Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-522/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X22 və X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçı X5 vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X12 və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, 01 dekabr 2023-cü il tarixdə, Bakı şəhərində 01 iyun 1953-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-24/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.3-cü, 178.2.4-cü, 308.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il müddətə azaldılmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X18 yalan olduğunu bilə-bilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X22 və X5 şərəf və ləyaqətimizi ləkələyən, onları nüfuzdan salan məlumatları müxtəlif vaxtlarda kütləvi informasiya vasitələrində və “Youtube” sosial şəbəkəsində yaymaqla sonunculara böhtan atmış, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. X29 və X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X12 Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.1-ci maddəsi ilə 06 ay müddətə, 147.2ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm elan olunması xahiş etmişlər. Bundan başqa X29 və X1 Adilağa Minəxan oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixli “Kanal 13”ə məxsus “Youtube” kanalında “Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur. ARAŞDİRİN - Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolarda X12 onlara qarşı söylədiyi şor və böhtanların “Kanal 13”ə məxsus “Youtube” kanalında təkzib edilməsi öhdəliyinin X12 üzərinə qoyulması, onlara dəymiş mənəvi zərərin əvəzi kimi, hər birinə 4000 (dörd min) manat olmaqla, ümumilikdə, 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin X9 tutularaq onlara ödənilməsi barədə hökm elan olunması xahiş etmişlər. Məhkəmə iclasında dindirilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X18 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci və 147.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmiş, mülki iddianı qəbul etməmiş, bununla belə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X29 və X7 qarşı sonuncuları hər hansı formada ittiham edən ifadələr səsləndirmədiyini bildirmiş, buna baxmayaraq Azərbayan Respublikası Silahlı Qüvvələrinin general mayoru X4 məhkəmə qarşısında üzr istəmiş, “Youtube” sosial platformasında yerləşən “Kanal 13” tərəfindən onun müsahibəsinin razılığı olmadan yayımlanması səbəbindən sonuncunun rəhbərinə qarşı müvafiq hüquqi tədbirlərinin görülməsi üçün səlahiyyətli məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçıları, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçı X5 vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdehi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, X18 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 147.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçı X29 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə kanal 13-ə məxsus Youtube kanalında “Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur, ARAŞDİRİN-Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolarda X12 çıxışları öz əksini tapmışdır. Həmin videoçıxışlarda bildirilir: “Sahil-D Kompani MMCnin icraçı direktoru bildirir ki, Söhrab Əliyev və Nazim Hüseynov adlı şəxslər şirkətin adından istifadə edərək bina sakinlərindən 1,5 milyon manat məbləğində vəsaiti mənimsəyiblər. Adilağa Hüseynov bununla bağlı dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq sözügedən məbləğin nəyə xərclənməsi ilə bağlı hesabat verilməmişdir. Danışır ki, sözügedən şəxslər elektrik enerjisi ilə bağlı problemlərin həll olunacağı adı ilə vətəndaşlardan imza toplayaraq “Xətai-33” şirkətini yaratmışlar. Vətəndaşın iddialarına görə bu halların baş verməsinə köməkçi şəxs Ədliyyə Nazirliyinin İnsan Hüquqları və X11 rəisi Sabitova Aynur olmuşdur.” Həmin videoçıxışlarda daha sonra Adilağa Hüseynov bildirir: “Son dönəmlər bizim şirkətimizə qarşı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və X11 rəisi Sabitova Aynurun başçılıq etdiyi bir sıra insanlar qərəzli mövqelərdən çıxış edərək onların şirkətləri haqqında neqativ rəy yaratmağa çalışırlar. Əliyev Söhrab və Hüseynov Nazim öz cinayət əməllərini örtbasdır etmək üçün, sakinlərdən prezidentə təşəkkür məktubu yazmaq və elektrik enerjisi ilə bağlı problemləri həll etmək üçün üçün saxta imzalar toplamış və “Xətai-33” şirkətini yaratmışdır. Əliyev Söhrab və Hüseynov Nazim "xxxx" Kompani MMC-nin adından istifadə edərək sakinlərdən 1,5 milyon manat toplamış və cinayət əməli törətmiş və həmin cinayət əməlini ört-basdır etmək üçün müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Bugündə heç bir səbəb olmadan qanunsuz şəkildə və “Xətai-33” şirkətinin adından istifadə etməklə sakinlərdən külli miqdarda pul vəsaiti toplayırlar. Bununla bağlı mənim mediada çıxışımdan sonra Əliyev Söhrab, Hüseynov Nazim öz əməllərinə general mundiri geyinən Cəbrayılov Fəxrəddini də əlavə etmişlər. Fəxrəddin Cəbrayılovun kölgəsi altında ictimaiyyətdə öz cinayət əməllərini örtbasdır etdilər. X28 tövsiyyə edərdim kl. Mediada onun barəsində gedən iddialara cavab versin. O iddalardan biri də Nəcməddin Sadıqovun başçılığı altında Kəlbəcərin ermənilərə verilməsidir. Mən təəssüf edirəm ki, Fəxrəddin Cəbrayılov da bu işlərə qoşulub. “Xətai-33” şirkətinin yaradılması üçün Ədliyyə Nazirliyinə təqdim edilən sənədləri araşdırmışam və məlum olub ki, burda 283 imzadan 80 imza saxtalaşdırılmışdır.” Hüseynov Adilağa bizim sakinlərdən 1,5 milyon manat yığaraq mənimsədiklərini, eyni zamanda imzaları saxtalaşdırdıqlarını bildirməklə cinayət törətdiklərini iddia etmişdir. Videoçıxışda qeyd olunan məsələlər həqiqətə uyğun deyil və böhtan xarakterli cinayət əməlidir. Sözügedən 1,5 milyon manatla bağlı birdirir ki, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi binaların sakinləri tərəfindən xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilə ilə (dəyəri ******* manat) "xxxx" MMC-dən alınmışdır. Sakinlər müqavilənin dəyərini 2018-ci il tarixədək hissə-hissə şirkətə ödəmiş və ödənişlə bağlı Adilağa Hüseynov tərəfindən onlara qəbz verilmişdir. Məhz həmin qeyri-yaşayış sahəsi ilə bağlı pul vəsaitlərinin sakinlərdən onların yığdığını iddia etsə də Adilağa müəllim həmin pul vəsaitlərini özü qəbul etmişdir. Sakinlər ödənişləri tam başa çatdırmaqlarına baxmayaraq "xxxx" MMC qeyri-yaşayış sahəsi ilə bağlı lazım olan sənədləri sakinlərə verməkdən imtina etmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında binanın sakinlərindən iddiaçılar X29, X19, X13, X25, X30 cavabdeh "xxxx" MMC-ə qarşı “xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilə üzrə borcun olmaması barədə arayışın və plan-cizginin verilməsi” tələbinə dair iddia ərizəsilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh "xxxx" MMC isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin 19.01,2022-ci il tarixli, 2(005)-375/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilə üzrə borcun olmaması barədə arayışın və plan-cizginin verilməsi "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmuş və qarşılıqlı iddia rədd edilmişdir. Həmin məhkəmə prosesində də Adilağa Hüseynov bizi eyni qaydada ittiham etmiş ancaq məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həmin qəbzlər məhz onun özü tərəfindən sakinlərə verilmişdir. Eyni zamanda bildirmək "xxxx" MMC-nin direktoru Adilağa Hüseynov 2017-ci ildə həmin qeyri-yaşayış sahəsinin bir hissəsini Əliyev Mehdi adlı şəxsə satmış və satdıqdan sonra hətta 2018-ci ildə belə sakinlərdən həmin əmlakla bağlı bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə pul yığıb qəbzlər vermişdir. Yəni onları mənimsəmə cinayəti törətməkdə ittiham edən Hüseynov Adilağa özü növbəti cinayət əməlinə yola vermişdir. Bunu nəzərə alan Nərimanov rayon Məhkəməsi Hüseynov Adilağa barəsində xx.xx.2023-cü il tarixdə, 2(005)-173/2023 nömrəli xüsusi qərardad çıxarmış və sözügedən məsələlərdə cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün iş materialları Nərimanov rayon Prokurorluğuna göndərilmişdir. Eyni zamanda onları cinayət törətməkdə ittiham edən X20 ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 61 nömrəli mənzili iki nəfərə satdığı üçün Nərimanov rayon Məhkəməsinin 21,02.2020-ci il tarixli, 1(005)-24/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 308.1, 313-cü və digər maddələri ilə təqsirli bilinmiş və məhkum edilmişdir. "xxxx" MMC-nin və onun direktorunun qeyri-qanuni əməlləri tək binanın sakinlərini deyil məhkəmələri də təngə gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 169/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində (Sədrlik edən X27) göstərilir: “Məhkəmə kollegiyası qeyd edir ki, dəfələrlə keçirilmiş ekspertiza tədqiqatı nəticələrinin eyni olması həmin rəylərlə müəyyən edilən halların həqiqiliyinə şübhə yeri qoymur. Hər dəfə ekspert rəyləri ilə X17 məxsus müqavilə və ona verilmiş maliyyə arayışındakı imzanın Məzahir Cəfərova məxsus olmasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İşə baxan məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Sərkərova ilə bağlanmış müqavilə sonradan arxa tarixə tərtib edilmişdir. Ona görə məhkəmə qətnamə çıxarmaqla yanaşı eyni zamanda fakta görə xüsusi qərardad çıxarmışdır. "xxxx" MMC-nin məhkəmə mübahisələri ilə bağlı təcrübəsi göstərir ki, həmin şirkətdə müqavilələrin arxa tarixə tərtib edilməsi adi hal almışdır. Dəfələrlə həmin faktlarla bağlı xüsusi qərardadlar çıxarılsa da, hüquq mühafizə orqanları hazırki vaxta qədər həmin məsələyə cinayət hüquqi qiymət verməmişdir.” Göründüyü kimi, "xxxx" MMC-nin saxtakarlıqları qətnamələrlə təsdiq olunsa belə onların əməllərinə hüquqi qiymət verilmir. Bundan sonra "xxxx" MMC Bakı İnzibati məhkəməsinə müraciət edərək Xətai-33 MMC-nin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Oradada da Hüseynov Adilağa onların imzaları saxtalaşdırdıqlarını iddia edərək sözügedən MMC-nin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11716/2022 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi Hüseynov Adilağanın videoçıxışda qeyd etdiyi məsələlərin hamısı Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin qərarı ilə inkar edilmiş və öz təsdiqini tapmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, Adilağa Hüseynov yalan olduğunu bilə bilə bizim şərəf və ləyaqətimizi ləkələyən məlumatları kütləvi informasiya vasitəsində yaymışdır. X18 “Kanal13”ə məxsus Youtube kanalında "Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur, ARAŞDİRİN - Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolarda onları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə müəyyənləşdirilən cinayət əməlini törətməkdə ittiham etmişdir. Yəni xüsusilə ağır cinayət əməlini törətməkdə ittiham etmişdir. X6M3-ə məxsus Youtube kanalında "Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur, ARAŞDİRİN-Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolarda onları eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddəsi ilə müəyyənləşdirilən cinayət əməlini törətməkdə ittiham etmişdir. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X12 Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi “Kanal13”ə məxsus Youtube kanalında “Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur, ARAŞDİRİN-Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videoların çıxarışları ilə sübut edilir. Həmçinin mülki iddia ərizəsini də müdafiə edərək, X12 Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.1-ci maddəsi ilə 06 ay müddətə, 147.2ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixli “Kanal 13”ə məxsus “Youtube” kanalında “Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur. ARAŞDİRİN - Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolarda X12 onlara qarşı söylədiyi şor və böhtanların “Kanal 13”ə məxsus “Youtube” kanalında təkzib edilməsi öhdəliyinin X14 üzərinə qoyulması, onlara dəymiş mənəvi zərərin əvəzi kimi, hər biirnə 4000 (dörd min) manat olmaqla, ümumilikdə, 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin X10 tutularaq onlara ödənilməsi barədə hökm elan olunması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçı və X2 Söhrab Soltan oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş “CD” disklərə baxış zamanı X18 01 noyabr 2022-ci il tarixində “YouTube” platformasının “Kanal 13” kanalındakı çıxışında aşağıdakıları qeyd edir: “...Sahil-D Kompani MMC-nin icraçı direktoru bildirir ki, Söhrab Əliyev və Nazim Hüseynov adlı şəxslər şirkətin adından istifadə edərək bina sakinlərindən 1,5 milyon manat məbləğində vəsaiti mənimsəyiblər. Adilağa Hüseynov bununla bağlı dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq sözügedən məbləğin nəyə xərclənməsi ilə bağlı hesabat verilməmişdir. Danışır ki, sözügedən şəxslər elektrik enerjisi ilə bağlı problemlərin həll olunacağı adı ilə vətəndaşlardan imza toplayaraq “Xətai-33” şirkətini yaratmışlar. Vətəndaşın iddialarına görə bu halların baş verməsinə köməkçi şəxs Ədliyyə Nazirliyinin İnsan Hüquqları və X11 rəisi Sabitova Aynur olmuşdur.” Həmin videoçıxışlarda daha sonra Adilağa Hüseynov bildirir: “Son dönəmlər bizim şirkətimizə qarşı Ədliyyə Nazirliyinin İnsan Hüquqları və X11 rəisi Sabitova Aynurun başçılıq etdiyi bir sıra insanlar qərəzli mövqelərdən çıxış edərək onların şirkətləri haqqında neqativ rəy yaratmağa çalışırlar. Əliyev Söhrab və Hüseynov Nazim öz cinayət əməllərini örtbasdır etmək üçün, sakinlərdən prezidentə təşəkkür məktubu yazmaq və elektrik enerjisi ilə bağlı problemləri həll etmək üçün üçün saxta imzalar toplamış və “Xətai-33” şirkətini yaratmışdır. Əliyev Söhrab və Hüseynov Nazim "xxxx" Kompani MMC-nin adından istifadə edərək sakinlərdən 1,5 milyon manat toplamış və cinayət əməli törətmiş və həmin cinayət əməlini ört-basdır etmək üçün müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Bugündə heç bir səbəb olmadan qanunsuz şəkildə və “Xətai-33” şirkətinin adından istifadə etməklə sakinlərdən külli miqdarda pul vəsaiti toplayırlar. Bununla bağlı mənim mediada çıxışımdan sonra Əliyev Söhrab, Hüseynov Nazim öz əməllərinə general mundiri geyinən Cəbrayılov Fəxrəddini də əlavə etmişlər. Fəxrəddin Cəbrayılovun kölgəsi altında ictimaiyyətdə öz cinayət əməllərini örtbasdır etdilər. X28 tövsiyyə edərdim ki, mediada onun barəsində gedən iddialara cavab versin. O iddialardan biri də Nəcməddin Sadıqovun başçılığı altında Kəlbəcərin ermənilərə verilməsidir. Mən təəssüf edirəm ki, Fəxrəddin Cəbrayılov da bu işlərə qoşulub. “Xətai-33” şirkətinin yaradılması üçün Ədliyyə Nazirliyinə təqdim edilən sənədləri araşdırmışam və məlum olub ki, burada 283 imzadan 80 imza saxtalaşdırılmışdır...” Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdehə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ifadələri, maddi sübutlar və məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər mötəbər sübutlarla tam sübuta yetirilir. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təsdiq edən tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməllərinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdehin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, çıxışlarında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçıların heç birinə qarşı sonuncuları hər hansı formada ittiham edən ifadələr səsləndirməməsi barədə X18 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X22 və X5 özgə əməlakını mənimsəməkdə və sənədləri saxtalaşdırmaqda ittiham edərək onlara böhtan atmışdır. Bununla belə, X18 məhkəmə araşdırması zamanı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar X22 və X5 faəliyyətlərindəki özünün çıxışlarında ifadə etdiyi qanunsuzluqları sübuta yetirə bilməmişdir. Məhkəmə xüsusi icraata qaydasında şikayətin materiallarını nəzərdən keçirərkən müəyyən edir ki, X3 Söhrab Soltan oğlunu və X8 179.4-cü maddəsində nəzərdə tutulmuş ələli törətməkdə ittiham etməklə böhtan atması ilə yanaşı, həmçinin həmin Məcəllənin 320.2-ci və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddiyeddiildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozisiyasında ağır və ya xüsusilə ağır cinayətdə ittiһam etməklə böһtan atmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbayan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatı baxımından xüsusilə ağır cinayətlər kateqoriyasına, 320.2-ci və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatı baxımından ağır cinayətlər kateqoriyasına aiddir. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti etibarı başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçılar yüksək hərbi rütbəli məmurlardır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hazırda məhkumluğunun olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X18 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-24/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3-cü, 178.2.4-cü, 308.1 maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Öz əməlinə tənqidi münasibətini və barışıq cəhdlərinin olmasını məhkəmə X12 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X12 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi X15 Azərbaycan Respublikası CM-nin 147.1-ci və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə isıah işləri növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, X15 Azərbaycan Respublikası CM-nin 147.1ci və 147.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, X29 və X1 Adilağa Minəxan oğluna qarşı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixli “Kanal 13”ə məxsus “Youtube” kanalında “Ədliyyə Nazirliyinin əməkdaşı qanunsuz işlərlə məşğuldur. ARAŞDİRİN - Şirkət Rəhbərinin etirazı” və “Fikrət Məmmədov işçisini cəzalandıracaqmı? - AYNUR SABİTOVAYA qarşı YENİ İTTİHAMLAR” başlıqlı videolarda X12 onlara qarşı söylədiyi şor və böhtanların “Kanal 13”ə məxsus “Youtube” kanalında təkzib edilməsi öhdəliyinin X12 üzərinə qoyulması, onlara dəymiş mənəvi zərərin əvəzi kimi hər birinə 4000 (dörd min) manat olmaqla, ümumilikdə, 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin X9 tutularaq onlara ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, X29 və X7 X15 qarşı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X18 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına və Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş islah işləri cəzaları qismən toplamaq yolu ilə X15 qəti olaraq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. X18 ona təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin. X18 ona təyin olunmuş islah işləri cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. X29 və X7 X15 qarşı irəli sürdükləri mülki iddia baxılmamış saxlanılsın. X29 və X7 X15 qarşı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-522/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-522/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver