Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-558/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2, təqsirləndirilən şəxs X2 müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, X2, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yaşayan, 12 sentyabr 2024-cü il tarixdə barəsində“ başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X5 14 may 2024-cü tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxsilə aralarında münasibətlər və qısqanclıq zəmnində baş vermiş münasibətlər zamanı əlləri ilə qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxsnya sağ bazunun hematoması, sol bazu oynağının sıyrığı, sol bazu oynağının şişkinlik və qançırı, sol saidin, döş qəfəsinin ön səthinin qançırları, boyunun cızığı, boyunun sağ yan səthinin qançırları, sağ bazunun, sağ dirsək oynağının, sağ saidin qançırları, hər iki süd vəzin, sol yanaq nahiyəsinin, sol alt göz qapağı nahiyəsinin qançırları, burun kökünün şişkinlik və sıyrığı, alt dodağın selikli qişasının qansızması və sol budun qançırları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 öz ifadəsində təqsirini etiraf edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 öz ifadəsində bildirdirmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadı olmuşdur. Onunla 2012-ci ildə ailə həyatı qurmuş və bu nikahdan iki övladı dünyaya gəlmişdir. Bir müddət Xeyrənsə ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Belə ki, Xeyrənsə ona daha çox qarışmağa və hər etdiklərini söz-söhbətə çevirməyə başlamıdır. Bu kimi söhbətlər nəticəsində 2021-ci ildə onunla boşanmışlar. Həmin vaxt məhkəmə iki uşağı da Xeyrənsədə qalmasına qərar vermişdir. O, çox vaxt onlarla birlikdə eyni evdə qalmışdır. 14 may 2024-cü il tarixdə Xeyrənsənin doğum günü olmuş, lakin onu təbrik etmk üçün gündüz evdə olsa da Xeyrənə evdə olmamışdır. Onunla bir neçə dəfə mobil telefonla danışdıqda tanışları ilə birlikdə ad gününü qeyd etdiyini bildirmişdir. Lakin o, Xeyrənsənin yalan danışdığını, qeyri-rəsmi kiminləsə görşdüyünü və onunla birlikdə olduğunu zənn etmişdir. Həmin gün axşam Xeyrənsə evə gəlmiş və yenə də ad gününü qeyd etdiyini təsdiq etmişdir. Bir qədər sonra Xeyrənsə qeyri-rəsmi münasibətdə olduğu Cavid adlı şəxsin olduğunu və onu evə dəvət etdiyini bildirdi. Mən buna çox əsəbiləşdim. Bu zaman qapı döyüldü və o, Cavidin evə onu təbrik etmək üçün gəldiyini bildirmişdir. Bir kişi kimi bu onun xoşuna gəlməmiş və Xeyrənsədən əvvəl qapıya çıxıb bir nəfər oğlanı görüşdürm. Həmin oğlan özünü Cavid adı ilə tanış etmiş və o, əsəbiləşib Cavidi əsəbiləşib qapıdan qovmuşdur. Onunla sözlə mübahisə edən zaman Xeyrənsə araya girib sakitləşdirməyə çalışmış və Cavidə getmsini demişdir. Cavid getdikdən sonra o, evə girmişdir. Bu zaman Xeyrənsə ilə sözlə mübahis edərək ona başqa kişi ilə görüşməyini irad bildirmişdir. Bu zaman Xeyrənsə özünü haqlı çıxarmağa çalışmş və o, əsəbiləşib Xeyrənsəni əlləri ilə bir neçə dəfə vurmuşdur. Sonra evdəki baltanı götürüb onu biyabır etsə balta ilə xəarət yetirəcəyii demişdir. Lakin onun heç vaxt belə bir fikrim olmamış və bunu etməzmiş. Daha sonra isə sakitləşib evdən çıxıb getmişdir. Hadisə 14 may 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evin içərisində baş vermişdir. Hadisənin baş verməsinə səbəb keçmiş arvadı Xeyrənsənin Cavid adlı kişi ilə qeyri-rəsmi münasibət saxlaması və onu evə dəvət etməsi olmuşdur. Hadisə zamanı orada özü və Xeyrənsə olmuş, Cavid isə hadisənin başlanğıcında çıxıb getmişdir deyə hadisənin tam şahidi olmamışdır. Hadisə zamanı o, Xeyrənsəni əlləri ilə vuraraq xəsarət yetirmişdir. Sonradan evdə olan baltanı ona göstərsə də, o, həmin balta ilə və ya başqa heç bir əşya ilə Xeyrənəni vurmamış və xəsarət yetirməmiş, ümumiyyətlə o, Xeyrənsəni balta ilə vurmaq istəməmiş və buna imkanı olsa da, etməzmiş. Sadəcə onu bir kişi kimi biyabır etməməsi üçün Xeyrəsəni qorxutmaq üçün baltanı götürüb ona göstərmiş və sonra evdən çıxıb getmişdir. Hadisə zamanı uşaqları evdə olmamış və onlar bu hadisənin şahidi olmamışlar. Hadisə zamanı nə Cavid ona, nə də o, Cavidə vurmamış və xəsarət yetirməmişdir. Sadəcə Cavidin sinəsindən tutub itələyərək evə daxil olmasına mane olmuş və sözlə mübahisə etmişlər. Sonra isə Cavid çıxıb getmişdir. Zərərçəkmiş şəxs yalan danışmış və ona şər atmağa çalışmışdır. O, hadisə zamanı Xeyrənsəyə məxsus olan "Honor X8A" markalı mobil telefonu, bir ədəd qızıl üzüyü, 800 manat dəyərində smart qol saatını və 700 manat nağd pulunu oğurlamamışdır. Sonda o, törətmiş olduğu əməlindən səmimi peşman olduğunu, bir daha belə əməl törətməyəcəyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X5 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elxan Həsənov onun keçmiş əridir. Onunla 2012-ci ildə ailə həyatı qurmuş və onların bu nikahdan iki övladı dünyaya gəlmişdir. Elxanla əvvəllər münasibəti yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Belə ki, Elxan dosttanışlarını evə yığıb kampaniyalar keçirmiş və həmin kampaniyalar zamanı nalayiq ifadələr işlədilmiş, yeyib-içərək özlərini apara bilməmişlər. Bu kimi hallar da onun uaqlanna pis təsir etmişdir. Belə halların üstündə Elxanla dəfələrlə mübahisə etmişlər və onu dəfələrlə bu məsələlər üstündə döymüşdür. Artıq onunla yola gedə bilmədiyi üçün 2021-ci ildə Elxanla boşanışdır. 14 may 2024-cü il tarixdə doğum günü olduğu üçün yaxın qohumları ilə birlikdə bunu qeyd etmişlər. Elxan onunla əlaqə saxlayaraq harada olduğunu soruşmuş, o da qohumlarla birlikdə evdən kənarda doğum gününü qeyd etdiyini demişdir. Elxan evdə olduğunu, onu təbrik etmək istədiyini demiş, o isə Elxana kənarda olduğunu başa salmışdır. Bundan sonra Elxan zarafat etdiyini bildirmiş və sağollaşmışdır. Bir neçə saat sonra evə gəlmişdir. Evdə olan zaman qeyri-rəsmi münasibətdə olduğu Cavid onunla əlaqə saxlayaraq doğum gününü təbrik etmək üçün yaşadığı evə gəlmək istədiyini bildirmişdir. O da razılaşmışdır. Biraz sonra Cavid onun yaşadığı evə yaxınlaşmış və ondan qapını açmağını istəmişdir. O, qapını açan zaman Elxan gəlib Cavidi itələmiş və onunla sözlə mübahisə etməyə başlamışdır. O da araya girmiş və Cavidə çıxıb getməsini demişdir. Daha sonra Elxanı içəri salmışdır. Bu zaman Elxan əsəbi şəkildə onunla sözlə mübahisə etməyə başlamış və Cavidlə qeyri- rəsmi münasibətdə olmağını irad bildirmişdir. O da artıq ondan boşandığını, Cavidin yaxşı insan olduğunu demişdir. Bu zaman Elxan qəflətən onu əli ilə vurmuş və döyməyə başlamışdır. Daha sora evdə olan baltanı götürərək onu öldürəcəyi ilə hədələmiş, lakin ona balta ilə heç bir xəsarət yetirməmişdir. Sonra o, hadisə barədə polisə müraciət etmişdir. Sonradan bilmişdir ki, Cavid də polisə zəng edib hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, hadisədən sonra Elxan ona məxsus olan "Honor X8A" markalı mobil telefonu, bir ədəd qızıl üzüyünü, 800 manat dəyərində smart qol saatıı və 700 manat nağd pulunu oğurlamış və nəticədə ona 800 manat maddi ziyan vurmuşdur. Hadisə 14 may 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evin içərisində baş vermişdir. Hadisənin baş verməsinə səbəb keçmiş həyat yoldaşı Elxanın hazırda qeyri-rəsmi münasibətdə olduğu Cavidi görüb onu qısqanması və onu evdən qovub ona qarşı kobud hərəkət etməsi və onun araya girib buna mane olmağı olmuşdur. Hadisə zamanı orada özü və Elxan olmuş, Cavid isə hadisənin başlanğıcında çıxıb getmişdir deyə Elxanın onu döyməsinin şahidi olmamışdır. Hadisə zamanı Elxan onu əlləri ilə vuraraq xəsarət yetirmişdir. Sonradan evdə olan baltanı göstərsə də, Elxan ona həmin balta ilə və ya başqa heç bir əşya ilə vurmamış və xəsarət yetirməmişdir. Hadisə zamanı uşaqları evdə olmamış və bu hadisənin şahidi olmamışlar. Hadisə zamanı nə Cavid Elxana, nə də Elxan Cavidə vurmamış və xəsarət yetirməmişlər. X7 sinəsindən tutub itələyərək evə daxil olmasına mane olmuş və onlar sözlə mübahisə etmişlər. Həmçinin də əlavə suallara cavab olaraq bildirmişdir ki, təqsirləndrilən şəxs E.Həsənov onu 2 saat davamlı olaraq döymüş və ət baltası ilə boğazına və burnuna xəsarət yetirmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5 aydır ki, tanımışdır. Onunla təsadüfən tanış olmuş və onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Xeyrənənin iki azyaşlı uşağı olmuşdur. Onun dediyinə görə bir dəfə Elxan adlı şəxslə evlənmiş, həmin uşaqlar onların nikahı dövründə dünyaya gəlmişdir, 2021-ci ildə ilə boşanmışlar. Onun Xeyrənsə ilə həmişə yaxşı münasibəti olmuşdur. 14 may 2024-cü il tarixdə Xeyrənsənin doğum günü olmuşdur. Şəxsi işləri olduğundan, axşam onunla ad gününü qeyd etməyi təklif etmiş və Xeyrənsə də razılaşmışdır. Həmin gün təxminən saat 21 radələrində Xeyrənsənin yaşadığı məhəlləyə gəlmiş və ona zəng edərək məhəllədə olduğunu, evin qapısını açmasını demişdir. Həmin evin qapısına yaxınlaşdıqda qapını bir nəfər kişi açıb adının Elxan olduğunu deyib, niyə bu evə gəldiyini soruşmuşdur. O da Xeyrənsənin doğum günü üçün təbrik etməyə gəldiyini demişdir. Bu zaman onların arasında sözlə mübahisə yaranmış və Elxan onu sinəsindən itələmişdir. O isə Elxana qarşılıq verməmişdir ki, söhbət böyüməsin Bu zaman Xeyrənsə araya girib Elxanı sakitləşdirməyə çalışmış və ona çıxıb getməyini demişdir. O da razılaşmış və oradan uzaqlaşmışdır. X4 döyəcəyinə əmin olduğu üçün polisə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə 14 may 2024-cü il tarixdə saat 21 radələrində Xeyrənsənin yaşadığı evin içərisində baş vermişdir. Hadisənin baş verməsinə səbəb keçmiş həyat yoldaşı Elxanın Xeyrənsəni qısqanması və onunla Xeyrənsənin qeyri-rəsmi münasibətdə olmağına əsəbiləşməsi olmuşdur. O, hadisənin başlanğıcında çıxıb getdiyinə görə Elxanın Xeyrənsəni döyməsinin şahidi olmamışdır. Hadisə zamanı nə o Elxana, nə də Elxan ona vurmamış və xəsarət yetirməmişdir. Sadəcə Elxan onun sinəsindən tutub itələyərək evə daxil olmağına mane olmuşdur və onlar sözlə mübahisə etmişlər. Cinayət işinin 35-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2024cü il tarixli protokolundan görünür ki, X5 24 iyul 2024-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 51-ci vərəqində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərara əsasən, X5 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 44-47-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 48-49-cu vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X2 şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, bu zaman Elxan Həsənov ifadəsind göstərdiklərini hadisə yerində əyani olaraq bildirmişdir. Cinayət işinin materiallarının 7-9-cu vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA Birliyi" Publik Hüquqi şəxsin verdiyi 330 saylı 17 may 2024-cü il tarixli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun hematoması, sol bazu oynağının sıyrığı, sol bazu oynağının şişkinlik və qançırı, sol saidin, döş qəfəsinin ön səthinin qançırları, boyunun cızığı, boyunun sağ yan səthinin qançırları, sağ bazunun,' sağ dirsək oynağının, sağ saidin qançırları, hər iki süd vəzin, sol yanaq nahiyəsinin, sol alt göz qapağı nahiyəsinin qançırları, burun kökünün şişkinlik və sıyrığı, alt dodağın selikli qişasının qansızması və sol budun qançırları. Qeyd olunan cızıq iti uca malik əşyanın (ola bilsin’ bıçaq), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaları) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarının 55-56-cı vərəqində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, təqsirləndirilən şəxs X2 barəsində Suraxanı rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarını, o cümlədən ekspert rəyini, zərərçəkmiş şəxsin ifadəsini nəzərə alaraq, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən məişət zorakılığı — yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Həmin Qanunun 13.1. 1-ci maddəsinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi xarakterli tədbirlər — məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsidir. Gender identikliyi görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipi digər hüquqi sənədlərdən, ilk növbədə İnsan hüquqları haqqında Avropa Konvensiyasından (14-cü maddə: Ayrıseçkiliyin qadağan olunması; 12 saylı Protokol) və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan (misal üçün bax: Oliari İtaliyaya qarşı, 2015-ci il tarixli qərar; Ratsenbök və Zaydl Avstriyaya qarşı, 2017-ci il tarixli qərar) habelə Seksual oriyentasiya və ya gender identikliyi əlamətlərinə görə ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri haqqında Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(2010)5 saylı tövsiyəsindən irəli gələn hüquqi öhdəliklərə əsaslanır. Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığına cavab verməkdə səmərəsiz dövlət tədbirləri ilə bağlı nümunədə, bu qeyd dolunan inanc (fikir), Türkiyədə qadınların qanun qarşısında bərabər qorunmasını necə inkar edə biləcəyini göstərir. (ECTHR, Opuz Türkiyəyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 iyun 2009-cu il tarixli hökm, paraqraf 185-191.) “Şəxsi və ya ailə məsələsinə” müdaxilə etməmək üçün səlahiyyətli orqanlar, təsdiq edilmiş ciddi məişət zorakılığı nümunəsinə baxmayaraq, ərizəçinin ərinə qarşı müvafiq tədbirlər görməkdə uğursuz olmuşdur. (Ecthr, Opuz Türkiyə qarşı iş, müraciət ərizəsi No 33401/02, 9 İyun 2009, paraqraf 96). O, nəticədə, ərizəçinin anasını ərizəçiyə ailə evindən qaçmasına kömək edərkən öldürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsi aşkar etmişdir ki, ərizəçi prima facie iddiası nümayiş etdirir və məişət zorakılığı ilk növbədə qadınlara təsir edir və Türkiyədəki ümumi və ayrıseçkiliyə əsaslanan məhkəmə passivliyi məişət zorakılığına gətirib çıxaran şərait yaradır (ECTHR, Opuz Türkiyə yə qarşı iş, müraciət No 33401/02, 9 iyun 2009-cu il, Paraş. 198-201). Opuz-Türkiyəyə qarşı (2009) işində Məhkəmə, ərizəçi Nahide Opuz və ərizəçinin əri tərəfindən öldürülən anasının məruz qaldığı məişət zorakılığının “gender əsaslı zorakılıq olaraq qəbul edilə biləcəyini təsbit etmişdir ki, bu da qadınlara qarşı ayrıseçkilik formasıdır ”.10 Məhkəmə qeyd etmişdir ki: “[…] işlə bağlı iddia edilən ayrı-seçkilik özlüyündə qanunvericiliyə əsaslanmır, əksinə, qadınlar məişət zorakılığını bildirdikləri zaman yerli hakimiyyət orqanlarının, qadınlara polis bölmələrində necə davranıldığı kimi, ümumi münasibətindən və qurbanlara effektiv müdafiənin təmin edilməsində məhkəmənin passivliyindən qaynaqlanır.” (maddə 192) Məhkəmə daha sonra qərar verdi: “Türkiyədə bilərəkdən olmasa da, əsasən qadınlara təsir etsə də, ayrı-seçkiliyə əsaslanan və ümumi məhkəmə passivliyinin olması barədə öz çıxardığı nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçi və onun anasının məruz qaldığı zorakılıq qadınlara qarşı ayrı-seçkilik forması olan gender əsaslı zorakılıq olaraq qəbul edilə bilər. Hökumət tərəfindən son illərdə aparılan islahatlara baxmayaraq, məhkəmə sisteminin ümumiyyətlə cavab verməməsi və təcavüzkarların cəzasız qalması, hazırkı işdə aşkarlandığı kimi, məişət zorakılığına qarşı müvafiq tədbirlər görmək üçün yetərli öhdəliyin olmadığını göstərmişdir [...].” (paraqraf 200) Bu aşkarlanan fakt, məişət zorakılığı qurbanının ölümü üzrə nəticəsi olmayan araşdırmalar aparılmış Durmaz Türkiyəyə qarşı işində təsdiqlənmişdir (Durmaz Türkiyəyə qarşı iş, 3621/07 nömrəsi, 13 noyabr 2014-cü il tarixli qərar, paraqraf. 65). Qadınlara qarşı zorakılığa dair məhkəmə hökmü ilə, MC-Bolqarıstan (2003) və Opuz-Türkiyəyə qarşı (2009) kimi mühüm işlər vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsi, belə bir prinsip inkişaf etdirdi ki, dövlətlər insan hüquqları pozuntularının qarşısını almaq məqsədilə tədbirlər görməlidirlər. Bu prinsip müəyyən etdi ki, bu hərəkətlərin dövlət tərəfindən və ya fərdi şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq, dövlət onların istintaqını aparmaq, mühakimə etmək və cəzalandırmaq öhdəliyinə malikdir. Bu anlayış lazımi səy göstərmə prinsipinin hazırlanmasına gətirib çıxardı. Bu prinsip ilk olaraq X və Y işində ifadə edilmişdir ki, buna əsasən də Məhkəmə qət etmişdir ki, pozitiv öhdəliklər yalnız dövlətlərin hüquqları pozmaqdan çəkinməsini tələb etmir, həm də şəxslərin hüquqlarının digər fərdi şəxslər tərəfindən pozulmamasını təmin etmək üçün təşəbbüskarlıq (fəal olma) vəzifəsini də tapşırıq kimi qarşıya qoya bilər (bənd 23). MC Bolqarıstana qarşı işində Məhkəmə təsbit etmişdir ki, 3-cü maddəyə və 8-ci maddəyə uyğun olaraq hüquqların qorunmasına dair öhdəliklər rəsmi araşdırmalar aparmaq və zorlamanın effektiv şəkildə cəzalandırılması ilə bağlı vəzifələri şərtləndirir (maddə 149-53). Maslova-Rusiyaya qarşı (2009) işində, Məhkəmə qət etdi ki, “Zorlamanın açıqca alçaldıcı xarakteri bu kontekstdə dövlətin prosedur öhdəliyini xüsusi vurğulayır” (bənd 91). Məhkəmə həmçinin qərar vermişdir ki, qadınlara qarşı çoxsaylı məişət zorakılığı hadisələrində də, milli səlahiyyətli qurumların belə zorakılığın qarşısını almaq üçün qoruyucu tədbirlər görmək üçün pozitiv öhdəlikləri vardır, belə ki, səlahiyyətli qurumlar “bilirdilər ki və ya bilməli idilər ki” Kontrova / Slovakiya (31 May 2007) və Hajduova / Slovakiya (30 Noyabr 2010) işlərində bir şəxsin həyatı və ya sağlamlığı üçün “real və birbaşa risk” mövcud olmuşdur. Potensial təcavüzkar tərəfindən təhdid hələ fiziki zorakılıq kimi reallaşmadıqda belə səlahiyyətli qurumlar müdaxilə etməli idi (Hacduova). Səlahiyyətli qurumlar, bəzən hətta qurbanın ifadə olunan istəklərinə (iradəsinə) qarşı, vəzifə səlahiyyətindən istifadə edərək tədbir görə bilərlər (Hajduova). Bəzi hallarda müvəqqəti təcili mühafizə tədbirləri alına bilər (Bevacqua və S. Bolqarıstana qarşı, 12 İyun 2008). Bütün istintaq və məhkəmə prosesi boyunca ərizəçinin şəxsi bütövlüyünə hörmət təmin edilməlidir. Qəbul edilməlidir ki, qurban qadınlar, xüsusən cinsi zorakılıq hallarında, cinayət prosesini tez-tez əlavə bir travma kimi qəbul edirlər. Bu, xüsusən zərərçəkmiş qadın özünün istəyinə zidd olaraq təcavüzkarla birbaşa üzləşməyə məcbur qaldıqda belə olur. (Y. Sloveniya, 2015). Halime Kiliç-Türkiyəyə qarşı 2016-cı il işinin nümayiş etdirdiyi istintaq zamanı / məhkəməyə qədərki dövrdə baş verən bir neçə uğursuzluğu, AİHM 14-cü maddə ilə birlikdə (ayrı-seçkiliyin qadağan edilməsi) 2-ci maddənin (yaşamaq hüququ) pozulması kimi müəyyən edir. Bu işdə, məişət zorakılığının qurbanı səlahiyyətli qurumlara dörd şikayət ünvanlamış və ərinə qarşı üç mühafizə orderi almışdır. 2008-ci ildə zərərçəkmiş şəxs birinci şikayəti vermiş və Ailə Məhkəməsi tərəfindən verilən mühafizə orderini istəmişdir. Prokuror cinayətkara qarşı ittiham irəli sürmüşdür. Zərərçəkən daha sonra ikinci bir şikayət verdikdə, məhkəmə daha iki mühafizə orderi vermişdir və prokuror müvəqqəti həbs tədbiri istəməklə təcavüzkarı məhkəməyə göndərmişdir və məhkəmə isə bundan imtina etmişdir. Zərərçəkən ərinin ölüm təhdidləri etdiyini iddia edərək prokurordan əlavə kömək istəmişdir. Dördüncü şikayət verildikdən sonra qurban əri tərəfindən öldürülmüşdür. AİHM, müdafiə orderlərinin verilməsi üçün vaxtın uzandığını (bir işdə 19 gün, ikinci işdə 8 həftə), prokurorun cinayətkarı həbsdə saxlamağı əmr etməsində gecikmələrin olduğunu, məhkəmə qurbanla əlaqəli riskləri düzgün qiymətləndirmədiyi və barəsində həbs qətimkan tədbiri seçilmədiyi, təcavüzkar heç vaxt mühafizə oderlərinin pozulmasına görə mühakimə olunmadığını və nə polisin, nə də prokurorun qurbana mövcud sığınacaqlar barədə məlumat verməməsini aşkarlamışdır. (Halime Kılıç / Türkiyə (müraciət nömrəsi. 63034/11), 28 iyun 2016-cı il tarixli Qərar. A. Xorvatiyaya qarşı işdə, AİHM, məişət zorakılığı ilə bağlı AİHK-nın pozulduğunu aşkar etmişdir. A əri tərəfindən məişət zorakılığına məruz qaldıqdan sonra bir sıra məhkəmə işlərinə başlamışdır (üç cinayət işi və dörd kiçik cinayətə görə). Belə işlərin nəticəsi bir neçə mühafizə orderinin verilməsi, məhkəməyə qədərki həbs (müvəqqəti həbs), psixiatrik və psixo-sosial müalicə və həbs cəzası olmuşdur. Sanksiyaların bir qismi tətbiq olunsa da, təcavüzkar iki cinayətə görə həbs cəzası çəkməmişdir (bunlardan biri ərizəçini ölümlə təhdid etmək olmuşdur). AİHM, qeyd etmişdir ki, dövlət, eyni şəxs tərəfindən eyni qurbana qarşı törədilmiş bir sıra zorakılıq hərəkətləri ilə əlaqədar müxtəlif cinayət və kiçik cinayət işlərini nəzərə almamaqla, ərizəçinin hüquqlarını lazımi səviyyədə qoruya bilməmişdir və işin tarixçəsinə bütünlüklə baxa bilməmişdir. Bu iş, hüquq sistemi daxilində koordinasiyanın vacibliyini və müvafiq sanksiya təyin edərkən bütün zorakılıq tarixçəsini və cinayət tarixçəsini lazımi şəkildə nəzərə almağın vacibliyini göstərir. Məhkəmə hökmlərinin icra edilməsinin və cəzaların çəkilməsinin təmin edilməsində məhkəmə nəzarətinin roluna da diqqət çəkilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini X2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə X2 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.. İş üzrə X3 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, X3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən həmçinin məhkəmə tibbi ekspertizasının rəyinə əsasən xəsarətlərin bir neçəsini ət baltası ilə törətdiyini, bu barədə məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsinin olması, ümumiyyətlə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin 2 saat ərzində davamlı olaraq döyülməsinə və həmin ət baltası ilə onun boğazın, burnuna xəsarətlərin yetirilməsinə dair zərərçəkmiş şəxsin ifadəsi, artıq eyni xarakterli əməlləri ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi ilə əlaqədar qəbul edilmiş məhkəmə qərarından sonra yenidən zorakılıq hərəkətlərinə yol verilməsi, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X3 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, X2 24 iyul 2024-cü il tarixdən 26 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 17 dekabr 2024-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclasında dərhal həbs edilməli, həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X2 24 iyul 2024-cü il tarixdən 26 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi X3 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 17 dekabr 2024cü ildən hesablansın. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. X5 məhkəmə iclasında dərhal həbs edilsin. X2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-558/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-558/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver