Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-53/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olan, faktiki Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Əlvan metal ponsianatında yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 1(124)-207/2022 nömrəli iş üzrə 24 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən cəzasının çəkilməsi təxirə salınmış, Nizami Rayon Məhkəməsinin 1(007)- 18/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyı Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 490 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 28 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “Yanardağ” restoranının qarşısında narkotik maddələrin əldə olunması, istifadəsi və gəzdirilməsində şübhəli bilinərək orada xidmətdə olan Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nin 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirilmiş, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əlində olan tünd göy rəngli qadın əl çantasından 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 490 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik naddələr olan kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 ildir ki narkotik vasitələrin bütün növlərindən istifadə edir. Narkotik vasitələri Bakı şəıərində müxtəlif yerlərdən əldə edir. 28 sentyabr 2022-ci il tarixdə onlayn olaraq adını Yusif və özünün X10 vətəndaşı olaraq bildiyi şəxslə əlaqə saxlayaraq həmin şəxsdən narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Qiymətdə razılaşdığından və ödəniş etdikdən sonra Yusif adlı şəxs təxminən 500 qram marixuananı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində fəaliyyət göstərən “Yanardağ” restoranının yaxınlığında dayanacağın arxa hissəsinə qoyacağını bildirmişdir. O, da bildirilən yerə gedib bir ədəd sellofan torbada həmin narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. Saat 12:30 radələrində evə tərəf gedərkən polis əməkdaşlarını görüb, yaxalanmaqdan qorxaraq polis əməkdaşlarından uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları da bunu gördüklərindən ona yaxınlaşaraq həyəcanlanmasının səbəbini soruşduqda o, daha da özünü itirmişdir. Ona görə də şəxsiyyətinin müəyyən edilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılmışdır. Polis bölməsində şəxsiyyəti müəyyən edilərkən o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkil ona təqdim olunmuşdur. O, vəkilə etirazı olmadığını qeyd etdikdən və üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyinə dair ərizə verdikdən sonra video çəkilişlə onu saxlayan şəxslərin də, iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə təhqiqatçı üzərində hər hansı bir qanunsuz olaraq əldə etməklə saxladığı narkotik vasitə və ya digər əşya olduğu halda onu çıxarıb təqdim etməsini bildirmişdir. O, əlində olan qadın əl çantasında saxladığı içərisində marixuana olan ağ rəngli sellofan torbanı, eləcə də özünə məxsus “Samsung” markalı mobil telefonu, bonus kartını, evin açarını, makiyaz ləvazimatlarını çıxarıb təqdim etmişdir. Təhqiqatçı təqdim etdiyi sellofan torba açıldıqda içərisində olan narkotik vasitə marixuana görünmüşdür. Təhqiqatçı tərəfindən həmin bükümün içərisində olan kütlənin nə olması barədə soruşulduqda, həmin kütlənin marixuana olduğunu, öz istifadəsi üçün onlayn olaraq Yusif adlı İran İslam Respublikası vətəndaşından 350 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar olunmuş qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri onun özü və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 7-ci PB-nin əməkdaşı vəzifəsində işləyir. 28 sentabr 2022-ci il tarixdə saat 12:00 radələrində o, xidmət yoldaşı DİN-nin ƏÇPA-nın 7-ci PB-nin polis nəfəri Şahid1 ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobildə inzibati ərazidə dilokasiya üzrə xidmət aparmışlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, Yanardağ restoranının yanından avtomobillə aşağı sürətlə ətrafa nəzarət etməklə keçərkən, bir nəfər qadının xidməti maşını gördükdə həyəcanlandığını sürətlə hərəkət etməyə başladığını görmüşlər, maşını Yanardağ restoranının yanında saxlayaraq onun dayanmasını və onlara yaxınlaşmasını tələb etmişlər. Təqsirləndirilən şəxs geri qayıdaraq onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək ad soyad tutduqları vəzifə və rütbələrini bildirmişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmişlər. O, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs nəyə görə xidməti maşını gördükdə həyəcanlandığını, dayandığı halda sürətlə hərəkət etməyə başladığını soruşduqda Təqsirləndirilən şəxs əlindəki yaşıl rəngli çantada narkotik maddə qurudulmuş marixuana olduğu üçün həyəcanladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs onlarla Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə getməli olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs saat 12:30 radələrində saxlayaraq 32-ci polis bölməsinə gətirmişlər və raport yazaraq 32-ci polis bölməsinin rəhbərinə məruzə etmişlər. Onlar Təqsirləndirilən şəxs 32-ci polis bölməsinin inzibati binasının xidməti otaqlarından birinə aparmışlar. Baş X8 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölməyə müdafiəçini dəvət etmişlər. Sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Şahid1, onun və təhqiqatçının iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. X8 Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan tünd yaşıl rəngli əl çantasının içərisindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd açarı, 01 ədəd Araz marketə məxsus bonus kartını, 04 ədəd makyaj ləvazimatını və 01 ədəd ağ rəngli sellofanı çıxararaq stolun üstünə qoymuşdur. X8 ağ rəngli sellofanı açdıqda içərəsində qurudulmuş otşəkilli maddə olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin otşəkilli maddənin nə olması, haradan, nə məqsədlə əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs həmin ağ rəngli sellofanda qurudulmuş marixuana olduğunu, həmin gün İran vətəndaşından onlayn yolla aldığı məlumat əsasında Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “Yanardağ” restoranının yanında yerləşən dayanacağın arxa hissəsindən əldə etdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik maddələrin hansı növündən istifadə etdiyini soruşduqda isə Təqsirləndirilən şəxs narkotik maddələrin bütün növlərindən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd içərisində otşəkilli maddə olan ağ rəngli sellofan və 01 ədəd “Samsung” markalı mobil telefon ayr-ayrı zərflərə qablaşdırılaraq götürülmüşdür. Üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində qanunsuz olaraq əldə edilməklə saxlanması, daşınması və ya gəzidirlməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilməsi öz əksini tapır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli əl çantasının içərisindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd evinə məxsus açarı, 01 ədəd Araz marketə məxsus bonus kartını, 04 ədəd makyaj ləvazimatını və 01 ədəd ağ rəngli sellofanı çıxararaq stolun üstünə qoyur. X8 həmin ağ rəngli sellofanı açdıqda həmin sellofanın içərisində qurudulmuş otşəkilli maddə olduğu müəyyən olunur. X8 Təqsirləndirilən şəxs həmin sellofanda nə olması barədə soruşduqda o, həmin otşəkilli maddənin qurudulmuş marixuana olduğunu onlayn yolla İran vətəndaşının ona verdiyi məlumatlar əsasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Yanardağ” restoranının yaxınlığında dayanacağın arxa hissəsindən götürdüyünü bildirir. X8 Təqsirləndirilən şəxs narkotik maddələrin hansı növündən istifadə etməsi barədə soruşduqda o, narkotik maddələrin bütün növlərindən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli sellofanda olan otşəkilli maddə bir zərfə götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon isə digər zərfə qablaşdırılır. Zərflərin üzəri möhürlənir və iştirakçıları tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 7/1117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1)...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-490 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq- 489,8 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2298 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bənidə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs hamilə olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci ildə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-578/2022 nömrəli iş üzrə 30 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay həddində, yəni 28 dekabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 aprel 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-3/2024 nömrəli iş üzrə 07 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Nizami rayon Məhkəməsinin 1(007)-18/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 490 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 489,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs himayəsində olan 25 dekabr 2009-cu il təvəllüdlü X2, 08 iyun 2016-cı il təvəllüdlü X4 və 16 noyabr 2017-ci il təvəllüdlü X6 adlı uşaqları on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. İş materiallarına olan AZ-İV seriyalı 942572 nömrəli, AZ-İİ seriyalı 381407 nömrəli, AZ-İV seriyalı 365217 nömrəli və AZ-İİİ seriyalı 831232 nömrəli «doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2009-cu il təvəllüdlü X2, 16 noyabr 2013-cü il təvəllüdlü X6, 08 iyun 2016-cı il təvəllüdlü X4 və 27 avqust 2023-cü il təvəllüdlü X3 adında uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, himayəsində dörd nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halı ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs himayəsində olan 25 dekabr 2009-cu il təvəllüdlü X2, 08 iyun 2016-cı il təvəllüdlü X4 və 16 noyabr 2017-ci il təvəllüdlü X6 adlı uşaqları on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salındığından və hal-hazırkı işlə bağlı Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azəbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2002-ci il tarixli Plenumunun qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinə müvafiq olaraq xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum növündə cəza çəkmişsə) və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Qalan hallarda isə (CM-nin 56.2-ci maddəsində göstərilən qaydada həbsxanada cəza çəkməyə məhkum edilmiş qadınlar istisna olmaqla) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınlara (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar istisna olmaqla) ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilir. Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmü ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş və təxirə salınmış 05 (beş) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə, ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Nizami Rayon Məhkəməsinin 1(007)-18/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 01 (bir) gün və hazırkı iş üzrə 28 – 30 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün, 30 sentyabr - 28 dekabr 2022-ci il və 17 oktyabr 2023 - 05 yanvar 2024-cü il tarixlərdə ev dustaqlığında saxlanıldığı, cəmi 05 (beş) ay 17 (on yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 05 (beş) il 03 (üç) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 mart 2024-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 489,8 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan 25 dekabr 2009-cu il təvəllüdlü X2, 16 noyabr 2013-cü il təvəllüdlü X6, 08 iyun 2016-cı il təvəllüdlü X4 və 27 avqust 2023-cü il təvəllüdlü X1 nəzarət edilməsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmü ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-207/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş və təxirə salınmış 05 (beş) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə, ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Nizami Rayon Məhkəməsinin 1(007)-18/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 01 (bir) gün və hazırkı iş üzrə 28 – 30 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, cəmi 03 (üç) gün, 30 sentyabr - 28 dekabr 2022-ci il və 17 oktyabr 2023 - 05 yanvar 2024-cü il tarixlərdə ev dustaqlığında saxlanıldığı, cəmi 05 (beş) ay 17 (on yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) il 03 (üç) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 mart 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-3/2024 nömrəli iş üzrə 07 yanvar 2024-cü il tarixli qərarı ilə həbsə alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 489,8 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan 25 dekabr 2009cu il təvəllüdlü X2, 16 noyabr 2013-cü il təvəllüdlü X6, 08 iyun 2016-cı il təvəllüdlü X4 və 27 avqust 2023-cü il təvəllüdlü X1 nəzarət edilməsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-53/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-53/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver