Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-542/2025 23.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci ildə Lerik rayonu, Hamarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Hamarmeşə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, 15 iyul 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan bacısı oğlu xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə 2025-ci ilin fevral ayının sonlarında sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəldikdən sonra öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə həmin evin qonaq otağında yerləşən divanın üzərində Zərərçəkmiş şəxslə ağız vasitəsi ilə oral formada cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmiş, daha sonra öz əməllərini davam etdirib həmin tarixdə qeyd edilən divanın üzərində Zərərçəkmiş şəxslə arxa keçəcək vasitəsi ilə qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının sonlarında on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan bacısı oğlu xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində Zərərçəkmiş şəxslə arxa keçəcək vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan bacısı oğlu xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə 2025-ci ilin iyun ayının sonlarında özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Vurğun Mirzəyevin öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olmasına razı saldıqdan sonra həmin evin yataq otağında Zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, ona şiddət göstərmişlər, onu polislər döymüşlər. Hadisə vaxtı içkili olmuşlar. Zərərçəkmiş şəxs onun bacısı oğludur. 09 aprel 2025-ci il tarixdə onun doğum günüm idi. Doğum gününü ailə üzvləri ilə birlikdə qeyd edirdi. Həmin gün zərərçəkmiş şəxslə intim münasibətləri olmamışdır. Həmin gün bacısı oğlu da içkili olmuşdur. Aralarında olan intim münasibət bacısı oğlunun razılığı ilə baş vermişdir. Videonu pis məna ilə çəkməmişdir. Heç kəsə həmin videonu göstərməmişdir. Bacısı oğlu ilə intim münasibətləri bir dəfə olmuşdur. İntim münasibət qarşılıqlı olmuşdur. Cəsur onunla, sonra o, Cəsurla intim münasibətdə olmuşdur. Onlar yalnız bir dəfə cinsi münasibətdə olmuşdur. Üç dəfə olmayıb. Polis əməkdaşlarının təsiri altında üç dəfə intim münasibətdə olmaqları barədə ifadə verib imza etmişdir. Əslində isə onların arasında yalnız bir dəfə intim münasibət olmuşdur. 30-cu Polis Bölməsində ona təzyiq və təsir olmuşdur, onu döymüşlər. Lakin onu döyən əməkdaşların adlarını bilmir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonu, Hamarmeşə kəndində qeydiyyatda olsa da, ailə üzvləri, yəni valideynləri, arvadı və övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən fərdi yaşayış evində yaşayır. Bacısı Elnaz da ailə üzvləri, yəni əri, oğlu və azyaşlı qızı ilə birlikdə onların evinin yaxınlığında qalırlar. 2025-ci ilin fevral ayının sonlarında bacısı Elnaz əri ilə birlikdə Lerik rayonuna yas yerinə getdiklərindən oğlu Cəsurla qızı İlahə onlarda qalırmışlar. Cəsurgil onlarda qaldıqları 2-ci gün onların yaşadıqları evdə Cəsurla birlikdə bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt onların evlərində havanın soyuqluğu ilə əlaqədar sular donduğundan Cəsurla birlikdə su gətirmək üçün Cəsurgilin evlərinə getmişlər. Cəsurgilin evinin açarları Cəsurda olduğundan həyətdən su götürdükdən sonra ayaqyoluna getmək istəmiş, Cəsur evin qapısını açdıqdan sonra birlikdə evə daxil olmuşlar, o, ayaqyoluna, Cəsur isə qonaq otağına keçmişdir. Ayaqyolundan çıxdıqdan sonra Cəsurdan çay qoymasını istəmiş, Cəsur da çay qoyduqdan sonra qaynamasını gözlədiyi vaxt qonaq otağına keçmiş və o da qonaq otağında olduğundan divanda onun yanında əyləşmişdir. Həmin vaxt içkili olduğundan Cəsura qarşı onda ehtiras yaranmış, əvvəllər də Cəsurun hərəkətlərindən onun kişi ilə cinsi əlaqəyə meyilli olduğunu sezdiyindən onunla cinsi əlaqədə olmağa niyyətlənmişdir. Buna görə də Cəsura bir qədər də yaxınlaşıb onu sığallamağa başlamışdır, Cəsurun etiraz etmədiyini gördükdə paltarlarını çıxarmış, Cəsurun da paltarlarını çıxarmasını istəmişdir. Cəsur da etiraz etməyərək paltarlarını çıxarmışdır. Divanda uzanıb Cəsurdan cinsiyyət orqanını ağzına alıb yalamasını istəmişdir. Cəsur da etiraz etməyib onun cinsiyyət orqanını ağzına alaraq yalamağa başlamışdır. Həmin vaxt, yəni Cəsur onun cinsiyyət orqanını ağzına alıb yalayarkən öz telefonuyla Cəsuru videoya çəkmişdir. Cəsur bir neçə dəqiqə onun cinsiyyət orqanını yaladıqdan sonra Cəsuru üzü üstə divanda uzandırmış, daha sonra isə özü də onun üstündə uzanaraq cinsiyyət orqanının uc hissəsini Cəsurun arxa keçəcəyinə daxil edib irəli-geri hərəkət etdirməklə bir neçə dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. Cəsurla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olduqdan sonra hər ikisi paltarlarını geyinmişlər və birlikdə onların evinə getmişlər. Cəsura tapşırmışdır ki, bu barədə heç kimə danışmasın, Cəsur da heç kimə bu barədə danışmayacağını ona söz vermişdir. Bir müddət onların aralarında hansısa intim yaxınlıq olmamış, həmin müddət ərzində Cəsurun da bu barədə heç kimə danışmadığını görüb gələcəkdə də danışmayacağını anlamışdır. Beləliklə, 2025-ci ilin aprel ayının sonlarında günorta vaxtı Cəsurgilə getmişdir. Cəsurun evdə tək olduğunu görüb ona yenidən cinsi əlaqədə olmağı təklif etmiş, Cəsur da etiraz etmədiyindən Cəsurun yatdığı otağa keçmişlər. Həmin otaqda hər ikisi soyunduqdan sonra Cəsuru çarpayının üstündə üzü üstə uzandırıb özü də onun üstündə uzanaraq cinsiyyət orqanının uc hissəsini Cəsurun arxa keçəcəyinə daxil edib irəli-geri hərəkət etdirməklə bir neçə dəqiqə ərzində onunla cinsi əlaqədə olmuşdur. Bundan başqa, 2025-ci ilin iyun ayının sonlarında Cəsurla birlikdə onların evində olduqları zaman evdə heç kim olmadığından Cəsura öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil etməsini təklif etmişdir. Cəsur etiraz etmədiyindən onun yataq otağına keçmişlər. Orada hər ikisi əyinlərini soyunduqdan sonra üzü üstə çarpayıda uzanmış, Cəsur da onun üstünə çıxıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edib onunla cinsi əlaqədə olmuşdur. Bacısı oğlu Zərərçəkmiş şəxs ilə oral formada cinsi əlaqə olmasını əks etdirən video onun tərəfindən öz telefonuyla Cəsurla ilk dəfə cinsi əlaqədə olarkən, yəni 2025-ci ilin fevral ayında çəkilmişdir. Onun həmin videonu çəkməkdə məqsədi yaymaq və ya başqa məqsədlərlə istifadə etmək olmamış, sadəcə yaddaşda qalsın deyə çəkmişdir. 2025-ci ilin aprel ayında yatdığı vaxt arvadı Şəlalə onun telefonunu götürüb qurdalayarkən videonu görmüş və bunu ona irad bildirmişdir. Həmin hadisədən sonra Şəlaləyə bu barədə heç kimə danışmamasını tapşırıb videonu da telefonundan silmişdir. Şəlalə ilə aralarında ailə daxili münaqişə ilə bağlı mübahisələr olsa da onu döyüb ölümlə hədələməmişdir. Zərərçəkmiş şəxs başqa sosial şəbəkədə tanış olduğu Fərid və Vüqar adlı təxminən onunla eyni yaşda olan, lakin başqa digər məlumatlarını bilmədiyi şəxslərlə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs son sözündə azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq əgər ona amnistiya şamil olunursa barəsində amnistiya tətbiq olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, hazırda Binə qəsəbəsində yerləşən 280 saylı tam orta məktəbin oxuyur. Dayısı ilə aralarında olan intim münasibət onun xoşluğu ilə, razılığı ilə olmuşdur. Dayısı ilə aralarında intim münasibət qarşılıqlı olmuşdur. Onun video çəkilişdən xəbəri olmayıb. Bu barədə Suraxanı rayon 30-cu Polis Bölməsində bilmişdir. Dayısı ilə, yəni təqsirləndirilən şəxslə aralarında yalnız bir dəfə intim münasibət olmuşdur. Lakin hansı tarixdə olduğunu bilmir. Ona bölmədə təsir edib demişlər ki, dayısı ilə üç dəfə intim münasibətdə olduğunu desin. Əslində isə bir dəfə olmuşdur. Onu 30-cü Polis Bölməsində döymüşlər. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Binə qəsəbəsi Donuzçuluq sovxozunda atası Mirzəyev Vurğun, anası Qanuni nümayəndə və bacısı Mirzəyeva İlahə ilə birlikdə yaşayır. Binə qəsəbəsində yerləşən 149 saylı tam orta məktəbin 8-ci sinifini bitirmiş, yeni tədris ilində 9-cu sinifdən dərsə başlayacaq, heç vaxt ağır xəstəliklər keçirməmiş və başından heç vaxt xəsarət almamışdır. Təqsirləndirilən şəxs onun doğma dayısıdır. Dayısı nənə və babası ilə biryerdə Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yaşayır. 2025-ci ilin fevral ayının sonlarında valideynləri Lerik rayonuna yasa getdiklərindən bacısıyla birlikdə bir neçə gün dayısı Əlizamingildə qalmışdır. Dayısıgildə qaldıqları 2-ci gün gecə vaxtı dayısıyla birlikdə spirtli içki qəbul etdiklərindən sərxoş vəziyyətdə olmuşdur. Həmin ərəfələrdə şaxta olduğundan dayısıgildə sular donmuş, ona görə də dayısı Əlizamin ilə birlikdə onların evə su gətirməyə getmişlər. Atasıyla anası rayonda yasda olduqlarından həmin vaxt onların evində heç kim olmamışdır. Həyətdən su götürdükdən sonra dayısı ayaqyolundan istifadə etmək istəmişdir. Evlərinin ayaqyolusu evin içində olduğundan üzərindəki evin açarı ilə giriş qapısını açmış və dayısı ayaqyoluna daxil olmuş, o isə evin zal otağında oturub dayısını gözləyirmiş. Dayısı otaqdan çıxdıqdan sonra çay içmək istədiyini bildirib ondan çay dəmləməyini istəyərək qonaq otağına keçib divanda oturmuşdur. O isə çayı qaynamaq üçün qoyduqdan sonra qonaq otağına dayısının yanına gələrək divanda onun yanında oturmuşdur. Dayısının yanında oturduğu vaxt dayısı şalvarını və alt paltarını çıxarıb, ondan da şalvarını çıxarmağını istəmişdir. İçkili olduğundan özündə olmamış və dayısının dediklərini edib şalvarını və alt paltarını çıxarmışdır. Daha sonra dayısı Əlizamin öz cinsiyyət orqanını ağzına alıb yalamağını istəmişdir. Etiraz etmədiyindən dayısı kürəyi üstə divanda uzanmış və onun cinsiyyət orqanını ağzına alaraq təxminən 5 dəqiqə ərzində onun cinsiyyət orqanını yalamışdır. Daha sonra onu üzü üstə divanda uzandırmış, özü də onun üzərində uzanmış və öz cinsiyyət orqanının uc hissəsini onun arxa keçəcəyinə salaraq təxminən 3-4 dəqiqə ərzində özünü irəli geri hərəkət etdirmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan dayısının ona qarşı hansı hərəkətlər etdiyini başa düşsə də tam anlaya bilməmişdir. Dayısı cinsiyyət orqanını onun arxa keçəcəyindən çıxardıqdan sonra hər ikisi əyinlərini geyinmişlər, dayısı ona olanların arasında qalmasını tapşırıb heç kimə deməməyini istəmişdir. Bundan sonra dayısıyla birlikdə onlara getmişlər və gecəni onlarda qalmışdır. Növbəti gün yuxudan duranda arxa keçəcəyində ağrılar hiss etməyə başlamış və axşam dayısının arxadan onunla cinsi əlaqədə olduğuna əmin olmuş, lakin, dayısına söz vermişdir deyə heç kimə bu barədə danışmamışdır. Bundan başqa, 2025-ci ilin aprel ayının sonlarında günorta vaxtı evdə təkiymiş, dayısı Əlizamin də onlara gəlmişdir. Əlizamin dayısı onlara gəldikdən sonra ona cinsi əlaqədə olmağı təklif etmiş, etiraz etmədiyindən onunla birlikdə onun yataq otağına keçmişlər. Orada hər ikisi tam soyunduqdan sonra dayısı onu yatağında üzü üstə uzatmış, özü də üstündə uzanıb cinsiyyət orqanının ucunu onun arxa keçəcəyinə daxil edib təxminən 7-8 dəqiqə özünü irəli geri hərəkət etdirikdən sonra cinsiyyət orqanını arxa keçəcəyindən çıxartmışdır. Bundan sonra hər ikisi əyinlərini geyinmişlər, dayısı bir müddət onlarda qaldıqdan sonra getmişdir. Bundan başqa, 2025-ci ilin iyun ayının sonlarında valideynləri evdə olmadığından dayısıyla birlikdə dənizə getmişlər. Dənizdən gəldikdə sonra dayısıgildə heç kim olmadığından onlara getməyi təklif etmiş və birlikdə dayısıgilə gəlmişlər. Dayısıgilə gəldikdən sonra dayısı onunla araxadan olmağını, öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil etməyini istəmişdir. Buna etiraz etmədiyindən dayısıgilin otağında hər ikisi soyunmuş və dayısı üzü üstə yatağın üzərinə uzanmışdır. O isə dayısının üzərinə uzanaraq öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış və 10-12 dəqiqə ərzində özünü irəli-geri etməklə dayısıyla arxadan cinsi əlaqədə olmuş və cinsiyyət orqanını onun arxa keçəcəyindən çıxarmışdır. Daha sonra isə hər ikisi əyinlərini geyinmişlər. Bu barədə heç kimə məlumat verməmişdir. Lakin 2025-ci ilin iyul ayının ortalarında onu polisdən çağırdıqda ona məlum olmuşdur ki, dayısı 2025-ci ilin fevral ayında birinci dəfə onunla cinsi əlaqədə olarkən onun cinsiyyət orqanını yalamağını telefonunda videoya çəkərək özündə saxlamış, həmin videonu da dayısının arvadı onun telefonunda görərək polisə məlumat vermişdir. Həmin vaxta kimi dayısının onu video çəkdiyini bilməmişdir. Dayısı Təqsirləndirilən şəxs tərəfindən ona zor tətbiq edilməmiş və ya belə zor tətbiq ediləcəyi ilə bağlı hədə qorxu gəlinməmişdir. Öz istəyiylə dayısıyla cinsi əlaqədə olmuşdur. Dayısı Əlizamindən başqa heç kimlə cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda 2019-cu il təvəllüdlü qızı Aysu ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Əlizamin ilə rəsmi nikahları vardır. Əlizamin ilə 2016-ci ildə ailə həyatı qurmuşlar. 21 noyabr 2019-cu ildə Əlizamin Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə tutularaq 6 il həbs cəzası almışdır. 2024-cü ilin mart ayında Əlizamin vaxtından əvvəl azad olmuşdur. Əlizamin azad olduqdan sonra birlikdə qaynanası və qaynatası ilə birlikdə Binə qəsəbəsi, Südçülük sovxozunda yaşamışlar. Əlizamin həbsdən çıxdıqdan bir müddət sonra onunla münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, Əlizamin evdə tez-tez söz söhbət salıb onu hədələyirmiş. 2025-ci ilin aprel ayının axırlarında gecə saatlarında Əlizamin mobil telefonunda kinoya baxdığı vaxtı yuxuya getmişdir. Əlizaminin mobil telefonuna baxan zaman onun bacısı oğlu Zərərçəkmiş şəxs bir nəfər şəxsin cinsi orqanını öpüb yalayıb ağzına almasını görmüşdür. Həmin videonun Cəsurgilin kirayədə yaşadığı evdə çəkildiyini və videodakı digər şəxsin isə əri Əlizamin olmasını görmüşdür. Dərhal həmin videonu öz mobil telefonuna göndərmişdir. Bundan başqa Əlizaminin özünün cinsi orqanının şəkillərini çəkməsini və telefonda həmin şəkillər olmasını görmüşdür. Bir gün sonra Əlizaminə bildirmişdir ki, sən öz bacın oğluna qarşı əxlaqsız bir hərəkətə yol vermisən. Əlizamin həmin şəxsin o, olmadığını bildirmişdir. Əlizaminə bu barədə Cəsurun anası Elnaza deyəcəyini bildirmişdir. Əlizamin onu hədələmişdir ki, əgər kiməsə bu haqda desə onu öldürəcək. Ona görə də qorxusundan bu barədə heç kimə deyə bilmirmiş. Əlizaminin bu hərəkətlərini gördüyümə görə ondan ayrılmaq qərarına gəlmişdir. Ayrılmaq barədə Əlizaminə dedikdə Əlizamin ona deyirmiş ki, hər kəsə onun əxlaqsız olmağını deyib uşağını əlindən aldıracaqdır. Əlizamindən qorxduğu üçün bu barədə polisə müraciət edə bilməmişdir. Lakin Əlizamin onu harda görsə öldürməklə hədələyərək məhkəmədə uşağı ondan alacağını bildirmişdir. Ona görə də 14 iyun 2025-ci il tarixdə Əlizaminin öz bacısı oğluna qarşı etdiyi hərəkət barədə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ərizə ilə müraciət etmiş və həmin videonu təqdim etmişdir. Əlizamin övladının atası olduğuna görə onun etdiyi hərəkətdən utanırmış və uşağına görə bunu heç kimə bildirmək istəməmişdir. Lakin sonradan Əlizamin onun əxlaqsız olduğunu deyib uşağını ondan alacağı və onu öldürəcəyi ilə hədələmişdir. Ona görə də bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Əlizamin onu əvvəllər dəfələrlə döymüşdür. Lakin həmin hadisədən uzun müddət keçdiyinə görə onda xəsarətlər qalmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); CD diskin götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 istintaqa təqdim etmiş olduğu videogörüntünün əks olunduğu 01 ədəd diskə baxış zamanı videonun 01 dəqiqə 03 saniyə davam etməsi, Təqsirləndirilən şəxs mobil telefonunda qeydə alınması, videoda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsi orqanını yalayıb öpüb ağzına alması öz əksini tapmışdır. Həmin 01 ədəd disk iş materiallarına əlavə edilmişdir (i.v. 9-10); baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən fərdi yaşayış evidir. Ev 1 qonaq otağı, 1 zal otaq və 1 yataq otağından ibarət olmaqla kürsülüdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, dayısı Təqsirləndirilən şəxs ilk dəfə 2025-ci ilin fevral ayının sonlarında həmin evin zal otağındakı divanın üzərində, həmin il aprel ayının sonlarında isə evin yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və ona qarşı seksual xarakterli hərəkətlər edilmişdir (i.v. 20); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32); mütəxəssis təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə mütəxəssis kimi təyin edilmişdir (i.v. 45); qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 53); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 56); “diskə baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, X2 istintaqa təqdim etmiş olduğu videogörüntünün əks olunduğu diskə baxış zamanı zahiri əlamətlərindən Zərərçəkmiş şəxs bənzər şəxsin yataqda kürəyi üstə uzanmış çılpaq vəziyyətdə olan kişinin cinsiyyət orqanını ağzına salaraq yaladığı, həmin şəxsin isə əlini Zərərçəkmiş şəxs başına qoyaraq onun başını aşağı və yuxarı doğru hərəkət etdirməklə oral formada Zərərçəkmiş şəxslə cinsi əlaqədə olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs görüntüdəki şəxsin özü, çılpaq vəziyyətdə olan kişinin isə dayısı Təqsirləndirilən şəxs olduğunu, həmin görüntünün dayısı Təqsirləndirilən şəxs tərəfindən 2025-ci ilin fevral ayında öz yaşadıqları evdə cinsi əlaqədə olduqları zaman onun məlumatı olmadan çəkildiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdəki çılpaq şəxsin özü, digər şəxsin isə bacısı oğlu Zərərçəkmiş şəxs olduğunu bildirmişdir (i.v. 62-63); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 65-66); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-242/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 iyul 2025-ci il, saat 22:45-dən hesablanmışdır (i.v. 90-95); zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur (i.v. 102); xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-1041/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi 21 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixdə cəzasının çəkilməmiş 01 il 09 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 120-168); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və X6 PHŞ-in xx.xx.2025-ci il tarixli 276 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi aşkar olunmursa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. Zərərçəkmiş şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (i.v. 171-174); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və X6 PHŞ-in xx.xx.2025-ci il tarixli 332 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda, cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir (i.v. 175-178); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik və s. aşkar olunur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktik xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunar əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda şüuruna və psixi-fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (i.v. 179-181); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2298 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs özündən uydurmaya meyillilik müəyyən olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçillik, adaptivlik, emosional sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Köməksiz vəziyyətdə olub-olmadığını qiymətləndirmək istintaqın səlahiyyətinə aiddir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərindən və emosional nalından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur (i.v. 183-185); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 istintaqa təqdim etmiş olduğu disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, baxış keçirilməsi haqqında protokollar, məhkəmətibbi ekspertizasının 276 və 332 saylı rəyləri, məhkəmə-psixoloji ekspertizasının 2298 saylı rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2738 saylı rəyi və digər sənədlər sübut kimi qiymətləndirilmişdir (i.v. 191-200); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 203-205); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur; Qanuni nümayəndə notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 09 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 09 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2025-ci il tarixdə bitdiyindən Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır; şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuşdur; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun bir uşağı – xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşağı vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması faktı ilə bağlı verdiyi məlumatların tam, hərtərəfli və obyektiv araşdırılması və araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən məhkəmənin müraciəti əsasında material üzrə araşdırma aparılaraq, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasına dair göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən döyülməsi, digər iki epizodda özünü təqsirli bilməməsi barədə hər hansı xüsusat bildirməmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmə iclasında bildirdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun bu ifadəsini sübut növü kimi qiymətləndirmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı ifadəsində tam etiraf etsə də, məhkəmə istintaqı zamanı isə polis əməkdaşları onu döydüyündən üç epizod üzrə təqsirli olduğunu boynuna aldığını bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmələri müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli (CM-76.6.3), ona CM-nin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1041/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-200/2024 nömrəli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1041/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, çəkilməmiş qalan 01 il 09 ay 12 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(010)-542/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-542/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver