Məhkəmə qərarları › İş №1(010)-543/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-543/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-543/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə 04 oktyabr 2023-cü il tarixdə, saat 10:45-də, Bakı şəhərində xx xxxxx 1980-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov 16 ünvanında yaşayan, ünvan 223-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, saat 01:00 radələrində yaşadığı ünvan 3 ünvanında keçmiş arvadı Zərərçəkmiş şəxs ondan icazəsiz qohumunun toy mərasimində iştirak etməsi və evə gec gəlməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən ayağı və əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol bazunun, sol saidin qançırları, sol sudun hematoması, sol qasıq nahiyəsinin qançırı ilə müşayət olunan, ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən 2 oğlan və 1 qız övladları vardır. Əvvəllər münasibətləri yaxşı olub, lakin son vaxtlar arvadının ona spirtli içki içməsini irad bildirdiyindən aralarında tez-tez mübahisələr olmuşdur. Buna görə də 2022-cı ilin iyun ayında rəsmi olaraq məhkəmə qaydasında boşanmışlar. Boşandıqdan sonra o, anası Qurbanova Səlamət, 3 övladı və keçmiş arvadı Zərərçəkmiş şəxs ilə həmin ünvanda birlikdə yaşayırlar. Boşandıqdan sonra da tez-tez aralarında ailədaxili münasibətlər zəmnində mübahisələr olmuşdur. 19 iyun 2023-cü il tarixdə, saat 01:00 raddələrində yaşadığı ünvan 4 ünvanında yerləşən evdə olarkən Nüşabənin toya ondan xəbərsiz getməsi və evə gec gəlməsini görüb əsəbləşərək ona evə daxil olmasına icazə verməmişdir. Nüşabə isə onu itələyərək evə daxil olduqdan sonra toya ondan icazəsiz getdiyi üçün evin qonaq otağında yenidən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbləşərək bir dəfə təpiklə Nüşabənin qarın nahiyəsinə, bir dəfə isə yumruqla sol na vuraraq onu döyüb bədən xəsarəti yetirmişdir. Sonra isə mübahisənin daha iməməsi üçün evdən çıxaraq getmişdir. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2002-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu evlilikdən 2 oğlan və 1 qız övladı vardır. Əvvəllər münasibətləri yaxşı olub, lakin son zamanlar əri teztez içkili evə gəldiyi üçün aralarında mübahisələr olmuşdur. Buna görə də 2022-ci il iyun ayında rəsmi olaraq boşanmışlar, boşandıqdan o və 3 övladı həmin ünvanda keçmiş həyat yoldaşı Elnur və onun anası Qurbanova Səlamətlə birlikdə yaşayırlar. Boşandıqdan sonra da Elnurla tez-tez aralarında mübahisələr olmuşdur. 19 iyun 2023-cü il tarixdə, saat təxminən 01:00 radələrində qohumunun toy məclisində iştirak etdikdən sonra evə gəlib, qapını açıb içəri daxil olmaq yərkən Elnur əli ilə onu itələyərək ondan xəbəriz toya getməsi və evə gec gəlməsi səbəbindən evə buraxmamışdır. O, Elnuru itələyərək evə daxil olduqdan sonra evin qonaq otağında Elnur yenidən nəyə görə ondan icazəsiz toya getməsinə iradını bildirərək onunla mübahisə etməyə başlamış, mübahisə zamanı əsəbləşərək təpiklə onun qarın nahiyəsinə, yumruqla isə sol qoluna vuraraq onu döyüb bədən xəsarəti yetirmişdir. Sonda zərərçəkmiş şəxs o, barəsində ittiham irəli sürülmüş şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş MTE və PA X7 X6 rayon şöbəsinin canlı şəxsin müayinəsinə dair 20 iyun 2023-cü il tarixli 525 saylı ekspertizası rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol bazunun, sol saidin qançırları, sol budun hematoması, sol qasıq nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törədilmişdir. Qərarda göstərilmiş xx.xx.2023-cü il tarixində və şəraitində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına bəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 01 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar