Məhkəmə qərarları › İş №1(010)-518/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-518/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-518/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 04 iyul 2023-cü il tarixdə, saat 12:30-da, Bakı şəhərində xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə, saat 06 radələrində ya jadığı ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ona qeyri-rəsmi münasiəbətdə olduğu qadından ayrılmamasını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli, ayağı və taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona burun qanaxması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı, burun kökünün şişkinliyi, sol saidin səthi sıyrıqları, sağ mil-bilək oynağının, sağ saidin qançırları, sağ bazunun və sağ dirsək oynağının sıyrıqları ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs həyat yoldaşıdır, 2006-cı ildə ailə həyatı qurmuşlar, birgə nikahlarından üç övladları olmuş və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Münasibətləri əvvəllər yaxşı olsada sonralar onun başqa bir qadınla münasibəti olması səbəbindən korlanmış və bu səbəbdən Vəfa bir neçə dəfə boşanmaq üçün müraciət etsədə, israrlı xahişlərindən sonra ərizəsini geri götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində yaşadığı evdə imiş və işləri ilə məşğul olurmuş. Həmin vaxtı Vəfa ona həmin qadından kənar durmasını və ailəsini dağıtmamasını demişdir. O, həmin qadınla münasibətinin olmasını və əgər xoşu gəlmirsə evdən çıxıb getməsini demişdir. Vəfa ona getməyəcəyini demiş və eyni sözləri təkrar etməyə başlamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və həmin vaxtı o, çarpayıda uzanıqlı vəziyyətdə, Vəfa isə ayaq üsdə dayanıqlı vəziyyətdə olmuşdur. Mübahisə zamanı əsəbləşdiyi üçün ayağı ilə Vəfanın sifətindən vurmuş və bu səbəbdən Vəfanın burnu qanamışdır. Daha sonra sonra ayağa qalxmış və masanın üzərində olan taxta parçasını götürərək dəfələrlə Vəfanın kürəyinə eyni zamanda çiyninə vurmuşdur. Bundan sonra Vəfa əlindən taxta parçasını almış və daha sonra yumruqla Vəfanın başından dəfələrlə zərbələr vurmuşdur. Həmin vaxtı Vəfanın halının pisləşdiyini gördüyü üçün kənara çəkilmiş və Vəfa bu barədə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs həyat yoldaşıdır, 2006-cı ildə ailə həyatı qurmuşlar, birgə nikahlarından üç övladları olmuşdur və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Münasibətləri əvvəllər yaxşı olsa da sonralar Təqsirləndirilən şəxs başqa bir qadınla münasibəti olması səbəbindən korlanmış və bu səbəbdən o, bir neçə dəfə boşanmaq üçün müraciət etsə də, Asifin israrlı xahişlərindən sonra ərizəsini geri götürmüşdür. Bir neçə müddətdir başqa qadınla münasibəti olması səbəbindən Asifə həmin qadından ayrılmasını desə də, Asif bunu etiraf etməmiş və bu səbəbdən aralarında söz mübahisəsi baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 06:00 radələrində yaşadığı evdə imiş və işləri ilə məşğul olurmuş. O, həmin vaxt Asifə həmin qadından kənar durmasını və ailəsini dağıtmamasmı demişdir. Asif həmin qadınla münasibəti olmasını etiraf etməmiş və ona xoşun gəlmir evdən çıx get demişdir. O, Asifə getməyəcəyini demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt Asif çarpayıda uzanıqlı vəziyyətdə və o, isə ayaq üsdə dayanaraq Asif ilə söhbət edirmiş. Mübahisə zamanı Asif anidən ayağı ilə sifətindən vurmuş və həmin vaxtı burnu qanamışdır. Daha sonra sonra Asif ayağa qalxmış və masanın üzərində olan taxta parçasını götürərək dəfələrlə kürəyinə eyni zamanda çiyninə vurmuşdur. Bundan sonra Asifin əlindən taxta parçasını almış və daha sonra Asif yumruqla başından dəfələrlə zərbələr vurmuşdur. Daha sonra onun halının pisləşdiyini Asif gördüyü üçün kənara çəkilmiş və O, əsəbləşərək bu barədə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Eyni zamanda ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Sonda o, barəsində ittiham irəli sürülmüş şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2023-cü il tarixli «475» saylı ekspertizası rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-burun qanaxması ilə müşayiət olunan burun sümüyünün yerinidəyişməyən sınığı, burun kökünün şişkinliyi, sol saidin səthi sıyrıqları, sağ mil-bilk oynağının, sağ saidin qançırları, sağ bazunun və sağ dirsək oynağının sıyrıqları, qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 13 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar