Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-51/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası, nömrəsiz ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə ” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 5,597 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış Bakı şəhəri, Suraxanı RPİ-nin PPXB-in əməkdaşları tərəfindən keçpirilən tədbirlər nəticəsində narkotik vasitələrin əldə olunması saxlanması, istifadəsi, gəzdirilməsi və daşınmasında şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə saat 09:00 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qum adası ərazisində yerləşən “Gülay market” ərzaq dükanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən üzərində kiril əlifbası ilə yazılar olan 01 ədəd göy rəngli kibrit qutusunun içərisində təmiz çəkisi 5,597 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında isə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. İstifadə etdiyi müddətdə narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə tanımadığı İran İslam Respublikası vətəndaşdan “online” yolla əldə etmişdir. İran vətəndaşı ona bir ədəd kibrit qutusunda olan marixuananın Sabunçu rayonu, Zabrat qəsəbəsində, Araz marketin yanında olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə həmin İran vətəndaşının ona məxsus “Vatsap” vasitəsilə göndərdiyi xəritə ilə Zabrat qəsəbəsinə getmişdir. Zabrat qəsəbəsi ərazisində yerləşən “Araz market” ərzaq dükanının yaxınlığında yerləşən dəmir sexlərinin yaxınlığından götürmüşdür. Həmin vaxtdan sonra içərisində “nəşə” kimi bildiyi narkotik vasitə olan kibrit qutusunu üzərində saxlamışdır. Məqsədi isə həmin narkotik vasitəni münasib zamanda və münasib şəraitdə istifadə etmək olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində yaşadığı Qum adası ərazisində yerləşən “Gülay market” ərzaq dükanının yaxınlığında olduğu zaman polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt onlarla söhbət zamanı özünü itirərək üzərində narkotik vasitə olduğunu etiraf etdiyi üçün onu 30-cu PŞ-nə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını 01 (bir) ədəd içərisində nəşə kimi tanıdığı narkotik vasitə olan kibrit qutusunu və üzərində olan “Xioami” markalı "Redmi 7A” modelli mobil telefonu təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan qurudulmuş ot kütləsi və mobil telefon polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürləndi, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildi. O, üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə İran vətəndaşından “onlayn” yolla razılaşma əsasında Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsində, “Araz” marketin yaxınlığında yerdən öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. O, saxlanılarkən, şöbəyə gətirilərkən və şöbədə olarkən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Üzərindən aşkar edilmiş narkotik maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamamışdır. Əldə etdiyi üzərindən aşkar edilərək götürülmüş narkotik maddədən istifadə etməyə macal tapmamışdır. Lakin istifadə etmək üçün həmin narkotik maddəni əldə edərək üzərində saxlamaqla gəzdirmişdir. O, narkotik maddə almağı barədə heç kimə bildirməmişdir. Sonda əməlini səmimi etiraf edərək ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir və polis serjantı xüsusi rütbəsi daşıyır. 30 dekabr 2022-ci il tarixdə təxminən saat 08 radələrində onunla Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid4 dislokasiya üzrə onlara təhkim olunmuş inzibati ərazidə xidmət aparan zaman Bakı şəhəri, Suraxanı rayonu, Qum adası ərazisində yerləşən “Gülay market” ərzaq dükanının yaxınlığında olan zaman bir nəfər şəxsin qorxaraq özünü şübhəli apardığını, onlara doğru gəldiyini gördükləri halda onunla F.Fəyzullayevi gördükdən sonra istiqamətini dəyişərək geri qayıtdığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs onlarla danışarkən çox həyəcanlı olduğundan Şahid3 ondan həyəcanlı olmasının səbəbini soruşduqda o, üzərində narkotik maddə nəşə olduğunu bildirmişdir. Şahid3 ondan özünü təqdim etməsini tələb etmişdir. O, da özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Şahid3 saat 09:00 dəqiqədə ona narkotik maddələrin əldə olunması, gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getməli olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs 30-cu polis şöbəsinə gətirdikdən sonra raportla 30-cu PŞ-nin rəisi vəzifəsini icra edən polis polkovnik-leytenantı Namiq Məmmədova məruzə etmiş, sonra xidməti əraziyə qayıdaraq xidmətlərini davam etdirməyə başlamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz olaraq əldə olunması, istifadəsi və gəzdirilməsində şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs 30-cu PŞ-nə gətirilməsi şöbə rəhbərliyinə raportla məruzə olunmuşdur. Onun, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, 30-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru. Fərid İbrahimovun iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs keçiriləcək istintaq hərəkəti barədə məlumat verilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində kiril əlifbası ilə yazılar olan göy rəngli kibrit qutusunu, təqdim etmişdir. Təhqiqatçı həmin kibrit qutusunu götürərək baxdıqda həmin kibrit qutusunun içərisində qurudulmuş otşəkilli maddə olduğu müəyyən olunmuşdur. Təhqiqatçı ondan həmin kibrit qutusunda nə olması, haradan və nə məqsələ əldə etməsi barədə soruşduqda o, bildirdi ki, həmin kibrit qutusunun içərisində “nəşə” kimi bildiyi narkotik maddə vardır və bu narkotik maddəni tamdmadığı İran vətəndaşından onlayn yolla 50 manat köçürmə yolu ilə alaraq üzərində saxlamaqla daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən qara rəngli "Xioami” markalı “Redmi 7A” modelli mobil telefonu təqdim etdi. Telefonu təqdim etdikdən sonra Şahid1 Təqsirləndirilən şəxs paltarlarını əli ilə yoxlasa da hər hansı qanunsuz olaraq əldə olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Götürülmüş bir ədəd içərisində quru otşəkilli maddə olan kibrit qutusu və “Xioami” markalı “Redmi 7A”modelli mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Üzəri DİN-nin möhürü ilə möhürlənmiş, onu özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 15-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 30 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 62-63-cü vərəqində olan 01 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 65-66-cı vərəqlərində olan 01 yanvar 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 25-26-cı vərəqlərində olan 30 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmədə 30cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, 30-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Fərid İbrahimov, Təqsirləndirilən şəxs özü iştirak edir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti video çəkilişlə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində kiril əlifbası ilə yazılar olan göy rəngli kibrit qutusunu təqdim edərək bildirir ki, kibrit qutusunun içərisində “nəşə” kimi bildiyi narkotik vasitə olduğunu bu narkotik vasitəni tanımadığı İran vətəndaşından “onlayn” 50 manat köçürmə yolu ilə alaraq üzərində saxlamaqla daşımışdır. Sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən qara rəngli “Xioami” markalı “Redmi 7A” modelli mobil telefonu təqdim etmiş həmin mobil telefon sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Fərid İbrahimov tərəfindən götürülərək bir ədəd zərfə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Fərid İbrahimov tərəfindən qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında süni işıqlandırma şəraitində 30 dekabr 2022ci il tarixdə saat 12:00-dan 12:08-dək aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Cinayət işinin 34-37-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməbioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/1457 saylı 31 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş,,,” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,597 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis” bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Marixuananın təmiz çəkisi 5,597 qram, tədqiqata sərf edilən miqdar 0, 050 qram, qalıq 5,547 qramdır. Cinayət işinin 90-91-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 247 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 75-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmədə 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1, 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, 30-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Fərid İbrahimov Təqsirləndirilən şəxs özü iştirak edir. Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində kiril əlifbası ilə yazılar olan göy rəngli kibrit qutusunu təqdim edərək bildirir ki, kibrit qutusunun içərisində “nəşə” kimi bildiyi narkotik vasitə olduğunu bu narkotik vasitəni tanımadığı İran vətəndaşından onlayn 50 manat köçürmə yolu ilə alaraq üzərində saxlamaqla daşımışdır. Sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən qara rəngli “Xioami” markalı “Redmi 7A” modelli mobil telefonu təqdim edir. Həmin mobil telefon sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Fərid İbrahimov tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli kibrit qutusunun içərisində olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Fərid İbrahimov tərəfindən qablaşdırılır AR DİN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddə aşkar edilmir. Cinayət işinin 103-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən üzərində kiril əlifbası ilə yazılar olan 01 ədəd göy rəngli kibrit qutusunun içərisində təmiz çəkisi 5,597 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 5,597 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 30 dekabr 2022-ci ildən 01 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 dekabr 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəsini alanadək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 247 saylı xx.xx.2023-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 4 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 dekabr 2023-cü ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 5,547 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-51/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-51/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver