəsən mişarı götürməmiş və həmin hissədə özünü təqsirli bilmir. Bundan başqa, 2023-ci ilin fevral ayında gecə saatlarında Qaraşuxur qəsəbəsində kafelərin birində yeyib içdikdən sonra həmin qəsəbədə gəzərkən məhlələrin arasında qara rəngi moped görmüş və həmin mopedi işlək vəziyyətə gətirərək həmin mopedi oğurlamışdır. Kirayə yaşadı Zabrat qəsəbəsinə gəlmiş, bir neçə gün mopedi sürdükdən sonra kafelərin birinə kuryer işinə düzəlməsinə qərar vermişdir. Təxminən fevral ayının 4-5 Nərimanov metro stansiyasının yaxınlığında kafelərin birinə yaxınlaşaraq iş üçün müraciət etmiş, lakin adını bilmədiyi şəxs işçi lazım olmadığını bildirmiş və ona oğurladığı mopedi satmağını təklif etmişdir. O, həmin şəxsə 600 manata satmaq istədiyini demiş, lakin həmin şəxs ona 450 manat təklif etmiş və bununla razılaşmışdır. Həmin şəxs ondan oğurluq olub-olmamasını soruşmuş və ondan şəxsiyyətini təstiq edən sənədi soruşmuş, lakin onun sənədinin olmamasını bilmiş və həmin şəxs onu videoya çəkəcəyini bildirmişdir. O, da bununla razılaşmış və 450 manat pulu alaraq həmin yerdən uzaqlaşmışdır. 09 mart 2023-ci ildə gecə satlarında Qaraçuxur qəsəbəsində yerləşən kafedə yeyib içdikdən sonran məhlədə gəzərkən qarşısına moped çıxmış, həmin mopedidə eydi qaydada oğurlayaraq kirayə yaşadığı Zabrat qəsəbəsinə gətirmişdir. Həmin günün səhəri günorta saatlarında polis əməkdaşları kirayə yaşadığı evə gələrək oğurlanmış mopedi orada aşkar etmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 185.2.1 və 185.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evdə kirayədə yaşayır. 08 yanvar 2023-cü il tarixdə təxminən saat 01 radələrində Əli ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində görüşmüşlər. Zabrat qəsəbəsi ərazisində gəzirmişlər, hava şaxtalı olmuş, hər ikisidi kirayədə yaşadıqları evin pulunu verə bilmədikləri üçün kirayədə yaşadıqları evə gedə bilməmişlər, kirayədə yaşadıqları evə getsələr ev sahibi gələn də onsuzda onları evdən çıxardacağını fikirləşmişlər. Harada qalacaqları barədə söhbət etmişlər. Bundan sonra Zabrat qəsəbəsi ərazisindən bir avtomobil qaçırdaq və səhərə qədər sürməkləri barədə qərara gəlmişlər. Həmin gün təxminən saat 03 radələrində Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi ərazisində gəzişərkən, nömrəsiz fərdi evin qarşısında tanımadıqları şəxsə məxsus ağ rəngli, “VAZ 2104” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin avtomobilə yaxınlaşaraq əvvəlcə qapılarının bağlı olub-olmamasını yoxlamışlar, avtomobilin arxa sağ qapısı açıq olmuş, qapını açdıqdan sonra Əli sükan arxasına əyləşmiş, o, isə qabaq sağ oturacağa əyləşdikdən sonra Əli avtomobilin mühərrikini işə salmaq üçün nəzərdə tutulan açar yerini söküb avtomobilin mühərrikini işə salmaqla hərəkətə gətirib Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətinə tərəf idarə etməyə başlamışdır. Bir qədər avtomobillə gəzdikdən sonra, Pirşağı qəsəbəsi ərazisində avtomobilin yanacağı qurtarmış və dayanmışdır. Bundan sonra qərara başqa bir avtomobilin yanacağını götürüb idarə etdikləri “VAZ 2104” minik markalı avtomobilə boşaldıb yenidən sürmələrini qərara gəlmişlər. Təxminən saat 05 radələrində Əli ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “Gilavar” sanatoriyasının həyətinə tərəf getmişlər, orada dayanmış vəziyyətdə olan “VAZ 2106” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq əvvəlcə qapılarının bağlı olubolmamasını yoxlamışlar, avtomobilin qabaq sağ qapısı açıq olmuş, qabını açdıqdan sonra o, sükan arxasına əyləşmiş, Əli isə qabaq sağ oturacağa əyləşdikdən sonra o, avtomobilin mühərrikini işə salmaq üçün nəzərdə tutulan açar yerini söküb avtomobilin mühərrikini işə salmaqla hərəkətə gətirib Sabunçu rayonu, Pirşağı qəsəbəsi itiqamətində hərəkət etməyə başlamış, lakin həmin avtomobilin yanacağının da az olduğunu görüb öz aralarında yarım saat avtomobili sürdükdən sonra götürdükləri yerə qoyacaqlarını razılığa gəlmişlər. Təxminən 40 dəqiqədən sonra Əli avtomobildən düşmüş, o, isə avtomobili hərəkətə gətirib götürdükləri yerdən təxminən 50 metr aralı məsafədə saxlamış, avtomobildən düşərək piyada Əlinin yanına gedərkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq həmin şəxslərdən biri onun avtomobilini nəyə görə qaçırmağının səbəbini soruşmuş, o, da həmin şəxsə hava şaxtalı olduğu üçün qalmağa yeri olmadığına görə avtomobili götürüb bir qədər sürdükdən sonra gətirib yerində saxladığını bildirmiş, lakin həmin şəxs onu buraxmamış və Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparmışlar, da törətdiyi hadisəni tam təfərüatı ilə polis əməkdaşlarına danışmışdır. Əlavə olaraq qeyd edir ki, o, “VAZ 2104” minik markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobildən iki ədəd “Bosch” markalı dreli, bir ədəd “Bosch” markalı yer qazan aparatı, bir ədəd laqondanı və bir ədəd dəmir kəsən mişarı oğurlamamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci il tarixdən özünə “Tufan 50 M” markalı moped icarəyə götürmüşdür ki, sifarişləri həmin mopedlə özü ünvanlara çatdırsın. Həmin moped ilə o, sifarişləri ünvanlara çatdırdıqdan sonra hər axşam işini qurtardıqda yaşadığı ünvan 4 ünvanında yerləşən kirayə yaşadığı evinin qarşısında saxlayıb evə gedirdi. 09 mart 2023-cü il tarixdə saat təxminən 02:15 radələrində o, idarə etdiyi Tufan 50 M markalı mopedi ilə həmişəki kimi yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısında saxlayıb evə getmişdir ki, istirahət edib səhərisi günü yenidən işləri ilə məşqul olsun. 09 mart 2023cü il tarixdə səhər saat 09 radələrində onunla birlikdə kirayə yaşayan Ümüd adlı otaq yoldaşı işə gedən zaman mopedin həyətdə olmadığını görüb ona bu barədə zəng vurub məlumat vermişdir. O, da həmin vaxt evdən çölə çıxmış və görmüşdür ki, 09 fevral 2023cü il tarixdə kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısında saxladığı mopedi yerində yoxdur. O, bir müddət mopedini tapmaq üçün küçə küçə gəzib axtarmağa başlamış, lakin buna baxmayaraq o, mopedini tapa bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun mopedini naməlum şəxs və ya şəxslər oğurlamışlar. Ona görədə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və onun hadisə ilə bağlı izahatını almışlar. Bundan sonra həmin mopedi polis əməkdaşları ona qaytardıqdan sonra həmin mopedi sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsə 1000 manata satmışdır. Zərərçəkmiş şəxs3 oğlu ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar aylarında özünə 1500 manat dəyərində Tufan 5C S markalı moped almışdır ki, müxtəlif yerlərdə kuryerlik edib ailəsini dolandırsın. Həmin moped ilə o, kuryerlik edib qurtardıqda hər axşam yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev 41 küçəsində yerləşən evinin qarşısında saxlayıb evə gedirdi. 31 yamar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixə keçən gecə o, idarə etdiyi Tufan 50 S markalı mopedi ilə həmişəki kimi yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev 41 küçəsində yerləşən evin qarşısında saxlayıb evə getmişdir ki, istirahət edib səhərisi günü yenidən kuryerlik ilə məşqul olsun. 01 fevral 2023-cü il tarixdə səhər saatlarında o, yaşadığı evdən çıxıb mopedi saxladığı yerə gedərkən görmüşdür ki, mopedi yerində yoxdur. O, bir müddət mopedini tapmaq üçün küçə küçə gəzib axtarmağa başlamış, lakin buna baxmayaraq o, mopedini tapa bilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun mopedini naməlum şəxs və ya şəxslər oğurlamışlar. Bundan sonra həmin mopedi polis əməkdaşları ona qaytardıqdan sonra həmin mopedi pula ehtiyacı olduğu üçün “Lalafo” sosial şəbəkə vasitəsi tanımadığı şəxsə 950 manata satmışdır. Zərərçəkmiş şəxs4 oğlu ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə təxminən saat 16 radələrində özünə məxsus, etibarnamə ilə idarə etdiyi “VAZ 2106” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasının həyətində açıq ərazidə saxlamışdır. 08 yanvar 2023-cü il tarixdə təxminən saat 05:45 radələrində yaşadığı evdən çıxaraq avtomobili saxladığı yerə gələrkən, avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını aşkar etmişdir. Həmin vaxt o, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumat vermişdir. Bundan sonra o, əyninə paltar geyinmək məqsədilə evə daxil olmuş, paltarını geyindikdən sonra yaşadığı evdən çıxmışdır ki, avtomobilini axtarsın, avtomobilini axtaran zaman avtomobili saxladığı yerdən təxminən 200 metr aralıda olduğunu görmüşdür. Həmin vaxt ətrafa baxdıqda bir nəfər şəxsin qaçdığını görmüş, həmin vaxt başa düşmüşdür ki, həmin şəxs avtomobilini qaçırdan şəxsdir onu gördüyü üçün qaçır. O, həmin şəxsi səsləyərək dayanmasını bildirmiş, lakin o, dayanmamış, o, da on arxası ilə qaçaraq onu saxlamışdır. Həmin şəxsdən avtomobilini nəyə görə qaçırmasının səbəbini soruşduqda, həmin şəxs əvvəlcə avtomobilini onun tərəfindən qaçırılmasını etiraf etməsə sonradan hava soyuq olduğu üçün qalmağa yeri olmadığına görə onun avtomobilini qaçırdığı və bir qədər avtomobillə gəzdikdən sonra gətirib saxladığını bildirmişdir. Avtomobilini qaçırdan şəxs avtomobilin mühərrikini işə salmaq üçün nəzərdə tutulan açar yerini sökmüşdür, sürət qutusunun ötürücüsünü yararsız hala salmış və nəticədə ona 500 manat maddi ziyan dəymişdir. O, həmin şəxsi buraxmamış, bir neçə dəqiqədən sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər və avtomobilini qaçırdan şəxsi polis əməkdaşlarına təhvil vermişdir. Avtomobilini qaçırdan şəxs avtomobilin mühərrikini işə salmaq üçün nəzərdə tutulan açar yerini sökmüşdür, sürət qutusunun ötürücüsünü yararsız hala salmış nəticədə ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 oğlu ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslər tərəfindən ona məxsus avtomobil qaytarılsa da, avtomobilə dəymiş ziyan ödənilməmişdir, buna baxmayaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə təxminən saat 01 radələrində özünə məxsus, etibarnamə ilə idarə etdiyi “VAZ 21043” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evin qarşısında saxlamışdır. Avtomobilinin qapılarını bağlamışdır. 08 yanvar 2023-cü il tarixdə təxminən saat 09 radələrində yuxudan oyanmış, işə getmək məqsədi ilə yaşadığı evdən çıxan zaman, yaşadığı evin qarşısında saxladığı “VAZ 21043” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını aşkar etmişdir. Bundan sonra o, DİNnin 102 xidmətinə zəng vuraraq avtomobilinin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə məlumat vermişdir. Həmin gün təxminən saat 10 radələrində Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları, naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılan avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyası yaxınlığında taparaq ona təhvil vermişlər. Avtomobilinin yük yerinə baxış zamanı, ona məxsus hər birinin qiyməti 50 manat olan, 100 manat dəyərində iki ədəd “Bosch” markalı drelin, qiyməti 200 manat olan bir ədəd “Bosch” markalı yerqazan aparatın, qiyməti 100 manat olan markasını bilmədiyi laqondanı qiyməti 50 manat olan bir ədəd dəmir kəsən mişarın oğurlanmasını aşkar etmişdir. Zərərçəkmiş şəxs2 oğlu ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, artıq 3 ildir ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 107 G ünvanında yerləşən “Çiy Köftəm” adlı restoranda kuryer işləyir. O, icarə moped götürüb müxtəlif yerlərə sifarişlər aparıb ailəsini dolandırır. 2023-cü ilin fevral ayında o, işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X2 107 G ünvanında yerləşən “Çiy Köftəm” adlı restoranın həyətində olduğu zaman bir nəfər şəxs mopedlə gəlib iş axtardığını ona bildirmişdir. O, da həmin şəxsə onun işlədiyi restoranda iş olmadığını demişdir. Həmin şəxs isə ona əgər iş tapa bilməsə idarə etdiyi mopedi satacağını demişdir. Həmin vaxtda o, moped icarə götürüb kuryerlik etdiyi üçün, fikirləşmişdir ki, həmin mopedi alsın. O, həmin şəxsdən mopedi neçəyə satmasını soruşmuş, həmin şəxs cavab olaraq həmin mopedi 600 manata satdığını bildirmişdir. Bundan sonra o, həmin mopedə baxdıqda, həmin mopedin Tufan 50 S markalı olduğunu və motorunda nasazlıq olduğunu görmüşdür. O, bu barədə həmin şəxsə dedikdə həmin şəxs ona sonu olaraq həmin mopedi 450 manata satacağını bildirmişdir. Bundan sonra o, həmin şəxsdən mopedin oğurluq olub-olmamasını və şəxsiyyət vəsiqəsinin üstündə olmasını soruşmuş, həmin şəxs ona şəxsiyyət vəsiqəsi üzərində olmadığını, lakin sonra gətirə biləcəyini və moped özünə məxsus olduğunu oğurluq olmadığını, pula ehtiyacı var deyə satdığını bildirmişdir. O, həmin şəxsə həmin mopedi 450 manata ala biləcəyini, lakin həmin mopedi almağına dair video çəkiliş aparacağını bildirmişdir. Bundan sonra həmin şəxs onunla razılaşmış və o, həmin şəxsin adını soyadını soruşduqda, ona həmin şəxsin adı Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs1 öz istifadə etdiyi telefonu ilə həmin Tufan 50 S markalı mopedi almağına dair Təqsirləndirilən şəxs1 iştirakı ilə video çəkiliş aparmış və ona nəğd olaraq 450 manat pul verib həmin mopedi ondan almışdır. Bundan sonra təxminən 25 gün sonra ona Suraxanı RPİ-nin 32 polis bölməsindən zəng vurub onun Təqsirləndirilən şəxs1 aldığı Tufan 50 S markalı moped oğurluq olduğunu və buna görədə polis bölməsinə gəlməli olduğunu bildirmişlər. O, həmin günü Suraxanı RPİ-nin 32ci polis bölməsinə getmiş, orada Təqsirləndirilən şəxs1 görmüş və ona Əlinin ona satdığı mopedi kimnənsə oğurlayıb satdığı məlum olmuşdur. Həmin vaxtı mopedin əsl sahibi gəldiyi üçün o, mopedi sahibinə təhvil vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin materiallarında olan sənədləri sübut növü kimi qəbul edir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” haqqında 08 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Pirşağı Sumqayıt yolunun sol hissəsində yerləşən “Mirale” restoranının yuxarı hissəsində yerləşən Gilavar sanatoriyası kimi tanınan ərazidə torpaq örtüklü yolun sağ hissəsində yerləşən ərazidə sarı rəngli ** GR *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobil saxlanılmışdır. Avtomobilin ətrafında şam ağacları vardır. Avtomobildə hər hansı dağıntı aşkarlanmadı, avtomobilin içərisində rolun alt hissəsində naqillər çıxarılmışdır. Avtomobilin çöl hissəsində hər hansı əzik yoxdur. Vətəndaşın yaşadığı ünvana yaxın ərazidə, avtomobil saxlanılmış, ətrafda fərdi yaşayış evləri vardır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olundu, protokol ucadan oxundu, düzgünlüyünü imzalarla təsdiq etdilər. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” haqqında 08 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Pirşağı Sumqayıt yolunun sol hissəsində yerləşən Gilavar sanatoriyasının yaxınlığında torpaq örtüklü yolun kənarında ağ rəngli ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, avtomobilin qapıları açıq vəziyyətdə, içərisində sükanın alt hissəsində naqillər çıxmışdır. Avtomobilin içərisi dağınıq vizəyyətə salınmış, içərisində hər hansı tikinti aləti yoxdur, avtomobilin çöl hissəsi əzilmişdir. Avtomobili işə salmaq mümkün olmamışdır. Avtomobilin saxlandığı yerin sağ hissəsində ağ rəngli dəmirlər bərkidilmiş həmin ərazi yaxınlığında fərdi yaşayış evləri vardır. Avtomobildə olan butulkanın içərisindən bir neçə əl-barmaq izi aşkar edilərək götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olundu, protokol ucadan oxundu, düzgünlüyünü imzalarla təsdiq etdilər. İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 22 may 2023-cü il tarixli protokoldan görünür ki, video fayl Şahid iştirakı ilə baxıldıqda, Şahid 450 manat pulu Təqsirləndirilən şəxs1 verərkən həmin mopedi aldığını və sonuncu həmin mopedin oğurluq olmamasını və adını, soyadını deyərək bundan sonra 450 manat pulu Şahid götürməsi müəyyən olundu. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-113/2023 nömrəli iş üzrə 11 mart 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 10 mart 2023-cü ildən hesablanmaqla 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-244/2023 nömrəli iş üzrə 09 iyun 2023-cü il tarixli qərarı ilə həbs növündə qətimkan tədbirinin müddəti 20 gün, yəni 30 iyun 2023-cü il tarixədək uzadılmışdır. Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 509/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 29 avqust 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abbasov X1 rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Sabunçu rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi” barədə 15 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi” barədə 01 mart 2022-ci il tarixli qərarından görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 cərimə cəzasından azad edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 09 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 185.3.3, 305-ci maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 yanvar 2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi üzrə cinayət tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddənin tərkib əlamətləri mövcudluğu sübuta yetirilsə də onların əməllərində cinayət təqibinin aparılması və cinayət əməlinin inzibati xətadan daha ağır ictimai təhlükəli əməl olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmələri nəzərə alınmışdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 185.2.1 və 185.2.2-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşını, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını və həmin şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşını, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını və həmin şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 mart 2023-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2023-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 məxsus Tufan 50 S markalı moped, BabayevRəcəb Nizami oğlunun idarə etdiyi Tufan 50 M markalı moped, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” minik markalı ** GR *** dövlət qeydiyyat nişanl avtomobil və Zərərçəkmiş şəxs2 məxsus “VAZ 210443” minik markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 mart 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 15 – 17 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2023cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 məxsus Tufan 50 S markalı moped, BabayevRəcəb Nizami oğlunun idarə etdiyi Tufan 50 M markalı moped, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” minik markalı ** GR *** dövlət qeydiyyat nişanl avtomobil və Zərərçəkmiş şəxs2 məxsus “VAZ 210443” minik markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilsinlər. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 809 oktyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-509/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-509/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver