Məhkəmə qərarları › İş №1(010)-542/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-542/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-542/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Lerik rayounu, Molalan kəndində qeydiyyatda olan Bakı şəhəri, Suraxanı rayonu, X4 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus mobil telefona zəng edərək mobil telefonda Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs atası və qardaşını təhqir etməsi səbəbindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X4, nömrəsiz fərdi yaşayış evinə gələrək fərdi yaşayış evinin giriş qapısı açıq olduğundan həyətyanı sahəyə daxil olmuş, həyətyanı sahədə olan keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs atası və qardaşını mobil telefonda nə səbəblə təhqir etməsini bildirdikdə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını ona məxsus həyətyanı sahədən çölə çıxarmaq istəyən zamanı Zərərçəkmiş şəxs sol qoluna əli ilə vurmuş və sonra əlində olan ülgüclə Zərərçəkmiş şəxs sol əlin 4-cü barmağının kəsilmiş yarası, burun kökünün, sağ almacıq nahiyəsinin sıyrıqları, sol ayağın üst səthinin sıyrığı və qançırı, sağ baldırın sıyrığı xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:40 radəllərində yaşadığı evin həyətyanı sahəsində keçmiş həya yoldaşı Zərərçəkmiş şəxsn mobil telefonda təhqir etməsi və Zərərçəkmiş şəxs atası və qardaşını mobil telefonda təhqir etməsi ilə bağlı Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, X4, nömrəsiz ünvanına gələrək fərdi yaşayış evinin giriş qapısı açıq olduğundan Zərərçəkmiş şəxs həyətyanı sahəyə daxil olmuş, bu zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində olduğu üçün atası və qardaşını nə üçün mobil telefonda təhqir etməsi bildirdikdə Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsindən çölə çıxartmaq istəyən zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sol qoluna vurmuş və sonra əlində olan ülgüclə Zərərçəkmiş şəxs sol əlin 4-cü barmağının kəsilmiş yarası, burun kökünün, sağ almacıq nahiyəsinin sıyrıqları, sol ayağın üst səthinin sıyrığı və qançırı, sağ baldırın sıyrığı xəsarətləri yetirərək Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Sonda, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:40 radəllərində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, X4, nömrəsiz evinin qarşısına gəlmiş və fərdi yaşayış evinin giriş qapısı açıq olduğu üçün həyət yanı sahəyə daxil olmuş və Təqsirləndirilən şəxs həyətyanı sahədə olduğu üçün Zərərçəkmiş şəxs onun yanına gedərək mobil telefonda atası və qardaşını nə üçün təhqir etməsini bildirdikdə Zərərçəkmiş şəxs və keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarında mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qoluna əli vurmuş, sonra Təqsirləndirilən şəxs əlində olan ülgüclə qəsdən Zərərçəkmiş şəxs sol əlin 4-cü barmağının kəsilmiş yarası, burun kökünün, sağ almacıq nahiyəsinin sıyrıqları, sol ayağın üst səthinin sıyrığı və qançırı, sağ baldırın sıyrığı xəsarətləri yetirmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, iş üzrə şikayət və tələbinin olmadığını qeyd edərək barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar