Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-52/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30.04.2020-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəza müddətini çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçrilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 evdə qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 126.2.4 və 221.3cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30.04.2020-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəza müddətini çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyi halda, məhkumluğu ödənilmədən və ya götürülmədən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,214 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 (on) manat müqabilində əldə edib özündə saxlayaraq daşımış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29.08.2021-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanda saxlanılaraq, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 1 (bir) ədəd bükümdə 0,214 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 29.08.2021-ci il tarixdə, günorta vaxtlarında öz evində yatdığı zaman, çoxsaylı polis əməkdaşları onun evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olmuş və onu yatdığı yerdə tutmuşlar. O, içəridə olduğu zaman evdə axtarış da aparmışlar. Daha sonra onu zorla 31-ci Polis Bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları ona psixolosi, həm də fiziki şiddət göstərmiş, lakin o, qorxduğundan, bu barədə heç bir instansiyaya şikayət etməmişdir. Belə ki, onu külli miqdarda narkotiklə rəsmiləşdirəcəklərini bildirib, ona narkotikin öz üzərinə götürməsi üçün psixolosi təsir göstərmişlər. O, da məsburiyyət qarşısında qalaraq, polis əməkdaşlarının əvvəlsədən ona verdikləri bükümü kamera qarşısında sibindən çıxardaraq, onun özünə məxsus olduğunu bildirmişdir. Əslində isə onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. İbtidai istintaq dövründə cinayət işinin materiallarındakı imzalar ona məxsus deyildir. Tutulmamışdan əvvəl də o, narkotik vasitədən istifadə etməmişdir. Onun təqdim etdiyi narkotik vasitəni daha çox miqdarla rəsmiləşdirmişlər. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir.Narkotik vasitənin heroin kimi tanıdığı növündən istifadə edir və ineksiya yolu ilə bədəninə daxil edir. O, 10 manat pula aldığı narkotik vasitə olan heroini özü üçün istifadə etmək məqsədi ilə əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bükülü formada gizlətmişdir.Qərara gəlmişdir ki, həmin narkotik vasitəni bədənində ağrılar olan zaman inyeksiya yolu ilə bədəninə daxil edər. Bu məqsədlə 29.08.2021-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, 27 saylı evin qarşısına gəlmişdir. Həmin vaxt ona mülkü geyimdə 2 nəfər şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim etməklə, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkilləri olduqlarını bildirmişlər. Bundan sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Həmin vaxt polis əməkdaşlarına özünü təqdim etmişdir. Daha sonra həmin polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Bundan sonra o, heç bir etiraz etmədən könüllü olaraq polis əməkdaşları ilə birlikdə 31 -ci PB-nə getmişdir. Həmin bölmədə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olarsa, maddi sübut formasında götürülməsini bildirmişlər. O, həmin vaxt onlara heç bir etiraz etməmişdir. Bundan sonra 31-ci PB-də olan xidməti otaqların birində Suraxanı RPİ-nin 31- ci PB-nin əməkdaşları Şahid1, Şahid2 və təhqiqatçı Telman Camalovun iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Həmin vaxt onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi bir daha ona təklif edilmişdir. O, 10 manat pula aldığı və üzərində gizlətdiyi, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükülünü əli ilə çıxararaq təqdim etmişdir. Lakin buna baxmayaraq, onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi gödəkcənin boynuna və işərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. O, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükülüdə olan maddənin heroin narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra ondan həmin bükülünü hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, o, həmin narkotik vasitəni tanımadığı şəxsdən və hansı tarixdə almağının yadında olmadığını bildirmiş və şəxsi istifadəsi üçün üzərində saxladığını polis əməkdaşlarına demişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu onun tərəfindən müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitə olan 1 (bir) ədəd bükülü zərfə qoyularaq, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır.Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. O, əməlindən peşman olduğunu göstərmişdir. Həmçinin, o, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman, ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən daxili işlər orqanlarında, 2021-ci il tarixdən Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir.Hazırda xüsusi rütbəsi polis baş leytenantıdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin sinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılması barədə qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Tural Cəfərovun adına 29.08.2021-ci il tarixdə tərəfindən raport yazmışdır. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə qərar və əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib etmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Tural Cəfərov tərəfindən müvafiq əmr imzalanmaqla, əməliyyat tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir.Həmçinin, tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə 31-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Tural Cəfərov tərəfindən məktubla məlumat verilmişdir. 29.08.2021-ci il tarixdə, saat 20:00 radələrində o, Suraxanı RPİ-nin 31-ci PBnin sinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə ünvan 1 ünvanda Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirmişlər. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq, üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərəbar Suraxanı RPİ-nin 31-ci polis bölməsinə getsin. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 31-ci PB-nə getməyinə razı olmuşdur. Bundan sonra o, Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Tural Cəfərovun adına raport tərtib etmişdir ki, bölməyə tutularaq şübhəli şəxs qismində gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş versin. Həmin raportun araşdırılması Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis mayoru X4 həvalə edilmişdir. Suraxanı RPİ-nin 31 -ci PB-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında təhqiqatçı Tural Camalov tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı X5 tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa, onu masa üzərində təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 1 (bir) ədəd gümüşü rəngli bükülünü çıxarıb, xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlamlmışdır. İlk öncə onun əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli bükülünü əli ilə göstərərək, onun heroin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sorğu-sual ediləndə, Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər maddəni özünə məlum olmayan tarixdə və məlum olmayan şəxsdən 10 (on) manat pula aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirdilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq, zərfin ağzı Suraxanı RPİ- nin 31-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir. Əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin güya 29.08.2021-ci il tarixdə, günorta vaxtlarında öz evində yatdığı zaman evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq saxlanılması, sonunsunun evində axtarış aparılması barədə verdiyi izahatının heç bir əsası yoxdur. Təqsirləndirilən şəxsin saxlanılması üçün çoxsaylı polis əməkdaşlarının iştirakına da zərurət olmamışdır. Sonunsuya qarşı heç bir psixoloji və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasına əlavə şahid qismində dindirilmiş Şahid3 suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs atasının əmisi oğludur, sonunsu ilə qonşuluqda yaşayır. O, fəhlə işləyir. Hadisə günü nahar fasiləsində evinə gəldikdə, Vaqifgilin həyətində çoxsaylı polis əməkdaşlarının olduğunu və Vaqifin atasının da orda olduğunu görmüşdür. Sonunsudan nə baş verdiyini soruşduqda, Vaqifin atası polislərin narkotik maddə istifadəsinə görə Vaqifi aparmağa gəldiklərini və Vaqifin qapını açmadığını bildirmişdir. Polislər yaxınlaşıb Vaqifin atası ilə danışdıqdan sonra evə tərəf qayıdaraq, dəmir barmaqlıqları sındırmış və içəri daxil olub, Vaqifi mülki maşına oturdaraq aparmışlar. Bu zaman Vaqifin əynində sins şalvar və uzunqol köynək olmuşdur. İş materiallarından görünür ki, 29.08.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİnin təhqiqatçısı polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, saxlanılması məqsədi ilə Bakı şəhəri Nizami RPİ-nin X6 göndərilmişdir. İş materiallarından görünür ki, 31.08.2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 31.08.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-432/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29.08.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli 4(010)-593/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 12.12.2021-ci il tarixə qədər uzadılmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.08.2021-ci il tarixli 6/3771 №-İi rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-195” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,214 qr qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd:heroinin təmiz çəkisi - 0,214 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,05 qram, qalıq - 0,164 qram. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 X7-narkoloji X2 07.10.2021-ci il tarixli 3811 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş xəttşünaslıq ekspertizasının 14.02.2022-ci il tarixli 4/68 saylı ekspert rəyindən görünür ki, cinayət işinin materiallarında olan imzalar təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30.04.2020-ci il tarixli qərarı ilə çəkilməmiş qalan cəza müddətini çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçrilməsi barədə qərar qəbul edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 14.03.2022ci il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 29.08.2021-ci il tarixinə cəzasının çəkilmiş hissəsi 08 il 08 ay 04 gün, cəzasının çəkilməmiş hissəsi 03 ay 26 gün təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, məhkəmə islasında ifadə vermiş təqsirləndirilən şəxs onun üzərində hər hansı bir narkotik vasitənin olmadığını göstərərək, daha sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi narkotik vasitənin daha çox miqdarla rəsmiləşdirdiyini qeyd etmişdir. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində əks olunmuş müddəalar bir-biri ilə ziddiyət təşkil edir. İbtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə cinayət işinin materiallarındakı imzaların ona məxsus olmadığını göstərsə də, məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza təqdiqatının nətisəsi olaraq onun bu mülahizəsinin əsası olmadığı müəyyən edilmişdir. Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində hadisə günü təqsirləndirilən şəxsin həyətində çoxsaylı polis əməkdaşlarının olduğunu və Vaqifin atasının da orda olduğunu, sonunsudan nə baş verdiyini soruşduğunu, Vaqifin atası polislərin narkotik maddə istifadəsinə görə Vaqifi aparmağa gəldiklərini və Vaqifin qapını açmadığını bildirdiyini, polislərin yaxınlaşıb Vaqifin atası ilə danışdıqdan sonra evə tərəf qayıdaraq, dəmir barmaqlıqları sındırdıqlarını və içəri daxil olub, Vaqifi mülki maşına oturdaraq apardıqlarını bu zaman Vaqifin əynində sins şalvar və uzunqol köynək olduğunu göstərmişdir. Məhkəmə qeyd olunan şahidin ifadəsinə tənqidi yanaşır. Belə ki, qeyd olunan şahid iş üzrə təqsirləndirilən şəxsin qohumu olaraq, göstərilən ifadəni vermişdir. Sinayət prosesual qanunverisiliyin tələblərinə əsasən qohumlar məhkəmə islasında şahid qismində ifadə vermək hüquqlarına malikdirlər. Eyni zamanda, göstərilən ifadələr iş üzrə mühüm əhəmiyyət kəsb edən digər mötəbər və mümkün sübutlarla da təsdiq olunmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, şahid verdiyi ifadəsində təqsirləndirilən şəxsin tututlduğu zamanı, sonunsunun əynində sins şalvarın və uzunqol köynəyin olduğunu göstərsə də, iş materiallarından təqsirləndirilən şəxsin əynində sins şalvarın və qısaqol köynəyin olduğu müəyyən olunur. Şahid3 ifadəsində əks olunmuş digər hallar da iş üzrə mühüm əhəmiyyət kəsb edən digər mötəbər və mümkün sübutlarla təsdiq olunmur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olduğunu barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 266 manat 70 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş səzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2013-cü il tarixli qərarı ilə təyin olunmuş 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 26 gün hissəsi qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 266 manat 70 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-52/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-52/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver