Məhkəmə qərarları › İş №1(010)-55/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-55/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-55/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün X4 müəssisəsinə keçirilmiş, Quba rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, qatlanan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan ov bıçağını qanunsuz olaraq əldə etməklə üzərində saxlamış, gəzdirmiş və xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsi, 21 ünvanında yerləşən fərdi yaşayış evi ilə üzbə-üz olan “Ulduz” parkının aşağı tərəfindəki zibil qutularının yanında etibarnamə əsasında X1 məxsus olmaqla Zərərçəkmiş şəxs faktiki sahibliyində və istifadəsində olan “VAZ 21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə, aralarında yaranmış mübahisə zamanı qeyd edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs əyləşdiyi qabaq sərnişin oturacağın arxa hissəsindən bir dəfə vuraraq, sonuncuya sol bel nahiyəsinin səthi deşilmiş-kəsilmiş yarası kimi xarakterizə olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün 09 saylı X4 müəssisəsinə keçirilmiş, xx xxxx 2019-cu il tarixdə ailə vəziyyəti ilə əlaqədar 09 saylı X4 müəssisəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək 03 gün müddətinə evə buraxılmasını xahiş etmiş, onun xahişi nəzərə alınaraq 03 gün müddətinə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, dalan 1, ünvanında yerləşən nömrəsiz evə getməsinə icazə verilmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki bərbərdə saçını kəsdirdikdən sonra uzun müddətdir tanıdığı və yaxşı münasibəti olduğu Rahibə zəng edib ondan harada olduğunu soruşmuş, sonuncu ona Rövşən və Emillə birlikdə, idarə etdiyi “VAZ- 21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəzdiklərini bildirmişdir. Rahibə onları görmək istədiyini, gəlib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən onu da götürməsini xahiş etmişdir. Belə ki, Rahiblə yanaşı Şahid1 və Şahid2 də uzun müddətdir tanıyır, sonucularla da yaxşı münasibəti olmuşdur. Həmin gün təxminən saat 18-19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Okko” çay evində olduğu zaman Rahib, Rövşən və Emil həmin çay evinə gəlmişlər, orada təxminən 1-2 saat birlikdə çay içib söhbət etdikdən sonra getmək qərarına gəlmişlər. Çay evindən çıxarkən Rahibdən, “VAZ-21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsinə icazə verməsini xahiş etmiş, sonuncu da buna etiraz etməmişdir. Həmin avtomobil Rahibin yeznəsi Sənanın adına rəsmiləşdirilsə də, faktiki olaraq Rahibin istifadəsində və sahibliyində olmuşdur və o, əvvəllər də bir neçə dəfə həmin avtomobili Rahibdən götürüb idarə etmiş, lakin onu vəd verdiyi vaxtda qaytarmadığı üçün sonuncu ilə aralarında yüngül narazılıq yaranmış, ancaq münasibətləri pozulmamışdır. Avtomobilini idarə etməsinə razılıq verdikdən sonra Rahib onun yanında, qabaq sərnişin oturacağında, Rövşən və Emil isə avtomobilin arxca oturacağında əyləşmişlər və o, avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Ulduz” parkının aşağı tərəfinə sürüb orada olan zibil qutularının yanında saxlamışdır. Həmin vaxt şəxsi işi ilə əlaqədar olaraq Rahibdən avtomobili bir neçə saatlıq ona verməsini xahiş etdikdə Rahib bundan əvvəl də avtomobili ona verdiyini, lakin avtomobili gec qaytardığını bildirib “keçən dəfə maşını verdim gec qaytardın, bu dəfə də gec qaytaranın var yoxunu...” kimi təhqiramiz ifadələr işlətməklə onunla kobud danışmışdır. Rahibin sözlərindən əsəbləşib özünə məxsus bıçaqla qabaq sərnişin oturacağının arxa hissəsindən bir dəfə vurmuşdur. Bu əməllə onun Rahibə xəsarət yetirmək niyyəti olmamışdır. Həmin vaxt Rahib bıçağın ona batdığını deyib avtomobildən düşmüş, Rövşən və Emil də avtomobildən düşmüşlər. Öz növbəsində o da avtomobildən düşüb Rahibə yaxınlaşıb onun ciddi xəsarət alıb-almaması ilə maraqlanmış, sonuncunun ciddi xəsarət almadığını görmüşdür. Bundan sonra Rahib avtomobili ona verib “yaxşı Etibar sür get işlərini gör, amma avtomobili tez gətir ki, mənim də işlərim var” demişdir. O, avtomobillə Bakı şəhəri, Nizami rayonu 8-ci km qəsəbəsinə, Babək prospektinə, Qaraçuxur qəsəbəsinə, oradan isə Bakı şəhəri, Suraxanı qəsəbəsinə getmişdir. Avtomobili Bakı şəhəri, Suraxanı qəsəbəsində “Əfsun” şadlıq sarayının yaxınlığında idarə etdiyi zaman post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində şikayət daxil olduğu bildirilmiş və avtomobillə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, hadisə təxminən 3-5 dəqiqə davam etmiş, hadisənin baş verdiyi vaxt yanlarında Emil və Rövşən olmuş, başqa kənar şəxslər olmamışdır. Qeyd olunan bıçağın sapı qırmızı və qara rəngdən ibarət olmuş, üzərində hörümçək şəkli olmuşdur, onu xatılamadığı yerdən 15 manata almışdır. Bıçağı almaqda, daha sonra üzərində saxlamaqla gəzdirməkdə hər hansı bir məqsədi olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, “VAZ 21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair yeznəsi X1 baş etibarnamə verilsə də, həmin avtomobil faktiki olaraq ona məxsusdur. Həmin ərəfələrdə 18 yaşı tamam olmadığı üçün avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. xx xxxx 2019cu il tarixdə, dostları Rövşən və Emil də idarə etdiyi “VAZ 21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, istiqamətdə hərəkətdə olduğu zaman onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Etibar zəng edib onunla görüşmək istədiyini, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kaspi” litseyinin yanındakı “Okko” çay evində olacağını demişdir. Həmin günü təxminən saat 19:10 radələrində idarə etdiyi avtomobillə, dostları Rövşən və Emillə birlikdə qeyd etdiyi çay evinə getmiş, orada çay içib söhbət etmişlər. Çay evindən çıxarkən Etibar ondan, avtomobilini idarə etməsinə icazə verməsini xahiş etmişdir. O, buna etiraz etməmiş, bundan sonra Etibar sükan arxsına o, Etibarın yanında, qabaq sərnişin oturacağında, Rövşən və Emil isə avtomobilin arxca oturacağında əyləşmişlər. Etibar avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Ulduz” parkının aşağı sürüb orada olan zibil qutularının yanında saxlamış, daha sonra şəxsi işinin olduğunu bildirib bir neçə saatlıq avtomobilini ona verməsini xahiş etmişdir. Etibara “keçən dəfə maşını verdim gec qaytardın, bu dəfə də gec qaytaranın...” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Etibar əsəbləşib əlində olan, özünə məxsus bıçaqla onun əyləşdiyi qabaq sərnişin oturacağının arxa hissəsindən bir dəfə vurmuş, bıçaq oturacaqdan keçərək onun kürək nahiyəsinə dəymişdir. Bundan sonra o, Rövşən və Emil avtomobildən düşmüşlər. Etibar da avtomobildən düşüb onun xəsarət alıb-almamsı ilə maraqlanmış, sonra isə “işlərimi həll edib gəlirəm” deyib avtomobili idarə edərək getmişdir. Etibarın yenə də gec gələcəyini düşünüb, habelə xəsarət aldığından valideynlərinin verəcəkləri reaksiyasiyadan verəcəklərindən qorxub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə verdiyi ilkin məlumatda, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə isə verdiyi yazılı izahatında avtomobilini Etibara vermək istəmədiyini, sonuncunun bıçaqla ona xəsarət yetirməklə avtomobili əlindən zorla aldığını bildirmişdir. Əslində isə belə bir hal olmamış, Etibarın hər dəfə avtomobili gec qaytarmasına baxmayaraq, bu dəfə də avtomobilini idarə etmək üçün Etibara öz istəyi ilə vermişdir. Etibarın bıçaqla birbaşa ona xəsarət yetirmək imkanı olduğu halda, biçaqla onun əyləşdiyi sərnişin oturacağını vurmuş, buna səbəb isə Etibarın onun kobud ifadələrindən əsəbləşməsi olmuşdur. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt yanlarında dostları Emil və Rövşən olmuş, ətrafda başqa kənar şəxslər olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs uzun müddətdir ki, yaşadığı məhəllədən tanıyır, sonuncularla yaxşı münasibətləri var. Belə ki, adlarını yuxarıda qeyd etdiyi şəxslər onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayırlar. xx xxxx 2019-cu il tarixdə axşam saatlarında dostu Emil və Rahiblə birlikdə, sonuncunun idarə etdiyi “VAZ 21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olduqları zaman Etibar dəfələrlə Rahibə zəng etmiş, Rahib əvvəlcə Etibarın zənginə cavab verməsə də sonradan cavab vermişdir. Həmin vaxt Etibar Rahibə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kaspi” litseyinin yanında “Okko” çay evində olacağını bildirib sonuncudan həmin çay evinə gəlməsini xahiş etmişdir. Buna görə də hər üçü həmin çay evinə gedib Etibarla görüşmüşlər, orada çay içib bir qədər söhbət etmişlər. Çay evindən çıxarkən Etibar, Rahibdən avtomobilini idarə etməsinə icazə verməsini xahiş etmiş, Rahib də buna etiraz etməmişdir. Rahib Etibarın yanında, qabaq sərnişin oturacağında, o və Emil isə arxa sərnişin oturacağında əyləşdikdən sonra Etibar avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Ulduz” parkının aşağı tərəfinə sürüb orada olan zibil qutularının yanında saxlamışdır. Həmin vaxt Etibar şəxsi işinin olduğunu deyib Rahidən, avtomobilini bir neçə saatlıq ona verməsini istəmişdir. Rahib isə Etibarla kobud danışaraq, “keçən dəfə maşını verdim gec qaytardın, bu dəfə də gec qaytaranın var yoxunu...” demişdir. Həmin vaxt Etibarla Rahib arasında avtomobildə mübahisə yaranmış və bu zaman Etibar əsəbləşib özündə olan bıçaqla qabaq sərnişin oturacağının arxa hissəsinə vurmuş, bıçaq oturacaqdan keçərək Rahibə dəymişdir. Bundan sonra hamısı avtomobildən düşmüşlər, Etibar Rahibə yaxınlaşıb ciddi xəsarət alıb-almaması ilə maraqlanmışdır. Daha sonra Etibar işlərini həll edib avtomobili qaytaracağını bildirdikdə Rahib etiraz etməyərək “yaxşı Etibar sür get işlərini gör, amma avtomobili tez gətir ki, mənim də işlərim var” demişdir. Etibar da avtomobili idarə edib getmişdir. Sonra isə Rahib əvvəlcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmiş, daha sonra yaxınlıqda olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Orada təcili tibbi yardım stansiyasından həkimlər çağırılmış və sonuncular Rahibi 3 saylı X2 aparmışlar. Xəstəxanada müayinə etdikdən sonra ciddi xəsarət almadığına görə Rahib evə buraxılmışdır. Həmin vaxt orada onlar dördü, yəni, o, Emil, Rahib və Etibar olmuşdur. Etibarın bıçaqla birbaşa Rahibə xəsarət yetirmək imkanı olduğu halda, biçaqla Rahibin əyləşdiyi sərnişin oturacağını vurmuş, buna səbəb isə Etibarın Rahibin kobud rəfatarından əsəbləşməsi olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 21 nömrəli fərdi yaşayış evi ilə üzbəüz “Ulduz” parkının aşağı hissəsindəki zibil qutularının yaxınlığında baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs avtomobili məhz həmin yerdə saxladığını, orada aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs özünə məxsus bıçaqla onun əyləşdiyi oturacağa bir dəfə vurduğunu, nəticədə həmin bıçağın oturacaqdan keçərək onun kürək nahiyəsinə dəydiyini bildirmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirmə və götürmə aparılması haqqında xx xxxx 2019-cu tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin 2011-ci il buraxılışlı, “VAZ 21074” markalı, mühərrik nömrəsinin 9757462, ban nömrəsinin XTA210740B3062926, dövlət qeydiyyat nişanının ** KL ***, rənginin qara olduğu, üzərində heç bir xarici zədələrin, izlərin və digər maddi sübutun olmadığı, ön və yan şüşələrin saz vəziyyətdə, şüşətəmizləyənlərinin olmadığı və hər iki yan güzgülərin saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Avtomobilin salonuna baxış keçirilən zaman sükanın alt hissəsində elektrik naqillərinin açıqda olduğu, həmçinin qabaq sağ oturacağında deşilmiş kəsilmiş zədə izi aşkar edilmişdir. Avtomobilin oturacaqlarının arasındakı saxlanc yerindən bir ədəd sapı qırmızı rəngli, sapında hörümçək və hörümçək torunun şəkili olan, kəsici-deşici hissəsi qara rəngli, ümumi dəmir metaldan ibarət bıçaq aşkar edilmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məhz həmin bıçağı onun əyləşdiyi oturacağa vurduğunu və bıçağın ucunun onun bel nahiyəsinə batdığını bildirmişdir. Baxış zamanı avtomobilin oturacaqlarının arasındakı saxlanc yerindən aşkar edilmiş bir ədəd sapı qırmızı rəngli, sapında hörümçək və hörümçək torunun şəkili olan, kəsici-deşici hissəsi qara rəngli, ümumi dəmir metaldan ibarət bıçaq və sağ sərnişin oturacağı sökülərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan götürmə və baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs saxlanılan, hadisə vaxtı onun əynində olmuş bir ədəd qısaqol köynək götürülmüşdür. Həmin köynək tünd qırmızı rəngli qarışıq materialdandır, üzərində qara rəngli köndələn zolaqlar vardır, qısaqoldur, yaxalıqlıdır. Köynəyin boyun nahiyəsinə daxildən üzərinə “Emporio Armani” yazısı olan etiket tikilmişdir. Köynək öndən üç ədəd düymə ilə bağlanılır. Köynəyin arxa hissəsinin sol-orta nahiyəsində zədə izi vardır. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2019-cu il tarixli, 614 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol bel nahiyyəsinin səthi deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, xx xxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü tərəfindən yetirilməsi və yıxılma nəticəsində alınması az inandırıcıdır. İş materiallarında olan maddi sübutların ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 409/2019 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd və avtomobil oturacağının kürək hissəsinin aşağı-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd və avtomobil oturacağının kürək hissəsinin aşağı-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd və avtomobil oturacağının kürək hissəsinin aşağı-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sol bel nahiyəsində olan eyni xarakterli xəsarətlə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə və onun bədəninin sol bel nahiyəsində olan eyni xarakterli xəsarət ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin ucu ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsinin ucu ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş avtomobil oturacağının kürək hissəsinin aşağı-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. İş materiallarında olan maddi sübutların ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 598/2019 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0/İ/. (şəxsiyyət vəsiqəsinin ksero sürətinə əsasən). Ekspertizaya təqdim edilən 01 ədəd köynəyə baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cəza çəkdiyi yer üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs isə hazırki iş üzrə təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 21-ci bəndində qeyd edilmişdir ki, azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli, 1(010)-161/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxx 2017-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün X4 müəssisəsinə keçirilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müəssisəsinin növünun dəyişdirilməsi və onun, cəzasının çəkilməmiş qalan hissəsini əvvəlki, ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(010)-55/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(010)-161/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 ay 24 gün, yəni hazırki iş üzrə barəsində həbs qismində qətimkan tədbirinin seçildiyi xx xxxxxx 2020-ci il tarixdən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(010)-161/2017 nömrəli hökmü ilə təyin edilmiş cəzasının sonu - xx xxxxx 2020-ci il tarixədək olan müddət təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(010)-161/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 24 gün müddətində hissəsi hazırki iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə isə Bakı şəhəri Suraxanı rayon X3 Saxlama Yerindən azad edilmiş və həmin vaxt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı X5 Müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan soyuq silah hesab edilən, deşici-kəsici xassəyə malik, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli bir ədəd ov bıçağı və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomoblin qabaq sağ sərnişin oturacağının ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə uyğun olaraq sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 07 (yeddi) iş saatı üçün 42 (qırx iki) manat, ümumilikdə isə 17 (on yeddi) iş saatı üçün 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 1(010)-161/2017 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi bu hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan soyuq silah hesab edilən, deşici-kəsici xassəyə malik, zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli bir ədəd ov bıçağı və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək dəyəri olmadığına görə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomoblin qabaq sağ sərnişin oturacağının ibtidai araşdırma zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 07 (yeddi) iş saatı üçün 42 (qırx iki) manat, ümumilikdə isə 17 (on yeddi) iş saatı üçün 102 (yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar