Məhkəmə qərarları › İş №1(010)-513/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-513/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-513/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru X12, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-513/2023 saylı 09 avqust 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 506/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-513/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində vətəndaş X1 məqsədi olmadan qanunsuz olaraq, bir sellofan bükümdə təmiz çəkisi 1,182 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-kustar üsulla hazırlanmış heroini 50 manata almaqla əldə etmiş, əldə etdiyi narkotik vasitəni cibinə qoyub üstündə saxlamaqla eyni zamanda daşıyaraq Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsinə gətirədən sonra, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatların yoxlanılması məqsədilə Suraxanı rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:00 dəqiqədə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən köhnə toxuculuq fabrikinin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nə gətirilərək üstündə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,182 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçiləri arasında “kokos” deyilən heroindən tüstüsünü çəkmək və tozunu iyləmək yolu ilə buruna qəbul edib. Arabir “patı” deyilən metamfetamin də qəbul etmiş, amma daha çox heroin istifadə etmişdir. Ümumiyyətlə, 2-3 ildir ki, arabir narkotik qəbul etmişdir. Narkotiki çox zaman təsadüfi rastlaşdığı adamlardan almışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində özü qəbul etmək üçün narkotik almaq istəmiş, Adil adı ilə tanıdığı, artıq sonradan istintaq zamanı X13 olduğunu bildiyi şəxsdən 50 manatlıq “kokos”, yəni heroin almışdır. Pulu ondan alandan sonra Adil şəffaf sellofan parçasından olan bir bükümdə narkotiki vermişdir. Narkotiki alıb əynindəki gödəkçəsinin cibinə qoymuş, oradan yaşadığı Bülbülə qəsəbəsinə qayıtmışdır. Həmin gün saat 15:00 rədələrində Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən köhnə toxuculuq fabrikinin yaxınlığında olduğu zaman gözlənilmədən üç nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Suraxanı rayon idarəsinin polis əməkdaşları kimi təqdim etmiş, ondan kimliyini soruşmuşlar. O da özünü təqdim edib özü və ünvanı barədə məlumat vermişdir. Polis əməkdaşları ona polis idarəsinə getməyi təklif etmişlər, səbəbini soruşanda isə narkotiklərlə bağlı qanunsuz hərəkət etməkdə şübhəli olduğunu demişlər. O, polis əməkdaşlarının tələblərinə tabe olub Suraxanı polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilərək bildirilmişdir ki, narkotiklərlə məşğul olması və üstündə narkot olmasını bilirlər, ona görə də saxlayıblar. Ona hüquqları, eləcə də vəkil istəmək hüququm izah edilmiş və dövlət hesabına vəkil çağırmışlar. Vəkili də ona hüquq və vəzifələrini izah etmiş, sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirmişlər. Əvvəl təklif edilmişdir ki, üzərində qanunsuz saxladığı hər hansı bir əşya varsa, çıxarıb təqdim etsin. O, əynindəki qara rəngli, üzərində qırmızı və ağ xətlər olan idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etdim. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və toz şəklində olan heroini görmüşlər. Sonra polis əməkdaşları ondan həmin bükümün içərisindəkinin nə olması, nə vaxt və haradan əldə etməsi barədə soruşmuşlar. O da həmin şəffaf sellofandan olan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Adil adil şəxsdən 50 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. Bundan sonra içində heroin olan sellofan büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfi özü də imzalamış, sonra zərf möhürlənmişdir. Bundan əlavə üstünü ətraflı axtarmışlar, amma heç bir şey aşkar edilməmişdir. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədləri imzalamışdır. Narkotik maddələr satmamış, belə bir məqsədi olmamışdır. Sonda əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 18 noyabr 2022-ci il tarixdə saat 11:20 radələrində o və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili polis leytenantı Şöhrət Əhmədov tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi “İlqar” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Orada məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqların birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı sonuncuya təklif olunmuşdur ki, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd gümüş rəngli bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə heroindir, heroini saxlandığı gün səhər radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata almış və öz istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Bundan sonra narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 18 noyabr 2022-ci il tarixdə X7 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatları daxil olmuş, bu barədə müvafiq qaydada məruzə ediləndən sonra onunla birlikdə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və cinayət axtarışı üzrə kiçik inspektor, polis serjantı Şahid3 daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. Onlar həmin gün saat 15:00-da Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən köhnə toxuculuq fabrikinin yaxınlığında xarici əlamətlərdən X11 və Təqsirləndirilən şəxs bənzəyən şəxslərə yaxınlaşaraq özlərini poliz əməmkdaşları kimi təqdim etmişlər. Yaxınlaşdıqları şəxslər də özlərini X14 və Təqsirləndirilən şəxs kimi təqdim etmiş, həmin şəxslərə bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarına görə şəxsi axtarışları aparılmalıdır və Suraxanı RPİ-nə dəvət etmiş, saxlanılan şəxslər razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nə getmişlər. Suraxanı RPİ-də hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi təqdim edilmiş, sonra isə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qırmızı-ağ xətləri olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofana bükülmüş heroini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə “kokos” kimi tanıdığı narkotik maddə vardır, büküm özünə məxsusdur, narkotik maddə heroinin 50 manat pula Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində Adil adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş, əlavə qanunsuz saxlanılan heç nə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra Bayram Əsgərovun şəxsi axtarışı keçirilərək üstündən aşkar edilib götürülənlərlə bağlı protokol tərtib edilmişdir, sonuncu da Mərdəkan qəsəbəsində Adi adlı şəxsdən “kokos” kimi tanıdığı narkotik aldığını bildirmişdir. Bundan sonra Suraxanı RPİ-nin əməkdaşları, baş əməliyyat müvəkkili Şahid2, kiçik inspektor Şahid3, təhqiqatçı X16 və Bakı şəhər 9 saylı vəkil bürosunun vəkili Akif Ağayevlə birlikdə Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsi gedərək, orada nömrəsiz evin qarşısında Adil adlı şəxsə oxşayan bir nəfərə yaxınlaşmışlar, həmin şəxsdən kimliyini soruşanda özünü X3 təqdim etmişdir. Adil Baxşəliyevin üzərində və yaşadığı ünvanda axtarışlar aparılmış və bu barədə protokollar tərtib edilməklə götürülən narkotik maddələr qablaşdırılmışdır. Barələrində əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxslərə, o cümlədən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 18 noyabr 2022-ci il tarixdə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və cinayət axtarışı üzrə kiçik inspektor, polis serjantı Şahid3 ilə birlikdə olduğu əməliyyat qrupunun tərkibində Şahid1 əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərara uyğun olaraq keçirilən tədbirlərdə iştirak etmişdir. Keçirilən tədbir zamanı X7 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatları yoxlanılmışdır. Əməliyyat qrupu həmin gün saat 15:00-da Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən köhnə toxuculuq fabrikinin yaxınlığında xarici əlamətlərindən X11 və Təqsirləndirilən şəxs bənzəyən şəxslərə yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Yaxınlaşdıqları şəxslər də özlərini X14 və Təqsirləndirilən şəxs kimi təqdim etmiş, həmin şəxslərə bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarına görə şəxsi axtarışları aparılmalıdır və Suraxanı RPİnə dəvət etmiş, saxlanılan şəxslər razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nə getmişlər. Suraxanı RPİ-də hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi təqdim edilmiş, sonra isə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axnarış aparılmışdır. Əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qırmızıağ xətləri olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofana bükülmüş heroini çıxarıb təqdim etmişdir. Suallara cavab verərək Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə “kokos” kimi tanıdığı narkotik maddə vardır, büküm özünə məxsusdur, narkotik maddə heroinin 50 manat pula Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində Adil adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş narkotik vasitə qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş, qanunsuz saxlanılan əlavə heç nə aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra Bayram Əsgərovun şəxsi axtarışı keçirilmiş və üzərindən aşkar edilib götürülənlərlə bağlı protokol tərtib edilmişdir. Bayram Əsgərov da “kokos” kimi tanıdığı narkotiki Mərdəkan qəsəbəsində Adi adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra Suraxanı RPİ-nin əməkdaşları, baş əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid3, təhqiqat şöbəsinin təhqiqatçısı X16 və Bakı şəhər 9 saylı vəkil bürosunun vəkili Akif Ağayevlə birlikdə Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsi gedərək, orada nömrəsiz evin qarşısında Adil adlı şəxsə oxşayan bir nəfərə yaxınlaşmışlar, həmin şəxsdən kimliyini soruşanda özünü X3 təqdim etmişdir, Adil Baxşəliyevin üzərində və yaşadığı ünvanda axtarışlar aparılmış və bu çarədə protokollar tərtib edilməklə götürülən narkotik maddələr qablaşdırılmışdır. Barələrində əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxslərə, o cümlədən Təqsirləndirilən şəxs qarşı saxlanılarkən və sonradan Suraxanı RPİ-də hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Cinayət-axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 il oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli 6/6660№-li ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ”Azərbaycan Respublikası Din Zərflər üçün №45” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə tamiz çəkisi 1,182 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin X8 üzərindən və yaşadığı evdən götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Ümumi təmiz çəkisi 1,182 qram olan heroinin 0,05 qramı tədqiqata sərt edildikdən sonra qalıq 1,132 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli 6/6662№-li ekspertiza rəyindən görünür ki, X4 aşkar edilərək götürülmüş heroinlər X14 və Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 953№-li rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 noyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-513/2023 saylı 09 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-506/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-513/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-506/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 95534 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 15 may 2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ilk dəfə olaraq cinayət törətməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,132 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 oktyabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,132 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfınə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar