Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-546/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində «başqa yer getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2025-ci il tarixdə istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda təmiz çəkisi 0,445 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 05 iyun 2025-ci il tarixdə saat 17:24-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Sahil küçəsində olan “Klub” çay evində kabinetlərin birində olan zaman saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,445 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə məhkumluğu olub. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Əhmədli qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat pul verərək psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddəni sonra istifadə etmək məqsədilə cibində saxlamışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı evdən çıxaraq Hövsan qəsəbəsi Sahil küçəsində olan “Klub” çay evinə yollanmışdır. Orada oturub çay içən zaman saat 17:24 dəqiqədə polis əməkdaşları oturduğu kabinetə daxil olaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib üzərində narkotik və ya psixatrop maddə varsa onlara təqdim etməsini bildirmişlər. O da üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində istifadəsi üçün üzərində gəzdirdiyi psixotrop maddə olan metamfetamini onlara təqdim etmişdir. Bundan sonra psixotrop maddəni hardan əldə etməsi maraqlandıqda üzdən tanıdığı şəxsdən Bakı şəhəri Əhmədli qəsəbəsində alaraq istifadə etmək məqsədilə üzərində gəzdirdiyi bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılmış və götürülmüşdür. Bundan sonra onu yaxınlıqda olan polis şöbəsinə dəvət etmişlər. Orada ona vəkillərin siyahısı təqdim edilmiş, o da həmin siyahıdan müvafiq vəkilin hüquqlarını müdafiə etməsi üçün çağırılmasını xahiş etmişdir. Psixotrop maddə əldə etdiyi şəxsin anket məlumatlarını bilmir, onu üzdən tanıyır. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. O heç vaxt narkotik vasitəni əldə edib kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. Saxlanılan zaman və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışıram və polis kapitanı xüsusi rütbəsi daşıyıram. 05 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra o, və Suraxanı RPİ- nin 30-cu PŞ-nin digər əməkdaşları baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və sahə rəisi, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin tarixdə saat 17:24 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində “Club” adlı kafedə kabinetlərin birində Təqsirləndirilən şəxs və onun tanışları X13 və X1, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onlardan özlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxslər müvafiq olaraq özlərini təqdim etmişlər. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərinə baxış keçirilməsi zərurətinin yarandığını bildirmiş, onlar etiraz etməmişlər. Baxış zamanı ilkin olaraq Natəvan Vexovnaya üzərində hər hansı qanunsuz əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, o əynində olan ağ rəngli şalvarın qabaq sağ yan cibindən içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm götürülərək ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Natəvan Vexovnadan sonra Sahib Əliyevə üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Sahib əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm götürülərək ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Bundan əlavə həmin kabinetdə masanın üzərində olan Sahib Əliyevə məxsus “Redmi” markalı telefon da götürülərək ağ kağız zərfdə qablaşdırımışdır. Sahib Əliyevdən sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra İqor əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm götürülərək ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. İqor həmin kütləni tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra onların hər üçünü zəruri istintaq hərəkətlərinin aparılması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişdir, onlar da razı olaraq bizimlə birlikdə PŞ-nə gəldi, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsinə dair protokol tərtib olunararq imzalanmışdır. Bundan sonra maddi sübutu - yəni, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü və onun saxlanılmasına dair videogörüntüləri əks etdirən DVD diski ayrı-ayarı zərflərdə PŞ-nin təhiqatçısı Zaur Eyvazova təqdim etmiş, Zaur Eyvazov zərfə və diskə baxış keçirmiş, sonda isə buna dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı cinayət işi üzrə üzrə şahid qismində Şahid2 və Şahid3 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaqda vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materialları: Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə, saat 17:24-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 57-ci vərəqlərində olan 07 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 74-75-ci vərəqlərində olan 07 iyun 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Hüseynovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, müvəqqəti saxlama yerindən azad edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 76-77-ci vərəqlərində olan 07 iyun 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 11-12-ci vərəqində olan 05 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan müəyyən edilmişdir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs, X13 və X14 05 iyun 2025-ci il tarixdə oğlu saat 17:24 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, “Klub” çay evində saxlanmışdır. Onlara saxlanılmasının səbəbləri barədə məlumat verilmiş, müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, onlar müdafiəçisinin olmadığını və müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. X13 - ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq elektron tərəzidə çəkisi 0.51 qram müəyyən edilmiş və götürülərək qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs - göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq elektron tərəzidə çəkisi 0.58 qram müəyyən edilmiş və götürülərək qablaşdırılıb möhürlənmişdir. X9 - göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq elektron tərəzidə çəkisi 0.49 qram müəyyən edilmiş və götürülərək qablaşdırılıb möhürlənmişdir. Cinayət işinin 20-ci vərəqində olan 05 iyun 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolundan müəyyən edilmişdir ki təqdim olunan 01 ədəd şəffaf sellofan bükümünə və 01 ədəd DVD diskə baxış keçirilmiş, DVD diskə baxış zamanı həmin bükümün Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi və Təqsirləndirilən şəxs bunu təsdiqləməsi müəyyən edilmişdir. Cinayət işinin 79-cu vərəqində olan istintaq zamanı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilən videogörüntüləri qeydə alan DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 05 iyun 2025-ci il tarixdə saaat 17:24 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, “Club" adlı kafenin kabinetlərindən birində X11, Təqsirləndirilən şəxs və X9 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübəhli olaraq polis əməkdaşları tərəfindən saxlanılır, polis əməkdaşları onların üzərinə baxış keçiriləcəyini bildirir, saxlanılanlara üzərlərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunur, X13 əynindəki ağ rəngli şalvarın qabaq sağ yan cibində içərisində ağ rəngli kütlələr olan 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edərək “şüşə” olduğunu bildirir, həmin büküm tərəziyə qoyularaq çəkisi 0,50 qram müəyyən olunur, polis əməkdaşı tərəfinən bükümə baxış keçirilir, Natəvan Vexovna həmin kütləni Türkanda bir adamdan 20 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir, bundan sonra aşkar olunmuş kütlə ağ zərfdə qablaşdırılaraq götürülür, saxlanılmış X9 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kütlələr olan 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edir, üstü yoxlanılır, heç nə aşkar edilmir, həmin büküm tərəziyə qoyularaq çəkisi 0,49 qram müəyyən olunur, bükümə baxış keçirilir, Sahib Əliyev aşkar olunan kütlənin patı olduğunu, tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirir, aşkar olunmuş büküm ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülür, bundan əlavə kabinetdəki masa üzərində olan Sahib Əliyev məxsus “Redmi” markalı telefon da götürülür, ayrıca bir ağ zərflər qablaşdırılır, imzalanır, möhürlənir, saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən içərisində ağ rəngli kütlələr olan 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edir, üstü yoxlanılır, heç nə aşkar edilmir, həmin büküm tərəziyə qoyularaq çəkisi 0,58 qram müəyyən olunur, bükümə baxış keçirilir, Təqsirləndirilən şəxs aşkar olunan kütləni tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirir, aşkar olunmuş büküm ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülür. Cinayət işinin 80-ci vərəqində olan istintaq zamanı təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə hərəkətinin keçirildiyi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 30cu PŞ-nin baş təhqiqatçısı X7 İqor Aleksandroviçin 05 iyun 2025-ci il tarixdə saat 17:24 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, “Club” adlı kafedə narkotik vasitələrin vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanması və üzərində narkotik vasitəyə bənzər kütlə aşkar olunması barədə məlumat verir, zərfin tamlığının pozulmadığı müəyyən edilmişdir, Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirir. Cinayət işinin 43-47-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2110 saylı 06 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş 01 ədəd büküm...” yazı və imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,445 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 107-108-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4685 nömrəli 02 avqust 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsnda OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu “Narkomaniya xəstəliyi” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da F (19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 93-94-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən 03 il 07 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 01 ay müəyyən edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad olumuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,445 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, ibtidai istintaq zamanı toplanmış materiallar, o cümlədən şəxsi axtarış və götürmə haqqında protokolu, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolu, ekspertiza rəylərini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiqdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-326/2022 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-326/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə azad edilmişdir. Qeyd olunmalıdır ki, onun cəzasının sonu xx.xx.2023-cü ildən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, X10 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olduğunu (residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 10 fevral 2026-cı il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs alınaraq saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 05 iyun 2025-ci il tarixdən 07 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 10 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs alınaraq saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,395 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 2 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-546/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-546/2025
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver