Məhkəmə qərarları › İş №1(010)-527/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-527/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-527/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Xaliq qızının və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili-Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 1995-ci il il təvəllüdlü Təqsirləndirilən şəxs on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə 2025-ci ilin aprel ayının ortalarında özünün kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Binə südçülük sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəldikdən sonra sonuncunu soyunduraraq həmin evdəki divanın üzərinə uzandırmış, daha sonra öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtməklə on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə 2025-ci ilin may ayının əvvəllərində özünün kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Binə südçülük sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəldikdən sonra sonuncunu soyunduraraq həmin evdəki çarpayının üzərində Zərərçəkmiş şəxs arxa keçəcəyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə 2025-ci ilin may ayının əvvəllərində özünün kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Binə südçülük sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəldikdən sonra sonuncunu soyunduraraq həmin evdəki çarpayının üzərində Zərərçəkmiş şəxs arxa keçəcəyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilən tarixlərdə Naxçıvan Muxtar Respublikasında həbsdə olmuşdur. Hadisə ilə əlaqəsi yoxdur. Ədalətli hökm çıxarılmasını, özünü təqsirli bilmədiyini, onun barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Naxçıvan şəhərində qeydiyyatda olsa da hazırda Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “ət kombinantı” deyilən ərazidə kirayədə yaşayır, rəsmi nikahları olmasa da X7 ilə ailə qurmuş və həmin nikahdan bir azyaşlı övladı vardır. 2025-ci ilin sentyabr ayından işləmək üçün Bakı şəhərinə gəlmiş, həmin vaxtdan da tanışı olan X6 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə Savxozu ərazisində yerləşən nömrəsiz həyət evində onunla birlikdə yaşayır. Bakı şəhərinə gəldikdən bir müddət sonra Bakı şəhəri, Suraxanı rayonu, Binə Savxozu ərazisində yerləşən “Grand market” adlı marketin yaxınlığında yerləşən dönərxanada dönərçi kimi işləməyə başlamış, son bir neçə gündür ki, Keşlə qəsəbəsində yerləşən dönərxanada işlədiyindən həmin ərazidə kirayədə yaşayır. Binə savxozu ərazisindəki dönərxanada işlədiyim müddətdə Aytən adlı qızla tanış olmuşdur. Belə ki, Aytən tez-tez dönərxanaya gəlib dönər aldığından onunla aralarında səmimi münasibət yaranmışdır. Tutulmamışdan təxminən 5-6 gün öncə Binə Savxozu ərazisində yolda Aytəni bir qız və bir azyaşlı oğlanla birlikdə görmüş və ondan yanındakı qızın kim olduğunu soruşmuşdur. Aytən onun danışığından həmin qızdan xoşu gəldiyini anlayıb həmin qızın sevgilisi olduğunu bildirmişdir. Həmin vaxt Aytən onun qolunun sarıqlı olduğunu görüb qoluna nə olduğunu soruşduqda kəsildiyini, ciddi bir şey olmadığını bildirmişdir. Aytən isə onu həkimə aparmağı təklif etdikdə buna etiraz edib ehtiyac olmadığını bildirmişdir. Onlardan ayrılıb evə getmişdir. Növbəti gün, səhər saatlarında dostu Vüqar onu oyadaraq bir qızın çağırdığını, evə gəldiyini bildirmişdir. Əynini geyinib darvazanın yanma gəldikdə onu çağıranın Aytən olduğunu görüb ondan nə istədiyini soruşmuşdur. Aytə isə onu bir qızın görmək istədiyini və onu gözlədiyini bildirmişdir. Qızın kim olduğunu soruşduqda Aytən dünən rastlaşdıqları qız olduğunu bildirmiş və birlikdə söhbət edə-edə yaxınlıqdakı dərzi dükanına qədər gəlmişlər. Həmin yerdə Aytən qızın onu marketin yanında gözlədiyini bildirib marketin yanma getməyini istəmişdir. O isə Aytəndən ayrılaraq marketin yanma getmədən evə qayıtmışdır. Evə qayıtdıqdan bir müddət sonra Aytən öncəki gün rastlaşdığı qız və oğlanla birlikdə onlara gəlmişlər. Söhbət zamanı qız adının Selin olduğunu, azyaşlı oğlanın isə qardaşı olduğunu bildirmişdir. Bir qədər söhbət etdikdən sonra onlar durub getmişlər, gedəndə də ondan 5 manat pul istəmişlər. Onlara 5 manat pul verdikdən sonra onlar bizdən çıxıb getmişlər. Həmin gün şəxsi işləri ilə məşğul olmuşdur. Növbəti gün, saat 17 radələrində evdə olduğu zaman Aytən, Selin və bir də Selinin azyaşlı qardaşı onlara gəlmişlər. Evdə olduqları zaman Aytənə 5 manat pul verib su və dondurma almaq üçün marketə göndərmişdir. Aytən də Selinin qardaşı ilə birlikdə marketə getmişlər, həmin vaxt Selinlə evdə tək qalmış və söhbət zamanı Selindən sevgilisi olub-olmadığını soruşduqda Selin sevgilisi olduğunu bildirmişdir. Bir müddət sonra Aytəngil gəlmişlər və bir qədər oturduqdan sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs qeyd etdiyi müddətdən əvvəl onların yaşadıqları evdə olmamışdır. Zərərçəkmiş şəxs yalan danışır, heç vaxt onunla təbii və ya qeyri- təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı seksual xarakterli heç bir hərəkət etməmişdir. Aytənin ondan xoşu gəldiyindən, onun isə Aytənin dostu olan Selindən xoşum gəldiyindən Aytən qəsdən onun əleyhinə danışıb onu şərləyir. Aytənlə heç bir yaxınlığı və ya əlaqəsi yoxdur. Aytənlə heç bir halda cinsi əlaqəsi olmamış, ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Aytən onun qaldığı məhləni təxminən tanıdığından küçədə kimdənsə soruşaraq onun evini tapmışdır. Şahidm “Selin” adı ilə tanımış, onu Aytənin yanında görmüşdür. Aytən də Səmanın sevgilisi olduğunu və onunla sevgili olmayacağmı bildirmişdir. Səmagil onlara gəldikləri gün isə Səmadan sevgilisi olub olmadığını soruşduqda Səma sevgilisi olduğunu bildirmişdir. Buna görə də ona sevgi etirafı etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Xaliq qızı izahında bildirdi ki, “Təqsirləndirilən şəxs ilk dəfə hədiyyə qutusu almağa gedərkən görmüş, oradan dostunun yanıda gedirdi və Səfərin arxasınca düşdüyünü görmüşdür. Yolda gədərkən Səfər ona salam vermiş, o da ona salam vermişdir. Sonra Səfər soruşdu ki, onların evinə getməyi təklif etdi və bacısının evdə olduğunu bildirdi. Səfərlə birlikdə piyada onların evinə getdilər. Səfər darvazanın və evin qapısını bağladı. Evdə aralarında münasibət oldu. Səfərə qarşı şikayət və tələbi yoxdur.” Məhkəmə iclasında Zərərçəkmiş şəxs Xaliq qızı verilən suallara cavab olaraq bildirdi ki, orta məktəbi Massalıda oxumuşd, məktəbi 2-3-cü sinifə qədər oxumuşdur. Hicab taxdığına görə deyə məktəbə götürmədilər. Bakıda 2021-ci ildən Suraxan rayonu və Binə qəsəbəsi Sovzoxda yaşayır. Səfəri belə tanımır, ama onu 1-2 dəfə görmüşdür. Səfəri ilk dəfə hansı tarixdə gördüyü yadında deyil. Səfərin evi Hövsana gedən yolda oba marketlə üzbəüz olan məhhələdə yerləşir. Səfərlə evə gədəndə onun bacısı evdə deyildi. Onunla evdə yarım saat qalmşlar. Evdə qaldıqları vaxt ərzində aralarında da münasibət olmuşdur. Ümumi olaraq aralarında 3 dəfə münasibət olub. Həmin tarixlər yadında deyil. Səfərlə aralarında da münasibət təxminən 2025-ci il aprel ayının ortalarından, may ayının ortalarına kimi olmuşdur. Aralarındakı münasibət könüllü olmayıb, onu ana və atasına məlumat verməsi barədə qorxutmuşdur. Birinci münasibətdən sonra, ikinci və üçüncü dəfə olarkən qorxudub. Səfər onu döyməyib, hədə-qorxu gəldiyi üçün münasibətə razılaşmışdır. Münasibət zamanı paltarı əynindən Səfər çıxardıb. Telefon istifadə etmir, Səfər yaşadığı ərazidə işləyirdi deyə onunla görüşə bilirdi. Evdən 2 gün çıxıb getmişdi. Həmin vaxt ərzində Səfərgilə getməmişdir, sadəcə onu uzaqdan görmüşdür. Sevil adlı qız dostudur. Kazım Sevilin dostudur, onu yaxından tanımır. Kazımın dostunun avtomobili var. Kazım ilə də avtomobildə münasibət yaşamışlar. Yaşadığım münasibətlərlə bağlı heç kimə heçnə deməmişdir, ancaq Sevilə Səfərlə sevgili olduğunu demişdir. Səfərə qarşı şikayəti yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Binə Sovxoz qəsəbəsi, Bağça yolu küçəsində nömrəsiz fərdi yaşayış evində atası Xalid, anası Həmidə və qardaşı Xəqani ilə birlikdə yaşayır. Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş və üçüncü sinifə qədər orada orta məktəbə getmişdir. Sonradan Bakı şəhərinə köçmüşlər. Bakı şəhərinə köçdükdən sonra orta məktəbə getməmişdir. Lakin yazmağı və oxumağı bacarır. Binə Sovxoz qəsəbəsində yaşayan Sako ləqəbli Səfər adlı şəxsi 2025-ci ilin fevral ayından tanıyır. X12 qəsəbəsində yerləşən “Grand” adlı marketlə üzbəüz dönərxanada, daha sonra isə “Ülvi” şadlıq sarayının yaxınlığında dönərçi işləmişdir. 2025ci ilin fevral ayında “Grand” marketin yaxınlığında olduğu zaman Səfər ona yaxınlaşıb ondan xoşu gəldiyini, onunla tanış olmaq istədiyini bildirmişdir. Səfərlə tanış olduqdan sonra Səfəri sevməyə başlamışdır. Səfərə onu sevdiyini bildirmişdir. Arada bir Binə Sovxoz ərazisində Səfər ilə görüşürmüşlər və piyada gəzirmişlər. 2025-ci ilin aprel ayının ortalarında Binə Sovxoz qəsəbəsi ərazisində yerləşən 218 nömrəli məktəbin yaxınlığındaymış, həmin vaxt Səfərin onu səslədiyini eşidib dayanaraq onunla görüşmüşdür. Səfər ilə bir qədər piyada gəzdikdən sonra Səfər bacısının da evdə olduğunu bildirib çay içmək üçün birlikdə onun yaşadığı evə getməyi təklif etmişdir. Səfərə inandığından Səfərlə birlikdə onun Binə Sovxoz qəsəbəsində yerləşən evinə gəlmişlər. Səfər qapını açarla açdıqdan sonra içəriyə daxil olmuşlar, daha sonra isə evə keçmişlər. Evə girdikdən sonra Səfər evin qapılarını bağlamışdır. Səfərdən bacısının harada olmasını soruşduqda Səfər bacısının marketə getdiyini bildirmişdir. Giriş otaqda olan divanda əyləşmişdir. Səfər də gəlib onun yanında oturmuş, bir qədər söhbət etdikdən Səfər ona daha da yaxınlaşıb onu öpməyə başlamış və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Səfərə etiraz edərək qız uşağı olduğunu, bakirə olduğunu bildirsə də Səfər onunla adi qaydada cinsi əlaqədə olmayacağmı, bakirəliyini pozmayacağmı bildirib şalvarını və alt paltarını əynindən çıxartmışdır. Daha sonra isə özü də paltarlarını tam olaraq çıxartmışdır. Səfər onu kürəyi üstə divana uzatmışdır. Bundan sonra Səfər özünün cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtməyə başlamışdır. Lakin cinsiyyət orqanını onun cinsiyyət orqanına salmamışdır. Daha sonra Səfər əli ilə özünü boşaltmışdır. Bundan sonra paltarlarını geyinmiş və evlərinə gəlmişdir. Səfər bu barədə heç kimə danışmamağın! bildirmişdir. Bundan bir neçə gün sonra 2025-ci ilin may ayının əvvəllərində, saat 16 radələrində Hövsan yolunda Oba marketin yaxınlığında olan zaman Səfəri görmüşdür. Səfər ilə görüşdükdən sonra evlərinə getməyi bildirmişdir. Bundan sonra birlikdə Səfərin evinə getmişlər. Səfərin evində olan zaman Səfər onunla arxadan cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Səfərə etiraz etsə də Səfər onu evin digər otağına aparıb oradakı çarpayının üzərinə uzatmışdır. Səfər onun şalvarını və tursikini çıxartmışdır. Daha sonra isə özünün bütün paltarlarını çıxartmışdır. Səfər onu üzü üstə çarpayıya uzadıb özünün cinsiyyət orqanını onun arxa keçəçəyinə salıb bir qədər hərkət etdirdikdən sonra özünü boşaltmışdır. Bundan sonra paltarlarını geyinmişdir. Bir stəkan çay içdikdən sonra evdən çıxmışdır. Bu hadisədən bir neçə gün sonra 2025-ci ilin may ayının ortalarında axşam satlarında Binə Sovxoz qəsəbəsi ərazisində Bağça yolu deyilən yolda piyada gedirmiş. Həmin vaxtı Səfərlə görüşmüşdür. Səfər ona evlərinə getməyi təklif etmişdir. Bundan sonra birlikdə Səfərin evinə getmişlər. Evdə olan zaman Səfərlə bir qədər öpüşdükdən sonra Səfər onunla arxadan cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Ona etiraz etsə də Səfər cinsi əlaqədə olmaqda israr etmişdir. Bundan sonra Səfər onun paltarlarını çıxartmışdır. Daha sonra isə öz paltarlarını çıxartmış, Səfər yenə də onu üzü üstə uzadaraq öz cinsiyyət orqanını onun arxasına salaraq onunla arxadan cinsi əlaqədə olmuşdur. Səfər bir qədər özünü irəli geri hərkət etdirdikdən sonra özünü boşaltmışdır. Daha sonra paltarlarını geyinmişlər. Səfər ilə bir neçə saat birlikdə olduqlarından artıq gecə saat 01 radələri olmuşdur. Ona görə də evə gəlib çatan zaman artıq ikinin yarısı olmuşdur. Evə gec gəldiyinə görə anası harada olduğunu soruşduqda anasına qızlarla birlikdə olduğunu bildirmişdir. Lakin buna baxmayaraq anası onu danlamışdır ki, niyə görə bu saata qədər küçələrdə gəzir. Sonradan Səfər ilə yaxından görüşməmişlər. 05 iyun 2025-ci il tarixdə, saat 11 radələrində valideynləri işdə olan zaman evdə darıxdığından evdən gedib bir müddət gəzmək üçün evdən çıxmışdır. Bir qədər gəzdikdən sonra təsadüfən hamının “Selin” kimi tanıdığı, lakin əsl adı Səma olan onlarla eyni məhəllədə yaşayan qızın azyaşlı qardaşı ilə birlikdə gəzdiklərini görüb onlara yaxınlaşmış və birlikdə gəzmək istədiyini bildirmişdir. Bundan sonra onlara qoşulub gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra Selinlə birlikdə Bakıxanov qəsəbəsi ərazisində yerləşən parka gəlmişlər, orada da bir qədər gəzişdikdən sonra yenidən Binə qəsəbəsinə gəlmişlər. Binə qəsəbəsinə gəldikdə əvvəlidən tanıdığı Kazım adlı tanışını görmüşdür. Kazım dostu ilə birlikdə maşınla gəzirmiş, Kazım onu gördükdə avtomobili saxlayıb onlara yaxınlaşmış və bir qədər söhbət etdikdən sonra onların Binə qəsəbəsində yerləşən evlərinə getməklərini təklif etmişdir. Onlar də Kazımgillə birlikdə Kazımgilə getmişlər və orada bir qədər vaxt keçirdikdən sonra onlardan ayrılıb Binə qəsəbəsinə gəlmişlər. Binə qəsəbəsində Selingildən ayrılmış, onlar evlərinə getmişlər, o isə digər dostlarıyla görüşüb səhərə qədər Bakıxanov qəsəbəsi və digər ərazilərdə gəzişərək vaxtlarını keçirmişlər. Növbəti gün səhər yenidən Selingilə gəlmiş və Selinlə birlikdə Bakıxanov qəsəbəsinə gedib orada həmin gün axşama kimi Selin və onun dostları ilə birlikdə vaxt keçirmişlər və həmin gün axşam Binə qəsəbəsinə, “Ülvi” şadlıq sarayının yanma gəlmişlər. Orada Səfərlə rastlaşmışlar, Səfərin qolu sarıqlı olduğundan ona yaxınlaşıb salamlaşaraq qoluna nə olduğunu soruşmuş, Səfər isə qolunun əzildiyini, heç bir problem olmadığını bildirmişdir. Səfərin Selinə baxmağından onun Selindən xoşu gəldiyini anlamış, Səfər də Selinlə bağlı ondan maraqlandıqda Səfərə Selinin sevgilisi olduğunu bildirmişdir. Selin ondan Səfərlə arasında nə olduğunu soruşduqda Səfərlə sevgili olduğunu, onunla bir neçə dəfə arxadan cinsi əlaqədə olduğunu bildirmişdir. Selin evlərinə getdiyindən onlardan ayrılaraq tək gəzməyə başlamışdır. Bir qədər gəzişdikdən sonra Binə qəsəbəsində Kazım və dostu ilə rastlaşmışdır. Kazım onu idarə etdiyi hazırda markasını xatırlamadığı avtomobilə dəvət etdiyindən onun avtomobilinə əyləşmiş və Kazım avtomobili idarə edərək Binə qəsəbəsi ərazisində yaşayış olmayan yarımtikililərin yanma gəlmişdir. Kazım avtomobili saxladıqdan sonra düşərək arxa qapını açıb onun yanma, avtomobilin arxa oturacağına gələrək onun yanında əyləşmiş, dostu isə avtomobildən düşərək kənarda gözləmişdir. Kazım arxa oturacaqda onun yanında oturduqdan sonra onu öpməyə başlamış, daha sonra isə onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bakirə olduğunu bildirdikdə Kazım arxadan cinsi əlaqədə olmağı təklif etmiş, o etiraz etmədiyindən Kazım şalvarını dizinə qədər aşağı salıb onun da paltarını çıxartmışdır. Daha sonra avtomobilin arxa oturacağında onu üzü üstə uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edib, özünü irəli-geri hərəkət etdirməklə onunla cinsi əlaqədə olmuşdur. Daha sonra isə hər ikisi paltarlarını geyinmişlər, Kazım onu Binə qəsəbəsində götürdüyü yerə gətirib düşürüb getmişdir. Kazımgil getdikdən sonra Bakıxanov qəsəbəsi ərazisinə getmiş, orada parkda bir qədər gəzdikdən sonra Orxan adlı tanışıyla görüşüb səhər açılana kimi onunla birlikdə parkda gəzmişdir. Lakin, Orxanla aralarında heç bir yaxınlıq olmamışdır. 07 iyun 2025-ci il tarixdə səhər saatlarında yenidən Binə qəsəbəsinə qayıtmış və Səfərlə görüşmək üçün Səfərgilə getmişdir. Səfərgilin evlərinin qapısını döymüş, tanımadığı bir nəfər şəxs çıxmış və Səfərin dostu olduğunu bildirmişdir. Səfəri çağırmasını həmin şəxsdən xahiş etdiyindən həmin şəxs Səfəri çağırmışdır. Bir neçə dəqiqə sonra Səfər darvazanın yanma gəlmiş, darvazanın yanında onunla görüşdükdən sonra nə üçün gəldiyini soruşmuş, o isə Səfərə Selinlə görüşəcəyini deyib Səfərin də onunla gəlməyini istəmişdir. Səfər bir müddət onunla birlikdə gəldikdən sonra Selini görə bilmədiyindən geri qayıtmışdır. O isə Selingilə gedib onlarla görüşmüş və Səfərgilə getməyi təklif etmiş və Selin və qardaşı ilə birlikdə Səfərgilə gəlmişlər. Orada olanda Səfər ona pul verib dondurma və su almaq üçün marketə göndərmişdir. Selinin qardaşı ilə birlikdə marketə getmiş, Selin isə evdə qalmışdır. Marketdən gəldikdən sonra bir qədər orada oturmuşlar və birlikdə oradan çıxaraq Selingilə gəlmişlər. Gecəni Selingildə qalmış, Selinlə danışan zaman Selin evdə tək qaldıqları vaxt Səfərin onu öpmək istədiyini, lakin Selin etiraz etdiyindən öpə bilmədiyini bildirmişdir. Növbəti gün, yəni 08 iyun 2025-ci il tarixdə Selinlə birlikdə Bakıxanov qəsəbəsi ərazisindəki parkda gəzişərkən atası onları görmüş və onu evə gətirmişdir. Təqsirləndirilən şəxs onu vurmamış, zor tətbiq etməmiş və ya zor tətbiq edəcəyi ilə hədələməmişdir. Amma Səfər onunla cinsi əlaqədə olmaq istədikdə Səfərə etiraz etsə də Səfər israrla cinsi əlaqədə olmaq istədiyini bildirib onun etirazlarına məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Səfərin hərəkətlərinə davam etdiyini və onunla cinsi əlaqədə olmağı çox istədiyini gördüyündən ona müqavimət göstərməmişdir. Səfərə müqavimət göstərmədiyindən Səfər hər dəfəsində onun etirazına baxmayaraq onunla özü istədiyi kimi arxadan cinsi əlaqədə olmuşdur. Səfər hər dəfə onu yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə Sovxoz qəsəbəsi ərazisində yerləşən həyət evinə çağırıb orada onunla qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, ilk dəfə 2025-ci ilin aprel ayının ortalarında həmin evdə olduqları zaman Səfər onun paltarlarını çıxararaq kürəyi üstə giriş otağındakı divanda uzandırmış, daha sonra özü də paltarlarını soyunub üstünə çıxaraq öz cinsiyyət orqanını onun cinsiyyət orqanına bir neçə dəqiqə sürtdükdən sonra əli ilə özünü boşaltmışdır. Sonra isə, 2025-ci ilin may ayının əvvəllərində Səfərin yaşadığı həmin evdə olduğumuz zaman Səfər onun paltarlarımm çıxarıb evin digər otağında olan çarpayının üzərində uzandırmış, daha sonra isə özü də paltarlarını soyunub cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa, 2025-ci ilin may ayının ortalarında da Səfər həmin evdə eyni üsulla onunla qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Birinci dəfəsində Səfər onu həmin evə çay içmək üçün çağırmış və bacısının da evdə olduğunu bildirmiş, o da ona görə həmin evə getməyə razılıq vermişdir. Lakin, evə getdikdən sonra bacısının evdə olmadığını və Səfərin evin giriş qapısını və darvazanın qapısını kilidlədikdə onunla təklikdə başbaşa qalmaq istədiyini və onunla yaxınlıq etmək istədiyini başa düşmüşdür. Səfərlə evdə olduqları həmin vaxt Səfərin hərəkətlərindən də onun niyyətini anlamış, lakin bakirə olduğundan onun cinsi əlaqədə olmaq istəyinə razılıq verməmişdir. Səfər isə onun etirazına baxmayaraq onun bakirələyini pozmadan özünü boşaldacağını bildirib, öz cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtməklə özünü boşaltmışdır. Bundan sonrakı vaxtlarda Səfər onu evə çağırdıqda Səfərin niyyətinin yenidən onunla yaxınlıq etmək və ya cinsi əlaqədə olmaq olduğunu başa düşmüş, lakin onu sevdiyindən qəlbini qırmamaq üçün təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs ona heç bir vaxt xəsarət yetirməmiş, həmçinin də onunla birlikdə olduğu vaxtlarda da ona xəsarət yetirməmişdir. Səfərdən başqa, bir dəfə Kazımla qeyri-təbbi yolla cinsi əlaqədə olmuşdur. Kazımı taksi şoferi kimi tanımışdır. Kazım Binə qəsəbəsi ərazisində yaşamış, lakin onun başqa məlumatları barədə heç bir məlumatı yoxdur. Onun yaşadığış yeri tanıyır. Cəfər onların evinə yaxın ərazidə işləsə də onun yaşadığı ev onların evindən təxminən yarım saatlıq piyada məsafədədir. İlk dəfə Səfərlə birlikdə həmin evə getmiş, həmin vaxta kimi Səfərin harada yaşamasını bilməmişdir. Onun istifadəsində anasının evdə işlətdiyi telefon olmuş, həmin telefonla yalnız anasıyla danışmış, Səfərlə həmin telefonla danışmamışdır. Həmin telefon da həmişə evlərində olmuşdur. Evdən çıxan zaman telefonu heç vaxt özü ilə götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, Aytən onların qonşusudur. Günorta saat 12-də qardaşı ilə marketə gədərkən onunla yolda rastlaşmışlar. Ona yaxınlaşmış, tanış olmaq istədiyini demiş və o da qız olduğu üçün razılaşmışdır. Biraz gəzmişlər və sonra Razinə getmişlər. Axşam qardaşı ilə evə qayıtmışlar, Aytən isə xalasıgilə getdiyini demişdir. 1 gün keçmiş, göruşməmişlər, lakin sonra görüşmüşlər və Aytən evlərinə gəlmişdir. Onlar yenidən gəzmişlər, gecə vaxtı Səfərlə yolda rastlaşmışlar. Aytən onu tanıyırdı. Onarın məhəlləsi tərəfə gedirdilər, Aytən Səfərlə biraz söhbət etdi. Sonra Səfərin evinə getdilər. Biraz onlarda oturmuşlar, sonra qardaşı ilə Aytən marketə getdilər, Səfərlə ikisi qalmışlar. Səfər adını soruşdu, o da onun adını soruşmuşdur. Səfər dedi ki gəl yanında otur, o isə bura rahatddır demişdir. Sonra Səfər qolundan çəkdi və Səfərin yanında oturdu. Onu öpmək istədi amma o, icazə vermədi. Aytəngil gəldilər və daha sonra isə getdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid suallara cavab olaraq bildirdi ki, əczaçılıq üzrə kurs bitirmişdir və hal-hazırda oxuyur. Aytən onların qonşusudur. Şəxsin adını bilmir, dönərçidə işləyirdi, sadəcə orada görmüşdür, onu tanımır. Səfərin evinə o, qardaşı və Aytən getmişlər. Aytən Səfərlə bağlı aralarında bir şey olması ilə bağlı heç nə deməyib, başqa oğlanla bağlı münasibəti olduğunu deyib. Hadisə çoxdan olub deyə istintaqda verdiyi ifadəni xatırlamır. Aytənin ona hansı oğlanla sevgili və cinsi əlaqədə olduğunu deməsi yadında deyil. Kazımı tanıyır, onları Aytən tanış etmişdi. Aytən Kazımla sevgili və aralarında da nəsə olduğunu demişdi. Aytənin atası parkda üstünə gəldi, şəkilini çəkdi və qızını qaçırdığını dedi. Aytənin atası gələndə Aytənin evdən qaçdığın bilmişdir. Aytən Kazımla yaşadığı əlaqə barədə harada və necə baş verdiyini tam deməmişdi. Evə gəldikdən sonra Aytənlə Səfərin təklikdə söhbət etdiyini görməmişdir. Aytən Səfərlə əlaqədə olmasına inanmır və o, ona baxmaz. Səfər onu öpmək istəmiş amma o, qoymamışdır. Səfərlə münasibətləri olmamışdır. Başqa vaxt Səfərlə nə görüşmüş nə də danışmışdır. Aytənlə həmin gündən sonra danışmırlar, anası ümumiyyətlə qızlarla danışmağa icazə vermir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən həyət evində anası və qardaşıyla birlikdə kirayədə yaşayırlar. Zərərçəkmiş şəxs əvvəllər bir neçə dəfə yaşadıqları məhəllədə görərək Aytənin onlarla eyni məhəllədə yaşadığını bilsə də onunla yaxın tanışlıqları olmamışdır. 05 iyun 2025-ci il tarixdə, saat 12 radələrində yaşadıqları məhəllədə azyaşlı qardaşı Təbrizlə birlikdə olarkən həmin qız ona yaxınlaşıb adının Sevgi olduğunu, evdə darıxdığından gəzmək üçün çıxdığını və dost olarlarsa onunla birlikdə gəzmək istədiyini bildirmişdir. Onunla bir qədər söhbət etdikdən sonra səmimi qız olduğunu, söhbətlərinin tutduğunu görmüş və onunla dost olacağını bildirmişdir. Sonradan danışan zaman qızın adının “Sevgi” deyil Aytən olduğunu, deməsinə görə valideynləri rayona yas yerinə getdiklərindən evdə tək olduğunu, birlikdə vaxt keçirmələrini istədiyini bildirmişdir. Buna görə də bir müddət Aytənlə gəzişib Bakıxanov ərazisindəki parka getmişlər, həmin parkda olduqları vaxt bir neçə dostuyla rastlaşmış və həmin dostlarıyla Aytəni də tanış etmişdir. Həmin gün axşam Aytən və qardaşıyla birlikdə Binə qəsəbəsinə qayıtdıqda yolda Aytənin tanışı olan Kazım və dostu ilə rastlaşmışlar, Aytən Kazımı əvvəldən tanıdığını bildirib Kazımı da onunla tanış etmişdir. Daha sonra Kazımgillə birlikdə bir müddət gəzdikdən sonra Kazımın idarə etdiyi avtomobil ilə onların yaşadıqları evə gəlmişlər, bir müddət oturduqdan sonra oradan çıxıb getmişlər. Kazımgildən çıxdıqdan sonra Aytən digər dostları ilə görüşəcəyini bildirib harasa getmiş, o isə qardaşıyla birlikdə evə gəlmişdir. Bundan sonrakı bir neçə gün ərzində Aytənlə məhəllədə rastlaşmışlar və birlikdə gəzmişlər. 06 iyun 2025-ci il tarixdə, saat 20 radələrində yaşadıqları evin yaxınlığında Aytən və azyaşlı qardaşı Təbrizlə birlikdə olduqları zaman “Ülvi” şadlıq sarayının yaxınlığındakı dönərxənada işləyən üzdən tanıdığı bir oğlan yoldan keçirmiş. Aytən həmin oğlana yaxınlaşıb onunla söhbət etdikdə onların yaxın olduqlarını və əvvəldan tanış olduqlarını anlamışdır. Oradan ayrıldıqdan sonra bir qədər də gəzişdikdən sonra Aytən onlarla sağollaşıb harasa getmişdir. Növbəti gün səhər saatlarında Aytən onlara gəlmiş və yenidən qardaşı Təbriz və Aytənlə birlikdə məhəllərində gəzişən zaman Aytən tanışı olan motoskilet sürücüsünü axtarsa da tapa bilmədiyini, həmin tanışının ondan bir gün öncə rastlaşdıqları oğlanla tanış olduğunu, buna görə də dönərçi işləyən həmin oğlanın evinə getmək istədiyini bildirmiş və birlikdə həmin evə getmişlər. Sonradan admm Səfər, ləqəbinin isə “Sako” olduğunu bildiyi həmin adamın onların məhəlləsindən təxminən yarım saatlıq piyada məsafədə yerləşən evinə getmişlər. Aytən həmin oğlanı çağırdıqdan sonra həmin dönərçi oğlan qapını açmış və onları həyətə çağırmış, daha sonra isə evə daxil olmuşlar. Sakogilin evində oturub söhbət edib tanış olmuşlar, daha sonra isə Aytənlə Səfər evdən çölə çıxıb 1-2 dəqiqə söhbət etdikdən sonra yenidən evə qayıtmışlar. Evdə olduqları zaman Aytən qardaşına marketə getməyi təklif etmiş və Təbrizlə Aytən birlikdə martketə getmişlər. Evdə tək qaldıqdan sonra Sako onun qolundan tutub özünə tərəf çəkərək saçını sığallamağa başlamış və ondan xoşu gəldiyini bildirib onu öpməyə çalışmışdır. O isə buna etiraz edib Səfərin onu öpməsinə icazə verməmişdir. Həmin vaxt Aytəngil evə gəldiklərindən Sako hərəkətlərini dayandırmış və bir müddət sonra onların evindən çıxıb getmişlər. Həmin gün bir qədər gəzişdikdən sonra Aytən gecəni onların evində qalmışdır. Ailə üzvlərinə isə Aytənin dostu olduğunu və birlikdə vaxt keçirmək üçün onunla qaldığını bildirmişdir. 08 iyun 2025-ci il tarixdə Aytənlə birlikdə Bakıxanov qəsəbəsində yerləşən parka getmiş və həmin parkda gəzən zaman Aytənin atası onları görmüşdür. Bundan sonra Aytənin evdən qaçıdığmdan məlumatlı olmuş, həmin vaxta kimi onun evdən qaçdığını bilməmişdir. Aytənin Səfərlə cinsi əlaqədə olmasının şahidi olmasam da Aytənlə danışan zaman Səfərlə sevgili olduğunu və Səfərin yaşadığı evdə onunla bir neçə dəfə arxadan cinsi əlaqədə olduqlarını bildirmişdir. Səfərlə Aytənin danışıqlarından da onların çox yaxın olduqlarını hiss etmişdir. Cinayət işinin materiallarında olan prosessual sənədlər: 11 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 13 iyun 2025-ci il tarixdə tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirlənlirilən şəxs qismində cəlb edilmişdir. 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 11 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon məhkəməsi tərəfindən 1 ay müddətinə, yəni 11 sentyabr 2025-ci il tarixinədək həbsdə saxlama müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. İş üzrə təyin edilib keçirilmiş təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13 iyun 2025-ci il tarixli, 235 saylı rəyində qeyd edilmişdir ki, А.Müdafiəçinın bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. А.Müdafiəçinın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olması göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda, cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 12 avqust 2025-ci il tarixli, 320 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. İş üzrə təyin edilmişdiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 12 avqust 2025-ci il tarixli 1158 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2917 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs özündən uydurmağa patoloji meyllilik əlamətləri aşkar olunmur. Lakin yoxlanılan şəxsin ekspertiza zamanı söylədikləri ilə istintaqa verdiyi ifadəsi uyğunluq təşkil etmədiyindən belə qənaətə gəlinir ki, fərdi-psixi xüsusiyyətlərinə görə bəzi məqamları öz xeyrinə yönəldib danışa bilər. Zərərçəkmiş şəxs sərbəstliyə can atmaq, özünü psixoloji müdafiə etməyə meyllilik, şəxslərlə ünsiyyətə asan daxil olmaq, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs əqli-psixi inkişafına görə yaranmış şəraitin mahiyyətini tam dərk edə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafına görə köməksiz vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs özünün psixi yaş və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 10 iyun 2025-ci il tarixli istintaq hərəkətinin protokolu və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızma qarşı seksual xarakterli hərəkətlər etdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Binə Südçülük savxozu ərazisində yerləşən fərdi yaşayış evinin giriş otağındakı divan üzəri və həmin evin yataq otağında yerləşən çarpayının üzəridir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə vermiş olduğu 11 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Naxçıvan MR Naçıvan şəhər məhkəməsinin 3(078)-118/2025 saylı 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, həbsetmənin əvvəli 04 mart 2025-ci il tarixindən hesablanmaqla 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən ön dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X5 və cinsi zorakılıqdan müdafiəsi haqqında” X2 8-ci maddəsinə əsasən hər bir Tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıda göstərilən qəsdən törədilmiş əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi təmin edilsin: a) qanunvericiliyin müvafiq müddəalarına əsasən seksual xarakterli hərəkətlər üçün qanunla müəyyən edilmiş yaşa çatmamış uşaqla seksual xarakterli hərəkətlər; b) uşaqla aşağıdakı hallarda seksual xarakterli hərəkətlər etmə: məcbur etməklə, güc tətbiq etməklə və ya hədə-qorxu gəlməklə; yaxud uşağın etibarından, onun üzərində nüfuzdan və ya təsirdən, o cümlədən ailə daxilində sui-istifadə etməklə; yaxud uşağın xüsusilə zəif vəziyyətindən, yəni əqli və ya fiziki əlilliyə və ya asılılıq vəziyyətinə görə sui-istifadə etməklə. Həmin maddənin ikinci hissəsi Yuxarıdakı 1-ci hissənin məqsədləri üçün hər bir Tərəf uşaqla seksual xarakterli hərəkətlər etmə qadağan olunan yaş həddini müəyyən edir.Həmin maddənin 3-cü hissəsi 1-ci hissənin “a” bəndinin müddəaları yetkinlik yaşına çatmamış uşaqlar arasında razılıq əsasında seksual xarakterli hərəkətlərə şamil edilmir. Həmin Konvensianın cəzalar və tədbirlərə aid olan 27-ci maddəsinə əsasən hər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayətlərə görə onların ağırlığı nəzərə alınmaqla səmərəli, mütənasib və kəsərli cəzaların nəzərdə tutulması təmin edilsin. Bu cəzalar ekstradisiyaya əsas verə biləcək azadlıqdan məhrumetmə ilə bağlı cəzalan ehtiva edir. Hər bir Tərəf cinayətkarlar barəsində valideyn hüquqlarından məhrumetmə, yaxud məhkum olunmuş şəxslər üzərində nəzarət kimi digər tədbirləri tətbiq edə bilər. Hmiən Konvensiyanın 28-ci maddəsinə əsasən həər bir Tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, aşağıdakı hallar cinayət əməlinin tərkib elementi kimi müəyyən edilmədiyi təqdirdə, bu Konvensiyaya müvafiq olaraq müəyyən edilmiş cinayətlərlə bağlı cəzaların müəyyən edilməsi zamanı qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq ağırlaşdırıcı hallar kimi nəzərə alınması imkanı təmin edilsin: a) cinayət nəticəsində qurbanın fiziki və ya əqli sağlamlığına ciddi zərər yetirildikdə; b) cinayət işgəncə və ya ciddi zorakılıq hərəkətləri ilə müşayiət olunduqda; c) cinayət xüsusilə zəif qurbana qarşı törədildikdə; d) cinayət ailə üzvü, uşaqla yaşayan şəxs və ya səlahiyyətindən sui-istifadə etmiş şəxs tərəfindən törədildikdə; e) cinayət bir qrup şəxs tərəfindən törədildikdə; f) cinayət mütəşəkkil cinayətkar qrup tərəfindən törədildikdə; g) cinayətkar əvvəllər eyni xarakterli cinayətləri törətməsinə görə məhkum olunduqda. Həmin Konvensiyanın 31-ci maddəsinə əsasən Hər bir Tərəf istintaq və cinayət təqibinin bütün mərhələlərində qurbanların hüquq və maraqlarının, o cümlədən onların şahid kimi xüsusi ehtiyaclarının, xüsusilə aşağıdakılar vasitəsilə müdafiəsi üçün zəruri qanunvericilik və digər tədbirləri həyata keçirir: a) onlara öz hüquqları və onlar üçün mümkün olan xidmətlər, habelə bu cür məlumat almaqdan imtina etmədiyi halda, şikayətləri ilə bağlı görülən tədbirlər, ittihamlar, ümumiyyətlə istintaq və cinayət təqibinin gedişatı, habelə onların bu məsələdə rolu və işin nəticələri barədə məlumat verilməsi; b) ən azı qurbanların və onların ailələrinin təhlükəyə məruz qala biləcəkləri hallarda onlara cinayət məsuliyyətinə cəlb edilmiş və ya məhkum edilmiş şəxsin müvəqqəti və ya yekun olaraq azad edilməsi barədə zəruri hallarda məlumat verilməsi; c) qanunvericiliyin prosessual normalarına uyğun qaydada onlar üçün ifadə vermək, sübutlar təqdim etmək, habelə öz mövqeyinin, ehtiyaclarının və fikirlərinin bilavasitə və ya vasitəçinin köməyilə nəzərə alınması vasitələrini seçmək imkanının yaradılması; d) onların hüquq və mənafelərinin lazımi qaydada təqdim edilməsi və nəzərə alınması üçün onlara müvafiq yardım xidmətlərinin göstərilməsi; e) onların şəxsi həyatının, şəxsiyyətinin və təsvirlərinin qorunması, habelə onların müəyyən olunmasına gətirib çıxara biləcək hər hansı məlumatın yayılmasının qarşısını almaq məqsədilə öz qanunvericiliyinə müvafiq olaraq tədbirlər həyata keçirməklə; f) onların, habelə ailələrinin və onların tərəfindən çıxış edən şahidlərin təqib, qisasalma və təkrarən qurbana çevrilmə kimi təhlükələrdən qorunması; g) səlahiyyətli orqanlar tərəfindən uşağın ən yüksək maraqlan üçün başqa qaydanın müəyyən edilməsi, yaxud istintaq və ya cinayət təqibi üçün belə təmasın tələb olunması halları istisna edilməklə, məhkəmə və hüquq mühafizə orqanlarının binalarında qurbanlarla cinayətkarlar arasında təmasın olmamasının təmin edilməsi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadələrində zərərçəkmiş X4 qarşı hər hansı əxlaqsız və seksual hərəkətlər etmədiyini göstərib ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsini, zərərçəkmiş şəxs, şahid ifadəsi, üzləşmə, baxış protokolları, ekspert rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri, o cümlədən maddi sübutla tam təkzib edildiyindən onun məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 152.1-cü maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-in: 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 11 iyun 2025-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar