Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-510/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 oktyabr 2023-cü il tarixdə, saat 11:45-də, Bakı şəhərində, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, ali təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-507/2022 saylı, 25 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rt 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 16 mart 2023-cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-256/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 06 iyul 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-510/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-510/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs sol əlində tutduğu içərisindən 3000 manat olan 1 ədəd 15 manat dəyərində boz rəngli, parıltılı və naxışlı qadın çantasını açıq halda talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3015 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin mart aylarından narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edirmiş, bununla bağlı onu Xətai RPİ-nin əməkdaşları saxlayıb cinayət məsuliyyətinə cəlb etmişlər. İşlədiyi bankın rəhbərliyi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildikdən sonra onu işdən çıxartmışlar. İşdən çıxdıqdan sonra maddi cəhətdən vəziyyəti çox pis olmuş və çoxlu pul borcu olmuşdur. Evdə olan zaman düşünmüşdür ki, Xətai rayonu ərazisində yerləşən “Kapital bankın” filialına gedib valyuta dəyişən zaman adamlara fikir versin. Kim çox pul götürsə həmin şəxsi güdüb heç kimin olmadığı yerdə pulu oğurlayıb qaçaraq və əldə etdiyi pulla həmin borclarını ödəyər, həm də narkotik vasitə qəbul edər. 13 mart 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evdən çıxıb “Kapital bankın” Xətai rayonu ərazisindəki filialına getmiş, həmin vaxt onun cibində 20 ABŞ dolları olmuşdur. O, həmin bankın kassasına yaxınlaşıb 20 ABŞ dollarını Azərbaycan manatına dəyişmişdir. Həmin vaxt bir nəfər qadının kassadan çoxlu pul aldığını görmüşdür. Fikirləşmişdir ki, həmin qadını izləsin, münasib yerdə yaxınlaşıb pulu oğurlayıb qaçar. Qadın bankdan çıxdıqdan sonra o, da həmin qadının arxası ilə çıxmış, qadın bankın yaxınlığında olan marketə girmiş və o da həmin qadının arxası ilə marketə girmişdir. Marketdə ancaq həmin qadını izləmiş, qadın marketdən özünə 1 ədəd boz parıltılı rəngli çanta almış və meyvə-tərəvəz bitkiləri alıb kassaya yaxınlaşmışdır. Kassadan ayrıldıqdan sonra qadının aldığı təzə çantanın içərisinə bankdan götürdüyü pulu və sənədləri qoyduğunu görmüşdür. Daha sonra qadın marketdən çıxıb taksi sifariş vermişdir. O da özünə məxsus “Kia Cerato” markalı, **-DN-*** dölət qeydiyyat nişanlı avtomobilinə əyləşib qadının əyləşdiyi taksini izləməyə başlamışdır. Həmin qadın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində binaların qarşısında taksi avtomobilindən yerə düşüb binalar tərəfə getməyə başlamışdır. Artıq saat 20 radələrində qadın taksi avtomobilindən düşüb bir blokdan ibarət olan bir binaya daxil olmuşdur. O da həmin qadının arxası ilə binaya girmişdir. Həmin vaxt o, avtomobilindən tibbi maska götürmüşdür ki, qadın sifət çizgilərindən onu tanımasın. O, qadına yaxınlaşan zaman onun liftə minmək istədiyini görmüş, düşünmüşdür ki, qadın hansı mərtəbəyə qalxsa yaşadığı mənzilə girəndə qadının əlindəki çantanı oğurlayıb qaçar. O, pilləkənlərlə yuxarı qalxanda qadının 8-ci mərtəbəyə qalxdığını görmüş, qaça-qaça binanın 8-ci mərtəbəsinə qalxmış, həmin qadın çantanı sol əlində tutmuşdur. O, qadına yaxınlaşıb asta səslə səsləmiş, qadın arxaya dönən zaman tez həmin qadının sol əlində olan boz parıltılı rəngli çantasını əlindən alıb qaçmağa başlamışdır. Çantanı qadının əlindən alan zaman mənzilin qapısı açılmış, qaçıb uzaqlaşmaq istəyən zaman bir nəfər cavan oğlan ona yaxınlaşmış və artıq çata bilməyəcəyini görüb çantanı yerə tullayıb oradan qaçaraq uzaqlaşmışdır. 16 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində olan zaman Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları ona yaxınlaşıb 13 mart 2023-cü il tarixdə soyğunçuluq hadisəsi törətməyindən şübhəli olduğunu bildirib onu 33-cü polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində olan zaman polis əməkdaşları onun hadisə baş verən günü müşahidə kameralarına düşməyini bildirmişlər. O,da polis əməkdaşlarına səmimi etiraf etmişdir ki, həmin soyğunçuluq hadisəsini o özü törətmişdir. Polis bölməsində olan zaman ona məlum olmuşdur ki, həmin qadının soyadı və adı Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncuya heç bir xəsarət yetirməmiş, soyğunçuluq hadisəsini özü tək törətmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 03 oktyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşının, yəni ailənin Bakı şəhərində yaşamadığı mənzili vardır. Pula ehtiyac yarandığından həmin mənzili satmışlar. Mənzili satdığı puldan “Kapital Bankda” şəxsi hesab açdırıb pula adına köçürtmüşdür ki, nə vaxtsa lazım olsa pulu bankdan çıxarar. 12 mart 2023-cü il tarixdə axşam saatlarında böyük oğlu Elvinlə telefon əlaqəsi saxlamış, söhbət zamanı Elvin pula ehtiyacı olduğunu bildirmişdir. Onun şəxsi hesabında pul olduğu üçün oğlu Elvinə narahat olmamağı, pulu ona göndərəcəyini demişdir. 13 mart 2023-cü il tarixdə istirahət günü olduğu üçün yaşadığı evdə olmuşdur. Həmin gün saat 16 radələrində Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında, X6 rayon filialına getmişdir. Orada şəxsi hesabından olan 5000 manat pulu kassadan aldıqdan sonra bankdan çıxmışdır. Bankdan çıxdıqdan sonra bankın yaxınlığında yerləşən marketə daxil olmuş, marketdən meyvə-tərəvəz, 1 ədəd 65 manat dəyərində boz rəngli, parıltılı və naxışlı qadın çantası alıb çıxmışdır. Eləcə də 1890 manat kredit ödəmişdir. Artıq saat 20:00 radələrində taksi avtomobilinə əyləşib yaşadığı evə getmiş, evə çatan zaman oğlu Elmirə zəng vurub bildirmişdir ki, yorğundur, əlində yük var, liftə minib evə çatanda qapını açsın. Qeyd etmişdir ki, yaşadığı bina bir blokdan ibarətdir və bir ədəd lift vardır. O, liftə minən zaman bir nəfər ağzında tibbi maska ilə yanından keçib pilləkənlərlə yuxarı qalxmağa başlamışdır. O isə həmin şəxsə əhəmiyyət verməyib liftə minib 8-ci mərtəbənin düyməsini sıxmışdır. Əlində tutduğu çantanın içərisində 3000 manat nağd pul, şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və sənədlər olmuşdur. Liftdən çıxan zaman sol əlində çantanı, sağ əlində isə içərisində meyvə tərəvəz olan sellofan paketi tutmuşdur. O, liftdən çıxıb sağ əlindəki sellofan torbanı yerə qoyub mənzilin qapısının zəngini vurmuşdur ki, oğlu Elmir qapını açsın. Bu zaman bloka daxil olan ağzında tibbi maska ilə onun yanından keçən şəxs onu səsləmişdir. O, arxaya dönən zaman həmin şəxs sol əlində tutduğu çantanı əlindən alıb qaçmışdır. Bu zaman mənzilin qapısı açılmış və bu hadisəni oğlu Elmir görmüşdür. Elmir dərhal həmin şəxsin ardı ilə gedən zaman həmin şəxs 7-ci mərtəbədə çantanı yerə atıb qaçıb getmişdir. Oğlu Elmir həmin şəxsin ardı ilə getmək istəyən zaman icazə verməmişdir. Bundan sonra yaşadığı mənzilə gəlmiş, qorxduğu üçün ilk öncə şikayət etmək istəməmişdir. Daha sonra düşünmüşdür ki, həmin şəxs digər onun kimi şəxslərə zərər yetirə bilər. Bu səbəbdən 16 mart 2023-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gedib ərizə ilə müraciət etmşdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və bu barədə protokol tərtib edilm şdir. Soyğunçuluq cinayət hadisəsini törədən şəxsi ilk dəfə idi ki, görmüşdür, hadisə zamanı ona qarşı zor tətbiq etməmişdir. Sonda ona mənəvi zərər dəydiyini, təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu anası Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd boz rəngli, parıltılı, naxışlı qadın çantasını istintaq təhvil vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, 13 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı raycnu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 147 ünvanda yerləşən yaşayış binasının girişinə 1 nəfər şəxs ağzında tibbi maska ilə daxil olur, təxminən 2 dəqiqə sonra binadan qaçaraq küçəyə çıxır. 2-ci video görüntüdən görünür ki, bir nəfər şəxs Zərərçəkmiş şəxs avtomobildən düşməsini izləyir, Zərərçəkmiş şəxs yaşadığı binaya daxil olduqdan sonra ağzında tibbi maskası olan həmin şəxs sonuncunun arxasıyca binanın blokuna daxil olur, təxminən 2 dəqiqə sonra binadan qaçaraq küçəyə çıxır. İş materiallarında olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 16 mart 2023cü il tarixli protokoldan görünür ki, tanınma zamanı Zərərçəkmiş şəxs ona qarşı soyğunçuluq cinayət hadisəsini törədən Təqsirləndirilən şəxs sıra ilə düzülmüş şəxslərin arasından tanımışdır. İş üzrə təyin edilmiş “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 257 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2794 nömrəli rəyindən görünür ki, 1 ədəd boz rəngli, parıltılı və naxışlı qadın çantasının orta istismar müddət və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 15 manat müəyyən olunur. İş materiallarında olan qəbzdən görünür ki, 1 ədəd boz rəngli, parıltılı və naxışlı qadın çantası maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, atasının sağlamlıq vəziyyətini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, materiallarında olan “Ege Hospital” tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X2 ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdur. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-507/2022 saylı, 25 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-507/2022 saylı, 25 noyabr 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-507/2022 saylı, 25 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 12 gün hissəsini çəkmiş, 02 il 03 ay 14 gününü hissəsini isə çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.1-ci ilə nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-507/2022 saylı, 25 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 03 (üç) ay 09 (doqquz) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 01 (bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 mart 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, 18 mart 2023-cü il tarixli, ünvan 2rt 2023-cü il tarixli, həmin məhkəmənin 4(010)-256/2023 saylı, 16 iyun 2023-cü il tarixli, həmin məhkəmənin 1(010)-510/2023 saylı, 06 iyul 2023-cü il tarixli, həmin məhkəmənin 1(010)-510/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi, 27 aprel 2023-cü il tarixdə 180.2.4cü maddəsi ilə ittiham elan edilmiş, ünvan 2rt 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 16 mart 2023-cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-256/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 06 iyul 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-510/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(010)-510/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək və məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən hökmün elan olunduğu 10 oktyabr 2023cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 24 (iyirmi dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-507/2022 saylı, 25 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 03 (üç) ay 09 (doqquz) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 01 (bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı 16 mart 2023-cü il tarixdən hökmün elan olunduğu tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 03 (üç) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 10 oktyabr 2023-cü il tarixdən, saat 11:50-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-510/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-510/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver