Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-565/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin tələblərinə əsasən mediatv.az/karusel informasiya portalında X4 tərəfindən qızı X5 və onun haqqında şər-böhtan xarakterli əsassız və sübutlarsız məqalə çap olunduğundan, məqalənin müəllifi X4 onun və ailənin şərəf-ləyaqətini alçaldan, şər-böhtan xarakterli, təhqiredici, alçaldıcı yazıları sosial şəbəkə vasitəsilə yaydığına görə barəsində Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən qərardad çıxarılmasını və 8000 manat məbləğində təzminat alınıb verilməsini xahiş etmişdir. Lakin məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 ərizə təqdim edərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə baxılmasının yeri və vaxtı barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə vaxtında məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmə şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən «şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə «bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X1 ərizəsi Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsi baxımından nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-565/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-565/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver