Məhkəmə qərarları › İş №1(010)-519/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-519/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-519/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X4 iştirakı ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, 21 – 23 mart 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07 iyun 2023-cü ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 6,640 qram olan maddə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən 21 mart 2023-cü il tarixdə saat 09:20-də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması səbəbindən ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 6,640 qram olan maddə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 21 mart 2023-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat ödəməklə bir ədəd bükümdə narkotik vasitə marixuana almış və sonra istifadə etmək üçün üzərində saxlayaraq oradan birbaşa Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq savxozunda yerləşən “Nazar” marketin yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişdirdilər. O, polis əməkdaşlarını görüb əlini cibinə salaraq cibində olan narkotik maddəni çıxararaq yerə atmaq istəmiş, lakin sonradan həmin narkotik maddənin yerə atdığını polis əməkdaşlarının görəcəyini başa düşmüş və fikrindən daşınmışdır. Polis əməkdaşları ondan cibində nə olmasını soruşmuşdurlar. O, da cibində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu ərazi üzre Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişdirlər. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişdirlər. Ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişdirlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içində marixuana kimi tanıdığı narkotik maddə olmasını, onu 21 mart 2023-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığımı bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 21 mart 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Quşçuluq sovxozu ərazisində xidmət aparan zaman “Nazar” marketin yaxınlığında qarşısında 1 nəfər şəxsin özünü şübhəli apardığını aşkar etmişdir. Bu səbəbdən də ona yaxınlaşmış və özünü təqdim etmişdir. Həmin şəxsə yaxınlaşan zaman əlini cibinə atdığını, hansısa əşyanı çıxardıb yerə atmaq istədiyini, lakin sonradan fikrindən daşındığını aşkar etmişdir. Ondan cibində nə olduğunu soruşduqda narkotik vasitə olduğunu bildirmişdir. O, Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4 ilə birlikdə həmin şəxsi 30-cu polis şöbəsinə dəvət etmişlər, həmin şəxs də heç bir etiraz etmədən, müqavimət göstərmədən Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinə gəlmişdir. 30-cu polis şöbəsində olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Onlar bu barədə raportla bölmə rəisinə məruzə etmişlər və həmin raport əsasında bölmənin təhqiqatçısı X9 Babayevə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4 da Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə suaı verilir, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi kağız bükümünün içərisində “bitki mənşəli qurudulmuş marixuana” kimi tanıdığı narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuanadır və özü istifadə etmək məqsədilə 21 mart 2023-cü il tarixdə Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata almışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 7/415 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 6,640 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 6,640 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 6,62 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2869 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyaya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdurvardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23.03.23-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 6,640 qram narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 6,62 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına olan «doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 birgə nikahından 17 dekabr 2007-ci ildə X7, 06 dekabr 2010cu ildə X8 və 27 avqust 2013-cü ildə X2 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X17 24 saylı Şəhər Poliklinikasının Qadın Məsləhətxanası tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Babayeva Günel 14 iyun 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixə qədər 32-33 həftə hamiləliyində 24 saylı Şəhər Poliklinikasının Qadın Məsləhətxanasında müayinə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, həyat yoldaşının hamilə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 23 – 24 iyul 2022-ci il tarixlərdə və hazırkı iş üzrə 21 – 23 mart 2023-cü il tarixlərdə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 iyun 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,62 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 23 – 24 iyul 2022-ci il tarixlərdə və hazırkı iş üzrə 21 – 23 mart 2023-cü il tarixlərdə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin . Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,62 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar