Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-561/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 20 iyul 2024-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 20 radələrində axşam namazını qılmaqdan ötrü yaşadığı evin yaxınlığında yerləşən məscid istiqamətində piyada hərəkətdə olan zaman Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində əvvəlcədən tanıdığı qonşusu, ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin 18 aprel 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.1-ci maddələri ilə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzasının sonu ilə azad edilmiş, xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona arxadan yaxınlaşaraq qolundan çəkib önünə keçdikdə sonuncunun sərxoş vəziyyətdə olduğunu güman edərək ona toxunacağı təqdirdə qüsulunun pozulacağını düşündüyündən özündən uzaqlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs əli ilə kənara itələdikdə sonuncunun arxaya doğru gedərək müvazinətini itirib öz boyu hündürlüyündən yerə yıxılması nəticəsində başının asfalt səthə dəyib baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, başın yumşaq örtük toxumasına qansızma, ənsə nahiyəsinin şişkinliyi və əzilmiş səthi yaraları, bədənin sıyrıqları xəsarətləri kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəli xəsarətlər almasına səbəb olub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəl fərdi qaydada fəhlə kimi işləmiş, son 6 ayda ürəyinə stend qoydurduğuna görə heç bir fəaliyyət ilə məşğul olmamışdır. xx.xx.2024-ci il tarixdə saat 20 radələrində evdən qonşuluqda yerləşən məsciddə namaz qılmaq niyyəti ilə çıxıb getmiş, həmin ərəfədə piyada yolda gedərkən bir nəfər şəxs ani olaraq arxadan yaxınlaşmış, qolundan tutub saxlayaraq önünə keçmişdir. O, diksinmiş və həmin şəxsin qonşuluqda yaşayan və münasibəti olmayan, narkotik vasitə aludəçisi kimi tanıdığı Emin olduğunu görüb sərxoş olduğunu güman etmiş, ani olaraq qüsulu pozulmaması üçün Emini əli ilə özündən uzaqlaşdırmaq üçün itələmişdir. Emin də arxası üstə gedərək yerə yıxılıb, başı asfalt səthə dəyərək huşunu itirmişdir. Emini yerdə huşsuz görüb kömək etmək məqsədi ilə uca səslə qışqıraraq kömək çağırmış və dərhal sonuncuya yaxınlaşıb başını yerdən qaldırmışdır. Həmin vaxt ətrafda olan hazırda dəqiqliklə xatırlamadığı şəxslər də yaxınlaşmışlar. Orada olan şəxslər təcili tibbi yardıma zəng etmişlər. Təcili yardım maşını gələrək X9 Mərkəzinə aparmışdır. Orada Eminə tibbi yardım göstərilsə də səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə, səhər saat 08.00 radələrində Emin xəstəxanada ölmüşdür. Emini 15 ilə yaxındır ki, tanımışdır, Emin subay olmaqla tüfeyli həyat tərzi sürmüş, narkotik vasitələrin alüdəçisi kimi tanımış, qonşuluqda anası ilə birgə yaşamışdır. Eminlə onun ədavəti və düşmənçiliyi olmamışdır, aralarında hətta salam-sağol olmamışdır, sonuncunun həyat tərzinə görə münasibət saxlamamışdır. Onun Emini öldürmək niyyəti olmamışdır, sadəcə olaraq sonuncu yaxınlaşan zaman Eminin narkotik vasitə alüdəçisi olduğundan ani reaksiya ilə qüsulu pozulmasın deyə Emini özündən uzaqlaşdırmaq üçün itələmişdir. Emin də özündə olmadığına görə müvazinətim itirib yerə yıxılaraq başı asfata dəymişdir. Hadisə zamanı əynində qara rəngli qısaqol köynək və qara rəngli idman şalvarı olmuşdur. Həmçinin hadisə vaxtı ətrafda adamlar olsa da həmin şəxsləri hazırda xatırlamamışdır. Emin yerə yıxılan zaman başından qan gəlməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Eminə qəsdən xəsarət yetirmək və ya öldürmək niyyəti olmamışdır, diksinib Emini özündən uzaqlaşdırmaq istəmişdir. O, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Hadisə günü də məhərrəm ayı olduğundan məscidə namaz qılmağa getmişdir. Emin yerə yıxılmadan öncə ona yaxınlaşan zaman hər hansı nalayiq ifadə işlətməmişdir və ya onu vurmamışdır, mübahisələri olmamışdır. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və ailə üzvləri ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, dəymiş ziyanın ödənilməsini, əvvəllər məhkum olunmamasını və yaşını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, və zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, doğulandan bəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində yaşamışlar. X4 təxmini 30 il bundan öncə vəfat etmiş, Emin və Dilarə adlı övladları ikisi də subay olmaqla onunla birgə yaşamışlar. Emin əvvəllər işləsə də, son vaxtlar işləməmişdir, heç bir yerdə təhsil almamışdır. Eminin əvvəllər məhkumluğu da olmuşdur, 2003-cü il tarixdə o. cinayət məsuliyyətinə cəlb edilmişdir. Emin ümumiyyətlə təbiətcə sakit insan olmuş, qonşularla, dostları ilə münasibəti normal olmuşdur, qonşularla heç bir mübahisəsi, ziddiyyəti, düşmənçiliyi olmamışdır. 17 iyul 2024-cü il tarixdə o, evdə, qızı Dilarə isə işdə olmuşdur. Evdə olan zaman axşam saat 20-21 radələrində qonşulardan biri gələrək Eminin yıxıldığını və bu səbəbdən xəstəxanaya aparıldığını demişdir. O, şəkər xəstəsi və ayaqlarında ağrıları olduğu üçün gecə xəstəxanaya gedə bilməmişdir. Qızı Dilarə də işdə olduğu üçün səhər işdən gələn zaman birlikdə xəstəxanaya gedəcəklərini düşünmüşdür. Səhər saatlarında artıq Eminin xəstəxanada vəfat etdiyini öyrənmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, öyrəndiyinə görə Emin xx.xx.2024-cü il tarixdə yaşadıqları evin yaxınlığında olan zaman qonşusu Təqsirləndirilən şəxs yaxınlaşmış, Musa Emini ehtiyatsızlıqdan itələməsi nəticəsində Emin yerə yıxılmış və başı asfalta dəydiyinə görə aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Musa və ailəsi ilə illərdir qapı qonşudurlar, Musa evdə oğlu, gəlini, qızı və arvadı ilə birlikdə yaşayır. Qonşu kimi mehriban olmuşlar, nə onun, nə də ki, Eminin Musa və ailəsi ilə heç vaxt problemləri, ziddiyyətləri, ədavətləri, düşmənçilikləri olmamışdır. Oğlu Zərərçəkmiş şəxs şərəf və ləyaqətinin alçaldılması, heç kimin ona hədə qorxu gəlməsi halları olmamışdır. Emin təbiətcə sakit insan olmuşdur. İstər işdə, istərsə də, gündəlik həyatında hər kəslə çox yaxşı münasibəti olmuşdur. Sonda o, bildirdi ki, təqsirləndirilən şəxslə hazırda barışmışdır. Onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddiası, tələbi və şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənddə yaşayan şəxslər kimi tanımışdır. Musa sakit təbiətli, ibadət əhli, heç kimlə işi olmayan birisidir. Mərhum Zərərçəkmiş şəxs da kənd adamı kimi tanımışdır, Emin heç bir fəaliyyət ilə məşğul olmamışdır. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində Bülbülə qəsəbəsi ərazisində olan zaman məscidin yaxınlığında olmuşdur, həmin gün məsciddə yığıncaq var idi. Yaşadığı evin yaxınlığında olan zaman Bülbülə qəsəbəsi, Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində anidən adamların toplaşdığını görmüş, yaxınlaşdıqda kənd sakini Zərərçəkmiş şəxs yerdə uzandığını, huşunun özündə olmadığının şahidi olmuşdur. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə Emini oturacağa otuzdurulmuşdur. Həmin vaxt Musa Eminin yanında üzünə su vuraraq sonuncunu ayıltmağa çalışmışdır. Ətrafda toplaşmış şəxslərin kimlər olmasını xatırlamamışdır. Daha sonra təcili tibbi yardım əməkdaşları yaxınlaşaraq Emini xərəyə qaldırıb maşına mindirmişlər. Bundan sonra o, evə getmişdir. Sonradan öyrənmişdir ki, Musa namaza gedərkən məscidə yaxın çatmamış yolda Emin Musaya yaxınlaşaraq əli ilə ona toxunduqda Musa qüsulun pozulmaması üçün qəfildən əli ilə Emini özündən uzaqlaşdırmaq üçün itələyən zaman Emin yerə yıxılmışdır. Emin yerə yıxılandan sonra tərpənməmiş və ayağa qalxmadığını görən Musa məscidə getmədən ora həkim çağırmışlar. Musa ilə Emin arasında heç bir zaman narazılıq və ya ədavət olmamışdır. Ümumiyyətlə Musa kimləsə düşmənçiliyi və ya ədavəti olmayan birisidir. Həmçinin Musa yaşlı olduğuna görə Emin ilə əlaqəsi olmamışdır. Səhəri günü Eminin Sabunçu tibb mərkəzində öldüyünü bilmişdir. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində Bülbülə qəsəbəsi ərazisində məscidin yaxınlığında olan zaman Musa ilə Emin arasında hər hansı dava-dalaş, səs, küy olmasının şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan eidlmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qayınatası olmaqla bir həyətdə yaşayırlar. Musanı bir məhəllədə yaşayan və tanıdığı birisi kimi bildirmişdir ki, sonuncu sakit təbiətli, ibadət əhli, heç kimlə işi olmayan birisidir. Musanın əsas məşğulliyyəti fərdi qaydada müxtəlif işlər ilə məşğul olmaqdan ibarətdir. Son zamanlar mühafizə kimi işləmiş, lakin son 6 ayda ürəyində yaranmış problemlə bağlı ürəyinə stend qoydurmuş və heç bir fəaliyyətlə məşğul olmamışdır. Mərhum Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır ki, Musa ilə qohum olan vaxtdan qonşuluqdan tanımışdır. Emin heç bir fəaliyyət ilə məşğul olmamışdır. 17 iyul 2024-ci il tarixdə məhərrəmlik ayı olduğundan qayınatası Musa gecə namazlarını qılmaqdan ötrü yaxınlıqda yerləşən məscidə getmişdir. O, isə namazını evdə qılmalı olmuşdur, evdə olan vaxtı təxminən saat 20.30 radələrində qayını Elxan zəng edərək Musanın halının pisləşdiyini, məscidin yanma getməsini demişdir. O, həyəcanlı vəziyyətdə evdə heç kimə bir söz demədən evdən təxminən 2-3 dəqiqəlik məsafədə olan məscidə doğru qaçmış, oraya çatan zaman təcili tibbi yardım stansiyanın həkimlərini görmüşdür. Qayını Elxan işdə olmuşdur, Musa orada Eminə yerdə köməklik etməyə çalışıb xərəyə qaldıraraq maşına mindirməyə çalışmışdır. O, Musa ilə TTYS-nın avtomaşınında birgə Sabunçu Tibb mərkəzinə getmişlər, yolda nə baş verməsini anlamamış, həmin vəziyyətdə Musadan da bir söz soruşa bilməmişdir. İlk vaxtı evdə ona zəng olunan zaman Musaya nəsə olduğunu düşünmüşdür, sonra məscidə tərəf qaçaraq çatdıqda orada Emini yerdə görüb heç bir şey anlaya bilməmişdir. Emini xəstəxanaya yerləşdirdikdən sonra Musanın sözlərindən bilmişdir ki, Musa namaza gedərkən məscidə yaxın çatmamış, yolda Emin Musaya yaxınlaşmış, əli ilə toxunduqda Musa qəfildən qüsulunun pozulmaması məqsədi ilə əli ilə Emini özündən uzaqlaşdırmaq üçün itələyən zaman Emin yerə yıxılmışdır. Emin yerə yıxılandan sonra tərpənməmiş və ayağa qalxmadığını görən Musa məscidə getmədən ora həkim çağırmışlar. Ətrafda xeyli sayda insanlar toplamışdır, hava ala qaranlıq olduğundan kimisə seçmək mümkün olmamışdır. Musa ilə Emin arasında heç bir zaman narazılıq və ya ədavət olmamışdır. Ümumiyyətlə Musa kimləsə düşmənçiliyi və ya ədavəti olmayan birisidir. Həmçinin Musa yaşlı olduğuna görə Emin ilə əlaqəsi olmamışdır. Səhəri günü Eminin Sabunçu tibb mərkəzində öldüyünü bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənddə yaşayan şəxslər kimi tanımışdır. Musa sakit təbiətli, ibadət əhli, heç kimlə işi olmayan birisidir. Mərhum Zərərçəkmiş şəxs da kənd adamı kimi tanımışdır, Emin heç bir fəaliyyət ilə məşğul olmamışdır. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində Bülbülə qəsəbəsi ərazisində olan zaman məscidin yaxınlığında olmuşdur. Bülbülə qəsəbəsi, Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində anidən adamların toplaşdığını görüb yaxınlaşmış və kənd sakini Zərərçəkmiş şəxs yerdə uzandığını, huşunun özündə olmadığının şahidi olmuşdur. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə Emini oturacağa otuzdurmuşlar. Həmin vaxt Musa Eminin yanında olaraq üzünə su vurmuş, ayıltmağa çalışmışdır. Ətrafda toplaşmış şəxslərin kim olmasını xatırlamamışdır. Daha sonra təcili tibbi yardım əməkdaşları yaxınlaşaraq Emini xərəyə qaldırıb maşına mindirmişlər. O, Musa və Musanın qohumu birlikdə Sabunçu Tibb mərkəzinə getmişlər. Yolda olarkən öyrənmişdir ki, Musa namaza gedərkən məscidə yaxın çatmamış yolda Emin Musaya yaxınlaşaraq əli ilə ona toxunduqda Musa qüsulun pozulmaması üçün əli ilə Emini özündən uzaqlaşdırmaq üçün itələyən zaman Emin yerə yıxılmışdır. Emin yerə yıxılandan sonra tərpənməmiş və ayağa qalxmadığını görən Musa məscidə getmədən ora həkim çağırmışlar. Musa ilə Emin arasında heç bir zaman narazılıq və ya ədavət olmamışdır. Ümumiyyətlə Musa kimləsə düşmənçiliyi və ya ədavəti olmayan birisidir. Həmçinin Musa yaşlı olduğuna görə Emin ilə əlaqəsi olmamışdır. Səhəri günü Eminin Sabunçu tibb mərkəzində öldüyünü bilmişdir. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində Bülbülə qəsəbəsi ərazisində məscidin yaxınlığında olan zaman hadisənin baş verdiyi yeri görmüş, orada Musa ilə Emin arasında hər hansı dava-dalaş, səs, küy olmasının şahidi olmamışdır. Hadisə ani vaxt kəsiyində baş vermişdir. Məhkəmə iclasında ifadəsi elan eidlmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənddə yaşayan şəxslər kimi tanımışdır. Musa sakit təbiətli, ibadət əhli, heç kimlə işi olmayan birisidir. Mərhum Zərərçəkmiş şəxs da kənd adamı kimi tanımışdır. 17 iyul 2024ci il tarixdə saat 20 radələrində Bülbülə qəsəbəsi ərazisində məscidin yaxınlığında olarkən Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində anidən adamların toplaşdığını görüb yaxınlaşmış və kənd sakini Zərərçəkmiş şəxs yerdə uzandığını, huşunun özündə olmadığının şahidi olmuşdur. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə Emini oturacağa otuzdurmuşlar. Həmin vaxt Musa Eminin yanında olaraq üzünə su vurmuş, ayıltmağa çalışmışdır. Ətrafda toplaşmış şəxslərin kim olmasını xatırlamamışdır. Daha sonra təcili tibbi yardım əməkdaşları yaxınlaşaraq Emini xərəyə qaldırıb maşına mindirmişlər. Yolda olarkən öyrənmişdir ki, Musa namaza gedərkən məscidə yaxın çatmamış yolda Emin Musaya yaxınlaşaraq əli ilə ona toxunduqda Musa qüsulu pozulmaması üçün qəfildən əli ilə Emini özündən uzaqlaşdırmaq üçün itələyən zaman Emin yerə yıxılmışdır. Emin yerə yıxılandan sonra tərpənməmiş və ayağa qalxmadığını görən- Musa məscidə getmədən ora həkim çağırmışlar. Musa ilə Emin arasında heç bir zaman narazılıq və ya ədavət olmamışdır. Ümumiyyətlə Musa kimləsə düşmənçiliyi və ya ədavəti olmayan birisidir. Həmçinin Musa yaşlı olduğuna görə Emin ilə əlaqəsi olmamışdır. Səhəri günü Eminin Sabunçu tibb mərkəzində öldüyünü bilmişdir. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində Bülbülə qəsəbəsi ərazisində məscidin yaxınlığında olan zaman hadisənin baş verdiyi yeri görmüş, orada Musa ilə Emin arasında hər hansı dava-dalaş, səs, küy olmasının şahidi olmamışdır. Hadisə ani vaxt kəsiyində baş vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənddə yaşayan şəxslər kimi tanımışdır. Musa sakit təbiətli, ibadət əhli, heç kimlə işi olmayan birisidir. Mərhum Zərərçəkmiş şəxs da kənd adamı kimi tanımışdır, Emin heç bir fəaliyyət ilə məşğul olmamışdır. O, Bülbülə qəsəbəsi, Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində yerləşən ərzaq dükanını işlədir. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində dükanda olan zaman anidən adamların toplaşdığını görmüşdür. Hazırda xatırlamadığı kənd sakinləri dükana girib su istəmişlər, nə olduğunu soruşduqda kənd sakini Eminin yıxıldığını demişlər. Dərhal dükandan çıxıb oraya yaxınlaşdıqda kənd sakini Zərərçəkmiş şəxs yerdə uzandığını və huşunun özündə olmadığının şahidi olmuşdur. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə Emini oturacağa otuzdurmuşlar. Həmin vaxt Musa Eminin yanında üzünə su vuraraq ayıltmağa çalışmışdır. Ətrafda toplaşmış şəxslərin kim olmasını xatırlamamışdır. Daha sonra təcili tibbi yardım əməkdaşları yaxınlaşaraq Emini xərəyə qaldırıb maşına mindirmişlər. Sonradan öyrənmişdir ki, Musa namaza gedərkən məscidə yaxın çatmamış yolda Emin Musaya yaxınlaşaraq əli ilə ona toxunduqda Musa qüsulu pozulmaması üçün qəfildən əli ilə Emini özündən uzaqlaşdırmaq üçün itələyən zaman Emin yerə yıxılmışdır. Emin yerə yıxılandan sonra tərpənməmiş və ayağa qalxmadığını görən Musa məscidə getmədən ora həkim çağırmışlar. Musa ilə Emin arasında heç bir zaman narazılıq və ya ədavət olmamışdır. Ümumiyyətlə Musa kimləsə düşmənçiliyi və ya ədavəti olmayan birisidir. Həmçinin Musa yaşlı olduğuna görə Emin ilə əlaqəsi olmamışdır. Səhəri günü Eminin Sabunçu tibb mərkəzində öldüyünü bilmişdir. 17 iyul 2024-ci il tarixdə saat 20 radələrində baş vermiş hadisə Bülbülə qəsəbəsi, Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində yerləşən ərzaq dükanının qarşısında olmuşdur. Orada Musa ilə Emin arasında hər hansı dava-dalaş, səs, küy olmasının şahidi olmamışdır. Dükanı yaxın olduğu üçün əgər hər hansı səs, küy, dava, dalaş olsa idi o, şahidi olacağını və səsini eşitməli olduğunu bildirmişdir. Hadisə ani vaxt kəsiyində baş vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Atası Musa İ Qarabağ müharibəsi veteranı olmaqla döyüşlərdə iştirak etmişdir. Bundan başqa ağır ürək xəstəsi olmaqla ürəyində əməliyyatla iki stend yerləşdirilmişdir və daimi olaraq dərman qəbul edir. Atası Musa sakit təbiətli, ibadət əhli, heç kimlə işi olmayan birisidir. Mərhum Zərərçəkmiş şəxs təxminən 10 ildən artıq müddətdir ki, tanımışdır, onlarla qonşuluqdan ev alaraq köçmüşlər. Qonşu olduqları müddətdə Emin və ailəsi ilə istər onun, istərsə də atası Musanın normal münasibəti olmuş, heç vaxt aralarında davadalaş, mübahisə və ya ziddiyyət olmamışdır. Hadisə vaxtı o, işdə olmuşdur. Hadisədən sonra xatırlamadığı şəxs zəng edərək qonşu Eminin yıxıldığını, halının pis olduğunu və xəstəxanaya aparıldığını bildirmişdir. O, işdən çıxaraq xəstəxanaya yollanmışdır. Həmin vaxt atası Musa da xəstəxanada olmuşdur. Xəstəxanada olan zaman öyrənmişdir ki, atası Musa namaza gedərkən məscidə çatmamış, Emin atasına yaxınlaşıb əli ilə toxunduqda Musa qəfildən qüsulu pozulmaması üçün əli ilə Emini özündən uzaqlaşdırmaq üçün itələyən zaman Emin yerə yıxılmışdır. X6 dava-dalaş yaratmaq, sonuncuya xəsarət yetirmək niyyəti olmamış, sadəcə ani reaksiya ilə özündən uzaqlaşdırmaq istəmişdir, Emin yerə yıxılmış, sonra tərpənməmişdir. Daha sonra təcili tibbi yardım çağırılaraq Emin xəstəxanaya yerləşdirilmişdir. Musa ilə Emin arasında və ümumiyyətlə ailələri arasında heç bir zaman narazılıq və ya ədavət olmamışdır. Ümumiyyətlə atası Musa kimləsə düşmənçiliyi və ya ədavəti olmayan birisidir. Həmçinin Musa yaşlı olduğuna görə Emin ilə əlaqəsi olmamışdır. Hadisənin səhəri günü Eminin Sabunçu tibb mərkəzində ölməsi barədə xəbər almışdır. Cinayət işinin 7-8-ci vərəqlərində olan “meyitin xarici müayinə edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, meyitin əynində qara rəngli plavki var, digər paltarları yoxdur. Meyit kişi cinslidir, düzgün bədən quruluşludur, kafi qidalıdır, bədəninin uzunluğu 154 sm-dir. Meyit əllə toxunduqda nisbətən istidir. Meyitin əzələ qacıması inkişaf etməmişdir. Meyit ləkələri qırmızımtıl-bənövşəyi rəngdədir, bədənin arxa-yan hissələrində yerləşmişlər, barmaqla təzyiq etdikdə itirlər, təxminən 15 saniyədən sonra öz rəngini alırlar. Meyitin başı düzgün formadadır, başında saçı qaradır, uzunluğu 4,0 sm-ə qədərdir. Gözləri göz qapaqları ilə örtülüdürlər, bəbəklər bərabər şəkildə genəlmişlər, 0,5 sm diametrdədirlər. Ağız və burun dəlikləri ifrazatsızdırlar. Dişləri təbiidirlər. Dil ağız boşluğundadır, zədəsizdir. Əllə toxunduqda ətraflar tamdırlar. Xəsarətlər: sol əlin İ barmağının proksimal falanqasının iç səthində 0,5x0,4 sm, İİ barmağının medial falanqa oynağının arxa səthində 0,3x0,3 sm, həmin əlin arxa səthində 0,4x0,2 sm, sağ əlin İİ barmağının medial falanqa oynağının arxa səthində 0,3x0,2 sm ölçüdə bozumtul rəngli, əllədikdə nisbətən bərk konsistensiyalı, dibləri çökək, kənarları azacıq qalxmış sahələryanıq yaraları “elektrik nişanələri” var. Sağ ayağın İ barmağının medial falaqasının iç səthində 0,3x0,3 sm, həmin ayağın iç səthində 0,8x0,3 sm ölçüdə anoloji sahələr var. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər aşkar edilmədi. Cinayət işininin 15-19-cu vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 18 iyul 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Baydəmirov küçəsi ilə Laçın Səlimov küçəsinin kəsişməsində yerləşən ünvandır. Ətrafda yaşayış evlərinin və iaşə obyektlərinin olması müşahidə edilir. Yer asfalt səthdən ibarətdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-ci il tarixdə saat 20 radələrində qonşuluqda yerləşən məscidə namaz qılmaq niyyəti ilə evdən çıxıb gedən zaman, bir nəfər şəxs ani olaraq arxadan yaxınlaşaraq qolundan tutub saxlayaraq önünə keçmiş, o, diksinib həmin şəxsin qonşuluqda yaşayan, münasibəti olmayan narkotik vasitə aludəçisi Emin olduğunu görmüş və qüsulu pozulmasın deyə Emini əli ilə özündən uzaqlaşdırmaq üçün itələmiş, Emin də arxası üstə gedərək yerə yıxılıb, başı asfalt səthə dəyərək huşunu itirmişdir. Baxış zamanı asfalt səth üzərində hər hansı iz və ya qanabənzər ləkələrin olması müşahidə edilmir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərdi. Həmin yerdə ağacın olması müşahidə edilir. Hadisə qeyd edilən ağacın altında baş vermişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 18 iyul 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-77-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 38-ci vərəqində olan “götürmə və baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları xx.xx.2024-cü il tarixli qərarla götürmüşdür. Cinayət işinin 127-129-cu vərəqlərində olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 366- 2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə- bioloji tədqiqat zamanı qan aşkar edilmədiyi üçün həmin geyim əşyalarında qan ləkələrinin əmələ gəlmə mexanizminin tədqiqatı aparılmamışdır. Cinayət işinin 131-134-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 82 saylı, xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, başın yumşaq örtük toxumasına qansızma, ənsə nahiyyəsinin şişkinliyi və əzilmiş səthi yaraları, bədənin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, alınma müddətləri qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə, qişalarına və mədəciklərinə qansızma olmuşdur. X10 Mərkəzində xx.xx.2024-cü il tarixdə saat 06:30-da baş vermişdir, hansıki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən digər şəxs tərəfindən itələnərək öz boyu hündürlüyündən bərk səthə zərblə yıxılma nəticəsində alınmaları inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilklamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin 135-136-cı vərəqlərində olan məhkəmə tibbi ekspertizasım xx.xx.2024-cü il tarixli 558 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin 138-140-cı vərəqlərində olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 506/2024 MTBŞ saylı rəyində Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərində qan, ona məxsus qısaqol köynək üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olumamışdır. Cinayət işinin 124-cü vərəqində olan Bakı şəhəri Suraxanı RİHB-in Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təqdim etdiyi xasiyyətnamədən görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bülbülə qəsəbəsi ərzində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 99-cu vərəqində olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2024cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı hər heç bir maddi və mənəvi tələbi, şikayəti olmadığını bildirmişdir. Cinayət işinin 100-cü vərəqində olan mərhum Zərərçəkmiş şəxs ailə üzvü olan X1 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı hər heç bir maddi və mənəvi tələbi, şikayəti olmadığını bildirmişdir. Cinayət işinin 120-ci vərəqində olan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamış şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadığının və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilməsini və müharibə veteranı olmasını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 156.2-ci maddəsinə əsasən həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Girov bu Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş qaydada yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir Azərbaycan Respublikası CPM-nin 163.2-ci maddəsinə əsasən ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8 və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli qərarını nəzərə alaraq, hesab edir ki, 18 iyul 2024cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 20 iyul 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 05 ay 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə (həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə) cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadığının və bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilməsinə və müharibə veteranı olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 20 iyul 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 05 ay 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmalı və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qısa qol köynək və qara rəngli idman şalvarı Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 20 iyul 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 05 ay 01 gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qısa qol köynək və qara rəngli idman şalvarı Suraxanı rayon prokurorluğunda saxlanca otağında saxlanması nəzərə alınsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-561/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-561/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver