Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-535/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 03 mart 2025-ci il tarixdə, saat 20:46 radələrində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ücün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən adsız kafedə saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd rəngli kağızlara bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,275 qram və 0,029 qram olmaqla ümumi təmiz çəkisi 0,304 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 22 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Su Pərisi” kafeyə kimi daşımış, həmin gün orada saat 19:07 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq orada videoçəkiliş keçirilməklə üzəri yoxlanılan zaman əynində olan açıq göy rəngli şalvarının sağ yan cibində həmin 02 ədəd rəngli kağızlara bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,275 qram və 0,029 qram olmaqla ümumi təmiz çəkisi 0,304 qram təşkil edən xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olub ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 02 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə təxminən saat 17:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında olarkən orada bir nəfər tanımadığı şəxslə rastlaşmış, söhbət əsnasında həmin şəxsin psixotrop maddə olan metamfetamin qəbul etdiyini bilmiş və həmin şəxsdən öz istifadəsi ücün bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs də etiraz etməmiş və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin ona 20 manat pulun müqabilində satmışdır. O, həmin şəxsə 20 manat pulu verəndən sonra həmin şəxs ona bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü ona vermişdir. O, həmin şəxsdən həmin bükümü alıb açmış və arasına baxdıqda orada ağ rəngli, kristal şəklində olan psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin şəxs psixotrop maddə olan metamfetamini ona satandan sonra ondan aralanmış və çıxıb gedərək gözdən itmişdir. O, həmin şəxsi ilk dəfə idi görmüş, adını bilməmişdir. O, metamfetamini həmin şəxsdən alandan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, həmin ərazidə bir qədər gəzişəndən sonra Suraxanı rayonu, Hövsan qəsəbəsinə qayıtmış və orada C.Xanməmmədov küçəsində yerləşən adsız kafeyə daxil olmuş cay sifariş etmişdir. O, həmin kafedə oturub çay içən zaman kafeyə üç nəfər mülkü geyimdə olan şəxslər daxil olmuşlar, ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər və Suraxanı Rayon Polis İdarəsinin 30-cü polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onun ad və soyadını soruşmuşlar. O, da özünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkotik maddə olub-olmadığını soruşmuşlar və olduğu halda onlara təqdim etməyini bildirmişlər. O, həmin vaxtı üzərində psixotrop maddə olan metamfetamin olduğunu polis əməkdaşlarına bildirmiş və əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü cibindən çıxardıb masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmiş və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümü masanın üstündən götürüb acıb baxmışlar və arasında ağ rəngli, kristal şəkilində olan maddə olduğunu görmüşlər. Polis əməkdaşları sonra həmin bükümü elektron tərəziyə qoyub çəkmişlər və 0,19 qram olması müəyyən olunmuşdur. Daha sonra polis əməkdaşları həmin bükümü zərfə qoyub qablaşdırmışlar, daha sonra zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş, o və polis əməkdaşları zərfin üzərinə imza etmişlər. Həmin vaxtı o, özünə məxsus olan bir ədəd “Redmi” markalı və bir ədəd “Samsunq” markalı mobil telefonlarını masanın üstünə qoymuşdur. Polis əməkdaşları həmin telefonların ona məxsus olduğu biləndən sonra həmin mobil telefonları da götürmüşlər və zərfə qoyub qablaşdırmışlar daha sonra zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş, o və polis əməkdaşları zərfin üzərinə imza etmişlər. Daha sonra polis əməkdaşları onun üstünə baxışı davam etdirmişlər üstünü yoxlamışlar, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üstünə baxış keçirib qutardıqdan sonra ona polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis bölməsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Özünü Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı kimi təqdim edən Elvin Tanarverdiyev onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış psixotrop maddəyə xidməti otaqda onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcədə o, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın video görüntüləri olan diski kompüterə salıb orada olan görüntülərə baxış keçirmiş və sonra bu barədə protokol tərtib etmişdir. O və iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı Elvin Tanarverdiyev üzərində qanunsuz olaraq psixotrop maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı onun izahatını almışdır. Bundan başqa o, 20 aprel 2025-ci il tarixdə səhər saatlarında Əhmədli metrostansiyanın yaxınlığından tanımadığı şəxsdən 01 ədəd şəffaf sellofana və 01 ədəd ağ kağıza bükülmüş patı kimi kimi tanıdığı psixotrop maddəni, sarı rəngli kağıza bükülmüş kakos kimi tanıdığı narkotik vasitə heroini 40 manata, tramadol və preqabalin adlı dərman preparatlarını da 40 manata alıb həmin bükümü cibinə qoyub saxlamışdır ki, sonra istifadə etsin. 22 aprel 2025-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Su pərisi” kafesində tanışları Rəhman və Xəyalə ilə olarkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onların kim olmaqları barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana və 01 ədəd ağ kağıza bükülmüş patı kimi tanıdığı psixotrop maddəni, sarı rəngli kağıza bükülmüş kakos kimi tanıdığı narkotik vasitə heroini, tramadol və preqabalin adlı dərman preparatları, 02 ədəd tibbi iynəli şprisi və 01 ədəd sınmış vəziyyətdə olan dərman şüşəsini çıxardıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içinə baxılmış və ondan həmin bükümlərin içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin 01 ədəd şəffaf sellofana və 01 ədəd ağ kağıza bükülmüş patı kimi tanıdığı psixotrop maddə, sarı rəngli kağıza bükülmüş kakos kimi tanıdığı narkotik vasitə heroin, tramadol və preqabalin adlı dərman preparatları olduğunu, onları 20 aprel 2025-ci il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş bükümlər və dərman preparatları götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparmışlar, orada təhqiqatçının inzibati otağında ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişə baxış keçirilmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbiri zamanı, Bakı şəhəri, Suraxanı rayonu, Bağlar yaşayış massivində eyrləşən “Su Pərisi” kafesinde saxlayıb, narkotik vasitələrin istifadəsində şübhəli kimi 30-cu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, şəxsə səhv etmirsə aprel ayının axırları yaxınlaşmışlar. Təqsirləndirilən şəxsin mart ayında saxlanılması ilə bağlı məlumatı yox idi. 3-4 nəfər polis əməkdaşı getmişlər. Niyaməddin həmin vaxt tək deyildi, 2-3 nəfər idilər. Çəkilişlə yaxınlaşıb özlərini təqdim etmişlər, sonra polis şöbəsinə gətirmişlər. Hamısının üzərindən narkotik çıxmışdır. Niyaməddinin üzərindən nə aşkar olunduğunu xatırlamır. Təqsirləndirilən şəxsin üzərindən çıxan əşyaya təhqiqatçının otağında baxış keçirilmiş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki təsir, döymə halı olmamışdır. Onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Narkotiki özü könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs ancaq narkotikin istifadəsi ilə bağlı saxlanılmışdır. Narkotikdən başqa üzərindən nə çıxdığını xatırlamır. Narkotiki özü könüllü şəkildə təqdim etmişdir. Öz istifadəsi üçün aldığını demişdir. Əməliyyatda iştirak etmiş, çəkilişdə kafedə olmuşdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “o Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 22 aprel 2025-ci il tarixdə Şahid7 mütamadı olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən Su pərisi kafesində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 ilə birlikdə Şahid7 olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Su pərisi” kafesinə getmişlər. Həmin vaxtı, yəni saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar yaşayış massivində yerləşən “Su pərisi” kafesində olan Şahid7 və onun yanında olan Şahid6 və Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlara narkotik maddə qəbul etmələri barədə məlumatlarının olduğunu bildirib saxlanıldığı yerdə üzərlərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxslər özlərini təqdim etmişlər. Özünü təqdim etdikdən sonra üzərlərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərində 03 ədəd ağ rəngli «Prabeqin (preqabalin) 150 mq» yazısı olan, “Tramadol 50 mq” yazısı olan bir ədəd konvalyutda 07 ədəd ağ-göy rəngli olan kapsullar və 02 ədəd bükümlərdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 02 ədəd bükümləri, 03 ədəd ağ rəngli üzərində «Prabeqin (preqabalin) 150 mq» yazısı olan və “Tramadol 50 mq” yazısı olan bir ədəd konvalyutda 07 ədəd ağ-göy rəngli olan kapsulları, həmçinin 02 ədəd tibbi iynəli şprisi və 01 ədəd sınmış vəziyyətdə olan dərman şüşəsini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin 02 ədəd bükümlər və kapsullar açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bükümlərin və kapsulların içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs də həmin 02 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və kapsullarda tramadol və preqabalin kimi tanıdığı dərmanlar olduğunu, onları 20 aprel 2025-ci il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özü istifadə etməyi üçün alıb üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yanında olan Şahid7 və Şahid6 də üzərlərinə baxış keçirilmiş, Şahid7 və Şahid6 üzərindən də bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş maddi sübutlar və Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış və təhqiqatçı Kamran Mehdiyevə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən üzərinə baxış keçirildikdə yolda Təqsirləndirilən şəxs götürdükləri maddi sübutları təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Niyaməddini tanıyır, ərazidə yaşayır. Bundan əvvəldə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs tutmuşlar. Dəfələrlə şifahi şəkildə Təqsirləndirilən şəxs dəmişlər ki, narkotiklə məşğul olmasın. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs Dənizkənarında tutmuşlar. Üzərindən 2 büküm metamfetamin və adlarının xatırlamadığı dərman preparatları çıxmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, şəxsin hər iki saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxsi 03 mart tarixində yaşadığı evin yaxınlığında saxlamışlar. Həmin vaxt şəxsin tək olub-olmaması yadında deyil. 2-3 nəfər polis əməkdaşı getmişlər. Onlara qarşı hər hansı müqavimət göstərməyib, qaçmayıb. Yerində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Şəxsin üzərindən nə çıxdığını xatırlamır. Təqsirləndirilən şəxsə qarşı fiziki təsir, döymə halı olmamışdır. İkinci epizodda, 22 aprel tarixində şəxsi saxlamağa neçə nəfər polis əməkdaşları getdiyini xatırlamır. Niyaməddini kafedə saxlamışlar, yanında qız var idi, 2 və ya 3 nəfər idilər. Hamısını sənədləşdirlər və hamısının üzərində narkotik aşkarlanmışdır. Niyaməddinin üzərindən 2 büküm metamfetamin və dərmanlar çıxmışdır. Şəxsin narkotikin satışı ilə məşğul olması barədə şifahi məlumatı var idi. Yanına gedib-gələnlər var idi və buna görə də elə təəsürat var idi ki, satışı ilə məşğuldur. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və birgə daxil olmuş məlumata əsasən Şahid7 barəsində əməliyyat əsasında Bakı şəhəri, Hösvan qəsəbəsi, Bağlar yaşayış massivində narkotik vasitələrin əldə olunması, dövriyyəsi ilə məşğul olması, yetkinlik yaşına çatmayan və digər şəxslərə aludəçiliyin yaranması və paylanması istiqamətində məlumatı nəzərdən keçirib rəhbərliyə məruzə etmişlər. Tərəfindən əməliyyat qrupu yaradılaraq şəxsin tutulması istiqamətində olduğu yer üzrə Hösvan qəsəbəsi, Bağlar yaşayış massivinin yanında Xəyalə və digər şəxslə, “Su Pərisi” adlanan kafeyə videoçəkilişlə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs iki büküm metamfetamini və dərmanı təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsə 22 aprel tarixində yaxınlaşmışdır. Şəxsin mart ayında saxlanılması ilə bağlı məlumatı var idi. Onlarda şəxsin narkotik vasitələrin satışı ilə bağlı məlumat var idi, lakin Təqsirləndirilən şəxs ağrıları olduğu üçün ancaq istifadə etdiyini bildirdi. Yetkinlik yaşına çatmayan şəxslər narkotikin satışı ilə bağlı əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsə qarşı fiziki təsir, döymə halı olmayıb, şəxs könüllü formada narkotiki təqdim edib. Əməliyyat məlumatı Niyaməddin və Xəyalə xanımla bağlı daxil olub. Digərlərinin üzərindən də narkotik aşkar edildi. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir: “o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən adsız kafedə olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, sahə rəisi, polis mayoru Şahid5 və əməliyyat müvəkkili polis kapitanı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən adsız kafesinə getmişlər. Həmin vaxtı, yəni saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən adsız kafesində olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etmələri barədə məlumatlarının olduğunu bildirib saxlanıldığı yerdə üzərlərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü təqdim etmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərində 01 ədəd bükümlərdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin 01 ədəd büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs də həmin 01 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu 03 mart 2025-ci il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özü istifadə etməyi üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış və təhqiqatçı Elvin Tanarverdiyevə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən üzərinə baxış keçirildikdə yolda Təqsirləndirilən şəxs götürdükləri maddi sübutları təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur. Narkotik vasitələrin istifadəsində və dövriyyəsində məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuşdur. Niyaməddin adlı şəxsin yeri müəyyən edilmiş, tədbir keçirilmiş və fakt təstiqin tapmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, şəxsə səhv etmirsə 3 nəfər yaxınlaşmışlar. Şəxsin yanında kiminsə olması yadında deyil. Onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Üzərinə şəxsi axtarışı videoçəkilişlə keçirmişlər. Narkotiki özü könüllü şəkildə təqdim etmişdir. Şəxsin üzərindən metamfetamin çıxmış və öz istifadəsi üçün olduğunu demişdir. Şəxsin narkotiki əldə etdiyi mənbə ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxsə qarşı fiziki təsir, döymə halı olmamışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə günü evdəydi. Qapı döyülmüş, açaraq polis əməkdaşları evə girmişlər, onu çıxarmışlar həyətə. Otağın qapısını qırıb bir kişini döyərək salmışlar içəri. Başlamışlar evdə her yeri axtarmağa, özlərinə aid olan qızılları və telefonları götürmüşlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, polislər evə mart və aprel aylarında iki dəfə gəlmişlər. Hər iki epizodda evdə idi. İlk dəfə 7-8 nəfər polis gəlmiş, sahə inspektoru üstünə silah çıxartmışdır. 04 mart tarixində Bəşir, Ruslan, Afiq və digər polislər gəlmişdir. Sonra aparmışlar şöbəyə və onlara şöbədə təzyiq olunmuşdur. Bildirildi ki, vəkilə evdən gəldiyini deməsin. Əməliyyatçı Bəşir onu hədələmiş və bildirmişdir ki, ev söhbətini bağlasın, yoxsa onu yumuqla vurar.Vəkilə evdən aparıldığını demişdir. Onun cinayət işi hal-hazırda istintaqdadır. Hal-hazırda narkotikdən istifadə etmir, amma həmin vaxtlar ağrıları olduğu üçün istifadə edirdi. Niyaməddini aparmışlar “Su Pərsi” kafesinə və demişlər ki, narkotiki üstünə götürsün. Həmin vaxt Rəhman adlı kişi Niyamaddinin avtomobilinə görə gəlmiş və onu döyüb evə salmışlar. Polislər onlara təzyiq göstərmişlər deyə razılaşmışlar. Niyaməddini 3 ildir ki, tanıyır. Niyaməddin bir ildir ki narkotikdən istifadə edir. Tutulmamışdan 15 gün əvvəl istifadə etmişlər. Narkotiki konumla iranlıdan əldə edirdilər. Digər şahidlər Şahid5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik maddələrinin aşkarlanaraq götürülməsini özündə əks etdirən CD Compact disklərə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid2, Şahid4 və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə rəisi Şahid5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən adsız kafedə Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs da təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetamini tanımadığı şəxsdən 20 manata alaraq saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs üzərində baxış aparıldıqdan sonra onun Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına aparılması və orada baş təhqiqatçı Elvin Tanarverdiyevə otağında şübhəli şəxs qismində tutulması və digər istintaq hərəkətləri öz əksini tapır. Eyni zamanda Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Afıq Mirzəzadə və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Su Pərisi” kafesində Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs də əynidəki açıq göy rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin kimi tanıdığı 02 ədəd bükümləri, 03 ədəd ağ rəngli üzərində «Prabeqin (preqabalin) 150 mq» yazısı olan və “Tramadol 50 mq” yazısı olan bir ədəd konvalyutda 07 ədəd ağ-göy rəngli olan kapsulları, həmçinin 02 ədəd tibbi iynəli şprisi və 01 ədəd sınmış vəziyyətdə olan dərman şüşəsini çıxarıb təqdim edir. Həmin bükümlər və kapsullar açılaraq içinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bükümlər və kapsulların içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və kapsullarda tramadol və preqabalin kimi tanıdığı dərmanlar olduğunu, onları 20 aprel 2025-ci il tarixdə Əhmədli metrostansiyasının yaxınlığında tanımadığım şəxsdən özü istifadə etməyi üçün alıb üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən götürülənlər qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs üzərində baxış aparıldıqdan sonra onun Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına aparılması və orada təhqiqatçı Kamran Mehdiyevin otağında şübhəli şəxs qismində tutulması və digər istintaq hərəkətləri öz əksini tapır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-6/957/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Şabhəli şəxs...(imza) Təqsirləndirilən şəxsN” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,317 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,317 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,267 qr. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-6/1501/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut (imza) Təqsirləndirilən şəxs” yazısı imzalar olan paketdəki- 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,275 qram və 0,029 qram, ümumi təmiz çəkisi 0,304 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar usulla hazırlanmış psixotrop maddə metamfetamındir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,114 qram tünd qəhvəyi rəngi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “Prabeqin (preqabalin) 150 mq” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 3 ədəd ağ rəngli kapsul güclü təsir edən maddələrə aid olan preqabalin tərkibli kapsullardır və 3 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,45 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla); üzərində “Tramadol 50 mq” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 7 ədəd ağ-göy rəngli kapsul güclü təsir edən maddələrə aid olan tramadol tərkibli kapsullardır və 10 ədəd kapsuldan ibarət tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,35 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən kapsulda 0,05 qr tramadol olmaqla); 1 (bir) ədəd ampulda, 2(iki) ədəd 2 ml-lik şprisdə və bir ədəd folqa parçası üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdə olan heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd: heroinin təmiz çəkisi: 0,114 qr, tədqiqata sərf edildi: 0,04 qr, qalıq: 0,074 qr. metamfetaminin ümumi təmiz çəkisi: 0,304 qr, tədqiqata sərf edildi: 0,06 qr, qalıq: 0,244 qr. preqabalin tərkibli kap.-3 ədəd, tədqiqata sərf edildi: 1 kap., qalıq: 2 kap. tramadol tərkibli kap.-7 ədəd, tədqiqata sərf edildi: 1 kap., qalıq: 6 kap. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 30 may 2025-ci il tarixli 3213 nömrəli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 30 may 2025-ci il tarixli 1740 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman həmin onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psxi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmək barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 05 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 24 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-125/2025 nömrəli iş üzrə 25 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon prokuroru X2 21 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini və ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 03 mart 2025-ci il və 22 aprel 2025-ci il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 03 – 05 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 22 – 24 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 25 aprel 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün, cəmi 02 (iki) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,267 qr və 0,244 qr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,074 qr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 kapsul preqabalin və 6 kapsul tramadol təsiredici maddələr məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 – 05 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 22 – 24 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 25 aprel 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün, cəmi 02 (iki) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,267 qr və 0,244 qr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,074 qr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 kapsul preqabalin və 6 kapsul tramadol təsiredici maddələr məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-535/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-535/2025
06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver