Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-53/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxxxx 2020-ci ildən hesablanmaqla 3 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 5 nömrəli binanın 124 nömrəli mənzilinin qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs evdən çıxıb qonşuya getməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində bədən nahiyəsinə və əlinə yumruqla qəsdən vuraraq sonuncunun sağlamlığına yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Bundan başqa Əliyev Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində xx xxxxxxxx 2020-ci ildə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” deyilən yerdən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxxxxx 2020-ci ildə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 5 nömrəli binanın yaxınlığında saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,393 qram təşkil edən qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilmiş, CM-nin 234.1-ci maddəsi ilə isə təqsirli bilməmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs ilə vaxtilə nikahda olub və birgə ailə münasibətlərindən 3 uşağı doğulub. Sonradan nikahları pozulmuş, buna baxmayaraq birlikdə yaşayırdılar. xx xxxxx 2020-ci ildə saat 01 radələrində zərərçəkmiş şəxs birlikdə yaşadıqları mənzildən çıxaraq qonşuya getmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyündən əsəbiləşib zərərçəkmiş şəxsin bədən nahiyəsinə və əlinə yumruqla vurmuşdur. Bu əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, xx xxxxxxxx 2020-ci ildə yaşadığı mənzildə olduğu vaxt qapı döyülmüş, qapını açdıqda 6 nəfər polis əməkdaşı mənzilə daxil olaraq özlərini 30-cu polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək 30-cu polis şöbəsinə aparmışlar. Orada ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, cavabında bildirmişdir ki, üzərində heç bir qanunsuz əşya yoxdur. Buna baxmayaraq üzərindən guya narkotik vasitə aşkar olunduğuna dair rəsmiləşdirmə aparılıb. Göstərilənlərə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Əliyev Təqsirləndirilən şəxs ilə 2003-cü ildə nikah bağlamışdır. Birgə nikahlarından üç övladı doğulub. Təqsirləndirilən şəxsla ailə münasibətləri əvvəllər normal olmuş, lakin bir müddət əvvəl kəskinləşmişdir. Ona görə də nikahları məhkəmə qaydasında pozulub. Buna baxmayaraq birlikdə yaşayırdılar. xx xxxxx 2020-ci ildə evdə olduqları vaxt Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə yaratmış və onun ünvanına söyüş söymüşdür. Təqsirləndirilən şəxsı sakitləşdirməyə çalışsa da nəticəsi olmamışdır. Bu səbəbdən o, da Təqsirləndirilən şəxs ünvanına söyüş söyməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gələrək vurmaq istəmişdir. Təqsirləndirilən şəxsdən qorxub qonşuluqda yaşayan Aygünün evinə tərəf qaçmış və Aygünün evi qarşısında dayanıb qapını döymüşdür. Aygün qapını açdıqda onun mənzilinin dəhlizinə tərəf keçmiş, lakin mənzilə tam daxil ola bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs onu arxadan tutub vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx xxxxxxxx 2020-ci ildə polis şöbəsinə Əliyev Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması barədə qərar qəbul edilmiş, bu qərar şöbə rəisi tərəfindən təsdiq edilmişdir. Sonra əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında o, digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsinə gəlmiş, saat 19 radələrində həmin küçədə yerləşən 5 nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs Əliyevi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Onlar təqsirləndirilən şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Əliyev Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar təqsirləndirilən şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmiş, təqsirləndirilən şəxs də heç bir etiraz etməyib, onlarla birlikdə şöbəyə getmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs Əliyevə hüquq və vəzifələri izah olunmaqla vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs Əliyevə üzərində hər hansı bir qanunsuz əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşya olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs Əliyev əynindəki cins şalvarın sağ cibindən bir ədəd polietilen büküm və bir ədəd “Nokia” markalı telefon aparatını çıxarıb təqdim edərək demişdir ki, təqdim etdiyi bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə var. Bundan sonra həmin büküm açılmış və içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Əliyevə həmin maddəni haradan əldə etməsi barədə sual verilmiş, o da heroin kimi tanıdığı narkotik vasitəni xx xxxxxxxx 2020-ci ildə günorta saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Əliyevin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməyib. Aşkar edilmiş narkotik vasitə kağız zərfə qoyulub möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, habelə şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyinə baxmayaraq iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. xx xxxxxxxx 2020-ci il tarixli 6/2000 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 194” dairəvi möhür əksi olan “Şübhəli şəxs Əliyev Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirlər”. xx xxxxxxx 2020-ci il tarixli 2856 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Əliyev Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür xx xxx 2020-ci il tarixli 371 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, 1983cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol bazunun qançırı, sol budun şişkinlik və qançırı (hematoması), sol əlin İİİ, İV barmağının şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. CM-nin 234.1-ci maddəsi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi, yuxarıda göstərilən sübutlarla yanaşı, iş materiallarına əlavə edilmiş DVD disk və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə verdiyi izahatları ilə tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməllərini qismən də olsa etiraf etdiyini, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməlinə görə peşman olduğunu bildirdiyini, üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Əliyev Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,393 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Əliyev Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Əliyev Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Əliyev Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,393 qram təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Əliyev Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-53/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-53/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver