Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-533/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 10 iyun 2022-ci il tarixdə saat 09 radələrində “B” kategoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedess Benz E300” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətindən Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət etdirərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığına çatdıqda 20 km/saat sürətlə hərəkətini davam etdirərək sola dönmə manevri edib qarşı hərəkət zolağına daxil olarkən “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda buna riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobilin qabaq sağ hissəsini həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan mopedin ön hissəsi ilə toqquşduraraq ehtiyyatsızlaqdan Zərərçəkmiş şəxs sol mil sümüyünün sınığı, sağ saidin, sağ budun səhti əzilmiş yarası, sağ əlin, sol budun, sol baldırın sıyrıqları ilə nəticələnən, dərəcələrinə görə sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 10 iyun 2022-ci il tarixdə saat 09 radələrində “B” kategoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E300 D” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində 20 km/saat sürətlə hərəkətdə edərək Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığına çatdıqda ondan sol tərəfdə olan yol ayrıcına dönmək üçün avtomobili sola döndərmiş, qarşı hərəkət zolağına çıxdıqdan sonra onunla əks istiqamətdə hərəkətdə olan mopedlə idarə etdiyi avtomobilin sağ qabaq fara və bamper hissəsi toqquşmuşdur. Toqquşmanın təsirindən moped sürücüsü onun idarə etdiyi avtomobilin qabaq hissəsinin üzərindən aşaraq yerə düşmüşdür. Hadisə nəticəsində moped sürücüsü xəsarət aldığından həmin yerə X4 briqadası çağırılmışdır. O da, avtomobilini hadisə yerində saxlayaraq moped sürücüsünün aparıldığı 3 saylı şəhər Kliniki xəstəxanasına getmişdir. Mopedin sürücüsü adı sonradan öyrəndiyi Zərərçəkmiş şəxs tibbi müayinədən keçirildikdən və lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə yük olmasa da, arxa oturacaqda bir nəfər sərnişin, yəni həyat yoldaşı Şahid əyləşmişdir. Hadisədən əvvəl avtomobili texniki cəhətdən saz olmuşdur. Hadisədən sonra tibbi müayinədən keçirilmiş və spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, buna görə də zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 10 iyun 2022-ci il tarixdə saat 09 radələrində idarə etdiyi özünə məxsus “Zongshen” markalı mopedlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, “Aura” şadlıq evinin yanında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşısındakı piyada keçidindən piyadaların keçdiyini görüb, mopedi saxlamış və piyadaların keçib getmələrini gözlədikdən sonra hərəkətə düzünə davam etmişdir. Təxminən mopedin sürəti 20 km/saat olduğu zaman əks istiqamətdə hərəkətdə olan “Mercedes Benz E 300” markalı **-NF-*** dövlət qeydiyyatlı avtomobilin sürücüsü ondan sağ tərəfdə olan yol ayrıcına dönmək üçün avtomobili sola döndərərək onun üzərinə hərəkət edib, yol ayrıcının onun hərəkət zolağının ortasında idarə etdiyi mopedlə toqquşmuşdur. O, toqquşmanın zərbəsindən avtomobilin qabaq hissəsinin üzərindən aşaraq yerə düşmüşdür. Hadisə nəticəsində xəsarət aldığından həmin yer X4 briqadası çağırılmışdır. Ona ilkin tibbi yardım göstərildikdən sonra 3 saylı Şəhər Kliniki xəstəxanasına aparılmış, orada müayinə zamanı sol qolun mil sümüyünün sınığı aşkar edilmiş, tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə zamanı idarə etdiyi mopeddə hadisə zamanı sərnişin, yük olmamış, hadisədən qabaq spirtli içki qəbul etməmiş, hadisənin baş verdiyi yerdə işıqfor və ya nizamlayıcı nişanlar olmamışdır. Hazırda yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərər tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E300D” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10 iyun 2022-ci il tarixdə saat 09 radələrində onu iş yerinə, yəni ”Aura” şadlıq sarayına apararkən Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olmuş, “Aura” şadlıq sarayının yaxınlığına çatdıqda sola dönmə manevr etmiş, bu zaman əks istiqamətdə hərəkətdə olan mopedlə toqquşmuşdur. Toqquşmanın zərbəsindən moped sürücüsü Vyaçeslavın idarə etdiyi avtomobilin qabaq hissəsinin üzərindən aşaraq yerə düşmüşdür. Hadisə nəticəsində moped sürücüsü xəsarət aldığından hadisə yerinə gəlmiş X4 briqadası tərəfindən xəstəxanaya aparılmış, özü isə avtomobil də arxa oturacaqda əyləşmiş və hər hansı bir bədən xəsarəti almımışdır. Adı sonradan öyrəndikləri mopedin sürücüsü Zərərçəkmiş şəxs tibbi müayinədən keçirildikdən və lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını və şahidi dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 17 iyun 2022-ci il tarixli, 650 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarətlər-sol mil sümüyünün sınığı, sağ saidin, sağ budun səhti əzilmiş yarası, sağ əlin, sol budun, sol baldırın sıyrıqları xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 10 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 8/2622 nömrəli rəydən görünür ki, istintaq tərəfindən tədqim olunan məlumatlara əsasən, “Mercedess Benz E 330” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması birbirinə uyğun gələn özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs notairal qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs vurulmuş zərəri tam ödəyərək, zərərçəkmiş şəxs ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-533/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-533/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver