Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-56/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, həmin ünvanda yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 1(010)- 474/2023 nömrəli qərarı ilə barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,769 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki 10 manat pul verməklə əldə edib üstündə saxlayaraq daşımış, 03 mart 2023-cü il tarixdə saat 16:40 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək yaşadığı evin yəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsində 39 nömrəli evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli klassik şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,769 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 il müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 03 mart 2023- cü il tarixdə saat təxminən 16:40 dəqiqədə yaşadığı evin yəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi 39 nömrəli evin qarşısında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmiş, o polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan tünd boz rəngli klasik şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə tiryəki cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi bir büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini məkəmə iclaslarında ilk öncə qəbul etsədə, daha sonra məhkəmə istintaqının çıxışları zamanı özünü təqsirli bilmədiyini və üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bununla əlaqəli olaraq Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 anten əhatə dairəsi barədə məlumatların Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi üçün "xxxx" və “Azərcell” məhdud məsuliyyətli cəmiyyətlərindən götürülməsinə dair vəsatət vermişdir. Daha sonra Təqsirləndirilən şəxs yekun məhkəmə prosesində özünü təqsirli bildiyini qeyd etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə Marif adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinin 33-cü PB-nə əməliyyat məlumatı daxil olmuş. Marif adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Suraxanı RPİ-nin 33-cü PB-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Marif adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupunun üzvü ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 16:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 39 nömrəli evin qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş özünü ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasım bildirmiş, onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nin inzibati binasına gəlmiş. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli klasik şalvarının sağ yan cibində saxlayaraq daşıdığı 01 (bir) ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm kütlə narkotik vasitə olan tiryəkdir və özü istifadə etmək məqsədildə tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PŞ-nin inspektoru polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru X7 verilmiş suallara cavab olaraq müstəntiqin qərarı ilə axtarışda olduğunu, il ərzində 5-10 dəfə Zığ qəsəbəsinə getdiyini, müstəntiqin qərarı ilə şəxs barəsində axtarış elan edildiyini, axtarışla bağlı ünvanı əməliyyat işçilərinə göstərməyə getdiyini, Qəbirstanlığın alt hissəsi, küçənin dəqiq yadında olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən tərtib edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli klassik şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellefon bükümdə olan bərk şəkilli, qara rəngli maddəni təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükülünün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik maddə tiryək olduğunu, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd sellefon bükümdə olan bərk şəkilli, qara rəngli tiryəkə oxşar narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin «zərflər üçün» 171 saylı möhürü ilə möhürlənmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1311 saylı 04 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 171» dairəvi möhür əksləri olan, «Şübhəli şəxs: «imza» Təqsirləndirilən şəxs...», ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,769 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyə malik bərkimiş maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkişi 0, 769 qram olan tiryəkin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, qalıq 0,719 qram təşkil etmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2284 saylı 18 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Diskə baxış keçirilməsi haqqında» protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman əynində olan tünd boz rəngli klassik şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellefon bükümdə olan bərk şəkilli, qara rəngli maddəni təqdim etməsi, həmin bükülü açılaraq içərisinə baxış keçirildikdən sonra ondan təqdim etdiyi bükülünün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik maddə tiryək olduğunu, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi, bundan sonra aşkar edilmiş həmin 01 (bir) ədəd sellefon bükümdə olan bərk şəkilli, qara rəngli tiryəkə oxşar narkotik vasitə götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 27 mart 2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarına əsasən 06 (altı) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmiş, 06 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-81/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 06 (altı) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmiş, 06 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-56/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 03 mart 2023-cü il tarix, saat 12:00-dan həmin gün saat 17:00-dək anten əhatə dairəsi barədə məlumatların, eyni zamanda iş üzrə şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələrinin və Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin 03 mart 2023-cü il tarix, saat 12:00-dan həmin gün saat 17:00-dək anten əhatə dairəsi barədə məlumatların Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi müvafiq olaraq "xxxx" və "xxxx" məhdud məsuliyyətli cəmiyyətlərindən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** nömrəli mobil telefonun əhatə dairəsi 03 mart 2023-cü il tarix, saat 12:00-dan həmin gün saat 17:00-dək aşağıdakı kimi olmuşdur: tarix 03 mart 2023-cü il saat 12:36:52 Günəş-Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı; saat 12:38:09 Günəş- Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı; saat 12:40:25 Günəş-Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı; saat 12:42:58 Yeni Günəşli, D massivi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Günəşli küçəsi, Suraxanı; saat 12:43:03 Günəş-Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı, saat 12:57:54 Yeni Günəşli D massivi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Günəşli küçəsi, Suraxanı; saat 12:58:24 Yeni Günəşli, D massivi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, Günəşli küçəsi, Suraxanı; saat 13:03:11 Yeni Günəşli, D massivi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi Günəşli küçəsi Suraxanı; saat 13:41:32 Günəş-Az TV, Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massivi, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı; saat 13:41:43 Yeni Günəşli, D massivi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi Günəşli küçəsi, Suraxanı; saat 14:02:40 Günəş-Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı; saat 14:03:47 Günəş- Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, Suraxanı; saat 14:14:58 BAKAVTO SERVİS, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q. Rəşad küçəsi, 845 məhəllədə Suraxanı; saat 14:20:10 BAKAVTOSERVİS Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q. Rəşad küçəsi, 845 məhəllədə Suraxanı; saat 14:20:21 Günəş-AzTV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 14:27 17 BAKAVTOSERVİS Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q. Rəşad küçəsi, 845 məhəllədə V Suraxanı; saat 14:33 21 Günəş-AzTV Bakı şəhəri, Teleradio, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 14:35:36 Günəş-AzTV Bakı şəhəri, Teleradio İİ; Suraxanı rayonu 1 massiv, Yeni Günəşli, Xanlar küç V Suraxanı; saat 14:36:54 Günəş-AzTV 1 Sakı şəhəri, Teleradio 11 Suraxanı rayonu 11 massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 14:37:17 Günəş-AzTV 1 Sakı şəhəri, Teleradio 11, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 14:45:10 Günəş-AzTV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 14:46:26 Günəş-AzTV Bakı şəhəri, Teleradio, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 14:54:59 BAKAVTC SERVİS Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q. Rəşad küçəsi, 845 məhəllədə V Suraxanı; saat 14:55:01 Avto Baza Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı; saat 15:00:52 Avto Baza Bakı şəhəri, Suraxanı rayonu, Zığ; saat 15:01:15 Günəş-Az TV Bakı şəhəri, Teleradio, Suraxanı rayonu, D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 15:04:06 Günəş-Az TV Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu, D massivi, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 15:06:55 Avto Baza Bakı şəhəri, Suraxam rayonu, Zığ qəsəbəsi, Suraxanı; saat 15:07:02 Günəş-Az TV, Bakı şəhəri, Teleradio İB, Suraxanı rayonu D massiv, Yeni Günəşli, Xanlar küçəsi, V Suraxanı; saat 15:09:49 Avto Baza Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Suraxanı; saat 15:10:10 Avto Baza Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı; saat 15:19:30 Avto Baza Bakı şəhəri, Suraxanı rayonu, Zığ q əsəbəsi, Suraxanı; saat 15:21:40 BAKAVTOSERVİS Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q. Rəşad küçəsi, 845 məhəllədə V Suraxanı; saat 15:21:48 Avto Baza Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı; İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 03 mart 2023-cü il tarix, saat 12:00-dan həmin gün saat 17:00-dək aşağıdakı kimi olmuşdur: tarix 03 mart 2023-cü il saat 14:21:38 Sevgi parkı pine tree Xətai rayonu, Yeryomenko küçəsi, Sevqi parkı Khatai; saat 15:18:53 Günəş TM Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Suraxanı; saat 16:48:22 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin mərkəzinin şimal şərqi Suraxanı; İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun əhatə dairəsi 03 mart 2023-cü il tarix, saat 12:00-dan həmin gün saat 17:00-dək aşağıdakı kimi olmuşdur: tarix 03 mart 2023-cü il saat 12:14:57 Yeni Günəşli qəsəbəsi, X10; saat 12:25:54 Yeni Günəşli, ATC77-nin ətrafı; saat 12:43:39 Yeni Günəşli, ATC77-nin ətrafı; saat 13:17:46 Yeni Günəşli, ATC77-nin ətrafı; saat 13:31:06 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi; saat 13:52:34 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi; saat 14:09:04 Bakıxanov qəsəbəsi; saat 14:10:16 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi; saat 14:16:12 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi; saat 14:24:29 Bakıxanov qəsəbəsi; saat 16:42:06 Yeni Günəşli, ATC77-nin ətrafı; saat 16:42:55 Yeni Günəşli, ATC77-nin ətrafı; saat 16:48:14 Yeni Günəşli, ATC77-nin ətrafı; saat 12:23:28 Günəşli qəsəbəsi; saat 13:20:31 Yeni Günəşli qəsəbəsi, X10; saat 13:40:06 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi; saat 14:50:19 Yeni Günəşli; Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə tərəfindən işin obyektiv həlli üçün hər hansı sübutun əldə edilmə ehtimalı nəzərə alınaraq təqsirləndirlən şəxsin vəkilinin anten məlumatlarının əldə edilməsi barədə vəsatəti təmin edilmişdir. "xxxx" və "xxxx" MMC tərəfindən məhkəmə daxil olmuş məlumatlardan görünür ki, təqsirləndirlən şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsində 39 nömrəli evin qarşısında saxlanılmaması, Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 33-cü PB-nə özü tərəfindən getməsi barədə dedikləri öz təsdiqini tapmır. Eyni zamanda məhkəmə onu da nəzər alır ki, Şahid1 əməliyyat vaxtı üzərində telefonun olub-olmamasının yadında olmadığını, lakin ***-***-**-** nömrəli mobil telefondan istifadə etdiyini, digər şahid isə Şahid2 əməliyyat vaxtı telefondan istifadə etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 19-cu bəndinə əsasən narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 0,769 qram tiryək təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0,050-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, sağlamlıq vəziyyətini, narkomaniya xəstəliyinə tutulduğunu habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi kimi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-991/2017 saylı 28 iyul 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-991/2017 saylı 28 iyul 2017-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin «xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə» müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxsya Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 03 mart 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 mart 2023-cü il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 05 mart 2023-cü il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti sonuncunun həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 1(010)-474/2023 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 17 oktyabr 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 okyabr 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair» 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.719 qram olan narkotik vasitə - tiryək məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X4, Müdafiəçi2 və Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4, 10 (on) iş saatı üçün 60 (altmış) manat Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş xalis çəkisi 0.719 qram olan narkotik vasitə - tiryək məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4, 10 (on) iş saatı üçün 60 (altmış) manat Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 04 (dörd) iş saatı üçün 24 (iyirmi dörd) manat ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-56/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-56/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver