Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-51/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin 42 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ədalət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 51 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısından keçərkən, orada oynayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 görüb yaxınlaşaraq, ona «bu blokda xəstə uşaq yaşayır, sənin kimi uşaqlarla axşam onu görməyə gedəcəyik, gedək sənə onun qapısını göstərim» kimi sözlər deyərək aldadıb, binanın 2-ci blokuna aparıb 2-ci mərtəbəyə qaldırmış və orada cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə aşağı çöməlib, bir əli ilə azyaşlı Zərərçəkmiş şəxs2 belindən tutub bədəninə toxunaraq və əynində olan cins yubkasının zamokunu açmağa cəhd göstərərək, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi bina 76-nın qarşısından keçərkən, xx.xx.2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs1 görüb ona yaxınlaşaraq, «mən sənin atanın dostuyam, sənə yaşıl rəngli velosiped almışam, kömək elə onu düşürək» kimi sözlər deyib aldatmaqla, həmin binanın 2-ci blokuna aparıb cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə əllərini azyaşlı Zərərçəkmiş şəxs1 paltarının üstündən onun cinsiyyət orqanına və arxa nahiyəsinə sürtərək, on dörd yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Ədalət oğluna Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Ədalət oğlunun törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Ədalət oğlu ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, reklam lövhələri hazırladığı üçün Bakı şəhəri, Nizami rayonu ərazisində, yəni «Laçın» ticarət mərkəzi yerləşən ərazinin arxa tərəfindəki hündür mərtəbəli binaların arasında olan marketlərdən birindən reklam lövhəsi hazırlamaq barədə sifariş götürmüşdür. xx xxxx 2020-ci il tarixdə günorta vaxtı Nizami rayonunda yerləşən «Laçın» ticarət mərkəzinin yanındakı kafelərdən birində yemək yeyib 2-3 bokal pivə içəndən sonra «Laçın» ticarət mərkəzinin arxa tərəfində olan çoxmərtəbəli binaların arası ilə piyada hərəkətdə olub, reklam sifarişi verən marketi tapmaq istəmişdir. Saat 18 radələrində 9 mərtəbəli binanın qarşısında təxminən 7-8 yaşında olan qız uşağının topla oynamasını görmüşdür. Sərxoş olduğundan, həmin qız uşağının bədəninə toxunmaqla, onda cinsi ehtirasını bu cür təmin etmək həvəsi yaranmışdır. Öz məqsədinə çatmaq üçün həmin qız uşağına yaxınlaşmış və onu aldatmaq üçün mehribancasına salam verib, uşaqla ünsiyyət qurmuşdur. Sonra isə həmin qız uşağına demişdir ki, guya binanın blokunda xəstə uşaq var və həmin uşağa yaxşılıq etmək üçün yaşıdlarını yığıb onunla görüşə aparacaqdır. Qız uşağı onun yalanına inanmış və bundan sonra onu bloka aparmaq məqsədilə guya xəstə uşağın evini göstərmək istəmişdir. Qız uşağı da ona inanaraq, onunla getmiş, onlar 9 mərtəbəli binanın blokuna girmiş və 2-ci mərtəbəyə qalxmışlar. Onun əvvəlcədən də fikri qız uşağının bədəninə toxunmaq, bu hərəkətlərlə öz cinsi ehtirasını təmin etmək olduğundan, asta bir hərəkətlə aşağı çöməlib, bir əli ilə qız uşağının belindən tutub, digər əli ilə də onun cins yubkasının zamokunu açmaq istəmişdir. Lakin qız uşağı dərhal onun niyyətini başa düşmüş və qaçaraq getmişdir. Qız uşağını tutub saxlamaq imkanı olsa da, əvvəlcədən də heç bir zor tətbiq etmək məqsədi olmadığından, bunu etməmiş və uşağın qaçıb getməsinə mane olmamışdır. Bundan sonra ələ keçəcəyindən qorxaraq, ətrafa baxa-baxa oradan uzaqlaşıb getmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə saat 13 radələrində bir qədər pivə içib kefləndikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən marketlərin reklam işlərini görməyi əvvəldən danışdığı üçün həmin yerə getmişdir. «Şir» heykəlindən bir az qabaqda düşüb polislərin olmasını görmüş və pandemiya ilə əlaqədar çölə çıxmağa SMS-i olmadığından, yolunu dəyişib binaların arasıyla hərəkətini davam etdirmişdir. Həmin vaxtı çoxmərtəbəli binanın blokunun qarşısında balaca, təxminən 6-7 yaşlarında qız uşağının oynamasını görmüşdür. Qızın qara saçları varmış, əyninə qara «losina» şalvar, boz kofta geyinmişdir. İçkili olduğundan, həmin qız uşağını görəndə, ona qarşı ehtirası yaranmış və ehtirasını təmin etmək fikrinə düşmüşdür. Bu məqsədlə həmin qız uşağına yaxınlaşıb, yalandan demişdir ki, guya atasının dostudur, ona yaşıl rəngli velosiped alıbdır və özünü qayğılı göstərib velosipedi düşürməkdə köməklik göstərməsini xahiş etmişdir. Həmin qız uşağı ona aldanmış və onunla birlikdə bloka girmişdir. Bloka girdikdə, bir əli ilə uşağın qabaqdan ayaqlarının arasına salmış, digər əli ilə də arxa tərəfdən onun ayaqlarının arasına salaraq, arxa və qabaq nahiyyəsindən sığallamağa başlamışdır. Bu zaman qız uşağı qorxub qaçmışdır. Qız uşağı qaçdıqdan sonra, tez blokdan çıxıb getmişdir. Həmin hadisədən 3-4 gün sonra işə getmək üçün yenə də həmin binanın qarşısından keçərkən, bir kişi və qadın ona yaxınlaşıb saxlamışlar. Sonra xx.xx.2020-ci il tarixdə onların qızlarını bloka aparıb əxlaqsız hərəkət edən adamı qonşunun videokamerasından gördüklərini və həmin adamın o, olduğunu güman etdiklərini bildirmişlər. O, əvvəl bunu etiraf etmək istəməmiş, lakin həmin adamlar sataşdığı qız uşağını gətirəndə, uşaq onu görən kimi tanımışdır. Bundan sonra başqa çıxış yolu olmadığından, əməlini etiraf etmişdir. Həmin qız uşağının atası əsəbiləşərək, onu şillə və yumruq zərbələri ilə sifət nahiyyəsindən vurub döymüşdür. Bundan sonra oraya polislər gəlib onu aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında qanuni nümayəndəsinin, həmçinin Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin iştirakları ilə zərəçəkmiş şəxs qismində dindirilmiş 14 yaşına çatmamış Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda atası Qanuni nümayəndə2, anası Gülnar Hacıyeva, azyaşlı qardaşı Rahib Hacızadə ilə birlikdə yaşayır və Nizami rayonu ərazisində yerləşən 261 saylı tam orta məktəbin 3-cü sinif şagirdidir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadıqları binanın arxa tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısındakı balaca meydançada topla oynadığı zaman, məhəllədən keçən əynində ağ köynək, şalvar və ağ ayaqqabı olan bir orta yaşlı kişi mehribancasına ona yaxınlaşıb, «qızım salam» deyərək, onunla ünsiyyət qurmuşdur. Həmin kişini əvvəllər heç vaxt görməmişdir və mehriban münasibətinə görə heç nədən şübhələnməmişdir. Kişi qarşısında oynadığı həmin 9 mərtəbəli binanın 2-ci blokunda yaşıl zolaqlı qapını ona göstərmək istədiyini, orada xəstə uşağın qalmasını, həmin xəstə uşağa kömək etmək istəməsini, axşam onun kimi uşaqları yığıb həmin xəstə uşağın yanma gedərək ona sürpriz edəcəyini bildirmişdir. Kişi xəstə uşağın qaldığı qapını göstərmək üçün onunla binanın 2-ci blokuna girməyi xahiş etmişdir. Həmin kişinin şirin danışığına aldanıb, həqiqətən də xəstə uşağa kömək etmək istəyən bir şəxs kimi başa düşərək, onunla birlikdə binanın 2-ci blokuna girmişdir. Bloka girdikdə, kişi onun əlindən tutub onu 2-ci mərtəbəyə qaldırmış və yenə də onunla mehriban rəftar etdiyi üçün heç nədən şübhələnməmişdir. Lakin 2-ci mərtəbəyə qalxanda, kişi bir əliylə onun belindən tutub, digər əliylə əynində olan cins yubkasının zamokunu açmaq istəmişdir. Həmin şəxsin ona qarşı belə bir hərəkəti pis niyyətlə etməsini dərk etdiyindən, yubkasının zamokunu açmağa imkan verməyərək, oradan qaçıb ağlaya-ağlaya evlərinə getmişdir. Evlərinə gəldikdə, baş vermiş hadisəni valideynlərinə danışmışdır. Bundan sonra atası həyətə düşüb axtarsa da, həmin kişini tapa bilməmiş və bu barədə polisə şikayət etmişdir. Polis bölməsində də hadisəni olduğu kimi izahatında göstərmişdir. Polislər hadisənin olduğu yerin kamera görüntülərini ona göstərəndə, həmin şəxsi kamera görüntüsündən görüb tanımışdır. Atasına və polislərə ona qarşı əxlaqsız hərəkət edən şəxsi tanıdığını bildirmişdir. Həmin kişi ona heç bir zor tətbiq etməmiş və hədə-qorxu da gəlməmişdir. Qaçdığı zaman həmin kişi onu təqib və tutub saxlamağa cəhd etməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında qanuni nümayəndəsinin, həmçinin Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin iştirakları ilə zərəçəkmiş şəxs qismində dindirilmiş 14 yaşına çatmamış Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 mənzil 7 ünvanda yaşayır. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 saylı tam orta məktəbin ikinci sinif şagirdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında bacısı Nəzrinlə birlikdə anasından icazə alıb oynamaq üçün həyətə düşmüşlər. Bacısı mağazaya getmiş, o, isə yaşadıqları binanın ikinci blokun qabağında oynamışdır. Oynayan zaman, bir nəfər kişi ona yaxınlaşaraq atasının dostu olduğunu, ona yaşıl velosiped aldığını və ikinci mərtəbəyə qalxıb həmin velosipedi aşağıya endirmək üçün ona kömək etməyi xahiş etmişdir. Həmin kişinin mehriban münasibətinə inandığı üçün köməklik etmək üçün onunla birlikdə binanın 2-ci blokuna girmişdir. Orada həmin kişi hər iki əlini ona tərəf uzadaraq, bir əli ilə onun qabaqdan ayaqlarının arasına salmış, digər əli ilə də arxa tərəfdən onun ayaqlarının arasına salaraq, arxa və qabaq nahiyyəsindən sığallamağa başlamışdır. Kişi onu blokun ikinci mərtəbəsinə aparmaq istədikdə, niyyətinin pis olmasını bilərək, qaçıb blokdan çölə çıxmışdır. Bu vaxt geriyə döndükdə, həmin kişinin blokdan çölə çıxdığını və ona tərəf baxaraq çıxıb getdiyini görmüşdür. Bundan sonra ağlayaağlaya evə getmiş və evdə olan valideyinlərinə bu barədə demişdir. Ona qarşı əxlaqsız edən kişini əvvəllər görməmişdir və tanımamışdır. Həmin kişi ona heç bir zor tətbiq etməmiş və hədə-qorxu da gəlməmişdir. Qaçdığı zaman həmin kişi onu təqib və tutub saxlamağa cəhd etməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, xx xxxxx 2011-ci il təvəllüdlü olan Zərərçəkmiş şəxs2 onun doğma qızıdır və Nizami rayonu ərazisində yerləşən 261 saylı tam orta məktəbin 3-cü sinif şagirdidir. Qızı Ahunun yaşma görə dünya görüşü və təhsil səviyyəsi tam qaydasındadır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində arvadı Gülnar ilə evdə olmuşlar. Qızı Ahu isə həmişə olduğu kimi topla oynamaq üçün həyətə düşmüşdür. Ahu adətən binalarının arxa tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısındakı balaca meydançada topla oynamışdır. Ahu həyətə düşəndən təxminən 10-15 dəqiqə keçdikdən sonra, ağlaya-ağlaya evə gələrək, həyətdə topla oynayarkən, əvvəllər görmədiyi məhəllədən keçən bir orta yaşlı kişinin mehribancasına ona yaxınlaşıb, onunla ünsiyyət qurduğunu, kişinin əynində ağ köynək, şalvar və ağ ayaqqabı olduğunu, həmin kişinin mehriban münasibətinə görə heç nədən şübhələnmədiyini, kişinin 9 mərtəbəli binanın 2-ci blokunda yaşıl zolaqlı qapını göstərərək, orada xəstə uşağın qalmasını, həmin xəstə uşağa kömək etmək istəməsini, axşam uşaqları yığıb həmin xəstə uşağın yanma gedərək, ona sürpriz edəcəyi kimi sözlər deyərək onu aldatdığını, xəstə uşağın qaldığı qapını göstərmək bahənəsi ilə onu binanın 2-ci blokuna aparıb, əlindən tutaraq 2-ci mərtəbəyə qaldırmasını, orada kişinin bir əliylə belindən tutub, digər əliylə əynində olan cins yubkasının zamokunu açmaq istədiyini, kişinin ona qarşı belə bir hərəkəti pis niyyətlə etməsini başa düşdüyünü, yubkasının zamokunu açmağa ona imkan vermədiyini və oradan qaçıb evə gəldiyini bildirmişdir. Bu hadisəni qızından eşidəndən sonra dərhal həyətə düşüb, hər tərəfi gözdən keçirsə də, Ahunun dediyi əlamətlərdə olan şəxsi görə bilməmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Daha sonra isə Nizami RPİ-nin 24-cü PB-nə gedərək, azyaşlı qızı Ahuya qarşı olmuş bu cür əxlaqsız hərəkəti edən şəxsin tapılıb məsuliyyətə cəlb olunması üçün şikayət ərizəsi yazmışdır. Səhəri günü 24-cü PB-nin təhqiqatçısı tərəfindən bölməyə çağırılmışlar, orada azyaşlı qızı Ahu hadisə barədə ona dediklərini izahatında da olduğu kimi göstərmişdir. Polislər tərəfindən hadisənin olduğu yerin kamera görüntüləri götürüldükdən sonra onlara təqdim olunmuş və baxış zamanı qızı Ahu ona qarşı əxlaqsız hərəkətləri edən şəxsi kamera görüntüsündən görüb tanımışdır. Sonradan polisdə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi oluğunu bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 mənzil 7 ünvanda yaşayır. xx xxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun doğma qızıdır və Məryəm 275 saylı tam orta məktəbin ikinci sinif şagirdidir. xx xxxx 2020-ci il tarixdə günorta təxminən saat 12 radələrində azyaşlı qızları Məryəm və Nəzrin ondan icazə alaraq məhəlləyə oynamağa düşmüşlər. Bundan bir qədər sonra qızı Məryəm ağıaya-ağlaya evə gəlmişdir. Məryəmə yaxınlaşıb nə baş verdiyini və niyə ağladığını soruşmuşdur. Məryəm əvvəlcə atasından utandığından hadisəni tam olaraq danışmamış, onunla təklikdə söhbət edərkən isə demişdir ki, həyətdə oynayarkən, bir nəfər tanımadığı kişi ona yaxınlaşaraq, atasının dostu olmasını demiş, sonra isə ona velosiped almasını deyərək, yaşlı kişi olduğundan, velosipedi ikinci mərtəbədən düşürməkdə kömək etməsini xahiş etmişdir. Məryəm də həmin kişiyə inanmış və onunla bloka girmişdir. Məryəmin deməsinə görə orada həmin kişi hər iki əlini onun ayaqlarının arasına salaraq, qabaqdan və arxadan sıxıb ovxalamışdır. Bundan sonra Məryəm həmin kişinin yanından qaçıb evə getmişdir. Azyaşlı qızı Məryəm həmin kişini tanımadığını, əvvəllər görmədiyini, onun əynində ağ köynək, ağ şalvar, ağ ayaqqabı olmasını, ağzında isə yaşıl maska olmasını və yaşlı kişi olmasını bildirmişdir. Məryəm həmin kişinin ona qarşı heç bir fiziki zor tətbiq etmədiyini, ona hədə qorxu gəlmədiyini, əlləri ilə sığallasa da, ona qarşı başqa hərəkət etmədiyini bildirmişdir. Bundan sonra əri Fəridlə alt mərtəbədə yaşayan qonşusu Vüqarın razılığı ilə evinin çöl tərəfində quraşdırdığı müşahidə kamerasının yaddaşında olan görüntülərə baxmışlar. Bu zaman həqiqətən də həmin tarixdə saat 13 radələrində bir nəfər ağ geyimdə olan və ağzında maskası olan kişinin binanın qarşısı ilə gedərkən, sola dönüb qızı Məryəmin qarşısında oynadığı binanın ikinci blokuna girdiyini, az sonra isə qızı Məryəmin qaçaraq, həmin blokdan çölə çıxdığının, onun arxasınca da həmin ağ geyimdə olan kişinin blokdan asta yerişlə çölə çıxdığını və ətrafına boylana-boylana məhəllədən uzaqlaşdığının şahidi olmuşlar. Bundan sonra əri Fərid hər gün binanın qarşısında dayanıb azyaşlı qızı Məryəmə qarşı əxlaqsız hərəkət etmiş şəxsi izləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində əri Fərid Məryəmin dediyi əlamətlərdə və kamera görüntüsündə olan kişinin binanın qarşısından keçməsini görərək, onu saxlamış və qaracların yanına aparıb sorğu-sual edərkən, həmin şəxs, yəni hazırki iş üzrə təqsirləndirilən şəxs Məryəmə qarşı əxlaqsız hərəkət etməsini etiraf etmişdir. Bundan sonra əri Fərid əsəbiləşərək həmin şəxsi döymüşdür. Bundan sonra orada olan şəxslərdən kimsə polisə zəng vurmuş və polislər gəlib həmin şəxsi aparmışlar. Azyaşlı qızı Məryəmin adının hallanmasını istəmədikləri üçün əvvəlcə şikayət etmək istəməmişlər, lakin əri Fərid xx xxxxxx 2020-ci il tarixdə bu barədə Suraxanı RPİ- nin 33cü PB-nə şikayət ərizəsi vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçi oluğunu bildirmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid da arvadı Qanuni nümayəndə1 göstərdiklərini təsdiq etmiş və bildirmişdir ki, azyaşlı qızı Məryəmə qarşı əxlaqsız hərəkət etmiş şəxsi tapmaq üçün hadisənin baş verdiyi xx xxxx 2020-ci il tarixdən etibarən hər gün yaşadığı binanın qarşısında dayanıb, həmin şəxsin gəlib keçməsini izləmiş və xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Məryəmin dediyi əlamətlərdə və kamera görüntüsündə olan kişinin binanın qarşısından keçməsini görərək, onu saxlamış və qaracların yanma aparıb sorğu-sual edərkən, həmin şəxs Məryəmə qarşı əxlaqsız hərəkət etməsini etiraf etmişdir. Bundan sonra orada olan şəxslərdən kimsə polisə zəng vurmuş və polislər gəlib həmin şəxsi aparmışlar. Azyaşlı qızı Məryəmin adının hallanmasını istəmədikləri üçün əvvəlcə şikayət etmək istəməmişlər, lakin xx xxxxxx 2020-ci il tarixdə bu barədə Suraxanı RPİ-nin 33-cü PB-nə şikayət ərizəsi vermişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ədalət oğlu xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 4(010)-176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ədalət oğlu barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1854 №-li rəyinin motivləşdirici hissəsində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadəsində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin təddqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qərara gəlir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman və hazırki dövrdə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəlililiyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs tötətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür». İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 kompleks ambulator məhkəmə psixiatrik və psixoloci ekspertizasının xx.xx.2020-ci il tarixli 1962 №-li rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə hissəsində göstərilmişdir ki, «Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Azyaşlı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızma qarşı cinayət törədildiyi zaman və ona qədər onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi pozuntu əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı yaş səviyyəsinə uyğundur. Zərərçəkmiş şəxs1 hazırki psixi durumu ona araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etməyə imkan verir. Məhkəmə-psixoloci ekspertizası üzrə hissəsində göstərilmişdir ki, «Zərərçəkmiş şəxs1 əqli inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixoloci xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hərəkətlər zamanı psixi-emosional vəziyyətində həyəcan yaranmışdır.Zərərçəkmiş şəxs1 azyaşlı olduğundan onunla edilən, qərarın təsviri hissəsində göstərilən hərəkətlərin xarakter və mənasını anlamaq qabilliyyətinə malik deyildir». İş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 kompleks ambulator məhkəmə psixiatrik və psixoloci ekspertizasının xx.xx.2020-ci il tarixli 2059 №-li rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə hissəsində göstərilmişdir ki, «cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materialları və hal-hazırkı psixiatrik müayinənin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Zərərçəkmiş şəxs2 ona qarşı törədilən əxlaqsız hərəkətlər zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq əlamətləri olmamışdır. Zərərçəkmiş şəxs2 ona qarşı törədilən cinayət əməlinin sosial mahiyyətini yaş xüsusiyyətlərini nəzərə alaraq dərk etməsə də, o, iş üzrə vacib olan hallar barəsində düzgün məlumat vermək iqtidarındadır. Zərərçəkmiş şəxs2 bu iş üzrə zərəçəkmiş şəxs qismində keçdiyi üçün onun anlaqlı olub-olmaması barəsində qərarda qoyulmuş sual ona şamil edilmir. Məhkəmə-psixoloci ekspertizası üzrə hissəsində göstərilmişdir ki, «Zərərçəkmiş şəxs2 əqli inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixoloci xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. O, iş üzrə əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətlər zamanı psixiemosional vəziyyətində həyacan, qorxu yaranmışdır». İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 1-228/2002 saylı, xx.xx.2002-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ədalət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilərək ona 02 il müddətinə, həbsdə saxlandığı müddətə nəzərə alınmaqla ona qəti olaraq 01 il 09 ay 24 gün müddətinə islah işləri cəzası təyin edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ədalət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs Ədalət oğlu barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ədalət oğlu barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən törədikləri cinayət əməllərində cəzalarını ağırlaşdıran halların olmamasını qeyd etməklə, törətdiyi cinayət əməllərini etiraf etməsini və törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ədalət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ədalət oğluna tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini tam təmin edir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, hazırkı işdə cəmiyyətin maraqları təqsirləndirilən şəxsin azadlıq hüququndan üstündür, yəni on dörd yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlərin törədilməsinə görə təqsirləndirilən şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən cəzanın məqsədlərinin təmin edilməsi mümkün deyil. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Ədalət oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Ədalət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ədalət oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-51/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-51/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver