Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-556/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vdə yaşayan, 28 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 may 2025-ci il tarixdə barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, 15 avqust 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində həmin sexdə rəngsaz işləyən Zərərçəkmiş şəxs ona məxsus minik avtombilinin rənglənmə işlərini yubatmasını bəhanə edib Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı istifadə etdiyi metal təkər açarı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir zərbə vuraraq ona başın təpə nahiyəsində əzilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, əvvəl bir yerdə işləmişlər. Təxminən 1 il bundan qabaq ona məxsus “Tavria”markalı DQN-nini dəqiq xatırlamadığı avtomobili təmir etməsi üçün Zərərçəkmiş şəxs təhvil vermişdir. Bu 1 il ərzində dəfələrlə Zərərçəkmiş şəxs yanına gedib avtomobilini götürmək istəsə də, Zərərçəkmiş şəxs avtomobili təmir etmədiyini bildirmişdir. 22 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q y/s-də yerləşən iş yerinə gedib avotmobilini təmir etməsini tələb etmişdir. Bundan sonra aralarında sözlü mübahisə başlamış, mübahisə zamanı Zərərçəkmiş şəxs arxasına keçərək onun qollarından tutmuş, bu zaman orada olan Şakirin qardaşı Şahin Quliyev onun üzərinə gəlmişdir, o, bu zaman alətlərin qoyulduğu yerdən avtomobil təkəri açarını götürüb Şakirin başına vurmuşdur ki, Şakir qolunu buraxsın və qardaşı Şahin onu vura bilməsin. Bundan sonra Şakir oradan çıxıb kənarda olan polis əməkdaşlarını çağırmışdır. Sonra isə polis əməkdaşları gəlmişlər, onları polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra və tərəflərin etiraz etmədiklərini nəzərə alaraq Zərərçəkmiş şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təxmini 1 il müddətdir tanıyır. Qaraçuxur qəsəbəsində avtomobil təmir servisində bir yerdə işləmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs 100 manat və 50 manat olmaqla ümumilikdə 150 manat borc almışdır. Həmin ərəfələrdə Emin “Tavria” markalı avtomobilini təmir etdirirdi. Təqsirləndirilən şəxs 150 manat pul borc alandan sonra ona pulu qaytarmağına ehtiyac olmadığını, pulun əvəzinə təmir etdirdiyi “Tavria” markalı avtomobilin rənglənmə işini etməsini bildirmişdir. O, etiraz etməmiş, Emin ilə razılaşmışdır. 2024-cü ilin sonlarında o, iş yerimi dəyişərək Yeni Günəşli qəsəbəsində, 33-cü PB-nin arxa tərəfində yerləşən avtotəmir sexinə keçmişdir. Eminin avtomobilini də oraya aparmışdır. Bundan sonra həmin avtomobili rənglədiyi müddətdə arabir servisə baş çəkirmiş, hər dəfə baş çəkəndə rənglədiyi avtomobilin yaxşı rənglənmədiyini, yenidən rəngləməyini tələb etmişdir. 2025-ci ilin aprel ayının əvvəllərində həmin avtomobili tamamilə rəngləyib bitirəndən sonra Emin yenə də avtomobilin rəngini bəyənmədiyini, təzədən bu işi görməyini tələb etmişdir. Həmin an Eminə işini düzgün və verdiyi borc 150 manatdan da artıq dəyərdə gördüyünü bildirmişdir. Lakin Emin yenə də razılaşmamışdır. O da Eminə hörmət etdiyi üçün və dava-dalaş olmaması üçün Eminə yenidən rəngləyəcəyini bildirmişdir. Yenidən avtomobilin üzərində işləməyə başlamışdır. 22 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilə görə yenidən Yeni Günəşli qəsəbəsində yerləşən servisə gəlmişdir. Avtomobilin tam rənglənmədiyini görüb üstünə qışqırmağa başlamışdır. O, həmin vaxt başqa avtomobil üzərində işləmiş, bundan əlavə orada polis əməkdaşları da olmuşlar. B u n a görə o , Eminə sakit olmasını, orada polislərin olduğunu və problem yaratmamasını bildirmişdir. Bu an Emin sinə nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Bundan sonra tutaşmışlar, həmin an qardaşı Şahin Quliyev araya girərək onları aralamağa çalışmışdır. Bu an Emin yerdən təkər açarını götürərək qardaşına tərəf atmaq istəmiş, lakin o, buna imkan verməmiş, Eminin əllərini arxadan tutmuş, təkər açarının olduğu əlini çəkərkən digər əlini buraxmış, elə həmin anda Emin təkər açarını boşa çıxan əlinə alaraq arxasında olduğu halda baş nahiyəsinə vurmuşdur. Həmin anda baş nahiyəsindən yara açılmış, qan axmağa başlamışdır. Bundan sonra o, sexdən çıxıb aralıda duran polis əməkdaşlarına yaxınlaşıb Eminin onu vurduğunu bildirmişdir. Bundan sonra onları bölməyə aparmışlar. Bölmədə ərizəsini və izahatını almışlar, bundan sonra onu tibbi ekspertizaya göndərmişlər. Tibbi ekspertizadan keçmişdir. Hazırda şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ƏÇPA-nın 7-ci Patrul bölüyünün polis serjantı xüsusi rütbəsi daşıyır. 22 aprel 2025-ci il tarixdə iş yoldaşı polis serjantı Şahid3 ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobil ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q y/s-də olduqları zaman bir nəfər şəxs adını sonradan bildikləri Zərərçəkmiş şəxs onlara yaxınlaşıb orada yerləşən avtomobil üçün təmir sexlərin birində adının sonradan bildikləri Təqsirləndirilən şəxs adlı şəxslə mübahisələri olduğunu və mübahisə zamanı Təqsirləndirilən şəxs əlində dəmir parçası ilə onu vurduğunu bildirmişdir. Bundan sonra onlar dərhal həmin yerə getmişlər və orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə sexdə usta işləyən Zərərçəkmiş şəxs arasında mübahisə düşüb və mübahisə zamanı Təqsirləndirilən şəxs sexdə olan dəmir parçasını götürərək Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurmuşdur. Bundan sonra şəxsiyyətlərini müəyyən edib onları yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü PB-nə aparmışlar. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra və tərəflərin etiraz etmədiklərini nəzərə alaraq şahid X3, Şahid3 ifadələri elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli, 279 saylı ekspertiza rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - başın təpə nahiyyəsində əzilmiş yara küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyildir (i.v. 12-13); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 41); cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 49-50); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-177/2025 saylı, xx.xx.2025-ci il tarilxi qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 may 2025-ci il tarixdən hesablanmışdır (i.v. 67-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 79-80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməmişdir (i.v. 85); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-259/2025 saylı, xx.xx.2025-ci il tarilxi qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay, yəni 28 avqust 2025-ci il tarixədək uzadılmışdır (i.v. 106-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyəti (F20.0) xroniki psixi xəstəliyi aşkar edilir. Təqsirləndirilən şəxs aşkar edilən “Şizofreniya paranoid forma, remissiya vəziyyəti” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs tənqidi münasibətin saxlanıldığı, proqnozlaşdırma qabiliyyətini normaya uyğun çıxış etməsi, yaddaş proseslərinin aktiv olduğu aşkar olunur. Təfəkkürü konkretdir, ilişkənlik müəyyən edilir. Emosional dəyişkənlik, hövsələsizlik, əsəbilik, inadkarlıq, söz götürməmək, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur gerilik əlamətləri müşahidə edilmir. Əqli imkanları nəzərə alınmaqla Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik aşkar edilmir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillik aşkar edilmir (i.v. 114-117); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Buna dair fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 121-123); toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. Zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 124-130); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 132-133); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 143); Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 18 (on səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 198 (yüz doxsan səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-556/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-556/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver