Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-515/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1963-cü ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 28 – 30 mart 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aralarında etibarlı münasibətlər olan tanışı Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat pul müqabilində təqaüdə çıxmasına kömək edəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci il may ayının əvvəllərində sonuncunun 200 (iki yüz) manat pulunu, 3-4 gün sonra 800 (səkkiz yüz) manat pulunu, on gün sonra isə 500 (beş yüz) manat pulunu ünvan 2 ünvanın yaxınlığında aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə, 1500 (min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə hərəkət edərək, aralarında etibarlı münasibətlər olan tanışı Zərərçəkmiş şəxs hərbi qulluqçu olan övladı X2 xidmət yerinin Bakı şəhərinə dəyişdirilməsinə 1500 (min beş yüz) manat pul müqabilində kömək edəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun 1500 (min beş yüz) manat pulunu oğlu Məhər İbrahimov vasitəsi ilə 2021-ci il iyun ayının ortalarında ünvan 2 ünvanın yaxınlığında aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs aldatmaq barədə pulu ondan alana qədər qabaqcadan niyyəti olmamış, sadəcə sonradan ehtiyacı oİduğundan pul onda xərclənmiş və qaytara bilməmişdir. Amma Müşviqin özünə qəbz vermişdir ki, pulu qaytaracaqdır, Müşviq isə razılaşmayıb ondan şikayət etmişdir. İşin mahiyyəti üzrə göstərir ki, Zərərçəkmiş şəxs uzun zamandır ki, tanıyır, ona qarşı qərəzi, ədavəti yoxdur, şikayət etməsinə qədər münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin may ayında, Zərərçəkmiş şəxs demişdir ki, pensiyaya çıxmasına kömək edə bilər, bunun üçün sonuncudan 1500 (min beş yüz) manat pul istəmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmış və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi adlanan yerdə yaşadığı evin yaxınlığında olan kafedə ona əvvəl 200 (iki yüz) manat vermişdir. Sonradan müəyyən fasilələrlə elə həmin yerdə, başqa vaxtlarda iki dəfəyə daha 1300 (min üç yüz) manat pulu Müşviqdən almışdır. Zərərçəkmiş şəxs aldığı həmin pulları sonradan öz ehtiyacları olduğundan xərcləmişdir. Bundan bir ay sonra yenə bir dəfə Müşviqə hərbidə olan oğlu Ələddin Abbasovun xidmət yerini Bakı şəhəri yaxınlığına dəyişməsinə kömək edəcəyi barədə vəd vermiş və bu işə görə daha 1500 (min beş yüz) manat pul almışdır. Zərərçəkmiş şəxs həmin pulu almağı Qaraçuxur qəsəbəsinə yolu düşən oğlu Məhərə tapşırmış, oğlu da pulu götürüb ona gətirmiş, amma oğlunun onların söhbətindən xəbəri olmamış, pulun nə üçün ona verildiyini oğluna deməmişdir. Müşviqə söz verdiyi işlərin heç birini görməmiş, pul isə ehtiyaclarına xərclənib əlindən çıxmışdır. Baş verənlərə görə peşmandır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxsdən ümimilikdə, 3000 (üç min) manat məbləğində pul almışdır. İlk dəfə pulu Zərərçəkmiş şəxs pensiyaya çıxmasına kömək etməsi adı ilə almışdır. Növbəti dəfə isə pulu Zərərçəkmiş şəxs hərbidə işləyən oğlu Ələddin Abbasovun xidmət yerini dəyişmək adı ilə almışdır. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər onun tərəfindən tamamilə ödənilib və sonuncu ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri, həmçinin cinayət nəticəsində vurduğu zərərin 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini və törətdiyi əməldən çox peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən cinayət işinin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır ki, tanıyır. 2021-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxsla görüşüb söhbət edəndə sonuncu ona deyib ki, təqaüdə çıxmaqda ona kömək edə bilər. Fərhadı tanıdığına görə söhbət əsnasında onu aldada biləcəyi ağlına gəlməyib, ona inandığına görə dediyi ilə razılaşmışdır. Fərhad demişdir ki, pensiyaya çıxmağın sənədləşdirilməsində ona kömək edəcək və köməyinə görə isə 1500 (min beş yüz) manat pul istəyib. O, Fərhada inandığına görə razılaşmış və Nərimanov rayonu ərazisində ona 100 (yüz) manat, daha sonra isə 1400 (min dörd yüz) manat pul vermişdir. Fərhad pulu alandan sonra onu konkret olaraq harasa yönəltməmiş, hər dəfə rastlaşanda işlərin yaxşı olacağını demişdir. 2021-ci ilin iyun ayının ortalarında Fərhadla rastlaşdığı zaman bir dəfə söhbət uşaqlardan düşmüş, hərbi qulluqçu olan oğlu Ələddin Abbasovun evdən uzaqda xidmət etməsinə görə narahatlığını bildirmiş, Fərhad bunu eşidən zaman ona demişdir ki, oğlunun xidmət yerinin Bakı qarnizonuna dəyişdirilməsi mümkündür, bu məsələdə ona kömək edəcəkdir. Fərhad bu işə köməklik edəcəyinə görə də 1.500 (min beş yüz) manat məbləğində pul lazım olacağını bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Söhbətdən bir neçə gün sonra Fərhad özü pulu almaq üçün gəlmədən oğlu Məhəri göndərmişdir. Həmin vaxt Şahid2 da orada olmuşdur. İlqara deyib ki, Fərhada zəng vursun və oğlunun pul üçün gəldiyini desin. İlqar zəng vurub danışanda Fərhad pulu götürmək üçün oğlunu göndərdiyini təsdiq etmiş, o, da 1500 (min beş yüz) manat pulu Fərhadın oğlu Məhərə vermişdir. 2021-ci ilin may və iyun aylarında pulu alandan sonra Fərhad vəd verdiyi işlərlə bağlı heç bir hərəkət etməmiş, vaxt keçdikcə narahat olub Fərhaddan pulunu qaytarmasını tələb etmişdir. Fərhad isə müxtəlif bəhanələrlə başını qarışdırmışdır. Ona görə də məcbur olub 2021-ci ilin sentyabr ayında şikayət ərizəsi yazıb polisə müraciət etmişdir. Hal-hazırda aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun zamandır ki, tanıyır. Onların hər ikisi ilə bir tanış kimi normal münasibətləri vardır. Zərərçəkmiş şəxs da onun kimi Qaraçuxur qəsəbəsində yaşadığına görə, demək olar ki, qonşudurlar. Fərhad isə Əmircan qəsəbəsi tərəfdə yaşayır. Eyni zamanda bilir ki, Müşviq və Fərhad da bir-birlərini tanıyırlar. 2021-ci ilin yay aylarında, təxminən iyun ayında, dəqiq tarix yadında deyil, amma bilir ki, həmin vaxtlar polisə çağırılıb və izahat da vermişdir, Müşviqlə yaşadıqları məhəllədə bir yerdə olduqları zaman sonuncunun yanına Fərhadın oğlu Məhər gəlmiş və atasının adından pul istəmişdir. Müşviq bir qədər tərəddüd etməyə başlamış və əminlik üçün ona demişdir ki,-“Fərhadla bir danış, görüm nə deyir, pulu verim oğluna ya verməyim?”. O, həmin vaxt Fərhadın nəyə görə oğlunu Müşviqdən pul almağa göndərdiyini bilməmiş, Müşviqdən də bu barədə soruşmamış, fikirləşmişdir ki, özü demirsə, soruşmasa daha yaxşıdır. O, Fərhada zəng vurub demişdir ki, oğlu onların yanındadır, Müşviqlə pul ilə bağlı danışır. Fərhadın danışığından başa düşmək olmuşdur ki, oğlunun gəlməsi barədə məlumatlıdır, demişdir ki, bilir oraya gəlməyini, narahatlıq yoxdur, Müşviqə desin ki, pulu versin, uşaq ona gətirib çatdırar. O, da Fərhadın dediklərini Müşviqə bildirmiş və Müşviq oradaca Fərhadın oğlu Məhərə 1500 (min beş yüz) manat pulu vermişdir ki, atasına çatdırsın. Həmin vaxt Müşviq özü ona danışmışdır ki, Fərhada 1500 (min beş yüz) manat pulu verib ki, hərbiçi olan oğlu Ələddinin xidmət yerinin Bakı ərazisinə dəyişdirilməsinə kömək edəcək. O, artıq xeyli müddət keçəndən sonra Müşviqdən eşitmişdir ki, Fərhad həmin məsələyə görə onu aldatmış və pulunu qaytarmamışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun zamandır ki tanıyır, hər biri ilə normal münasibətləri vardır, rastlaşanda salamlaşır, hal-əhval tutur, söhbət edirlər. Zərərçəkmiş şəxs da onun yaşadığı Qaraçuxur qəsəbəsində yaşadığına görə daha tez-tez rastlaşırlar. Fərhad isə Əmircan qəsəbəsi tərəfdə yaşayır. Müşviq və Fərhad da bir-biri ilə tanışdırlar, onların aralarında əvvəllər, yəni Müşviq polisə şikayət verənə qədər, hər hansı bir narazılığın olmasını görməmişdir. 2021-ci ilin may ayında, dəqiq tarix yadında deyil, yaşadıqları məhəllədə bir-iki dəfə Müşviqlə Fərhadın görüşmələrinin şahidi olmuşdur. Onların görüşləri yadında ona görə qalmışdır ki, həmin vaxtlar Fərhad nəyə görə isə Müşviqdən pul almışdır. Sonradan o, Müşviqdən eşitmişdir ki, Fərhad ona hansısa bir iş görəcəyi barədə vəd vermiş, buna görə 1500 (min beş yüz) manat pul almış, amma sonradan aldadıb sözünə əməl etməmiş, pulu isə özünə istifadə edib qaytarmamışdır. Müşviq demişdir ki, Fərhad onu aldatmış və bunu qabaqcadan bilərəkdən etmiş, pulunu alıb özünə xərcləmişdir. Özü onların razılaşmalarının iştirakçısı və şahidi olmamış, amma onların pul ilə bağlı görüşmələri və Müşviqin Fərhada pul verməsi halları onun yanında baş vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da kifayət qədər təsdiq olunur. Məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onun etibarından sui-istifadə etməklə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmiş və onunla barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs vurmuş olduğu 3000 (üç min) manat ziyanı tam məbləğdə ödədiyini, məhkəməyə təqdim etdiyi 03 noyabr 2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, o, dövlət büdcəsinə hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs vurduğu 3000 (üç min) manat zərərin 25 (iyirmi beş) faizi miqdarında, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti ödəniş edib. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi X3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 (beş) ilə endirilmiş və həbsdən azad edilmişdir. Həmçinin tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. İşin faktiki halları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs onunla barışmış və cinayət əməli ilə Zərərçəkmiş şəxs vurduğu ziyanın 25 faizi miqdarında, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6 – 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 08 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduğuna görə bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 08 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-515/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-515/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver