Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-554/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1 iştirakı ilə xx xxxxxxxx 2008-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,70 qram, 4,04 qram və 2,02 qram, ümumi çəkisi 7,76 qram, tərkibinə görə eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 15 avqust 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:37-də Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən kafedə saxlanılaraq videoçəkilişlə üstünün yoxlanması aparılarkən ona məxsus qara rəngli dəri əl çantasının içərisindən 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,70 qram, 4,04 qram və 2,02 qram, ümumi çəkisi 7,76 qram, tərkibinə görə eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotikin marixuana növündən istifadə edirdi. Ümumi olaraq 3-4 dəfə istifadə etmişdir. Polislər videoçəkilişlə Hövsan qəsəbəsində ona yaxınlaşmışlar. Əməlindən peşman olmağını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiki iranlıdan konumla alırdı. Ona qarşı fiziki təsir, döymə halı olmayıb. Əməlindən səmimi peşmandır. Üzərində narkotik vasitə var idi, ona məxsus idi, öz istifadəsi üçün idi. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.13 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “xx.xx.2025-ci il tarixdə saat 15:37-də ünvan 1 ünvanda yerləşən kafedə olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsində şübhəli olduğunu bildirərək, onu üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o özünə məxsus olan qara rəngli dəri əl çantanın içərisində olan 03 ədəd bükümdə narkotik vasitə olan marixuana kimi tanıdığı maddəni təqdim etmişdir. Sonra polis əməkdaşları üzərinə yoxlama keçirmişlər, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Sonra marixuana kimi tanıdığı narkotik vasitə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 2,32 qram, 4,45 qram və 2.01 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşından 55 manat verərək Suraxanı rayonu, Hövsan qəsəbəsində onlayn şəkildə öz şəxsi istifadəsi üçün əldə etmişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi İran vətəndaşından 55 manata öz istifadəsi üçün almışdır və üzərində saxlamışdır. O heç vaxt narkotik vasitələri kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O saxlanılan zaman və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotk vasitələr və psixotrop maddələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması məqsədi ilə şöbənin rəhbərliyinə raportla müraciət olunmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, o və şöbənin digər əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:37-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən kafedə tərəflərindən saxlanmış, ona özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və istifadəsində şübhəli olduqlarını izah edərək üzərində qanunla dövriyəsi qadağan edilmiş əşya olub olmadığını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus masanın üzərindən 01 ədəd çiyindən asmaq üçün kəndirli qara rəngli dəridən olan əl çantasını götürərək içərisindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxararaq təqdim etmişdir. Bundan sonra tərəflərindən həmin bükümlər açıldıqda içərisindən otabənzər kütlənin olması, həmin bükümlər bundan sonra elektron tərəzidə ölçülərək çəkisi 2.32 qram, 4.45 qram və 2.01 qram olması müəyyən edilmişdir. Bundan sonra çantaya baxış keçirildikdə içərisindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq əskinazlardan ibarət pul vəsaitləri və mobl telefon aparatına məxsus naqil aşkar olunmuş, masanın üzərində olan 01 ədəd mobil telefon aparatının kimə məxsus olmasının soruşduqda Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olmasını bildirmişdir. Daha sonra tərəflərindən bükümlər və mobl telefon aparatı 02 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, pul vəsaitləri və naqil çantaya qoyularaq Təqsirləndirilən şəxs təqdim edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 aydır ki, narkotik vasitə qəbul edir, üzərindən aşkar olunmuş qurudulmuş marixuananı sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün onlayın şəkildə 55 manata əldə etdiyini və üzərində saxlamaqla daşıdığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər və orada şöbənin rəhbərliyinə raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı kimdən və hansı məqsədlə alması barədə tərəflərindən müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs kafedə çay içərkən saxlayb narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün üzərinə baxış keçirilməsini bildirmələri, üzərində qanunla qadağan olunmuş əşya və sənədlərin olub-olmadığını soruşmaları, olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus masanın üzərindən 01 ədəd çiyindən asmaq üçün kəndirli qara rəngli dəridən olan əl çantasını götürərək içərisindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, 02 ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri çıxararaq polis əməkdaşlarına təqdim etməsi və polis əməkdaşları tərəfindən həmin bükümlər açıldıqda içərisindən otabənzər kütlənin olması, çantaya baxış keçirildikdə içərisindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq əskinazlardan ibarət pul vəsaitləri və mobl telefon aparatına məxsus naqil aşkar olunması, masanın üzərində olan 01 ədəd mobil telefon aparatının kimə məxsus olmasının soruşulması, Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olması müəyyən edilir. Daha sonra polis əməkdaşları tərəfindən bükümlərin kağız zərfə qoyularaq qablaşdırılması, pul vəsaitlərinin və naqilin çantaya qoyularaq Təqsirləndirilən şəxs təqdim edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs 2 aydır ki, narkotik vasitə qəbul etdiyini üzərindən aşkar olunmuş qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxlamaqla daşıdığını bildirməsi müəyyən edlir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilməsi, lakin üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilmədiyi müəyyən edilir. Bundan başqa polis əməkdaşları Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs saxlanılarkən təqdim etdiyi 01 ədəd zərfdə qablaşdırılmış 03 ədəd büküm və 01 ədəd zərfdə qablaşdırılmış mobil telefon vardır, həmin zərflərə təhqiqatçı tərəfindən baxılır. Daha sonra isə polis əməkdaşlarına Təqsirləndirilən şəxs özünə məxsus masanın üzərindən 01 ədəd çiyindən asmaq üçün kəndirli qara rəngli dəridən olan əl çantasını götürərək içərisindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, 02 ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri çıxararaq polis əməkdaşlarına təqdim etməsi və polis əməkdaşları tərəfindən həmin bükümlər açıldıqda içərisindən otabənzər kütlənin olması, çantaya baxış keçirildikdə içərisindən 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq əskinazlardan ibarət pul vəsaitləri və mobl telefon aparatına məxsus naqil aşkar olunması, masanın üzərində olan 01 ədəd mobil telefon aparatının kimə məxsus olmasının soruşulması, R.Oruovun mobil telefonun ona məxsus olması müəyyən edilir. Daha sonra polis əməkdaşları tərəfindən bükümlərin kağız zərfə qoyularaq qablaşdırılması, pul vəsaitlərinin və naqilin çantay qoyularaq Təqsirləndirilən şəxs təqdim edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs 2 aydır ki, narkotik vasitə qəbul etdiyini üzərindən aşkar olunmuş qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxlamaqla daşıdığını bildirməsi müəyyən edlir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-7/1089/2025 saylı 16 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükülüdə və 02 (iki) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,70 qram; 4,04 qram; 2,02 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7,76 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qalıq 7,61 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5036 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 17 avqust 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs atası X2 İİ-ci qrup əlil kimi 112539 nömrəli vəsiqə verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən (15 avqust 2025-ci il) 18 yaşına çatmamışdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.13. cinayət törədərkən 18 yaşına çatmamış şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və cinayəti törədərkən 18 yaşına çatmadığından yuxarıda qeyd edilən amnistiya qərarının 1.13-cü bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.13-cü bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 7,61 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 7,61 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-554/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-554/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver