Məhkəmə qərarları › İş №1(010)-509/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-509/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-509/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs xx.xx.1972-ci ildə Əli- Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Zərdab rayonu, Körpükənd Ə/D, Körpükənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi, nömrəsiz evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondn ötrü ki, satış məqsədi ilə olmadan qanunsuz olaraq xeyli miqdarda qurudulmayan marixuananı əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 1740.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 iyul 2025-ci il tarixdə saat 20:32-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Halal Süfrə” restoranının arxasında hərəkətdə olan zamanı saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əlində saxladığı sarı rəngli torbanın içərisində bir ədəd qara rəngli bağlamanın içərisində təmiz çəkisi 1740.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən otuz il narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. 14 iyul 2025-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən Göl kənarında bir ədəd sarı rəngli sellofan torba görmüş, torbanın içərisinə baxdıqda qara rəngli sellofan büküm aşkar etmişdir. Həmin bükümün içərisində yaş vəziyyətdə marixuana olduğunu müəyyən etmişdir. Marixuana istifadə etdiyi üçün bükümü götürərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Hala Süfrə” restoranının arxa hissəsində istifadəyə yararsız və sahibsiz olan boş obyektin içərisində gizlətmişdir. 14 iyul 2025-ci il tarixdə, saat 20:32 radələrində. narkotik vasitəni saxladığı yerə gələrək onu götürmək istədiyi zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları videoçəkilişdən istifadə edərək, onun əlində olan sarı rəngli sellofan torbanın içərisində nə olduğunu soruşmuşlar. Torbanın içərisinə baxıldıqda, qara rəngli bir ədəd sellofan bükümün içərisində yaş vəziyyətdə olan marixuana aşkar olunmuş və o da bu marixuananı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən Göl kənarından tapdığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətmiş olduğu əməlindən peşmandır. Sonda o, himayəsində 3 azyaşlı uşağının olduğunu nəzərə alınmasını və amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1972-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Zərdab rayonu, Körpükənd Ə/D, Körpükənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bina qəsəbəsində, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əməkdaş tərəfindən Suraxanı RPİ-nin rəhbərliyinə raportla məruzə olunmuş, daha sonra isə KQM-nin baş əməliyyat müvəkkili X7 və ƏRQnun mühəndis-inspektoru, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması haqqında əmr imzalanmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Halal- Süfrə” restoranının yaxınlığına getmiş, qrup tərəfindən müəyyən müddət müşahidə aparılmışdır. Daha sonra zahirən Təqsirləndirilən şəxs bənzəyən bir nəfərə yaxınlaşılmış, videoçəkiliş aparılmaqla əməkdaşlar özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsi istənilmişdir. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə məlumat ver.ilmişdir. Daha sonra əməkdaşlar onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub- olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əlində saxladığı sarı rəngli torbanın içərisində bir ədəd qara rəngli bağlamanı təqdim etmiş, bağlamanın içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə - qurudulmamış marixuana olduğunu və şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir.Aşkar edilmiş bitki mənşəli kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-yə dəvət edilmişdir. Şəxs etiraz etmədən əməkdaşlarla birlikdə Polis İdarəsinə gəlmişdir.Daha sonra araşdırmanın davam etdirilməsi Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X10 həvalə edilmişdir. Polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bitki mənşəli maddəyə və videogörüntüyə baxış keçirilmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş KMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və ƏRQ-nun mühəndis-inspektoru Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənjbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 1740.0 qram qurudulmayan marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 iyul 2025-ci il tarixdə saat 20:32-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Halal Süfrə” restoranının arxa hissəsində hərəkətdə olan zamanı saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əlində saxladığı sarı rəngli torbanın içərisində bir ədəd qara rəngli bağlamanın içərisində təmiz çəkisi 1740.0 qram olan bitki məşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 14 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 15 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 16 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi məqsədi ilə vəsatət verilsə də, Suraxanı Rayon Prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs saxlandığı Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan 16 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 18 iyun 2025-ci il tarixli “Əməliyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, 14 iyul 2025-cü il tarixdə Suraxanı RPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1, KMQ-nun baş əməliyyat müvəkkili Şahid2 və ƏRQ-nin mühəndisinspektoru Kərimov X8 rayonu, Əmircan qəsəbəsi, “Hala-Süfrə” restoranının yaxınlığında keçirilmiş əməliyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilən zaman əlində saxladığı sarı rəngli torbanın içərisində bir ədəd qara rəngli bağlamanı təqdim edərək içərisind narkotik vasitə qurudulmayan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmayan marixuanaya bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan qablaşıdırılıb möhürlənmişdi. Cinayət işinin materiallarında olan 18 iyul 2025-ci il tarixli təqdim edilmiş əşyaya, DVD diskə baxış keçirilməsi və götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, 14 iyul 2025-cü il tarixdə saat 20:32-d’ Suraxanı RPİ-nin İnzibatı binasında xidməti otaqda həmin TŞ-nin baş təhqiqatçısı polis mayoru Suad Həmzəyev tərəfindən təqdim edilmiş zərfə və 01 ədəd DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilən zaman narkotik vasitə qurudulmayan marixuanaya bənzər maddənin Təqsirləndirilən şəxs götürülməsi əks olunmuşdur. Təqdim olunmuş bir ədəd zərfə baxış keçirilən zaman zərfin tamlığının pozulmaması müəyən edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 15 iyul 2025-ci il tarixli 7/965 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, bir ədəd sellofan bağlamada yaş vəziyətdə çəkisi 1740,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuanadır. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2025-ci il tarixli 4200 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu edilməsi nətəcəsində yaranan asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müassəsindı dispanser qediyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X1 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzanına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan İİİ-ЛO№ 851320 saylı, 08 avqust 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 iyul 2019-cu il tarixdə Rusiyanın Novokuznetsk şəhəri, Kemerovo vilayətində doğulmuş, bu barədə doğum haqqında qeydləri kitabında 2019-cu ilin avqust ayının 8-də ********************2 nömrə ilə qeyd edilmişdir. Cinayət işinin materiallarında olan İV-ЛO№ 604897 saylı, 02 fevral 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 yanvar 2024-cü il tarixdə Rusiyanın Novokuznetsk şəhəri, Kemerovo vilayətində doğulmuş, bu barədə doğum haqqında qeydləri kitabında 2024-cü ilin fevral ayının 2-də **********01700103005 nömrə ilə qeyd edilmişdir. Cinayət işinin materiallarında olan İİİ-ЛO№ 779822 saylı, 03 iyul 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 iyun 2018-ci il tarixdə Rusiyanın Novokuznetsk şəhəri, Kemerovo vilayətində doğulmuş, bu barədə doğum haqqında qeydləri kitabında 2018-ci ilin iyul ayının 5-də 685 nömrə ilə qeyd edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş 17 fevral 2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 3 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndlərin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1739,9 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.16-cı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1739,9 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 2 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (iyirmi) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar