Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-535/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04 oktyabr 2023-cü il tarixdə, saat 11:15-də, Bakı şəhərində xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, 22 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 06:06 radəsində “BC” kateqoriyalı AC 388899 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindən üzü Əmircan qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək, yolu soldan sağa keçməyə çalışan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma; baş beynin əzilməsi; kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları, üz skeleti sümüklərinin qapalı sınığı, sol dirsək sümüyünün, sol iç topuğun, sol ayaq daraq sümüklərinin qapalı sınıqları; başın alın və üz nahiyəsinin yumşaq toxumasının hematoması, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəsi olan bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən 30 mart 2023-cü il tarixdə saat 02:00da Bakı şəhəri 3 saylı tibb mərkəzində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən üç ay müddətdir ki, “Toyota Prius” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə taksi xidməti göstərən zamanı saat təxminən 06:06 radələrində idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən TOSOİL YDM-nın qarşısında bir nədən kişi cinsli şəxsin olmasını qəfil görmüş, həmin şəxs avtomobil yolunun ortasında dayanmışdır. O, idarə etdiyi avtomobili sol istiqamətə çəksə də həm şəxs yolun ortasında dayandığı üçün avtomobilin sağ təkərinin yan hissəsi və sağ güzgü həmin şəxsə dəymişdir. O, avtomobili saxlamışdır. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobilinin gəldiyini görüb, öz avtomobilini həmin vəziyyətdə sürməyə ehtiyyat etdiyindən yoldan keçən d.q.nişanı yadında olmayan “Toyota Prius” markalı avtomoil ilə Təcili tibbi yardım avtomobilinin arxasınca 3 saylı Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda adını sonradan bildiyi Kərim adlı şəxsi reanimasiyaya yerləşdirmişlər. Həmin ərəfədə o, Kərim kişinin həyat yoldaşı olan Fəridə xanıma zəng etmiş və 3 saylı Sabunçu xəstəxanasına dəvət etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur-Əmircan şossesi ilə üzü Əmircan qəsəbəsi istiqamətində (Mədən yolu) gedən zaman “ATEF” şirkətinin binasınına olan döngəni keçən kimi hadisə baş vermişdir. Onun avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. Belə ki, həmin avtomobil texniki pasportla Kənan adlı şəxsə məxsus olmuş və Kənan tərəfindən ona etibarnamə verilmişdir. O da həmin etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə etmişdir. Hadisə baş verən zaman həmin yolda heç bir avtomobil olmamış və hər hansı bir avtomobil onun hərəkətinə maneə törətməmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. O, narkotik maddə qəbul etməmiş və spirtli içki içməmişdir. Avtomobilinin icbari sığortası vardır. Hadisə zamanı avtomobili 60 km/saat sürətlə idarə etmiş, avtomobilində yük olmamışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yol asvalt örtüyü ilə örtülmüşdür. Hadisə baş verən zaman hava qaranlıq olmuş və yola quraşdırılmış işıq dirəklərində işıqlar söndürüldüyü üçün yol qaranlıq olmuş, hava isə yağmursuz olmuş, yerdə sürüşkənlik olmamışdır. İdarə etdiyi “Toyota Prius” markalı **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobildə texniki cəhətdən hadisə baş verməzdən əvvəl hər hansı bir problem olmamış və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı yol qaranlıq olduğu üçün o, yalnız həmin piyadanı vurduğu anda onu gördüyü üçün hadisənin qarşısını almaq üçün hər hansı bir qabaqlayıcı tədbir görə bilməmişdir. Hadisə zamanı ətrafda olan şəxslərin TTYS-na zəng etdiklərini gördüyü üçün özü TTYSna zəng etməmişdir. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs gördükdə təqribən 4 metr uzaqlıqda olmuş, nə qədər qaçırtmağa çalışsa da idarə etdiyi avtomobilin sağ hissəsi ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs gördükdən onu vuranadək təqribən 4 metr məsafə qət etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs 22 gün ərzində xəstəxanada müalicə olunduğu müddətdə sonuncunun bütün xəstəxana, dəfn və yas mərasiminin xərclərini qarşılamış, o cümlədən sonuncuya məzar daşı qoydurmuşdur. Ailənin yeganə dolanacaq mənbəyi özünün əldə etdiyi gəlirdir, həyat yoldaşı ikinci qrup əlil olmaqla əmək fəaliyyəti ilə məşğul ola bilmir. Sonda o, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 08 avqust 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbənin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 məhkəmə icıasında elan olunmuş ifadəsindən görünür ki, hadisə nəticəsində dünyasını dəyişən X7 əri olmuşdur. Onunla 1968-ci ildə ailə həyata quraraq rəsmi nikahla ər-arvad kimi yaşamışlar, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir. Övladlarının ikisi qız, ikisi isə oğlandır. O, əri ilə birlikdə Füzuli rayonunda yaşamışdır. Məcburi köçgün olduğundan hazırda Füzuli rayonu, Zobcuq qəsəbəsində yaşadığı ev onlara dövlət tərəfindən verilmişdir. Fevral ayının əvəllərində oğlunun yaşadığı Bakı şəhərinə gəlmişlər. Bir müddət oğlunun yaşadığı Suraxanı Qaraçuxur qəsəbəsi, Şərq Y/Sahəsində yerləşən evində yaşamışlar. Əri Kərim rayonda hər səhər yuxudan duraraq həyəti gəzdiyindən buna öyrəşməmiş, buna görə də, Bakı şəhərində olanda da səhərlər durub hava almışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yuxudan duraraq gəzmək üçün evdən çıxmışdır. Lakin bir neçə sat ərzində onu tapa bilməyib narahat olmuşlar. Artıq soraqlaşmağa başladıqda onun istifadəsində olan mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş və Xəyal adlında şəxs özünü təqdim etdikdən sonra ondan Kərimin nəyi olduğunu soruşmuşdur. O, artıq hadisə baş verdiyini anlamışdır. Bu zaman Xəyal onu Sabunçu xəstəxanasına çağırmışdır. Dərhal oğlu ilə birlikdə xəstəxanaya getdikdə Xəyal artıq orada olmuşdur. Xəyal ona hadisə barədə məluamt vermiş və hadisədən təsirləndiyi hiss olunmuşdur. Bundan sonra əri ilə maraqlandıqda reanimasiyada olduğunu öyrənmişdir. Beləliklə 23 gün 3 saylı Sabunçu xəstəxanasında reanimasiyada qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə əri Kərim dünyasını dəyişmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli 45 saylı rəyindən görünür ki, X15 Məlik meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma; baş beynin əzilməsi; kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları, üz skeleti sümüklərinin qapalı sınığı, sol dirsək sümüyünün, sol iç topuğun, sol ayaq daraq sümüklərinin qapalı sınıqları; başın alın və üz nahiyəsinin yumşaq toxumasının hematoması, yuxarı və aşağı ətrafların qançırları və sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də, yol-nəqliyyat hadisəsi şəraitində xəstəxanaya gətirilməsindən əvvəl avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş maddəsinə, qişalarına qansızma və baş beynin əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2023-cü il tarixdə saat 02:00-da baş vermişdir. X1 adına tərtib olunmuş snasionar xəstənin tibbi kartasında, xəstəxanaya gətirilərkən onun spirli içi qəbul etməsi barədə hər hansı bir yazılı qeyd yoxdur. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 05 iyun 2023-cü il tarixli 8/1478 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Toyota Prius markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 08 mart 2023-cü il tarixli, 2/7431 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilib, CMnin 177.2.4 və 69.4-cü maddələrinə əsasən 2000 manat cərimə cəzası təyin edilmiş və xx.xx.2016-cı ildə Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, həyat yoldaşının ikinci qrup əlilliyini, ailənin yeganə dolanacaq mənbəyinin Xəyal Rzayenin əldə etdiyi gəlir olmasını, sonuncunun mərhumun xəstəxana, dəfn və yas mərasimlərini qarşılamasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 901178 saylı və AZ-İV seriyalı 414123 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə birgə nikahlarından 05 fevral 2017-ci il təvəllüdlü X9 və 05 noyabr 2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan xəstənin ambulator, stasionar tibbi kartasından” çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Rzayeva (Babayeva) Firuzə Rasim qızı ikinci dərəcəli əlildir, sonuncuya polimietilin qalıq əlamətləri, sağ diz oynağının bükücü kontrakturası, sağ pəmənin ekvinovaris deformasiyası, sağ aşağı ətrafın süst iflici, onurğanın bel tipli skaliozu diaqnozu qoyulmuşdur. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və yaxın qohumları ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həyat yoldaşının ikinci qrup əlil olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvAfiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-535/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-535/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver