Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-51/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 04 (dörd) ay 12 (on iki) gün müddətinə hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, əməlində cinayətin sadə residivi olan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 1(010)- 369/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 06 sentyabr 2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 16 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metropolitenin “X25” stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 1,463 qram çəkidə - xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini 20 (iyirmi) manata əldə edib üzərində saxlamaqla daşıyaraq, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gətirmiş, həmin gün saat 12:00-da Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 139 ünvanın yaxınlığında saxlanılaraq, 33-cü polis bölməsinin Yeni Günəşli qəsəbəsi, "Q” yaşayış sahəsi 25 ünvanında yerləşən inzibati binasına gətiriləndən sonra üstündə aparılmış şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,463 qram olub, xeyli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik maddə aludəçisidir. X1 2022-ci ildə Covid-19 virusuna yoluxaraq vəfat etmişdir. X4 üç yaşı vardır və onların himayəsində qalır. Azadlıqda olarkən 8-ci kilometr bazarında göyərti bağlamaq işi ilə məşğul olmuşdur. ünvan 1 ünvanında atası, anası və oğlu ilə birlikdə yaşamışdır. 16 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Həzi Aslanov metrosunun yaxınlığında adının İradə olduğunu bildiyi, yaşadığı ünvanı və olduğu yeri bilmədiyi qadından öz şəxsi istehlakı üçün 20 (iyirmi) manat pul ödəməklə təxminən 01 (bir) qram psixotrop maddə-metamfetamin əldə etmişdir. Sonra istifadə etməsi üçün əynindəki cins şalvarın sağ yan cibinə yerləşdirmişdir. 16 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində Yeni Günəşli qəsəbəsində yerləşən kirayədə qaldığı evə gələndə biri polis formasında, digəri isə mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim edərək, narkotik maddələrin istifadəsində şübhəli olduğunu və 33-cü polis bölməsinə getməli olduğunu bildirmişlər. O, razılaşmış, polis əməkdaşları ilə avtomobilə əyləşərək 33-cü polis bölməsinə gəlmişdir. Polis bölməsinə müdafiəçi dəvət olunmuş, polis əməkdaşı həmin müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrini ona izah etmişdir. Sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. O, da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən əldə etdiyi ağ rəngli metamfetamini şəffaf sellofan bükümdə çıxararaq masanın üstünə qoymuşdur. Sonra polis əməkdaşlarından biri əlləri ilə paltarlarını yoxlamış, hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümdə metamfetamin polis əməkdaşı tərəfindən 01 (bir) ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş, özü, müdafiəçisi və polis əməkdaşları zərfin üstünü imzalamışdır. Üzərindən götürülən psixotrop maddəni “Həzi Aslanov” metrostansiyasının yaxınlığında İradə adlı qadından 16 yanvar 2024-cü il tarixdə 20 (iyirmi) manata alaraq özü istifadə etməsi üçün üzərində saxlamışdır. Üzərində aşkar edilmiş psixotrop maddədən başqa hər hansı yerdə narkotik maddə saxlamamışdır. Psixotrop maddəni öz şəxsi istehlakı üçün əldə etmiş, lakin istifadə etməyə macal tapmamışdır. Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirilərkən və polis bölməsində olan zaman ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Narkotik vasitəni əldə edərkən çəkməmiş, təxminən 01 (bir) qram olduğunu bildirmiş, miqdarını dəqiq bilmədiyi üçün ekspert rəyində göstərilən 1,463 qram miqdarı düzgün hesab etmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Onu şübhəli şəxs qismində tutub, 33-cü polis bölməsinə aparmışlar. Orada olan zaman dostunu polis əməkdaşları yanında döymüş, daha sonra isə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, döyülmüşdür. O, isə qorxduğu üçün psixotrop maddə-metamfetamini üzərinə götürməyə məcbur olmuşdur. Bölmədə olan zaman ona müdafiəçi təyin olunmuşdur. Müdafiəçi yanında olan zaman psixotrop maddəni üzərinə götürməyə məcbur etmişlər. Daha sonra isə müstəntiq Çərkəz Pənahov ona bildirmişdir ki, narkomaniya xəstəliyindən müalicə aldıqda məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə alır. Ona görə də müalicə olmaq üçün Reabilitasiya Müəssisəsinə getmişdir. Orada olduğu üçün məhkəmənin çağırışlarına gələ bilməmişdir. Müstəntiq ona cinayət işinin qurtardığını və məhkəməyə göndərildiyini deməmiş, buna görə də məlumatı olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq tətbiq olunmuş, bölmədə olduğu zaman döyülmüşdür, lakin bununla bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Xəsarətləri ilə bağlı xəstəxanada müayinədən keçməmiş, lakin polis bölməsində olan zaman oraya X26 çağırılmışdır. Azərbaycan dilində oxuya bilsə də, ibtidai istintaq dövründə imzaladığı sənədləri oxumamışdır. Ona qarşı fiziki və ya psixi təzyiq göstərildiyi barədə müdafiəçisinə bildirməmişdir. Onu şühbəli şəxs qismində tutanlar arasında Şahid1 olmamış, Fuad və Ülvi adlı polis əməkdaşları tutmuş, 3 nəfər dostu ilə birlikdə çay içən zaman gəlib onları birgə tutmuşlar. Onunla birlikdə olan digər şəxslər barəsində də cinayət işi başlanmışdır. Ona əslində fiziki zorakılıq göstərilməyib, döyülməmişdir. Lakin yanında olan digər şəxslər döyülmüş və evinə külli miqdarda narkotik vasitə qoyulacağı hədəsindən qorxmuşdur. Şühbəli şəxs qismində tutanlar arasında Şahid2 olmuşdur, sonuncu vəkilin yanında şəxsi axtarış keçirilməzdən əvvəl onun üzərinə baxış keçirmək istəmiş və həmin vaxt psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra müdafiəçi baxış keçirməsinə etiraz etmişdir. Tutulan zaman üzərində mobil telefon olmuş, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Sonda isə yuxarıda bildirdiyi xüsusatları, özünü təqsirli bilməməsini, tutulan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamasını, himayəsində azyaşlı övladının və yaşlı valideynlərinin olmasını nəzərə alaraq, ədalətli hökm verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xidməti vəzifəsinin icrası zamanı 16 yanvar 2024-cü il tarixdə, polis bölməsinin rəhbərliyinin göstərişinə əsasən, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qərarı ilə keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Keçirilən tədbirlər zamanı xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatları yoxlanılmışdır. Həmin gün saat 11 radələrində əməliyyat qrupu kimi əməliyyat müvəkkili Şahid2la birlikdə, Təqsirləndirilən şəxs ola biləcəyi Yeni Günəşli qəsəbəsində müşahidələr apardıqları zaman saat 11:50-də sonuncunu qəsəbənin “AB" yaşayış sahəsində aşkar etmişlər. Təxminən 10 dəqiqə müşahidə aparmış, həmin müddət ərzində Təqsirləndirilən şəxs kimləsə əlaqəyə girməsinin şahidi olmamışlar. Təqsirləndirilən şəxs saxlamağı qərara alıb saat 12:00-da Yeni Günəşli qəsəbəsi, "AB” yaşayış sahəsi, 139 saylı evin yaxınlığında olduğu zaman yaxınlaşıb polis əməkdaşları kimi özlərini təqdim etmiş və bildirmişlər ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsinə dair aldıqları məlumatlar yoxlanılır, araşdırmanın davam etdirilməsi üçün 33-cü Polis bölməsinə getməlidir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və təklifə etiraz etməyib onlarla birlikdə, polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Polis bölməsinə gətirilməsi barədə məruzə ediləndən sonra araşdırmanın aparılması baş təhqiqatçı, polis mayoru X5 tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması sənədləşdirilərək, üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. O vaxta qədər Təqsirləndirilən şəxs nəzarət altında olmuş və üstündən nə isə atmaq imkanı olmamışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişin aparılması əməliyyat müvəkkili Şahid2 tapşırılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Elşən İsmayılov tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etməsini təklif etmişdir. Həmçinin şübhəli şəxsin yanında dövlət hesabına təyin edilmiş müdfiəçisi də istintaq hərəkətində iştirak etmişdir. Təhqiqatçının təklifinə Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddəni özü qəbul etmək üçün İra adlı şəxsdən Bakı şəhərinin Xətai rayonunda 20 manata almış və özü qəbul etməsi üçün üzərində saxlamışdır. Bükümün içində görünüşünə görə psixotrop maddə-metamfetaminə oxşar kristalşəkilli maddə olmuşdur. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra üstü ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümü bir ədəd kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləmişdir. Zərfin üstündə yazılı qeydlər aparılaraq iştirakçılara imzalamaq üçün təqdim olunmuşdur. Bundan əlavə, protokol tərtib edilmiş, iştirakçılar tanış olub imzalamışlar. Təqsirləndirilən şəxs və müdafiəçisi də protokolu imzalamış, hər hansı bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi şəraitdə 16 yanvar 2024-cü il tarixdə saxlayana qədər müşahidələr apardıqları zaman onun kiminləsə kontaktda olmasını görməmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, həmçinin təqsirləndirilən şəxs də onlara qarşı müqavimət göstərməmiş, lakin qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxdən öz istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş, ona yaxınlaşan zaman tək olmuşdur. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman Ülvi adlı polis əməkdaşı onlarla olmamış, şəxsə o və Şahid2 yaxınlaşmışdır. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Şübhəli şəxsi saat neçədə tutmaqlarını xatırlamır, həmin vaxt hava işıqlı olmuşdur. Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdən nə qədər sonra müdafiəçinin gəldiyini xatırlaya bilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, həmçinin təqsirləndirilən şəxs də onlara qarşı müqavimət göstərməmiş, lakin qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxdən öz istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə dövlət hesabına müdafiəçi təyin olunmuş, müdafiəçi gələnədək inzibati binanın otaqlarından birində saxlanılmış, həmin vaxt təqsirləndirilən şəxsin yanında kim olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman Ülvi adlı polis əməkdaşı onlarla olmamış, şəxsə o, və Şahid1 yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş, məlumat şəxsi istifadə ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni atmağa cəhd etməmişdir. Şəxsin üzərindən sadəcə bir büküm psixotrop maddə aşkar olunmuşdur. Özü ***-***-**-** mobil nömrəni istifadə etmişdir. Təkrar şahid qismində dindirmə zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərində nə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl, nə də bölməyə gətirilməzdən əvvəl baxış keçirilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən diskdə videogörüntünün bir hissəsi kəsilməmişdir, videogörüntü tamdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 17 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 16 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 4-5) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarı ilə 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərarı qanuni sayılmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli metamfetaminə oxşar maddəni təqdim edir. Bu maddə metamfetamini Xətai rayonunda yaşayan İra adlı şəxsdən qramını 20 (iyirmi) manata alaraq özünün istifadəsi məqsədi ilə saxlayıb üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan 01 (bir) ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd kağız zərfdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və maddələr aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Elşən İsmayılov -«Mən, Suraxanı rayon Polis İdarəsinin 33cü polis bölməsinin baş təhqiqatçisi, polis mayoru X10, 16 yanvar 2024-cü il tarixdə xidməti otağımda ...» sözləri ilə danışığa başlayır və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasında iştirak edən şəxsləri təqdim edir, mobil telefonla videoçəkiliş aparıldığını bildirir. Həmin şəxsi axtarış istintaq hərəkətində şübhəli şəxsin müdafiəçisi də iştirak edir. Təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edəndən sonra sonuncuya təklif edir ki, üstündə qanunsuz saxlanılan hər hansı əşya və ya predmet varsa, təqdim etsin. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb nümayiş etdirib, təqdim etdiyinin nə olduğu barədə təhqiqatçının sualına cavab verərək bildirir- “Metamfetamindir, 10 (on) manata almışam şəxsi istifadəm üçün”, daha sonra təhqiqatçının əlavə suallarını cavablandıraraq, metamfetamini “Həzi Aslanov” metrostasiyasında İra adlı şəxsdən aldığını bildirir. Müdafiəçinin suallarına cavab olaraq bildirir ki, psixotrop maddəni həmin gün bir saat əvvəl “Həzi Aslanov” stansiyasında İra adlı şəxsdən almış, sonra Yeni Günəşli qəsəbəsinə gəlib marşrut avtobusundan düşmüş, gedəndə isə saxlanılmışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstünü ətraflı axtarır, heç nə aşkar edilmir. Təhqiqatçı bükümü açıb içindəkini iştirakçılara göstərir, vəkilin təklifi ilə tam açıb göstərəndə kristalşəkilli maddə olduğu müşahidə olunur. Müdafiəçinin əlavə suallarının cavabında Təqsirləndirilən şəxs bildirir ki, metamfetamini alanda bükümün içindəkinə baxmış və sonra özü onu təqdim etdiyi vəziyyətdə bükmüşdür, satan şəxsin nömrəsini xatırlamadığı, telefonuna taksofondan zəng vurub onunla əlaqə saxlanıldığını, nömrəsini bilmədiyi karta pulu köçürdüyünü, sonra isə gedib metamfetamini aldığını bildirir. Müdafiəçinin onun dediklərini şübhə altına almaq istədiyinə baxmayaraq, Təqsirləndirilən şəxs metamfetamin kimi təqdim etdiyi maddəni özü istifadə etməsi üçün aldığını və özünə məxsus olduğunu təsdiq edir. Götürülən büküm təhqiqatçı tərəfindən 01 (bir) kağız zərfə qoyularaq qablaşdırılır, zərfin üstündə yazılı qeydlər aparılır və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2024-cü il tarixli 3-16-16/2- 6/273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün №171 dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar..." sözləri, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,463 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,463 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,413 qram. (iş.v. 39-41) Ambulator məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2024-cü il tarixli, 2747 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 109-110) Suraxanı RPİ-nin İŞ-nin 09 mart 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 33-cü polis bölməsi tərəfindən ünvanlanan 15 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx xxxxxx 1994-cü il təvəllüdlü, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəçisidir. 16 yanvar 2024-cü il tarixdə Yeni Günəşli qəsəbəsində saxlanılmasından bir müddət əvvəl Bakı metropoliteninin “X25” stansiyası yaxınlığında olmuş, oradan yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gəlmişdir. Onun psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, həmin maddəni aldığı şəxsin kimliyi barədə ibtidai araşdırmada verdiyi məlumatın səmimiliyi və 1,463 qram metamfetamini 20 (iyirmi) manata alması şübhə doğurmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə əlaqədar fəaliyyəti barədə məlumatlar daxil olmamışdır. (iş.v. 92; 108) 08 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,463 qram, tədqiqatdan sonra qalıq qalmış 1,413 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 08 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışının videoyazısı olan bir ədəd DVD disk sübut əhəmiyyətli məlumatların elektron daşıyıcısı kimi madd sübut qismində tanınmış və cinayət işində saxlanılmışdır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin residivi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi psixotrop maddənin əldə edildiyi mənbə barədə cinayət işinin ayrı icraata alınmasına zərurət qalmadığı nəzərə alınmışdır. (iş.v. 117-122) “X12” MMC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli 5 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdən 06 sentyabr 2024cü il tarixədək Sumqayıt şəhəri, Novxanı bağ massivi B-970N ünvanında yerləşən “X12” MMC-də reabilitasiya keçmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarix, saat 19:30-da Suraxanı RPİ-nin MSY-yə daxil olmuş, müstəntiq Çərkəz Pənahovun 18 yanvar 2024-cü il tarixli qərarına əsasən MSY-dən azad olunmuş və bu zaman heç bir şikayəti olmamışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X28 “Respublika Təcili və X13 Mərkəzi” X28i tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 15 yanvar 2024-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək Respublika Təcili və X13 Mərkəzi” X28in Mərkəzi Çağrı Xidmətinə (103) çağırış daxil olmamışdır. 12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X11 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Xidməti Araşdırmalar İdarəsində toplanmış material üzrə cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan isə nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 1(010)- 369/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatəti təmin edilmiş, iş üzrə X19, X15 və X3 16 yanvar 2024-cü il tarixdə 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmaması, saxlanıldıqları təqdirdə barələrində hansı hüquqi tədbirin görülməsi və şəxsiyyətləri barədə məlumatların alınması üçün Suraxanı RPİ-yə və 33-cü PB-nə sorğular verilmişdir. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi tərəfindən göndərilmiş 04 dekabr 2024cü il tarixli məktubdan görünür ki, 16 yanvar 2024-cü il tarixdə X15, X19 və X6 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, X15 102602 saylı axtarış işi üzrə və X19 102440 saylı axtarış işi üzrə axtarışda olduqlarına görə yaxalanmaları təmin edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə X6 barəsində isə Nizami RPİ-də 82458 saylı axtarış işi açılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(010)- 51/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Suraxanı RPİ-nin 33cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyə dəvət edilərək yenidən şahid qismində ifadəsinin alınması barədə vəsatəti təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 1(010)- 369/2024 saylı qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 15 yanvar 2024-cü il tarix, saat 09:00-dan 19 yanvar 2024-cü il tarix, saat 22:00-dək olan müddət ərzində nömrənin kimə məxsusluğu, həmin nömrəyə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, anten əhatə dairəsinin məlumatları, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMC-dən götürülməsi, iş üzrə şahidlər Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 15 yanvar 2024cü il tarix, saat 09:00-dan 19 yanvar 2024-cü il tarix, saat 22:00-dək olan müddət ərzində nömrələrin kimə məxsusluğu, həmin nömrələrə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, anten əhatə dairəsinin məlumatları, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 21 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 29 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdir ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Məxsusluq tarixçəsindən görünür ki, həmin mobil nömrə X17 məxsus olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 1(010)- 369/2024 saylı qərarı ilə iş üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 15 yanvar 2024-cü il tarix, saat 09:00-dan 19 yanvar 2024-cü il tarix, saat 22:00dək olan müddət ərzində kimə məxsusluğu, həmin nömrəyə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, anten əhatə dairəsinin məlumatları, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin "xxxx" MMCdən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə iclası zaman qərarın icrası ilə əlaqədar mobil operatorlardan məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin, şahidlər Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatları ilə bağlı diskə baxış keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə, saat 13:00-da tutulmuş, 16 yanvar 2024-cü il tarixdə, saat 12:00dan tutulmuş hesab edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti 16 yanvar 2024-cü il tarixdə, saat 13:10da başlamış və saat 13:20-də qurtarmışdır. Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 16 yanvar 2024 tarixdə, saat 12:54 radələrində Yeni Günəşli qəsəbəsində, saat 13:34 radələrində isə Yeni Günəşli ATC77-nin ətrafı ünvanında olduğu müəyyən olunur. Diskə baxış keçirilməsi zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin iş üzrə şahid Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi Şahid1 məxsus olması müəyyən edilir. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 16 yanvar 2024 tarixdə, saat 12:03 və saat 12:05-də /ünvan 5 ünvanında, saat 12:06 və saat 12:13 radələrində ünvan 6 ünvanında, saat 13:01 və saat 13:02 radələrində Yeni Günəşli bina 10 ünvanında, saat 13:17 və saat 13:26 radələrində ünvan 6 ünvanında olduğu müəyyən olunur. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuş, saat 12:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 18 yanvar 2024-cü il tarixdə, saat 09:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 18 yanvar 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 1(010)-369/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 12 avqust 2024-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 06 sentyabr 2024-cü il tarixdə tutularaq həmin tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 22, 52-53, 64-65, 68-72, 74) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X22 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. 33cü polis bölməsində olan zaman dostunu polis əməkdaşları yanında döymüş, daha sonra isə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, döyülmüşdür. O, isə qorxduğu üçün psixotrop maddə-metamfetamini üzərinə götürməyə məcbur olmuşdur. Polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq tətbiq olunaraq bölmədə döyülsə də, bununla bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Xəsarətləri ilə bağlı xəstəxanada müayinədən keçməmiş, lakin polis bölməsində olan zaman oraya X26 çağırılmışdır. Azərbaycan dilində oxuya bilsə də, ibtidai istintaq dövründə imzaladığı sənədləri oxumamışdır. Onu şühbəli şəxs qismində tutanlar arasında Şahid1 olmamış, Fuad və Ülvi adlı polis əməkdaşları tutmuş, 3 nəfər dostu ilə birlikdə çay içən zaman gəlib onları tutmuşlar. Onunla birlikdə olan digər şəxslər barəsində də cinayət işi başlanmışdır. Əslində o, bildirdiyinə görə döyülməmiş, lakin yanında olan digər şəxslər döyülmüş və evinə külli miqdarda narkotik vasitə qoyulacağı hədəsindən qorxmuşdur. Şühbəli şəxs qismində tutanlar arasında Şahid2 olmuşdur, sonuncu vəkilin yanında şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək istəmiş və həmin vaxt psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra müdafiəçi baxış keçirməsinə etiraz etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə təqsirli bilinərək cəzaya məhkum edilmişdir və yenidən həmin maddə ilə cinayət əməli törətdiyindən bunun nə ilə nəticələnəcəyindən məlumatlıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiqlərə məruz qaldığı üçün məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir, çünki şəxsi axtarış və götürmə istintaq hərəkəti onun müdafiəçisinin iştirakı ilə keçirilmiş və lazım olduğu təqdirdə özü qanunsuz əməllərlə bağlı müdafiəçisinə məlumat vermək imkanına malik olmuşdur. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,463 qram psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Suraxanı RPİ-yə verilmiş sorğunun cavabı olaraq göndərilmiş aktdan da müəyyən olunur ki, Suraxanı RPİ-nin MSY-dən azad edilərkən onun tərəfindən hansısa təzyiqə məruz qalması ilə bağlı heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı təqsirləndirilən şəxs xəsarətləri ilə bağlı xəstəxanada müayinədən keçmədiyini, lakin polis bölməsində olan zaman X26 çağırıldığını bildirmiş, bu xüsusatın araşdırılması ilə bağlı Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən sorğu göndərilmişdir. 21 oktyabr 2024-cü il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X28 “Respublika Təcili və X13 Mərkəzi” X28i tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 15 yanvar 2024cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək Respublika Təcili və X13 Mərkəzi” X28in Mərkəzi Çağrı Xidmətinə (103) çağırış daxil olmamışdır. 12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X11 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, Xidməti Araşdırmalar İdarəsində toplanmış material üzrə cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan isə nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən prokurorluğa və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verilməmişdir. Həm videogörüntüdən, həm Suraxanı RPİ-yə verilmiş sorğunun cavabı olaraq göndərilmiş aktdan, həm verilmiş sorğulara alınmış cavablardan, həm də 12 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin prokuroru tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və sonuncu məhkəmə iclaslarında Təqsirləndirilən şəxs özünün də bildirdiyi kimi ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq tətbiq edilməsi xüsusatı öz təsdiqini tapmamışdır. Onu şühbəli şəxs qismində tutanlar arasında Şahid1 olmaması, Fuad və Ülvi adlı polis əməkdaşları tərəfindən tutulması xüsusatı ilə bağlı məhkəmə qeyd edir ki, anten əhatə dairələrinin götürülməsi ilə bağlı məhkəmənin qərarlarının icrası ilə əlaqədar mobil operatorlardan məhkəməyə göndərilmiş disklərə baxış zamanı müəyyən edilmişdir ki, ***- ***-**-** saylı mobil telefon nömrəsi iş üzrə şahid Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi Şahid1 məxsusdur. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 16 yanvar 2024 tarixdə, saat 12:03 və saat 12:05-də /ünvan 5 ünvanında, saat 12:06 və saat 12:13 radələrində ünvan 6 ünvanında, saat 13:01 və saat 13:02 radələrində Yeni Günəşli bina 10 ünvanında, saat 13:17 və saat 13:26 radələrində ünvan 6 ünvanında olduğu müəyyən olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt Şahid1 Suraxanı rayonu ərazisində olması müşahidə edilmişdir. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi bütün xüsusatlar toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri onun cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiəsi kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC və "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinin qərarlarının icrası ilə bağlı təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və həmin disklərin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 1,463 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 139 ünvanın yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 16 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metropolitenin “X25” stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 1,463 qram çəkidə - xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini 20 (iyirmi) manata əldə edib üzərində saxlamaqla daşıyaraq, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gətirmiş, həmin gün saat 12:00-da Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 139 ünvanın yaxınlığında saxlanılaraq, 33-cü polis bölməsinin Yeni Günəşli qəsəbəsi, "Q” yaşayış sahəsi 25 ünvanında yerləşən inzibati binasına gətiriləndən sonra üstündə aparılmış şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,463 qram olub xeyli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 1(007)-35/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 12 (on iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 30 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (iş.v. 95-97) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdikdən 02 il müddət keçmədən 16 yanvar 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətmiş, buna görə də, o, məhkumluğu olan, məhkumluğu götürülməmiş və ödənilməmiş şəxsdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,413 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, Suraxanı Rayon Məhkəməsinin qərarının icrası ilə bağlı mobil operatorlardan daxil olmuş 02 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına təyin olunmuş Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,413 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Suraxanı Rayon Məhkəməsinin qərarının icrası ilə bağlı mobil operatorlardan daxil olmuş 02 ədəd diskin cinayət işi materiallarında saxlanması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-51/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-51/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver