Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-526/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1991-ci il, Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləmir, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Abukbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində 16 may 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.1991-ci il təvəllüdlü, Tovuz rayonunda anadan olmuş, Azərbaycan Rspublikasımn vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 15 radələrində yaşadıqları ünvanda xx.xx.1985-ci il təvəllüdlü, Gürcüstan Respublikasında anadan olmuş, evli, ünvan 2 ünvanında yaşayan X2 heç bir səbəb olmadan əlində olan taxta parçası ilə "başın təpə nahiyəsinin əzilmiş yarası, ol əlin arxa səthinin, sol bazunun orta və yuxarı 1/3-nin ön bayır və arxa səthlərinin, sol kürəküstü, sol kürək və sol kürəkaltı nahiyələrinin yumuşaq toxumalarının hematoması" ilə müşayət olunan xəsarətlərindən ibarət xx.xx.2025-ci il tarixə uyğun gələn sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailəsi və həmçinin Rəksanə ilə bir həyətdə, lakin ayrı evlərdə yaşayır. Əvvəllər ailəli olmuş, boşandıqdan sonra Əvəzov Məhərrəm onun 3 ildir ki, qeyri rəsmi əridir. Baldızı Rəksanə ilə əvvələr münasibətləri yaxşı olsa da, son zamanlar pisləşmişdir. Buna səbəbdə onun sosial şəbəkəyə girməsi və ona məlum olmayan şəxslərlə müasibət qurmasıdır. Buna görədə ailəsi anası, ona irad bildirmişdir ki, onu pis yola çəkmə. O da, öz növbəsində iradını Rəksanəyə bildirmişdir ki, Rəksanəyə görə mənə acıqlanırlar günahkar onu görürlər. Bu sözlə mübahisə nəticəsində onların arasında soyuqluq yaranmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə uşaqları məktəbdən gətirmiş, təxminən yarım saat keçdikdən sonra çöl qapısı döyülmüş və əlində ev işləri olduğu üçün qapını aça bilməmiş və az yaşlı oğluna demişdir ki, “get qapını aç”. O da, getmiş qapını açmağa və gəldikdə demişdir ki, bibisi Rəksanə ona sillə ilə baş hissəsindən vurmuşdur. O da, çölə çıxmışdır ki, görsün niyə belə edib. Bu zaman Rəksanə heç bir səbəb olmadan onu nalayiq ifadələrlə təhqir etmiş və üzərinə cummuşdur. O da, özünü müdafiə etmək üçün onunla əlbəyaxa olmuşlar. Mübahisə zəmnində rəhmətə getmiş anasını təhqir etmiş, Gülayimdə buna dözə bilməyərək əsəbəşdiyi üçün evin giriş hissəssində qapının ağzında olan taxta parçasını götürərək sayını xatırlamadığı bir neçə zərbə vurmuşdur. Az yaşlı uşaqlar mübahisədən qorxub ağladığı üçün onlar sakitləşib aralanmışlar. Bundan sonra məlum olmuşdur ki, Rəksanə polisə məlumat vermiş və onun da izahatının alınması üçün polis şöbəsinə çağrılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək polisdə verdiyi izahatı təsdiq etdiyini, əlavə danışmaq istəmədiyini bildirmişdir. O, qarşı tərəflə aralarında anlaşılmazlıq olduğunu, zərərçəkmiş şəxsin ona söyüş söydüyünü, özünü də saxlaya bilmədiyini bildirdi. Zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını, artıq heç kimlə işinin olmayacağını, baldız kimi zərərçəkmiş şəxslə yalnız salam-sağol edəcəyini bildirdi. Sonda ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, 15 ilə yaxındır ki, Suraxanı rayonu Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi nömrəsiz fərdi yaşayış evində qardaşı X4 ilə eyni həyatdə, lakin ayrı-ayrı evlərdə yaşayırlar. Qeyd edirki, qardaşı təxmini bir ilə yaxındır ki, Gülayim adlı xanımla qeyri-rəsmi olaraq yaşayır və həmin müddətdə münasibətləri normal olmuşdur və heç vaxt aralarında mübahisə olmamış və mehriban olmuşlar. xx.xx.2024-cü il tarixdə oğlunu məktəbdən evə gətirmiş, qaz qurtardığı üçün yükləməkdən ötəri, hasara çöl tərəfdən quraşdırılmış sayğaca ödəniş etmək üçün çıxmış və təxminən 2-3 dəqiqə sonra həyətə qayıtmışdır. Qayıdan zaman isə qapıda qardaşının 2 az yaşlı övladı ilə üzləşmiş və bu zaman Gülayim qapıdan çıxaraq və dilinin altında ona nəsə demişdir. O,da heç bir reaksiya verməmiş və demişdir ki, “işinlə məşğul ol”. Bu zaman evin içərisində qapının yanında taxta parçasını götürərək üzərinə cummuş və onlar mübahisə etməyə başlamışlar. Mübahisə zamanı isə əlində olan taxta parçası bədəninin müxtəlif hissələrinə zərbələr endirməyə başlamış və bədənindən xəsarətlər almışdır. Bundan sonra saçından tutaraq yerdə sürüməyə başlamış öz evlərinin qapısına kimi sürümüşdür. Özünə gəlib qalxmağa macal tapmamış bel hissəsindən təpiklə vurmuşdur. Bu azmış kimi o, yerdə olan zaman yenidən içəri keçərək evdən un yoğuran oxlov (taxta parçası) götürərək yenidən üstünə gəlmiş və başına vurmağa başlamışdır. Bu səbəbdəndə hadisə barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X3 ifadəsində bildirmişdir ki, hadisə günü axşam sat 5-də qaz kartına pul yükləmək üçün çıxmışdır. Giriş qapıları eyni olmuş, qayıdanda qapını bağlı görmüş “giriş qapısı eynidir, görürsüz çıxmışam, qapını bağlamayın” demişdir. Təqsirləndirilən şəxs əlində taxta ilə çıxmış, taxta ilə ona vurmuş, taxta da yerə düşmüşdür. Oğlu 9 yaşındadır, qorxmuş taxtanı götürüb evin arxasına aparmışdır. Təqsirləndirilən şəxs də onu saçından sürümüş, sonra içəridən oxlov götürüb gəlmiş, onun başını yarmışdır. Onun əynində ağ kurtkası qan içərisində olmuşdur. O, bu məsələnin bağlanmasını istədiyi üçün təqsirləndirilən şəxslə barışmışdır. Sonda təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə almasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında X3 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq iş üzrə icraata verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, X3 ilə barışmadını nəzərə alaraq iş üzrə icraata verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MTE və PA X7 şəxsin xx.xx.2025-ci il tarixli 97 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - "başın təpə nahiyəsinin əzilmiş yarası, ol əlin arxa səthinin, sol bazunun orta və yuxarı 1/3-nin ön bayır və arxa səthlərinin, sol kürəküstü, sol kürək və sol kürəkaltı nahiyələrinin yumuşaq toxumalarının hematoması" ilə müşayət olunan xəsarətlərindən ibarət xx.xx.2025-ci il tarixə uyğun gələn sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilən bədən xəsarətlərinə aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlər özünə yetirilməsi nəticəsində alınması inkar olunur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (bir yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-526/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-526/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver