Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-559/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X9, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X7, Surdo tərcüməçi X2 iştirakları ilə xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 24 oktyabr 2024cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərtib etdiyi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair yekun protokolunda aşağıdakılar qeyd olunmuşdur: « 08 oktyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Suraxanı bazarının yanında yerləşən köşkün qarşısında X16 ilə Təqsirləndirilən şəxs arasında, şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu yumruq zərbəsi ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə zərbə vurmaqla ona sağ almacıq sümüyünün yerdəyişən sınığı və almacıq nahiyəsinin yumşaq toxumalarının səthi əzilmiş yarası, burunun yumşaq toxumasının qançır və sıyrığı ilə müşayiət olunan burun sümüyünün sınığından ibarət, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir». Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs surdo tərcüməçi vasitəsilə özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilmiş, müvafiq cinayət əməlini yekun protokolda və iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadədə göstərdiyi kimi törətdiyini bildirmişdir. Belə ki, o, zərərçəkmiş şəxsin həqiqətən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 da cinayət hadisəsinin iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadəsinə göstərildiyi kimi baş verdiyini bildirmişdir. Qeyd edir ki, təqsirləndirilən şəxslə hazırda barışıb, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibinə şikayət ərizəsi nəticəsində başlanmış araşdırmanın dayandırılmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X16, 06 noyabr 2024-cü il tarixdə, notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayətinin olmamasını, onunla barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs 02 dekabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında ərizə ilə də məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında surdo tərcüməçi vasitəsilə ərizə yazıb təqdim edərək və bunu təsdiq edərək zərərçəkmiş şəxslə barışdığını və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında tədqiq edilənlər: X4 RPİ-nin 31-ci polis şöbəsinə ünvanladığı 09 oktyabr 2024-cü il tarixli ərizədə göstərmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Suraxanı bazarının qarşısında Elcan adlı şəxs onu döymüşdür. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v.1) 09 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerini X16 təqdim etmiş və müəyyən edilmişdir ki, baxış keçirilən hadisə yeri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən köşkün qarşısında olmuşdur. Əvvəllər tanıdığı Təqsirləndirilən şəxs siqaret alan zaman Təqsirləndirilən şəxs ona olan borcunu istəyəndə aralarında yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə onun üz nahiyəsinə yumruqla zərbə vurmuşdur. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. (iş.v.9-11) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X18 10 oktyabr 2024-cü il tarixli, 839 nömrəli ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, X6 maksilyar sinusda möhdəviyyatla müşayiət olunan sağ almacıq sümüyünün yerdəyişən sınığı və almacıq nahiyəsinin yumşaq toxumasının səthi əzilmiş yarası, burunun yumşaq toxumasının qançır və sıyrığı ilə müşayiət olunun burun sümüyünün yerdəyişən sınığı xəsarətləri müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyanın) təsirindən törənmişdir, qərarda göstərilən 08 oktyabr 2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (iş.v.23-24) X16 və Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə şikayət ərizəsi ilə toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. (iş.v.25-26) 10 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elməddin Əsgərov tərəfindən X11 şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (iş.v.27-28) 10 oktyabr 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, X16 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v.29-30) Suraxanı RİHB-in Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi Südçülük sovxozu massivində yaşayan 01 dekabr 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yaşadığı dövrdə qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (iş.v.54) Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsrrüfat Birliyi tərəfindən 10 oktyabr 2024-cü il tarixli, 941 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 62 saylı evin 1 nömrəli mənzilində qeydiyyatsız yaşayır. (iş.v.55) 139 saylı MKİS-in rəisi E.Qurbanov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs, özünü ağıllı, nümunəvi sakin kimi göstərmişdir və qonşular arasında dərin hörmət qazanmışdır. Onun barəsində 139 saylı MKİS-ə qonşular və inzibati orqanlar tərəfindən heç bir şikayət daxil olmamışdır. (iş.v.56) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad olunması halı olmamışdır. (iş.v.54) 21 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə yekun protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmişdir. (iş.v.57-59) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq olunmuş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»na əsasən tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülür. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə «Ekspert rəyi», məhkəmə-tibbi müayinəsi keçirildikdə isə «Məhkəmə-tibbi müayinə aktı» tərtib olunur. Azərbaycan Respublikası CM-də sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir: sağlamlığa ağır zərər vurma; sağlamlığa az ağır zərər vurma; sağlamlığa yüngül zərər vurma. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na əsasən sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və. s aid edilir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 2.1-ci maddəsinə əsasən sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir: 2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər; 2.1.2. ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini və məhkəməyədək sadələşdirilmiş icraat materialını tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkəti protokollarını və ekspert rəyini də sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Zərərçəkmiş şəxs X16 02 dekabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X16 bundan əlavə, 06 noyabr 2024-cü il tarixdə, notarial qaydada təsdiq edilmiş ərizə ilə də məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayətinin olmamasını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs surdo tərcüməçi vasitəsilə 02 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını və barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanın sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». CPM-nin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlar sırasında həmçinin CPM-nin 321.2.1-ci maddəsində göstərilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qeyd olunmuşdur. Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmişdir. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs X14 qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxs onunla barışdığından, ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 300, 305, 321, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 iş saatı üçün 24 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən 24 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-559/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-559/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver