Məhkəmə qərarları › İş №1(010)-56/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-56/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-56/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 1 azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası istiqamətində Xəzər dənizinə gələrək, xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:20 radəsindək olan müddətdə özü ilə gətirdiyi 01 (bir) ədəd rezin qayıq, 02 (iki) ədəd taxta avar və 04 (dörd) ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlardan istifadə etməklə, Xəzər dənizdən 01 (bir) ədəd 33 (otuz üç) manat dəyərində kütüm, 01 (bir) ədəd 11 (on bir) manat dəyərində külmə, 11 (on bir) ədəd hər biri 11 (on bir) manat olmaqla 121 (yüz iyirmi bir) manat dəyərində çapaq, 38 (otuz səkkiz) ədəd hər biri 11 (on bir) manat olmaqla 418 (dörd yüz on səkkiz) manat dəyərində adi siyənək və 41 (qırx bir) ədəd hər biri 11 (on bir) manat olmaqla 451 (dörd yüz əlli bir) manat dəyərində kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1034 (bir min otuz dörd) manat məbləğində ziyan vurulmuş və X8 idarəsinin Brakonyerliyə qarşı mübarizə və Balıq ehtiyyatlarmın mühafzəsi bölməsinin və həmin idarənin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 (bir) ədəd rezin qayıq, 02 (iki) ədəd taxta avar və 04 (dörd) ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar, 01 (bir) ədəd kütüm, 01 (bir) ədəd külmə, 11 (on bir) ədəd çapaq, 38 (otuz səkkiz) ədəd adi siyənək və 41 (qırx bir) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 01 ədəd rezin qayıqdan, 02 ədəd taxta avarlardan istifadə edərək dənizə girmiş və sahildən aralanıb jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan 04 ədəd torları dənizdə qurub balıq tutmağa başlamışdır. Qurduğu torları sudan qaldıraraq növbəylə yoxlamış və tora düşən balıqları qayıqda olan kisəyə yığmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 06:20 radəsinədək çoxlu sayda müxtəlif növ balıq tutub sahilə çıxarkən X8 idarəsinin əməkdaşları məni saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, onun Xəzər dənizində balıq tutmaq üçün rəsmi icazəsi, yəni, balıqovlama biletim yoxdur. Bundan sonra polis əməkdaşları ona məxsus 01 ədəd rezin qayığa, 01 ədəd taxta avarlara, jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 04 ədəd torlara və həmin torların vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu balıqlara baxış keçirmişlər. Həmin vaxt məlum olmuşdur ki, tutduğu balıqların 01 ədədi kütüm, 01 ədədi külmə, 11 ədədi çapaq, 38 ədədi adi siyənək və 41 ədədi isə kefal balıqlarıdır. Sonradan polis əməkdaşları baş vermiş hadisə ilə əlaqədar hal şahidlərinin iştirakları ilə müvafiq protokol tərtib etmişlər. Törətdiyi əməldən peşmandır. Cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş X8 X6 polis məntəqəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə X8 idarəsinin Brakonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin və həmin idarənin Abşeron xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qsəbəsi, Qum adası istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla məşqul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin qayıq, 02 ədəd taxta avar, 04 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar, 01 ədəd kütüm, 01 ədəd külmə, 11 ədəd çapaq, 38 ədəd adi siyənək və 41 ədəd kefal balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə aşkar edilmiş həmin 01 ədəd kütüm, 01 ədəd külmə, 11 ədəd çapaq, 38 ədəd adi siyənək və 41 ədəd kefal balıqlarını 4 ədəd torların vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, torla balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç bir vaxt olmamışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və onun qanunsuz tutduğu balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş polis nəfərləri Şahid4 və Şahid2 Şahid1 verdiyi ifayədə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə X8 idarəsinin Brakonyerliyə qarşı mübarizə və Balıq ehtiyyatlarının mühafizəsi bölməsinin və həmin idarənin Abşeron xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qsəbəsi, Qum adası istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla məşqul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin qayıq, 02 ədəd taxta avar, 04 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar, 01 ədəd kütüm, 01 ədəd külmə, 11 ədəd çapaq, 38 ədəd adi siyənək və 41 ədəd kefal balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin balıqları tor vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qsəbəsi, Qum adası istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs izah etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qsəbəsi, Qum adası istiqamətində Xəzər dənizindən torla balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid3 verdiyi ifayədə uyğun oxşar məzmunlu ifadə vermişdir. İş üzrə verilmiş mülki iddianın məzmunundan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz balıq ovu ilə məşqul olarkən, X8 idarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. Ondan 01 ədəd rezin qayıq, 01 ədəd taxta avar, jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 04 ədəd torlar, 01 ədədi kütüm, 01 ədədi külmə, 11 ədədi çapaq, 38 ədədi adi siyənək və 41 ədədi isə kefal balığı aşkar edilib götürülmüşdür. Faktla bağlı Təqsirləndirilən şəxs barəsində X8 İdarəsinin əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinə əsasən dama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq ədilmə qaydaları və qeyri-qanuni baliq cərimələr”in 10-cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığa vurulmuş şərti maliyyə vahidinin (1 man.10 qəp.) balıq növləri üçün müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği aşağıdakı hesablanmışdır. Belə ki, 1 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 1 ədəd külmə balığına görə: 11 manat x 1 ədəd =11 manat, 1 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 41 ədəd kefal balığına görə: 11 manat x41 ədəd = 451 manat, 1 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 30 (əmsal) = 33 manat, 1 ədəd ktüm balığına görə: 33 manat x 1 ədəd = 33 manat, 1 ədəd adi siyənək balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 38 ədəd adi siyənək balığına görə: 11 manat x 38 ədəd =418 manat, 1 ədəd çapaq balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) =11 manat, 11 ədəd çapaq balığına görə: 11 manat x 11 ədəd = 121 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1034 (min otuz dörd) manat təşkil edir. 11 saylı Regional Ekologiya və X7 “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”ye əsasən vətəndaş Təqsirləndirilən şəxs barəsində 1034 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmədən cavabdehin həmin məbləği müvafiq hesablaşma hesabına köçürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbul aktından müəyyən olunur ki, ümumi çəkisi 10 kq və dəyəri 8.0 AZN (səkkiz manat) olan 41 ədəd kefal, ümumi çəkisi 0,600 kq və dəyəri 0,60 AZN (altmış qəpik) olan 1 ədəd kütüm, ümumi çəkisi 2,600 kq və dəyəri 1,04 AZN (bir manat dörd qəpik) 38 ədəd adi siyənək, ümumi çəkisi 0,100 kq və dəyəri 0,05 AZN (beş qəpik) 1 ədəd külmə, ümumi çəkisi 1,200 kq və dəyəri 0,60 AZN (altmış qəpik) olan 11 ədəd çapaq balıqları «xxxx» MMC tərəfindən qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin qayıq, 02 ədəd taxta avar, 04 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar saxlanılması üçün X8 X6 Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssi rəyindən müəyyən olunur ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan ziyanın məbləği aşağıdakı hesablanmışdır. Belə ki, 1 ədəd külmə balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 1 ədəd külmə balığına görə: 11 manat x 1 ədəd =11 manat, 1 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 41 ədəd kefal balığına görə: 11 manat x41 ədəd = 451 manat, 1 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 30 (əmsal) = 33 manat, 1 ədəd ktüm balığına görə: 33 manat x 1 ədəd = 33 manat, 1 ədəd adi siyənək balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 38 ədəd adi siyənək balığına görə: 11 manat x 38 ədəd =418 manat, 1 ədəd çapaq balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) =11 manat, 11 ədəd çapaq balığına görə: 11 manat x 11 ədəd = 121 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1034 (min otuz dörd) manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2020-ci il tarixli, 21/244 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə kimi Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.2.1 ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarından müəyyən olunur ki, Səfərov X3 (Səfərova) Xanım Dadaş qızı ilə evlidir, onların bu nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olub. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Nərimanabad qəsəbə İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası istiqamətində Xəzər dənizinə gələrək xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:20 radəsindək olan müddətdə özü ilə gətirdiyi 01 (bir) ədəd rezin qayıq, 02 (iki) ədəd taxta avar və 04 (dörd) ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlardan istifadə etməklə Xəzər dənizdən 01 (bir) ədəd 33 (otuz üç) manat dəyərində kütüm, 01 (bir) ədəd 11 (on bir) manat dəyərində külmə, 11 (on bir) ədəd hər biri 11 (on bir) manat olmaqla 121 (yüz iyirmi bir) manat dəyərində çapaq, 38 (otuz səkkiz) ədəd hər biri 11 (on bir) manat olmaqla 418 (dörd yüz on səkkiz) manat dəyərində adi siyənək və 41 (qırx bir) ədəd hər biri 11 (on bir) manat olmaqla 451 (dörd yüz əlli bir) manat dəyərində kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1034 (bir min otuz dörd) manat məbləğində ziyan vurması faktı tamamilə sübuta yetir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. AR Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin Qeydinə əsasən CM-in 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnın 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olumasına və ailəsinin həyat şəraitinə təsirini geniş müzakirə etmiş və nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, ailəli və himayəsində 1 azyaşlı uşaq olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngulləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində islah işləri cəzasını təyin edilməsini qanuni və əsaslı hesab edir. «xxxx» MMC-ə təhvil verilmiş, ümumi çəkisi 10 kq olan 41 ədəd kefal, ümumi çəkisi 0,600 kq olan 1 ədəd kütüm, ümumi çəkisi 2,600 kq olan 38 ədəd adi siyənək, ümumi çəkisi 0,100 kq olan 1 ədəd külmə, ümumi çəkisi 1,200 kq olan 11 ədəd çapaq balıqlarının satışından əldə edilən pul vəsaiti «xxxx» MMC-nin hesabından dövlət büdcəsinə keçirilməlidir. X8 İdarəsində saxlanılan 01 ədəd rezin qayıq, 02 ədəd taxta avar, 04 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 verilməlidir. İş üzrə mülki iddia təmin edilməli, dövlət balıq ehtiyatlarına vurulmuş 1034 (min otuz dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20% faizi dövlət nəfinə tutulmaqla 01 (bir) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. «xxxx» MMC-ə təhvil verilmiş, ümumi çəkisi 10 kq olan 41 ədəd kefal, ümumi çəkisi 0,600 kq olan 1 ədəd kütüm, ümumi çəkisi 2,600 kq olan 38 ədəd adi siyənək, ümumi çəkisi 0,100 kq olan 1 ədəd külmə, ümumi çəkisi 1,200 kq olan 11 ədəd çapaq balıqlarının satışından əldə edilən pul vəsaiti «xxxx» MMC-nin hesabından dövlət büdcəsinə keçirilsin. X8 İdarəsində saxlanılan 01 ədəd rezin qayıq, 02 ədəd taxta avar, 04 ədəd hər birinin uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 verilsin. İş üzrə mülki iddia təmin edilsin. Dövlət balıq ehtiyatlarına vurulmuş 1034 (min otuz dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar