Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-53/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli 1(010)-173/2020 saylı hökmü ilə 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşayan, barəsində “başqa yerə getməməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,301 qram, 0,418 qram və 0,231 qram, ümumi təmiz çəkisi 1,308 qram narkotik vasitə olan heroini və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram və 1,150 qram, ümumi təmiz çəkisi 1,228 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 17 avqust 2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,301 qram, 0,418 qram və 0,231 qram, ümumi təmiz çəkisi 1,308 qram qəhvəyi rəngli bərkimiş formada maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iki ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,078 qram və 1,150 qram, ümumi təmiz çəkisi 1,228 qram, ağ rəngli kristallardan ibarət maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini ineksiya yolu ilə qəbul etmişdir. 17 avqust 2021-ci il tarixdə, saat 14:00-da o, yaşadığı ünvan 1 ünvanında olan zaman bir neçə polis əməkdaşı onun evinə daxil olmuş, evdə olan 1-ci qrup əlil qardaşına da xəsarət yetirərək, onu zorla Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasına gətirmişlər. Polis əməkdaşları onun evində olan zaman, evdə olan kibrit qutusunun içində olan bir neçə bükümdə narkotik vasitələri və psixotrop maddələri aşkar etmişlər. Polis əməkdaşları həmin kibrit qutusunu özləri ilə götürmüş, bölmənin inzibati binasında videoçəlişdən əvvəl isə qutuda olan bükümləri ona təqdim etmiş və videoçəlişin zamanı onları təqdim etməyi tələb etmişlər. O, da qutuda olan, özünə məxsus olan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əynindəki idman şalvarının sağ yan cibindən çıxararaq stolun üstünə qoymuşdur. Təqdim etdiyi 04 büküm narkotik vasitə olan heroin və 02 büküm metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Özü və iştirakçılar protokolun məzmunu ilə tanış olub, protokolu imzalamışlar. Sonra təqdim etdiyi narkotik vasitə olan heroin və metamfetaminin ekspertizaya təqdim olunacağı ona izah olunmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, evindən aşkar olunmuş bükümlərdə olan heroini və metanfetamini özünün istifadəsi üçün əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 10 il olar ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini ineksiya yolu ilə qəbul edir. Narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən alır. 16 avqust 2021-ci il tarixdə saat 21 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsə 30 (otuz) manat ödəniş etməklə 06 ədəd bükümdə narkotik vasitəni üzdən tanıdığı adını bilmədiyi şəxsdən almışdır. Aldığı 06 ədəd bükümdən 04 ədəd bükümü heroin, 02 ədəd bükümü isə metamfetaminir. Həmin bükümləri istifadə etmək məqsədilə özündə saxlamışdır. 17 avqust 2021-ci il tarixdə, saat 14:00-da ünvan 2 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona dövriyəsi qanunla qadağan olunmuş maddə əldə edib saxlayıb daşımaqda və narkotik vasitənin dövriyyəsində şübhəli və onlarla polis bölməsinə getməli olduğunu bildirmişlər Özlərini polis kimi təqdim edən iki nəfər şəxs polis şöbəsinə dəvət etmiş və onlarla birlikdə Əmircan qəsəbəsində yerləşən Bakı şəhəri, Suraxanı rayon Pİ-nin 31-ci PB-nə getmişdir. Oraya hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə xəbərdarlıq edib təklif etmişlər ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınıb gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etsin. Əmircan qəsəbəsindən aldığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əynindəki idman şalvarının sağ yan cibində saxlamışdır. Polis əməkdaşlarının təklifi ilə əynindəki idman şalvarının sağ yan cibində saxladığı 06 bükümdə olan heroini və metamfetamini çıxarıb stolun üstünə qoymuşdur. Təqdim etdiyi 04 büküm narkotik vasitə olan heroin və 02 büküm metamfetamin polis əməkdaşları tərəfindən götürülmüş, bir ədəd zərfə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Özü və iştirakçılar protokolun məzmunu ilə tanış olub protokolu imzalamışlar. Sonra təqdim etdiyi narkotik vasitə olan heroin və metamfetaminin ekspertizaya təqdim olunacağı ona izah olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroin və metamfetamindən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır. Üzərindən aşkar edilib götürülən narkotik vasitə olan heroin və metamfetamini 16 avqust 2021-ci il tarixdə saat 21 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsdən 30 manata almışdır. Narkotik vasitə olan heroin və psixorop maddə olan metamfetamini satan şəxsin adını, soyadını və atasının adını bilmir. Narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. Heç kimə narkotik vasitə satmamış, narkotik vasitənin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında “Həmid” adlı şəxsin narkotik vasitələrin və psxixotrop maddələrin satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən əməliyyat qrupunun yaradılması barədə tərəfindən raportla müraciət olunmuşdur. Özü və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə, günorta saat 14:00-da ünvan 2 ünvanında əvvəlcədən alınmış məlumatda “Həmid” adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəfindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə şübhəli olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş sübut əhəmiyyətinə malik ola biləcək olan əşyaları və ya predmetləri təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 06 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda 04 bükümün içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. 02 bükümün içərisində isə ağ rəngli kristal maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəfindən saxlanılıb polis bölməsinə təhvil verilərkən ona qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermiş, ifadəsində əlavə olaraq göstərmişdir ki, əvvəllər onun tərəfindən narkotik vasitələrin saxlanması ilə bağlı bir neçə şəxslər saxlanılmış, bu şəxslər narkotik vasitələrin Təqsirləndirilən şəxs aldıqlarını göstərmişlər. İş materiallarından görünür ki, 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə sat 15:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 19.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 19 avqust 2021-ci il tarixdə Suraxanı rayon prokuroru tərəfindən vəsatətin təmin edilməməsi və Təqsirləndirilən şəxs Nizami RPİ-nin MSY-dən azad edilməsi barədə qərar qəbul etmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi göstərilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 15.11.2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunması barədə qərar qəbul olunmuş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 6/3567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 6 (altı) ədəd kağız bükümdə, onlardan 4 (dörd) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,358qr, 0,301qr, 0,418qr, 0,231qr ümumi təmiz çəkisi l,308qram qəhvəyi rəngli bərkimiş formada maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 2 (iki) ədəd bükümdə ayr-ayrı təmiz çəkisi 0,078qr və 1,150qr, ümumi təmiz çəkisi 1,228 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1 siyahısına daxildirlər. İş üzrə təyin məhkəmə-narkoloji ekspertizasının 21.09.2021-ci il tarixli 3558 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 93.1.2ci maddələrinə əsasən 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.05.2020-ci il tarixdən 29.05.2020-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-173/2020 saylı, 15.10.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və həmin qərarın 36-cı bəndində əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilməsi məsələsi onun narkomaniyadan məcburi müalicəsi başa çatdıqdan sonra həll edilməsi qərara alınmışdır İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 22.02.2022-ci il tarixli 21- 1/3-1874-8 nömrəli məktubundan görünür ki, Suraxanı rayon Məhkəməsinin 7(010)- 25/2022 saylı 11.01.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və həmin qərarın 36-cı bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilməsi məsələsinin onun narkomaniyadan məcburi müalicəsi başa çatdıqdan sonra həll edilməsi göstərilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu müddətdə narkomaniyadan müalicə almamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 22.02.2022-ci il tarixədək çəkilməmiş hissəsi 02 ay 24 gün təşkil edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, sonuncunun üzərindən aşkar olunmuş maddələrin müxtəlif çeşidli olması faktına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməlidir. Bu zaman məhkəmə nəzərə alır ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li Qərarının 45si bəndində izah olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə təmiz çəkisi 1,228 qram heroin və 1,128 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-173/2020 saylı, 15.10.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 ay 23 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 ay 11 gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə, Təqsirləndirilən şəxs 03 (üç) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1.228 qram qalmış narkotik vasitə olan heroin və 1.128 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-53/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-53/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver