Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-55/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, ünvan 4, ev 4-də qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 2,903 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində daşıyaraq saxlamış və onun narkotik vasitələrin daşıması, saxlaması və istifadə etməsi barədə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında 16 iyul 2021 -ci il tarixdə, saat 11:05-də həmin bölmənin və qeyd edilən idarənin jinayət-axtarşı şöbəsinin əməkdaşlarının ünvan 1 ünvanında keçirmiş olduqları birgə əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində olan qara rəngli cins şalvarın sol cibindən üç ədəd kağız bükümdə, bir bükümdə 0,796 qram, ikinci bükümdə 1,282 qram, üçüncü bükümdə isə 0,825 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2,903 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bir müddət olar ki, narkotik vasitə qəbul etmiş, narkotik vasitələrdən asılılığı vardır. O, narkotik vasitəni ineksiya yolu ilə qəbul etmişdir. Sonradan bir neçə dəfə müalicə almış, lakin narkotik vasitəyə olan asıllığından əl çəkə bilməmişdir. Narkotik vasitə olan heroini Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. 16 iyun 2021-ci il tarixdə o, onlayn vasitəsilə tanımadığı şəxsdən öz istifadəsi üçün 1 bükümdə narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. 16 iyun 2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində olan zaman tanımadığı mülki geyimdə olan şəxslər avtomaşından düşərək ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək, vəsiqələrini göstərmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyi təklif etmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Suraxanı RPİ-nə gətirmişlər və həmin idarənin inzibati binasında olan otaqlardan birində üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, üzərində 1 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmiş, lakin polis əməkdaşları onun üzərinə daha 2 büküm qoyaraq, bu bükümlərin də öz üzərinə götürməsini tələb etmiş, bildirmişlər ki, belə olan təqdirdə, o, idarədən buraxılajaqdır və narkotik vasitələrin satıjısı kimi deyil, istifadəçisi kimi kimi məsuliyyətə jəlb ediləjəkdir. O, məjburiyyət qarşısında qalaraq, bu təkliflə razılaşmış, daha sonra üzərində axtarış zamanı 3 ədəd bükümü əynində olan qara rəngli cins şalvarın sol cibindən çıxarıb təqdim etmişdir. Bundan başqa onun əynində qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. O heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız bədənində olan ağrıları azaltmaq üçün həmin vasitəni qəbul etmiş, hər hansı bir şəxs ona narkotik vasitə satmamışdır. Onun uzun müddət olar ki, narkotik vasitələrdən asıllığı olmuşdur. Himayəsində 2 azyaşlı uşağı olmasını, narkotik vasitədən asıllığını, yəni xəstə olmasının nəzərə almanmasmı xahiş etmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, 2006-cı il tarixdə X3 ilə rəsmi nigaha daxil olmuş və həmin nigahdan 2 övladı olmuşdur. Bir müddət olar ki, narkotik vasitə qəbul edir, narkotik vasitələrdən asılılığı vardır. O, narkotik vasitəni ineksiya yolu ilə qəbul edir. Sonradan bir neçə dəfə müalicə almış, lakin narkotik vasitəyə olan asıllığından əl çəkə bilməmişdir. Narkotik vasitə olan heroini Bakı şəhərində tanımadığı şəxslərdən alır. Sonra həmin narkotik vasitəni bədənində olan ağrıları azaltmaq üçün qəbul edir. Narkotik vasitə almış olduğu şəxsləri tanımır. İstifadəsində hər hansı mobil telefon olmamışdır. 16 iyun 2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində olan zaman, tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, vəsiqələrini göstərmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyi bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədi olmadığından, özünü şübhəli aparmışdır. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Suraxanı RPİ-in 31-ci PB-nə gətirmişlər və həmin bölmənin inzibati binasında olan otaqlardan birində onun hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. O, həmin gün səhər saatlarında Əmircan qəsəbəsində tanmadığı şəxsdən almış olduğu narkotik vasitə olan bükümləri əynində olan qara rəngli cins şalvarın sol cibindən çıxarıb təqdim etmişdir. Bundan başqa onun əynində qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. O, heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamış, yalnız bədənində olan ağrıları azaltmaq üçün həmin vasitəni qəbul etmiş, hər hansı bir şəxs ona narkotik vasitə satmamışdır. Onun uzun müddət olar ki, narkotik vasitələrdən asıllığı olmuşdur. Himayəsində azyaşlı uşağı olmasını, narkotik vasitədən asıllığını yəni xəstə olmasının nəzərə almanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, 16 iyul 2021-ci ildə Bakı şəhər Suraxanı rayonu, Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinə Bakı şəhəri, ünvan 4, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq, əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvü Bakı şəhər Suraxanı rayonu, Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili və hazırda xidməti iş yerini qısa müddət olar ki, dəyişmiş və əvvəllər Bakı şəhər Suraxanı rayonu, Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş X5, Suraxanı RPİ-in Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 16 iyul 2021-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanın yaxınlığında mövqe tutmuşlar və qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin günü təxminən saat 11:05 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 1 -in yaxınlığında görmüşlər, ona yaxınlaşıb polis vəsiqələrini göstərib, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü 1980-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli aparmış və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə dəvət olunmuşdur. Suraxanı RPİ-in inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqlarını izah edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosundan növbətçi vəkil Müdafiəçi dəvət olunmuş və ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs özünün xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmasını, ünvan 1, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamasını bildirmişdir. Tədbir iştirakçıları və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının miişayəti ilə olacağını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən üç bükümdə olan bağlamanı təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirən zaman, orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə olan heroin olmasını və həmin heroini özü qəbul etmək məqsədi ilə həmin gün Əmircan qəsəbəsində tanımadığı şəxsdən 30 manata ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümləri bir daha özü qəbul etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, narkotik vasitə qəbul etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər qablaşdırılmış, həmin kütlə qablaşdırılmış bağlamalar baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif, yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda videoçəkliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təziq və təsir olmamışdır. Təqsirləndirilən şəxsin üzərində 3 ədəd deyil, 1 ədəd bükümdə narkotik vasitənin olmasına, daha 2 ədəd bükümdə narkotik vasitənin polis əməkdaşları tərəfindən sonunjunun üzərinə qoyulmasına dair dair mülahizələrinin heç bir əsası yoxdur, təqsirləndirilən şəxsə heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və o cümlədən onun barəsində narkotik vasitələrinin satşı ilə məşğul olması ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, narkotik vasitə asılılığı olmasına görə onun qəbul etməsi müəyyən olunmuşdur. Onun narkotik vasitə satması əməliyyat yolu ilə müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-in əməliyyat müvəkkili polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 18 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmaqla barəsində 4 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 4(010)- 590/2021 saylı 16.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin uzadılması barədə Suraxanı rayon prokurorluğunun təqdimatı təmin edilməmişdir. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 1(010)- 371/2021 saylı 14.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 05 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1 -ci maddəsinə tövsif edilmiş və həmin tarixdə 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2021-ci il tarixli 6/2907 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 171” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir bükümdə 0,796 qram, ikinci bükümdə 1,282 qram, üçüncü bükümdə isə 0,825 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2,903 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 3208 nömrəli rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 14 avqust 2021-ci il tarixli 1806 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçü-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Caqlarov X4 rayon məhkəməsinin 04.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 2700 manat cərimə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qərarı ilə 04.07.2016-cı il tarixli hökmü ilə təyin olunmuş 2700 manat cərimə cəzasının ödənilməmiş 2400 manat hissəsi 09 ay islah işləri cəzası ilə əvəz edilmiş, 31.01.2020-ji ildə ildə jəzasını tam olaraq çəkdiyindən, qeydiyyatdan çıxarılmışdır. Suraxanı rayon məhkəməsinin 25.12.2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirliyi sübuta yetmədiyindən bəraət verilərək azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, üzərində anjaq 1 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, təqsirləndirilən şəxsin üzərində 3 ədəd bükümdə narkotik vaitələrinin olması onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqında verdiyi ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Həmin ifadələr və sübutlar həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, ailəli olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanını yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,753 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.07.2021-ci il tarixdən 16.11.2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 ay ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 2,753 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-55/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-55/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver