Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-550/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sabirabad rayonu, Ullacalı kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan barəsində 21 iyun 2023-cü il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə etmiş, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsuslu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5,45mm kalibrli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəş üçün yararlı olan AK-74 modelli avtomatı və “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 5,45x39mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan darağı qanunsuz olaraq əldə edib işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ünvanında yerləşən yarımtikili evdə saxlamış, 19 iyun 2023-cü il tarixdə saat 22 radələrində Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı odlu silahın, onun komplekt hissəsinin saxlanmasında və gəzdirilməsində şübhəli bilinərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Billur şadlıq sarayının qarşısında saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış keçirildikdən sonra əməliyyat tədbirlərinin qəsəbəsi, Balandın 42 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına aparılaraq üzərinə şəxsi axtarış keçirildikdən sonra əməliyyat tədbirlərinin davamı olaraq işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ünvanında yerləşən yarımtikili evə baxış keçirilən zamanı yarımtikili otaqların birində torpağa basdırılmış şəffaf rəngli sellofana bükülmüş, üzəri kağız yapışqanla yapışdırılmış ağ rəngli kisənin içərisində 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomat və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində usta kimi işlədiyi üçün hazırda Sabunçu rayon, Zabrat qəsəbəsində Ayxan marketin yaxınlığında nömrəsiz fərdi yaşayış sahəsində kirayədə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 22.30 radələrində Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən “ Büllur” şadlıq sarayının yaxınlığında olan parkda gəzərkən iki nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və onun odlu silahın qanunsuz olaraq saxlanılması və daşınmasında şübhəli olması barədə onlarda məlumat olduğunu söyləmişlər. Daha sonra onlarla birlikdə Suraxanı RPİ-nə getməli olduğunu söyləmiş və Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onların idarə etdiyi avtomaşına əyləşərək Suraxanı RPİ-nin inzibati binasına getmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdit. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Lakin şəxsi axtarış aparılan zaman polis əməkdaşlarına 1-2 ay əvvəl Bakı şəhəri, Suraxanı rayon, Binə qəsəbəsində usta kimi işləyən zaman təmir işləri gördüyü evin yaxınlığında olan zibilliyə məişət tullantıları atarkən oradan 1 ədəd “AK 74” markalı Kalaşnikov avtomatını görüb onu marağı olduğu üçün oradan götürərək işlədiyi yarımtikilinin içərisində torpağı qazaraq basdırdığını bildirmişdir. Şifahi sorğu zamanı həmin yeri göstərə biləcəyi soruşulduqda o həmin məkanı dəqiq xatırladığını və həmin yeri göstərə biləcəyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, o da üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığı üçün heç bir etirazının olmadığını bildirmişdir. Bu səbəbdən polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış, lakin heç bir dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Qeyd olunan bütün proses video-kamera vasitəsilə qeydə alınmışdır. Aparılmış şəxsi axtarış prosesi barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Daha sonra polis əməkdaşları ilə birlikdə işlədiyi yarimtikiliyə gəlmiş və yarımtikili otaqların birində torpağa basdırılmış şəffaf rəngli sellofana bükülmüş, üzəri kağız yapışqanla yapışdırılmış ağ rəngli kisənin içərisində 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomatı və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan darağı polis əməkdaşlarına təqdim etmişdir. Yarımtikilidən aşkar olunmuş 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomat və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq onun iştirakı ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 il Bakıda yaşamış, lakin Binə qəsəbəsində olmamışdır. Tutulan zaman Suraxanı rayonu, Bülbülə qəsəbəsində ev axtarmaq üçün getmiş, yorulduğu üçün parkda dincəlmiş və həmin zaman polis əməkdaşları yaxınlaşmışlar. Ona həmin ərazidə yaşayan olub-olmadığı, narkotik vasitəsindən istifadə edib-etməməsi barədə soruşduqda polis əməkdaşlarına cavabında “xeyr” olaraq bildirmişdir. Lakin əvvəllər narkotik vasitələrindən istifadə etdiyini polis əməkdaşlarına bildirdikən sonra, narkotiklə bağlı polis əməkdaşlarına “adam verməli olduğunu” bildirilmiş, lakin polis əməkdaşlarına xeyr cavabı verdikdən sonra, onu narkotiklə yükləcəyi barədə bildirildikdən sonra, həmin maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının ilinin yüksək olduğunu bildirmişdir. Polis əməkdaşları da ona silahla yükləyəcəklərini bildirmiş, o da cavabında bu barədə “bilmədiyini” bildirdikdən sonra bu barədə sənədləri imzalamışdır. Lakin, həmin silahı ekspertiza mərkəzinə göndərildiyi təqdirdə heç bir əl izinin olmadığı aşkar oluna bilər. Bundan əlavə silah tapılan ünvanda və yaxud həmin ərazidə ümumiyyətlə olmadığını, həmin yeri tanımadığını bildirmişdir. İstintaq zamanı da etiraf etməsinin səbəbi prokurorun ona “sizi tapşıracaq çıxardacaqlar” ifadəsini bildirməsidir. Bundan əlavə onu döydüklərini, sinə, sifət və baş nahiyyəsindən vurduqlarını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, oğlu Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 19 iyun 2023-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahın dövriyyəsi ilə məşğul olması və hazırda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Billur şadlıq sarayının yaxınlığında olması, işlədiyi və ya yaşadığı evdə odlu silah olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Billur şadlıq sarayının qarşısına getmişdir. Həmin vaxtı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Billur şadlıq sarayının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona qanunsuz odlu silahın dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən Suraxanı RPİ-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan odlu silah, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da işlədiyi Suraxanı rayonu, Binə qəsəbəsində yarımtikili evin içərisində yeri qazaraq oraya odlu silah basırdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs işlədiyi Suraxanı rayonu, Binə qəsəbəsində işlədiyi yarımtikili evə baxış zamanı Təqsirləndirilən şəxs evin içərisində yarımtikili otaqların birində torpağa basdırılmış şəffaf rəngli sellofana bükülmüş, üzəri kağız yapışqanla yapışdırılmış ağ rəngli kisənin içərisində 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomatı və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan darağı təqdim etmişdir. Bundan başqa yarımtikiliyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı təxminən 1- 2 ay əvvəl Bakı şəhəri, Suraxanı rayon, Binə qəsəbəsində usta kimi işləyən zaman təmir işləri gördüyü evin yaxınlığında olan zibilliyə məişət tullantıları atarkən tapdığını və marağı olduğu üçün onu götürərək işlədiyi yarımtikilidə basıraraq saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işlədiyi yarımtikilidən götürülümüş 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomat və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq qablaşdırılıb imzalanmış, bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 18-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 19 iyun 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 87-90-cı vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2023-cü il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-35-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və cinayət təqibi üzrə sübut ola biləcək digər əşya və maddələr aşkar edilmir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında odlu silah saxladığını etiraf edir. Cinayət işinin 36-38-ci vərəqlərində olan 20 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən yarımtikiliyə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yarımtikili otaqların birində torpağa basdırılmış şəffaf rəngli sellofana bükülmüş, üzəri kağız yapışqanla yapışdırılmış ağ rəngli kisənin içərisində 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomatı və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan darağı təqdim edir. Həmin silahı təxminən 1-2 ay əvvəl Bakı şəhəri, Suraxanı rayon, Binə qəsəbəsində usta kimi işləyən zaman təmir işləri gördüyü evin yaxınlığında olan zibilliyə məişət tullantıları atarkən tapdığını və marağı olduğu üçün onu götürərək işlədiyi yarımtikilidə basdıraraq saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomatı və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 77-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 21 iyun 2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Cavanşir Mansirovin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs işlədiyi Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən yarımtikilidə odlu silah saxladığını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və cinayət təqibi üzrə sübut ola biləcək digər əşya və maddələr aşkar edilmir. Cinayət işinin 77-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 21 iyun 2023cü il tarixli protokoldan görünür ki, polis əməkdaşları Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən yarimtikiliyə baxış keçirir. Bakı şəhəri, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Cavanşir Mansirovin şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yarımtikili otaqların birində torpağa basırılmış şəffaf rəngli sellofana bükülmüş, üzəri kağız yapışqanla yapışdırılmış ağ rəngli kisənin içərisində 01 ədəd AK-74 markalı, 5,45mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomatı və 5,45x39mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan darağı təqdim edir. Aşkar edilmiş odlu silah qablaşdırılaraq götürülür. Bundan başqa yarimtikiliyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilmir. Cinayət işinin 47-52-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ballistik ekspertizası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/472 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş, zavod üsuslu ilə keçmiş SSRl-də istehsal olunmuş, Kalaşnikov konstruksiyalı 5,45mm kalibirli, yivli odlu silahlar növünə aid olan, texniki cəhətdən saz və atəş üçün yararlı olan AK-74 modelli avtomatdır. Avtomatın hissə və mexanizmləri üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 5,45x39mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı olan darağdır. Cinayət işinin 100-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında hadisə yerinə baxışa dair videogörüntü özündə əksetdirən 1 ədəd DVD diskə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd AK-74 markalı, 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomat və 5.45x39 mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 iyun 2023-cü il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd AK-74 markalı, 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı avtomat və 5.45x39 mm kalibrli patron tutumuna malik Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan daraq dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-550/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-550/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver