Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-524/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim, Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2, təqsirləndirilən şəxsin müdafiəçiləri Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi və X3 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 20 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 1(010)-524/2023 saylı qərarı ilə barəsində axtarış elan edilməklə 14 noyabr 2023-cü il tarixdən etibarən həbsdə saxlanılan X2 Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, bundan başqa təkrarən tamah məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, X5 özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 13 may 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısının kilidini sındırma yolu ilə içəriyə qanunsuz daxil olaraq orada ümumi dəyəri 3000 (üç min) manat təşkil edən 06 (altı) ədəd 04 (dörd) metrlik, 12 (on iki) ədəd 02 (iki) metrlik dəmir boruları, 04 (dörd) ədəd dəmir qapını, 06 (altı) ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları, 14 (on dörd) ədəd 04 (dörd) metrlik dəmir şvelleri, 04 (dörd) ədəd darvaza çərçivəsini, 06 (altı) ədəd 03 (üç) metrlik dirsəkliyi, 15 (on beş) ədəd 20 (iyirmi) mm-lik 04 (dörd) metrlik dəmir borunu, 04 (dörd) ədəd alüminium pəncərənin və 05 (beş) ədəd listləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə, 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2022-ci il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısının kilidini sındırma yolu ilə içəriyə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 2000 (iki min) manat təşkil edən 04 (dörd) ədəd 04 (dörd) metrlik, 03 (üç) ədəd 02 (iki) metrlik dəmir boruları, 01 (bir) ədəd dəmir qapını, 01 (bir) ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlığı, 03 (üç) ədəd 04 (dörd) metrlik dəmir şvelleri, 05 (beş) ədəd 20 (iyirmi) mm-lik 04 (dörd) metrlik dəmir borunu gizli olaraq talamaq istəsə də, öz iradəsindən asılı olmayan səbəblərə görə həmin yaşayış evinin həyətyanı sahəsinə nəzarət edən Şahid1 tərəfindən saxlanıldığından, cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə özünə iş tapa bilməmiş, pula ehtiyacı olduğu üçün də məcbur qalaraq oğurluq etmək qərarına gəlmişdir. 12 may 2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda piyada hərəkət edərək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən həyət evlərindən birinin qarşısından keçərkən boylanıb həmin həyətdə yaşayış olmadığını, bir çox dəmir boru və başqa əşyalar olduğunu görmüşdür. Bu zaman həmin dəmir boruları oğurlamaq qərarına gəlmişdir. Səhəri gün tezdən “«166»” yükdaşıma xidmətinə zəng edib həmin evin ünvanını verərək həmin evdən dəmir boru və əşyaları daşımaq üçün çağırmışdır. Sonra, həmin evin hasarına qalxıb həyətə düşmüş və həyət darvazasını içəridən açmışdır. Biraz sonra «166» yükdaşıma xidmətinin tanımadığı sürücüsü həmin evin qarşısına gəlmişdir. Avtomaşını həyətə salıb həyətdə olan dəmir boruların və digər əşyaların bir hissəsini həmin yük avtomobilinə yükləmiş, qalan dəmir boruları isə sonra gəlib oğurlamağı qərarlaşdırmış, oğurladığı dəmir boru və alətləri Nərimanov rayonunda yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Orada tanımadığı şəxsə oğurladığı dəmir boru və əşyaları hər kiloqramını 04 (dörd) qəpik olmaqla, cəmi 305 (üç yüz beş) manata satmış və həmin puldan yük avtomobilinin pulunu verib qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Həmin günün sabahısı, yəni 14 may 2022-ci il tarixdə o, təkrar həmin həyətdəki qalan dəmir boruları və digər əşyaları da oğurlamaq qərarına gəlmiş, bu məqsədlə də, «166» yükdaşıma xidmətinə zəng edib yenə həmin bir gün əvvəl oğurluq etdiyi ünvana çağırmışdır. Sonra, yenə də hasardan həyətə düşüb darvazanı açmış və yük avtomobili gəldikdən sonra həmin həyətdə olan qalan dəmir boru və digər əşyaları həmin yük avtomobilinə yükləmək istəyən zaman, həmin həyətə nəzarət edən, özünü Şahid1 kimi təqdim edən şəxs həyətə gəlmiş və onun oradan oğurluq etdiyini görüb polisə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerindən oğurlamaq istədiyi əşyaları götürüb apara bilməmişdir. Hadisə yerindən qaçıb getmişdir. 20 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq etdiyi oğurluq əməlini şifahi etiraf etmişdir. 13 may 2022-ci il tarixdə 06 (altı) ədəd 04 (dörd) metrlik, 12 (on iki) ədəd 02 (iki) metrlik dəmir boruları, 04 (dörd) ədəd dəmir qapını, 06 (altı) ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları, 14 (on dörd) ədəd 04 (dörd) metrəlik dəmir şvelleri, 04 (dörd) ədəd darvaza çərçivəsini, 06 (altı) ədəd 03 (üç) metrlik dirsəkliyi, 15 (on beş) ədəd 20 (iyirmi) mm-lik 04 (dörd) metrlik dəmir borunu, 04 (dörd) ədəd alüminium pəncərənin və 05 (beş) ədəd listləri oğurlamış, 14 may 2022-ci il tarixdə isə 04 (dörd) ədəd 04 (dörd) metrlik, 03 (üç) ədəd 02 (iki) metrlik dəmir boruları, 01 (bir) ədəd dəmir qapını, 01 (bir) ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlığı, 03 (üç) ədəd 04 (dörd) metrlik dəmir şvelleri, 05 (beş) ədəd 20 (iyirmi) mm-lik 04 (dörd) metrlik dəmir boru oğurlamağa cəhd etmişdir. Zərərçəkmiş şəxs vurduğu ziyanı ibtidai istintaq dövründə tamamilə ödəmişdir. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində 2 azyaşlı övladının olmasını, azadlıqda olub işləyərək ailəsini dolandırmaq istədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1990-cı ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində bir hektar torpaq sahəsi alaraq orada yaşayış evi tikmək qərarına gəlmiş, orada yarımtikili tiksə də, tam şəkildə tikintini başa çatdıra bilməmiş və həyətyanı sahəyə tikinti materialları yığmışdır. Həmin torpaq sahəsini dörd tərəfli hasarla hörmüş və giriş üçün dəmir qapı qoymuşdur. Yaxınlıqda yaşayan qohumu Şahid1 xahiş etmişdir ki, torpaq sahəsinə və tikinti materiallarına nəzarət etsin. 14 may 2022-ci il tarixdə saat 10 radələrində Elgün ona zəng edərək məlumat verib bildirmişdir ki, həyətyanı sahədən bir nəfər şəxs tikinti materiallarını oğurlayıb «166» yük avtomobilinə yığan zaman həmin şəxsi saxlamışdır. Həmin vaxt uzaqda olduğu üçün Elgündən xahiş etmişdir ki, polisə ərizə ilə müraciət etsin. Həmin əşyalar ona məxsusdur, oğurluq nəticəsində ona 5000 (beş min) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs X5 tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədən X4 cəza verilərkən qeyd olunan halları nəzərə almasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmədən X5 barəsində yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 9 ildir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz evdə yaşayır. Yaşadığı evin yaxınlığında əmisi oğlu Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi vardır, torpaq sahəsinin dörd bir yanı hasarlanmışdır. Həmin torpaq sahəsinə dəmir darvaza qoyulmuşdur. Əmisi oğlu orada yaşamadığı üçün həmin torpaq sahəsinin nəzarəti ona tapşırılmışdır. Adıgedən torpaq sahəsində əmisi oğlu Arifə məxsus tikinti materialları qoyulmuş, mütəmadi olaraq həmin torpaq sahəsinə baş çəkmişdir. 14 may 2022-ci il tarixdə torpaq sahəsində olan 10 (on) ədəd 04 (dörd) metrlik, 15 (on beş) ədəd 02 (iki) metrlik dəmir boruların, 05 (beş) ədəd dəmir qapının, 07 (yeddi) ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqların, 18 (on səkkiz) ədəd 04 (dörd) metrlik dəmir şvellerin, 04 (dörd) ədəd darvaza çərçivəsi, 06 (altı) ədəd 03 (üç) metrlik dirsəkliyin, 20 (iyirmi) ədəd 20 mm-lik 04 (dörd) metrlik dəmir borunun, 04 (dörd) ədəd alüminium pəncərənin, 05 (beş) ədəd list dəmirlərin oğurlandığını aşkar etmişdir. 15 may 2022-ci il tarixdə həmin torpaq sahəsinin darvazasının qarşısında «166» nömrəli yükdaşıma şirkətinə məxsus dövlət nömrə nişanı **-JL-*** olan yük maşının dayandığını görmüşdür. Oraya yaxınlaşan zaman bir nəfər tanımadığı şəxs tərəfindən əmisi oğlu Arifə məxsus həyətdə yerləşdirilmiş dəmir boruların, dəmir barmaqlıqların, dirsəkliklərin və dəmir qapının götürülərək yük maşınına qoyulmasını görmüşdür. Daha sonra, Arifə bu barədə məlumat vermiş, Arif isə öz növbəsində ona demişdir ki, polis orqanına məlumat versin. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. Hadisə zamanı əmisi oğlu Arifə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Belə ki, ilkin 3000 (üç min) manat dəyərində əşyalar oğurlanmış, sonuncu dəfə isə 2000 (iki min) manat dəyərində əşyaların oğurlanmasına cəhd olunmuşdur. Polis şöbəsinə ərizə ilə özü müraciət etsə də, həmin əşyalar əmisi oğlu Arifə məxsusdur. Şahid1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir və məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən metalqəbulu məntəqəsində işləyir. Belə ki, məntəqəyə müraciət edən vətəndaşlardan müxtəlif çeşidli qara və əlvan metalları müxtəlif qiymətlərə alaraq təyinatı üzrə satmışlar. 13 may 2022-ci il tarixdə saat 10:30 radələrində bir nəfər şəxs məntəqəyə yaxınlaşaraq metal satmaq istədiyini bildirmişdir. Satmaq istədiyi metal «166» yükdaşıma xidmətinə məxsus olan yük avtomobilinə yüklənmişdir. Metalın sahibindən kim olduğunu soruşduqda, həmin şəxs X5 olduğunu bildirib satmaq istədiyi metalın isə öz bağ sahəsində olduğunu, özünə məxsus olduğunu bildirmişdir. O, metala baxmış, metalın metal boru və dəmirlər olduğunu görmüş, metalın kilosunu 04 (dörd) qəpikdən hesablayaraq 305 (üç yüz beş) manat pulu vermiş, metalları isə məntəqəyə boşaltdırmışdır. Həmin şəxs pulu aldıqdan sonra yük avtomobili ilə birlikdə ərazidən uzaqlaşmışdır. Gülağadan aldığı metalları bir neçə gündən sonra metal əritmə zavoduna 350 (üç yüz əlli) manat müqabilində satmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, «166» yükdaşıma şirkətində sürücü vəzifəsində işləyir. Həmin müddətdən ona təhkim olunmuş “Mitsubishi Fuso” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edir. 15 may 2022-ci il tarixdə, saat təxminən 09:12-də, ***-***-**-** saylı mobil nömrədən zəng edilərək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanından sifariş gəlmişdir. Sifarişi yerinə yetirmək üçün hərəkətə keçmiş və özünü Gülağa kimi təqdim etmiş şəxs yolboyu dəfələrlə onunla əlaqə saxlayıb tələsdirmişdir. Həmin ünvana çatdıqda yük avtomaşınını həyətə salmış və Gülağa onu qarşılamışdır. Boş torpaq sahəsində olan metalları yük avtomaşınına yerləşdirməyə başlamış, bir qədər sonra bir nəfər tanımadığı şəxs içəri daxil olmuş, Gülağaya nə iş gördüyünü soruşmuşdur. Aralarında bir qədər dialoq olmuş, daha sonra gələn şəxs torpaq sahəsinin başqasına aid olduğunu demişdir. Həmin vaxt Gülağa oradan qaçıb getmişdir. Bundan sonra, oraya gələn polis əməkdaşları onları Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 20 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Araz Məhərrəmov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanmışdır. 15 may 2022-ci il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən yarımtikili fərdi evin həyətyanı sahəsinə ümumi olaraq baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evlərinin yerləşdiyi, geniş həyətyanı sahəyə malik evin həyətində dəmirlərin və taxtaların olduğu, evin həyətində isə yarımtikilinin və geniş torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilib fotocədvəl kimi tərtib olunaraq protokola əlavə olunmuşdur. 15 may 2022-ci il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” digər protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən boş torpaq sahəsindən oğurluq hadisəsi baş verməsi ilə əlaqədar olaraq **-JL-*** dövlət qeydiyyat nişanlı, “Mitshibushi Fuso” markalı yük maşınının yük hissəsində dəmir barmaqlıqların, dəmir dirsəkliklərin və dəmir boruların olduğu müəyyən olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilib fotocədvəl kimi tərtib olunaraq protokola əlavə olunmuşdur. 15 may 2022-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs Bayramov X6 RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı Şahin Mikayılovdan dəmir boruları, dəmir dirəkləri və dəmir barmaqlıqları təhvil almışdır. 21 may 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən həyət evidir. Oğurluq etmək üçün qeyd olunan fərdi yaşayış evinə 12 may 2022-ci il tarixdə hasardan aşaraq girmiş, həyətdə yaşayış olmadığını görmüş, həyətdə olan tikinti materiallarını oğurlamaq qərarına gəlmiş, bir gün sonra yəni 13 may 2022-ci il tarixdə 166 yük taksisi çağıraraq həyətdəki dəmir boruları və digər əşyaların bir hissəsini avtomobilə yükləmişdir. Oğurladığı əşyaları metal qəbulu məntəqəsinə sataraq pul almışdır. Daha sonra 14 may 2022-ci il tarixdə yenə həmin ünvana gəlmiş, hasardan aşaraq darvazanı içəridən açmış, həmin yerə yenə də 166 yük taksisi çağırmış, həyətdə olan qalan dəmir boruları və digər əşyaları həmin yük avtomobilinə yükləmək istəyən zaman həmin həyətə nəzarət edən sonradan tanıdığı Elgin Bayramov həyətə gəlib onun oğurluq etdiyini görmüş, polisə zəng edib hadisə barədə məlumat vermişdir. 20 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. 23 may 2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Araz Məhərrəmova ünvanlanmış ərizədən müəyyən olunur ki, hadisədən sonra, təqsirləndirilən şəxs X5 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam olaraq ödənilmiş və onlar barışmışlar. X4 qarşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizənin nəzərə alınmasını və araşdırılan işə xitam verilməsini xahiş etmişdir. 05 iyun 2023-cü il tarixli, “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, X2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinə tövsif olunmuş, yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X5 20 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 22 may 2022-ci il tarixdə X2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Araz Məhərrəmovun vəsatəti əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimat vermiş, həmin təqdimat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 may 2022-ci il tarixli, 4(010)-311/2022 saylı qərarı il təmin edilməmişdir. Həmin tarixdə təqsirləndirilən şəxs X5 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. X5 05 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş, barəsində 22 may 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən X5 məhkəmənin çağırışlarına qərəzli olaraq gəlmədiyindən barəsində axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 14 noyabr 2023-cü il tarixdə tutularaq 15 noyabr 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X5 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, həmçinin istintaq hərəkəti protokollarını mötəbər sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində və öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin 2-ci maddəsində Cinayət Məcəlləsinin vəzifələri sırasında mülkiyyəti cinayətkar qəsdlərdən qorumaq öz əksini tapmışdır. CM-nin 177.2.3-cü maddə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; 29, 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törətməyə cəhd; 29, 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa cəhd; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs X5 tamah məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, bundan başqa təkrarən tamah məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmiş, cinayət əməlini başa çatdıra bilməyərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirlii olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığından saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Göründüyü kimi X5 tərəfindən birinci əməl 13 may 2022-ci il tarixdə törədilmiş, ikinci əməl 14 may 2022-ci il tarixdə törədilməyə cəhd edilmiş, qeyd olunan cinayətlərə görə o, cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkum edilməmiş, cinayət məsuliyyətindən azad edilməmiş, eləcə də törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X2 əməlini səmimi etiraf etməsi, peşmançılığı, evli olmaqla himayəsində 05 dekabr 2011-ci il təvəllüdlü X9 və 03 oktyabr 2013-cü il təvəllüdlü X7maqla, iki azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışması və ona vurduğu ziyanı tamamilə ödəməsi, iş üzrə şikayətin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxs X4 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyası həddində məhz azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X5 Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, X2 şübhəli şəxs qismində tutulduğu müddət və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, X2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hazırki hökm qanuni qüvvəyə minənədək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməli, cinayət işi üzrə Mitsubishi Fuso markalı ** JL *** dövlət qeydiyyat nişanlı yük avtomobilində aşkar olunmuş maddi sübut kimi tanınmış dəmir boruların, dəmir dirsəkliklərin və dəmir barmaqlıqların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-in 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən şəxs X2 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 20 may 2022-ci il tarixdən 22 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 14 noyabr 2023-cü il tarixdən hökm elan olunduğu tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunan 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 12 (on iki) gün müddət çıxılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. X5 barəsində hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə Mitsubishi Fuso markalı ** JL *** dövlət qeydiyyat nişanlı yük avtomobilində aşkar olunmuş maddi sübut kimi tanınmış dəmir boruların, dəmir dirsəkliklərin və dəmir barmaqlıqların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Vəkil Müdafiəçi X2 hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-524/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-524/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver