Məhkəmə qərarları › İş №1(010)-52/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-52/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-52/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, 14 fevral 2023-cü il tarixdə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, ünvan 3ci il tarixli qərarı ilə barəsində əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmaqla 29 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 383/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 19 iyul 2022-ci tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-315/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı həbs qətimkan tədbiri təsdiq edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgəsinin əmlakını açıq olaraq talama məqsədilə 27 mart 2022-ci il tarixdə günorta saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən qəbiristanlığın və “Əflatun” şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşaraq əli ilə onun boyun nahiyəsindən tutaraq həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun özündən getməsindən istifadə edərək əynində olan qara rəngli gödəkçənin sağ içəri cibindən içərisində bir ədəd 05 (beş) manat dəyərində nömrə olan bir ədəd qiyməti 180 manat olan "Redmi Note 9” markalı mobil telefonun və gödəkçəsinin sağ döş cibindən 127 manat pulu açıq talama yolu ilə ələ keçirərək, ümumilikdə, zərərçəkmiş Zərərçəkmiş şəxs 312 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 26 mart 2022-ci il tarixdə qonşusunun evinin damını təmir edib qayıdarkən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən qəbirstanlığın və “Əflatun” şadlıq sarayının yaxınlığında sərxoş vəziyyət daşın üzərində oturan bir nəfəri görmüş, sonuncuya kömək etmək istədiyindən oraya yaxınlaşmışdır. Bu zaman adını sonradan öyrəndiyi hazırki iş üzrə Zərərçəkmiş şəxs özünə məxsus olan mobil telefonu ona verərək, ondan taksi sifariş verməsini xahiş etmişdir. O, sonuncunun ona verdiyi telefonu götürmüş, şifrəli olduğundan telefona daxil olub taksi sifariş edə bilməmişdir. Həmin şəxsi başqa bir nəqliyyat vasitəsinə mindirmək üçün dayanacağa ötürmək istəyərkən sonuncu birdən-birə onu təhqir etməyə başlamışdır. O, sərxoş vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs ilə mübahisə etməmiş, sonuncudan uzaqlaşmış, mobil telefonu sonuncuya verməyi unutduğundan cibində qalmışdır. Həmin ərazidə yerləşən tikinti məhsulları satılan mağazaya doğru gedərkən bir neçə nəfərin onun arxasıyca qaçdığını görmüş, qorxub özünü itirdiyindən orada yerləşən kafelərin birinə daxil olmuşdur. Bakı şəhər Suraxanı Rayon 31-ci Polis Bölməsinin əməkdaşları olan, lakin həmin vaxt özlərini təqdim etməyən şəxslər onu tutmuş, qollarını bükərək onu Bakı şəhər Suraxanı Rayon 31-ci Polis Bölməsinə aparmışlar. Burada onu Zərərçəkmiş şəxs məxsus mobil telefonu və 127 manat məbləğində pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə ittiham etmişlər, o isə ittihamı qəbul etməmişdir. 2 gün ərzində Polis Bölməsində saxlanıldıqdan sonra onu Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerində aparmışlar, o daha 2 gün burada qalmışdır. Saxlanıldığı 2 günün sonunda Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinin binasını tərk etmiş, təxminən 20 metr getmişdir ki, Bakı şəhər Suraxanı Rayon 31-ci Polis Bölməsinin əməkdaşları yenidən onu tutaraq Polis Bölməsinə gətirmiş, yenidən Zərərçəkmiş şəxs məxsus mobil telefonu və 127 manat məbləğində pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə ittiham etmişlər. Bölmədə fiziki və psixoloji işgəncələrə məruz qaldığından törətmədiyi cinayət əməlini üzərinə götürüb etirafedici ifadə verməyə məcbur olmuşdur. Sonda cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxsun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmənin 10 yanvar 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 4 ünvanından çıxaraq Bakıxanov qəsəbəsi, Stansiya adlanan yerdə yerləşən “Kontakt Home” mağazasına gəlib kreditini ödəmişdir. "Kontakt Home” mağazasından çıxaraq atasının Köhnə Suraxanı qəbirstanlığında yerləşən qəbrini ziyarət etmək üçün gəlmişdir. Qəbirstandan çıxıb bir qədər irəliləmişdir ki, “Əflatun” şadlıq sarayının yanında yerləşən yolun kənarında bariyerin üstündə oturmuşdur. Bu vaxt iki nəfərin - biri bir qədər hündür boylu, tutqun qəhvəyi dəri rəngli, üzərində kirli gödəkçə, əlində araba olan hazırki iş üzrə Təqsirləndirilən şəxs və başqa bir şəxsin ona tərəf gəldiyini görmüşdür. O, həmin şəxslərin qaraçı olduğunu düşünmüşdür. Mütəmadi olaraq spirtli içki qəbul etdiyindən elə həmin gün də sərxoş vəziyyətdə olmuşdur. Sərxoş olduğu üçün bir qədər huşunu itirmiş, ayıldıqdan sonra əynindəki qara rəngli gödəkçənin sağ içəri cibində təxmini qiyməti içərisində bir ədəd 05 (beş) manat dəyərində nömrə olan və dəyəri 420 manat olan bir ədəd "Redmi Note 9” markalı telefonun və sağ döş cibində 127 manat pulun yerində olmadığını görmüş, dərhal 102 çağrı mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona, ümumilikdə, 547 manat maddi ziyan dəymişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, o, mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoş vəziyyət düşür. Həm hadisə baş verərkən, həm də müvafiq polis bölməsində izahatı alınarkən sərxoş vəziyyətdə olmuşdur, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, ümumiyyətlə, xatırlamır. Zərərcəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ziyan ödənildiyi, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Əlavə olaraq məhkəmədən Rüstəm Səttərova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində yenidən ifadə vermiş Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, yolun kənarındakı bariyerin üzərində oturarkən iki nəfərin - biri bir qədər hündür boylu, tutqun qəhvəyi dəri rəngli, üzərində kirli gödəkçə, əlində araba olan hazırki iş üzrə Təqsirləndirilən şəxs və başqa bir şəxsin ona tərəf gəldiyini görmüşdür. O, spirtli içki qəbul etdiyi üçün birdən huşunu itirmiş, ayıldıqdan sonra boyun nahiyəsində zərbənin təsirindən yaranan ağrıya bənzər narahatlıq hiss etmişdir, lakin bunun kim tərəfindən icra edildiyindən əmin olmamışdır. İş materiallarında olan 27 mart 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, “Suraxanı qəbirstanlığı” və “Əflatun” şadlıq sarayının yaxınlığındakı hadisənin baş verdiyi yeri əyani olaraq göstərmişdir. İş materillarında olan 29 mart 2022-ci il tarixli “Əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Xioami” markalı “Redmi note 9c” modelli mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim etdi və bunu Zərərçəkmiş şəxs açıq talama yolu ilə ələ keçirdiyini bildirdi. İş materillarında olan 29 mart 2022-ci il tarixli şahid “İfadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs və tərcüməçi X4 iştirakı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisə yerini göstərməklə 27 mart 2022-ci il tarixdə günorta saat 13 radələrində hazırda durduqları yerdə daşın üstündə oturan Zərərçəkmiş şəxs yaxınlaşaraq əli ilə onun boyun nahiyəsindən vurduğunu, sonuncunun özündən getməsindən istifadə edərək əynində olan gödəkçənin sağ içəri cibindən bir ədəd mobil telefonun və gödəkçəsinin sağ döş cibindən 127 manat pulu açıq talama yolu ilə ələ keçirdiyini bir daha etiraf etmişdir. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs tanıdığını və boynuna yumruqla zərbə endirməklə mobil telefonunu və pulunu ələ keçirən şəxs olmasını göstərib ifadəsində qeyd etdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmşdir. İş materillarında olan 29 mart 2022-ci il tarixli “Şəxsin tanınması haqqında” pr006Ftokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuşdur, Zərərçəkmiş şəxs keçirilən istintaq hərəkəti zamanı digər 4 nəfərlə tanınması üçün təqdim olunan Təqsirləndirilən şəxs tanıyaraq 27 mart 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı qəbiristanlığı yaxınlığında baş vermiş soyğunçuluq hadisəsinin əli ilə işarə edərək göstərdiyi Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir. İş materillarında olan 29 mart 2022-ci il tarixli "Əşyanın tanınması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü olaraq təqdim olunan “Xioami” markalı “Redmi note 9c” modelli mobil telefon əlavə olaraq 4 ədəd telefonla birlikdə Zərərçəkmiş şəxs tanımaya təqdim olunmuş, sonuncu bunu tanıyaraq baş vermiş soyğunçuluq hadisəsi zamanı ələ keçirildiyini bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21 aprel 2022-ci il tarixli 9/2318 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Xiaomi” markalı “M2006C3MG (Redmi 9C) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin mart ayına olan bazar qiyməti təxminən 180.00 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş 24 iyun 2022-ci il tarixli tələbnamədən müəyyən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 29-cu, 177.2.1-ci, 29-cu və 177.2.3-cü maddələri təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama ağırlaşdırıcı hallarda insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilmədə ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 23-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsində 27 mart 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 4 ünvanından çıxaraq Bakıxanov qəsəbəsi, Stansiya adlanan yerdə yerləşən “Kontakt Home” mağazasına gəlib kreditini ödədiyini, "Kontakt Home” mağazasından çıxaraq atasının Köhnə Suraxanı qəbirstanlığında yerləşən qəbrini ziyarət etmək üçün gəldiyini, qəbirstandan çıxıb bir qədər irəlilədikdən sonra “Əflatun” şadlıq sarayının yanında yerləşən yolun kənarında bariyerin üstündə oturduğunu, bu vaxt əlində araba bir qədər hündür boylu, tutqun qəhvəyi dəri rəngli, üzərində kirli gödəkçə olan hazırki iş üzrə Təqsirləndirilən şəxs ona tərəf gəldiyini, sonuncunun ona suallar verərək söhbətə tutduğunu, bir qədər söhbət etdikdən sonra əli ilə onun boynundan vurduğunu, bu səbəbdən huşunu itirdiyini, özünə gəldikdən sonra həmin şəxs tərəfindən telefonunun və pulunun oğurlandığını aşkar etdiyini bildirmişdir. Məhkəmənin 10 yanvar 2023-cü il tarixli iclasında isə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində mütəmadi olaraq spirtli içki qəbul etdiyini, “Əflatun” şadlıq sarayının yanında yerləşən yolun kənarında daşın üstündə oturduğunu, bu vaxt əlində araba bir qədər hündür boylu, tutqun qəhvəyi dəri rəngli, üzərində kirli gödəkçə olan hazırki iş üzrə Təqsirləndirilən şəxs və başqa bir şəxsin ona tərəf gəldiyini, hadisənin baş verdiyi gün də sərxoş vəziyyətdə olduğunu, bu səbəbdən huşunu itirdiyini, ayıldıqdan sonra əynindəki qara rəngli gödəkçənin sağ içəri cibində təxmini qiyməti içərisində bir ədəd 05 (beş) manat dəyərində nömrə olan və dəyəri 420 manat olan bir ədəd "Redmi Note 9” markalı telefonun və sağ döş cibində 127 manat pulun yerində olmadığını aşkar etdiyini göstərmişdir. Məhkəmənin sonrakı iclasında isə Zərərçəkmiş şəxs ifadəsində hadisənin baş verdiyi gün yolun kənarındakı bariyerin üzərində oturarkən iki nəfərin - biri bir qədər hündür boylu, tutqun qəhvəyi dəri rəngli, üzərində kirli gödəkçə, əlində araba olan hazırki iş üzrə Təqsirləndirilən şəxs və başqa bir şəxsin ona tərəf gəldiyini, spirtli içki qəbul etdiyi üçün birdən huşunu itirdiyini, ayıldıqdan sonra boyun nahiyəsində zərbənin təsirindən yaranan ağrıya bənzər narahatlıq hiss etdiyini, lakin bunun kim tərəfindən icra edildiyindən əmin olmadığını göstərmişdir. İbtidai istintaqın həmin mərhələsində əldə edilmiş sübutların (müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, onlara əlavə edilmiş fotoşəkillər, Zərərçəkmiş şəxs ifadəsi, ekspertiza rəyləri) məcmusuna nəzər yetirdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talanması müəyyən edilərkən Zərərçəkmiş şəxs izahatı əsas götürülmüşdür. Halbuki, Zərərçəkmiş şəxs cinayət işinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən Təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər hansı şəkildə zor tətbiq edilibedilmədiyindən əmin olmadığı görünür. Bundan başqa məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin Təqsirləndirilən şəxs sonuncunun boynundan vurmaqla onun huşunu itirməsindən istifadə edərək ona məxsus əmlakı açıq şəkildə talaması ilə bağlı hissəsindəki ziddiyətli məqamların olması, sonuncunun həm hadisənin baş verdiyi vaxt, həm də özünün deməsinə görə müvafiq polis bölməsində ifadə verərkən sərxoş vəziyyətdə olması Təqsirləndirilən şəxs tərəfindən onun əmlakının həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talanmasına dair qəti fikrə gəlməyi istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ içəri cibindən içərisində bir ədəd 05 (beş) manat dəyərində nömrə olan 420 manat olan bir ədəd "Redmi Note 9” markalı telefonun və sağ döş cibində olan 127 manat pulun həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talanması, yəni onun əməlində Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. Beləlikdə, hazırki cinayət işinin materiallarında Təqsirləndirilən şəxs sonuncuya məxsus “Redmi Note 9” markalı mobil telefonu və 127 manat pulu Zərərçəkmiş şəxs boynuna zərbə yetirməklə onun huşunu itirib özündə olmamasından istifadə edərək, yəni həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilməklə törədilməsinə dair mötəbər sübut yoxdur. Bundan başqa cinayət işi üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA” birliyi X8 22 saylı şöbəsinin verdiyi 28 mart 2022-ci il tarixli 316 nömrəli rəydən də göründüyü kimi, Zərərçəkmiş şəxs Aleksandroviçin müayinəsi zamanı sonuncunun bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ içəri cibindən içərisində bir ədəd 05 (beş) manat dəyərində nömrə olan 420 manat olan bir ədəd "Redmi Note 9” markalı telefonun və sağ döş cibində olan 127 manat pulu həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talanmasına dair hər hansı bir mötəbər sübut olmadığı, yəni sonuncunun Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirli olması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər və təkzib edilməz sübutların məcmusu ilə təsdiq olunmadığı halda, sadəcə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilə bilməz. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 37-ci bəndinə əsasən, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Hazırki cinayət işinin həm ibtidai, həm də məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs vermiş olduqları ifadələrində ortaq məqamlar vardır ki, bu da onların hadisənin baş verməsindən bilavasitə əvvəl bir-birlərini görməsi olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs özünü soyğunçuluq cinayətini törətməkdə təqsirli bilməsə də etiraf etmişdir ki, özünün deməsinə görə Zərərçəkmiş şəxs kömək məqsədilə taksi sifariş vermək üçün sonuncunun ona verdiyi mobil telefonu həqiqətən də götürmüş, daha sonra geri qaytarmamışdır. Cinayət işinin materiallarına sübut qismində əlavə edilmiş digər materialların da qarşılıqlı əlaqələndirilməsindən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamada ifadə olunan hərəkətləri icra etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı Rayon 31-ci Polis Bölməsinə gətirildikdən sonra orada polis işçiləri tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığına görə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı mobil telefonu və 127 manat pulu açıq talama yolu ilə ələ keçirməsi barədə etirafedici izahat verməsi barədə oğlunun ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 27 mart 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxaraq Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində “Əflatun” şadlıq sarayının yanında yerləşən evə təmir işləri ilə bağlı gəlmişdir. Təxminən 10 gün müddətdə həmin evin hasarında çardaq qurulması işi ilə məşğul olmuşdur. Təxminən saat 13 radələrində bir nəfər şəxsin işlədiyi evin qarşısında daşın üstündə oturduğunu görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq nə səbəbə orada oturduğunu öyrənmək istəmişdir. Sonuncunun sərxoş olduğunu görmüş, ciblərində pul ola biləcəyini düşünmüşdür. Həmin vaxt maddi tələbatları ilə əlaqədar pula ehtiyacı olmuşdur. Rüstəm Səttar Zərərçəkmiş şəxs boyun nahiyyəsindən yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs özündən getmişdir. Təqsirləndirilən şəxs onun bütün paltarlarını axtarmağa başlamışdır. Zərərçəkmiş şəxs əynindəki gödəkçənin sağ içəri cibində bir ədəd telefon olduğunu əli ilə yoxlayarkən görmüş və götürmüşdür. Gödəkçənin sağ döş cibində isə 127 manat pulu götürərək oradan uzaqlaşmışdır. Həmin pulu maddi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən ona qarşı fiziki və psixoloji təzyiqə məruz qaldığına görə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı mobil telefonu və 127 manat pulu açıq talama yolu ilə ələ keçirməsi barədə etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs heç dəlillə möhkəmləndirilməyən ifadəsini inandırıcı hesab etmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29 mart 2022-ci il tarixli protokoldan, 31 mart 2022-ci il tarixli “Sübhəli şəxs qismində tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad olunması barədə” Qərardan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 aprel 2022-ci il tarixli qərardan, ünvan 3ci il tarixli, həmin məhkəmənin 4(010)-383/2022 saylı, 28 iyun 2022-ci il tarixli və həmin məhkəmənin 1(010)-315/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022ci il tarixdə sübhəli şəxs qismində tutulmuş, 31 mart 2022-ci il tarixdə müvəqqəti saxlanma yerindən azad edilmiş, 02 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ünvan 3ci il tarixli qərarı ilə barəsində əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmaqla 29 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-383/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 19 iyul 2022-ci tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-315/2022 saylı, 19 iyul 2022-ci il tarixli qərarı həbs qətimkan tədbiri təsdiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sübhəli şəxs qismində tutulduğu 29 mart 2022-ci il tarixindən 31 mart 2022-ci il tarixədək olan 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 02 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış “Xioami” markalı “Redmi note 9c” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Zərərçəkmiş şəxs soyğunçuluq yolu ilə ələ keçirilmiş 127 manat məbləğindən pula dair sonuncuya Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 02 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “Xioami” markalı “Redmi note 9c” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar