Məhkəmə qərarları › İş №1(010)-566/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-566/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-566/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 10 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-2107» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ilə Əmircan qəsəbəsi istiqmətində saatda 50 km sürətlə hərəkətdə olarəkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, avtomobilin idarəolunmaz vəziyyətə düşərək qarşı sol hərəkət hissəsinə çıxmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda, mövcud şəraitdə həmin tələblərə riayət etməyərək, yol hərəkəti qaydalarını pozub avtomobili əks hərəkət zolağına çıxarıb sola istiqamətlənərək avtomobilin ön hissəsi ilə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «KİA CEED» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol qanadı ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol iç menskin deformasiyası, sol budun dördbaşlı əzələsinin diz qapağına bağlanan ucunun hissəvi cırılması, sol diz oynağının ödemi və oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası və döş qəfəsinin yumşaq toxumasının əzilməsi ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ilə yaxındır ki, «VAZ- 2107» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edir. Həmin avtomobili idarə etmək üçün qardaşı Rəşad Məmmədova etibarnamə verilmiş, Rəşad Məmmədov da həmin avtomobili etibarnamə olmadan idarə etməsi üçün ona vermişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi «VAZ- 2107» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40-50 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ilə Əmircan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman idarə etdiyi avtomobil asfalt yaş olduğu və həmin vaxt hava şaxtalı olduğu üçün sürüşərək yolun sol tərəfinə, yəni əks istiqamətinə çıxmışdır. Həmin vaxt «KİA CEED» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, həmin vaxt toqquşmanın qarşısını almağa çalışmış, yol kənarının düz sahə olduğunu gördüyü üçün avtomobili yolun sol kənarında olan boşluq torpaq sahəsinə çıxarmaq üçün sükanı sola doğru döndərmişdir. Bu zaman avtomobilinin sağ tərəfi adını sonradan biidiyi Zərərçəkmiş şəxs idarə etdiyi «KİA CEED» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən o, avtomobildən çıxaraq yerə yıxılmışdır. Hadisə yerində olan vətəndaşlar ona yaxınlaşaraq kömək etmişlər. Daha sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə 3 saylı ŞKX-na aparılmışdır. Hadisə zamanı yol bir zolaqlı olmuşdur, özü isə içkili olmamışdır. nəticəsində aldığı xəsarətlər nəticəsində 1 aya yaxın müddətdə evdə yataq xəstəsi olmuşdur. Zərərçəkmiş şəxslə barışıq fikri olsa da, aralarında barışıq əldə olunmamışdır. Ailənin yeganə dolanacaq mənbəyi özünün əldə etdiyi gəlirdir, himayəsində bir azyaşlı övladı vardır. Sonda o, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, «KİA CEED» markalı, **-FA-*** döviət qeydiyyat nişanlı minik avtomobili X5 adına olsada ona məxsus olmaqla, həmin avtomobili etibarnamə və «B,C» dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. 7 ilə yaxın müddətdir ki, taksi fəaliyyəti iiə məşğul olur. 18 yanvar 2023-cü il tarixdə «Bolt» şirkəti tərəfindən verilmiş sifariş əsasında Suraxanı rayonu ərazisindən 2 nəfər qadın müştəri götürərək sifariş əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində gedərkən, Yeni Suraxanı qəsəbəsində yol ayrıcına, yəni dairəyə çatmağına təxminən 400 metr məsafə qalmış, qarşıda əks istiqamətdə ağ rəngli, nömrəsini sonradan bildiyi «VAZ-2107» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirdi. Həmin avtomobilə ara məsafəsi təxminən 5 metr qalmış, həmin ağ rəngli «VAZ-2107» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qəfl manevrlə onun hərəkət zolağına keçmişdir. Bu vəziyyətdə o, idarə etdiyi «KİA» markalı avtomobilin toqquşmadan qaçırmaq üçün tədbir görməyə macal tapmamış və həmin anda idarə etdiyi avtomobilin qarşı hissəsi ilə digər avtomobilin sağ yan-orta hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomobilin arxa hissəsinə də zərbə dəydiyini hiss etmiş, zərbənin nəticəsində onun idarə etdiyi avtomobil öz hərəkət istiqamətinin sağ tərəfində dayanmışdır. Avtomobilindən yerə düşərkən isə arxa tərəfdən toqquşan avtomobilin isə ağ rəngli «KİA SPORTAGE »» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bilmişdir. Hadisə nəticəsində o, sol diz nahiyəsindən və döş qəfəsindən xəsarət almışdır. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Sabunçu rayon xəstəxanasına getmiş və orada müayinə olunduqdan sonra tibbi yardım alaraq evə getmişdir. Ağrıları olduğu üçün polis idarəsinə gələ bilməmiş və hadisə yerinin müayinəsi zamanı iştirak etməmişdir. Həmin günü axşam saatlarında Suraxanı RPİ- in təhqiqatçısı Yalçın Yaqubov onun yaşadığı evə gələrək izahatını almış və sərxoşluğun təyini üçün həkim müayinəsindən keçmişdir. Təhqiqatçının ona verdiyi məlumat əsasında hadisə yerinin müayinəsini aparıldığını və qəza törətmiş avtomobillərin cərimə meydançasına qoyulduğunu öyrənmişdir. Hadisədən sonra hadisəni törətmiş «VAZ-2107» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona hər hansı bir madddi yardım etməmişdir. Özü tərəfindən sağlamlığının bərpa edilməsi və avtomobilin təmir edilməsi üçün borc və kreditlər nəticəsində 10.000 manatdan çox pul xərclənmişdir. Hadisə zamanı qəzanı törədən sürücünün də xəsarətləri var idi. Hadisə yerində olan şəxslər sürücünün içkili olduğunu bildirsələr də, özü üç nəfərin köməkliyi ilə sərxoşluq müayinəsinə getməsinə baxmayaraq sürücünü orada görməmişdir. Hətta xəstəxanada müayinə zamanı ondan içkili olduğu soruşulduqda hadisədən bir gün əvvəl içdiyini bildirmişdi. Buna görə də onun barəsində şikayətçidir və həmin sürücünün məhkəmə məsuliyyətinə verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. «KİA Sportage» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil özünə məxsusdur və həmin avtomobili özünə məxsus “BC” kateqoriyalı AC 732512 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 18 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən Zaqulba qəsəbəsi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkət edirdi. Həmin vaxt avtomobildə tək idi və avtomobilində yük yox idi. O öz hərəkət yolu ilə hərəkət edən zaman qəflətən qarşıdan ona əks istiqamətdə hərəkət edən “VAZ 2107” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət yolundan çıxaraq yolun hərəkət hissələrini yarıya bölən orta xətti keçib onun hərəkət yoluna daxil oldu və təxminən 10 metr irəlidə eyni istiqamətdə hərəkət edən “KİA Ceed” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin önünə çıxdığı üçün həmin avtomobil ilə toqquşdu. Bu anda o dərhal avtomobilin əyləcini sıxıb avtomobilin sürətini minimuma endirdi və bu anda idarə etdiyi avtomobil “KİA Ceed” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan arxa qapı hissəsi ilə toqquşdu. Hadisə zamanı hava şəraitini xatırlamasa da, yağış yağmadığını xatırlayır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə ötmə əməliyyatı edirdi. Toqquşmadan sonra «KİA Sportage» markalı avtomobil yolun kənarına doğru hərəkət edib dayandı. “VAZ 2107” markalı və “KİA Ceed” markalı avtomobilin sürücüləri xəsarət aldılar. KİA Sportage» markalı avtomobilin sürücüsü isə heç bir xəsarət almadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 49 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: sol iç menskin deformasiyası, sol budun dördbaşlı əzələsinin diz qapağına bağlanan ucunun hissəvi cırılması, sol diz oynağının ödemi və oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası və döş qəfəsinin yumşaq toxumasının əzilməsi bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərcələrinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 may 2023-cü il tarixli 8/1259 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «VAZ-2107» markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bundan başqa Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 18 yanvar 2023-cü il tarixli, 1/197 saylı aktından görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 22 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayonu X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 54/2-2181-2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hava şəraiti ilə əlaqədar yolnəqliyyat hasisəsinin qarşısını almaq imkanı olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığına görə qəbul edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, ailənin yeganə dolanacaq mənbəyinin olmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvAfiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CİM-nin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının icrasının başlanma vaxtı ilə bağlı qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edildiyindən və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanıldığından ona təyin edilmiş cəzanın müddəti 22 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 X2 daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/40/2-6418/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 X3 təhvil verilmişdir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən ona cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 100 (yüz) məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu -22 noyabr 2023cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 100 (yüz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə Zərərçəkmiş şəxsa cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar