Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-544/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 08 sentyabr 2025-ci il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 02 dekabr 2025ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 0,643 qram olan ağ rəngli kristallik hissəcəklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 06 sentyabr 2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşından zakladka yolu ilə 75 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2025ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsi, ev 16 nömrəli yaşayış binasının arxasında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,643 qram olan ağ rəngli kristallik hissəcəklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ildən çoxdur ki, narkotikdən istifadə etmirdi. Səvh edib istifadə etmişdir. İlk dəfə marixuana, ikinci dəfə metamfetamin götürmüşdür. Hadisə günü polis əməkdaşları ona Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlidə yaxınlaşmışlar. Peşmandır, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiki “Whatsapp” proqram vasitəsi ilə konumla İran İslam Respublikası vətəndaşından almışdır. Ödəniş kartla etmişdir. Həmin adamın ad soyadını bilmir. Ona göndərdiyi "xxxx" ASC-nin kartı idi. Kartın məlumatlarını polislərə bildirmişdir. 2-3 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Tərəfimdən polislərə qarşı müqavimət və ya qaçma halı olmamışdır. Narkotiki könüllü formada təqdim etmişdir. Üzərindən 1 büküm metamfetamin çıxmışdır. Üzərinə axtarış videoçəkilişlə keçirilmişdir. 33-cü polis bölməsində vekillə təmin olunmuşdur. Ona qarşı heç bir təzyiq, fiziki təsir, döymə olmamışdır. Onu şərləməmişlər, tutulmuş və əməlini boynuna almışdır. Polislər ona Yeni Günəşlidə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “uzun müddətdir ki, narkotik maddələrin aludəçisi olduğunu, narkotik maddələri çəkmə və inyeksiya üsulu ilə qəbul etdiyini bildirmişdir. 06 sentyabr 2025-ci il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından “zakladka" yolu ilə 75 (yetmiş beş) manata psixotrop maddə — metamfetamin əldə edərək, əynində olan açıq göy rəngli cins şalvarın-sağ yan cibinə qoymuşdur. 06 sentyabr 2025-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış massivi, Samır Cəfərov küçəsi, ev 16 nömrəli yaşayış binasının arxasında piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı avtomobildən düşərək ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təqdim etməsini tələb etmişlər. O özünü olduğu kimi təqdim etmişdir. Polis əməkdaşları həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olan metamfetamini və sol yan cibindən ona məxsus qırmızı rəngli "Samsung A10” markalı mobil telefonunu çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarından biri təqdim edilən bükümdə nə olması və onu haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o həmin bükümdə psixotrop maddə-metamfetamin olduğunu və maddəni şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından "zakladka” yolu ilə 75 manata Bakı şəhəri, Suraxanı rayonu ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşlarından biri onun paltarlarını əlləri ilə yoxlamış, üzərindən başqa dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim edilən 01 (bir) ədəd sellofan bükümdə maddə polis əməkdaşlarından biri tərəfindən zərfə qoyularaq götürülmüş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün proseslər video çəkilişlə qeydə alınmışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 33cü polis bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, vətəndaşın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 33-cü polis bölməsində əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun tərkibində o və Şahid1 olmuşlar. Vətəndaş tərəflərindən sentyabr ayında saxlanılmışdır. Saxlanılarkən təqsirləndirilən şəxsə bunun səbəbləri izah olunmuş və üzərində hər hansısa qanunsuz əşyanın olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs də olduğunu bildirərək həmin əşyanı, psixotrop maddə olan metemfetamini təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə o və Şahid1 yaxınlaşmışlar. Təqsirləndirilən şəxsin yanında heç kim yox idi. Mobil telefon vasitə ilə şəxsin üzərinə videoçəkilişlə baxış kəçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən metamfetamin çıxmışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı müqavimət, qaçma halı olmamışdır. Təqsirləndirilən şəxs könüllü formada narkotiki özü təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq, döymə halı olmamışdır. Narkotik maddəni haradan əldə edilməsi yadında qalmamışdır. Digər Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “06 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməklə, saxlamaqla və daşımaqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məlumat barədə raportla bölmə rəhbərliyinə məruzə edilmişdir. Taleh adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, üzvü isə Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis mayoru Şahid2 müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs harada olması müəyyən edilərək, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, S.Cəfərov küçəsi 16 nömrəli yaşayış binasının arxasına gedilmiş və onun gəlməsi gözlənilmişdir. Saat 17:15-də idarə edilən avtomobillə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs qarşısında dayanılaraq, avtomobildən enib saxlanılmışdır. Bundan sonra əməliyyatçılar özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsi tələb olunmuşdur. O isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmiş, həmçinin həmin şalvarın arxa sol cibindən qırmızı rəngli “Samsung A10” markalı mobil telefonu çıxararaq vermişdir. Təqdim edilmiş büküm götürülərək, orada nə olması, haradan və nə məqsədlə əldə edilməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs bükümdə “metamfetamin” adlı maddə olduğunu, həmin maddəni sosial media vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından 75 manata Bakı şəhəri, Suraxanı rayonu ərazisində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun paltarları əllə yoxlanılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş 01 ədəd bükümdə narkotik maddə 01 ədəd boş zərfə qablaşdırılmış, üzəri möhürlənmiş və iştikaçılar tərəfindən imzalanmışdır. Həmçinin təqdim edilmiş qırmızı rəngli “Samsung A10” markalı mobil telefon da ağ kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Sonra zəruri sənədlərin Suraxanı RPİ-nin 33-cü PB-də tərtib olunacağı bildirilmiş və videoçəkiliş yekunlaşdırılmışdır. O həmçinin qeyd etmişdir ki, baş verən bütün proseslər Şahid2 tərəfindən ona məxsus olan “İphone” markalı mobil telefon vasitəsilə videoçəkilişlə qeydə alınmışdır”. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 və 33-cü polis bölməsinin sahə inspektoru Şahid2 idarə etdikləri avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, Samir Cəfərov küçəsi, ev 16 nömrəli yaşayış binasının arxası ilə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs qarşısına çıxırlar və avtomobildən enərək Təqsirləndirilən şəxs tutub saxlayırlar. Onlar polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim edirlər və ondan özünü təqdim etməsini tələb edirlər. O da Təqsirləndirilən şəxs olduğunu bildirir. Şahid1 ona narkotik maddələrin qanunsuz dövriyyəsindən şübhəli olduğunu bildirib üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif edir. O da ilk öncə əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim edir və sonra əynindəki açıq göy rəngli cins şalvarın axra sol cibindən 01 ədəd qırmızı rəngli “Samsung A10” markalı mobiltelefonunu çıxarıb şifrəsini açaraq ona verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi metamfetamini sosial media vasitəsilə tanış olduğu, adını “Xarici” kimi qeyd etdiyi, +98-905-258-1683 nömrəli İran İslam Respublikası vətəndaşından 75 manata şəxsi istifadəsi üçün almışdır və uzun müddətdir ki, narkotik maddə istifadəçisidir. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilir və dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm içərisi boş ağ kağız zərfin içərisinə qoyularaq üzəri proses iştirakçıları tərəfindən imzalanmaqla qablaşdırılır. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi qırmızı rəngli mobil telefon da içərisi boş ağ kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılır. Şahid1 digər zəruri sənədlərin Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində tərtib olunacağını bildirir və videoçəkiliş sonlandırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-6/2987/2025 saylı 07 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,643 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq 0,543 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5542 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabionidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdən Bakı şəhər NM-dən (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 sentyabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin 03 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2025-ci il tarixdə saat 21:00-da saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş və şəxsiyyəti ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 11 sentyabr 2025-ci il tarixli 3- 28-29/2-8605/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZE seriyalı 12094397 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs uşağı var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli o, hazırkı qərar elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,543 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin o, hazırkı qərar elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,543 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-544/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-544/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver