Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-525/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1976-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2vanında yaşayan, 20 – 22 dekabr 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində aşbaz kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/S-də fəaliyyət göstərən «Yaylaq» restoranının ümumi zalında olan rəfin 1-ci çəkməsinin açıq olmasından istifadə edib qanunsuz daxil olaraq içərisində Zərərçəkmiş şəxs məxsus 590 manat pul olan həmin restoranda inzibatçı işləyən Şahid1 məxsus pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 590 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» y/s-də yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Yaylaq” restoranında aşpaz kimi fəaliyyət göstərmişdir. 10 sentyabr 2022-ci ildə işlədiyi restoranda olarkən orada işləyən inzibatçı Samirə adlı xanıma restoranın ət ehtiyatının bitməsini bildirmişdir. Bundan sonra o, restoranın zalında yerləşən Samirə xanıma aid olan çəkməcəyə yaxınlaşaraq 1 ədəd pul qabını götürərək çölə çıxıb tanımadığı taksi avtomaşınına əyləşmişdir. O, pul qabını açdıqda içərisində 230 manat pul görmüşdür. Özünə məxsus planşeti və Samirə xanıma məxsus pul qabını taksi avtomaşınında unutmuşdur. Bundan əvvəl isə tanıdığı Tehran adlı şəxsdən restoran üçün 145 manatlıq quzu ətini götürərək 8-ci kilometr bazarına gedib həmin əti tanımadığı şəxsə ucuz qiymətə satmışdır. Həmin pulları “pozqazan” mərc oyunlarına xərcləmişdir. Daha sonra o, bir daha «Yaylaq» restoranına getməmişdir. 20 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev prospekti, 13 ünvanında olarkən polis əməkdaşları ona yaxınılaşıb özlərini təqdim etmiş və onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirmişlər. Sonradan bilmişdir ki, onun barəsində polisə şikayət olunmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» y/s-də fəaliyyət göstərən «Yaylaq» restoranı işlədir, həmin restoranda Şahid1 inzibatçı, Təqsirləndirilən şəxs isə kababçı işləmişdir. 01 sentyabr 2022-ci il tarixində səhhəti ilə bağlı restorana gələ bilmədiyi üçün restoranın alış verişini Şahid1 həyata keçirmişdir. 07 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında açıq ürək əməliyyatı olunmuşdur. 10 sentyabr 2022-ci il tarixində işlətdiyi kafenin məsul inzibatçısı Şahid1 onun telefonuna zəng vuraraq kafedə kababçı kimi çalışan Faiq adlı şəxs tərəfindən pul qabından restorana məxsus 590 manatın oğurlamasını bildirmişdir. O, Samirədən hadisə barədə ətraflı soruşduqda Samirə bildirmişdir ki, həmin gün kafedə çatışmayan ərzaqlara görə marketdən alış-veriş etdikdən sonra kafeyə gəlmiş, pulqabını və aldığı ərzaqlarını barın çəkməcəsinin üzərinə qoymuş, həmin vaxt ona zəng gəldiyi üçün çölə çıxıb içəri girdikdən sonra pul qabını çəkməcənin içinə qoymuş, mətbəxə getdiyi zaman Faiqi görmüş, Faiq isə Samirəyə kafedə ətin olmaması ilə bağlı ət dükanına getdiyini bildirmişdir. Sonradan Samirə xanım bara yaxınlaşdıqda pul qabısını yerində görməyib ona zəng vurub hadisə barədə məlumat vermişdir. Təxminən yarım saatdan sonra Samirə xanım ona yenidən zəng vuraraq tanımadığı bir taksinin kafenin qarşısına yaxınlaşıb Faiqə məxsus planşetinin və ona məxsus boş pul qabını qaytardığın bildirmişdir. Bundan başqa həmin gün həmişə kafeyə ət aldığı dükanın müdiri Tehran adlı şəxs ona zəng vuraraq Faiqin «Yaylaq» kafesinin adından 06 sentyabr 2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddətdə müxtəlif çəkilərdə 1.239 manat dəyərində nisyə ət götürdüyünü bildirmişdir. Buna görə də o, Samirə xanıma bu hadisələr barədə DİN-nin 102 zəng mərkəzinə müraciət etməsini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 10 sentyabr 2022-ci il tarixində təxminən saat 11:00 radələrində işlədiyi restorana lazım olan ərzaq məhsullarını almaq üçün restoranla üzbə-üz mağazaya getmiş, restorana qayıtdığı zaman əlindəki sellofanları və pul qabını stolun üzərinə qoymuşdur. Telefona zəng gəldiyi üçün restoranın qarşısına çıxıb danışdıqdan sonra yenidən içəri gəlib pul qabını barın çəkməcənin içərisinə qoymuş, lakin çəkməcəni kilidləməmişdir. Bundan sonra o, restoranın mətbəxinə getdiyi zaman restoranda kababçı işləyən Faiq adlı şəxslə görüşmüş və Faiq ona restoranda bu gün üçün lazım olan ətin olmadığını, almaq zərurəti yarandığını söyləyərək gedəcəyini bildirmişdir. O, bir neçə dəqiqədən sonra barın yanına gəldiyi zaman çəkməcəyə baxmış və orada pulqabının olmadığını aşkar etmişdir. O, tez restoranın daxilində olan videomüşahidə kamerlarına baxdığı zaman kababçı işləyən Faiq adlı şəxsin pul qabını götürməsini görmüşdür. Dərhal bu barədə restoran müdiri Zərərçəkmiş şəxs zəng vuraraq ona məxsus pul qabında fəaliyyətindən əldə olunmuş 590 manat pulun Faiq adlı şəxs tərəfindən oğurlandığını söyləmişdir. Bu zaman Zərərçəkmiş şəxs xəstə olduğunu və işə gələ bilməyəcəyini söyləyərək onun polisə məlumat verməyini bildirmişdir. Təxminən yarım saatdan sonra tanımadığı bir taksi restoranın qarşısına yaxınlaşıb avtomaşında planşetin və boş pul qabının olduğunu söyləmişdir. O, sürücüdən bu əşyaların onun avtomaşınında necə olduğunu soruşduqda, həmin sürücü burada Faiq adlı şəxsin kababçı işlədiyini və onun avtomaşınına minərək Günəşli qəsəbəsində yerləşən ana-bala heykəlinin yanında düşdüyünü bildirərək planşeti və boş pul qabını ona vermişdir. O, isə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan əlavə Faiq Zərərçəkmiş şəxs mütəmadi ət aldığı Tehran adlı şəxsdən restoranının adından istifadə edərək 1.239 manat dəyərində qoyun və mal əti alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış pul qabı ona məxsus olmuş, pul qabının dəyəri 15 manat olmuş, işlənmiş olmuş, bir neçə yerindən tikişləri açılmış vəziyyətdə olmuş, içərisində olmuş 590 manat isə Zərərçəkmiş şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs restoranda kababçı işləmiş, restoranın barına və ya barın çəkməsinə daxil olmasına icazəsi olmamış, bu ona aid olmuşdur. Həmişə çəkməçidə pul saxladığı üçün balaca açarla bağlı saxlamış, hadisə günü təsadüfən açıq qalmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.1 və 180-cı maddələrinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 20 – 22 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 – 22 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-525/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-525/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver