Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-54/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X7, Təqsirləndirilən şəxs, tərcüməçi X5 onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 31 yanvar – 02 fevral 2024-cü il tarixləri üzrə tutulmuş, 02 fevral 2024-cü il tarixdə barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 14 yanvar 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə 0,801 qram çəkidə-xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinə gətirilmiş, həmin tarixdə saat 12:00-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində saxlanılaraq 33-cü polis bölməsinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 25 ünvanda yerləşən inzibati binasına gətiriləndən sonra üstündə aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,801 qram olan xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2024-cü il tarixdə onun üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən tutulandan və sonra istintaq hərəkəti bitənədək tərcüməçi, vəkil görməmiş, ancaq məhkəmə iclasında görmüşdür. 31 yanvar 2024-cü ildə polis əməkdaşları tərəfindən tutulanda iki gün MSY-də olmuş, sonra buraxılmış, ondan sonra Suraxanı Rayon Polis İdarəsində olmamışdır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X17 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək bildirmişdir ki, xidməti vəzifəsinin icrası zamanı 2024-cü ilin yanvar ayında daxil olmuş əməliyyat məlumatlarında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik və psixotrop maddələr isitfadəçisi kimi son vaxtlar Zığ qəsəbəsi istiqamətində görünməsi göstərilmişdir. Məlumatların dəqiqliyini yoxlayandan sonra əməliyyat tədbirləri keçirilməsi üçün polis bölməsinin rəisinə məruzə etmiş, müvafiq icazə alınandan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə onun və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması haqqında polis bölməsinin rəisi tərəfindən göstəriş verilmişdir. Həmin gün saat 10:00 radələrində əməliyyat müvəkkili Şahid2lə birlikdə Zığ qəsəbəsinə gəlib orada Təqsirləndirilən şəxs ola biləcəyi ərazilərdə müşahidə aparmağa başlamışlar. Saat 11:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində Loğmanı piyada getdiyi vəziyyətdə aşkar etmişlər. Bir az müşahidələr aparandan sonra saat 12:00 radələrində yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və həmin şəxsdən kimliyini soruşmuşlar. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə aldıqları məlumatlar yoxlanılır, bu səbəbdən saxlanılmış, eyni zamanda araşdırmanın davam etdirilməsi üçün 33-cü polis bölməsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşıb onlarla birlikdə getmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb 33-cü polis bölməsinə gətirilməsi barədə məruzə edəndən sonra araşdırmanın aparılması təhqiqatçı, polis mayoru Ruslan Mirzəliyevə tapşırılmışdır. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilb, sonradan təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs onların nəzarəti altında olmuş və üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması sənədləşdirilərək, üstündə şəxsi axtarış aparılmasını qərara alınmşdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, şəxsi axtarış zamanı videoçəkilişin aparılması Şahid2 tapşırılmış və sonuncu mobil telefonun kamerası ilə çəkiliş aparmışdır. Videoçəkilişlə şəxsi axtarış zamanı X9 tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddəni özü qəbul etmək üçün tanımadığı şəxsdən Yeni Suraxanı qəsəbəsində 10 manata almışdır. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra üstü ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümü bir kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Təhqiqatçı şəxsi axtarışın protokolunu tərtib edib hamıya oxumuş, iştirakçılar tanış olub protokolu imzalamışlar, Təqsirləndirilən şəxs da protokolu imzalamış, hər hansı bir etirazı olmamışdır. Şəxsi axtarış başa çatandan sonra Şahid2 videoçəkilişin nəticələrini CD diskinə köçürüb təhqiqatçıya təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, bükümdə olan maddənin məhkəmə-kimyəvi ekspertizasında həmin maddənin 0,801 qram heroin olduğu barədə rəy verilmişdir. Onu da bildirmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs heç kimlə ünsiyyətdə olması, narkotik vasitəni kimdən aldığının şahidi olmamışlar, sonradan da narkotik vasitənin əldə edildiyi mənbənin müəyyən ediməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək bildirmişdir ki, xidməti vəzifəsinin icrası zamanı 31 yanvar 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Ülvi Quliyevin məlumatlarına və qərarına əsasən keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Tədbir zamanı ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik və psixotrop maddələr isitfadəçisi kimi son vaxtlar Zığ qəsəbəsi istiqamətində görünməsi barədə məlumatlar yoxlanılmışdır. Onun və Ülvi Quliyevin tədbirdə qrup kimi iştirak etmələri barədə bölmə rəisi tərəfindən əmr verilmiş, həmin gün saat 10:00 radələrində əməliyyat müvəkkili Ülvi Quliyevlə birlikdə Zığ qəsəbəsinə gəlib orada müşahidə aparmağa başlamışlar. Saat 11:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs ola biləcəyi ərazilərdə müşahidlər aparanda sonuncunun piyada getdiyini görmüşlər. Bir az müşahidələr aparandan sonra saat 12:00 radələrində həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və kimliyini soruşmuşlar, saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs izah etmişlər ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi barədə məlumatlar daxil olmuş, məlumatların yoxlanılması səbəbindən saxlanılmışdır. Bundan başqa təklif etmişlər ki, araşdırmanın davam etdirilməsi üçün onlarla 33-cü polis bölməsinə getsin. Təqsirləndirilən şəxs etiraz etməmiş, amma suallara cavab verəndə səsindən həyəcanlı olduğu görünmüşdür. Təqsirləndirilən şəxs polis bölməsinə gətirib məruzə edəndən sonra araşdırmanın aparılması ilə bölmənin təhqiqatçısı, polis mayoru Ruslan Mirzəliyev məşğul olmuşdur. Saxlanıldığı yerdən 33-cü polis bölməsinə gətirilb, sonradan təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs onların nəzarəti altında olmuş və üstündən nə isə atmaq imkanı olmamış, belə cəhdlər də etməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması sənədləşdiriləndən sonra üstündə şəxsi axtarış aparılması qərara alınmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş və bildirmişdir ki, şəxsi axtarış zamanı videoçəkiliş aparılacaqdır. Videoçəkilişi aparan özü olmuş, mobil telefonun kamerası ilə çəkiliş aparmış, ona görə də videogörüntülərdə özü kadrlarda görünməmişdir. Şəxsi axtarış zamanı X9 tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs ona edilən təklifə əməl edərək əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddəni özü qəbul etmək üçün tanımadığı şəxsdən Yeni Suraxanı qəsəbəsində almış, həmin bükümə görə 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra onun üstü ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümü kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Bundan əlavə şəxsi axtarışın protokolu tərtib edilib itirakçılar onunla tanış edilmiş, sonra protokolu imzalamışlar. Təqsirləndirilən şəxs da zərfi və protokolu imzalamış, hər hansı bir etirazı olmamışdır. Şəxsi axtarış başa çatandan sonra videoçəkilişin nəticələrini CD diskinə köçürüb təhqiqatçıya təqdim etmişdir. Bükümdə olan maddənin məhkəmə-kimyəvi ekspertizası həmin maddənin 0,801 qram heroin olduğunu təsdiq etmiş və təhqiqatçıya rəy verilmişdir. Onu da bildirmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən aldığının şahidi olmamışlar, müşahidələr zamanı və saxlanılanda sonuncunun tək olduğunu görmüşlər. Müdafiə tərəfin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş (tərcüməçi) X13 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndrilən şəxs ona tanış gəlmişdir. Hazırki işlə bağlı dəvət olunmuş, tərcümədə iştirak etmişdir. Təqsirləndirilən şəxslə aparılan istintaq hərəkətləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs xatırladığı qədər Azərbaycan dilində bilirdi. O, təqsirləndirilən şəxslə bağlı Suraxanı Rayon Polis İdarəsində aparılan istintaq hərəkətlərində iştirak etmişdir. İstintaqa onu Çərkəz adlı müstəntiq çağırmışdır. Onu ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlayıb çağırırlar, daimi işlətdiyi nömrədir. İş materialarınada olan imzalar ona məxsusdur. İstintaq orqanları tərəfindən tərcüməçi kimi çox dəvət olunur. İş materiallarındakı imzalar ona məxsusdur. Bu işlə bağlı ola bilsin ki, bir neçə dəfə Suraxanı Rayon Polis İdarəsində olmuşdur. Təqsirləndirilən şəxsi Suraxanı Rayon Polis İdarəsində görmüşdür. Cinayət işinin materiallarında olan 31 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 31 yanvar 2024-cü il tarixdə, saat 12:45-də tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 yanvar 2024-cü il tarixdə saat 12:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon prokurorunun 02 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Xametov X12 RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 02 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2024cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin məktubundan və “axtarışda olan şəxsin tutulması” barədə 14 yavnar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Narkoloji dispanserinin yaxınlığında saxlanılaraq 33-cü polis bölməsinə gətirilmiş və oradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videoyazının başlanğıcımda kadrda Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı X11 polis forması geyimində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Ülvi Quliyev mülki geyimdə, tutulmuş şəxs Təqsirləndirilən şəxs mülki geyimdə görünürlər, videoçəkiliş aparan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 kadrda görünmür. X9 “Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı Ruslan Mirzəliyev, 31 yanvar 2024-cü il tarixdə xidməti otağımda...” sözləri ilə danışığa başlayır və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasında iştirak edən şəxsləri təqdim edir, kadrda görünməyən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparıldığını bildirir. Təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edəndən sonra sonuncuya təklif edir ki, üstündə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya, predmet varsa təqdim etsin. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb stolun üstünə qoyur və şəxsi istifadəsi üçün Yeni Suraxanıda 10 manata tanımadığı şəxsdən aldığını izah edir. Bundan sonra əməliyyat müvəkkili Ülvi Quliyev təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üstünü ətraflı axtarır, heçnə aşkar edilmir. Götürülən büküm bir kağız zərfə qoyularaq qablaşdırılır, zərfin üstündə yazılı qeydlər aparılır və iştirakçılar tərəfindən imzalanır. Sonda təhqiqatçının sualına cavabında Təqsirləndirilən şəxs istintaq hərəkəti ilə bağlı hər hansı bir sualının, əlavəsinin olmadığını bildirir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-6/633 nömrəli 01 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №171” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,801 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixdli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 2951 nömrəli 04 may 2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 07 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Xametov X12 Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum 24 avqust 2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 ay 21 gün hissəsi icra olunmuş, 01 il 07 ay 05 gün hissəsi çəkilməmişdir. Müdafiə tərəfin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-54/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X3 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 31 yanvar 2024-cü il saat 10:00-dan 02 fevral 2024-cü il saat 23:59-dək, 22 iyun 2024-cü il saat 09:00-dan 23 iyun 2024-cü il saat 23:59-dək anten dairələri müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür:
1. X2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 31 yanvar 2024-cü il saat 10:00-dan 02 fevral 2024-cü il saat 23:59-dək, 22 iyun 2024-cü il saat 09:00-dan 23 iyun 2024-cü il saat 23:59-dək aşağıdakı kimi olmuşdur: -31 yanvar 2024-cü il saat 13:15:04- Baki seh. Sebail r-nu Z.Eliyeva pr-ti 24; saat 13:17:09- İceri seher Mugam restoran.Neftciler pr; saat 13:34:22-Neftciler prospekti; saat 13:34:37-Neftciler prospekti; saat 15:11:25-Neftciler prospekti; saat 15:16:29- Neftciler prospekti; saat 16:51:03 - Neftciler prospekti; saat 16:51:17 - Neftciler prospekti. -01 fevral 2024-cü il saat 09:26:02 -Neftciler prospekti; saat 09:26:15 - Neftciler prospekti. -02 fevral 2024-cü il saat 10:56:38 –Qaraçuxur qəsəbəsi. -22 iyun 2024-cü il saat 17:57:49- Qaraçuxur qəsəbəsi.
2. X2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 31 yanvar 2024-cü il saat 10:00-dan 02 fevral 2024-cü il saat 23:59-dək, 22 iyun 2024-cü il saat 09:00-dan 23 iyun 2024-cü il saat 23:59-dək aşağıdakı kimi olmuşdur: -31 yanvar 2024-cü il saat 11:06:20 - Baki seh,Suraxani rnu,"AzerEnerji"yarimstansiyasi; saat 12:00:52 -Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall"; saat 11:55:33 - Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall"; saat 11:56:13- Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall"; saat 12:47:24- Baki seh, Suraxani qes., Park kuc 18. "Sport Hall"; saat 13:04:39- Heyder Aliyev pr; saat 15:04:32- Neftciler prospekti; saat 18:08:42- Baki seh, Sebail r-nu, Neftchiler pros., 125.; saat 19:07:11- Yeni Guneshli, ATC77-nin etrafi; saat 19:12:55- Yeni Guneshli, ATC77-nin etrafi. -01 fevral 2024-cü il saat 09:40:23-Neftciler prospekti; saat 10:08:11- Neftciler prospekti; saat 10:49:55- Neftciler prospekti; saat 10:53:28- Baku Sh.X14 Binasi.; saat 11:01:55- Baku Sh.X14 Binasi.; saat 12:02:55- Azadlig pr., Buniatzadeh st., American Embassy, M.Kashkaya s; saat 12:07:47- Baki seh,, Semed Vurgun kuc., 94.; saat 12:20:58- Hyatt Regency, İzmir st.; saat 12:28:43- İstiqlaliyyat kuc; saat 12:52:36- Guneshli; saat 14:48:01- Guneshli; saat 15:53:49- Qaraçuxur qəs; saat 15:58:12- Qaraçuxur qəs; saat 16:31:42- Qaraçuxur qəs. -02 fevral 2024-cü il saat 10:17:13–Qaraçuxur qəsəbəsi; saat 10:18:07 – Xatai ray., 1733-cu kechid; saat 12:08:51– Suraxani r-nu, Zig yolu, AvtoServis; saat 12:21:57– Qaraçuxur qəsəbəsi; saat 12:26:50– Gunesli ,Sadlinski kuc,Qaracuxur; saat 16:46:28– Gunesli; saat 17:21:56– Qaracuxur qes. 2 mertebeli ferdi yasayis evi; saat 17:51:29- Baki seh, Qara Qarayev metro stansiyasi. -22 iyun 2024-cü il saat 13:40:28- Qaracuxur qes.; saat 13:44:50- Qaracuxur qes.; saat 16:56:12 – Gunesli qəs.; saat 16:57:16- Gunesli qəs.; saat 16:58:04- Gunesli qəs.; saat 18:02:05-Qaraçuxur qəs. Müdafiə tərəfin vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-54/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərcüməçi X8 məxsus ***-***-**-** saylı mobil nömrəsinin 01 fevral 2024-cü il saat 09:00-dan 02 fevral 2024-cü il saat 23:59-dək, 23 iyun 2024-cü il saat 09:00-dan 23 iyun 2024-cü il saat 23:59-dək anten dairələri müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, tərcüməçi X13 01 - 02 fevral 2024-cü ildə və 22 iyun 2024-cü ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olmamış; 23 iyun 2024cü ildə saat 15:40-dan 17:10-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi (40.419xx/xx.96571), Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana (40.418xx/xx.96941), Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev 14V (40.439xx/xx.93081) və M.A.Rəsulzadə 21/Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayanı küçəsi 26A (17 nömrəli Bakı Peşə Liseyi- 40.441xx/xx.93691) olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər "xxxx" və "xxxx" MMC-dən məlumatlar, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, müdafiəçi X4 01 fevral 2024cü il saat 09:00-dan 02 fevral 2024-cü il saat 23:59-dək, 23 iyun 2024-cü il saat 09:00dan 23 iyun 2024-cü il saat 23:59-dək (zəruri istintaq hərəkətlərinin keçirildiyi dövr) Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin yerləşdiyi ərazidə ümumiyyətlə olmamışdır. Bu kobud prosessual pozuntu, müdafiə hüququnun pozulması olmaqla, işin ən önəmli sübutu olan şəxsi axtarış baxış protokolunun mötəbərliyini şübhə altına alır. Beləliklə, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. “Vəkillik və vəkillər fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmçinin məhkəmə qeyd edir ki, tərcüməçi X13 izahatında təqsirləndirilən şəxslə bağlı Suraxanı Rayon Polis İdarəsində aparılan istintaq hərəkətlərində iştirak etdiyini, iş materialarınada olan imzaların ona məxsus olduğunu bildirsə də, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD disk formatında olan məlumatından görünür ki, tərcüməçi X13 01 fevral 2024-cü il saat 09:00-dan 02 fevral 2024-cü il saat 23:59-dək, 23 iyun 2024-cü il saat 09:00-dan 23 iyun 2024-cü il saat 23:59-dək (zəruri istintaq hərəkətlərinin keçirildiyi dövr) ümumiyyətlə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, tərcüməçi X8 Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahov tərəfindən 31 yanvar 2024-cü il tarixdə hüquq və vəzifələri izah edilmiş, halbu ki, təqsirləndirilən şəxs həmin tarixdə hələ heç istintaqa belə təhvil verilməmiş, yalnız tərcüməçi sənəd üzərində 01 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxsə təqdim edilmişdir. Bu hal özlüyündə iş üzrə müstəntiqin qərarı ilə təyin olunmuş tərcüməçi X1 müdafiə hüququnun təmin olunması görüntüsünə xələl gətirilməməsi məqsədilə formal olaraq bütün sənədlərə imza etməsi əslində isə işdə real iştirakının olmamasını bir daha təsdiq edir. Tərcüməçinin qeyri-real iştirakının mövcudluğunun qəbul edilməsi halında, şəxsin tutulduğu andan dərhal sonra tutulmanın səbəbini, şübhənin mahiyyətini, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarının ona aydın olan dildə izah edilməsi – hüququnun təmin edilməməsini məhkəmə müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,801 qram kustar üsulla hazırlanmış heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 112 (yüz on iki) manat, cəmi 177 (yüz yütmiş yeddi) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 0,801 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 0,751 qram qalığı materiala əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı X11 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X18 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 22 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dərhal ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0,801 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,751 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 112 (yüz on iki) manat, cəmi 177 (yüz yütmiş yeddi) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı X11 və Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X18 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilsin. Vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 22 (iyirmi iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 242 (iki yüz qırx iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Namiq Kərimov