Məhkəmə qərarları › İş №1(010)-55/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-55/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-55/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Miqatıl oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2000-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 21 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına ağır və az ağır dərəcəli zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 26 avqust 2023-cü il tarixdə, saat 10:54-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X43” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Heydər Əliyev prospektinin Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən hissəsində, mərkəz istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə (yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) və 64-cü maddəsinin 1-ci hissəsinin 3.24-cü bəndinə («Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda hərəkət hissəsinin sağdan birinci hərəkət zolağında "xxxx" markalı avtobusun dayanmış vəziyyətdə olmasını nəzərə alaraq həmin avtobusdan təhlükəsizliyi təmin edən yan məsafə seçərək onun yanından keçib getməli, lazım gəldikdə isə idarə etdiyi X43 markalı avtomobili həmin avtobusa çatmadan dayandırmalı olduğu halda, həmin qaydaları pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, qeyd olunan yol şəraitində «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış zolaqda avtomobili 110 km/saat sürətlə hərəkət etdirərkən, qarşıda yolun hərəkət hissəsinin sağdan birinci zolağında dayanmış vəziyyətdə olan "xxxx" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşması nəticəsində avtomobil fırlanaraq yolun soldan ikinci hərəkət zolağına çıxaraq həmin zolaqda 90 km/saat sürətlə hərəkətdə olan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada avtomobili idarə edən, hadisənin qarşısını almağa texniki imkanı olmayan sürücü Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi **-OC-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 baş beyin əzilməsi, alın sümüyünün sağdan orbitaya keçən çasılmış sınığı, sağ gicgah sümüyünün xətti sınığı, alının əzilmiş yarası və dərialtı hematoması, döş qəfəsinin əzilməsi kimi dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid, sürücüsü Zərərçəkmiş şəxs2 sağda İ qabırğanın minimal yerdəyişmə ilə sınığı, sağda sirkə kasasının yerdəyişməmiş xətti sınığı, V bel fəqərəsinin yerdəyişməyən sınığı, sol əlin və sol saidin səthi kəsilmiş yaraları kimi dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, digər sərnişin Zərərçəkmiş şəxs3 burun sümüyünün yerdəyişən sınığı, baş beyin əzilməsi, sol alın nahiyəsinin əzilmiş yarası, sağ alın nahiyəsinin hematoması xəsarətləri kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, «X44» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişinləri Zərərçəkmiş şəxs4 baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası, sol təbil pərdəsinin travmatik perforasiyası, sol saidin əzilmiş-cırılmış yarası, sağ bud sümüyü diafizinin qapalı qəlpəli yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs5 bədən səthində baş beyin silkələnməsi, sağ əng və burun sümüklərinin sınıqları, İİ bel fəqərəsinin sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almalarına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, faktiki atası Rafiq Gözəlova məxsus olmaqla, qohumları X10 adına rəsmiləşdirilmiş «X43» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 26 avqust 2023-cü il tarixdə, iş yoldaşları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4lə birlikdə idarə etdiyi “Land Cruiser” markalı avtomobil ilə həmin vaxt xidməti zərurətlə əlaqədar cəlb olunduqları Buzovna qəsəbəsi ərazisindən mərkəz istiqamətində hərəkət etmişlər. Həmin vaxt ön sərnişin oturacağında iş yoldaşı Zərərçəkmiş şəxs4, arxa oturacaqda isə Zərərçəkmiş şəxs5 əyləşmişdir. Heydər Əliyev prospekti ilə Hava Limanı tərəfdən mərkəzə doğru yolun sağından ikinci zolaqla hərəkət etmişdir. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsindən saat təxminən 11 radələrində idarə etdiyi avtomobillə saatda 65-70 km sürətlə hərəkətdə olduğu zaman sol arxadan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi evakuator ona vurduğu üçün idarəetməni itirmiş və yolun hərəkət hissəsinin sağdan birinci zolağında dayanan «BMC» markalı avtobusla toqquşmuşdur. Bundan sonra, onun avtomobili yolda fırlanaraq qəzalı vəziyyətdə yolun hərəkət hissəsinin soldan ikinci zolağına çıxmışdır. Həmin vaxt soldan ikinci zolaqda 110- 120 km/s hərəkətdə olan «Opel» markalı avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobil toqquşmuşlar. Opel markalı sürücünün avtomobili saxlamaq imkanı olsa da, həmin avtomobil onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, sərnişinlər ilə birlikdə xəsarət almışlar. Hadisə günü hava aydın, asfalt döşəmə quru olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi “Land Cruiser” markalı minik avtomobilinin yolun hərəkət hissəsinin sağdan 1-ci zolağı ilə bir neçə avtomobilin yanından sürətlə ötərək avtobusun arxa hissəsinə çırpılması müşahidə edilsə də, həmin videogörüntüdə “Land Cruiser” markalı avtomobilə evakuatorun çırpılması müşahidə edilməməsini, əvvəlki dindirmə və izahatlarında bununla bağlı heç bir xüsusat bildirməməsini başı zərərçəkmişlərə qarışıq olması və psixoloji cəhətdən yorğun və dilxor olması ilə izah etmişdir. Şahid qismində ifadə verərkən baş vermiş hadisə ilə əlaqədar törətdiyi qayda pozuntularının aydın olduğunu, törətdiyi hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirsə də, hazırda işin bu yerə çatacağını bilmədiyi üçün günahın tək özündə olmadığını, videogörüntüdəki avtomobilin dövlət qeydiyyat nişanı görünmədiyi üçün özünə məxsus olmadığını bildirmişdir. İş üzrə yalnız Zərərçəkmiş şəxs1 ondan maddi imkan hədlərindən artıq məbləğdə yəni, 20-25 min manat pul tələb etdiyindən onunla barışıq əldə edə bilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq edir, əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “**-OC-***” dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobilin sərnişinlərinə dəymiş zərərə görə özünü təqsirli bilmir. Çünki onun idarə etdiyi avtomobil qarşısında yol kənarında dayanmış avtobusa dəymiş, ətrafında hərəkətdə olan və ona maneə törədən evakuator olamamış, sonrada zərbə nəticəsində idarə etdiyi avtomobil fırlanaraq yol ilə hərəkətdə olan Opel Astra markalı avtomobilin qarşısında dayanmış, həmin avtomobil isə onun avtomobilinə çırpılmışdır. “Opel Astra” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sonda isə ali təhsilli olmaqla, əvvəllər polis orqanlarında xidmət göstərməsini, zərərçəkmiş şəxslərin bəziləri ilə barışmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül həddə cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Pirallahı rayonundan şəhər istiqamətinə gələn zaman evin yaxınlığından şəhər istiqamətinə gələn avtomobillərdən istifadə edərək pul qarşılığında şəhər istiqamətinə gəlmişdir. 26 avqust 2023-cü il tarixdə, səhər saat təxminən 10 radələrində yaşadığı Pirallahı rayonunda evin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan «Opel Astra» markalı avtomobil ilə şəhərin mərkəzinə gəlməkdən ötrü razılaşmışdır. Həmin vaxt avtomobildə ondan başqa daha 3 sərnişin olmuşdur. O, avtomobildə arxa sağ tərəfdə, ortada tanımadığı cavan oğlan, sol tərəfdə həmin oğlanın anası, ön oturacaqda isə başqa bir tanımadığı oğlan oturmuşdur. Saat təxminən 11 radələrində Heydər Əliyev prospekti ilə şəhərin mərkəzinə doğru soldan ikinci zolaqla hərəkətdə olan zaman o, sağ pəncərədən çölə baxmışdır. Anidən «X43» markalı ağ rəngli avtomobilin qəzalı vəziyyətdə qəfil olaraq onların hərəkətdə olduqları avtomobilin yoluna çıxdığını və içərisində olduğu avtomobilin ön hissəsinin «X43» markalı avtomobillə toqquşduğunu görmüşdür. Daha sonra o, huşunu itirdiyindən nə baş verdiyini xatırlamamışdır. Toqquşma anidən baş verdiyindən diqqəti konkret olaraq yolda olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət alsa da, hadisənin təqsirkarı onunla maraqlanmadığından və dəymiş zərəri ödəmədiyi üçün barışıq əldə etməmişdir. Onu X45 maşını ilə xəstəxanaya aparmışlar. Qısa müddət X17mış, daha sonra müalicəsini evdə davam etdirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, içərisində olduğu «Opel Astra» markalı avtomobilin sürücüsünün avtomobili hansı sürətlə idarə etməsini həmin gün çox fikirli olduğundan xatırlamır. Hər zaman şəhər istiqamətinə gəlmək üçün taksi fəaliyyəti göstərən avtomobillərdən istifadə etsə də, «Opel Astra» markalı avtomobilin sürücüsü avtomobili adətən sürətli idarə etdiyi üçün onunla gəlmirdi. Lakin həmin gün tələsdiyi üçün həmin sürücü ilə gəlmişdir. Sürücünün hadisə günü avtomobili sürətli idarə etdiyini hiss etməmişdir. Təqsirləndirilən şəxslə arasında barışıq olmamış, ona dəymiş ziyan ödənilməmişdir. İbtidai istintaq dövründə vəkili (nümayəndəsi) olmuş və ona dəymiş ziyanla bağlı ümumi məbləği o bilmiş, özü isə hazırda dəqiq bilmir. Sonda isə məhkəmədən təqsirləndirilən şəxsə ən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1, 06 noyabr 2024-cü il tarixdə “mülki iddiaçı qismində tanınma və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, əsas işi çilingər olsa da, Pirallahı rayonundan şəhər istiqamətinə gələn zaman dolanışıq əldə etmək üçün şəhərə gələn şəxs olduqda özü ilə yolüstü sərnişinlər götürür. «Opel Astra» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək hadisə baş verən günədək etibarnamə əsasında idarə etmişdir. 26 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Pirallahı rayonundan mərkəz istiqamətinə gəldiyi üçün özü ilə 4 nəfər sərnişin götürmüşdür. Sərnişinlərdən biri ön oturacaqda, digər 3 nəfər isə arxa oturacaqda əyləşmişlər. Ön oturacaqda Pərviz və Pərvizin arxa oturacağında Svetlana, onun arxa oturacağında Tacirə, ortada isə Tacirənin oğlu əyləşmişlər. Avtomobilin baqaj hissəsində yük olmamışdır. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yolun soldan ikinci hərəkət zolağı ilə saatda 90 km/saat sürətlə hərəkətdə olan zaman anidən ağ rəngli «X43» markalı avtomobil qəzalı vəziyyətdə yolun hərəkət zolağının sağ tərəfindən hərəkətdə olduğu soldan ikinci zolağa anidən çıxmış və onun idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o və arxa oturacaqdakı sərnişinlər xəsarət almışlar. Hadisə günü hava aydın, asfalt quru olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq olmuşdur. Hadisə vaxtı «X43» markalı avtomobilin avtobusla toqquşmasını görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobili saatda təxmini 90-100 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirlən şəxslə aralarında barışıq olmamış, ona dəymiş ziyan ödənilməmişdir. Ümumilikdə, avtomobilinə və özünə 15000 (on beş min) manat məbləğində ziyan dəymişdir. İdarə etdiyi avtomobil başqa avtomobilə dəyməmişdir. Sonda isə məhkəmədən dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş “vurulmuş maddi ziyanın və mənəvin zərərin ödənilməsi barədə” mülki iddia ərizəsi təqdim edilmiş müvafiq sənədlərlə birlikdə məhkəmə iclasında müzakirə olunaraq icraata qəbul edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 26 avqust 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxsla birlikdə Raqifin idarə etdiyi «X43» markalı avtomobil ilə Buzovna qəsəbəsi ərazisindən mərkəz istiqamətində hərəkət etmişlər. Həmin vaxt o ön sərnişin oturacağında, arxada isə Zərərçəkmiş şəxs5 əyləşmişdir. Gecə növbəsindən çıxdıqları üçün yuxusuz olmuş və avtomobilə əyləşdikdən sonra yatmışdır. Avtobusa yaxınlaşan zaman oyanmış, həmin vaxt Raqif avtomobili dayandıra bilmədiyi üçün «X44» markalı avtomobilin ön hissəsi avtobusun arxa hissəsi ilə toqquşmuşdur. Daha sonra olanları xatırlamır, hadisənin videogörüntüləri ona təqdim edilmişdir. Qəzanı videogörüntülərdə aydın şəkildə görmüşdür. X51 Mərkəzə aparmışlar, daha sonra isə müalicəsi DİN-nin hospitalında davam etdirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtobusu görən zaman aralarındakı məsafəni dəqiq bilmir, amma avtobus yaxında idi, təxminən 3-4 saniyə sonra avtomobil avtobusa dəymişdir. Təqsirləndirlən şəxslə aralarında barışıq olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. DİN-in hospitalında ödənişsiz müalicə olmuşdur, lakin daha sonra 6 ay evdə müalicə almışdır. Yenidən əməliyyat olmalıdır, çünki ayağında dəmir millər vardır. Buna görə də, təqsirləndirilən şəxsdən 10000 (on min) manat tələb edir. Hazırda ayağında dəmir millər vardır, rahat hərəkət edə bilmir. Hadisə günü tələsmirdilər, hər biri evlərinə gedirdi. İbtidai araşdırma zamanı fərqli ifadə verməmişdir, sadəcə ibtidai araşdırma zamanı hadisənin videogörüntüləri əsasında ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 26 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxsla birlikdə Raqifin idarə etdiyi «X44» markalı avtomobillə Buzovna qəsəbəsi ərazisindən mərkəz istiqamətində hərəkət etmişlər. Həmin vaxt ön sərnişin oturacağında Zaur əyləşmiş, o isə arxa oturacaqda əyləşmişdir. Gecə növbəsindən çıxdıqları üçün yuxusuz olmuş və avtomobilə əyləşdikdən sonra yatmışdır. Hadisəni görməmişdir. Oyananda artıq X45 avtomobilində olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, yatdığı üçün hadisəni görməmişdir. Sürücünün avtomobili necə idarə etdiyini də hiss etməmişdir. Təqsirləndiirlən şəxslə aralarında barışıq olmuş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. DİN hospitalında müalicə aldığından ona maddi ziyan dəyməyib. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, evin yaxınlığından şəhər istiqamətinə gələn avtomobillərdən istifadə edərək pul qarşılığında Pirallahı rayonundan şəhər istiqamətinə gəlmişdir. 26 avqust 2023-cü il tarixdə, səhər saat təxminən 10 radələrində yaşadığı Pirallahı rayonunda evinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan «Opel Astra» markalı avtomobil ilə şəhərin mərkəzinə gəlməkdən ötrü razılaşmışdır. Həmin vaxt xx xxxx 2008-ci il təvəllüdlü oğlu Şahid1 da onunla birgə olmuşdur. Avtomobildə daha 2 sərnişin olmuşdur. O, avtomobildə arxa sol tərəfdə, ortada oğlu Oğuz və arxa sağ tərəfdə tanımadığı qadın, ön oturacaqda isə başqa bir tanımadığı kişi oturmuşlar. Saat təxmini 11 radələrində Heydər Əliyev prospekti ilə şəhərin mərkəzinə doğru soldan ikinci zolaqla hərəkətdə olan zaman anidən «X43» markalı, ağ rəngli avtomobilin qəzalı vəziyyətdə hərəkətdə olduqları avtomobilin yoluna çıxdığını və içərisində olduğu avtomobilin ön hissəsinin «X43» markalı avtomobillə toqquşduğunu görmüşdür. Həmin toqquşma nəticəsində o, və oğlu Oğuz xəsarət almışlar. Hadisədən sonra, X45 avtomobili ilə X33 çatdırılmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hər zaman avtomobilin sürətinə diqqət edən birisi olmuş, belə ki, içərisində olduğu «Opel Astra» markalı avtomobilin sürücüsü avtomobili saatda təxmini 130 km/saat sürətlə idarə etmişdir. «X43» markalı avtomobilin isə sürətini dəqiq bilmir, amma yüksək sürətlə hərəkət etmişdir. «X43» markalı avtomobilin avtobusla toqquşmasını görmüşdür. Olduqları avtomobilə arxa tərəfdən başqa avtomobil, yəni, «BMW» markalı avtomobil dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, lakin onun heç bir şikayət və tələbi yoxdur. 23 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərlə bağlı ödənişin olmamasına baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-yə məxsus 160 saylı marşrut üzrə "xxxx" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus MMC-nin direktoru tərəfindən ona verilərək onu yol vərəqəsi əsasında idarə etmişdir. Marşrutun hərəkəti Koroğlu m/s-dan Binə qəsəbəsinə, daha sonra geri istiqamət olmuşdur. 26 avqust 2023-cü il tarixdə, saat təxminən 11 radələrində idarə etdiyi avtobus ilə Suraxanı rayonu, Heydər Əliyev prospektində Hava Limanı istiqamətindən Mərkəz istiqamətinə yolun sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 50 km/sürətlə hərəkət etdiyi zaman avtobusda nasazlıq yarandığı və qaynama olduğunu hiss etdiyindən dayandırmış və xəbərdaredici işıqları yandırmışdır. Həmin vaxt o, avtobusdan düşməmiş, bir neçə saniyə öncə eyni hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan “X43” markalı avtomobil dayanmış vəziyyətdə olan avtobusun sol arxa hissəsinə çırpılmış və qəzalı vəziyyətdə yola istiqamətlənmişdir. «X44» markalı avtomobil yolun hərəkət hissəsinin soldan ikinci zolağına istiqamətlənərək həmin zolaqla hərəkətdə olan «Opel Astra» markalı avtomobil ilə toqquşmuş, ardınca iki avtomobil də həmçinin qəzaya düşmüşlər. Toqquşma nəticəsində heç bir xəsarət almamışdır, bildiyi qədərilə avtobusda da heç kəs xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasında olmuşdur. Hadisə günü hava aydın, asfalt quru olmuşdur. Avtomobili isə ayıq vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtobusda az sayda sərnişin olmuş və xəsarət alan olmayıb. «X43» markalı avtomobilin başqa avtomobillərlə toqquşmasını görməmişdir. «X43» markalı avtomobildən yıxılmış şəxs həmin vaxt formada olduğu üçün tanıya bilməz. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, özünə məxsus “Hyundai Elantra” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 26 avqust 2023-cü il tarixdə, səhər saat təxminən 11 radələrində Binə qəsəbəsi ərazisindən iş yoldaşları Rəşad, Anar və Haşim ilə birlikdə hərəkətə başlamışlar. Həmin vaxt Rəşad avtomobilin qabaq sağ oturacağında, Anar arxa oturacaqda solda, Haşim isə arxada sağ oturacaqda oturmuşlar. İdarə etdiyi avtomobillə Heydər Əliyev prospekti ilə Hava limanı istiqamətindən şəhərin mərkəzinə doğru saatda 90 km/sürətlə soldan birinci zolaq ilə hərəkət etmişdir. Suraxanı rayonu ərazisindən keçərkən hərəkət istiqamətinin qarşısında hərəkətdə olan «BMW» markalı avtomobilin qarşısında olan ağ rəngli «X43» markalı avtomobillə toqquşduğunu görmüş və dərhal tormoz əyləcindən istifadə etsə də, avtomobili sürüşərək «BMW» markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur, lakin məsafəni dəqiq bilməmişdir. Hadisə zamanı avtomobildə olan sərnişinlər Rəşad, Anar və Haşim heç bir xəsarət almamışlar, «Opel Astra» və «X43» markalı avtomobillərdə olan sərnişinlər xəsarət almışlar. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasında olmuş, hadisə günü hava aydın, asfalt quru olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onunla birlikdə 3 iş yoldaşı da olmuşdur. Sərnişinlərdən xəsarət alan olmamışdır. Hadisə baş verməzdən əvvəl «X43» markalı avtomobili özünün idarə etdiyi avtomobilin sağ tərəfindən keçərək gedəndə görmüşdür. «X43» markalı avtomobili “Opel” və “BMW” markalı avtomobillərlə toqquşmuş, öz avtomobili isə “BMW” markalı avtomobilə dəymişdir. Hadisə yerinə sığorta ilə bağlı əməkdaşlar gəlməmişdir. Avtomobilinə 1500 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 26 avqust 2023-cü il tarixdə şəhər istiqamətinə gələn zaman evin yaxınlığından şəhər istiqamətinə gələn avtomobillərdən istifadə edərək pul qarşılığında Pirallahı rayonundan şəhər istiqamətinə gəlmişdir. 26 avqust 2023-cü il tarixdə, səhər saat təxminən 10 radələrində yaşadığı Pirallahı rayonunda evin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan «Opel Astra» markalı avtomobil ilə şəhərin mərkəzinə gəlməkdən ötrü razılaşmışlar. Həmin vaxt avtomobildə ondan başqa daha 3 nəfər sərnişin olmuşdur. Həmin vaxt o, ön sərnişin oturacağında, arxa sol tərəfdə qadın, ortada qadının oğlu, sağ tərəfdə isə başqa bir tanımadığı qadın oturmuşlar. Saat təxmini 11 radələrində Heydər Əliyev prospekti ilə şəhərin mərkəzinə doğru soldan ikinci zolaqla hərəkətdə olan zaman anidən «X43» markalı ağ rəngli avtomobilin qəzalı vəziyyətdə olaraq onların hərəkətdə olduqları avtomobilin yoluna çıxdığını və içərisində olduğu avtomobilin ön hissəsinin «X44» markalı avtomobillə toqquşduğunu görmüşdür. Toqquşma nəticəsində o və avtomobildə olan hər kəs müxtəlif bədən xəsarətləri almışlar. Hadisədən sonra o, X26 müraciət etmişdir. «X43» markalı avtomobili onların əyləşdiyi avtomobilin qarşısında gördüyü anda toqquşma baş verdiyindən diqqəti konkret olaraq yolda olmamış, ona görə də «X43» markalı avtomobilin qarşıya hansı məsafədən çıxdığını görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə avtomobildə 5 nəfər olmuşdur. Özü yüngül xəsarət almış və müalicə olmuşdur. Olduqları avtomobil yolun soldan birinci zolağında hərəkət etmişdir. «X43» markalı avtomobildə bir nəfər polis əməkdaşını görmüş, başqa heçkimi görməmişdir. Şahid4 06 noyabr 2024-cü il tarixdə, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarında iş yükünün ağırlığı səbəbindən iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “BMW” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 26 avqust 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Heydər Əliyev prospekti ilə Hava Limanı tərəfdən şəhərin mərkəzinə doğru sağdan sola dördüncü soldan isə birinci zolaqla 90 km/saat sürətlə hərəkətdə olmuşdur. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində sağ tərəfində, yəni soldan ikinci zolaqla eyni istiqamətdə ondan qabaqda “Opel” markalı avtomobil hərəkət etmişdir. Həmin vaxt sağdan birinci zolaq ilə hərəkətdə olan “Toyota” markalı avtomobil sağdan birinci zolaqda dayanmış vəziyyətdə olan avtobusun arxa sol hissəsi ilə toqquşub, qəzalı vəziyyətdə fırlanaraq üçüncü zolaqla hərəkətdə olan “Opel” markalı avtomobillə toqquşmuş, daha sonra isə “Opel” markalı avtomobil “Toyota” markalı avtomobildən irəli keçmiş və o, əyləcdən istifadə edərək avtomobili saxlamış, bundan sonra isə arxasında hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil onun avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Onun avtomobili qarşıda fırlanan “Toyota” markalı avtomobillə yavaş toqquşmuşdur. O, “Toyota” markalı avtomobillə toqquşanadək “Toyota” markalı avtomobilin sərnişini avtomobilin ön şüşəsindən çölə çıxmışdır. Onun toqquşması nəticəsində heç kəs xəsarət almamışdır. “Opel” markalı avtomobildə olan sərnişinlər və “Toyota” markalı avtomobildə olan sərnişinlər hadisə zamanı onun toqquşmasınadək olan hadisə vaxtı xəsarət almışlar. Hadisə yerinə TTY biriqadası gəlib xəsarət alanları xəstəxanaya aparmışdır. Hadisə günü hava aydın, asfalt quru olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq olmuşdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş Şahid1 anası zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 29 fevral 2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X24 tərəfindən 27-C-24 nömrəli araşdırma materialı əsasında Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1, İ cild) Suraxanı RPİ-nin rəisinə ünvanlanmış HK-1 N-492 saylı Raportdan görünür ki, 26 avqust 2023-cü il tarixdə, saat 11:05-də TŞ xidmətindən operator Quliyeva DİN-nin 102 xidmətinə məlumat verərək H.Əliyev prospekti, Viola gül mağazasının yanında “Toyota” markalı avtomaşınla avtobusun toqquşması nəticəsində xəsarət alanların olmasını bildirmişdir. (iş.v. 4, İ cild) 26 avqust 2023-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektidir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 16 metr, hərəkət zolağının sayı 4-dür. İşlək hissənin eni 04 metrdir, həmin hissəyə sağdan və soldan dəmir məhəccər birləşir. Sağda meşə salma, solda isə işıqlandırma dirəkləri mövcuddur. Hadisə yerinin fotoşəkilləri və sxemi protokola əlavə edilmişdir. (iş.v. 5-9, İ cild) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus olan AD099980 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. (iş.v. 12, İ cild) İş materiallarına əlavə edilmiş 19 mart 2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin çıxarışından görünür ki, **-CJ-*** dövlət qeydiyyat nişanlı, “X43” minik markalı, universal tipli, ağ mirvari rəngli, istehsal ili 2012-ci il olan, 1GRA456666 nömrəli mühərrikli avtomobil X11 məxsusdur. (iş.v. 13, İ cild) İş materiallarına əlavə edilmiş etibarnamənin surətindən görünür ki, **-CJ-*** dövlət qeydiyyat nişanlı, “X43” minik markalı avtomobil X7 Təqsirləndirilən şəxs 04 il 02 ay 04 gün müddətə, yəni 19 mart 2024-cü il, saat 23:59-dək etibar edilmişdir. (iş.v. 14, İ cild) 26 avqust 2023-cü il tarixli, 2/29810 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 15, İ cild) 26 avqust 2023-cü il tarixli, 1/3891 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid5 alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 19, İ cild) 28 avqust 2023-cü il tarixli, 2/30114 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid4 alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 23, İ cild) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, Şahid3 məxsus olan BD018579 nömrəli, “B1, B, C1, C, D1, D, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. (iş.v. 25, İ cild) "xxxx" MMC-yə məxsus yol vərəqəsindən görünür ki, "xxxx" markalı avtobus MMCnin direktoru tərəfindən idarə etməsi üçün Şahid3 verilmiş və həmin vərəqə 01-31 avqust 2023-cü il tarixədək etibarlıdır. (iş.v. 25, İ cild) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin çıxarışından görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı, “BMC Procity Avtobus” minik markalı, buraxılış ili 2018-ci il olan, mavi rəngli avtobus "xxxx" MMC-yə məxsusdur. (iş.v. 26, İ cild) 26 avqust 2023-cü il tarixli, 2/29852 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid3 alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 27, İ cild) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan AF021265 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. (iş.v. 29, İ cild) 26 avqust 2023-cü il tarixli, 1/3892 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 30, İ cild) Zərərçəkmiş şəxs3 tərəfindən Suraxanı RPİ-yə ünvanlanan 28 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, yol-nəqliyyat hadisəsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. (iş.v. 42, İ cild) Məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 02 noyabr 2023cü il tarixli, 8/3005 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X43” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış zolaqda avtomobili 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə "xxxx" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid3 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Təhqiqat tərəfindən hərəkət üçün təhlükə yararan anda “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə real hadisə mexanizminə uyğun olmadığından həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Təhqiqat tərəfindən hərəkət üçün təhlükə yaranan anda “BMW-740” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən olduğu məsafə real hadisə mexanizminə uyğun olmadığından həmin avtomobilin sürücüsü Şahid4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Təhqiqat tərəfindən hərəkət üçün təhlükənin yaranma anı, həmin anda “Hyundai Elantra” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə verilmədiyindən həmin avtomobilin sürücüsü Şahid5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. (iş.v. 56-59, İ cild) “Canlı şəxsin ekspertizası”nın 23 noyabr 2023-cü il tarixli, 91 nömrəli tibbi sənəd əsasında verilmiş rəyin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 İlqar qızının bədəni üzərində ilkin olaraq aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin əzilməsi, alın sümüyünün sağdan orbitaya keçən basılmış sınığı, sağ gicgah sümüyünün xətti sınığı, alının əzilmiş yarası və dərialtı hematoması, döş qəfəsinin əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə və müddətdə, yəni 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddirlər. (iş.v. 60- 62, İ cild) “Canlı şəxsin ekspertizası”nın 23 noyabr 2023-cü il tarixli, 92 nömrəli tibbi sənəd əsasında verilmiş rəyin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində ilkin olaraq aşağıdakı xəsarətlər müəyyən edilmişdir: burun sümüyünün yerdəyişən sınığı, baş beyin əzilməsi, sol alın nahiyəsinin əzilmiş yarası, sağ alın nahiyəsinin hematoması. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə və müddətdə, yəni 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 63-64, İ cild) “Canlı şəxsin ekspertizası”nın 23 noyabr 2023-cü il tarixli, 93 nömrəli tibbi sənəd əsasında verilmiş rəyin nəticəvi hissəsindən görünür ki, X8 bədəni üzərində ilkin olaraq aşağıdakı xəsarət müəyyən edilmişdir: sağ bazunun əzilməsi. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə və müddətdə, yəni 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (iş.v. 65-66, İ cild) “Canlı şəxsin ekspertizası”nın 23 noyabr 2023-cü il tarixli, 95 nömrəli tibbi sənəd əsasında verilmiş rəyin nəticəvi hissəsindən görünür ki, X20 bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin və sağ diz oynağı nahiyəsinin əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (iş.v. 67-68, İ cild) “Canlı şəxsin ekspertizası”nın 23 dekabr 2023-cü il tarixli, 113 nömrəli tibbi sənəd əsasında verilmiş rəyin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, baş beyin silkələnməsi və başın ənsə nahiyəsinin cərrahi işlənmiş yarası (KTM-də ilkin tibbi yardım almışdır), sol saidin cərrahi işlənmiş yarası və sol təbil pərdəsinin travmatik perforasiyası (deşilməsi) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində törənə bilər. Dərəcəsi müalicəsi tam başa çatdıqdan sonra, özünün təkrari müayinəsinə və adına olan tibbi sənədlər (26 avqust 2023-cü il tarixdə KTM-də açılmış stasionar xəstənin tibbi kartası və s.) ekspertizaya təqdim edildikdən sonra təyin edilə bilər. (iş.v. 87-88, İ cild) Suraxanı RPİ tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 26 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində «Opel Astra» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən “Opel” markalı avtomobilin «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş beynin əzilməsi, alın sümüyünün sağdan orbitaya keçən basılmış sınığı, sağ gicgah sümüyünün xətti sınığı, alının əzilmiş yarası və dərialtı hematoması, döş qəfəsinin əzilməsi ilə müşayiət olanan, dərəcəsinə görə, ümümilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər alması barədə toplanmış materialdan görünür ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə Tabe olan Bilavasitə Diplomatik nümayəndəliklər İdarəsində polis nəfəri vəsifəsində işləyir. (iş.v. 100, İ cild) “Canlı şəxsin ekspertizası”nın 09 fevral 2024-cü il tarixli, 01/778 nömrəli əlavə rəyin davamının nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağda İ qabırğanın minimal yerdəyişmə ilə sınığı, sağda sirkə kasasının yerdəyişməmiş xətti sınığı, V bel fəqərəsinin yerdəyişməyən sınığı, sol əlin və sol saidin səthi kəsilmiş yaraları. Qeyd edilən səthi kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26 avqust 2023-cü il tarixdə yolnəqliyyat hadiəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 118-120, İ cild) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in polis vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs4 polis kiçik serjantı rütbəsi daşımaqla polis əməkdaşıdır. (iş.v. 121, İ cild) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in polis vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs5 Miqatıl oğlu polis kiçik serjantı rütbəsi daşımaqla polis əməkdaşıdır. (iş.v. 123, İ cild) Məhkəmə iclasında 26 avqust 2023-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev prospektində «Opel Astra» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını özündə əks etdirən DİNnin NHİX-dən daxil olmuş TŞ10-010 nömrəli kameralarının videogörüntüsü olan 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, yolun Mərkəz istiqamətinə gedən istiqamətdə yolun hərəkət hissəsinin sağdan 4-cü zolağında “BMC” markalı avtobusun dayanması müşahidə edilir. Daha sonra ağ rəngli “Land Cruiser" markalı minik avtomobilinin yolun hərəkət hissəsinin sağdan 4-cü zolağı ilə bir neçə avtomobilin yanından sürətlə ötərək saat 10:54:56-da avtobusun arxa sol hissəsinə çırpılması müşahidə edilir. “Land Cruiser" markalı avtomobilin ön hissəsi avtobusun arxa hissəsi ilə toqquşduqdan sonra, arxa-arxaya qəzalı vəziyyətdə yolun hərəkət istiqamətinin sağdan 3-cü zolağına çıxır və həmin zolaqla hərəkətdə olan qara rəngli ‘‘Opel Astra” markalı minik avtomobilin ön hissəsi saat 10:54:58-də “Land Cruiser” markalı minik avtomobilinin arxa sağ hissəsi ilə toqquşur. Toqquşmadan sonra “Land Cruiser” markalı avtomobil yerində dövrə vurur, “Opel Astra” markalı avtomobilin isə toqquşma yerindən irəliyə doğru qəzalı vəziyyətdə hərəkəti davam edir. Daha sonra qara rəngli “BMW” markalı avtomobil “Land Criuser” markalı avtomobilə dəyir, zəncirvari formada ağ rəngli “Hyundai” markalı minik avtomobilin isə qara rəngli “BMW" markalı avtomobilə arxa hissədən dəyməsi müşahidə edilir. “Canlı şəxsin ekspertizası”nın 15 mart 2024-cü il tarixli, 117 nömrəli rəyin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin əzilmiş yarası, sol təbil pərdəsinin travmatik perforasiyası, sol saidin əzilmiş-cırılmış yarası, sağ bud sümüyü diafizinin qapalı qəlpəli yerdəyişmiş sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 138-140, İ cild) “Canlı şəxsin ekspertizası”nın 15 mart 2024-cü il tarixli, 116 nömrəli rəyin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi, sağ əng və burun sümüklərinin sınıqları, İİ bel fəqərəsinin sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 141-143, İ cild) Məhkəmə kompleks video texniki və əlavə yol-nəqliyyat hadisələrinin ekspertizasının 22 aprel 2024-cü il tarixli, 4/290-8/615 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş TŞ10-010 1-2023-08-26_10h50min00s000ms, TŞ1C010 2-2023-08-26_10h50min00s000ms və TŞ10-010 3-2023-08- 26_10h50min00s000ms adlı videoyazılara görə tədqiqatı tələb olunan yol-nəqliyyat hadisəsinin iştirakçısı olan avtomaşınların hərəkət sürətlərini tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş TŞ10-010 2-2023-08-26_10h50min00s000ms adlı videoyazıda qeydə alınmış və tədqiqatı tələb olunan yol-nəqliyyat hadisəsinin xronoloji ardıcıllığı tədqiqi hissədə verilmişdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X43” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış zolaqda avtomobili 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə "xxxx" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid3 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. “BMW 740 Lİ” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni videoyazıların məhkəmə ekspertizası yolu ilə ekspert tədqiqatına təqdim olunmuş TŞ10-010 2-2023-08- 26_10h50min00s000ms adlı videoyazıdakı görüntülərin keyfiyyəti “Hyundai Elantra” markalı avtomobilin digər avtomaşınla toqquşma anını müəyyən etmək mümkün olmadığından “Hyundai Elantra” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. (iş.v. 151-161, İ cild) 30 aprel 2024-cü il tarixli, “şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Şahid1 Abdul oğlunun qanuni nümayəndəsi qismində təyin edilmişdir. (iş.v. 172, İ cild) Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 30 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 178, İ cild) 30 aprel 2024-cü il tarixli, zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 179, İ cild) Zərərçəkmiş şəxs3 tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 30 aprel 2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə heç kəsdən, eləcə də, «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (iş.v. 187, İ cild) Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 30 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Əliyev X22 Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 188, İ cild) 30 aprel 2024-cü il tarixli, zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 189, İ cild) Zərərçəkmiş şəxs4 tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 30 aprel 2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə heç kəsdən, eləcə də, «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (iş.v. 197, İ cild) Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 30 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Hüseynov X25 Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 263.1-1ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 198, İ cild) 30 aprel 2024-cü il tarixli, zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 199, İ cild) Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 01 may 2024-cü il tarixli ərizədən görünür ki, Həşimov X18 Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 263.1-1ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 229, İ cild) 01 may 2024-cü il tarixli, zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 230, İ cild) Zərərçəkmiş şəxs5 tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanan 01 may 2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə heç kəsdən, eləcə də, «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. (iş.v. 238, İ cild) Suraxanı Rayon Prokurorluğunun müstəntiqi M.Əlişanov tərəfindən tərtib edilmiş 03 may 2024-cü il tarixli arayışdan görünür ki, 26 avqust 2023-cü il tarixdə "xxxx" markalı avtobusun sərnişini olmuş və hadisə nəticəsində sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almış X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib şahid qismində dindirilməsindən ötrü Suraxanı rayon prokurorluğuna dəvət edilsə də, o, üzrlü səbəbdən ifadə vermək üçün gələ bilməyəcəyini, hadisə günü avtobusun sərnişini olduğunu və arxadan avtobusla başqa bir avtomobilin toqquşması zamanı xəsarət alsa da, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. (iş.v. 262, İ cild) “Canlı şəxsin ekspertizası”nın 20 may 2024-cü il tarixli, 318 nömrəli rəyin nəticəvi hissəsindən görünür ki, X1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağda İX qabırğanın yerinidəyişməyən sınığı. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26 avqust 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (iş.v. 265-266, İ cild) Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X38 tərəfindən Suraxanı Rayon prokuroruna ünvanlanmış 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, taborun polis nəfəri polis kiçik serjantı Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı və hal-hazırda Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X27 polis nəfəri vəzifəsində xidmət edir. (iş.v. 275, İ cild) 15 iyun 2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, taborun 2-ci bölüyünün polis nəfəri, polis kiçik serjantı Təqsirləndirilən şəxs Daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar, intizamlı və müsbət keyfiyyətlərə malik bir əməkdaş kimi göstərmişdir. Xidməti işinə dair DİN-in əmr, göstəriş və təlimatlarını bilir, gündəlik işində onlardan səmərəli istifadə etməyi bacarır. Rəhbərlik tərəfindən verilən tapşırıqları, göstərişləri vaxtında və layiqincə yerinə yetirməyə çalışır. Polisin xidməti fəaliyyətini nizamlayan əmr, qərar və komandir heyətinin tələb etdiyi göstərişləri və tapşırıqları yerinə yetirir. Xidməti vəzifəsinin yerinə yetirilməsinə məsuliyyət hissi ilə yanaşır. Polis kiçik serjantı Təqsirləndirilən şəxs mütəmadi olaraq peşə hazırlığı dərslərində iştirak edir. Tabel silahının tətbiq qaydalarını və tərkib hissələrini bilir. Vətəndaşlarla rəftarda mədənidir. Xarici görünüşü və geyim forması səliqəlidir. Təqsirləndirilən şəxs xidmət zamanı nöqsanlara yol verməməyə çalışır. (iş.v. 276, İ cild) "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 15 iyun 2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən ünvan 6 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 11-ci mərtəbə, 2 otaqlı, 74 saylı mənzil Təqsirləndirilən şəxs məxsusdur və o, həmin mənzildə yaşayır. (iş.v. 277, İ cild) Suraxanı RPİ tərəfindən Suraxanı Rayon Prokurorluğuna ünvanlanmış 16 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində, mərkəz istiqaməti, “Ağ çiçəyim” gül dükanı ilə üzbəüz yolun hərəkət hissəsində yerüstü piyada keçidinin altında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, əraziyə baxış keçirilmiş və qəzanın baş verdiyi yolda avtobusların hərəkətinə qadağanedici hər hansı bir nişan müəyyən edilməmişdir. (iş.v. 278, İ cild) “Canlı şəxsin ekspertizası”nın 06 iyun 2024-cü il tarixli, 66 nömrəli tibbi sənəd əsasında verilmiş rəyin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə, saat 16:36-da KTM-ə «Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər» diaqnozu ilə müraciət etmişdir. Qeyd olunmuş diaqnozda xəsarətlə əlaqədar hər hansı bir yazılı qeydiyyat olmamışdır. (iş.v. 280, İ cild) 7E-2593 saylı etibarnamədən görünür ki, “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti, onun mülkiyyətçisi X9 tərəfindən Zərərçəkmiş şəxs2 01 il 01 gün müddətə, yəni 03 aprel 2024-cü il tarixədək etibar edilmişdir. (iş.v. 282, İ cild) 20 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Kompleks məhkəmə videotexniki və əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 22 aprel 2024-cü il tarixli, 4/290-8/615 saylı rəyin 16-cı səhifəsinin 1-ci abzasında “Opel Astra” markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 87 metrdir” cümləsində “87” rəqəmi “44” rəqəmi kimi oxunması qərara alınmışdır. İş üzrə maddi sübutun olmaması nəzərə alınmışdır. (iş.v. 2-18, İİ cild) 21 iyun 2024-cü il tarixli qərarla həmin gün, saat 17:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin qərar təqsirləndirilən şəxsə təqdim edilərkən ondan əl yazısı ilə özünü təqsirli bilmədiyi üçün imzalamaqdan imtina etdiyini qeyd etmişdir. Həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 20-21, 38-40, İİ cild) Təqsirləndirilən şəxs müdafiəçisi Şamil Nəcəfov 21 iyun 2024-cü il tarixdə vəsatət verərək təkrar və əlavə ekspertizalar təyin edilməsini xahiş etmiş, müstəntiq Murad Əlişanov həmin tarixli qərarla vəsatətin təmin edilməsinin rədd edilməsi barədə qərar qəbul etmişdir. (iş.v. 69-72, İİ cild) Təqsirləndirilən şəxs müdafiəçisi Şamil Nəcəfov 24 iyun 2024-cü il tarixdə vəsatət verərək cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 barələrində aldıqları bədən xəsarətlərinin dərəcəsinin, yetirilmə müddətinin, yol-nəqliyyat hadisəsi zamanı törənməyə xarakterik olub-olmamasının müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmətibb ekspertizası təyin edilməsi haqqında qərarlar qəbul edilməsini, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 ekspertlərinə həvalə edilməsini, hadisə yerinə onun və Təqsirləndirilən şəxs iştirakı ilə təkrar baxış keçirilməsini, baxış protokolu və sxeminin tərtib edilməsini, iş üzrə hadisə yerinin məlumatları əsasında “BMW 740Vİ” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı, “X43” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, "xxxx" markalı avtobusun hərəkətləri üzrə təkrar məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilməsini, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinə həvalə edilməsini, yol nəqliyyat hadisəsində iştirak etmiş “Evakuator” tipli avtomobilin müəyyən edilməsini, həmin avtomobilin sürücüsünün ifadəsinin alınmasını və avtomobilə onun və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsini, “X43” markalı avtomobilin “Evakuator” tipli avtomobildə qalan izlərinin müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizası təyin edilməsini, yol-nəqliyyat hadisəsində iştirak etmiş “BMW 740Vİ” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin, "xxxx" markalı avtobusun hadisədə iştiraklarının düzgün şəkildə araşdırılmasını və bununla bağlı təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsini, hadisədən əvvəl “X43” markalı, “Evakuator” tipli, “BMW 740Vİ” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin, "xxxx" markalı avtobusun hərəkət trayektoriyası və hərəkət sürətlərinin yolda olan radarlardan, təhlükəsizlik şəhər kameralarından və digər videomüşahidə kameralarından götürülüb cinayət işinə əlavə edilməsini, Təqsirləndirilən şəxs barəsində təkrar məhkəmətibbi ekspertizasının təyin edilməsini və onun ekspert tərəfindən müayinə edilməsinin təmin edilməsini və digər bir sıra xüsusatları xahiş etmişdir. (iş.v.75-80, İİ cild) Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Murad Əlişanov tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli qərarla vəsatətin təmin edilməsi rədd edilmişdir. (iş.v. 81- 85, İİ cild) Təqsirləndirilən şəxs müdafiəçisi X34 rayon prokuroru Rəşid Mahmudova vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında olan 21 iyun 2024 və 24 iyun 2024-cü il tarixli qərarlardan şikayət vermiş, Suraxanı Rayon prokuroru tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qərarla X15 vəsatətlərində göstərdiyi bütün xüsusatlar əsassız olduğundan vəsatətin təmin edilməsi rədd edilmiş və Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Murad Əlişanovun 21 iyun 2024 və 24 iyun 2024-cü il tarixli qərarları qanuni və əsaslı hesab edilərək qüvvəsində saxlanılmışdır. (88-94, 104-109, İİ cild) Təqsirləndirilən şəxs müdafiəçisi Şamil Nəcəfov, 24 iyun 2024-cü il tarixdə cinayət işi üzrə istintaqı aparan müstəntiqə etirazla Suraxanı rayon prokuroruna müraciət etmişdir. Suraxanı Rayon prokuroru tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli “etiraza baxılması haqqında” qərarla etirazda göstərilən xüsusatlar əsassız olduğundan rədd edilmişdir. (iş.v. 126-128, İİ cild) Zərərçəkmiş şəxs4 tərəfindən Suraxanı Rayon prokuroruna ünvanlanmış 25 iyun 2024-cü il tarixli ərizədən görünür ki, əvvəllər cinayət işi üzrə heç kəsdən, eləcə də, «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmasa da, hazırda iş üzrə Təqsirləndirilən şəxs hadisə baş verən gündən bugünədək onunla maraqlanmamışdır. Hadisə nəticəsində ona həm maddi, həm də ki mənəvi zərər dəymişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. (iş.v. 130, İİ cild) Təqsirləndirilən şəxs müdafiəçisi Şamil Nəcəfov, 25 iyun 2024-cü il tarixdə cinayət işi üzrə ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora etiraz Baş Prokurora, 28 iyun 2024-cü il tarixdə isə cinayət işi üzrə ibtidai istintaqın qurtarmasına etirazla müstəntiq M.Əlişanova müraciət etmişdir. Bundan əlavə, 25 iyun 2024-cü il tarixdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında həmin tarixli qərarından Baş Prokurora şikayət vermiş, onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər prokurorunun müavini Fərid Nağıyev tərəfindən qəbul edilmiş 29 iyun 2024-cü il tarixli qərarla müdafiəçi X28 Rayon prokuroru Rəşid Mahmudovun 25 iyun 2024-cü il tarixli “vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında” qərarından verdiyi 28 iyun 2024-cü il tarixli şikayət təmin edilməmişdir. Bakı şəhər prokurorunun müavini Fərid Nağıyev tərəfindən qəbul edilmiş 29 iyun 2024-cü il tarixli qərarla müdafiəçi Şamil Nəcəfovun ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokuror Rəşid Mahmudova olan etirazı əsassız olduğundan rədd edilmişdir. (iş.v. 137-151, 153-163, 173-176, İİ cild) 23 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərlə bağlı ödənişin olmamasına baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə ərizə təqdim etmişdir. 23 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” olan mülki iddia ərizəsində göstərilmişdir ki, ittihama əsasən Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə saat 10:54-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X43” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Heydər Əliyev prospektinin Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən hissəsində, mərkəz istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına ağır və az ağır dərəcəli zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarından göründüyü kimi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərdən biri də özüdür. Belə ki, o, yol-nəqliyyat hadisəsi nəticəsində sağda 1 qabırğanın minimal yerdəyişmə ilə sınığı, sağda sirkə kasasının yerdəyişməmiş xətti sınığı, V bel fəqərəsinin yerdəyişməyən sınığı, sol əlin və sol saidin səthi kəsilmiş yaraları kimi dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bundan başqa, adına məhkəmə-tibbi ekspertizasının 09 fevral 2024-cü il tarixli 01/778 saylı əlavə rəyi tərtib olunmuşdur. Həmin rəyə əsasən bədəninin səthində sağda İ qabırğanın minimal yerdəyişmə ilə sınığı, sol əlin və sol saidin səthi kəsilmiş yaraları aşkar olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 09 fevral 2024-cü il tarixli, 01/778 saylı əlavə rəyində göstərilmişdir ki, qeyd edilən səthi kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların), ola bilsin, şüşə qəlpəsi, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Həmçinin qeyd etmək lazımdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özü xəsarət almaqla yanaşı, etibarnamə əsasında idarə etdiyi **-OC-*** dövlət qeydiyyat nişanlı, “'Opel Astra" markalı avtomobilə də olduqca ziyan dəymiş, yararsız hala düşmüşdür. Belə ki, ərizəyə əlavə edilmiş qəbzdən, “nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamədən və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi həmin avtomobil X4 mülkiyyətində olmuşdur. **-OC-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra" markalı avtomobili 02 aprel 2023-cü ildə alğı-satqı müqaviləsi (qəbz) əsasında X2 15000 (on beş min) manata əldə etmiş və etibarnamə əsasında idarə etmişdir. Aralarında olan razılaşmaya əsasən, o, X6 ilkin olaraq 3000 (üç min) manat ödəniş etmişdir. Qalan ödənişləri isə hər ay 600 manat olmaqla hissə-hissə həyata keçirəcək idi. Ödəniş başa çatdıqdan sonra, **-OC-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobil öz adına qeydiyyata alınacaqdı. Lakin avtomobilin ödənişlərini həyata keçirib bitirməmiş, Heydər Əliyev prospektinin Bakı şəhəri, Suraxanı rayonu ərazisindən keçən hissəsində, mərkəz istiqamətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ona xeyli ziyan dəymişdir. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən günə kimi, yəni 26 avqust 2023-cü il tarixə kimi o, X6, ümumilikdə 5400 manat məbləğində ödəniş etmiş və 9600 manat məbləğində borcu qalmışdır. Avtomobilin onun mülkiyyətinə keçəcəyini ümid edərək hər ay X6 ödənişi həyata keçirirdi. Avtomobil yararsız hala düşdüyü üçün onun mülkiyyətinə keçmədi. Nəticədə ona həm maddi ziyan, həm də mənəvi zərər dəymişdir. Mən 15000 manat dəyəri olan avtomobildən məhrum olunmuşdur. Belə ki, sağlamlığıma və avtomobilimə dəymiş maddi ziyan 12500 (on iki min beş yüz) manat məbləğində olmuşdur. Avtomobilə sahib ola bilmədiyi, bu gözləntidən məhrum olduğu, hadisə nəticəsində keçirdiyi stres, həyəcan, qorxu səbəbilə isə ona 2500 (iki min beş yüz) manat məbləğində mənəvi zərər dəymişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə, ümumilikdə ona 15000 (on beş min) manat məbləğində maddi ziyan və mənəvi zərər dəymişdir. Buna görə də, Təqsirləndirilən şəxs onun xeyrinə 15000 (on beş min) manat məbləğində pul tutulmalıdır. Sonda isə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın əvəzi olaraq 12500 (on iki min beş yüz) manat və mənəvi zərərin əvəzi olaraq 2500 manat, ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitinin xeyrinə tutulmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” olan mülki iddia ərizəsinə əlavə edilmiş “nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” 7E-2593 saylı etibarnamədən görünür ki, “Opel Astra” markalı, **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti, onun mülkiyyətçisi X9 tərəfindən Zərərçəkmiş şəxs2 01 il 01 gün müddətə, yəni 03 aprel 2024-cü il tarixədək etibar edilmişdir. Həmin mülki iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, X9 “Opel Astra” markalı, **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 15000 manata satır. Zərərçəkmiş şəxs2 ilkin olaraq 3000 manatı X6 ödəmişdir. Hər ay 600 manat Zərərçəkmiş şəxs2 tərəfindən X6 ödəniləcəkdir. Ödəniş tam başa çatdıqdan sonra, “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən Zərərçəkmiş şəxs2 adına keçiriləcəkdir. Həmin mülki iddia ərizəsinə əlavə edilmiş “X46” X47 tərəfindən keçirilmiş 14 sentyabr 2024-cü il tarixli, hər iki bud-çanaq oynağının KT müayinəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sağda sirkə kasasının yuxarı arxa divarında yerdəyişməmiş köndələn sınıq xətti qeyd olunmuşdur. L5 fəqərədə sağda superior artikular çıxıntının distal ucunda yerdəyişmə izlənməyən köndələn sınıq xətti qeyd olunur. Bilateral sirkə kasasının damında mülayim sklerotik dəyişikliklər qeyd olunmuşdur. Ətraf yumşaq toxuma intakdır. Thorax KT-dən isə görünür ki, sağda İ qabırğada anteriorda minimal yerdəyişmə izlənən köndələn sınıq qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X42 Portalından görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” olan mülki iddia ərizəsinə görə 135,40 manat rüsum ödəmişdir. "xxxx" Texniki Xidmət Mərkəzi tərəfindən təqdim edilmiş 04 noyabr 2024-cü il tarixli “Qüsur Aktı”ndan görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, cəmiyyətin avtomobillərə texniki xidmət məntəqəsində yol-nəqliyyat hadisəsindən sonra daxil olmuş sifarişçi X6 məxsus olan “Opel Astra” markalı, 2006-cı il istehsalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə texniki baxış keçirərək dəyişdirilməli ehtiyat hissələrini və görüləcək işləri müəyyən etmişdir. Cəmi ehtiyyat hissələri və materiallarla görüləcək işlərin dəyəri cədvəl şəklində tərtib edilməklə, birlikdə yekunda 6613 manat təşkil etmişdir. X9 tərəfindən 09 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, lakin avtomobili idarə etmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmasına etirazı yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli “mülki iddiaçı qismində tanınma və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair” mülki iddia ərizəsində göstərilmişdir ki, cinayət işinin başlanmasına səbəb və əsas 26 avqust 2023cü il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisində, yolun hava limanından mərkəz istiqamətinə doğru gedən hissəsində Təqsirləndirilən şəxs tərəfindən etibarnamə əsasında idarə etdiyi "X48" markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin "Opel Astra" markalı **-OC-*** dövlət qeydiyyat nişanlı və digər avtomobillərlə toqquşması və hadisə nəticəsində ayrı-ayrı şəxslərin az ağır və ağır dərəcəli bədən xəsarətləri alması faktı olmuşdur. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyəti ilə yanaşı, zərərçəkmiş şəxslərdən biri olan Zərərçəkmiş şəxs1 dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki məsuliyyət də vardır. Belə ki, o, hadisə zamanı ağır xəsarətlər aldığı üçün hələ də müalic alır və bu müalicə uzun müddət də, davam edəcək. Həmçinin burnu sındığı, üzündə xəsarətlə bağlı çapıqlar yarandığı üçün vizual görünüşündə problem yaşamış və sınıqla bağlı əməliyyat olunmalıdır. Əlavə olaraq bildirmişdir ki, ailəsində ondan başqa heç kim işləmir, ona görə də hal-hazırda ailəsi də çətinlik çəkir. Sağlamlığının hazırki vəziyyətinə görə Xəzər dənizində işlədiyi xidməti işinə 1 ildir ki, gedə bilmir, buna görə də, əmək haqqı ilə yanaşı normalda aldığı əlavə ödənişlərdən də məhrum olunmuşdur. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs bu günə kimi maddi və ya mənəvi hər hansı formada ona köməklik göstərməmişdir. Belə ki, nə həkim xərclərinə, nə dərman almağına, hətta həkimə gedib gəlməsi üçün nəqliyyat vasitəsi belə təşkil etməmişdir. Qeyd edilənlərlə əlaqədar bildirir ki, ona dəymiş 20000 (iyirmi min) manat maddi, 10000 (on min) manat məbləğində isə mənəvi zərərin əvəzi mülki cavabdehdən tutulub mülki iddiaçıya ödənilməlidir. Odur ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 20000 (iyirmi min) manat maddi, 10000 (on min) manat isə mənəvi, yəni ümumilikdə 30000 (otuz min) manat məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdehdən) tutularaq ona ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-yə məxsus qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən verdiyi mülki iddia ərizəsi ilə bağlı 181 manat dövlət rüsumu ödənişi edilmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddiaları ilə bağlı məhkəmə iclasında qeyd etmişdir ki, həmin mülki iddiaları hər bir şəxsə münasibətdə 3.000 manat məbləğində qəbul edir, digər hissələrdə isə qəbul etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X35 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “**-OC-***” dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobilin sərnişlərinə dəymiş zərərə və xəsarətlərə görə özünü təqsirli bilmir. “Opel Astra” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı isə özünü ümumiyyətlə təqsirli bilməyərək göstərmişdir ki, ona dövlət qeydiyyat nişanını və markasını bilmədiyi evakuator arxadan çırpılmış, buna görə də idarəetməni itirmiş və BMC Procity markalı avtobusa çırpılaraq qəza törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında 26 avqust 2023-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev prospektində «Opel Astra» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X43» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını özündə əks etdirən DİN-nin NHİX-dən daxil olmuş TŞ10-010 nömrəli kameralarının videogörüntüsü olan 01 ədəd diskə baxış zamanı hadisənin baş vermə anı anbaan qeydə alınmış və aşkar şəkildə görünmüşdür ki, yolun Mərkəz istiqamətinə gedən istiqamətdə yolun hərəkət hissəsinin sağdan 4-cü zolağında “BMC” markalı mavi rəngli avtobus dayanmış, daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Land Cruiser" markalı minik avtomobil yolun hərəkət hissəsinin sağdan 4-cü zolağı ilə bir neçə avtomobilin yanından sürətlə ötərək avtobusun arxa hissəsinə çırpılır. “Land Cruiser" markalı avtomobilin ön hissəsi avtobusun arxa hissəsi ilə toqquşduqdan sonra, arxa-arxaya qəzalı vəziyyətdə yolun hərəkət istiqamətinin sağdan 3-cü zolağına çıxır və həmin zolaqla hərəkətdə olan qara rəngli ‘‘Opel Astra” markalı minik avtomobilin ön hissəsi “Land Cruiser” markalı minik avtomobilinin arxa sağ hissəsi ilə toqquşur. Toqquşmadan sonra “Land Cruiser” markalı avtomobil yerində dövrə vurur, “Opel Astra” markalı avtomobilin isə toqquşma yerindən irəliyə doğru qəzalı vəziyyətdə hərəkəti davam edir. Daha sonra qara rəngli “BMW” markalı avtomobil “Land Criuser” markalı avtomobilə dəyir, zəncirvari formada ağ rəngli “Hyundai” markalı minik avtomobilin isə qara rəngli “BMW" markalı avtomobilə arxa hissədən dəyməsi müşahidə edilir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaqda bildirdiyi kimi evakuator nəqliyyat vasitəsinin orada olması və onun idarə etdiyi “Land Cruiser” markalı avtomobilə arxadan çırpılması səbəbindən idarəetməni itirməsi halı ümumiyyətlə videogörüntüdə müşahidə olunmur. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs “Opel Astra” markalı avtomobilin hadisənin qarşısını almağa texniki imkanının olması, ittihamda həmin hissə ilə bağlı özünü təqsirli bilməməsi ilə bağlı qeyd edir ki, məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 8/3005 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X43” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Gözəlov maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış zolaqda avtomobili 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən hərəkət üçün təhlükə yaranan anda “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə real hadisə mexanizminə uyğun olmadığından həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Bundan əlavə, Məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 22 aprel 2024-cü il tarixli, 4/290-8/615 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Beləliklə, keçirilmiş ekspertiza rəylərindən də görünür ki, “Opel Astra” markalı avtomobilin hadisənin qarşısını almağa texniki imkanı olmamış, Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin maşının içərisində olan zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 İlqar qızına, ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya, Zərərçəkmiş şəxs3 az ağır zərərvurmaya, həmçinin Zərərçəkmiş şəxs2 da az ağır zərərvurmaya səbəb olmuş və buna görə də, ittihamın həmin hissəsi ilə də təqsirkardır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd etdiyi xüsusat toplanmış sübutların məcmusu ilə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin “Opel Astra” markalı avtomobilin hadisənin qarşısını almağa texniki imkanının olması, ittihamda həmin hissə ilə bağlı özünü təqsirli bilməməsi barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilmir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. İş materiallarında olan 01 ədəd DVD disk hadisənin baş verməsinin bütün hallarını özündə əks etdirir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını və maddi sübut qismində tanınmalı olan və iş materiallarına əlavə edilmiş hadisənin videogörüntüləri olan 01 ədəd DVD diski sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri və canlı şəxsin məhkəmə tibbi ekspertizalarının rəyləri, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin videogörüntüləri olan 01 ədəd DVD disk və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” olan mülki iddia ərizəsində təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın əvəzi olaraq 12500 (on iki min beş yüz) manat və mənəvi zərərin əvəzi olaraq 2500 manat, ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitinin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 183.3-cü maddəsinə əsasən iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Hazırki iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən 12.500 manat maddi və 2500 manat mənəvi ziyanın hansı əsasla və nəyə görə həmin məbləğdə olması ilə bağlı məhkəməyə yalnız müalicə alması ilə bağlı tibbi sənəd və 04 noyabr 2024-cü il tarixli Qüsur aktı təqdim olunmuş, həmin qüsur aktından görünür ki, Opel Astra markalı ** OC *** nömrəli ehtiyyat hissələri və görüləcək işlərlə bağlı cəmi 6613 manat məbləğ müəyyən edilmiş, maddi və mənəvi ziyan tələbinin digər hissəsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsinə müəyyən zəruri sənədləri, o cümlədən "xxxx" Texniki Xidmət Mərkəzi tərəfindən təqdim edilmiş 04 noyabr 2024-cü il tarixli “Qüsur Aktı”nı təqdim etmişdir. Həmin Aktdan cəmi ehtiyyat hissələri və materiallarla görüləcək işlərin dəyəri cədvəl şəklində tərtib edilməklə, yekunda 6613 manat təşkil etməsi müəyyən olunmuşdur. Həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərlə əlaqədar olan tibbi sənədi də iş materiallarına əlavə etmiş, lakin nə qədər xərci çıxması barədə qəbzlər əlavə etməmişdir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilmişdir. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi) mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına əsasən mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat məbləğini müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınaraq tərəfindən verilmiş “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” olan mülki iddia ərizəsi qismən təmin edilməli və maddi və mənəvi ziyanın cəmi olaraq 7000 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməlidir. Mülki iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, CPM-nin 139.0.6-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Mülki iddia yazılı formada verilərək ona əlavə edilmiş “Qüsur aktında” istifadəsində olan “Opel Astra” markalı, 2006-cı il istehsalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6613 manat xərcin çıxması qeyd edilsə də, hansı əsasla maddi ziyanın əvəzi olaraq 12500 manat istəməsi, o cümlədən müalicəsi ilə bağlı hansı məbləğdə xərcinin çıxması ilə bağlı zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. Mənəvi zərər də 2500 manat olmaqla ümumilikdə 15000 manatın verilməli olması zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən mötəbər sübutlarla əsaslandırılmamışdır. Buna görə də, həmin mülki iddia qismən təmin edilməli, ona vurulmuş maddi və mənəvi ziyan üçün ümumilikdə 7000 (yeddi min) manat pul təqsirləndirilən şəxsdən tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs1 06 noyabr 2024-cü il tarixli “mülki iddiaçı qismində tanınma və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair” mülki iddia ərizəsində özünün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 20000 (iyirmi min) manat maddi, 10000 (on min) manat isə mənəvi, yəni ümumilikdə 30.000 (otuz min) manat məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdehdən) tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsində tələb etdiyi məbləğlə bağlı heç bir zəruri sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 72-ci bəndinə əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Zərərçəkmiş şəxs1 tərəfindən aldığı tibbi müayinə və müalicələrlə bağlı, həmçinin işlədiyi iş yerindən səhhəti ilə bağlı kənarlaşması, müalicələrinin davam etməli olması və mülki iddia ərizəsində qeyd etdiyi digər hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan halların isə məhkəmə istintaqı zamanı araşdırılması lüzumsuz olaraq istintaqın uzanmasına, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacağına, o cümlədən cinayət prosesinin digər iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxarar. Odur ki, Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsində ona 20.000 manat məbləğində maddi ziyan dəyməsini, mənəvi zərərlə birlikdə cəmi 30.000 manat məbləğin təqsirləndirilən şəxsdən alınıb xeyrinə tutulmasını istəsə də, bunu təsdiq edən heç bir zəruri sübutu məhkəməyə təqdim etməyərək mülki iddiasını əsaslandırmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs1 “mülki iddiaçı qismində tanınma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair” mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v.137, İ cild) Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, iş yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərdən 2-si ilə, yəni Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 Miqatıl oğlu ilə barışması CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətin uyğun olmazdı. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Göründüyü kimi cəzaçəkmə müəssisələri sırasında həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsi də yer alır. CM-nin 56.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 43-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanr. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsinin müəyyən edilməsi ona müəyyən məhrumiyyətlərin yaradılmasına, hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Bundan başqa əlavə cəza olaraq da nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi müddətə və əsas cəzasını bitdirdikdən sonrakı cəza müddətinə hesablanmağa başlayacaqdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1-1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Çünki təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayət əməli nəticəsində 1 nəfər şəxsə ağır dərəcəli bədən xəsarəti, 4 nəfər şəxsə qarşı az ağır dərəcəli bədən xəsarəti yetirmiş, onlardan yalnız bir nəfərin dəymiş ziyanı ödənildiyi üçün Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxsla barışmış, Zərərçəkmiş şəxs3 isə heç bir ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxslə barışmış, sonuncu tərəfindən digər zərərçəkmiş şəxslərə qarşı barışıq və dəymiş ziyanın ödənilməsi ilə bağlı uzun müddət ərzində heç bir cəhd olunmamışdır. Həmin zərərçəkmiş şəxslər hazırda şikayətçidirlər və təqsirləndirilən şəxsin barəsində ciddi cəzanın təyin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli hökm elan olunduğu tarixdən, yəni 13 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 və 200 manat olmaqla, cəmi 328 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınaraq tərəfindən verilmiş “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” olan mülki iddia ərizəsi qismən təmin edilməli və maddi və mənəvi ziyanın cəmi olaraq 7000 (yeddi min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia tələbi qalan hissədə təmin edilməməli, Zərərçəkmiş şəxs1 “mülki iddiaçı qismində tanınma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair” mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi ilə bağlı ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalı, zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməli, hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökm elan olunduğu 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 və 200 manat olmaqla, cəmi 328 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınaraq onun tərəfindən verilmiş “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə” mülki iddia ərizəsi qismən təmin edilsin, maddi və mənəvi ziyanın cəmi olaraq 7000 (yeddi min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs1 “mülki iddiaçı qismində tanınma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair” mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi ilə bağlı ödənilmiş 181 manat dövlət rüsumu ona geri qaytarılsın. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq iş materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar