Məhkəmə qərarları › İş №1(010)-56/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-56/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-56/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X18 üzrə şöbəsinin prokuroru X19, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 10 avqust 2023-cü il tarixdə, saat 11:35-də, Bakı şəhərində, xx xxxx 1983-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, ünvan 2-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs oğlu X6 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə düzəldəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı halda əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olaraq bunun müqabilində onun üçün hər hansı bir işi görmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq bu adla özünün güya geniş əlaqələrinin olduğunu, aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalandan vəd edib bu adla aldadaraq etibarından sui-istifadə etməklə 02 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, yəni “Söyüdlü” kafesində 15.000 manat pul vəsaitini alıb ələ keçirərək vermiş olduğu vədinə əməl etməyib vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs 15.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2021ci ilin yay aylarında əvvəllərdən tanıdığı Zərərçəkmiş şəxs ilə Yeni Günəşli qəsəbəsində olan “Söyüdlü” kafesində çay içən zaman ona müraciət edərək bildirmişdir ki, X2 hazırda işsizdir və onun işə düzəldilməsi barədə ona yaxından köməklik etsin. Həmin söhbət əsnasında o, Zərərçəkmiş şəxs bildirmişdir ki, arvadı Şahid2 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində işləyir. Həmçinin o, Zərərçəkmiş şəxs yalandan bildirmişdir ki, bacanağı Şahid4 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində mühüm bir vəzifədə işləyir. Əgər 1500 manat pul verərsənsə o, arvadı Şahid2 və bacanağı Şahid4 köməkliyi ilə X2nun Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə, yəni bacanağı Şahid4 köməkçi vəzifəsinə işə düzəlməsində köməklik edə bilər. Eyni zamanda X2 hər ay həmin qurumdan 800 manat maaş alacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun məsləhəti ilə X2na “CV” hazırlatdırmışdır. Beləliklə də, həmin CVni sonradan Zərərçəkmiş şəxs ona vermişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs bildirmişdir ki, X2nun Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə düzəlməsini danışmış və artıq müəyyən şəxslər ilə razılaşmış, iş məsələsi artıq həll olunmuş və tez bir zamanda 1500 manat pulu gətirib ona verməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Bak şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 1500 manat pulu əlbəəl gətirərək ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs X2nun Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə girmək üçün lazım olan sənədləri, yəni şəxsiyyət vəsiqəsi, diplomun, hərbi biletin və sair sənədlərin sürətini ona vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə düzəlməsi üçün 14 nəfər müraciət etmişdir. Lakin X2 hazırda 11-ci pillədə olmasını və 1 (bir) ay yarıma oğlunun işə düzələcəyini qeyd etmişdir. Buna baxmayaraq 1 (bir) ay yarım müddətin keçməsinə baxmayaraq o, Orxan Teymurzadənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işi düzəldə bilməmiş və aldadıb aldığı 1500 manat pulu öz şəxsi tələbatları üçün xərcləmişdir. Beləliklə də, Zərərçəkmiş şəxs dəfələrlə onun istifadəsində olan telefona zəng edərək onun ilə telefon əlaqəsi saxlamışdır. O, hər dəfə bir bəhanə ilə Zərərçəkmiş şəxs aldatmağa çalışmışdır. Artıq Zərərçəkmiş şəxs onun tərəfindən aldadıldığını gecdə olsa başa düşmüşdür. Nəhayət xx.xx.2021-ci ilin sonlarında Zərərçəkmiş şəxs X2nun istifadəsində olan ***-***-**- ** saylı mobil telefonuna “Salam.Teymurzadə Orxan sizi xx.xx.2021-ci il tarixdə saat 11:00da Füzuli küçəsində yerləşən “Azərdövlət-Lahiyə”-nin binasının qəbul şöbəsinə yaxınlaşmağınız xahiş olunur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi”, məzmununda mesaj gəlmişdir. Həmin SMS mətnini o, özü yazmışdır ki, bir müddət vaxt qazansın. Zərərçəkmiş şəxs X2 mesajda yazılan gün həmin ünvana getmişdir. Lakin həmin vaxt o, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartından yalandan “SMS” mətni yazmağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin gün onun ilə zəngləşərək görüşmüşdür. O, görüş zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin SMS mətnini o yazmış və həmin SMS mətnini yazmaqda niyyəti vaxt qazanmaq olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs iş düzəlməyi ilə bağlı verdiyi 1500 manat pulu tez bir zamanda qaytaracağım demişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu Razin qəsəbəsində olan Fərhad şadlıq sarayının qarşısında 500 manat pulu Zərərçəkmiş şəxs əlbəəl vermiş və ondan xahiş etmişdir ki, heç yerə şikayət etməsin. xx.xx.2021-ci il tarixdə saat 16:05 radələrində Zərərçəkmiş şəxs digər oğlu X12 istifadəsində olan plastik kartına 1000 manat pul göndərmişdir. Daha sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qərəzli olaraq ondan şikayət ərizəsi yazmışdır. Beləliklə də Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Ramin, Bədəl, Rəfail müəllimlər onları birlikdə qəbul etmişdir. Həmin idarədə hamıya bəlli olmuşdur ki, həqiqətən də Zərərçəkmiş şəxs yalan danışmaqla onu şərləyir və ona 1500 manat pul verdiyi halda həmin pulun 15000 manat olduğunu qeyd etmişdir. Bununla yanaşı ondan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət etmişdir ki, onun arvadın Şahid2 işdən çıxarsınlar. Səbəbi isə onu tərəfindən qəsdən aldatması olmuşdur. O, Zərərçəkmiş şəxs X2nu işə düzəlməyi ilə bağlı 15000 manat yox, 1500 manat pul almış almışdır. 1.500 manat məbləğində pulu zərərçəkmişə geri qaytarmışdır. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Oğlu Orxan ali təhsilli, lakin 4 ildir ki, işsizdir. Bununla yanaşı olaraq 2021-ci ilin yay aylarında əvvəllərdən tanıdığı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ilə X2nun işə düzəldilməsi barədə söhbət edərkən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, arvadı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində işləyir. Həmçinin Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bacanağı Rəfail Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində işləyir. Əgər 15000 manat pul verərsə, arvadı və Rəfailin vasitəsi ilə X2nun Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə, yəni Rəfailə köməkçi vəzifəsinə işə düzəldə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs ona demişdir ki, ona verəcəyin 15000 manatın 5000 manatı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Ramin müəllimə, 5000 manatı həmin idarənin maliyyə idarəsinin rəisi Bədəl müəllimə, (dedi ki, o, həm də idarənin kadrlar məsələsinə baxır), qalan 5000 manatı isə Rəfail müəllimə çatacaq. Eyni zamanda X2 hər ay 800 manat maaş alacaqdır. Bundan sonra o, Təqsirləndirilən şəxs məsləhəti ilə X2na “CV” hazırlatdırmışdır. Beləliklə də həmin şivini daha sonra o Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, X2nun Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə düzəlməsini danışmış və artıq müəyyən şəxslər ilə razılaşmış, iş məsələsi artıq həll olunmuş, 15000 manat pulu tez bir zamanda gətirməsini qeyd etmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində dostu Şahid5 ilə birlikdə Bak şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 15000 manat pulu əl-bə-əl Təqsirləndirilən şəxs vermişdir. Həmçinin X2nun Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə girmək üçün lazım olan sənədlərini, yəni şəxsiyyət vəsiqəsinin, diplomunun, hərbi biletinin sürətini Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə düzəlməsi üçün 14 nəfər müraciət etmişdir. Lakin X2 11-ci pillədədir və bir ay yarıma oğlunun işə düzələcək. Lakin bir ay yarım müddətin keçməsinə baxmayaraq oğlu Orxan Teymurzadənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işi düzəlməmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır. O, hər dəfə bir bəhanə ilə onu aldatmağa başlamışdır. Artıq o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Nəhayət xx.xx.2021-ci ilin sonlarında X2nun itifadəsində olan ***-***-**-** saylı mobil telefonuna “Salam.Teymurzadə Orxan sizi xx.xx.2021-ci il tarixdə saat 11:00-da Füzuli küçəsində yerləşən “Azərdövlət-Lahiyə”-nin binasının qəbul şöbəsinə yaxınlaşmağınız xahiş olunur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi”, məzmununda mesaj gəlmişdir. X2 mesajda yazılan gün ora getmək üçün yola düşmüşdür. Lakin həmin vaxt Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə ***-***-**-** saylı mobil nömrə kartından “SMS” mətni yazaraq “aldadıldığını bildirmişdir. O, həmin gün Təqsirləndirilən şəxs ilə zəngləşərək görüşmüşdür. Təqsirləndirilən şəxs ona görüş zamanı bildirmişdir ki, onun verdiyi 15000 manat pulun 5000 manatını, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Ramin müəllimə, 5000 manatını həmin idarənin maliyyə şöbəsinin rəisi Bədəl müəllimə, qalan 5000 manatını isə şöbə müdiri Rəfail müəllimə vermişdir. Rəfail müəllim buna görə özünə çatan puldan 1500 manat pulu ona hörmət etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, o həmin şəxslərdən onun 13500 manat pulunu alıb qaytaracağım bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs ona Sabunçu rayonu Razin qəsəbəsində olan Fərhad şadlıq sarayının qarşısında 500 manat pul vermiş və demişdir ki, heç yerə şikayət etməsin. Səhəri gün isə digər oğlu X12 istifadəsində olan plastik kartına 1000 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, hazırda bacanağı Rəfail müəllimin atası vəfat etmiş, başı qarışıq olmuşdur. İşə gələndə 13500 manat pulu alıb verəcəyini bildirmişdir. Lakin bir müddət keçəndən sonra və qalıq qalan 13500 manat pulu qaytarılmamışdır. O, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət ərizəsi yazmışdır. Nəhayət 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Ramin müəllim, Bədəl, Rəfail və Elmirlə birlikdə onu qəbul etmişlər. Həmin idarədə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adını bilmədiyi arvadı həqiqətən həmin idarədə işləyir, habelə Rəfail müəllimdə həmin idarədə şöbə rəisidir. Lakin Təqsirləndirilən şəxs, Ramin müəllim yanında bildirmişdir ki, o, pulu Rəfailə verməmiş, özü xərcləmişdir. Həmin zaman o, bu qanunsuzluqlar barədə rayon prokurorluğuna şikayət edəcəyini bildirdikdə isə sonuncular qorxmuş və Ramin müəllim Elmirə bildirmişdir ki, bu şəxsin pulunu tam olaraq qaytarın. Lakin hazırki, vaxta kimi onun 13500 manat qalıq qalan pulunu Təqsirləndirilən şəxs qaytarmamışdır. Beləliklə də o, çox səbir etdikdən sonra Suraxanı rayon prokurorluğuna xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldatmaqla X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində Maliyyə İşləri üzrə köməkçi vəzifəsinə işə düzəltmək adı ilə 15000 manat pulunu ələ keçirməklə dələduzluq etməsini bildirmişdir. Sonda izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 15000 (on beş min ) manat məbləğində pulun 1500 (min beş yüz) manat hissəsi qaytarılıb qalan 13500 (on üç min beş yüz) manat məbləğ hissəsinə dair heç bir tələbi yoxdur. Hazırki vəziyyətdə onun xəstə atasının, anasının və 3 nəfər azyaşlı uşağını nəzərə alıb Elmiri bağışlayır. 13500 (on üç min beşyüz) manat borcla əlaqədar heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmənin 18 aprel 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir, o 2005-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsində işləyir. Hazırda həmin idarə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzi olaraq fəaliyyət göstərir. Belə ki, tutduğu şöbə müdiri vəzifəsində 2020-ci il tarixdən işləyir. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs Suraxanı rayon prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs ondan X21 və Şahid1 Prezident Aparatına və Suraxanı rayon prokuroluğuna etdiyi şikayət ərizəsində göstərmişdir ki, güya ki, onlar X9 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə köməkçi vəzifəsinə işə düzəldir. Bundan sonra Zərərçəkmiş şəxs onlar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə dəvət etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ilə o, X21 və Şahid1 ilə birlikdə həmin iş ilə bağlı sorğu sual etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin qəbul otağına dəvət edilmişdir. Nəhayət Zərərçəkmiş şəxs onlara idarədə bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində işləyən Şahid2 əri Təqsirləndirilən şəxs, X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəldilməsi adı ilə ondan 02 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesinə 15000 manat pul almışdır. Güya ki, həmin pulun 5000 manatını ona, 5000 manatını X16 və 5000 manatını isə Şahid1 vermişdir.Həmin zaman Zərərçəkmiş şəxs o, X21 və Şahid1 bildirmişdir ki, Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində işləyən Şahid2 əri Təqsirləndirilən şəxs tərəfindən onlara ümumiyyətlə pul verilməyib və onlar barəsində deyilənlərin hamısı yalan və şərdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs onlara və Zərərçəkmiş şəxs bildirmişdir ki, ona X16 və Şahid1 ümumiyyətlə pul verməmiş və onlar barəsində dedikləri yalan və şərdir. Məhkəmənin 18 aprel 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Hazırda həmin idarə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzi olaraq fəaliyyət göstərir. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi tikinti-planlaşdırma mərkəzinin insan resursları və hüquq şöbəsinin müdür müavini vəzifəsində xx.xx.2020-ci il tarixdən etibarən işləyir. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayon prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs məndən Şahid4 və X10 Prezident Aparatına və Bakı şəhəri Suraxanı rayon prokuroluğuna etdiyi şikayət ərizəsində göstərmişdir ki, güya ki, X9 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə köməkçi vəzifəsinə işə düzəldir.Bütün olanlara baxmayaraq Zərərçəkmiş şəxs onlar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə dəvət etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ilə o, Şahid4 və X21 ilə birlikdə sorğu-sual etmişdir.Həmin vaxtı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin qəbul otağına dəvət etmişdir.Nəhayət Zərərçəkmiş şəxs onlara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində hazırda işləyən Şahid2 əri Təqsirləndirilən şəxs, X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəldilməsi adı ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 15000 manat pul almışdır. Zərərçəkmiş şəxs alınan pulun güya ki, 5000 manatını ona, 5000 manatını Şahid4 və 5000 manatını isə X16 Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Həmin zaman Zərərçəkmiş şəxs o, Şahid4 və X21 bildirmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində işləyən Şahid2 əri Təqsirləndirilən şəxs tərəfindən onlara X4 Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəlməyi ilə bağlı ümumiyyətlə pul verilməyib və onlar barəsində deyilənlərin hamısı yalan və şər olmasını qeyd etmişdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs onlara və Zərərçəkmiş şəxs bildirmişdir ki, ona, Şahid4 və X16 ümumiyyətlə pul verməmiş və onlar barəsində dedikləri yalan və şər olmuşdur. Məhkəmənin 18 aprel 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Təqsirləndirilən şəxs ilə rəsmi qurduğu ailədən 3 azyaşlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə dövlət müəssə və təşkilatlarında işləməmişdir. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs barəsində əvvəllər CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi olmuş və yekun olaraq onun barəsində məhkəmə hökmü olmuşdur. Həmçinin o, 2000-ci il tarixdən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində işləyir. Hazırda həmin idarə Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzi olaraq fəaliyyət göstərir. Belə ki, tutduğu Ərazi Tikinti Planlaşdırma Mərkəzinin Arxiv əməkdaşı vəzifəsində 2000-ci il tarixdən etibarən işləyir. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayon prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs X10, Şahid4 və Şahid1 Prezident Aparatına və Bakı şəhəri Suraxanı rayon prokuroluğuna etdiyi şikayət ərizəsində göstərmişdir ki, güya ki, X21, Şahid4 və Şahid1 X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə köməkçi vəzifəsinə işə düzəldir. Bütün olanlara baxmayaraq Zərərçəkmiş şəxs onun bildiyinə görə X21, Şahid4 və Şahid1 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə dəvət etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs X21, Şahid4 və Şahid1 sorğusual etmişdir. Həmin vaxtı onun əri Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin qəbul otağına dəvət edilmişdir. Nəhayət Zərərçəkmiş şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində bildirmişdir ki, hazırda onun əri Təqsirləndirilən şəxs, X9 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəldilməsi adı ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 15000 manat pul almışdır.Zərərçəkmiş şəxs alınan pulun güya ki, 5000 manatını X16, 5000 manatını Şahid4 və 5000 manatını isə Şahid1 əri Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Həmin zaman Zərərçəkmiş şəxs X21, Şahid4 və Şahid1 bildirmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində işləyən onun əri Təqsirləndirilən şəxs tərəfindən onlara X4 Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəlməyi ilə bağlı ümumiyyətlə pul verilməyib və onlar barəsində deyilənlərin hamısı yalan və şərdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs X16, Şahid4 və Şahid1 və Zərərçəkmiş şəxs bildirmişdir ki, onlara ümumiyyətlə pul verməmişdir və onlar barəsində dedikləri yalan və şər olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs əgər 15000 manat pul alsaydı yəqin ki, o bunu bilərdi. Həmçinin onların elə bir imkanı yoxdur, əgər imkanı olarsa yəqin ki, kirayədə qalmazdı. Əlavə etmişdir ki, Təqsirləndirilən şəxs ona bildirdiyinə görə 15000 manat yox X9 işə düzəltmək adı ilə 1500 manat pul aldığını göstərmişdir. Məhkəmənin 26 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təxminən 2021-ci ilin yay aylarında Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində olan “Söyüdlü” kafesində birlikdə yeyib-içdiyi zaman Əhliman 2-ci Qarabağ müharibəsində iştirak edən X2nun işsiz olduğunu və hazırda iş axtardığını bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində işləyir.Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, bacanağı Rəfail Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində işləyir. Əgər 15000 manat pul versə arvadı və bacanağı Rəfailin vasitəsi ilə X2nun Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə, yəni bacanağı Rəfailə köməkçi vəzifəsinə işə düzəldə bilər.Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs demişdir ki, ona verəcəyi 15000 manatın 5000 manatı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Ramin müəllimə, 5000 manatı həmin idarənin maliyyə idarəsinin rəisi Bədəl müəllimə, (dedi ki, o həmdə idarənin kadrlar məsələsinə baxır), qalan 5000 manatı isə bacanağı Rəfail müəllimə çatacaqdır. Eyni zamanda X15 hər ay 800 manat maaş alacaqdır. Bundan sonra Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məsləhəti ilə X2na CV hazırlatdırmışdır. Beləliklə də həmin CV-ni daha sonra Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, X2nun Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə düzəlməsini danışmış və artıq müəyyən şəxslər ilə razılaşmış, iş məsələsi artıq həll olunmuş, 15000 manat pulu tez bir zamanda gətirilib verilməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində onun ilə birlikdə Bak şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 15000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmçinin X2nun Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində Maliyyə işləri üzrə köməkçi vəzifəsinə işə girmək üçün lazım olan sənədlərini, yəni şəxsiyyət vəsiqəsinin, diplomunun, hərbi biletinin sürətini Təqsirləndirilən şəxs onun yanında vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Verdiyev X17 Elmir Elman oğluna 15.000 manat məbləğində pulu verərkən o da orada olmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu sellofon torbanın içərisində vermiŞ sonuncu torbanı açmış və o, orada bir və yarım dəstə pulun, yəni 15.000 manatın olduğunu müəyyən etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir münasibəti və ədavətinin olmadığım, göstərmişdir. Həmçinin ***-***-**-** saylı mobil nömrəni xx.xx.2022-ci il tarixdə Şəki şəhərindən 3 manat pul müqabilində alaraq nişanlısı X3 vermişdir. Həmçinin həmin zamandan nişanlısı X11 həmin mobil nömrə kartını işlətmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X13 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci il tarixdən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində işləyir. Hazırda həmin idarə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzi olaraq fəaliyyət göstərir. Belə ki, Tikinti Planlaşdırma Mərkəzinin sədri vəzifəsində 2020-ci il tarixdən etibarən işləyir. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayon prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ondan Şahid4 və Şahid1 Prezident Aparatına və Bakı şəhəri Suraxanı rayon prokuroluğuna etdiyi şikayət ərizəsində göstərmişdir ki, güya ki, X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə köməkçi vəzifəsinə işə düzəldirik.Bütün olanlara baxmayaraq Zərərçəkmiş şəxs onlar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə dəvət etmişdir.Həmin zaman Zərərçəkmiş şəxs ilə o, Şahid4 və Şahid1 ilə birlikdə sorğu-sual etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin qəbul otağına dəvət edilmişdir. Nəhayət Zərərçəkmiş şəxs onlara Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində bildirdi ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində hazırda işləyən Şahid2 əri Təqsirləndirilən şəxs, X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəldilməsi adı ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 15000 manat pul alması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs alınan pulun güya ki, 5000 manatım ona, 5000 manatını Şahid4 və 5000 manatını isə Şahid1 Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Həmin zaman Zərərçəkmiş şəxs o, Şahid4 və Şahid1 bildirmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində işləyən Şahid2 əri Təqsirləndirilən şəxs tərəfindən onlara X4 Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəlməyi ilə bağlı ümumiyyətlə pul verilməyib və onlar barəsində deyilənlərin hamısı yalan və şər olduğunu bildirmişdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs onlara və Zərərçəkmiş şəxs bildirmişdir ki, ona Şahid4 və Şahid1 ümumiyyətlə pul verməmiş və onlar barəsində dedikləri yalan və şər olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci ilin noyabr ayından Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində işləyir. Hazırda həmin idarə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzi olaraq fəaliyyət göstərir. Belə ki, Ərazi Tikinti Planlaşdırma X35 vəzifəsində 2019-ci ilin mart ayından işləyir. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayon prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs X21, Şahid4 və Şahid1 Prezident Aparatına və Bakı şəhəri Suraxanı rayon prokuroluğuna etdiyi şikayət ərizəsində göstərmişdir ki, güya ki, X2nu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə köməkçi vəzifəsinə işə düzəldir. Bütün olanlara baxmayaraq Zərərçəkmiş şəxs X21, Şahid4 və Şahid1 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinə dəvət edilmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ilə X21, Şahid4 və Şahid1 birlikdə sorğu-sual edərək, həmin məsələni müzakirə etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin qəbul otağına dəvət edilmişdir.Nəhayət Zərərçəkmiş şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində hazırda onun ilə bilrikdə işləyən Şahid2 əri Təqsirləndirilən şəxs, X9 Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəldilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Söyüdlü” kafesində 15000 manat pul almışdır. Zərərçəkmiş şəxs alınan pulun güya ki, 5000 manatım X16, 5000 manatını Şahid4 və 5000 manatım isə Şahid1 Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Həmin zaman Zərərçəkmiş şəxs, X21, Şahid4 və Şahid1 bildirmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində işləyən Şahid2 əri Təqsirləndirilən şəxs tərəfindən onlara X4 Ərazi Tikinti Planlaşdırma Mərkəzində köməkçi vəzifəsinə işə düzəlməyi ilə bağlı ümumiyyətlə pul verilməyib və onlar barsində deyilənlərin hamısı yalan və şərdir.Həmçinin Zərərçəkmiş şəxs bildirilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən X16, Şahid4 və Şahid1 ümumiyyətlə pul verilməmişdir və onlar barəsində deyilənlər yalan və şər olmuşdur. Həmin ifadələrin Təqsirləndirilən şəxs tərəfindən işlədilməsi vaxt uzatmaq və Zərərçəkmiş şəxs güvən yaratması olmuşdur. Bununla yanaşı olaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı rayon prokurorluğuna etdiyi müraciəti ilə bağlı bildirmişdir ki, onun barəsində göstərdiklərinin hamısı yalan və şərdir. Belə ki, Şahid2ın yanında olan zaman X4 xx.xx.2021-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzində olmağı barədə fikir mübadiləsi olmamış və bunların hamısı Təqsirləndirilən şəxs növbəti uydurması olmuşdur. İş materiallarında olan “Baxış keçirilmə və götürülmə aparılması” haqqında 13 aprel 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş 04 ədəd “Whatsapp” və 03 ədəd SMS mətnin məzmunundan görünür ki, 04 ədəd “Whatsapp” və 03 ədəd SMS mətinin məzmunundan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun oğlu işə düzətmək adı ilə pul alması müəyyən olunur. İş materiallarında olan “Baxış keçirilmə və götürülmə aparılması” haqqında 27 iyun 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd “Kapital Bank”, 01 ədəd “E-Manat” və 01 ədəd qəbz mətnlərinə baxış keçirilən zaman mətnin məzmunundan görünür ki, 04 ədəd “Whatsapp” və 03 ədəd SMS mətnin məzmunundan X12 “Kapital Bank” hesabına 1.000 manat ödənilməsi müəyyən olunur. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid5 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin təqdim etdiyi 11 may 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixli Fizuli-Qubadlı Hərbi Məhkəməsinin Hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2 və 333.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə, xx.xx.2006-cı il tarixli Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 7 (yeddi) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü ilə 07 (yeddi) il 03 (üç) ay 05 (beş) gün azadlıqdan məhrum etmə, 03 (üç) il şərti sınaq müddəti cəzası ilə, xx.xx.2018-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 15000 (on beş min) manat məbləğində pulun 1500 (min beş yüz) manat hissəsi qaytarılıb qalan 13500 (on üç min beş yüz) manat məbləğ hissəsinə dair heç bir tələbi yoxdur. Hazırki vəziyyətdə onun xəstə atasının, anasının və 3 nəfər azyaşlı uşağını nəzərə alıb Elmiri bağışlayır. 13500 (on üç min beşyüz) manat borcla əlaqədar heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ona 15.000 manat deyil, 1.500 manat pulun verilməsinə dair ifadəsi zərərçəkmişin və şahidlərin ifadəsi, habelə digər subutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə vurduğu zərəri qismən ödəyərək sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, atasının sağlamlıq vəziyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərəri qismən ödəyərək sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, atasının beyin insultu keçirməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 809208 saylı, AZ-İİİ seriyalı 074598 saylı və AZ-İİİ seriyalı 825193 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 ilə birgə nikahlarından 01 yanvar 2012-ci il təvəllüdlü X26, 07 mart 2013-cü il təvəllüdlü X22 və 01 sentyabr 2016-cı il təvəllüdlü X30 anadan olmuşdur. İş materiallarında olan 22 iyun 2019-cu il tarixli “Xəstəlik kartından çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs atası X23 baş beynin sağ yarımkürəsində işemik və hemorrafik insult diaqnozu qoyulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 iyul 2022-ci il tarixli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(010)- 319/2022 nömrəli qərarlarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 21 yanvar 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 23 yanvar 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kapital Bank”, 01 ədəd “E-manat” və 01 ədəd qəbz mətnləri, 04 vərəq “Whatsapp” və 03 ədəd SMS mətnləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 28 iyul 2022-ci il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 01 (bir) ay 10 (on) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kapital Bank”, 01 ədəd “E-manat” və 01 ədəd qəbz mətnləri, 04 vərəq “Whatsapp” və 03 ədəd SMS mətnləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmənin 28 iyul 2022-ci il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 02 (iki) iş saatı üçün 12 (on iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar