Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-549/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşamış, 23 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Xəzər Rayon Məhkəməsinin 1(003)- 181/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 dekabr 2024-cü il tarixdə, saat 03:00 radələrində X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən “İrşad market” adlı mağazaya qapını sındırmaq yolu ilə qanunsuz daxil olub həmin mağazada quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus 42063 saylı, “Saqa” markalı ödəmə terminalının pul kassetinin içərisindəki ümumilikdə 4.951 (dörd min doqquz yüz əlli bir) manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 4.951 (dörd min doqquz yüz əlli bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hdisə günü saat 12-1 arası olardı, heç özündə olmamışdır. Yaşadığı ərazi olduğu üçün marketi bilirdi. Əlində olan dəmirlə qapını sındırmışdır. Aparat girən kimi qapının yanında olmuşdur. Marketə ziyan vurmamış, ödəmə terminalında pulun nə qədər olduğunu bilməmiş, terminaldan pulu götürüb oradan uzaqlaşmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə vaxt tək olmuşdur. Hadisə vaxt içkili olmasa da özündə də deyildi, anlaqsız vəziyyətdə idi. Bu hadisəni təkcə borcları olduğu üçün törətməmiş, sadəcə anlaqsız vəziyyətdə olmuşdur. İçəri girib qapını dəmirlə sındırmışdır. Dəmiri yolda tapmışdır. İçəri daxil olan kimi birbaşa ödəmə terminalına yönəlmişdir. Ödəmə terminalı ağır olduğu üçün onu sürüyərək qapıdan çıxartmışdır. Ödəmə terminalının qapı hissəsini sındırmışdır. Terminaldan nə qədər pul çıxdığı yadında qalmamışdır. Bütün əskinazlardan var idi, qarışıq idi. Həmin pulların bir hissəsi ilə borclarını qaytarmış, qalanını isə zərərçəkmişə qaytarmışdır. Dəymiş ziyandan nə qədərini qaytardığı yadında deyil, çünki oxuma və yazma yoxdur. Buna görə istintaqda qaytardığı pulları əskinazlarla qeyd etmişdir. Etdiyi oğurluğu əvvəlcədən planlaşdırmamış, sadəcə təsadüfən alınmışdır. Həmin marketin kimə məxsus olduğunu bilirdi, kənd adamı idi. Həmin şəxslə heç bir düşmənçiliyi və ədavəti yox idi. Yazma və oxuma olmadığı üçün pulu saya bilməmişdir. Dəymiş ziyanın yarısını ödəmişdir. Əməlindən peşmandır, bir daha belə bir şey etməyəcəkdir. İbtidai istintaq zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir: “xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yol ilə hərəkət etmişdir. Borcları çox olduğu üçün düşünmüşdür. Bu zaman Binə qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə İrşad marketin qarşısından keçəndə oğurluq etmək qərarına gəlmişdir. Yerdə basdırılmış dəmir armaturu çıxardaraq mağazaya yaxınlaşmışdır. Mağazanın qapısını əlində olan dəmir armaturla aralamış və qapı açılmışdır. Orada olan kassaya baxmış və kassa bağlı olduğu üçün oğurluq edə bilməmişdir. Mağazadan çıxmaq istədiyi zaman qapının arxa tərəfində olan ödəmə aparatının ekranının işığını görmüşdür. Bu məqsədlə ödəmə aparatını oğurlamaq qərarına gəlmişdir. Mağazada səs küyün olmasından ehtiyyat edərək ödəmə aparatını oradan çıxartmaq və başqa yerdə içindəki pulları götürmək qərarına gəlmişdir. Yolun kənarında atılmış köhnə təkərli arabanı gətirərək ödəmə aparatını onun üzərinə qoymuş və sürüb aparmaq istəmişdir. Lakin, arabanın təkəri sınıq olduğundan sürüb apara bilməmişdir. Bu məqsədlə ödəmə aparatını tək sürüyərək marketin sağ tərəfində olan boşluq hissəyə aparmışdır. Ödəmə aparatının pul daxil olan yerinə əlində olan armaturu salmış və bərk güc vermişdir. Bu zaman ödəmə aparatının kassa hissəsi açılmışdır. Ödəmə aparatının kassa hissəsini götürərək oradan uzaqlaşmışdır. Mağazadan kənarlaşdığı zaman həmin ərazidən keçən Hövsan kanalı adlanan əraziyə gəlmişdir. Əlində olan kassanın tutacaq hissəsi qırılmış və kassa yerə dəyərək ağzı açılmışdır. O, kassanın içindəki pulları tələsik götürmüş və ödəmə aparatının kassa hissəsini kanala atmışdır. Pulları hissələrə bölərək cibinə qoymuş və oradan uzaqlaşaraq yaşadığı evə gəlmişdir. Yaşadığı evin kənarında yerləşən onlara məxsus qaraj hissəyə keçmiş və pulları saymadan oradakı sellofan torbaya qoyaraq gizlətmişdir. Bundan sonra evə gedərək yatmışdır. Sabahsı gün, yəni saat 08 radələrində yuxudan duraraq qaraja getmiş və gizlətdiyi pulları saymağa başlamışdır. Kassadan çıxan 100 manatlıq əskinazları, 50 manatlıq əskinazları, 20 manatlıq əskinazları, 10 manatlıq əskinazları və 5 manatlıq əskinazları saymışdır. Lakin, 1 manatlıq əskinazları saymamışdır. Kassadan çıxan pulları sayaraq qarajda olan şkafın üstünə yazmışdır. Kassadan ümumilikdə 3835 manat pul və saymadığı 1 manatlıq əskinazlar olmuşdur. Həmin puldan 300 manatını borcuna vermiş və yerdə qalan pulu sellofana qoyaraq gizlətmişdir. Bundan sonra qapılarına gələn polislər onu çağırmış və hər şeyi etiraf etmişdir. Bundan sonra qarajda gizlətdiyi pulları könüllü olaraq təqdim etmişdir. Onun yanında həmin pulları sayılmış və 3556 manat pul olmuşdur. Bundan sonra onlar Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getmişdilər. O, etdiyi əməldən çox peşmandır. O, bu ilin əvvələrində Xəzər rayonu ərazisində oğurluq hadisəsi etmişdir. Xəzər Rayon Polis İdarəsində barəsində cinayət işi araşdırılmış və Xəzər Rayon Məhkəməsinə göndərimişdir”. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus şirkətdə xəzinədar olaraq çalışır. MMC-dən ona xəbər verilmişdir ki, belə bir oğurluq hadisəsi olmuşdur. 4.951 manat pul oğurlanmış və ümumi olaraq əmlakın zədələnməsinə görə dəymiş ziyan 5.401 manat olmuşdur. Dəymiş ziyandan cəmi 3.556 manat pul ödənilmiş, şikayətçidirlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şikayətçidirlər, dəymiş ziyanın qalan hissəsini tələb edirlər. Həmin pul terminalda olan ödənişlərdir. Həmin pullar bir gündən bir təhvil verilir, inkassator maşınları gedib götürürlər. Terminalın yanında mühafizəçi olmur, marketin sahibi ilə terminalları işlədən arasında müqavilə bağlanılır. Dəymiş ziyandan çox hissəsi ödənilmişdir. O, MMC-də xəzinədar olaraq işləyir. Zərərçəkmiş şəxs terminalının adı “Kassamaz” kimi gedir. Bundan başqa Zərərçəkmiş şəxs MMC-nin direktoru X2 Təqsirləndirilən şəxs qarşı “cinayət sayılan əməl nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” barədə mülki iddia təqdim edərək cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs onun cinayət sayılan əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş hissəsini təşkil edən 1.845 manat məbləğində pul vəsaitinin və 38.45 manat məbləğində dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs MMC-nə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zaman zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində qeyd etmişdir: “22 dekabr 2024-cü il tarixdə gecə saatlarında Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yerləşən İrşad market kimi fəaliyyət göstərən obyektdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi olmuşdur. Həmin şəxs marketin qapısını sındırmaq yolu ilə marketə daxil olmuşdur. Həmin şəxs marketə daxil olduqdan sonra həmin marketdə yerləşən, "xxxx" MMC-yə məxsus olan İD-42063 saylı terminalı marketdən kənara çıxartmışdır. Sonra əlində olan dəmir alətlə həmin terminalı sındıraraq içərisindəki 4951 manat pulu oğurlamışdır. Bundan əlavə həmin şəxs ödəmə terminalının pul bölməsinin qapısını, pul qəbul edicinin korpus, çarx və dodaq hissəsini, VGA kabelini, tac blokunu, pul qapısının qıfılını və pul kasetini yarasız hala salaraq Online ödəmə MMC-yə 450 manat dəyərində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı şübhələndiyi şəxs yoxdur. "Online Ödəmə’’ MMCyə məxsus ödəmə terminalından 4951 manat pul oğurlanmış və ödəmə terminalının pul bölməsinin qapısını, pul qəbul edicinin korpus, çarx və dodaq hissəsini, VGA kabelini, tac blokunu, pul qapısının qıfılını və pul kasetini yarasız hala salınaraq 450 manat ziyan dəymişdir. "xxxx" MMC-yə ümumilikdə 5401 manat maddi ziyan dəymişdir”. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 25 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-181/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “maddi sübut kimi tanımaq” haqqında 13 yanvar 2025-ci il tarixli qərarından və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinə baxış keçirilən zaman, həyətdəki yardımçı tikilidən online ödəmə şirkətinə məxsus ödəmə terminalından oğurlamış olduğu 3556 manat pul vəsaiti maddi sübut kimi tanınmış və online ödəmə şirkətinin nümayəndəsi Nümayəndə təhvil verilərək bu barədə qəbz alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyandan qismən ödəniş etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırılan halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Xəzər Rayon Məhkəməsinin 1(003)-181/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 30 noyabr – 02 dekabr 2023, 13 – 15 fevral 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün və hazırki iş üzrə 23 – 25 dekabr 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 may 2025-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-181/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus ödəmə terminalından oğurlamış olduğu 3.556 manat pul vəsaitinin Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı “cinayət sayılan əməl nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə” dair mülki iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur», «Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir», «Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir». Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir», «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi 1.845 (min səkkiz yüz qırx beş) manat və mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38.45 (otuz səkkiz manat qırx beş qəpik) manat tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xəzər Rayon Məhkəməsinin 1(003)-181/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 30 noyabr – 02 dekabr 2023, 13 – 15 fevral 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün və hazırki iş üzrə 23 – 25 dekabr 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 may 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-181/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus ödəmə terminalından oğurlamış olduğu 3.556 manat pul vəsaitinin Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı “cinayət sayılan əməl nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə” dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi 1.845 (min səkkiz yüz qırx beş) manat və mülki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38.45 (otuz səkkiz manat qırx beş qəpik) manat tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-549/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-549/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver